MiLLİ HÖkuməTİn siyasi, İQTİsadi VƏ MƏDƏNİ reformalarinin yeriNƏ yetiRİLMƏSİNDƏ demokratiK



Yüklə 213,39 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.07.2018
ölçüsü213,39 Kb.
#53772
  1   2   3   4   5   6   7


 

 

www.achiq.info



  

 



 

Mir Rəhim Vilai 



MİLLİ  HÖKUMƏTİN  SİYASİ,  İQTİSADİ  VƏ  MƏDƏNİ   

REFORMALARININ  YERİNƏ  YETİRİLMƏSİNDƏ  DEMOKRATİK   

MƏTBUATIN  MÜBARİZƏSİ 

 

Azərbaycan Demokrat Firqəsi hakim partiya olduğu birinci gündən etibarən doğma 



Azərbaycan dilində mətbuatın çıxmasına artıq dərəcədə fikir vermiş və milli hökumətin bütün 

siyasi və iqtisadi tədbirlərinin kütlələr üçün işıqlandırılmasında həmin mətbuat qarşısında 

təxirəsalınmaz mühüm vəzifələr qoymuşdur. 

Azərbaycanda milli hökumətin qurulması ilə Azərbaycan milli mətbuatının tərəqqi və inkişafı 

üçün də yeni bir dövr açıldı. 

Az bir zamanda Təbriz və Azərbaycanın vilayət mərkəzlərində ana dilində yeni qəzet və 

məcmuələr nəşr olunmağa başladı. 

Təbriz şəhərində Azərbaycan Milli Məclisinin orqanı «Azad millət», Azərbaycan həmkarlar 

İttifaqının orqanı «Qələbə», Azərbaycan. Demokrat Cavanlar Təşkilatının orqanı «Cavanlar», 

«Yeni şərq», «Fəryad», erməni dilində «Haqa faşist» (antifaşist), Ərdəbil şəhərində «Cövdət», 

Urmiyə şəhərində «Urmiyə», Zəncan şəhərində «Azər» qəzetləri, Təbrizdə «Şəfəq», 

«Demokrat», Azərbaycan şairlər cəmiyyətinin orqanı «Günəş», «Azərbaycan», 

«Mədəniyyət», Miyanada «Vətən» və s. məcmuələri göstərmək olar. 

Bu dövrdə doğma ana dilində nəşr edilmiş mətbuatımıza Azərbaycan Demokrat Firqəsinin 

orqanı olan «Azərbaycan» qəzeti istiqamət verir və onların mübarizə yollarını işıqlandırırdı. 

Bu haqda deyilir: «Azərbaycan» qəzeti artıq öz müqəddəratına yiyələnmiş qəhrəman bir 

xalqın mübariz orqanı olmuşdur. Burada iştirak edən istedadlı mühərrirlər mürtəcelərin hər 

növ fitnəkarlıqlarını vaxtlı vaxtında ifşa edirlər. Qəzet İran Azərbaycanında hər gün böyük 

ictimai tədbirlər görən milli hökumətin hər addımını xalqa izah edir, xalqın cuşə gəlmiş kin və 

qəzəbini daha da alovlandırır, onun milli şüur və iradəsini doğru bir istiqamətə yönəldərək hər 

an sərvaxt və ayıq olmağa çağırır

1



Azərbaycan milli hökumətinin demokratik əsaslar üzərində hazırlanmış 20 maddədən ibarət 

yeni proqramı Azərbaycanın geniş xalq kütlələri tərəfindən böyük sevinc və rəğbətlə 

qarşılandı, çünki bunlar Azərbaycan xalqının siyasi, iqtisadi, mədəni maarif sahələrində 

həyata keçiriləcək əsas məsələlər idi. 

Milli hökumətin proqramında göstərilən maddələr istər milli hökumət tərəfindən və istərsə də 

Azərbaycan milli məclisi tərəfindən qanunvericilik yolu ilə həyata keçirildikcə, bütün 

demokratik reformalar öz əksini Azərbaycanda nəşr edilən demokratik mətbuatın 

səhifələrində tapır və xalqa aydın surətdə izah olunurdu. Milli hökumətin yeni proqramının 

demokratik bir proqram olması haqqında deyilir: «İran Azərbaycanında xalqın özündən nəşət 

edərək əmələ gəlmiş və xalq kütlələrinin əsrlərdən bəri etdikləri arzuları yerinə yetirən 

demokratik islahat bütün dünyada demokratiyanın sadiq dostları tərəfindən məmnuniyyətlə 

qarşılanmışdır. 

İran Azərbaycanının muxtar hökuməti tərəfindən nəşr olunmuş proqram nəzərdiqqəti özünə 



 

 

www.achiq.info



  

 



 

xüsusilə cəlb etmişdir. Bu proqramda nəzərdə tutulmuş tədbirlər milli həyatın bütün sahələrini 

sağlamlaşdırmağa doğru yönəldilmişdir»

2



Azərbaycan milli hökumətinin tədbirlərindən və qərarlarından biri Azərbaycan dili haqqında 

və Təbriz şəhərində darülfünunun açılması haqqında çıxardığı qərardır. Azərbaycan milli 

hökuməti Azərbaycan dilini rəsmi dövlət dili elan etdi. Qərarda deyilir: «Bu gündən etibarən 

Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi 

elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən fərmanlar və qanun layihələri mütləq 

Azərbaycan dilində yazılmalıdır»

3



Bununla yanaşı olaraq, milli hökumət Azərbaycanda yaşayan millətlərə öz işlərini öz ana 



dillərində aparmağa ixtiyarat verdi. Bundan başqa, milli hökumətin qərarı ilə Azərbaycanda 

yaşayan xırda millətlərin xüsusi milli məktəblərində təlimin öz ana dillərində aparılmasına da 

icazə verildi. 

Milli hökumətin milli universiteti və dil haqqındakı bu iki qərarı Azərbaycanın demokratik 

mətbuatında geniş surətdə işıqlandırılıb xalq kütlələrinə çatdırıldı. 

«Azərbaycan» qəzeti bu iki qərarı qiymətləndirərək «Milli dil — milli darülfünun» adlı 

məqalədə belə yazmışdır: 

«Bu qərar müasir dünyanın demokratik ölkələrinin qanunauyğun və əsri ehtiyaclara münasib 

bir qərarıdır. Bu qərar ana dilində oxuyub yazmağı rəsmi hala gətirmək surəti ilə, 

Azərbaycanda yaşayan bütün xalqlar üçün ümumi təhsilin yolunu açmışdır»

4



Doğrudan da milli hökumətin belə bir tədbiri Azərbaycan xalqının milli mədəniyyətinin 



inkişafında böyük rol oynadı. Doğma ana dilində məktəblər açılması, ibtidai və orta məktəblər 

üçün Azərbaycan dilində dərs kitablarının çap edilməsi dediklərimizə parlaq sübutdur. 

Azərbaycan milli hökumətinin maarif sahəsindəki bu ilk qədəmləri Azərbaycan xalqının milli 

şüur və düşüncəsinin məhsuludur. 

Azərbaycan xalqının milli azadlıq hərəkatı xalqı öz ölkəsinin, öz müqəddəratının həqiqi sahibi 

etdiyi kimi, onun doğma dilini və milli mədəniyyətini də özünə qaytardı. O, beləliklə də 

xalqın irəliyə doğru inkişaf və tərəqqi etməsinə geniş yol açdı. 

Azərbaycanda universitetin təşkili də Azərbaycan xalqının mədəniyyət tarixi üçün böyük 

hədiyyə oldu. 

Seyid Cəfər Pişəvəri 1946 cı ilin iyun ayının 12 də Təbrizdə Azərbaycan universitetinin açılışı 

münasibəti ilə söylədiyi nitqində demişdir: «Bizim bu darülfünunu təsis etdiyimiz ilə bütün 

İranda mədəni və elmi inqilab olacaqdır. Bu darülfünun xalqımızın ehtiyacını gələcəkdə təmin 

edib ona yardım edəcəkdir... Gələcəkdə darülfünunun hər ilki kimi açılışı mərasimində bu 

günləri iftixarla yad edəcəyik. Bu darülfünun bizim üçün ən mühüm həyati və elmi müəssisə 

olacaqdır. Biz kəndli balalarını kəndlərdən yığıb gətirib burada təlim tərbiyə edəcəyik...»

5

 



Biz Azərbaycanda demokratik hərəkatın qələbəsindən sonra Azərbaycan xalqının milli 

mədəniyyətinin demokratik əsaslar üzərində artan həqiqi inkişafını görürük. Xalq kütlələri 

böyük bir sevinclə, azad surətdə, keçmişdən miras qalmış xarabalar üzərində yüzlərlə ibtidai 

və orta məktəblər, universitet və sair milli mədəniyyət ocaqları yaratmaqla. 5 milyondan artıq 

bir xalqın milli mədəniyyətini inkişaf etdirmək uğrunda çalışırdılar. 



Yüklə 213,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə