Минэячевир Бялядиййясинин



Yüklə 161,98 Kb.
tarix08.07.2018
ölçüsü161,98 Kb.
#54273

Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının


16 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 30 » noyabr 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: M.N.Hacıyev


GÜNDƏLİK:


  1. 2015-ci ilin noyabr ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  2. Bələdiyyənin ehtiyyat fonduna qaytarılacaq torpaq sahəsinin alqı-satqı ilə ödənilmiş vəsaitinin büdcədən geri qaytarılması barədə.

  3. Fəaliyyət göstərməyən obyektlərin qərarının ləğvi barədə.

  4. Zəbt olunmuş, qanunsuz istifadədə olan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.

  5. Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (99-cu yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (13-cü Natəvan döngəsi, 17), Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 6a, mənzil 42-də yaşayan şəhər sakini şəhid ailəsi Şamxalova Aidə Niyazi qızına fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m, Az.İES qəsəbəsində mövcud fərdi mənzillərin yaxınlığındakı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (DRES qəsəbəsi), Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu sakini Atayeva Vüsalə Baxşeyiş qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 kv.m, Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (1-ci yer, 2-ci yer və yer 11A) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 1), (Naxçıvan döngəsi, 2), (Naxçıvan döngəsi, 11A), Mingəçevir şəhəri, F.Əzimov küçəsi ev 1, mənzil 8-də yaşayan şəhər sakini Babaşlı Aidə Məhbus qızına fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ev 28/1, mənzil 57-də yaşayan şəhər sakini Həsənov Fəxri Arif oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m, Mingəçevir şəhəri, Əkinçi küçəsi ev 8-də yaşayan şəhər sakini Babayeva Gülnar Mirələsgər qızına fərdi mənzil tikintisi üçün 200 kv.m, Sağ Sahil Məhsəti küçəsindəki yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 2-ci zonada yerləşən ərazidən (Məhsəti Gəncəvi küçəsi, 3A), Mingəçevir şəhəri, Təbriz küçəsi ev 5, mənzil 11-də yaşayan şəhər sakini Həsənov Calal Firuddin oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.

  6. Bir qrup şəxsə maddi yardım verilməsi barədə.

  7. Litva Respublikasından olan qonaqların 17-18 noyabr 2015-ci il tarixdə Mingəçevir şəhərinə səfərinin maliyyəsi barədə.

  8. Bələdiyyənin inzibati binasında görülmüş təmir işləri üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü, F.Zeynalov üzürlü səbəbdən, X.İsmayılov üzürsüz səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


E.CƏFƏROV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin noyabr ayı üçün xərclənmiş və büdcədən ayrılacaq vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin noyabr ayı üçün büdcə xərcləri 1009,07 manat təsdiq olunsun və bələdiyyənin özünüsaxlama xərcləri üçün büdcədən 14081,31 manat ayrılsın.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

2) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


L.HÜSEYNZADƏ – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


2) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Hərrac vasitəsilə satılmış 0,25 ha torpaq sahəsi notarial qaydada bələdiyyənin ehtiyyat fonduna qaytarıldığı üçün büdcəyə ödənilmiş 17100 (on yeddi min yüz) manat vəsait geri qaytarılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

3) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» və «Yerli iqtisadi inkişaf məsələləri2 daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


Ə.ƏLİYEV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


3) QƏRARA ALIR:

«Yerli iqtisadi inkişaf məsələləri», «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Mingəçevir şəhəri ərazisində aparılan irimiqayslı abadlıq və yenidənqurma işləri ilə əlaqədar yerləri ləğv edilən və ya başqa yerə dəyişdirilən, nəticədə uzun müddət icarə haqqı ödəməyən, adları aşağıdakı cədvəldə qeyd olunan fiziki və hüquqi şəxslərə torpağın ayrılması ilə bağlı bələdiyyə qərarları ləğv edilsin.



Adı

ünvanı

Qərarı, tarixi

Sahəsi kv.m

Qeyd



«Elçin» firması

A.Məmmədov

2005/04/15-04/4

100

icarə haqqı ödəmir



«Zamir» k/m

dəmir yolu stansiya yaxını

2004/10/15-60/3

5000

dəmir yolunun mühafizə zolağına düşür



«Tikinti-Abadlıq» MMC

Karyer yolu

2006/04/25-21/5

4000

icarə haqqı ödəmir



«Günel» MMC

Axmaz ərazisi

2004/11/19-61/5

16 ha

fəaliyyət göstərmir



«Orxan» MMC

Axmaz ərazisi

2004/11/19-61/5

3000

yevlax bələdiyyəsi ərazisinə keçib



«Günel» kompaniyası

Gəncə şossesi, Kürün qırağı

2004/08/06-57/1

2,2 ha

fəaliyyət göstərmir



İsakov Hidayət Əhliman

Təbriz küçəsi

2010/01/15

70

abadlıq işləri ilə əlaqədar yer ayrılmadı



Rəhimov Əyyar Daşdəmir

Sağ sahil «Əyyar» kafesi

2004/06/26-54/1

140

müqavilə müddəti bitib



Haqverdiyev Asif Arif

«Təcrübə-sınaq» zavodunun qarşısı

2011/03/30-20/5

11

abadlıq işləri ilə əlaqədar köçürüldü



İsgəndərov Çingiz Məhəmməd

A.Məmmədovla X.Şuşinski kəsiş

2003/09/02-42/1

300

İH sərəncamı olduğu üçün



Aydınov İlham Şahmar

N.Nərimanov 17/2

22.02.2013-26

36

başqa əraziyə köçürüldü



Allahverdiyev Sahib Şamil

N.Nərimanov küç.möv.ob.yanı

2005/04/15-04/5

112

abadlıq işləri ilə əlaqədar köçürüldü



Dadaşova Lətafət Paşa

10 saylı məktəbin yanı

2004/09/01-58/3

32

müqavilə müddəti bitib



İsmayılov Rəşad Mahmud

Mərkəzi poliklinika yaxını

2006/04/25-21/3

12

abadlıq işləri ilə əlaqədar köçürüldü



Məhərrəmov Aqil Mikayıl

ŞMX qarşısı

2006/12/23-29/4

10

abadlıq işləri ilə əlaqədar köçürüldü



Nəsirova Kəmalə Qara

H.Əliyev pr.

2003/09/02-42/3

20

müqavilə müddəti bitib



Hüseynov Kərim Əli

H.Əliyev pr.

2005/04/15-04/5

6

müqavilə müddəti bitib



  1. Qərarları ləğv olunan hüquqi və fiziki şəxslərin adı bələdiyyənin torpaq icarədarları siyahısından çıxarılsın.

  2. Qərarın 2-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

4) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqitsadi inkiaşaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.NAMAZOVA - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:

Mingəçevir Bələdiyyəsinin 15 aprel 2015-ci il tarixli, 30 nömrəli əmri ilə, Mingəçevir şəhərində fəaliyyət göstərən ticarət, iaşə və xidmət obyektlərinin, fərdi mənzil tikintisi üçün ayrılmış torpaqlar, kənd təsərrüfatına yararlı, az yararlı və yararsız torpaq sahələrinin dislokasiyasını və icarədarların, torpaq mülkiyyətçilərinin, icarə və vergi öhdəliklərini dəqiqləşdirmək, qeyri-qanuni sahibkar və fərdi mənzil tikililərini araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın məlumatını, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqları haqqında arayışını və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Mingəçevir şəhərində köhnə Doğum evinin arxasındakı ərazidə (1 saylı sahə) zəbt olunmuş (sənədləşdirilməmiş), qanunsuz istifadədə olan 746,85 sot torpaq sahəsi geri alınıb, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilsin.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.V.Nəbiyevə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir bələdiyyənin «Yerli iqtisadi ikişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 3 (üç) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


N.ƏSGƏROVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:




Az.İES qəsəbəsində mövcud fərdi mənzillərin yaxınlığındakı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (DRES qəsəbəsi), 500 kv.m və ya 0,05 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 11.09.2014-cü il tarixli, 12/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 18.11.2014-cü il tarixli, A№515003 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 24.10.2015-ci il tarixli, RX Seriyalı 0732263№-li çıxarışını, Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (99-cu yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (13-cü Natəvan döngəsi,17), 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 05.05.2011-ci il tarixli, 22/10 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 03.12.2012-ci il tarixli, A№395116 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.08.2015-ci il tarixli, RX Seriyalı 0731137№-li çıxarışını, Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (1-ci yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 1) 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 29.10.2015-ci il tarixli, 15/9 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədini, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 19.11.2015-ci il tarixli, RX Seriyalı 0732722№-li çıxarışını, Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (2-ci yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 2) 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 29.10.2015-ci il tarixli, 15/9 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədini, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 19.11.2015-ci il tarixli, RX Seriyalı 0732721№-li çıxarışını, Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (yer 11A) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 11A) 200 kv.m və ya 0,02 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 29.10.2015-ci il tarixli, 15/9 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədini, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 19.11.2015-ci il tarixli, RX Seriyalı 0732720№-li çıxarışını, Sağ Sahil Məhsəti küçəsindəki yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 2-ci zonada yerləşən ərazidən (Məhsəti Gəncəvi küçəsi, 3A) 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 13.04.2012-ci il tarixli, 04/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədini, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 19.11.2015-ci il tarixli, RX Seriyalı 0732719№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəyini nəzərə alaraq

1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Tərəvəzçilik sovxozu sakini Atayeva Vüsalə Baxşeyiş qızına Az.İES qəsəbəsində mövcud fərdi mənzillərin yaxınlığındakı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (DRES qəsəbəsi), fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 kv.m və ya 0,05 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.



  1. Vətəndaş V.B.Atayevaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1200 (min iki yüz) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş V.B.Atayevanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 500 kv.m və ya 0,05 ha torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

2.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, 20 Yanvar küçəsi ev 6a, mənzil 42-də yaşayan şəhər sakini şəhid ailəsi Şamxalova Aida Niyazi qızına Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (99-cu yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (13-cü Natəvan döngəsi,17), fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş A.N.Şamxalovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətinə aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

3.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Mingəçevir şəhəri, F.Əzimov küçəsi ev 1, mənzil 8-də yaşayan şəhər sakini Babaşlı Aidə Məhbus qızına Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (1-ci yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 1), fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş A.M.Babaşlıya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş A.M.Babaşlının nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.m və ya 0,04 ha torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

4.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Mingəçevir şəhəri,N.Nərimanov prospekti ev 28/1, mənzil 57-də yaşayan şəhər sakini Həsənov Fəxri Arif oğluna Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (2-ci yer) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 2), fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş F.A.Həsənova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş F.A.Həsənovun nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.m və ya 0,04 ha torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

5.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Mingəçevir şəhəri, Əkinçi küçəsi ev 8-də yaşayan şəhər sakini Babayeva Gülnar Mirələsgər qızına Az.İES qəsəbəsi, Naxçıvan küçəsinin şimal hissəsindəki (yer 11A) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən (Naxçıvan döngəsi, 11A), fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 200 kv.m və ya 0,02 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş G.M.Babayevaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 480 (dörd yüz səksən) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş G.M.Babayevanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 200 kv.m və ya 0,02 ha torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

6.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Mingəçevir şəhəri, Təbriz küçəsi ev 5 mənzil 11-də yaşayan şəhər sakini Həsənov Calal Firuddin oğluna Sağ Sahil Məhsəti küçəsindəki yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 2-ci zonada yerləşən ərazidən (Məhsəti Gəncəvi küçəsi, 3A), fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş C.F.Həsənova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 3000 (üç min) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş C.F.Həsənovun nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.m və ya 0,04 ha torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

  3. Vətəndaşların nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən və ya alqı-satqı yolu ilə aldıqları torpaq sahələri beş il müddətində özgəninkiləşdirilə bilməz.

  4. Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında torpağın alqı-satqısına dair müqavilə bağlanması, ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.

  5. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onun şəxsi vəsaiti hesabına aparılacaq.

  6. Qərarların icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

6) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.NAĞIYEV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

6) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Mingəçevir şəhər sakinləri – M.F.Axundov küçəsi ev 1/27, mənzil 7-də yaşayan Həsənov Ziyabil Məmməd oğluna müalicəsinə kömək üçün, Az.İES, «Bozdağ» yaşayış massivində yaşayan, Naxçıvan küçəsi ev 29, mənzil 134-də qeydiyyatda olan Əşrəfova Gülşən Əmirqulu qızına azyaşlı nəvələrini himayəyə götürdüyünə görə, Şəhriyar küçəsi ev3, mənzil 41-də yaşayan Abdullayev Elnur Nazir oğluna qızının müalicəsinə kömək üçün, Nizami prospekti ev 4B, mənzil 36-da yaşayan Abbasova Hafizə Qasım qızına dərmanlarını almağa köməyə görə, H.Əliyev pr.ev 37/13-də qeydiyyatda olan Qarayeva Sümbül Bəhram qızına himayəsində olan nəvələrinə ərzaq almağa görə, Az.İES, «Borçalı» bağçılıq massivində yaşayan, İ.Qayıbov küçəsi ev 4, mənzil 16-da qeydiyyatda olan Cəfərova Könül Kamil qızına həyat yoldaşının müalicəsinə kömək üçün, Nizami prospekti ev 21, mənzil 8-də qeydiyyatda olan Mustafayev Fəxrəddin Hüseyn oğluna qızının yas mərasiminin keçirilməsinə, birinə 20 manat olmaqla, cəmi 140 (yüz qırx) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

7) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
S.HÜSEYNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

7) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Litva Respublikasından olan qonaqların 2015-ci il noyabr ayının 17-18-də Mingəçevirə səfəri üçün hazırlanmış proqramın həyata keçirilməsinə bələdiyyə büdcəsindən 1213 (min iki yüz on üç) manat maliyyə vəsait ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

8) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.

ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

8) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. İnzibati binaya çəkilmiş «Kombi» istilik sistemində aparılacaq dəyişikliklərə 785 manat, II mərtəbədəki təmir işlərinə 221,50 manat, ümumilikdə 1006,50 (min altı manat əlli qəpk) manat bələdiyyə büdcəsindən maliyyə vəsait ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV


KATİB: ______________________ M.N.HACIYEV




Yüklə 161,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə