Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü3,25 Mb.
#64680


 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq 

edilmiş  "Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  strateji  yol 

xəritəsinin başlıca istiqamətləri" çərçivəsində Turizm üzrə Alt-işçi qrupunun 

HESABATI


 

 

 



 

 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

Baki şəhəri, 2016-cı il 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

 



 

 

 



 

Mündəricat 

 

Azərbaycanda turizmin inkişaf strategiyası .......................................................... 3 



Müzakirələr  ...................................................................................................... 16 

İştirakçılar ......................................................................................................... 18 

Şəkillər .............................................................................................................. 19 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

AR Mədəniyyət və Turizm Nazirliyinin  

sektor müdiri Mahir Qəhrəmanov 

Azərbaycanda turizmin inkişaf strategiyası 

Strateji Yol Xəritəsinə dair təkliflər 

 

 

 



 

 

 



 

 

 



 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

Azərbaycan üçün turizmin əhəmiyyəti 

• 

Turizm ölkəmizin iqtisadi inkişaf planında prioritet olaraq müəyyən   edilmiş 



üç qeyri-neft sektorundan biri kimi 

• 

Turizmin inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş Dövlət Proqramları 



 

 

 



 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 



 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

Azərbaycan üçün turizmin əhəmiyyəti 



Qanunvericilik 

 



Turizm haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsi 

 

“2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf  strategiyası” 



 

“Turizm rekreasiya zonalarının inkişafı” layihəsi 



 

 

 



 

 

 



 

 

 



 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

Azərbaycan turizminin güclü və  zəif tərəfləri, 



mövcud  dinamik inkişafın səbəbləri və problemlər 

Güclü tərəflər və imkanlar 

• 

Azərbaycan Avropa və Asiyanın, müxtəlif sivilizasiyaların və dinlərin 



qovşağında yerləşən, qədim tarixə, adət-ənənələrə  malik olan bir ölkədir. 

• 

Azərbaycanın zəngin və özünəməxsus mətbəxi var, əhalisinin tolerantlığı və 



qonaqpərvərliyi ilə fərqlənir. 

• 

 Azərbaycan qədim tarixə malik olduğuna və müxtəlif dinlərin qovşağında 



yerləşdiyinə görə onun ərazisi ayrı-ayrı dövrlərə və dinlərə aid tarixi, mədəni 

abidələrlə zəngindir, mədəni irs, eləcə də dini turizm sahəsində əsaslı 

potensiala sahibdir. 

• 

Azərbaycan tarixi İpək Yolunun üzərində yerləşən və Avropa ilə Asiya 



qitəsini bir-birinə bağlayan strateji körpüdür. Beynəlxalq turizmin gələcək 

inkişafı şərq  istiqamətinə doğru marağın artması tendensiyası ilə bağlıdır.  

• 

Azərbaycan Avropanın bir hissəsi, həmçinin “Şərqin qapısı” kimi əlverişli 



coğrafi mövqeyə malikdir. 

 

 



 

 

 

 

 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 



 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

Azərbaycan turizminin güclü və  zəif tərəfləri, 

mövcud  dinamik inkişafın səbəbləri və problemlər 

Böyük və Kiçik Qafqaz dağ silsilələrinin əhatəsində, doqquz iqlim qurşağında və 

qızıl qumu ilə dünyada məşhur olan Xəzərin sahilində yerləşən Azərbaycan ərazisi 

ecazkar göllər və çaylarla, süni dəryaçalarla, sağlamlıq üçün təbii müalicə 

ehtiyatları ilə zəngindir və dağ, çay, dəniz, göl, sağlamlıq, ekoturizm, kənd turizmi 

nöqteyi-nəzərdən böyük imkanlara malikdir. 

Neft biznesinin beşiyi sayılan Bakı Şərq və Qərb arxitekturasının ahəngindən 

yaranan panoramaya malik olduğundan və son dövrlər sürətlə inkişaf edərək 

şəhərsalmada müasir standartlar yaratdığından şəhər turizmi baxımından da 

cəlbedicidir.  

Turizmin inkişafına hökumət dəstək göstərir.  

Ölkənin turizm bazarında aparıcı beynəlxalq brendli mehmanxanalar və ona 

bərabər tutulan yerləşdirmə obyektləri mövcuddur. 

Beynəlxalq turizm şirkətləri daha çox təcrübəli müştərilərə xidmət etmək üçün 

davamlı olaraq yeni  istiqamətlər kəşf edir və belə istiqamətlər perspektivdə 

kütləvi turizm axınları üçün səyahət paketlərinin hazırlanması ilə nəticələnir. 

Turistlər üçün maraqlı hekayələr, rəvayətlər, əfsanələr turizm marketinqi üçün 

vacib amildir. Azərbaycanın zəngin təbiəti, tarixi, folkloru, bütövlükdə mədəni irsi 

bunun üçün geniş imkanlar yaradır.  

Son illər ərzində işgüzar (MICE) turizm də öz növbəsində beynəlxalq səviyyədə 

əhəmiyyətli, eləcə də çox rəqabətli bir seqmentə çevrilmişdir. Bu baxımdan 

paytaxt şəhəri olan Bakı və Gəncə şəhərləri, eləcə də Qəbələ  öz konfrans zalları, 

mehmanxanaları və digər müvafiq xidmət infrastrukturları ilə cazibədar bir məkan 

sayılır.   

 

 



İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

Azərbaycan turizminin güclü və  zəif tərəfləri, 



mövcud  dinamik inkişafın səbəbləri və problemlər 

     Zəif tərəflər və problemlər 

Ümumi turizm mühiti və strukturu  

• 

Azərbaycanın bütün turizm məhsulları birbaşa və ya dolayı olaraq, dövlətin 



müxtəlif qurumlarının (məsələn, təhsil, vergi, infrastruktur, mühafizə, 

təhlükəsizlik, səhiyyə və s.) səlahiyyəti çərçivəsindədir. 

• 

Turizm sahəsində kadr hazırlığı həm keyfiyyət, həm də kəmiyyət 



baxımından bu sahədə əmək bazarının tələblərinə cavab vermir. 

• 

Turizmin inkişafı üçün dövlət tərəfindən sənayenin idarə olunmasına dair 



konkret planlaşdırma prosesinə ehtiyac var. 

• 

Turizm üzrə tədqiqatların və statistikanın aparılması keyfiyyəti 



təkmilləşdirilməlidir. 

• 

Özəl sektor təmsilçiləri turizmin inkişaf prosesinə daha fəal cəlb 



olunmalıdır. 

• 

Səmərəli iş mexanizmlərinə sahib olan ixtisaslaşmış peşəkar turizm 



assosiasiyalari yaradılmalıdır. 

• 

Davamlı turizm məhsullarının yaradılması ilə turizm regional səviyyədə 



inkişaf etdirilməlidir. 

• 

Azərbaycan üçün hədəf bazarlar hesab olunan ölkələrdə turizm təmsilçiliyi 



(yerli ixtisaslaşan şirkətlərdən ibarət) yaradılmalıdır. 

• 

Mövsümiliyin əks təsirləri azaldılmalı, tədricən “il boyu turizm” prinsipi ilə 



işləmək təmin edilməlidir. 

• 

Dövlətin turizmə dəstəyi çərçivəsində nazirliklər və dövlət qurumları 



arasında qarşılıqlı dəstək və koordinasiya təkmiləşdirilməlidir. 

• 

Rəqib bazarlar qarşısında rəqabətliliyin artırılması üçün “qiymət və dəyər” 



amilləri yaxşılaşdırılmalıdır. 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 



 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

• 

Turizm nəqliyyatı xidməti inkişaf etdirilməlidir. 



• 

Turizm sahəsi üzrə kadr hazırlığının keyfiyyət təminatı yaxşılaşdırılmalıdır 

• 

Turizm sahəsinin qanunvericilik bazası genişləndirilməlidir. 



 

 

Azərbaycan turizminin güclü və  zəif tərəfləri, 



mövcud  dinamik inkişafın səbəbləri və problemlər 

Xarici və yerli turistlər üçün səyahətetmə 

imkanlarının asanlaşdırılması 

• 

Turistlərə  viza verilmə proseduraları sadələşdirilməlidir. 



• 

Beynəlxalq hava nəqliyyatı şəbəkəsi genişləndirilməli və qiymətlər 

azaldılmalıdır. 

• 

Hava limanlarında nəqliyyat infrastrukturu və xidmətlər təkmilləşdirilməlidir 



(məsələn, avtomobillərin kirayəsi və hava limanı ilə şəhərlərarası avtobus 

marşrutlarının təşkili). 

• 

Yol hərəkətinin təhlükəsizliyi artırılmalıdır. 



• 

Xarici dillərdə məlumat lövhələri ilə təminat yaxşılaşdırılmalıdır (xüsusilə 

regionlarda). 

• 

Milli parklara və çimərliklərə giriş sadələşdirilməlidir. 



• 

Dənizkənarı infrastruktur təkmilləşdirilməli və əyləncə imkanları 

genişləndirilməlidir. 

      İşçi heyətin peşəkarlığı və xidmət çeşidlərinin artırılması 

• 

Turizm sahəsində tələb olunan peşə və ixtisasların, həmçinin bilik və 



bacarıqların müəyyən olunması üçün monitorinqlər keçirilməli və 

araşdırmalar aparılmalıdır. 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

• 



Müəyyən olunmuş peşə və ixtisaslar üzrə peşə və kvalifikasiya standartları, 

onların əsasında müasir tələblərə cavab verən təlim proqramları 

hazırlanmalı və tətbiq olunmalıdır. 

• 

Turizm sahəsində peşəkar kadr çatışmazlığı aradan qaldırılmalıdır 



• 

Xarici dil bilən kadrlara olan ehtiyaclar ödənilməlidir. 

• 

Regionlarda Turizm İnformasiya Mərkəzləri tərəfindən təklif olunan 



xidmətlərin keyfiyyət və çeşidi artırılmalıdır. 

• 

Satış üçün təklif olunan əl işlərinin nümunələri və suvenirlərin çeşidi 



artırılmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



10 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

Azərbaycan turizminin güclü və  zəif tərəfləri, 

mövcud  dinamik inkişafın səbəbləri və problemlər 

Turizm infrastrukturu 

• 

Turizm və rekreasiya zonalarının yaradılması prosesinin ləng getməsi 



• 

Regional turizm inkişaf layihələrinin maliyyələşməsinindəstəklənməməsi 

• 

Turizm üzrə kompleks xidmətlər standartı təkmilləşdirilməlidir. 



• 

Beynəlxalq standartlı 2, 3 və 4 ulduzlu yerləşdirmə vasitələrinin sayı 

artırılmalıdır. 

• 

Turizm nümayiş obyektlərinin texniki səviyyəsi yaxşılaşdırılmalıdır. 



 

 

 



 

 

11 



İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın milli 



turizm siyasətini aparan və koordinasiya edən əsas 

mərkəzi icra hakimiyyəti orqanı kimi missiyası 

• 

Azərbaycanın dünyada turizm ölkəsi (məkanı) kimi tanınması;  



• 

Daxili və gəlmə turizm növlərinin inkişafına təkan verilməsi; 

• 

Turizm üzrə əlverişli biznes mühitinin yaradılmasının sürətləndirilməsi; 



• 

Regional səviyyədə rəqabətqabiliyyətli turizm xidməti infrastrukturunun 

inkişafına və kadr potensialının gücləndirilməsinə dəstəyin verilməsi; 

• 

Turizm xidməti keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslı insan 



resurslarının inkişafına üstünlüyün verilməsi; 

• 

Beynəlxalq turizm bazarında ölkənin rəqabətqabiliyyətinin artırılması;  



• 

Cəlbedici turizm brendinin yaradılması və təşviqi; 

• 

Beynəlxalq təcrübəyə əsasən turizmin inkişafına və rəqabətqabiliyyətinə 



təkan vermək üçün qanunların, normativ-hüquqi sənədlərin və keyfiyyət 

standartlarının təkmilləşdirilməsi. 

 

 

 



 

 

12 



İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

Azərbaycan turizmi üçün dörd əsas prinsip 

 



 

Birinci prinsip: davamlılıq 

 

İkinci prinsip: rəqabətlilik 



 

Üçüncü prinsip: xidmətin keyfiyyəti və qiyməti 



 

Dördüncü prinsip: dövlət və özəl sektorlar arasında 



əməkdaşlıq 

 

 



 

 

 



 

 

 



 

13 


İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

Azərbaycanın turizm strategiyasının dörd inkişaf 



istiqaməti 

 



 

Birinci istiqamət – institusional strukturun inkişafı 

      -  İnstitusional potensialı gücləndirməklə səmərəli idarəetmənin təmin 

olunması 

      - Tədqiqat və inkişaf 

        - Turizm məlumatlarının toplanması və Köməkçi Turizm Hesabları (Tourism 

Sattelite Account) 

Qanunvericilik bazası və vergiyə cəlb olunma 

        - Vergi tənzimlənməsi 

        - Gender və əlillərlə bağlı məsələlər 

        -  Turizm  məhsulları  istehlakçılarının  hüquqlarının  müdafiəsi  ilə  bağlı 

qanunvericilik bazasının təkmilləşdirilməsi 

 



İkinci istiqamət – infrastrukturun inkişafının gücləndirilməsi 

-Turizm infrastrukturunun əhəmiyyəti  



1) Əsas infrastruktur 

2) Yardımçı infrastruktur  (əyləncə, turizm nümayişi və digər obyektlər) 

       - Təhsil və təlim 

       - Maliyyə dəstəyi mexanizmləri 

       - İnformasiya texnologiyaları  

 



Üçüncü istiqamət – Azərbaycanda turizm məhsullarının müxtəlifliyi 

Regional inkişaf 

Azərbaycanda Ərazi İdarəetmə  Təşkilatları (ƏİT) şəbəkəsinin yaradılması 

14 


İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

Turizm Rekreasiya zonaları (TRZ) 

Turizm məhsulunun inkişafı 

Azərbaycanda turizmin məhsulunun inkişafı üçün aşağıdakıların həyata keçirilməsi 

vacibdir 

         - Azərbaycan turizmi – əsas turizm və rekreasiya zonaları / turizm mövzuları.  

 



Dördüncü  istiqamət  –  turizm  məkanı  olan  Azərbaycanın  marketinq  və 

kommunikasiya sistemində peşəkarlığın artırılması 

- Azərbaycanın turizm məkanı (destinasiya) kimi təşviqi 

       - Marketinq strategiyası və fəaliyyət planı     

      - Bazarların qruplaşdırılması 

 

 



 

 

 



15 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

 



Müzakirələr 

 

İqtisadi  İslahatların  Təhlili  və  Kommunikasiya  Mərkəzi  tərəfindən  “Milli 

iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  strateji  yol  xəritəsinin  başlıca 

istiqamətləri”  çərçivəsində  keçirilən  tədbir  Azərbaycanda  turizm  sektorunun 

inkişafı, əsas prioritetlərin öyrənilməsi və turizm sahəsində aparılacaq əhəmiyyətli 

islahatları əhatə etmişdir. “İxtisaslaşmış turizm və əyləncə sektoru” üzrə işçi qrupda 

keçirilən  müzakirələr  zamanı  Azərbaycanda  turizm  sahəsi  üzrə  üstünlüklər  və 

çağırışlar  müzakirə  edildi.  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyinin  sektor  müdiri  Mahir  Qəhrəmanov  işçi  qrup  üçün  prezentasiyasını 

təqdim etdi. Müzakirələrin ilkin mərhələsində Ulu Öndər Heydər Əliyev tərəfindən 

turizmin inkişafı ilə əlaqədar görülmüş işlərin əhəmiyyəti vurğulandı. 

Özəl  sektor  və  ictimai  birliklər  müzakirələr  zamanı  öz  təkliflərini  verdilər. 

Ölkədə özəl turizm sektorunu təmsil edən baş menecerlər və vətəndaş cəmiyyəti 

nümayəndələri  turizm  sektorunun  ÜDM-də  payının  artırılmasını,  statistikanın 

təkmilləşdirilməsini  və  beynəlxalq  təcrübənin  tətbiqinin  vacibliyini  vurğuladılar. 

Sağlamlıq  və  Termal  Turizmə  Dəstək  İctimai  Birliyinin  sədri  Ruslan  Quliyev 

Azərbaycanda  ətraf  mühitə  vurulan  zərərlərin  turizm  sektoruna,  o  cümlədən 

səhiyyə turizminin inkişafına əngəl yaratdığını qeyd edib. Bildirib ki, ətraf mühitə 

vurulan  zərərlərlə  bağlı  qabaqlayıcı  tədbirlər  görmək,  xüsusilə,  Türkiyənin 

təcrübəsinin  öyrənilməsinə  ehtiyac  vardır.  Bundan  əlavə  o,  otellərdə  kadr 

potensialının  formalaşması  üçün  dövlət  tərəfindən  əməli  tədbirlərin  görülməsini 

vurğuladı.  Digər  məsələ  kimi  qiymətin  əmələ  gəlməsində  maya  dəyərinin  rolu, 

Mədəniyyət və Turizm Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müştərək 

layihələr  həyata  keçirtməyi,  koordinasiya  olunmağı,  təcrübə  paylaşımı  müzakirə 

edildi.  Türkiyədə  turizmin  inkişafı  üçün  qəbul  edilən  Təşviq-Subsidiya  proqramı 

haqda  qısa  məlumat  verildi.  Proqramın  əhəmiyyəti  ondan  ibarətdir  ki,  dövlət 

tərəfindən  turizm  şirkətləri  üçün  ayrılan  subsidiya,  müəyyən  zaman  keçdikdən 

sonra  dövlətin  özünə  qayıdır.  Müzakirələrə  qoşulan  Azərbaycan  Turizm  və 

Menecment Universitetinin prorektoru Eldar Aslanov turizm sektorunda aparılmalı 

olan  islahatlara  kompleks  yanaşmanın  olmasını  vurğuladı.  Bildirdi  ki,  turizm 

sektorunun  inkişafını  şərtləndirəcək  dörd  amil  vardır  ki,  bunlar  ətraf  mühit, 

davamlılıq, sənaye aktivliyi və icmaların fəaliyyətidir. Bundan əlavə Eldar Aslanov 

ölkədə infrastrukturun yaxşılaşdırılmasının vacibliyini önə çəkdi. Azərbaycan Turizm 

və Menecment Universiteti kadr hazırlığında önəmli rol oynayır, lakin sektor üçün 

yalnız ali təhsilli kadrlar deyil, həmçinin peşə yönümlü ixtisasların inkişaf etdirilməsi 

əsas  faktordur.  “Park  İnn”  otelinin  baş  meneceri  də  müzakirələrə  qoşularaq 

Azərbaycanda  turizm  potensialının  yüksək  səviyyədə  olmasını  vurğulayaraq, 

16 


İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

Türkiyənin turizmin inkişafı mərhələsində buraxdığı səhvləri Azərbaycanın təkrar 

etməməsinə çağırdı. Kütləviliyin yol verilməz olması və bunun Azərbaycana ziyan 

verə bilməsi ətrafında fikir mübadiləsi aparıldı. Bakı Dövlət Universitetinin müəllimi, 

Azərbaycan  Turizm  Assosiasiyası  sədrinin  müşaviri  Müzaffər  Ağakərimov 

Azərbaycanda  hostellərin  və  2-3  ulduzlu  otellərin  olmasını  və  turizmin  kütləvilik 

əsasında formalaşmasının vacibliyini önə çəkdi. “Park İnn” otelinin baş meneceri 

kütləviliyin zərərli olmasını vurğulasa da İİTKM-nin sədri Vüsal Qasımlı Azərbaycanla 

Türkiyə arasında bu mənada ciddi fərqin olmasını qeyd etdi: Türkiyə ilə Azərbaycan 

arasında ciddi bir fərq var ki, bu da qiymət məsələsidir. Türkiyədən fərqi olaraq 

Azərbaycan turizmdə doyma nöqtəsinə çatmayıb ki, kütləvi turizmdən imtina etsin. 

Qiymət faktoruna əhəmiyyət vermənin vacibliyini vurğulayan Vüsal Qasımlı portfel 

menecmentinin  inkişafı  və  diversifikasiyanın  önəmi  barədə  danışdı.  Cənab 

Prezidentin qarantı olduğu ictimai-siyasi sabitliyin Azərbaycanda turizm sektorunun 

əsas  üstünlüyü  olduğu  V.Qasımlı  tərəfindən  qeyd  edildi.  Sonda  müzakirələrə 

qoşulan “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyinin sədri Qəhrəman 

Usubov  Xəzər  dənizi  ətrafındakı  problemlərdən  danışdı.  Ölkədə  ekoloji 

təhlükəsizliyin,  xüsusilə,  Xəzər  dənizi  ətrafındakı  vəziyyət  ürək  açıcı  deyil.  Bütün 

bunlarla  bağlı  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  əməli  tədbirlər 

hazırlanmalı  və  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  müştərək  iş  ortaya 

qoyulmalıdır. Turizm sektoru üçün elmi kadr yetişdirən müəllimlərin kitablarının 

maliyyələşdirilməsində  maliyyə  resurslarının  olmaması  vurğulanıb.  Milli 

suvenirlərin  ciddi  problem  olması  da  artıq  məlumdur.  İçərişəhər  tərkibində 

fəaliyyət  göstərən  suvenir  dükanlarında  milli  suvenirlərdən  əlavə  bütün  qonşu 

ölkələrin  suvenirlərinə  rast  gəlmək  mümkündür.  Müzakirələr  zamanı  Xorqos 

Beynəlxalq  Ticarət  mərkəzinin  analoqunun  Azərbaycanda  da  tikilməsi  haqda 

danışıldı. Qeyd edildi ki, əslində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı azad iqtisadi 

zona daxilində həm də turizmin inkişafına dəstək ola bilər. 

 

 

 



 

 

 



17 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

İştirakçılar 



İştirakçının Adı 

Təmsil etdiyi qurum 

Vüsal Qasımlı 

İİTKM icraçı direktor 

Elxan Mikayilov 

Prezident Administrasiyasının Aqrar və Sənaye Məsələləri 

Şöbəsinin Aqrar məsələlər sektorunun müdiri 

Eldar Aslanov 

Turizm Universiteti, prorektor 

Fərhad Mikayilov 

UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ, sosial problemlər 

Elxan İmanov 

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ, baş elmi işçi  

Vüsal Hüseynov 

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ, mütəxəssis 

Seymur Həsənov 

Regionlarda turizmin inkişafı sektorunun müdiri, 

Mədəniyyət və Turizm Nazirliyi 

Bəxtiyar Qılıncov 

Turizm sənayesi ilə iş sektorunun müdiri, Mədəniyyət və 

Turizm Nazirliyi  

Mahir Qəhrəmanov  Planlaşdırma və inkişaf sektorunun müdiri, Mədəniyyət və 

Turizm Nazirliyi 

Nahid Bağırov 

Azərbaycan Turizm Assosiasiyasının sədri 

Rəhman Səfərov 

ATMU-nun Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı 

Bahadur Bilalov 

ATMU kafedra müdiri 

Novruz Quliyev 

ATMU kafedra müdiri 

Anar Mirzəyev 

ATMU dekan müavini 

Anar Eminov 

ATMU kafedra müdiri 

RuslanQuliyev 

Azərbaycan sağlamlıq və termal turizminə dəstək ictimai 

birliyinin sədri 

Ceyhun Aşurov 

“SKAL Baku Klubu”-nun rəhbəri 

Qəhrəman Usubov 

“Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyinin 

sədri 


Berker Balkoç 

“McKinsey and Co”  şirkətinin Azərbaycan Ofisinin 

nümayəndəsi 

Ruslan Əliyev 

 

Ercan Balkoç 



“McKinsey and Co”  şirkətinin Azərbaycan Ofisinin 

nümayəndəsi 

Emil Səfərov 

Mədəniyyət və Turizm Nazirliyi 

Nəsib Usubov 

“A la carte” şirkətinin rəhbəri 

Müzəffər Ağa-

kərimov 


Azərbaycan Turizm Assosiasiyası 

Cəmilə Fərhadova 

“Holiday İnn” Baku 

Zafer Tongil 

İSR Holding 

Ahmet  Can 

“Park İnn by Radisson”  

Azad Əhmədov 

“Bosfor” Hotel 

Samir Dübəndi 

Hotellər və Restoranlar Assosiasiyası 

Nicat Hacızadə 

İİTKM 

Vüsal Musayev 



İİTKM 

Ayaz Çaparlı 

İİTKM 

18 


İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

 



ŞƏKİLLƏR 

 

 



19 

İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

 



 

 

 



 

 

20 



İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

 



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 

 

 



 

21 


İxtisaslaşmış Turizm və Əyləncə Sektoru üzrə Alt-işçi qrupu 

Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə