Milli təzahurata çağırış



Yüklə 13,81 Kb.
tarix14.04.2018
ölçüsü13,81 Kb.
#38476
növüDərs

Milli təzahurata çağırış

Azərbaycanın qeyrətli milləti:
1/7/1385 Mehr ayının biri məktəblərin açılış günü azərbaycan məsum balalarının əjnəbi dilində məcburi dərs oxumaqlarına yox deyirik. öz ana dilimizdə məktəblərin açılışın tələb edib fars dilli məktəbə getməkdən imtina edəcəyik.
Millətimiz bir xurdadda öz gücünü fars şovinisminə göstərdi. Ancaq fars şovinizmi millətimizin etirazına güllə ilə cavab verdi. Onlar şəhid və yüzlər yaralı verdik. Minlər tutuqlandı. Millətimizi sakitləşdirmək üçün hakimiyyət vədələr versə də ancaq etirazı davamı olmadığı üçün hamis unuduldu . Yenə də köhnə hamam köhnə tas. Yenə də türk təhqir olunur. Yenə də türk dili qadağandır. Yenə də fəallarımız zindandadır. Yenə də məktəblərimiz qadağandır. Yenə də ana dilində televizorumuz yoxdur və qadağandır. Yenə də radiomuz yoxdur. Hamısından daha əhəmiyyətlisi və dəhşətlisi yenə də Azərbaycanın məsum uşaqlar fars dilində oxumağa məcburdurlar. Bu böyük cinayətdir. Bu azərbaycan türk millətinin haqq istəklərinə təhqir və basqidir. Bu millətimiz bütün Azərbaycan şəhərlərində təzahuratına xor baxıb təhqir etməkdir. Bu fars şovinizminin birbaşa şəhidlərimizə təhqirdir. Millətimiz qan verdiki fars dilinin əsarətindən xilas olsun, amma bu gün bir daha uşaqlarımızı təhmili fars dilində oxumağa vadar edirlər. Fars şovinizmi açiqcasına şəhidlərimizin qanına təhqir edir. Bu təhqirlərə biz birlikdə son qoymalıyıq.

Fars şovinismi millətimiz qəhrəmanlığını unudubdur. Ona xatırlatmalıyıq ki, biz istəklərimizdə nə qədər israrlı və nə qədər ciddiyik. Biz mehr ayının birində milli təzahuratımızla bütün dünyaya göstərməliyik ki, biz öz ana dilimizdə təhsil almaq istəyirik, ancaq fars şovinizmi buna mane olur.


Ey qəhrəman Azərbaycan milləti:

Siz xordad ayının birindən başlayan öz qəhrəmanliğınıznan Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirdiniz. Bu gün bizim təzahuratımızı xurdad ayi kimi daha qanda boğa bilməzlər. Dünya mətbuatı bu gün Azərbaycanı tanıyır və burda olan hadisələri diqqətlə izləyir. Bir çox mətbuat və radio, tv xəbərçiləri mehr ayının birində Azərbaycanda olacaqlar ki, Azərbaycan millətinin mübarizəsini canlı olaraq dünyaya yaysınlar. Mübarizəmizin yeni mərhələsində tam hazırlıqlı olmalıyıq. Bir daha dünyaya nə istədiyimizi sübut etməliyik. Şüarlarımızdan və istəklərimizdən geri çəkilməməliyik. Şüarlarımıza diqqət etməliyik. Bu şüarlar Azərbaycan mədəniyyətini dünyada nümayişetdirir. Şüarlarımız tam mədəni və sivil olmalıdır. Başqa şüarların verilməsinə icazə vermemliyik. Şuarlarin təhrif olunmasina icazə verməməliyik.

Mehr ayının birində veriləcək şüarlarımız bunlardan ibarətdir:
Haray haray mən türkəm.

Türk dilində mədrəsə, mədrəsə.

Millətçi zindaniyə azadlıq, azadlıq.

Azərbaycan ölməyib, kimliyindən dönməyib.

Azərbaycan oyaqdı, öz dilinə dayaqdır.

Mənim dilim ölən deyil, başqa dilə dönən deyil.

Azərbaycan oyaqdı, zindaniyə dayaqdır.

Şəhidlərin qatlı, gərək mücazat ola

Millətimin istəyi, gərəkdir ehya ola

Şəhdlərin qanini qəhrəmanlar almalı.

Qatil fars şovinizmin çəkib yerə salmalı

Durginən Azərbaycan, cavanların oldu alqan.

Azərbaycan şəhidi, sizlərə qurbandı can.

And ola qeyrətimiz, and ola vicdanimiza

Cani qurban demişik Azərbaycanımıza.

And ola dinimizə, and ola quranımıza

Canı qurban demişik Azərbaycanımıza

Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq.

Biz ölməyə hazırıq, Sattar xan övladıyıq.

Azərbaycan diyarımız, şəhadət iftixarımız.

Azərbaycan milləti çəkənməz bu zilləti.

And ola Sattar xana, dözmərik bu zindana.

Rədd olsun fars şovinizmi.

Rədd olsun fars faşizmi.

Yaşasin Azərbaycan.

Ya azadlıq ya ölüm.

Yaşasın azad Azərbaycan.

Gələcək bizimdir.
Bu vasitə ilə biz Güney Azərbaycan İstiqlal Partisi (GAİP) Bütün Azərbaycan millətini bütün Azərbaycan şəhərlərində mehr ayının biri mədrəsələrin açılış günü münasibətinə fars şovinizminə etiraz təzahuratına dəvət edirik. Əminik ki, böyük millətimiz xordad ayının təzahurati kimi ümumi iştirakilə haqq və qanuni istəklərimizi yüksək səslə dünyaya çatdiracaqdir. Bu təzahurat bütün Azərbaycan millətinin təzahuratıdir. Bu təzahurat şəhidlərimizin qanına hörmət təzahuratıdır. Bu təzahurat şəhidlərimizin harayına cavab təzahuratıdır, bu təzahurat ədalət istəyi təzahuratıdır. Bu təzahurat boğulmuş səslərin qurtuluş harayıdır. Bu təzahurat fars şovinisminin cinayətinə etiraz təzahuratıdır, bu təzahurat qeyrət təzahuratıdır. Bu təzahurat şərəf təzahuratıdır, bu təzahurat milli namus təzahuratıdır.

1/7/1385 Mehr ayinin biri Təbizdə bazar ağzı axşam saat 4, Urmu və Sulduzda Amozeş və Pərvəriş qabağında Təbriz ,Urmu və Sulduz fəalları tərəfindən elan olunduğu kimi bütün milləti birlikdə milli təzahurata dəvət edirik. Başqa şəhərlərində məkani və saati tezliklə elan olunacaqdır.

Gələcək bizimdir.

Güney Azərbaycan İstiqlal Partisinin sözçüsü:



Saleh İldirim 24/ Mordad /1385 . 15/Avgust/2006
Yüklə 13,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə