“Pedaqoji Universitetin xəbərləri” (xüsusi buraxılış).-2014 may.-S.122-126.
MİLLİ MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİYİ
VƏ DEMOKRATİYANIN İNKİŞAF YOLU
MƏHZ TƏHSİLDƏN KEÇİR
FƏRƏCOV Ədalət,
ADPU-nun “İnsan və heyvan fiziologiyası”kafedrasının müdiri,
professor, Prezident təqaüdçüsü
“Təhsil millətin gələciyidir!”
Heydər ƏLİYEV
Heydər Əlirza oğlu Əliyev! Azərbaycanın dövlətçilik tarixinə adını qızılı hərf lər lə yazmış Ulu
öndər nəinki XX əsrdə, özündən sonrakı bütün za manlarda yaşayacaq bir ad qoyub gedib Yer üzündə.
XX əsrin bütün döv lət başçılarının da etiraf etdikləri ki mi, “Azərbaycan xalqının Ümum milli lideri”
adını hələ bundan sonra da nə qədər əsr lər daşıyacaq bu insan, yaşadığı dövrdə həqiqətən nüfuzu və
əzəməti ilə fərqlənən şəx siyyət, gör kəm li lider, fenomen yaddaşa malik insan, dövlət başçısı
olmuşdur.
Bu üzdən Azərbaycan xalqı olaraq haqqımız var qürurlanaq ki, “Hey dər Əliyev” adı qərinələri,
sərhədləri adlayıb keçərək həmişə ya şar lı ğı nı qoruyub saxlayacaq, zə ma nə sinin sonrakı
dövrlərində dünyanı idarə edə cək dövlət başçılarının çoxuna görk olası ADI ilə zaman-zaman
yaşayacaqdır.
***
“Təhsil millətin gələcəyidir” söyləyən Ümummilli lider deyirdi ki, “Təhsil sahəsi nə sənayedir, nə
kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cə miy yətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə
halda təhsil sis teminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həs sas olmalıdır”.
1969-cu ildə Azərbaycan Respublikasına rəhbər vəzifəyə irəli çə ki lən Heydər Əliyev
hakimiyyətdə olduğu 30 ildən artıq zaman dönəmində daim Azərbaycanda mil li-mənəvi dəyərləri
qorumuş, ölkəni tərəqqiyə apa racaq dü şünülmüş elmi siyasət ye rit mə yə müvəffəq olmuş və
fərəhlidir ki, bu sırada elmin və təhsilin inkişafı məsələsini hə mişə diqqətdə sax la mış dır.
***
Azərbaycanda hakimiyyətinin birinci dövründə - 1969-1982-ci il lər də Ulu ön də rin daim
diqqətdə saxladığı məsələlərdən biri də, artıq de di yi miz kimi, elmin və təh si lin inkişafına qayğının
artırılmasıdır.
Faktlara diqqət yetirək.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1972-ci ildə “Gənclərin ümu mi orta təhsilə
keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da in ki şaf etdirmək haqqında”, 1973-cü
ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini da ha da yaxşılaşdırmaq haqqında” qə rarlar qəbul
etmişdir. Bu qərarların tətbiqi sa yə sin də respublikamızda or ta ümumtəhsil məktəblərinin şəbəkəsi
üç dəfə ge niş lən di ril miş, başqa söz lə 765-dən 2117-ə çatdırılmışdır. Ucqar bölgələrdə yeni orta
ümum təh sil mə k təbləri fəaliyyətə başlamışdır. Minlərlə azyaşlı uşaq bu mək təb lər də təhsilə cəlb
edil mişlər.
XX əsrin 70-80-ci illərində Azərbaycanda ali təhsil ocaqlarının da şəbəkəsi xeyli
ge nişləndirilmişdir. Dəqiq söyləsək, bu müddətdə beş yeni ali təhsil ocağı tələbələrin üzü nə açılmış,
respublikamızda ali təhsil alanların sayı 70 mindən 100 minə çat dı rıl mış dır.
1969-1982-ci illərdə Azərbaycanın təkcə şəhərlərində deyil, ən ucqar kəndlə rin də belə məktəb
tikintisinin geniş miqyasda həyata keçirilməsində məq səd res pub li ka mız da yetişməkdə olan nəslin
ümumən təhsil alma la rı na və öz təhsillərini davam et dir mə lərinə və respublikada kütləvi
sa vad lı lı ğa nail olmaq!
Ümummilli liderin respublikamızda elmin və təhsilin inkişafına gös tər diyi qay ğı dan
danışarkən, 1970-1980-ci illərdə Sovet İttifaqının ən nü fuz lu təhsil müəssisələrinə azə r baycanlı
gənclərin göndərilməsi kimi mühüm bir məsələni (1970-ci ildən baş la ya raq hər il keçmiş SSRİ-nin
nüfuzlu ali təhsil ocaqlarında 800-900 nəfər Azərbaycanlı gən cin oxumağa göndərilməsini) unutmaq
olmaz. Fərəhlidir ki, bu iş zaman-zaman ge niş lənib əs lin də ənənə halını ala bilmişdi ki, bu da
məqsədli idi: Belə ki, bu müdrik in san Azər bay ca nın əsrlərlə savaşında olduğu müstəqillik
arzularına qovuşacağı günün çox da uzaq da ol ma dığını məhz özünə məxsus fəhmlə hiss edir və elə
bu niy yət lə də azər bay can lı gənc lə rin Rusiyanın nüfuzlu ali məktəblərində təhsil al ma qlarına
xüsusi səy göstərirdi.
Bütün ölkə əhalisi fenomen təfəkkür sahibi olan bu müdrik insanın qey ri-adi uzaq görən
siyasətinin bəhrəsini respublikamız müstəqillik əldə edən dən sonrakı dövr də daha qabarıq, bütün
aydınlığı ilə gördü: Hansı ki, məhz belə gənclərin dövlət qu ru cu luğu işlərinə cəlb olunması
gələcəkdə res pub li ka mızın milli kadr potensialının daha da gücləndirilməsinə təkan ver miş ol du.
Və Azərbaycanda liderlik missiyasısını əlinə gö türmüş Ulu ön dərə za ma nın da arxa, dayaq
durmaları sayəsində respublikamız öz müs tə q iliyini və su ve renliyini qoruyub saxlaya,
möhkəmləndirə, əbədiləşdirə bildi.
***
SSRİ zamanında Azərbaycana rəhbərlik etdiyi on il ərzində göstər di yi bu həs sas lı ğı Ulu
öndər Azərbaycan prezidenti olduğu sonrakı 1993-2003-cü illərdə - ölkəmizin müs təqilliyi dövründə
də daim diqqətdə sax lamışdır.
Diqqətəlayiqdir ki, xalqının təkidi və inadlı tələbi ilə ikinci dəfə ha ki miy yətə qa yı dan Heydər
Əliyevin hazırladığı inkişaf konsepsiyasının milli dövlətçilik prinsipləri sırasında milli təhsil siyasəti
vacib yerlərdən birini tutmuşdur. Milli müstəqilliyimizin əbədiliyi və demokratiyanın inkişaf yo lu
məhz təhsildən keçir, - söyləyən Ümummilli li der Azərbaycanımız üçün işləyib hazırladığı strategiyada
milli dövlətçilik və ha ki miy yət st ruk tur larının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli
təhsil sis te mi nin yenidən qurulması məsələsinə də xüsusi önəm verirdi.
Baxmayaraq ki, ölkə həm iqtisadi, həm də siyasi cəhətdən olduqca ağır dövrünü ya şayırdı,
Heydər Əliyev çıxışlarında daim ümumtəhsil sa hə sinə qayğı və diqqətin ar tı rıl masını, məktəblərin
maddi-texniki baza sı nın gücləndirilməsini, xüsusilə qaçqın uşaq larının oxuduğu məktəblərin mad di
ləvazimat və dərsliklərlə təminatı məsələsini daim diqqətdə sax la yır dı. Bu yöndə ilk ciddi addımlar
layihə proqramları əsasında hə ya ta ke çi rildi. Belə ki, 1994-1995-ci dərs ilində YUNİSEF xəttilə
respublikanın in ter nat və qaçqın məktəbləri müxtəlif növ məktəb ləvazimatları ilə təmin olundu.
Heydər Əliyev dərsliklərin nəşrinə vəsaitin ayrılmasına da xüsusi di q qət ye ti rir di. Res
publika Nazirlər Kabinetinin 25 avqust 1994-cü il “Ümum təhsil məktəbləri şa gird lə ri nin
dərsliklərlə təminatı məsələləri haq qı nda” qərarı 1995-96-cı dərs ilindən ib ti dai si nif lərə
dərsliklərin pulsuz ve ril məsini, həmçinin V-XI sinif dərsliklərinin əl lər də, yaxud ti carət
şəbə kə lə rin də deyil, yerli təhsil şöbələrinin xətti ilə yalnız mək təb lər də satışının hə yata
keçirilməsini məqsədəuyğun hesab etdi. Təhsil sistemindəki prob lem ləri aradan qal dırmaq üçün
Prezident sərəncamı ilə 1998-ci il martın 30-da Döv lət Ko missiyası ya ra dıldı. 1998-ci ildə müstəqil
Azərbaycan Res pub li ka sı müəllimlərinin bi rinci qurultayı ke çirildi. Qurultayda Heydər Əliyevin
təhsil işçilərinin qarşısında du ran vəzifələrin gös tə ricisi olan çıxışı təhsil sahəsində çalışan hər kəs
üçün fəaliyyət proq ramı idi. Qu rul tay da həmçinin Azərbaycanın tarixində ilk dəfə olaraq
Res pub li ka Təhsil Şurası yaradıldı.
Bu müqəddəs insanın təhsil ilə əlaqədar həyata keçirdiyi humanist ad dımlar sı ra sın da
Azərbaycanda gənc istedadlara dövlət qayğısının a r tı rıl ması haqqında Prezident fər manını qeyd
etməmək olmaz. Bu mövzudan bəhs edərkən eyni zamanda elm, tex ni ka, mədəniyyət və incəsənət
sa hə lə rin də, həmçinin idmanda fərqlənən, yaşıdları ara sın da yüksək göstəricilər nü mayiş etdirən
məktəblilərin “Qızıl kitabı”nın təsisi və bununla əla qədar “Gənc istedadlar fondu”nun yaradılması kimi
ölkəyə səs salan qərarların qə bul edildiyini unutmamalıyıq.
Yaxud respublikamızda yerli hərbi kadrların yetişdirilməsi məsələsi. Ulu öndərin bu sahədə də
böyük xidmətləri vardır. Unudulmamalıdır ki, Nax çıvanski adına orta təh sil verən hərbi liseyin
fəaliyyəti bu böyük in sa nın hansı gərgin zəhmətləri sa yə sin də mümkün olmuşdur. Bu sıraya
öl kə mi zin müstəqilliyi dövründə bir çox özəl ali təh sil ocaqlarının fəaliyyətə baş lamasını,
Azərbaycan universitetlərində yeni ixtisasların ya radılmasını, Tə ləbə Qəbulu üzrə Dövlət
Komissiyasının yaradılması kimi mühüm ha di sə ləri də əlavə edə bilərik.
Heydər Əliyevin 2000-ci il iyunun 13-də "Azərbaycan Respubli ka sın da təhsil sis te minin
təkmilləşdirilməsi haqqında" yeni fərman imzalaması xü susi diqqət çəkir. Fər man özlüyündə təhsil
sisteminin əsaslı şəkildə in ki şa fı na, idarəetmənin müasir prin sip lər əsasında təşkilinə, təhsil
sisteminin bey nəl xalq standartlara uyğunlaşdırılmasına, həm çinin dünya təhsil sistemi nə
in teq rasiyasına zəmin yaratmışdır. 2002-ci ildəki çı xış larının bi rində Ümum mil li lider yaxın
zamanlarda Azərbaycanda məktəb tikintisi, mək təblərin müa sir avadanlıqlarla təmin olunması və
istismar müddəti başa çat mış mək təb lərin tə mi ri ilə əlaqədar ciddi təkliflər irəli sürəcəyini
söy lə miş di. Həmin çı xı şın dan cəmi bir neçə ay sonra – 2002-ci ilin oktyabrında cə nab Heydər
Əli yev "Azər bay can Respublikasında ümum təhsil mək təb lə ri nin maddi-tex ni ki bazasının
möh kəm lən dirilməsi haqqında" sə rən cam im za landı. Sə rən cam orta təhsil müəssisələrində
təlim şə raitinin və təlim mü hi ti nin ya ra dıl ma sında ciddi dönüşə, həm də nəinki təhsil siya səti
nin həyata keçi ril mə sin də, ümumən ölkə təsərrüfatının bütün sahələrində inkişafa gə tirib çıxartdı.
***
Xülasə şəklində bunu deyə bilərik ki, Ulu öndər tərəfindən verilmiş fər man, sə rən cam və
bəyanatlar - “Azərbaycan Respublikasının təhsil sis te minin təkmil ləş di ril mə si haqqında” 13 iyun
2000-ci il tarixli, “Dövlət di li nin tətbiqi işinin təkmilləş di ril mə si haqqında” 18 iyun 2001-ci il
tarixli, “Azər baycan əlifbası və Azərbaycan dili gü nü nün (1 avqust) təsis edilməsi haq qında” 9
avqust 2001-ci il tarixli bəyanat, “Azər bay can Res pub likası ümum təhsil məktəblərinin
maddi-texniki bazasının möh kəm lən di rilməsi haq qın da” 4 oktyabr 2002-ci il tarixli, “Azərbaycan
Respublikasında dövlət di li haqqında” Azər baycan Respublikası Qanununun tətbiq edilməsi barə də”
2 yanvar 2003-cü il tarixli fər manlar, sərəncamlar təhsilimizi dünya stan dartları səviyyəsinə
qaldırmışdır.
Fərəhlidir ki, Ümummilli liderin Azərbaycan təhsili ilə bağlı bu si ya sə ti hazırda Öl kə
prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun pre zidenti, Azərbaycan Res publikasının
birinci xanımı Mehriban Əliyeva tə rə findən inamla davam et di ril mək də dir. Dövlət İqtisad
Universitetinin ye ni binasının açılış mərasimindəki çıxışında öl kə də aparılan təhsil si ya sə tin dən
danışarkən cənab İlham Əliyev demişdir: “Bu gün bu ra da gör dük lə rim məni çox sevindirir. Mən
arzu edirəm ki, Azərbaycanın bütün ali mək təbləri bu səviyyədə olsun.
Ancaq bu o demək deyil ki, siz bu görülən işlərlə kifayətlənməlisiniz. Daha da inam la irəliyə
getməliyik. Bütün Azərbaycan xalqı indi çox sü rət lə gedən bütün bu gö zəl işləri görür. Ölkəmiz çox
sürətlə inkişaf edir və bu inkişafda hər bir vətəndaşın öz payı vardır. Xüsusilə də müəllimlərin, gənc
nəslin. Belə olan halda, ölkəmizin gələcəyi çox parlaq və uğurlu ola caq dır”.
Dostları ilə paylaş: |