Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
  1   2   3   4   5   6   7   8   9   ...   44


  

www.kitabxana.net

  

 

Milli Virtual Kitabxananın Təqdimatında 



 

İlqаr Fəhmi 

 

 

 



 

 

 

Bakı tarixindən kollaj 



(roman) 

 

E-kitab N 8 



 

Hazırlayanı: Aydın Xan (Əbilov) 

 

 

YYSQ – Milli Virtual Kitabxananın rəqəmsal nəşri 



 

 

Bakı - 2009 



 

 

 



1


  

 

2



 

 

 



 

Gənc yazar İlqar Fəhminin “Bakı tarixindən kollaj” bədii-publisistik romanı Bakı tarixinə, 

etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman 

üslubunda  yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən 

ibarətdir. 

 

 



 

Bakı - 2007 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


  

 

3



 

Birinci kitab 

 

Mən indi öz şəhərimi yalnız yuxularda görə bilirəm.  



Bəxtimdən son vaxtlar əməlli yatmaq da olmur.  

Yuxusuzluq axırıma çıxacaq. 

 

 

Gecələr göydə səni çox gəzib axtardı yuxum 

 Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum. 

 

Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə 

Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum? 

 

 

Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz, 

 

Gah da qəm ətri verən laləli gülzardı yuxum. 

 

            Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib 

   

Səni bir anlığa bəlkə mənə qaytardı yuxum. 

 

 Gözümə xeyli zamandır ki, görünmür, utanır 

 

Tapa bilmir səni, qarşımda günahkardı yuxum. 

 

Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş, 

Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum. 

 

 Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni, 

 Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum. 

 

 

Oxunması vacib olmayan müqəddimə 

 

Ceyms Coys İtaliyada, Triyest şəhərində oturub Dublin haqqında romanını yazırdı, 



qələminin belinə minib İrlandiya paytaxtının  köhnə kvartallarını, küçələrini gəzirdi, hər 

məhəllənin keçmişinə, tarixinə baş vururdu, hər tikilinin tarixçəsində  eşələnirdi. Buna 

baxmayaraq uzaqdaydı öz şəhərindən. Bəlkə ona görə gəlib əsərini İtaliyada yazırdı ki, hər hansı 

bir predmet içəridən bir cür, kənardan isə tamam başqa cür görünür və Coys da öz Dublininə 

kənardan baxmaq istəyirdi. 

Orxan Pamuk Amerikada – Nyu-Yorkun «Kolumbiya universiteti»ndə oturub «Qara 

kitab»ı yazırdı, yaratdığı obrazın cildinə girib İstanbulun köhnə  məhəllələrini, dükan bazarını 

gəzirdi, qayığa minib Bosforda üzürdü, köhnə İstanbul əhlinin xarakterini açırdı.  




  

 

4



Qəribə  də olsa, mənə elə  gəlir ki, həm adıçəkilən iki əsərin, həm də oxşar taleli, oxşar 

məzmunlu başqa  əsərlərin uğur qazanmasına səbəb istedad faktoru ilə  bərabər yazıçının öz 

şəhərinə bir qədər aralıdan baxa bilməsi olub və bu uzaqlıq yazıçıya öz doğma şəhərinin bir çox 

spesefik xüsusiyyətlərini açmaqda yardımçı olub. Hər halda, mən belə düşünürəm. 

Mən  Bakının göbəyində, yəni Respublika Sarayının arxasındakı evlərin birində rahatca 

oturub Bakı tarixi haqqında nəsə yazmaq istəyirəm, amma şəhərin ortasında olsam da, özümü 

Bakıdan o qədər uzaqda hiss edirəm ki, bu uzaqlığın yanında Dublinlə Triyest, İstambulla Nyu-

York arasındakı  məsafə insan ömrü qədər qısa, balaca görünür. Çünki bu şəhərlər arasındakı 

məsafə yalnız kilometrlərlə ölçülürdüsə, mənim Bakımı  məndən  varlıq-yoxluq sərhəddi ayırır, 

yəni mən varam, Bakım isə artıq varlıq çərçivəsindən kənardadır. 

Bəli, mən təsvir etmək istədiyim Bakıdan çox uzaqdayam, hərçənd ki, zaman etibarilə bizi 

cəmi bir neçə onillik ayırır. İyirmi-iyirmi beş il bundan əvvələcən sürünə-sürünə də olsa mənim 

Bakım hələ yaşayırdı, çox qocalsa da, haldan düşsə də, görkəmi çox dəyişsə də diqqətlə baxanda 

hiss olunurdu ki, bu, mənim Bakımdır, bu, həmin Bakıdır; həyətləri qır iyi verən, asfalt yollarının 

qıraqlarında sınıq limonad şüşələri parıldayan, dəniz sahillərində neft qalıqları  yığılan,  

qağayılarının da rəngi neftdən qaralan, toz-torpağı adamın ağız-burnuna dolan, xəzrisi  əldən 

çanta, başdan papaq qapan (bu siyahını sonsuzluğa qədər uzatmaq da olar) bizim Bakı. 

Amma indi həmin Bakı yoxdur, nənəm demişkən, pişik apardı. Mənim Bakımı  

«Yevroremont mütəxəssisləri» fasilə vermədən, gecə-gündüz böyük həvəs və şövq ilə ütüləyirlər-

əhəngləyirlər, ütüləyirlər-əhəngləyirlər və bir azdan Bakı tarixi ağappaq, hamar bir kəfənə 

çevriləcək ki, mənim kimi kiflənmiş köhnə bakılıları  ağuşuna alıb aparacaq ora, bütün gərəksiz 

məxluqların atıldığı yerə, yəni, o dünyaya… 

Hərdən mənə elə gəlir ki, şəhərlərin də öz kainatları, o dünyaları-bu dünyaları,  cənnətləri-

cəhənnəmləri olur; yaranırlar, inkişaf edirlər, böyüyürlər, sonra da yavaş-yavaş  tənəzzülə 

uğrayırlar, məhv olub gedirlər. Dünya tarixində bir çox şəhərlər olub ki, onlardan indi yalnız 

xarabalıqlar qalıb. Bu nöqteyi-nəzərdən yanaşsaq, mənim Bakım bu saat Bərzəx aləmindədi, yəni, 

o dünyanın astanasındadı  və sakitcə oturub cənnətə, yaxud cəhənnəmə düşəcəyi barədə  dərin, 

monumental düşüncələrə dalıb, bu dünyada etdiyi əməlləri götür-qoy edir, günahlarına görə 

Allaha nə cavab verəcəyini düşünür… 

Kimlərsə etiraz edib, deyə bilər ki, Bakı heç də uçulub-dağılmır,  əksinə, günü-gündən 

böyüyür, inkişaf edir, gözəlləşir, təmizlənir və s. Yox, əzizlərim, xahiş edirəm diqqətli olun, çünki 

indi hamımızın gördüyü Bakı, mənim haqqında danışmaq istədiyim Bakı deyil, onun oğludur. 

Ümumiyyətlə, insanların ailə şəcərəsi ilə şəhərlərin taleyi arasında da oxşarlıq çoxdur və müxtəlif 

paralellər aparmaqçün saysız-hesabsız faktorlar var. Fərq isə  məncə bircə bundan ibarətdir ki, 

insan ailəsində övlada adətən valideynlərin adını qoymurlar. Şəhərlərin taleyi isə başqa cürdür, 

övladın adı çox vaxt valideynin adıyla üst-üstə düşür, yaxud, yalnız cüzi dəyişikliyə uğrayır. Bu 

mənada  şəhərləri rus ailələrinə  bənzətmək olar, onlarda uşağa valideynin adını qoymaq 

praktikası çox yayılıb, məsəlçün, İvan İvanoviç, Pyotr Petroviç və s.  

İndiki Bakını da, məncə, Bakı Bakıyeviç adlandırmaq düzgün olar. Oğul Bakı hamımızın 

indi gördüyü şəhərdir, mən isə bu şəhərin atası, babası  və ümumiyyətlə,  əcdadları barədə 

danışmaq istəyirəm. Məni buna vadar edən isə aşağıdakı səbəblərdir. Adətən hər oğul atasından 

yadigar olaraq həmişə nə isə saxlayır - şəkillər, hansısa  məişət predmetləri,  daha nə bilim nələr. 

Şəxsən mənə rəhmətlik atamdan  bir albom şəkil, mal sümüyündən düzəlmiş iki təsbeh,  bir qutu 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə