Miniatür sənəti haqda giriş söhbəti



Yüklə 23,5 Kb.
tarix21.04.2022
ölçüsü23,5 Kb.
#85810
M 2Miniatür sənəti haqda giriş söhbəti


Miniatür sənəti haqda giriş söhbəti.
Miniatür (lat. “minium” – sülügən (сурик) – qırmızı-narıncı və ya qırmızı-qəhvəyi boya) kiçik ölçülü boyakarlıq əsəri, hansının ki vasitəsi ilə qədimdə əlyazma kitablar bəzədilirdi.

Miniatüra kitab, portret, lak boyakarlıq növlərindən ibarətdir. Kitab miniatürası - əl ilə quaş və ya boyalar vasitəsi ilə yerinə yetirilmiş rəsm və rəngli illüstrasiyalardı. Kitab miniatürası artıq qədim Misirdə məlum idi.

Miniatürlərin meydana gəlməsinə əsas səbəb orta əsrlərdə əlyazma kitablarının yaradılması olur. Mətnin bu və ya digər şəkildə illüstrasiya edilməsi istiqamətində atılan addımlar sonda, məhz əlyazmaların mətni ilə bağlı olan miniatürlərin ərsəyə gəlməsinə gətirib çıxarır.

Orta əsrlərdə kitab miniatür sənəti Bizans və Qərbi Avropa ölkələri ərazisində yüksək inkişaf edir. Bu dövrdə miniatür sənəti Şərq ölkələri ərazisində də geniş yayılır. Belə ki, Hindistanda Böyük Moğollar imperiyası dövründə Racastan adlı miniatür məktəbi geniş şöhrət qazanır. Bu məktəbə daxil olan rəssamların ərsəyə gətirdikləri miniatürləri yerli Hindistan və fars sənətkarlarının birgə fəaliyyətinin sintezinin bəhrəsinin nəticəsi hesab etmək olar.

Kitab çap etmə təşəkkül tapıb geniş yayıldıqdan sonra miniatüra tədricən ksiloqrafiya tərəfindən sıxışdırılır. Lakin buna baxmayaraq, miniatüra digər formalarda öz inkişafını davam etdirir. İntibah dövründə portret miniatürası təşəkkül tapır. Öncə portret miniatürləri perqam və ya fil sümüyü üzərində kulon və medalyonlar üçün nəzərdə tutulmuş qoyuluş şəklində yerinə yetirilirdilər. Bir qədər sonra – XVIII əsrdə emal və çini üzərində yerinə yetirilmiş portret miniatürlər dəbə girir. Zaman ötdükcə hər bir kiçik ölçülü təsvir miniatür termini ilə vurğulanmağa başlanır.

Qərb ölkələrindən fərqli olaraq, Şərq ölkələri ərazisində kitib miniatür sənəti təşəkkül tapıb inkişaf edir. Onun vətəni Ərəbistan hesab olunur. Miniatür sənətinin əsasında monumental boyakarlığın ən-ənə və prinsipləri dururdu. Şərqin kitab miniatür sənətini dünya xalqlarının təsviri incəsənət tarixində ən mühüm hadisələrdən biri hesab etmək olar. Şərq miniatür sənətinin yaranma tarixi XIII əsr hesab edilir, çiçəklənmə mərhələsi isə XIV-XVI ə.ə. təsadüf edir. Düz XX əsrə kimi Şərqdə miniatüra təsviri incəsənətin əsas növu qalmaqda davam edir.

Kitab miniatürasını yaratmaq sənəti – rəssamdan xüsusi bacarıq və istedad tələb edən mürəkkəb yaradıcılıq prosesidir. Miniatüranın gözəlliyi özünü onun incə rəsmində, rəngin əlvanlığında və parlaq dolğunluğunda, fiqurların hərəkətlərinin ifadəliyində, mənzərə və memarlıq tikililərinin sadəliyi və aydınlığında büruzə verir. Kitab miniatür sənəti şərti və dekorativdir.

Təsvir sistemində Şərq miniatürası özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xətt, rəng, ritm və şərtilikdir. Özü də şərtilik bu sistemdə aparıcı rol oynamışdır. Yaradılan miniatürlar məkandan, işıq-kölqə təzadından, perspektivadan, yarımçalardan məhrum idi. Onlarda həcmin pozulması baş verir. Lokal xüsusiyyətlər buraxılırdı, yalnız daha ümumiləşmiş, ideal və kamil xüsusiyyətlər vurğulanırdı. Miniatüranın ən əsas ifadə vasitələrindən biri xətt olmuşdur. O obrazın yaradılmasında, hərəkətin verilməsində, məkan planlarının qurulmasında təsviri element, eyni zamanda estetik məna kəsb edən element kimi çıxış edir.

Miniatür sənət nümunələri işıq-kölqə təzadlarından, perspektivadan məhrumdur. İnsanın təsviri səthi verilir, iri fiqurların siluetləri daha aydın çəkilir. Poeziyada olduğu kimi, orta əsrlər dövrü miniatürasında da ənənənvi və sevilən süjetlərin təkrarlanması müşahidə olunurdu.

Şərq miniatür dünyası – reallığın, fantaziyanın və simvolikanın orqanik birləşməsinin vəhdəti nəticəsində ərsəyə gələn gözəl, sehirli dünyadır. Orta əsrlərdə müxtəlif Şərq ölkələri ərazisində yaradılmış miniatürlərlə təmtraqlıq, şən əhval-ruhiyyə, həyat heyranlığı aydın nəzərə çarpır. Miniatüra informasiya xüsusiyyəti ilə yanaşı həmçinin müəyyən psixoloji effektə malikdir.
İlk çağlarda miniatüra əlyazma mətnin yalnız vizual analoqu olmuşdur. O dövrün təsvirləri oxucularda yalnız manuskriptin təəssuratını gücləndirirdilər. Lakin qısa müddət ərzində kitab illüstrasiyası mətnin bir başa analoqu olmaq xüsusiyyətini itirir və müstəgil yaradıcılıq şəkli alır. Belə ki, rəssamlar miniatürlərə mətlə bağlı olmayan detallar əlavə etməyə başlayırlar. Bundan başqa rəssamlarda, onların oxuduqları mətnlərdən yaranan şəxsi emosiyaları maddiləşdirmək təcrübəsi də formalaşır.

O dövrün Şərq miniatür sənəti, Qərb miniatürasından fərqli olaraq dini görüşlər çərçivəsində sıxılmamış və bu səbəbdən boyakarlıq praktikasında kamilləşən Ərəbistan və Hindistan rəssamları unikal təsvir sistimi işləyib hazırlayırlar. Rəssamlar tərəfindən incə dekorativ hiss üstünlük təşkil edən boyakarlıq sistemi yaradılır.

Dövrümüzə kimi gəlib çıxmış əlyazma traktatlarına – miniatür sənəti haqda metodik əsərlərə, əlyazmaları tərtib etmə reseptlərinə və tamamlanmamış miniatürlərə istisna edərək miniatürlərin yaradılmasının mərhələli prosesi haqda mühüm məlumatlar əldə etmək olar. Bu mənbələrə istisna edərək demək olar ki, düşünülmüş kompozisiyanın ilk rəsmi su ilə isladılmış fırça vasitəsi ilə yerinə yetirilirdi. Qurumadan sonra qalan su izlərinin üzərindən qırmızı və ya qara mürəkkəb vasitəsi ilə rəsmin konturu vurğulanırdı. Bu proses gələmgiri – fırça ilə çəkmə prosesi adlanırdı. Nirəng adlanan hazır konturlu rəsm üstdən yapışqan və yumurta ağı qatışığından ibarət olan məhlul ilə örtülürdü. Sonra konturlu rəsm hamarlaşdırılırdı, özü də şüşə dairə vasitəsi ilə kağız hamarlaşdırılarkən onun üzərinə az miqdarda su axıdılırdır ki sürtmədən yaranan temperatur onn rəng və keyfiyyətinə mənfi təsir göstərməsin.

Miniatüranın daha vacib funksiyası əlyazmanı illüstrasiya etmək olmuşdur. Miniatüra ədəbi süjetin məzmununu açıqlamağa, bədii vasitələr ilə poetik obrazların ucalığını əks etdirməyə çalışırdı. Çox vaxt kitab miniatürasında ideallaşdırılmış əfsanəvi dünya əks edilir, hansında ki real həyatdan təcrid edilmiş əsər qəhrəmanları, dünya yaşayır.

Özünün sonrakı inkişaf mərhələsində XVII əsrdə miniatüra öz funksiyasını – kitabları illüstrasiya etmək xüsusiyyətini itirir. Bu dövrdə miniatüra-illüstrasiya öz mövqeyini müstəqil vərəqlərdə yerinə yetirilmiş miniatür-əsərə, portretə təslim edir. XVII əsrin 2-ci yarısından - Yaxın Şərqdə Avropa boyakarlıq əsərlərinin nüsxələrinin yarandığı dövrdən başlayaraq miniatürada mövzu dairəsinin daralması prosesi işə düşür və bununla bağlı bədii məsələlərin daha da məhdudlaşması və tədricən miniatür boyakarlığının tənəzzülə uğraması prosesinin baş verir.

Miniatürlər hökmranlıq etmiş sülalələrin (Əməvilər, Abbasilər və s.) və ya ölkələrin adlarına (İran, İraq, Orta Asiya, Moğol və s.) müvafiq olaraq klasifikasiya edilir.

Rusiyada Yaxın şərq miniatür nümunələri ilə XIX əsrin ortalarında tanışlıq baş verir. Miniatürlər ilə bəzədilmiş müsəlman əlyazmaları Rusiya ərazisinə qənimət şəklində Rus-İran müharibələri dövründə (1804-13; 1826-28) gətirilir. Avropalılar müsəlman miniatürası ilə yalnız XX əsrin əvvəllərində - 1910-cu ildə Münxendə və 1912-ci ildə Parisdə keçirilən bədii sərgidə tanış olurlar və onları dəyərləndirirlər. Avropalıları bu miniatürlərdə əlvan, parıldayan boyalar, zərif rəsm və detalların kamil yerinə yetirilməsi heyran edir. Bu miniatürlərdə onlar qarşında ərəb-müsəlman ədəbiyyatının və poeziyasının təkrar olmaz dünyası dirilir.



İran ilə yanaşı, miniatür sənəti canlı məxluqların təsvirini heç zaman tam qadağa mövcud olmamış İraq, Azərbaycan, Türkiyə, Orta Asiya, Hindistan ərazisində də inkişaf edir.



Yüklə 23,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə