Milli Qəhrəmanlarımızla bağlı mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü0,78 Mb.
#54594


                           

         

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

Milli Qəhrəmanlar Zirvəsi 

 

 

          

 

Milli  Qəhrəmanlarımızla  bağlı  mərkəzi  kitabxanaların  uşaq  şöbələri, 



MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün  hazırlanmış 

metodik vəsait 

 

 

 

 

 

 

 

 

                                           

 

                                         Bakı – 2017

                         

                           

        

 



 

Tərtibçilər:                                       Lalə Qəmbərova    



                                                           Sevil Əhmədova 

              

Redaktor:                                         Könül    Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



Milli  Qəhrəmanlıq  Zirvəsi:  metodik  vəsait  /  tərt.ed. 

L.Qəmbərova;  red.  K.Ağazadə;  ixt.  red.  və  burax.  məsul 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2017.-34s.  

                                                                                                                                

  

 



 

 

 



     

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 


 

                                     Tərtibçidən 

   Azərbaycanın  müstəqilliyi,  torpaqlarımızın  müdafiəsi 

uğrunda  gedən  döyüşlərdə  minlərlə  insanımız  iştirak  etmiş         

və  şəhidlik  zirvəsinə  qalxmışdır.  Onlardan  214  nəfəri 

Azərbaycanın  Milli  Qəhrəmanı  kimi  şərəfli  bir  ada  layiq 

görülmüşdür.    

   Bu gün ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil 

dövlət  kimi  yaşamasında  və  inkişaf  etməsində  Milli 

Qəhrəmanlarımızın böyük rolu olmuşdur. Məhz bu səbəbdən də 

hər bir azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların 

xidmətlərini  daim  xatırlamalı,  qiymətləndirməli,  tanıtdırmalı, 

bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs 

almalı, onlara minnətdar olmalıdır! 

   Bunun  əhəmiyyəti  bir  də  ondan  ibarətdir  ki,  müstəqil 

Azərbaycan  Respublikasını  qorumaq,  onun  sərhədlərini 

sarsılmaz etmək, işğal olunmuş torpaqlarımızı azad etmək üçün 

Azərbaycanın güclü Milli Ordusu, Silahlı Qüvvələri olmalıdır və 

Azərbaycan gəncləri orduda xidmət etməyi özlərinin ən ümdə, 

ən şərəfli borcu hesab etməlidirlər. 

   Torpaqlarımızın  azadlığı  uğrunda  şəhid  olanların,  qanlı 

döyüşlərdə  misilsiz  şücaət  göstərənlərin  qəhrəmanlığı  elə 

yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri 

adına  –  Azərbaycan  Respublikasının  Milli  Qəhrəman  adına 

layiq  görülmüşlər.  Milli  Qəhrəmanların  həyat  yolunu,  döyüş 

şücaətlərini  hər  bir  Azərbaycan  vətəndaşı  bilməli,  ondan 

nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi 

qələbəyə aparan yoldur. 

   Bu  vəsaitin  yazılmasında  məqsəd  Milli  Qəhrəmanlarımızı 

bugünkü və gələcək nəsillərə daha da geniş tanıtmaq, təhsil və 

mədəniyyət  müəssisələrində  “Vətənpərvərlik”  mövzusunda 

keçiriləcək tədbirlərə köməklik göstərməkdən ibarətdir. 




 

                           Yaddaşlarda yaşayan igidlər 



   Ulu  babalarımızın  bugünkü  nəsillərə  müqəddəs  əmanəti 

Azərbaycan!  Bu  torpağın  hər  bir  qarışı  bizim  üçün  candan 

əzizdir.  Çünki  bu  torpaq  hər  bir    qarışı    üçün    canından       

keçmiş,  nanəcib  düşmənlərimizə,  bədnam  qonşularımıza  qarşı             

ölüm-dirim  çarpışmalarında  şəhid  olmuş  ata-babalarımızın 

qanından  yoğrulmuşdur.  Odlar  yurdu  vətənim  qədim  tarixə, 

tükənməyən  yeraltı  və  yerüstü sərvətlərə malikdir.  Lakin  tarix 

boyu  qardaş  bilib  güvəndiyimiz,  dar  zamanda  bizə  kömək 

edəcəyinə inandığımız bədnam qonşularımız bizə bir yağlı tikə 

kimi baxmışdılar. Şükürlər olsun ki, Ulu Tanrı bu sərvətləri bizə 

verərkən  onların  keşiyində  layiqincə  dura  biləcək  Babək, 

Cavanşir,  Koroğlu,  Uzun  Həsən,  Şah  İsmayıl  Xətai,  Mehdi 

Hüseynzadə,  Şövqiyar,  Mübariz  və  s.  kimi  oğullar  nəsib 

etmişdir. 

   Dədə  Qorqudun  gözəl  bir  kəlamı  var:  Torpağı  qorumasan, 

əkib-becərməyə dəyməz, əkib-becərməsən, qorumağa dəyməz. 

   Dünyada hər bir qəhrəmanlığın, fədakarlığın, hər hünərin və 

zəfərin  anası  məsləkdir,  əqidədir.  Məslək  və  əqidə  isə  ilk 

növbədə vətənlə bağlıdır. 

   Dünyada  insanlığın  ən  böyük  şərtlərindən  biri  də  vətən 

sevgisidir. Bu yerdə ulu öndər Heydər Əliyevin gözəl kəlamları 

yada  düşür:  “Xalqımız  böyük  xalqdır.  Bu  mədəniyyətimizi, 

onun  qədimliyini,  dünya  miqyasında  böyük  şöhrətə  malik 

olduğunu xalqımıza nə qədər dərindən anlada bilsək, bir o qədər 

də  xalqımızda  vətənpərvərlik  hissini  yüksəldərik.  Vətənini 

sevən əsl Azərbaycan gəncləri qəhrəmanlıqla şəhid olmuşlar”. 

   Azərbaycan 1988-ci ildən böyük bir faciə ilə rastlaşmışdır. 

Ölkəmizin  ərazisinin  bir  qismini  ayırıb  Respublikamızı 

parçalamaq  məqsədilə  Azərbaycana  qarşı  hərbi  təcavüz 

edilmişdir. Bu hərbi təcavüz sonralar müharibəyə çevrilmiş və 




 

Azərbaycan  xalqı  qanlı  müharibə  aparmışdır.  Bu  müharibədə, 



döyüşlərdə xalqımızın igid oğlanları qəhrəmanlıq göstərmişlər, 

şəhid olmuşlar. 

   Ümumiyyətlə,  Azərbaycanın  uğurları  da,  təəssüf  ki, 

məğlubiyyətləri  də  olmuşdur.  Xalqımız  vuruşmuş,  döyüşmüş, 

böyük  qurbanlar  vermişdir.  Bu  vuruşlarda,  bu  döyüşlərdə 

vətənimizə,  ölkəmizə,  dövlətimizə,  xalqımıza  böyük  sədaqət 

göstərən gənclər, döyüşçülər, əsgərlər, zabitlər, vətəndaşlar çox 

olmuşdur. Məhz buna görə də Azərbaycan bir müstəqil dövlət 

kimi yaşamış və inkişaf etmişdir. 

   Əsrimizin  90-cı  illərində  siyasi  müstəqilliyə  nail  olan 

Azərbaycan xalqı onun suverenliyinə təhlükə yaradan və müasir 

orduya  malik  olan  xain  qonşularla  üzbəüz  tək  qalmışdı.  Bu 

vəziyyət  ən  qısa  vaxtda  qəti  tədbirlərin  görülməsini,  təsirli 

vasitələrə  əl  atılmasını  tələb  edirdi.  Azərbaycan  ordusunun 

yaradılmasının elə ilk günlərindən neçə-neçə vətənpərvər zabit 

onun sıralarında birləşib və mürəkkəb prosesin ağırlığına çiyin 

verdilər. Çağdaş hərb tariximizin parlaq şəxsiyyətləri vuruşaraq 

qəhrəmanlıq simvoluna çevrildilər. 

   Bunlardan  Abdullayev  Şövqiyar,  Ağayev  Bəylər,  Abbasov 

Mehdi,  Bağırov  Allahverdi,  Qasımov  Muxtar,  Qəmbərov 

Ramiz,  Məmmədov  Aqil,  Əhmədov  Riad,  Şikarov  Şikar, 

Mövsumov  Kazımağa,  Mirzəyev  Kərəm,  Mustafayev  Çingiz, 

Tağıyev Şahin, Hümbətov Fərhad, Quliyev Aqil və başqalarını 

misal göstərmək olar. Onlar ilk Milli Qəhrəmanlardır. Hansı ki, 

igidlikləri  ilə qəhrəmanlığın ən yüksək zirvəsinə çatmışdılar. 

   2010-cu  il  19  iyulda  22  yaşlı  gizir  Mübariz  İbrahimovun 

göstərdiyi  qeyri-adi  igidliyin  xəbəri  bütün  Azərbaycana 

yayılmışdı. Bu xəbər hamıda, vətən sevgisi olan hər bir insanda 

qürur  hissi  oyatmışdı.  Mübariz  bu  gün  hamının  tanıdığı 

qəhrəmandır. 




 

   Düşmənə  baş  əyməyən  Mübariz  düşmənə  xeyli  itki  verib, 



özü də şəhid olmuşdu. Onun və “İgidliyə görə” medalı ilə təltif 

edilmiş baş leytenant Fərid Əhmədovun vida mərasimi noyabrın 

7-də  keçirilmişdi.  Bu  vətənpərvər  gənclər  bir  amala  xidmət 

edirdi:  Vətənim  yaşasın,  var  olsun,  torpağım  əsirlikdən,  yağı 

qəsbkarlardan azad olsun, xalqım sülhə, dincliyə qovuşsun. 

   Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham 

Əliyevin  Azərbaycanımızın  Qəhrəman  oğulları  Mübariz  və 

Fəridin  dəfn  mərasimində  çıxışında  demişdir:  “Bizim 

ordumuzda  minlərlə,  on  minlərlə  Mübariz  kimi,  Fərid  kimi 

qəhrəmanlar  vardır.  Onlar  Ali  Baş  Komandanın  əmrini 

gözləyirlər.  Onlar  öz  doğma  torpaqlarını  azad  etmək  üçün  

hər  an  hazırdırlar.  Bizdə  nəinki    böyük    sayda    silah-sursat,  

hərbi-texnika,  döyüş  imkanları  vardır,  eyni  zamanda, 

ordumuzda  böyük  ruh  yüksəkliyi  vardır.  Çünki  bizim  işimiz 

haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim 

torpaqlarımız  uzun  illərdir  ki,  işğal  altındadır.  Bizim  heç  bir 

başqa  dövlətin  torpağına  iddiamız  yoxdur.  Amma  öz 

torpağımızdan  heç  kimə  bir  qarış  verməyəcəyik.  Biz  öz  ərazi 

bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin 

ərazisində  həlak  olmamışlar,  öz  doğma  torpağında  şəhid 

olmuşlar”. 

   Biz  də  inanırıq  ki,  onların  müqəddəs  ruhları  Allah 

dərgahında  mübarək  adları  ilə  xalqımızın  qəlbində  əbədi 

yaşayacaq. 

 

                               Öz qanınla adını, 



                               Yazdın torpağa, daşa 

                               Milli qürura dönüb, 

                               Dedin vətən şən yaşa. 

                            

 



 

                               Milli qəhrəmanımsan, 



                               Milli qürurum mənim

                               Qorxmaz dəyanətinlə, 

                               Vətən uğurum mənim. 

 

    Vətən  təkcə  yurd,  yuva,  el  oba  deyil,  vətən  bizik,  vətən 



sənsən, vətən mənəm, vətən hər birimizik, vətənin dünəni də, bu 

günü də, sabahı da, gələcəyi də bizimdir. Və biz vətənin hər anı, 

hər  bir  məqamı  üçün  cavabdehik.  Məhz  elə  buna  görə  də 

Azərbaycanın  gəncləri  də  öz  vətənini,  yurdunu,  xalqını, 

torpağını sevərək, vuruşaraq, şəhid olmuş, öz əməlləri ilə Milli 

Qəhrəmanlıq zirvəsinə çatmışdılar. 

   Bu gün torpaqlarımızın 20% Ermənistanın işğalı altındadır. 

Yüz  minlərlə  insanımız  qaçqın  və  məcburi  köçkün  həyatı 

yaşayır. Hər bir Azərbaycan gənci torpaqlarımızın azad edilməsi 

uğrunda  şəhidlik  zirvəsinə,  Qəhrəmanlıq  zirvəsinə  hazır 

olmalıdır.  

   Xalqı yaşatmaq üçün canından keçən igid oğullar heç zaman 

unudulmurlar.  Nəsillər  onları  yaşadır,  sənətkarlar  bu  ölməz 

övladların mənəvi abidələrini ucaldırlar.  

   Dövlətimiz  də  bu  istiqamətdə  çoxlu  işlər  görür.  Rəşadətli 

döyüş yolu keçmiş qəhrəmanlarımızın adına küçə və meydanlar 

verilir, abidələri və büstləri ucaldılır, adlarına məqalələr yazılır, 

xatirə kitabları buraxılır. 

   Milli  Qəhrəmanlarımızı  gənc  nəslə,  məktəblilərə  tanıtmaq 

üçün kitabxanada bir sıra tədbirlər keçirilə bilər. Kitabxanalarda 

keçiriləcək tədbirlərdən oxucu konfransı, dəyirmi stol ətrafında 

söhbət, kitab müzakirəsi, şeir, rəsm və inşa müsabiqələrini, anım 

günü  və  başqalarını  nümunə  göstərmək  olar.  Belə  tədbirlərin 

keçirilməsində məqsədimiz, həmçinin gənc nəslə vətənpərvərlik 

ruhunu aşılamaqdır. Tədbirlər planının geniş və maraqlı olması 

üçün  ilk  əvvəl  sərgilərin  təşkil  olunması  vacibdir.  Sərgilər 




 

müxtəlif  cür  təşkil  oluna  bilər.  Məsələn,  kitab  sərgisi  (  kitab, 



buklet,  dövri  mətbuatda  nəşr  olunan  qəzet  və  jurnallar),  Milli 

Qəhrəmanların  orden  və  medallarının  sərgisi,  fotoşəkillərinin, 

rəsm əsərlərinin sərgisi və s. 

   Həmçinin  sərgiyə  müxtəlif  başlıqlar  verilə  bilər.  Məsələn: 

“Heç  kim,  heç  nə  unudulmayacaq”,  “Qəhrəmanlar  ölmürlər”, 

“Vətənin  başını  uca  edənlər”,  “Ölümdən  qorxmayan  oğullar”, 

“Qəhrəmanlar  unudulmur”,  “İgid  ölər,  adı  qalar”,  “Vətən 

oğulları”,  “Qaliblərin  kədəri”,  “Yaddaşlarda  yaşayan  igidlər”, 

“Nahaq  qan  yerdə  qalmaz”,  “Ulusan,  ulu  ad  daşıyacaqsan”, 

“Əbədiyyətə  qovuşan  ömür”,  “Nəsillərə  yadigar  əfsanəvi 

qəhrəmanlıq”, “Xalqın igid oğulları”, “Vətənin layiqli övladları” 

və s. 


   Sərgidə  Milli  Qəhrəmanlar  haqqında  yazılmış  kitabların, 

müxtəlif mətbuat orqanlarında  məqalələrin verilməsi, eləcə də 

görkəmli 

şəxsiyyətlərin 

“Vətən” 

haqqında 

söylədiyi 

kəlamlardan  istifadə  edilməsi  gənc  oxucularda  onlar  haqqında 

ətraflı təsəvvür formalaşdıra bilər. 

 

 



    

 

 



 

 

 



 

 

 



 

 

 




 

Kitab Sərgisi 



 

                           

 



10 

 

Görkəmli şəxslərin  Vətən haqqında  söylədikləri fikirlər: 



 

   Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir 

məfhumdur.  Bu,  sadəcə  orduda  xidmət  etmək  deyil.  Vətənə 

sadiq  olmaq,  Vətəni  sevmək,  torpağa  bağlı  olmaq  –  budur 

vətənpərvərlik. 

 Heydər Əliyev, 

                                                                       Ümummilli lider 

 

  Biz  böyüməkdə  olan  nəslin  vətənpərvərlik  ruhunda,            



milli-mənəvi  dəyərlərimiz  ruhunda  tərbiyə  edilməsinə  çox 

böyük əhəmiyyət veririk.  



İlham Əliyev, 

                                    Azərbaycan Respublikasının Prezidenti 

 

   


Vətəndaş olmasa boş şeydir Vətən! 

Beş günlük, on günlük güney qarıdır. 

Vətən məfhumunun özəyindəki 

Vətənin vüqarlı oğullarıdır! 



                                                                   Xəlil Rza Ulutürk, 

                                                                       Xalq şairi 

 

Vətənim verdi mənə namü-nəmək

Vətəni məncə unutmaq nə demək. 

 

                                                                     Abbas Səhhət, 



                                                                     Şair, dramaturq 

                                                                                                                                   

Vətən mənə oğul desə nə dərdim, 

Mamır olub qayasında bitərdim. 

                                                                    Məmməd Araz, 

                                                                     Xalq şairi 



11 

 

Vətən borclu deyil, biz borcluyuq Vətənə. 



                                                               Bəxtiyar Vahabzadə, 

                                                                  Xalq şairi 

 

Unudulmaz el yolunda canı qurban olanlar

Vətən mülkü abad yaşar vəfadarı görəndə. 

                                                                        Səməd Vurğun, 

                                                                   Xalq şairi 

 

Bir yoxsul qürbətdə şah olsa əgər 

Hər axşam o vətən deyib ah çəkər. 

            Əssar Təbrizi, 



                                                             Azərbaycanlı alim, şair 

 

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı: 

Düşün altında minlərcə kəfənsiz yatanı. 

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı: 

Vermə, dünyaları alsan da, bu cənnət vətəni. 

                                                               Mehmet Akif Ərsoy,                                                                   



Türk şairi  

 

Döyüş meydanında can versə insan 

Xoşdur, namərdliklə qoyub qaçmaqdan. 

                                                                       Sədi Şirazi, 



                                                                              Fars şairi 

                                                        

Özünü vətəndaş zənn edən bir kəs, 

Vətənin dərdinə yad qala bilməz. 

 

                                              Nikolay Alekseyeviç Nekrasov, 



                                                                                 Rus şairi 

 


12 

 

Həqiqi  namuslu  insan  ailəsini  özündən,  vətənini  ailəsindən, 



insanlığı isə Vətənindən uca tutmalıdır. 

                                                             Jan Leron Dalamber, 

                                                                Fransız riyaziyyatçısı 

 

Öz Vətəninə mənsub olmayan insan, bəşəriyyətə də mənsub 

deyil. 

                                             Vissarion Qriqoryeviç Belinski



                                              Rus publisisti və ədəbi tənqidçisi 

 

Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı? 



                                                               Kvint Flakk Horatsi, 

                                                                     Qədim Roma şairi 



 

Milli  Qəhrəmanlarımızla  bağlı  kitabxanalarda  respublikanın 

ümumi təhsil məktəblərinin şagirdləri arasında “İgid ölər, adı 

qalar” mövzusunda inşa yazı müsabiqəsi təşkil etmək olar. Bu 

məqsədlə  kitabxananın  girəcəyində  keçiriləcək  müsabiqənin 

elanı  asılır.  Orada  tədbirin  keçirilməsi  ilə  bağlı  bütün  şərtlər 

göstərilir.  Müsabiqəyə  hazırlıq  məqsədilə  bir  həftə  əvvəldən 

məktəblilər Milli Qəhrəmanlarımızın döyüş yolundan bəhs edən 

kitabları oxuyub, məlumat toplayırlar. Müsabiqə təyin olunmuş 

vaxtda keçirilir. Müsabiqənin qalibləri kitabxananın müdriyyəti 

tərəfindən mükafatlandırılır. 

Həmçinin  Milli  Qəhrəmanlarla  bağlı  azyaşlı  uşaqlar  üçün 

təşkil edilən tədbirlərdən biri də  səhərcikdir. Səhərciyin uşaqlar 

üçün  əhəmiyyəti  böyükdür.  Ələmdar  Quluzadənin  “Azadlıq 

yolu”,  “Ölümdən  sonrakı  ad”,  “Yaralı  əsgər”,  “Bu  dərdi  necə 

yazım”,  “Oğlum  əsgər  gedir”  və  “Hərbi  and”  şeirləri  üzrə 

səhərciyin və ucadan oxunun hazırlanması daha yaxşı olar. 

Kitabxanada  keçirilən  ənənəvi  tədbirlərdən  biri  kitab 

müzakirəsinin  verilməsidir.  Kitabın  müzakirəsində  təcrübəli 



13 

 

kitabxanaçı,  orta və yuxarı siniflərdə təhsil alan şagirdlər iştirak 



edirlər. 

Kitabxanaçı:  Vüqar  Əsgərovun  “Azərbaycanın  Milli 

Qəhrəmanları”  kitabının  həcmi  kiçik  olsa  da,  siqləti,  məna 

tutumu böyükdür. Burada Azərbaycanın adını ucadan-uca tutan 

209  qəhrəmanın  adı  verilmiş,  hər  birinin  öz  döyüş  hünəri, 

rəşadəti, öz tərcümeyi-halı göstərilmişdir.  Onların hamısını eyni 

məqsəd,  eyni  amal  birləşdirmişdi:  Azərbaycanın  suverenliyi, 

dövlətçiliyi  və  torpaqlarımızın  bütövlüyü!  Azərbaycanın  Milli 

Qəhrəmanları  barədə  çox  yazılmış,  ekrandan,  efirdən  çox 

deyilmiş,  ayrı-ayrı  kitablar  buraxılmış,  sənədli  filmlər 

çəkilmişdir. Lakin ilk dəfə, onların hamısını “bir dam altında” 

toplayan bu kitab gərgin zəhmət bahasına başa gəlmişdir. Kitabı 

Qarabağ müharibəsinin iştirakçısı Vüqar Əsgərov neçə müddət 

respublikamızın  əksər  rayonlarına  gedərək  qəhrəmanların 

doğmaları, yaxınları, dostları, tanışları ilə görüşmüş və zəngin 

faktlar toplayaraq  yazmışdır. 

Kitabxanaçı:  Tarix  XX  əsrin  sonlarında  bizi  neçə-neçə 

sınaqlara  çəkdi.  Biz  20  Yanvar  qırğınından,  Xocalı 

soyqırımından  keçdik,  Vətən  torpaqları  uğrunda  gedən 

döyüşlərdə  saysız-hesabsız  şəhidlər  verdik.  Onlardan  misilsiz 

rəşadət göstərən, qəhrəmanlıq zirvəsinə ucalanlar da az olmadı. 

   Azərbaycan  Respublikası  Prezidentinin  6  iyun  1992-ci  il 

tarixli  fərmanı  ilə  12  nəfər  Vətən  oğluna  Azərbaycanın  Milli 

Qəhrəmanı adı verildi. Onların arasında Mehdi Abbasov, Nofəl 

Quliyev, Yusif Əliyev, Əlif Hacıyev, Vüqar Hüseynov, Mikayıl 

Cəbrayılov və başqaları var idi. Bir ay sonra isə daha 20 nəfər 

bu şərəfli ada layiq görüldü.  

   Biz torpaqdan boy atıb, torpaqdan ucalmışıq. Torpaq bizim 

anamızdır.  Torpaq  –  beşiyimiz  və  məzarımızdır.  Böyük  türk 

şairi demişkən: “Torpaq – uğrunda ölən varsa, Vətəndir!” 




14 

 

   Deməli,  torpağı  Vətənə  çevirən,  onun  adını  al  qanı  ilə 



günəşli  üfüqlərə  yazan  –  onun  övladlarıdır.  Görkəmli 

sənətkarımız 

Musa  Yaqubun 

ürəklərin 

qeyrət-namus 

duyğularını  bir-birinə  qoşan  “Bir  əsgərin  Tanrı  duası”  adlı 

şeirində deyildiyi kimi: 

 

                             Bu ki, Vətən yürüşüdü, 



                             Bu ki, qeyrət vuruşudu, 

                             Bu ki, namus döyüşüdü. 

                             Qurban gedən oğul varsa, 

                             Ana yurdun bu, sabahla 

                                                    görüşüdü. 

                             ...Vətən yoxsa, torpaq yoxsa, 

                                                    yaşamağın yeri nədir?! 

                             Ulu Tanrım! 

                             Sən şərəfli ölümlərə 

                             öyrət məni. 

                             Sonra, sonra, 

                             Torpağımın sabahında 

                             Öz qanımdan göyərt məni! 

   


Kitabxanaçı:  Adları Azərbaycan tarixinə qızıl hərflərlə əbədi 

həkk  olunan  Milli  Qəhrəmanların  190  nəfəri  suverenliyimiz, 

dövlətçiliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarını 

qurban vermiş və əbədiyyətə qovuşmuşdur. Bu cəsur insanların 

tərcümeyi-halını 

vərəqləyəndə 

görürük 

ki, 


bizim 

yurddaşlarımızla yanaşı neçə-neçə xalqın namuslu övladları da 

bizim  haqq  səsimizə  səs  vermişdir.  Biz  Azərbaycanımızın 

qəhrəmanlıq  tarixinə  sidq-ürəkdən  imza  atmış  bu  insanlara 

dönə-dönə “Eşq olsun!” – deyirik və həmişə də deyəcəyik! 

    Bu kitab Azərbaycanın Milli Qəhrəmanlarından – 209 insan 

taleyindən söz açır. Onların həyatı, rəşadəti bizə ana Vətəni, ana 

torpağı  –  Azərbaycanımızı  necə  sevməyi,  lazım  gəlsə  onun 

yolunda  canımızdan  keçməyi  öyrədir.  Bir  məktəbdir, 



15 

 

universitetdir bu igidlərin həyatı, rəşadəti, döyüş hünəri! Onların 



hər birinin adı ürəyimizin başındadır. 

Milli  Qəhrəmanlarımızla  bağlı  kitabxanalarda  “Şəhidlik 



zirvəsi”  mövzusunda  dəyirmi  masanın  keçirilməsi  də  faydalı 

olardı.  Dəyirmi  masada  ilk  növbədə  müzakirə  olunacaq 

məsələlər  müəyyənləşdirilməli,  qonaqlar  əvvəlcədən  təyin 

edilməli, mütəxəssislərin konkret mövzularda çıxışları nəzərdə 

tutulmalıdır.  Tədbirdə  tarixçilərin,  ziyalıların,  ictimai 

xadimlərin,  hərbiçilərin,  şəhid  olmuş  əsgərlərin  yaxınlarının 

iştirakı  məqsədəuyğun  olar.  Oxucuları  və  geniş  ictimaiyyəti  

məlumatlandırmaq  məqsədilə  kitabxananın  saytında,  sosial 

şəbəkələrdə  keçiriləcək  tədbir  barədə  anons  verilməlidir. 

“Dəyirmi  masa”nı  kitabxananın  müdriyyəti  və  ya  təcrübəli 

kitabxanaçılarından  biri  açaraq  Milli  Qəhrəmanların  həyatı, 

döyüş yolu, həmçinin tədbirin məqsədi haqqında qısa məlumat 

verir. Sonra isə iştirakçılar öz mülahizələrini söyləyirlər. 

I iştirakçı: Şəhidliyin həm ümumbəşəri, həm də dini yozumu və 

təsdiqi  vardır.  Təbiətin,  cəmiyyətin  fəlakətdən  qurtulmasında, 

insaniyyətin, idrakın  tərəqqisi  yolunda həlak olan da, öz ailəsi 

və  dövlətçilik  uğrunda  həlak  olan  da  şəhiddir.  Bütün  hallarda 

şəhidlik ali və ülvi məqamdır. Qurani-Kərimdə şəhidlik cənnətin 

ən  yüksək  guşəsində  dayanır.  Şəhidlik  ali  məqam,  müqəddəs 

taxt şəhadətidir. Bu cəhətdən istər 20 yanvar, istərsə də erməni 

daşnaqlarına  qarşı  ərazimizin  bütövlüyü  uğrunda  gedən 

döyüşlərdə  canlarını  Vətən,  Millət,  Dövlət  uğrunda  qurban 

verən  şəhidlər  həm  dini  nöqteyi-nəzərdən,  həm  də  bəşəri 

məzmun  baxımından  şərəfli  və  müqəddəs  bir  yolun  yolçuları 

olmuşlar.    Onlar    daima    ehtiram    hissi    ilə    yad    olunacaq, 

nəsildən-nəsilə nümunə göstəriləcəklər. 

II iştirakçı: Vətənə təcavüz olunanda onu yağı düşmən saranda 

ilk  olaraq,  vətəni  ana  bilən  onun  ərazi  bütövlüyünü  və 




16 

 

müstəqilliyini  qorumağa  çalışan,  qəlbi  vətən  sevgisi  ilə 



döyünənlər silaha sarılıb vətənin müdafiəsinə qalxırlar. 

   1988-ci ildə mənfur ermənilərin vətənimizə təcavüzü zamanı 

on  minlərlə  vətəndaşımız  Azərbaycanımızın  dövlətçiliyinin, 

müstəqilliyimizin  və  ərazi  bütövlüyümüzün  təcavüzdən 

qorunması  üçün  mübarizəyə  qalxdılar.  Hər  bir  vətəndaş  dərk 

etdi ki, dövlətini, torpağını qorumaq onun müqəddəs borcudur. 

   Təbiidir  ki,  müharibə  qansız,  itkisiz  ötüşmür.  Azərbaycan 

xalqı  da  bu  haqq  işində  on  minlərlə  şəhid  vermişdi.  Şəhidlik 

zirvəsinə  yüksələnlərin  hər  birinin  həyatı  hamımız  üçün  bir 

örnək, bir nümunə olmalıdır. 



III  iştirakçı:    Bir  qrup  ziyalı  Milli  Qəhrəmanları  cəmiyyətə, 

ictimaiyyətə  tanıdacaq  qurumun  təsis  edilməsi  qərarına 

gəlmişlər.  2000-ci  ildə  bu  müqəddəs  amal  uğrunda  ilk     

addımlar  atılmışdır.  Təsis  konfransı  keçirilərək  Azərbaycan 

Respublikasının  Milli  Qəhrəmanlarını  Tanıtma  İctimai  Birliyi 

yaradılmışdır. Təsis edilmiş Birlik 14 fevral 2001-ci il tarixində 

Ədliyyə Nazirliyindən həmin adla qeydiyyatdan keçmiş, qəbul 

edilmiş  nizamnamə  təsdiq  edilmişdir.  Ulu  Öndərin 

istiqamətverici  göstərişlərini  əldə  rəhbər  tutaraq,  Birlik 

tərəfindən  Milli  Qəhrəmanlar  haqqında  məlumatlar  toplanaraq 

onların  şəxsi  arxivi  yaradılmışdır.  2003-cü  ildə  isə  Milli 

Qəhrəmanların  ümumiləşdirilmiş  foto-plakatları  nəşr  edilmiş, 

bir  çox  təhsil  ocaqlarında  həmin  foto-plakatlardan  istifadə 

edilərək Milli Qəhrəmanlar guşəsi yaradılmışdır. 

      Kitabxanalarda  aşağı  sinif  şagirdlərinin  iştirakı  ilə  nağıl 

otağında  “Cəsurlar”,  “Şahinlər”,  “Sərhəd”  adlı  hərbi-idman 



oyunlarının  keçirilməsini  də  təşkil  etmək  mümkündür.  Bu 

oyunların  keçirilməsində  məqsəd  şagirdlərdə  cəsarətliliyi, 

cəldliyi,  mübarizliyi,  qələbə  çalmaq  uğrunda  iradə 



17 

 

möhkəmliyinin  təmin  olunmasını  öyrətməkdir.  Keçirilən 



oyunlarda oğlanlarla  yanaşı qızların da iştirakı təmin edilir ki, 

bu da işin sevindirici tərəfidir. Hərbi-idman oyunlarının təqaüdə 

çıxmış  zabitlər  tərəfindən  keçirilməsi  bu  işdə  əhəmiyyətli  rol 

oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik 

hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilərlər.  

  Kitabxanamızın  biblioqrafiya  şöbəsinin  müdiri  Əhmədova 

Sevil www.clb.az saytında Milli Qəhrəmanlarımızla bağlı video 

çarx  yerləşdirmiş,  bu  mövzuda  geniş  ədəbiyyat  siyahısı 

hazırlamışdır. 

  Kitabxanalarda  Vətən  uğrunda  döyüşən,  şəhid  olan 

döyüşçülərimizi,  Milli  Qəhrəmanlarımızı  tanımaq  və 

unutmamaq  üçün  “Nəsillərə  yadigar  əfsanəvi  qəhrəmanlıq” 

adlı anım gününün keçirilməsi vacib tədbirlərdən biridir. Anım 

günü ilə əlaqədar əvvəlcədən hazırlıq işləri görülməli, Qarabağ 

müharibəsi, Aprel döyüşləri zamanı şəhid olan döyüşçülərimiz 

haqqında fotostendlər, sərgilər, video çarxlar hazırlanır, sənədli 

filmlər  göstərilir.  Tədbiri  keçirmək  üçün  ictimaiyyət 

nümayəndələrini, 

tarixçiləri, 

siyasətçiləri, 

şəhidlərin 

valideynlərini,  döyüş  yoldaşlarını  dəvət  etmək,  Milli 

Qəhrəmanların  xatirəsini  birdəqiqəlik  sükutla  yad  etmək 

məqsədə uyğun olar. Anım günü aparacının  giriş sözü ilə açılır, 

döyüşçülərin və şəhid olmuş əsgərlərimizin həyat və döyüş yolu 

barədə  qısa  məlumat  verilir.  Sonra  çıxışlara  yer  verilir,  dəvət 

olunan  qonaqlar  şəhidlərin  qəhrəmanlığı  barədə  xatirələrini 

danışır,  hərbiçilər  öz  təcrübələri  barədə  fikirlərini  oxucularla 

bölüşürlər.  

I Aparıcı: Birinci Qarabağ müharibəsində Azərbaycanın şücaət 

göstərən çox oğlu olmuş, onlardan bəziləri müxtəlif hərbi adlar 




18 

 

və  medallarla  təltif  olunmuşdur.  Bu  müharibə  zamanı  124 



igidimiz Milli Qəhrəman adına layiq görülmüşdür. Onlardan 45 

nəfəri 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyin qorunması 

üçün göstərdikləri qəhrəmanlıqlara görə digər 5 nəfər isə dövlət 

sərhədlərinin toxunulmazlığının qorunması zamanı göstərdikləri 

şücaətlərinə görə Milli Qəhrəman adını almışlar. 

II  Aparıcı:  Azərbaycanın  Xocalı  şəhəri  1992-ci  ilin  fevralın   

25-dən 26-na keçən gecə Ermənistan Silahlı qüvvələri və keçmiş 

SSRİ-nin  366-cı  motoatıcı  alayı  tərəfindən  işğal  edilmiş,         

dinc  azərbaycanlılar  misli  görünməmiş  qəddarlıqla  qətlə 

yetirilmişdir. Bu faciə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsi ərzində baş vermiş, ən dəhşətli hadisələrdən biridir. 

   26 fevral  günü Xocalı yer üzündən  silinsə də, qəhrəmanlıq 

tariximizə  5  Milli  Qəhrəman,  5  igid  vermişdir:  Bunlar  Əlif 

Hacıyev,  Ələsgər  Novruzov,  Tofiq  Hüseynov,  Araz  Səlimov, 

Natiq Əhmədovdur. 



III Aparıcı: Ermənistanın hərbi təcavüzü nəticəsində başlanan 

Qarabağ müharibəsində, eləcə də bir sıra qaynar nöqtələrdə peşə 

fəaliyyətini  yerinə  yetirərkən  bir  sıra  azərbaycanlı  jurnalistlər 

həyatlarını itirmişdir: Salatın Əsgərova, Ali Mustafayev, Osman 

Mirzəyev,  Fəxrəddin  Şahbazov,  Arif  Hüseynzadə,  Çingiz 

Mustafayev,  Kazımağa  Kərimov,  Fərhad  Kərimov,  Adil 

Bünyadov. 

IV  Aparıcı:  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 

münaqişəsinə dair 1994-cü il may ayının 12-dən qüvvədə olan 

Atəşkəsə  məhəl  qoymayan  Ermənistan  silahlı  qüvvələri 

mövqelərimizə daim atəş açmış, dinc əhaliyə, yaşayış yerlərinə 

zərər vurmuşlar.  



19 

 

   Erməni  təcavüzkarlarının  növbəti  atəşkəs  rejimini  pozmaq 



cəhdi  2016-cı  il  aprel  ayının  1-dən  2-nə  keçən  gecə  baş 

vermişdir. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və 

yaşayış  məntəqələri  güclü  artilleriya  atəşinə  məruz  qalmışdır. 

Nəticədə 2 dinc sakin ölmüş, 10 nəfər yaralanmış, infrastruktur 

obyektləri  zədələnmiş,  evlər  dağıdılmış,  əhalinin  şəxsi 

təsərrüfatına  və  əmlakına  xeyli  ziyan  dəymişdir.  Azərbaycan 

tərəfindən  bu  hücumun  qarşısının  alınması,  mülki  əhalinin 

təhlükəsizliyinin  qorunması  məqsədilə    Azərbaycan  Silahlı 

Qüvvələrinin  komandanlığı  tərəfindən  Ağdərə-Tərtər-Ağdam 

və  Xocavənd-Füzuli  istiqamətində  təxirə  salınmaz  cavab 

tədbirləri  həyata  keçirilmiş,  Goranboy  rayonuna  və  Naftalan 

şəhərinə  təhlükə  yarada  biləcək  Talış  kəndi  ətrafındakı 

yüksəkliklər,  Seysulan  məntəqəsi  və  Füzuli  rayonu 

istiqamətində  yerləşən  “Lələtəpə”  adlandırılan  yüksəklik 

düşməndən  azad  edilmişdir.  Döyüşlər  nəticəsində  Azərbaycan 

Silahlı  Qüvvələri  Ağdərə-Madagiz  istiqamətində  yolların 

nəzarətdə saxlanılmasını təmin etmişdir. 

V Aparıcı: Aprelin 5-də saat  12.00-dan etibarən  Azərbaycan-

Ermənistan  qoşunlarının  təmas  xəttində  tərəflərin  razılığı  ilə 

əməliyyatlar  dayandırılmışdır.  Razılaşma  Rusiyanın  paytaxtı 

Moskva  şəhərində  Azərbaycan  və  Ermənistan  silahlı 

qüvvələrinin  baş  qərargah  rəisləri  arasında  əldə  edilmişdir. 

Azərbaycan  Silahlı  Qüvvələrinin  bölmələri  azad  edilmiş 

torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirmişlər. 

   Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu  əks-hücum 

hərbi  əməliyyatı  nəticəsində  erməni  işğalından  azad  edilmiş 

Cəbrayıl  rayonunun  Cocuq  Mərcanlı  kəndində  insanların 

təhlükəsiz  yaşaması  mümkün  olmuşdur.  Bununla  da,  tarixən 

burada  yaşamış  dinc  əhalinin  öz  doğma  yurdlarına  qayıtması 

üçün  Azərbaycan  Silahlı  Qüvvələrinin  tam  nəzarətinə  keçmiş 

həmin  ərazilərdə  əsaslı  yenidənqurma  işlərinin  başlanmasına 




20 

 

şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 



24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl 

rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər 

haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl 

rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək 

işlər  çərçivəsində  birinci  mərhələdə  50  fərdi  yaşayış  evinin, 

məktəb  binasının  və  müvafiq  infrastrukturun  tikintisi  üçün 

Azərbaycan  Respublikasının  2017-ci  il  dövlət  büdcəsində 

nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası  Prezidentinin 

ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və 

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 

4,0 (dörd) milyon manat ayrılmışdır. 

   Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri 

gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel 

döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını 

artırdı. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə 

hazırdır.  Son  döyüşlər  bir  daha  göstərdi  ki,  ordumuzun 

potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin 

gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir. 

   Gün  gələcək  Azərbaycan  öz  ərazi  bütövlüyünü  bərpa 

edəcəkdir. Məhz buna görə də vəzifəsindən, ictimai statusundan, 

siyasi  mənsubiyyətindən  asılı  olmayaraq,  hər  bir  Azərbaycan 

vətəndaşı  bu  prosesdə  fəal  iştirak  etməli,  bütün  qüvvə  və 

bacarığını  Azərbaycan  xalqının  mənafeyi  naminə  mübarizəyə 

sərf etməlidir. 

 

 

 



 

 

 



 


21 

 

Əlavələr 



                                                                                                       Əlavə 1 

                    “Azərbaycanın Milli Qəhrəmanı” 



                              Adı Müəyyən olunsun 

Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli qanunu 

 

Dərc edilmişdir: “Həyat” qəzeti 28 mart 1992-ci il 



Qüvvəyə minmişdir: 7 aprel 1992-ci il 

 

(15  iyul  1992-ci  il  tarixli  qanunla  edilmiş  dəyişiklik  və 



əlavələrlə) 

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 



1.Azərbaycan  Respublikasının  ən  yüksək  fərqlənmə  dərəcəsi 

“Azərbaycanın Milli Qəhrəmanı” adı müəyyən olunsun. 

2. “Azərbaycanın Milli Qəhrəmanı” adı döyüş və əmək hünərləri 

göstərən, Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və 

tərəqqisi naminə xalq qarşısında xüsusi xidmətləri olan şəxslərə 

verilə bilər. 

 

10  avqust  1992-ci  il  tarixdən  etibarən  qüvvəyə  minən  15  iyul 



1992-ci  il  tarixli  qanunla  2-ci  bənd  aşağıdakı  redaksiyada 

verilmişdir: 

 

2.  “Azərbaycanın  Milli  Qəhrəmanı”  adı  Azərbaycan 



Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında 

müstəsna xidmətlərə və rəşadətə görə verilir. 

 

  

                                                                                                         



                                                                                                          


22 

 

                                                                                                          Əlavə 2 

                        

“Azərbaycanın Milli Qəhrəmanı” 

 

                             Adı Haqqında Əsasnamə 

“Azərbaycanın Milli Qəhrəmanı” adı Respublikanın ən yüksək 

fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi 

və  tərəqqisi  naminə  xalq  qarşısında  müstəsna  xidmətlərə  və 

rəşadətə görə verilir. 

“Azərbaycanın 

Milli 


Qəhrəmanı” 

adı 


Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və 

ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. 

Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir: 

xüsusi  fərqlənmə  nişanı-aypara  və  səkkizguşəli  “Ay-Ulduz” 

medalı; 


18 aprel 1998-ci il tarixdən qüvvəyə minən 6 fevral 1998-ci il 

tarixli qanunla 3-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada 

verilmişdir: 

Xüsusi fərqlənmə nişanı səkkizguşəli “Qızıl-Ulduz” medalı; 

“Azərbaycanın  Milli  Qəhrəmanı”  adının  verilməsi  haqqında 

fərman. 


4.  “Azərbaycanın  Milli  Qəhrəmanı”  adı  eyni  şəxsə  bir  dəfə 

verilir. 

5.  “Azərbaycanın  Milli  Qəhrəmanı”  adı  qanunvericiliklə 

müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. 

6.  “Ay-Ulduz”  medalı  döşün  sol  tərəfinə,  digər  orden  və 

medallardan yuxarıda taxılır. 

18 aprel 1998-ci il tarixdən qüvvəyə minən 6 fevral 1998-ci il 

tarixli qanunla edilmiş dəyişiklikdən sonra 6-cı bənd aşağıdakı 

redaksiyada qüvvədədir: 

6. “Qızıl-Ulduz” medalı sol tərəfinə, digər orden və medallardan 

yuxarıda taxılır. 



23 

 

7. Azərbaycanın Milli Qəhrəmanı adı almış şəxslər həmin addan 



yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə 

tutulmuş qaydada məhrum edilə bilərlər. 

                   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



24 

 

                                                                                                          Əlavə 3  



 

                      Azərbaycanın Milli Qəhrəmanları   

 

1990-cı il 

1. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu (1952-1990) 

2. Çobanov Şamay Məhyəddin oğlu (1965-1990) 

3. Əliyev İlham Müzəffər oğlu (1961-1990) 

4. Rüstəmov Füzuli Salah oğlu (1965-1990) 

5. Seyidov Məhərrəm Mirəziz oğlu (1952-1990) 

6. Səlimov Araz Bahadur oğlu (1960-1990)  

7. Şükürov Şahlar Əvəz oğlu (1952-1990)  

8. Slesarov Mixail Aleksandroviç (1955-1990)  

1991- ci il 

9. Ağayev Faiq Alış oğlu (1969-1991) 

10. Əhmədov Natiq İlyas oğlu (1969-1991)  

11. Əkbərov Akif Abbas oğlu (1952-1991)  

12. Əliyev İmamverdi Barat oğlu (1950-1991)  

13. Əliyev Yusif Əliyusif oğlu (1969-1991) 

14. Əsədov Əsəd Soltan oğlu (1956-1991)  

15. Əsgərova Salatın Əziz qızı (1961-1991)  

16. Fərəcov Ənvər Səyyad oğlu (1952-1991)  

17. Hüseynov Vüqar Tofiq oğlu (1969-1991)  

18. Kovalyov Yuri Petroviç (1965-1991) 

19. Quliyev Nofəl Zahid oğlu (1963-1991)  

20. Məmmədov Aytəkin İsrafil oğlu (1967-1991)  

21. Məmmədov Kazım Ərşad oğlu (1969-1991)  

22. Muradov Hikmət Oqtay oğlu (1969-1991)  

23. Mustafayev Ali Mustafa oğlu (1952-1991)  

24. Mehdiyev Fazil Umud oğlu (1966-1991)  

25. Nəzərli Hikmət Baba oğlu (1966-1991)  

26. Rüstəmov Hidayət Eldar oğlu (1970-1991) 



25 

 

27. Səfərov Sərdar Mədəd oğlu (1960-1991)  



28. Şahbazov Fəxrəddin İbrahim oğlu (1950-1991) 

29. Teymurov Rizvan Rəhman oğlu (1967-1991)   



1992 - ci il  

30. Abbasov Mehdi Yusif oğlu (1960-1992) 

31. Abdullayev Maşallah Babakişi oğlu (1950) 

32. Abdullayev Rövşən Əbdülhüseyn oğlu (1969-1992) 

33. Abdullayev Şövqiyar Cəmil oğlu (1969-1992) 

34. Ağayev Bəylər Tapdıq oğlu (1969-1992)  

35. Axundov Səfa Fətulla oğlu (1958-1992) 

36. Aqarunov Albert Aqarunoviç (1969-1992) 

37. Allahverdiyev Namiq Müslüm oğlu (1967-1992) 

38. Arazov Ənvər Talış oğlu (1953-1992) 

39. Aslanov Şikar Davud oğlu (1970-1992) 

40. Aslanov Niyazi Şərəfxan oğlu (1960-1992) 

41. Atakişiyev Aslan Qabil oğlu (1953 -1992) 

42. Bağırov Allahverdi Teymur oğlu (1946-1992) 

43. Bağırov Tahir Əminağa oğlu (1957-1992) 

44. Behbudov Səfiyar Abuzər oğlu (1967- 1992) 

45. Davidoviç Anatoli Nikolayeviç (1965-1992) 

46. Əhmədov Əsəd Cəlal oğlu (1970-1992) 

47. Əhmədov Mübariz Əlizadə oğlu (1963- 1992) 

48. Əhmədov Riad Fikrət oğlu (1956-1992) 

49. Əliyev Ələkbər Həsən oğlu (1955- 1992) 

50. Əliyev Əliyar Yusif oğlu (1957-1992) 

51. Əliyev Rövşən Nəriman oğlu (1972-1992) 

52. Əliyev Yavər Yaqub oğlu (1956-1992) 

53. Əliyev Vasili Əhməd oğlu (1959- 1992) 

54. Əliyev Yunis Əsgər oğlu (1958-1992) 

55. Əsədov Malik Hamil oğlu (1962-1992) 

56. Əsgərova Gültəkin Məlik qızı (1960-1992) 

57. Əsədov Rəfael Əvəz oğlu (1952- 1992) 



26 

 

58. Fərzəliyev Pəhlivan Əhliman oğlu (1958-1992) 



59. Hacıyev Əlif Lətif oğlu (1953-1992) 

60. Güləliyev Oqtay Güləli oğlu (1962-1992) 

61. Hacıyev Fikrət Əli oğlu (1964-1992) 

62. Hacıyev Etibar Firudin oğlu (1971-1992) 

63. Həsənov Məhəmməd Ələsgər oğlu (1959) 

64. Həbibov Rəfael Hacı Şərafət oğlu (1964-1992) 

65. Həsənov Səyavuş Həsən oğlu (1964-1992)  

66. Həsənov Tahir Tofiq oğlu (1970-1992) 

67. Həsənov Tabil Qasım oğlu (1960-1992) 

68. Hüseynov Elşad Eynulla oğlu (1960-1992) 

69. Hüseynov Əfqan Qaraxan oğlu (1963-1992) 

70. Hüseynov Rövşən Şəmil oğlu (1967-1992) 

71. Hüseynov Şahlar İsa oğlu (1968-1992) 

72. Hüseynov Sadıq Dayandur oğlu (1961-1992) 

73. Hüseynov Tofiq Mirsiyab oğlu (1954-1992) 

74. Xəbibbəyli Təbriz Xəlil Rza oğlu (1964-1992) 

75. Hümbətov Fərhad Qəmbər oğlu (1968-1992) 

76. İbrahimov Rasim Səxavət oğlu (1962- 1992) 

77. İsgəndərov Əlabbas Qara oğlu (1958-1992) 

78. İsmayılov İlqar Sədi oğlu (1959-1992) 

79. İsmayılov İnqilab Ələkbər oğlu (1962-1992) 

80. Kərimov Kazımağa Mövsüm oğlu (1951-1992) 

81. Kərimov Elgiz Kərim oğlu (1971-1992) 

82. Karlov Yevgeni Nikolayeviç (1960-1992) 

83. Kərimov Kərim Məhəmməd oğlu (1971-1992) 

84. Qəmbərov Ramiz Bulud oğlu (1962-1992) 

85. Quliyev Aqil Sahib oğlu (1963-1992) 

86. Quliyev Mətləb Kamran oğlu (1959-1992) 

87. Quliyev Nazim Qabil oğlu (1965-1992) 

88. Qasımov İxtiyar Qasım oğlu (1970-1992) 

89. Qasımov Muxtar Cahid oğlu (1958-1992) 



27 

 

90. Məmmədov Sahil Ələmdar oğlu (1964) 



91. Məcidov Eldar Tofiq oğlu (1965-1992) 

92. Məcidov Zakir Nüsrət oğlu (1956-1992) 

93. Məhərrəmov Səxavət Ələmdar oğlu (1973-1992) 

94. Məmmədov Aqil Səməd oğlu (1969-1992) 

95. Məmmədov Əli Hüseyn oğlu (1955-1992) 

96. Məmmədov Seymur Qəhrəman oğlu (1971-1992) 

97. Məmmədov Nizami Murad oğlu (1958-1992) 

98. Məmmədov Səfəralı Qurban oğlu (1963-1992) 

99. Mənsurov Bəhruz Qəhrəman oğlu (1963-1992) 

100. Mirzəyev Kərəm Ərşad oğlu (1960-1992) 

101. Mirzəyev Şirin Vəli oğlu (1947-1992) 

102. Muradov Ruslan Həmid oğlu (1973-1992) 

103. Musayev Fəxrəddin Musa oğlu (1957-1992) 

104. Mustafayev Çingiz Fuad oğlu (1960-1992) 

105. Mürsəlov Vüqar Mirəzbər oğlu (1963-1992) 

106. Mahmudov Ərəstun İspəndi oğlu (1957-1992) 

107. Müslümov Valeh Əlizaid oğlu (1968-1992) 

108. Makeyev İqor Vladimiroviç (1971-1992) 

109. Nəsibov Mərifət Əhməd oğlu (1972-1992) 

110. Nəsibov Kamil Balədə oğlu (1946-1992) 

111. Nəsrəddinov Rafiq Hüseyn oğlu (1961-1992) 

112. Niftəliyev Cəmil Səmədxan oğlu (1968-1992) 

113. Novruzov Ələsgər Xanlaroğlu (1949-1992) 

114. Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu (1967-1992) 

115. Nəcəfov Yunis İsa oğlu (1967-1992) 

116. Polovinko Ruslan Aleksandroviç (1969-1992) 

117. Ocaqverdiyev Sərxan Surxay oğlu (1967-1992) 

118. Paşayev Baxşeyiş Xanəhməd oğlu (1936-1992) 

119. Rəhimov Koroğlu İsmayıl oğlu (1953-1992) 

120. Rüstəmov Məzahir İzzət oğlu (1960-1992) 

121. Rzayev Canbulaq Yaqub oğlu (1868-1992) 



28 

 

122. Rzayev Qasım Qara oğlu (1970-1992) 



123. Rəfiyev Faiq Qəzənfər oğlu (1955-1992) 

124. Senyuşkin Sergey Aleksandroviç (1957-1992) 

125. Rəhimov Cavanşir İzzət oğlu (1973-1992) 

126. Seryogin Viktor Vasilyeviç (1944-1992) 

127. Seyidov Müzəffər Mirabdulla oğlu (1970-1992) 

128. Səfərov Cəlil Əziz oğlu (1962-1992) 

129. Səmədov Pərviz Əbdüləhəd oğlu (1970-1992) 

130. Salahov Şakir Şamil oğlu (1966-1992) 

131. Sayadov Mehman Qəzənfər oğlu (1972-1992) 

132. Şikarov Şikar Şükür oğlu (1953-1992) 

133. Tağızadə Eldar Abdulla oğlu (1963-1992) 

134. Tağıyev Şahin Talıb oğlu (1949) 

135. Yəhyayev Elşad Məmmədhənifə oğlu (1966-1992) 

136. Yusifov Zakir Tofiq oğlu (1956-1992) 

137. Yusifov Naiq Nəsir oğlu (1970-1992) 

1993-cü il  

138. Abdullayev Namiq Vahid oğlu (1974-1993) 

139. Allahverdiyev Elbrus Hacı oğlu (1958-1993) 

140. Alıcanov Rafiq Cəfər oğlu (1965-1993) 

141. Aznaurov İsgəndər Söhrab oğlu (1956-1993) 

142. Bayramov Sultanağa Nəhmət oğlu (1936-1993) 

143. Əhədov Elşad Saday oğlu (1968-1993) 

144. Əliyev Etibar Böyükağa oğlu (1955-1993) 

145. Əliyev Nadir Alış oğlu (1962-1993) 

146. Hüseynov Elman Süleyman oğlu (1952-1993) 

147. İbrahimov Nurəddin İslam oğlu (1951-1993) 

148. Məmmədov Eldar Harun oğlu (1968-1993) 

149. Məmmədov İbrahim İsmayıl oğlu (1958-1993) 

150. Mirzəyev Yusif Vəli oğlu (1958-1993) 

151. Murtuzəliyev Sergey Murtuzəli oğlu (1963-1993) 

152. Orucov Vəzir Surxay oğlu (1956-1993) 




29 

 

153. Sədiyev Vəzir İsa oğlu (1961-1993) 



154. Təhməzov Paşa Qurban oğlu (1949-1993) 

1994-cü il 

155. Edilov Yelmar Şahmar oğlu (1946-1994) 

156. Eyvazov Qorxmaz Abış oğlu (1967-1994) 

157. Əkbərov Rövşən Telman oğlu (1965-1994) 

158. Həsənov Eldar İsfəndiyar oğlu (1965-1994) 

159. İsmayılov Etibar Bəylər oğlu (1964-1994) 

160. İbrahimov Mirələkbər Mirələsgər oğlu (1961-1994) 

161. Quliyev Vahid Həbibulla oğlu (1955) 

162. Məhərrəmov Asif Yusif oğlu (1952-1994) 

163. Məmmədov Natiq Bəşir oğlu (1975-1994) 

164. Musayev Aqil Hüseyn oğlu (1974-1994) 

165. Nuriyev Elnur Eyvaz oğlu (1975-1994) 

166. Şahverdiyev İsrafil Şahverdi oğlu (1952-1994) 

167. Zülfüqarov Elxan Qaçay oğlu (1954-1994) 



1995-ci il 

168. Ağayev Eldar Əsgər oğlu (1955-2013) 

169. Allahverdiyev Bəxtiyar Əzizulla oğlu (1974) 

170. Atakişiyev İntiqam Vahid oğlu (1974) 

171. Ağayev Fərhad İslam oğlu (1975-1995) 

172. Babayev Əjdər Xaliqverdi oğlu (1950-1995) 

173. Babayev Çingiz Adil oğlu (1964-1995) 

174. Babayev Nazim Abbas oğlu (1975-1995) 

175. Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (1958) 

176. Çirinqov Ramazan Heybullah oğlu (1969-1995) 

177. Əliyev Əmiraslan Rza oğlu (1960-1995) 

178. Əliyev Əsgər Ələkbər oğlu (1974-1995) 

179. Əliyev Ehtiram İsrayıl oğlu (1972) 

180. Əmirov Faiq İsfəndiyar oğlu (1975-1995) 

181. Həsənov İlham Gülbala oğlu (1976-1995) 

182. Hüseynov Elşən İbrahim oğlu (1976-1995) 




30 

 

183. Xəlilov Eldar Xəlil oğlu (1976-1995) 



184. Xasıyev Samir Zirəddin oğlu (1973-1995) 

185. İsgəndərov Famil İsgəndər oğlu (1975-1995) 

186. Kərimov Bəşir Bəylər oğlu (1976-1995) 

187. Qəhrəmanov Fariz Çoban oğlu (1974) 

188. Quliyev Mədət Qəzənfər oğlu (1958) 

189. Quliyev Mirzə Məcid oğlu (1974) 

190. Quliyev Zabit Adil oğlu (1975) 

191. Quliyev Emin Ələkbər oğlu (1976-1995) 

192. Qurbanov Novruz Əliyullah oğlu (1975-1995) 

193. Qədiməliyev Arif Maasif oğlu (1975-1995) 

194. Mədətov Fariz Əlövsət oğlu (1972) 

195. Məmmədov Elşad Ramiz oğlu (1975-1995) 

196. Məmmədov Xanoğlan Sadıq oğlu (1975-1995) 

197. Mirabov Rəşad Akif oğlu (1975-1995) 

198. Nəsirov Yalçın Canhəsən oğlu (1976-1995) 

199. Nağıyev Dilqəm Heydər oğlu (1975-1995) 

200. Ramazanov Şamil Ağasəf oğlu (1976-1995) 

201. Sarıyev Zaur Rəşid oğlu (1974-1995) 

202. Şahbazov Yavər Əlibala oğlu (1973-1995) 

203. Yusifov Roman Yasəf oğlu (1973-1995) 

204. Zülfüqarov Samir Xəlil oğlu (1976-1995) 

1997-ci il 

205. Məmmədov Mövsüm Şahin oğlu (1967) 



1999-cu il 

206. Cəfərov Faiq Əliqulu oğlu (1974-1999) 

207. Rzayev Rövşən Abdulla oğlu (1969-1999) 

2009-cu il 

208. İsgəndərov Elton Xaləddin oğlu (1990-2009) 

209. İbrahimov Mübariz Ağakərim oğlu (1988-2010) 

210. Qubadov Arif Vəliş oğlu (1966-2009) 

 



31 

 

2016-cı il 

211. Murad Telman oğlu Mirzəyev (1976-2016) 

212. Samid Gülağa oğlu İmanov (1991-2016) 

213. Şükür Nəriman oğlu Həmidov (1975) 

2017-ci il 

214. Çingiz Salman oğlu Qurbanov (1994-2016) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



32 

 

Ədəbiyyat siyahısı: 



Milli qəhrəmanlar 2017 

Alıyev M. Mübariz dastanı. – Bakı : Tuna, 2011. – 152 s. 

Çəmənli M. Fred Asif : sənədli roman. – Bakı : Təhsil, 2010. – 

224 s. 


Çəmənli M. Mübariz : povest. – Bakı : Təhsil, 2010. - 96 s. 

Elatlı  E.  Qisas  gecəsi  :  Milli  Qəhrəman  Mübariz  İbrahimov 

haqqında roman. – Bakı : İdeal-Print, 2011. – 176 s. 

Əliyev O. Əbədiyyətə qovuşan Koroğlu. – Bakı : Ərgünəş, 2008. 

– 238 s. 

Əsgərov  V.  Azərbaycanın  Milli  Qəhrəmanları.  –  Bakı  : 

Respublika Xatirə Kitabı Redaksiyası, 2005. – 251 s. 

Əsgərova R. Gültəkin: İki zirvə, iki and yeri : ədəbi-bədii toplu. 

– Bakı : Qanun, 2006. – 352 s. 

Heydər  Əliyev  və  Azərbaycanın  Milli  Qəhrəmanları  : 

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr 

edilmişdir. – Bakı : “Abşeron nəşr” MMC, 2013. – 224 s. 

Xəlilov  V.  Vətən  sənə  oğul  dedi  :  Azərbaycanın  Milli 

Qəhrəmanı Eldar Xəlil oğlu Xəlilov haqqında. – Bakı : Nərgiz, 

2009. – 112 s. 

Xəzər E. Mübariz : poema. – Bakı : Nərgiz, 2011. – 39 s. 

Ləman F. Təəssüb : Mübariz İbrahimova həsr olunur : poema. – 

Bakı : MBM, 2011. – 43 s. 

Məmmədli F. Mübarizə davam edir... Mübarizlə: poema. – Bakı: 

Şirvannəşr, 2010. – 92 s. 




33 

 

Özgün S. A. Koroğlu : epik-poema. – Bakı : Zərdab LTD MMC, 



2012. – 168 s. 

Seyidzadə  M.  Milli  Qəhrəmanlar  Zirvəsi.  –  Bakı  :  Milli 

Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzi, 2010 – 256 s. 

Vəkil Ə. Əbədi qəhrəmanlıq : poema. – Bakı: Nurlan, 2005. – 

88 s. 

 

 



 

 

 

 

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


34 

 

Milli Qəhrəmanlar Zirvəsi 



(metodik vəsait) 

 

 



 

 

 



 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 49 

Çapa imzalanmışdır:10.10.2017 

Tirajı:100 

Pulsuz 


 

 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə