________________Milli Kitabxana________________
3
Bu kitab "Süleyman Rəhimov. Seçilmiş əsərləri. On cilddə. IV cild"
(Bakı, Azərnəşr, 1971) və "Süleyman Rəhimov. Əfsanələr"
{Bakı, Gənclik, 1981) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
894.3613 dc21
AZE
Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 288
səh.
Xalq yazıçısı Süleyman Rəhimovun adı 1930-cu illərdən yeni Azərbaycan romanının
doğuluşu, təşəkkülü və inkişafı ilə sıx bağlı olmuşdur. Milli nəsrimizdə roman janrının
diqqətəlayiq nümunələrini yaradan görkəmli yazıçının əsərləri janr baxımından əlvan və
müxtəlifdir. S.Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə və povestlərin,
romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir.
Bu kitaba müəllifin üslubca və mündəricəsindəki oxşar cizgilərin rəngarəngliyi ilə seçilən
povestləri, eləcə də xalq yaradıcılığı motivlərinə əsaslanan əsərlərindən
seçmələr daxil
edilmişdir. 1960-cı illərdə qələmə alınan və nəsrimizdə psixoloji üslubun parlaq
nümunələrindən sayılan "Məhtaban"da dərin ictimai-siyasi məsələlərə toxunulur.
"Kəsilməyən kişnərti" əfsanə-povesti isə nağılvarı təfəkkürün orijinal təzahürü olub,
müasir problemlərə folklor estetikası baxımından yanaşmağın parlaq ifadəsidir.
"Güzgü göl" əfsanəsində xalq həyatından
və xalqa inamdan gələn saf, insanı ucaldan,
qanadlandıran romantik pafos var.
Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin
bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha
nümayiş etdirir.
ISBN 9952-418-84-9
© "ŞƏRQ-QƏRB", 2005
________________Milli Kitabxana________________
5
ÖN SÖZ
Süleyman Rəhimov yeni dövr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən
biridir. Onun yaradıcılığı Azərbaycan nəsrinin böyük bir inkişaf dövrü ilə sıx surətdə bağlıdır.
S.Rəhimovun romanları milli nəsrimizdə bu janrın diqqətəlayiq hadisilərindən sayılır. Bu
romanlar üçün epoxal hadisələri əhatə etmək, epiklik, realizm, psixologizm, xalq dili
zənginlərindən sənətkarlıqla bəhrələnmək kimi gözəl xüsusiyyətlər səciyyəvidir.
* * *
Süleyman Hüseyn oğlıı Rəhimov 1900-cü il mart ayının 22-də Qubadlı nahiyəsinin Əyin
kəndində dünyaya gəlmişdir. Atası yoxsul olmuşdur, lakin oğlunun təhsil almasına çalışmışdır.
S.Rəhimov kənd mollasından əlifbanı öyrənmiş, sonra Qubadlıda beşillik
rus məktəbində
oxumuşdur. Gələcək ədibin uşaqlıq va gəncliyi çətin illərə, inqilabi mübarizələr və sarsıntılar
dövrünə təsadüf etmişdir. O, milli dövlətin qurulduğu və fəaliyyət göstərdiyi illəri görmüşdür.
O vaxt S.Rəhimovun 18-20 yaşı var idi. Azərbaycanda sovet hakimiyyəti milli demokratik
respublikanı devirdikdən sonra S.Rəhimov nahiyə inqilab komitəsində kənd mirzəsi işləmişdir.
1921-ci ildə Şuşada açılmış pedaqoji kursa göndərilmiş və burada
təhsilini başa vurduqdan
sonra Qubadlı, Laçın, Zəngəzur rayonlarında bir müddət müəllimlik etmişdir. Müəllimliklə
yanaşı o, çalışdığı kənd və rayonlarda həm də ictimai işlərdə fəal iştirak etmişdir. Təhsilinin
azğınlığını hiss edən S.Rəhimov 1928-1931-ci illərdə Azərbaycan
Dövlət Universitetinin tarix
fakültəsində oxuyur, həm də fəhlə rayonlarında savadsızlığı ləğv edən kurslarda dərs deyir.
Ədibin yazıçılıq fəaliyyətinə başlaması da bu illərə təsadüf edir. O, hələ universitet tələbəsi
ikən "Şamo" romanının ilk variantını yazmış və roman 1931-ci ildə çapdan çıxmışdır.
Universiteti bitirdikdən sonra S.Rəhimov bir müddət partiya və dövlət işlərində fəaliyyət
göstərmişdir. Rayon
partiya komitəsinin katibi, Bakı partiya komitəsində təbliğat işləri üzrə
katib, Azərbaycan partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifələrində
çalışmışdır. O, 1941-45-ci illər müharibəsi dövründə Sovet qoşun hissələri ilə Təbrizə gedir.
Cənubi Azərbaycanın bir çox şəhər və kəndlərini gəzir. "Vətən yolu" qəzetində "Səngərli"
imzası ilə çıxış edir, Təbriz uşaqlarının ağır həyatını təsvir edən "Nənənin ölümü" hekayəsini
çap etdirir.
S.Rəhimov Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmişdir"(l 954-1958). İctimai və
ədəbi fəaliyyətinə görə orden
və medallarla təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına
layiq görülmüşdür (1975).
S.Rəhimov 1983-cü ildə oktyabrın 11-də vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn
edilmişdir.
* * *