«Milli Məclis». 2009.№2(11). S. 74-79. Amerika Birləşmiş Ştatları Konqresi XII əsrin ikinci yarıs ında Şimali Amerikada Britaniyaya məxsus 13 koloniyanın iqtisadi



Yüklə 133,36 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü133,36 Kb.
#66273


«Milli Məclis».-2009.-№2(11).-S.74-79.

Amerika Birləşmiş Ştatları Konqresi

XII  əsrin  ikinci  yarıs ında  Şimali  Amerikada  Britaniyaya  məxsus  13  koloniyanın  iqtisadi  inkişaf

tempindən  çox  narahat  olan  Britaniya  parlamenti  bu  inkiş afın  qarşını  almaq  üçün  qanunlar  qəbul  edirdi.

Britaniya  parlamentində  təmsil  olunmayan  koloniyalar  bu  qanunlara  qarşı  olsalar  da,  heç  nə  edə

bilmirdilər. Bu, Britaniyanın Şimali  Amerikadakı koloniyalarının öz  qanunverici  orqanlarını  yaratması  ilə

nəticələndi.

Tarixi

İlk çağrılan I Kontinental Konqresdir. Belə ki, 1765-ci ildə İngiltərə parlamenti koloniyalarda bütün sənədlərə

(ştampel vergisi), qəzetlərə böyük məbləğdə vergilər qoyur və buraya 10.000 Britaniya əsgəri yerləşdirməyi qərara

alır.  Koloniyalara  ixrac  olunan  mallara  rüsumu  artırır.  Bununla  razılaşmayan  koloniyalar  5  sentyabr  1774-cü  ildə

Filadelfiya  ştatında  Corciya  istisna  olmaqla  bütün  ştatların  nümayəndələrinin  iştirakı  ilə  I  Kontinental  Konqres

çağırırlar.  Konqres  Britaniyanın  öz  üzərində  metropoliya  hüququnu  tanısa  da,  koloniyalara  qarşı  qəbul  edilmiş

bütün qanunların ləğvini tələb edir. Eyni zamanda konqres koloniyaların ordusunu yaratmağı qərara alır. Britaniya

hökuməti  Amerikaya  hərbi  qüvvələr  göndərir.  Koloniyalar  dərhal  10  may  1775-ci  ildə  II  Kontinental  Konqresi

çağırırlar.  Bütün  koloniyaların  nümayəndələrinin  qatıldığı  II  Kontinental  Konqres  Britaniya  kralı  III  Georqdan

ingilis  əsgərlərinin  törətdiyi  cinayətlərin  qarşısını  almağı  tələb  edir.  Tələblərin  yerinə  yetirilmədiyini  görən  II

Kontinental Konqres 1776-cı il iyulun 4-də müstəqil Amerika Birləşmiş  Ştatları dövlətinin yaradıldığını elan  edir

(“Müstəqillik Deklarasiyası”). 1787-ci ilin Konstitusiyasına görə ABŞ-da ikipalatalı Konqres yaradılır. Onların ilk

iclası 1787-ci il iyulun 16-da keçirilir.

Strukturu

ABŞ Konqresi  ikipalatalıdır.  Aşağı palata  -  Nümayəndələr  Palatası, yuxarı palata  -  Senatdan  ibarətdir.  435

deputatı olan Nümayəndələr Palatasına seçkilər 2 ildən bir əhalinin sayına əsasən hər ştatdan bir neçə nümayəndə

olmaqla  (məs.  Kaliforniya  ştatından  45  deputat)  seçilir.  Cəmi  6  ştat  -  Alyaska,  Delaver,  Nevada,  Şimali  Dakota,

Vermont və Vayominq ştatları yalnız bir deputat yerinə malikdirlər. Puerto-Riko Birliyi, Kolumbiya Federal Mahalı

(Vaşinqton şəhəri), Amerika Samoası, Quam və Virciniya adalarının hər biri Nümayəndələr Palatasında bir nəfərlə

təmsil olunurlar. Lakin onların səsvermə hüququ yoxdur.

Ştatların  təmsilçilik  orqanı  olan  Senat  100  üzvdən  ibarətdir.  Əhalisinin  sayından  və  ərazisindən  asılı

olmayaraq, hər ştatdan Senata ümumi səsverməsi yolu ilə 2 senator seçilir. Onların səlahiyyət müddəti 6 ildir. Lakin

hər iki ildən bir Senatın tərkibinin üçdən biri yenidən seçilir.



Səlahiyyəti

Palatanın  öz  müstəsna  səlahiyyətləri  vardır.  Nümayəndələr  Palatasının  müstəsna  səlahiyyətlərinə  maliyyə

məsələləri  üzrə  qanun  layihələrini  irəli  sürmək,  mülki  vəzifəli  şəxslərin  impiçmenti  haqqında  məsələ  qaldırmaq,

ümumi prezident seçkiləri zamanı namizədlər kifayət qədər səs toplaya bilmədikdə daha çox səs toplamış 3 namizəd

arasından prezidenti seçmək aiddir.

Senatın müstəsna səlahiyyətlərinə isə beynəlxalq müqavilələri, prezidentin təyin etdiyi vəzifəli şəxsləri təsdiq

etmək, impiçment haqqında məsələ qaldırıldıqda müvafiq araşdırma aparmaq və vəzifəli şəxsin təqsirliliyi haqqında

məsələni  həll  etmək,  namizədlərdən  heç  biri  lazımi  qədər  səs  toplamadıqda  daha  çox  səs  toplamış  2  namizəd

arasından vitse-prezident seçmək məsələləri daxildir.

ABŞ  tarixində  cəmi  2  dəfə  -  1820  və  1824-cü  illərdə  prezident  və  vitse-prezident  Konqres  tərəfindən

seçilmişdir.

Konqres üzvlərinin statusu

Səlahiyyət  müddəti  ərzində  Nümayəndələr  Palatasında  yaranan  vakant  konqresmen  yerinə  müvafiq  ştatda

əlavə  seçkilər  keçirilir.  Senatda  yaranan  vakant  yerə  senatoru  təyin  etmək  qubernatorlara  məxsusdur.  Bəzən

qubernatorlar bu hüquqdan istifadə edərək özləri senatorun yerini tuturlar.

Konqres  üzvləri  məhdud  parlament  immunitetinə  malikdir.  Xəyanət,  ağır  cinayət  və  ictimai  qaydanın

pozulması halları istisna  olmaqla,  konqresmen  və  senatorlar  Konqresin  sessiyası dövründə  həbs  oluna  bilməzlər.

Digər hallarda cinayət törətdikdə ümumi əsaslarla həbs edilə bilərlər.

Palatalar “əxlaq normaları”nı pozan üzvlərini palatanın üçdə ikisinin razılığı ilə Konqresdən xaric edə bilər.

ABŞ  tarixində  Konqres  üzvlüyündən  məhrumetmə  cəmi  19  dəfə  (4  dəfə  Nümayəndələr  Palatası,  15  dəfə  Senat



tərəfindən) tətbiq olunmuşdur.

Palataların daxili quruluş u

Spiker Nümayəndələr Palatasının bütün fəaliyyətinə rəhbərlik edir. Nümayəndələr Palatasının seçdiyi  bütün

vəzifəli şəxslər spikerə hesabat verirlər. ABŞ-ın vitse-prezidenti həm də senatın sədridir.

Konqresdə  ilk  komitə  1816-cı  il  dekabrın  10-da  yaradılıb.  Hazırda  komitələrə  10  nəfərdən  60  nəfərədək

konqresmen  daxil  edilir.  Konqresdə  daimi,  xüsusi,  birləşmiş,  razılaşdırıcı  komitələr  və  “bütün  palata”  komitəsi

fəaliyyət  göstərir.  Daimi  komitələr  qanunvericilik  və  nəzarət  funksiyalarını  həyata  keçirirlər.  Nazirlər  hər  il

fəaliyyətləri  haqqında  daimi  komitəyə  hesabat  verməlidir.  Daimi  komitələr  nazirlərin  və  yüksək  vəzifəli  hökumət

məmurlarının qanunu pozması halları ilə  əlaqədar  təhqiqat  apara  bilər.  Nümayəndələr  Palatasında 22,  Senatda  16

daimi komitə yaradılmışdır.

Eyni  zamanda  daimi  komitə  öz  daxilində  köməkçi  komitələr  yaradır.  Hal-hazırda  Konqresdə  200-dən  çox

köməkçi komitə fəaliyyət göstərir.

Birləşmiş Komitələr Konqresin hər 2 palatasının üzvlərindən təşkil olunur, Razılaşdırıcı Komitələr isə hər 2

palatanın bərabər sayda üzvlərindən yaradılır.

Konqresdə  2  partiya  fraksiyası  vardır:  respublikaçılar  və  demokratlar.  Fraksiyaların  ümumi  yığıncağında

onun  lideri  seçilir.  “Qamçı”lar  fraksiya  üzvlərinin  parlamentdəki  işini  əlaqələndirirlər.  Fraksiyanın  ümumi

yığıncaqları kokuslar adlanır.



Konqresin iş qaydası

Yeni seçilən Konqresin ilk sessiyası seçki ilindən sonrakı il yanvarın 3-də keçirilir. Nümayəndələr Palatasının

gündəlik  iş  rejimi  kapellanın  dua  oxuması  il  başlayır.  “Palatanın  jurnalı”  oxunur  və  təsdiq  olunur.  “Palatanın

jurnalı”  gündəlik  iclasın  məzmununun,  yetərsayın  və  səsvermənin  nəticələrinin  göstərildiyi  sənəddir.  Sonra

“Spikerin  stolunda  olan”  məsələlərə  baxılır.  Buraya  prezidentin  veto  qoyduğu  və  Senatdan  daxil  olmuş  qanun

layihələri aiddir.

Nümayəndələr Palatasında qanun layihələri 5 siyahıya daxil edilir:

“Federal  siyahı”ya  “Ölkənin  vəziyyəti  haqqında”  Prezidentin  Konqresə  müraciəti  əsasında  maliyyə

vəsaitlərin ayrılması ilə bağlı olan qanun layihələri, “Nümayəndələr Palatasının siyahısı”na dövlət gəlirləri ilə bağlı

layihələr,”Xüsusi siyahı”ya ayrı-ayrı şəxslərə və firmalara aid olan qanun layihələri, “Razılıq siyahısı”na  “Federal

siyahı”ya  və  “Nümayəndələr  Palatasının  siyahı”sına  daxil  edilmiş  mübahisəsiz  qanun  layihələri  daxildir.

“Komitələrin  qanun  layihələrinə  baxmaqdan  kənarlaşdırılması  təklifləri”  siyahısına  isə  daxiledilmə  qaydası

aşağıdakı  kimidir:  hər  bir  konqresmen  verilmiş  qanun  layihəsini  30  gündən  artıq  müddətə  baxmamış  daimi

komitənin həmin layihəyə baxmaqdan kənarlaşdırılması haqqında palatanın klerkinə yazılı təklif verir və bu təklif

hamının  tanış  ola  biləcəyi  yerdə  qoyulur.  Əgər  konqresmenlərin  yarıdan  çoxu  təklifi  imzalayarsa,  həmin  təklif

göstərilən siyahıya daxil edilir.

Senatda isə məsələlər cəmi 2 siyahıya daxil edilir: qanun layihələri və qətnamə siyahısı, icra hakimiyyətinin

Senatın təsdiqinə verdiyi məsələlərin siyahısı.



Müzakirələr və səsvermə

Nümayəndələr  Palatasında  hər  konqresmen  müzakirə  olunan  əsas  məsələ  barəsində  bir  saatadək  çıxış  edə

bilər. Senatda isə çıxış etmək istəyən senator ayağa  qalxaraq sədrlik edənə müraciət etməlidir. Senatorların yalnız

müzakirə edilən məsələ barədə danışması tələbi də yoxdur. Bəzən  senatorlar  vaxtı uzatmaq  üçün  müzakirə  edilən

məsələdən  asılı  olmayaraq,  istənilən  mövzuda  danışırlar:  İncili,  qəzetləri,  hətta  telefon  məlumat  kitablarını

oxuyurlar.

Konqresdə  səsvermə  bir  neçə  üsulla  keçirilir.  Şifahi  səsvermə  zamanı  əvvəlcə  lehinə,  sonra  isə  əleyhinə

olanlar  yerdən  qışqırmaqla  səs  verirlər.  Sədrlik  edən  şəxs  səs-küyün  ucalığından  asılı  olaraq  qərarın  qəbul

olunub-olunmadığını elan edir.

Nümayəndələr  Palatasının  tərkibinin  beşdə  birinin  (təx.  44  deputat)  tələbi  ilə  adbaad  səsvermə  də  keçirilə

bilər.

Ayağa  qalxmaqla  səsvermə  zamanı sədrlik  edən  lehinə  olanlardan  ayağa  qalxmağı və  onların  səsi  sayılana



qədər ayaq üstə dayanmağı xahiş edir. Səsləri adətən klerk (katib) sayır. Sonra isə eyni qayda ilə əleyhinə olanlar

sayılır.


Nümayəndələr  Palatasında  44  deputatın  tələbi  ilə  səs  sayıcıların  köməyi  ilə  də  səsvermə  keçirilə  bilər.  Bu

halda spiker hər 2 tərəfdən bir və ya bir neçə deputata səslərin sayılmasını tapşırır və lehinə olanlardan sayıcılara

yaxınlaşaraq öz səslərini qeydə aldırmağı xahiş edir.

Səsvermə  qurtardıqdan  sonra  sayıcılardan  biri  lehinə  verilən  səslərin  miqdarını bildirir.  Sonra  isə  əleyhinə

olan səslər eyni qaydada sayılır. Spiker isə ümumi nəticəni elan edir. 



44 konqresmenin tələbi  ilə  qeydə  alınmaqla  səsvermə  keçirilə  bilər.  Bu  zaman  səsvermə  ya  elektron  sistem

vasitəsilə keçirilir, yaxud da spikerin tapşırığına əsasən klerk lehinə və əleyhinə olan konqresmenləri sayır.



Qanunvericilik prosesi

ABŞ Konqresində qanunvericilik prosesi özünün mürəkkəbliyi ilə fərqlənir. Qanun layihələri hər iki palatada

irəli  sürülə  bilər.  Maliyyə  xarakterli  qanun  layihələrinin  irəli  sürülməsi  isə  yalnız  Nümayəndələr  Palatasında

mümkündür. Qanun layihələrinin irəli sürülməsi proseduru çox sadədir. Konqresmen irəli sürdüyü qanun layihəsini

Nümayəndələr  Palatasında  klerkin  masasının  yanında  “hopper”  adlanan  qutuya  salır.  Senatda  isə  qanun  layihəsi

adətən iclasın gedişində, “səhər saatları” adlanan vaxtda təqdim edilir. Layihəni irəli sürən senator sədrin razılığı ilə

qısa  (adətən  3  dəqiqəyədək)  çıxış  etməklə  layihəni  rəsmən  təqdim  edə  bilər.  Senatorlar  həmçinin  iclasda  çıxış

etmədən də qanun layihəsini katibə təqdim etməklə irəli sürə bilərlər.

İrəli sürülən bütün qanun layihələri 3 oxunuşdan keçir. I oxunuşda qanun layihəsinin adı oxunur və müvafiq

daimi komitəyə göndərilməsi məsələsi həll edilir. Senatorlardan biri həmin layihənin irəli sürülməsinə etiraz edərsə,

məsələ növbəti iclas gününə keçirilir.

Nümayəndələr Palatasında irəli sürülən qanun layihələrinin komitədə müzakirəsinin mühüm mərhələlərindən

biri açıq dinləmələrin keçirilməsidir. Hər bir daimi komitə qanun layihəsi üzrə açıq dinləmələr keçirilməsi haqqında

qərar qəbul edə bilər.

Qanun  layihələri  üzrə  dinləmələr  ictimaiyyət  üçün  açıq  olur.  Əgər  dinləmələr  zamanı  verilən  ifadələrin,

gətirilən sübutların, nəzərdən keçirilən sənəd və materialların açıqlanmasının milli təhlükəsizlik mənafelərinə ziyan

vura  bilməsi  ehtimalı  varsa,  dinləmələr  tamamilə  və  ya  qismən  qapalı  keçirilə  bilər.  Daimi  komitənin  üzvləri

səsvermə yolu ilə köməkçi komitənin təkliflərini və rəyini bəyənə, yaxud yeni təkliflər verə bilərlər.

Layihənin qəbulu ilə qüvvədə olan qanunvericilikdə baş verə biləcək bütün dəyişikliklər və ləğv edilməli olan

qanunlar,  yaxud  onların ayrı-ayrı hissələri  qeyd  olunur.  Bu  tələb  Nümayəndələr  Palatasında  “Ramseyer  qaydası”,

Senatda isə “Kordon qaydası” adlanır. 

II  oxunuş  qanun  layihəsinin  bütünlüklə  oxunması  ilə  başlanır.  Müzakirələr  zamanı  2  qayda  tətbiq  edilir:

“qapalı  qayda”  zamanı  qanun  layihəsinin  müzakirəsi  vaxta  və  düzəlişlərin  təklif  edilmə  imkanlarına  görə

məhdudlaşdırılır; “açıq qayda” zamanı isə istənilən sayda düzəlişlər müzakirə edilə bilər. 

Qanun layihəsinin III oxunuşu zamanı layihənin adı oxunur və o, bütövlükdə səsə qoyulur. Bu zaman qanun

layihəsinə düzəlişlər təklif edilə bilməz, lakin layihə yenidən II oxunuşa qaytarıla bilər.

Nümayəndələr  Palatası  tərəfindən  qəbul  edilən  qanun  layihəsini  Senat  təsdiq  etməlidir.  Qanun  layihəsini

vitse-prezident də imzalamalıdır. Sonra isə o, prezidentə təqdim edilir.

Prezident təqdim olunmuş  qanun layihəsini 10 gün müddətində imzalayır, yaxud da öz etirazları ilə birlikdə

geri qaytarır. Prezidentin geri qaytardığı qanun layihəsi hər 2 palatada 2/3 səs çoxluğu ilə yenidən təsdiq edilərsə,

prezident  onu  imzalamağa  borcludur.  Əgər  10  gün  müddətində  prezident  təqdim  olunmuş  layihəni  imzalamırsa,

layihə qanun hesab olunur və Nümayəndələr Palatasının spikeri tərəfindən rəsmən elan edilir.

Konqresin  sessiyasının  sonuna  10  gündən  az  qalırsa,  prezidentin  imzalamadığı  qanun  layihəsi  qəbul

edilməmiş sayılır və həmin layihə üzrə bütün proses yenidən başlanmalıdır. Buna “cib vetosu” deyilir.

Amerika  Birləşmiş  Ştatları  Konqresinin  binası  Kapitoli  adlanır.  Onun  tikintisi  1793-cü  ildə  başlanmış  və

1865-ci  ildə  başa  çatdırılmışdır.  Binanın  planı  memar  Uilyam  Toronton  tərəfindən  verilmişdir.  ABŞ  Konqresi

dövlətçilik simvolu olmaqla yanaşı, həm də ölkənin ən gözəl beş memarlıq abidələri sırasındadır. Bina ağ mərmərlə

örtülmüşdür.  Kapitolinin  maraqlı  cəhətlərindən  biri  onun  kitabxanasıdır.  Bu  kitabxanada  26  milyon  kitab,  36



milyon əlyazma saxlanılır. Həmçinin bu kitabxanada ABŞ-ın 23 prezidentinin arxivi mühafizə olunur.

Yüklə 133,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə