Milli fəallar aclıq eyləminin 8-ci günündə



Yüklə 5,98 Kb.
tarix20.10.2017
ölçüsü5,98 Kb.

Milli fəallar aclıq eyləminin 8-ci günündə

Oğuz TV: İranda hər il keçirilən ənənəvi “Qüds günü”ndə rejmin qüvvələri tərəfindən səbəbsiz yerə tutulanaraq, ettelaatın zindanında saxlanılan iki milli fəal Milad Əkbəri və Əli Həmzazadə artıq səkkizinci gündür ki, aclıq eyləmini davam etdirirlər.

Heç bir səbəb göstərilmədən “oğurlanan” milli fəallar rejmin onlara qarşı qanunsuz hərəkətlərinə görə aclıq eyləmi keçirən milli fəallar azad ediləcəklərinə qədər bu aclığı davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, 30 iyun tarixində tutuqlanan milli fəalların tutuqlanma nədənlərini hələki rejim açıqlamır.

İslam rejminin Güney Azərbaycanda milli fəallarımızı səbəbsiz yerə tutuqlayıb cəzalandırmağı uzun illərdən bəridir ki,ənənəvi hal alıb.
Xoyda həyatını itirənlərin sayı 14-ə yüksəldi

Oğuz TV: Xəbər verdiyimiz kimi, birneçə gün bundan öncə Güney Azərbaycanın Xoy şəhərinin Şorik kəndində evlərdən birində qaz balonunun partlaması nəticəsində çox sayda soydaşımız yaralanmışdı. Ağır yanıqlarla yaralıların Urmu, Təbriz kimi şəhərlərin xəstəxanalarına yerləştirilməsinə baxmayaraq, bu şəhərlərin xəstəxanalarında bu xəstələrin müalicəsi üçün heç bir şərait olmayıb, buna görə də, xəstələri Tehran və İsfahanın xəstəxanalarına yollanmışdı. Lakin yaralılardan çoxunun həyatını xilas etmək mümkün olmayıb.

Dünən yayılan məlumatda 12 nəfərin həyatını itirdiyini, bu gün isə sayın 14-ə çatdığı bildirilir.

Güneydən əldə etdiyimiz bilgiyə görə, bugün faciə nəticəsində həyatını itirən soydaşlarımız dəfn edilib. Milli fəalların da qatılımı ilə baş tutan cənazə mərasimində insanlar İran rejminə qarşı etirazlarını səsləndirib, bunun səbəbkarının rejmin bölgəyə olan diqqətsiz münasibəti olduğunu bildiriblər.



Diqqətinizə çatdıraq ki, Güney Azərbaycanın sərvətlərini talayan islam rejmi, bölgəni tam diqqətdən uzaq saxlamaqdadı. İnsanların ən adi hüquqi və insani haqqlarını əlindən aldığı kimi, yaşam şəaritlərini də bərbad durumda saxlamaqdadı.

Rejim Güney Azərbaycana və Azərbaycan Türklərinə göstərdiyi bu yad münasibəti ilə Güney Azərbaycanın iran olmadığını sübut etmiş olur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə