Мир культуры



Yüklə 78,24 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü78,24 Kb.
#1530
növüСборник


152 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVIII buraxılış, Bakı, 2014 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVIII выпуск, Баку, 2014 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVIII edition, Baku, 2014 

 

FƏLSƏFƏ 

 

UOT 02.41 

 

Afət Kamalova 

АМЕА-нын Фялсяфя вя  

Щцгуг Институтунун kiçik elmi işçisi 

AZ1143, Bakı ş., H.Cavid pr., 31

 

E-mail:

 

phillaw.az@gmail.com

  

 

  

 

MÜASİR DÖVRDƏ



  KOMPYUTER VƏ MOBİL TELEFONLARIN   

UŞAQLARIN  İNKİŞAFINA TƏSİRİNİN XÜSUSİYYƏTLƏRİ

 

 



                  Xülasə:  Elmi  məqalədə  komputerin,  internet  şəbəkəsinin  və  mobil 

telefonların  insan  həyatında  rolu  və  onların  uşaqlara  mənfi  psixoloji  təsiri 

araşdırılmışdır. Bu baxımdan kompyuter aslılığı, internet asılılığı kimi mənfi və 

bəzən də patoloji  effekt  verən halların zərəri təhlil  olunmuşdur. Sosial və şəxsi 

həyatın  virtuallaşmasının  neqativ  və  pozitiv  tərəfləri  şərh  olunmuşdur. 

Məqalədə  göstərilir  ki,  telefonun  orqanizmə  zərərli  təsirindən  biri  də  beyin 

xərcəngi kimi xəstəliyin əmələ gəlməsidir. Odur ki, uşaqlara internetdən düzgün 

istifadə  qaydaları  öyrədilməli  və  onlara  internetin  təhlükələri  barədə  məlumat 

verilməli,  ailədə  maarifləndirmə  işi  aparılmalı  və  valideynlərin  məsuliyyəti 

artmalıdır. 



                   Açar  sözlər:  texnologiya,  virtual  əlaqə,  tənhalıq  sindromu, 

kompyuter aslılığı, internet asılılığı psixoloji təsir, tərbiyə, ailə dəyərləri 

 

 

 



 

Müasir  dövrdə  texnologiyanın  sürətlə  inkişafı  və  hər  gün  yeniliklərin 

olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. Bu gün 

kompyuterin  bizə  hava  və  su  kimi  lazım  olduğunu  nəzərə  alaraq  onun  xeyirini 

və zərərini nəzərinizə çatdırmaq istərdik. 



153 

 

           S.Xəlilov  KİV-in  əsasən  insanların  psixikasına,  mənəviyyatına  güclü 



təsirindən danışır və qeyd edir ki, “ 

Televiziya  ona  görə  güclü  təsirə 

malikdir  ki,  o  incəsənətin  bütün 

formalarından  və  imkanlarından 

istifadə edir” (5). 

 

Televiziyanın 



yaranması 

bizlərə 


nə 

qədər 


qeyri-adi 

görünürdüsə,  internetin  meydana 

çıxması  həmin  qeyri-adiliyi  də 

üstələyib. 

Çünki 

internetdən 



istifadə  etməklə  bütün  dünyadan  xəbər  tutur,  operativ  şəkildə  istədiyimiz 

informasiyaları  əldə  edir,  hətta  müxtəlif  ölkələrdə  yaşayan  insanlarla  vizual 

əlaqə saxlaya bilirik. 

Virtual mühit xüsusilə yetkinlik dövrünü keçirən utancaq və özünə inamı, 

etibarı  olmayan  gənclərə  şəxsiyyətlərini  tanıma  və  uyğun  sosial  davranış 

formalarını seçərək öyrənmə imkanı verir. Psixoloqların fikrincə, kompyuter və 

internetdən  istifadə  etmək  insanın  özünü  tanıması  və  şəxsiyyətini  kəşf  etməsi 

baxımından  faydalıdır.  Dünyanın  müxtəlif  ölkələrində  yaşayan  və  ortaq  hobbi, 

maraq sahəsi olan insanlar bir-biriləri ilə əlaqə yaradırlar.Bu da insanlarda fərqli 

mədəniyyətləri tanıma şansı yaradır və onlar ətraflarını genişləndirirlər.  

Habelə  virtual  əlaqələr  həqiqi  dostluğa  çevrilə  bilər.  Ancaq  bu  əlaqələr 

real həyatda olan münasibətlərə təsir etməməlidir.Virtual mühitdə edilənlər real 

həyata  uyğunlaşdırıla  bilməzsə    şəxsiyyətin  özünü  dərk  etməsində  və  sosial 

davranışında  müəyyən  psixoloji  problemlər  yaranar.  Ona  görə  də  insanlar 

özlərini gerçək həyatdan ayırmamalıdırlar. 

Kompyuter  uşaqlarda  və  gənclərdə  hərtərəfli  təhsil  almağa,  sərbəst 

şəkildə  özünüifadə  etməyə  imkan  yaradır.  Bu  gün  demək  olar  ki,  hər  bir  iş 

texnologiyanın  köməyi  ilə  həyata  keçirilir.  Kompyuter  də  insanlar  üçün  geniş 

imkanlar  açır.    Onun  xeyrindən  faydalanmaqla  zərərinin  qarşısını  almaq  olar. 

Kompyuterin nəzərə çarpan xeyirlərindən danışaq. 

İnternet  bu  gün  elm  dəryasıdır,  bilik  okeanıdır.  Hər  bir  şey  haqqında 

internetdə bilgi tapmaq mümkündür. Kompyuter çox asan, təsirli və ucuz təhsil 

verən  bir  vasitədir.Uşaq,  yeniyetmə  və  gənclərin  yaradıcı  bacarıqları  inkişaf 

edir.  Kompyuter  bütün  uşaqlar,  istər  qüsurlu,  istərsə  də  qüsursuz  uşaqlar  üçün 

nizamlana  bilir.  O,  eşitmə,  duyma,  qavrama  kimi  psixoloji  problemləri  olan 

uşaqlar  üçün  ən  yaxın  dostdur.  Kompyuter  uşaqların  özlərinə  olan  inam  və 

hörmətlərini  inkişaf  etdirir  və  onların  gerçək  dünyaya  inteqrasiya  olmalarını 

asanlaşdırır. 

 İnternet  mühiti  qədər heç bir vasitə insanlar üçün sərbəst fikir yürütmək 

azadlığı  vermir.  Müxtəlif  qrupların  yaratdığı  forumlarda  gənclər  özlərini  ifadə 

edə  bilmə  davranışı  qazanır,  tolerantlığı,  məsələlərə  müxtəlif  aspektdən 

yanaşma qabiliyyətini öyrənirlər. 

 İnsan üçün  mümkün  olan bütün əyləncə  növlərini  demək olar ki, virtual 

dünyada  tapmaq  mümkündür.  Film,  musiqi,  oyun,  çat  və  s.  insanlara  qeyri-adi 

mühit  yaradır.  Şəkil,  fotoşəkil,  film  kimi  sənət  sahələri,  incəsənətlə  məşğul 



154 

 

olanlar üçün gözəl tətbiq sahəsidir. 



Mütəxəssislərin  fikrincə,  internet  istifadəçiləri,  xüsusən  də,  zəif 

xarakterli  insanlar  arasında  eskapizm  (real  həyatdakı  problemlərdən  və 

çətinliklərdən  qaçaraq  xəyallara  qapılmaq)  meylləri  hiss  olunur.  İnsan  real 

gerçəkliklə virtual məkan arasında qalır. Uzun  müddət internetdə - informasiya 

labirintində  ilişib  qalmaq  “İnternetdən  asılılıq  sindromu”nun  yaranmasına 

gətirib  çıxarır  və  bu  öz  hərəkətləri  üzərində  nəzarətin  itirilməsi,    vaxtın  çox 

hissəsinin  kompyuter  arxasında,  internetdə  keçirməklə  xarakterizə  olunur. 

Mütəxəssislər  bu  halı  “kompüter  narkomaniyası”  və 

ya  “internet-

narkomaniyası”  adlandırırlar.  Bunun  psixoloji  nəticəsi  isə  sosial  izolyasiyaya 

(digər  insanlarla  ünsiyyətdən  qismən  və  ya  tamamilə  imtina  etmək,  dostluq 

əlaqələrinin  kəsilməsi,  emosianal  reaksiyaların  zəifləməsi,  maraq  dairəsinin 

azalması  və  s.),  iş  yerinin  itirilməsinə,  ailədə  ciddi  problemlərin  yaranmasına 

səbəb olur (3).   

Lakin,  kompyuter  asılılığı  insanların  real  dünyaya  ayırdığı  vaxtı  azaldır. 

İnsanlar  virtual  dünyadan  ayrıla  bilmirlər.  Bütün  bunlar  onların  real  həyatda 

sosial  davranışına  da  psixoloji  təsir  edir.  Ailə  fərdləri  arasında  ünsiyyət  azalır. 

Tənhalıq sindromu başlayır, nəticədə uşaq və ya yeniyetmə özünə qapanır, real 

həyatla  ayaqlaşa  bilmir.  Bir  sözlə,  gənc  özünü  bədbəxt  hiss  edir,  psixoloji 

gərginlik  hissi  keçirir.    Sağlamlığın  qeydinə  qalmaq  unudulur,  yuxuya  ayrılan 

vaxt  sürətlə  azalır.  Uzun  sürən  yuxusuzluq  əsəb  pozğunluğuna,  ürək-damar 

xəstəliklərinin  yaranmasına  səbəb  olur.  Düzgün  qidalanmamaq  da  insanın 

zəifləməsinə və həzm sisteminin pozulmasına gətirib çıxarır. 

Hazırda  ən  böyük  problemlərdən  biri  də  insanları  “kompyuter 

asılılığı”ndan qurtarmaqdır. Artıq dünyada “kompyuter asılılığı” məsələsinə çox 

ciddi  psixoloji  problem  kimi  yanaşırlar.  Məsələn,  Britaniyada  insanları  bu 

asılılıqdan  xilas  etmək  üçün  xüsusi  klinika  yaradılmış,  Londondakı  “Capio 

Nightingale”  xəstəxanasının  nəzdində  gənclərə  kompyuterdən  uzaqlaşmaqda 

kömək edən şöbə açılmışdır. Həkimlər kompyuter xəstələrinə asudə vaxtlarının 

yalnız  bir  hissəsini  kompyuterə  sərf  etməyi,  qalan  vaxtlarda  isə  cəmiyyətlə 

ünsiyyətdə  olmağı  tövsiyyə  edirlər.  Orada  həm  də  pasiyentlərin  fiziki 

sağlamlığının qeydinə qalırlar (10).  

Həkimlər  kompyuterin  qarşısında  çox  vaxt  keçirən  yeniyetmələrin  və 

gənclərin  fiziki  görkəmlərinin  yaxşı  olmayacağını  başa  salır,  onlara  düzgün 

qidalanmanın  vacibliyi  haqqında  təlim  keçirlər.  İnformasiya  mənbələrinin 

artması insanların davranışına, psixologiyasına və sağlamlığına zərər vurur.  

İnformasiya  artıqlığı,  informasiya  ilə  həddindən  çox  yüklənmə 

insanlarda  stress  vəziyyətinin  yaranmasına  da  gətirib  çıxardır.  Belə  bir 

vəziyyətdə  isə insan təfəkküründə “informasiya yorğunluğu sindromu” adlanan 

pozğunluq və xəstəlik yaranır (6). 

İnternetin  psixi  və  psixoloji  fəsadlarına  gəldikdə  qeyd  etmək  lazımdır 

ki, problem, ilk növbədə, kompyuterdən düzgün istifadə etməməyin nəticəsində 

yaranır.  O  ki,  qaldı  internetə,  burada  tibbi  və  psixoloji  problemlərdən  söhbət 

açanda, ilk növbədə, iki məqamı vurğulamaq lazımdır.  

 

Bunun  birincisi,  internetdən  asılılıqdır.  Bu,  saytdan  asılı  olaraq 



insanların,  xüsusilə,  yeniyetmələrin  ona  həddən  artıq  alışmasıdır.  Nəticədə, 


155 

 

həmin  yeniyetmə  insanlarla  öz  arasında  olan  normal,  emosional  ünsiyyəti  itirir 



və  onda  autizm  -  özünəqapanma  yaranır.  Son  dövrlərdə  autizmin  yeni  növləri 

yaranıb.  Bunların  bəzisi  endogen  xarakter  daşıyır.  Tam  şəkildə  termin  kimi 

istifadə  olunmasa  da  bu  gün  sosial  autizm  də  meydana  çıxıb.  Bu  hansısa 

xəstəliklə bağlı deyil, insanın düşdüyü mühitlə əlaqədar özünə qapanmasıdır. O, 

normal mühitdən uzaqlaşır, insanlarla ünsiyyətə girə bilmir.  

  

Kompyuterdən, internetdən düzgün istifadə olunmaması nəticəsində bir 



çox  nevroz  və psixi pozuntular da  meydana çıxır. Yuxu pozuntularını  da  misal 

gətirmək olar. Xüsusən, nevroloji aspektləri olan uşaqlarda  bu özünü daha çox 

büruzə verir.Buna yeganə səbəb  kompyuterdən  düzgün istifadə  olunmamasıdır. 

Elə  ailələr  var  ki,  orada  uşaqların  kompyuterdən  necə  istifadə  olunmasına 

qətiyyən  nəzarət edilmir. Nəzarətsiz qalan uşaq isə 6-8 saat, hətta səhərə qədər 

kompyuterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və 

digər mənfi əlamətlərə gətirib çıxarır.  

 

İnternetdə hansısa mövzuya daha çox maraq göstərilməsi nəticəsində də 



insan  psixikasında  problem  yarana  bilər.  Məlum  olduğu  kimi,  hazırda  seksual 

mövzular  internetdə  daha  geniş  yayılıb.  İnternetdən  istifadəsinə  nəzarət 

edilməyən  uşaq  və  ya  yeniyetmənin 

bunu  görməsi,  maraqlanması  bir  çox 

hallarda  onun  normal  inkişafına  mane 

olur. 


Cinsi 

həyata 


hələ 

daxil 


olmayanlar 

bu 


mövzulu 

saytlara 

baxırsa, 

istər-istəməz 

ona 

maraq 


göstərir.  Normal  inkişafın  olmaması 

hətta 


homoseksuallığa 

da 


gətirib 

çıxarır.  

 

İnternetin  insan  psixikasında 



doğurduğu  problemlərdən  biri  də  aqressiyadır.  Məsələn,  uşaq  hər  hansı  filmə 

baxanda oradan özü üçün nümunə götürür. Hətta bəzən orada insan həyatı üçün 

təhlükə yaradan halları da normal olaraq qəbul edir. Təəssüf ki, bu gün nümayiş 

olunan  cizgi  filmlərində  kifayət  qədər  aqressiya  doğuracaq  motivlər  var. 

Məsələn,  cizgi  filmlərinin  qəhrəmanlarından  biri  digər  qəhramanın  başına  ütü 

vurur. Amma ona heç nə olmur. Azyaşlı uşaq isə onu normal qəbul edir və yeri 

gələndə  onu  praktik  həyatda  tətbiq  edir.  Qeyd  edək  ki,  belə  bir  hallarla 

praktikada rastlaşırıq.  

 

İnternetdən  düzgün  istifadənin  uşaqlara  aşılanmaması  onlarda  bu  cür 



aqressiyanın  baş  qaldırmasına  gətirib  çıxara  bilər.  Gələcəkdə  xoşagəlməz 

halların baş verməməsi üçün uşaq və yeniyetmələrə internetdən düzgün istifadə 

yolları  təbliğ  olunmalı,  kompyuter  mədəniyyəti  ilə  bağlı  maarifləndirici 

tədbirlər  həyata  keçirilməlidir.  Şagird  kompyuterin  müsbət  tərəfləri  ilə  yanaşı, 

onun  yaratdığı  mənfi  fəsadları  da  bilməlidir.  Bu  daha  effektiv  bir  mübarizə 

vasitəsi olardı. Valideynlər bilməlidirlər ki, övladlarının kompyuterlə həddindən 

artıq  məşğul  olması  onlara mənfi təsir göstərir. Bəzən elə  hal  olur ki,  həkimlər 

uşağa qəti şəkildə kompyuterə yaxın getməyi qadağan edirlər. 

  Problemlərdən  biri  də  yaşlı  nəslin  kompyuterə  marağının  həddən  artıq 

az  olmasıdır.  Yaşlı  nəsil  sanki  kompyuterə  yaxın  düşməkdən  qorxur,  onu 




156 

 

öyrənmək  istəmir.  Bir  çox  mütəxəssislərimiz  var  ki,  onların  elmi  fəaliyyətləri, 



araşdırmaları  ölkəmizə  hava  və  su  kimi  lazımdır.  Amma  bu  adamların 

kompyuterdən  istifadə  etməmələri  onların  elmi  fəaliyyətlərinin  məhsuldarlığını 

aşağı salır. 

 

İnternetin ictimai təsirləri ilə yanaşı fərdi təsirləri də vardır. İnternetdən 



ardıcıl istifadə edən şəxs daim oturaq vəziyyətdə qaldığından fiziki problemlərlə 

üzləşməli  olur.Yaşlı  nəslin  70  faizi  internetdən  istifadə  zamanı  görmə 

qabiliyyətini  itirir.  İnternet  insanın  skelet  quruluşuna  da  mənfi  təsir  göstərir. 

İstifadəçilərin  60  faizində  skelet  və  əzələ  problemləri  mövcuddur.  İnternetdən 

daimi istifadənin bir təzahürü də köklüyün artmasıdır.  

 

ABŞ  mütəxəssisləri  bildirir  ki,  günün  problemi  olan  kökəlmə  hadisəsi 



internetlə  birbaşa  bağlıdır.  İnternet  həm  də  insanın  psixikasını  korlayır. 

İnternetdən  istifadədə  xüsusi  proqramı  olmayanlar  böyük  əsəb  gərginliyi 

yaşayır.  İnternet  narkotik,  alkaqollu  içkilər  kimi  insanda  asılılıq  yaradır. 

Narkoman  bütün  ictimai  və  fərdi  məsuliyyətlərini  kənara  qoyduğu  kimi 

internetə aludə olan şəxs də məsuliyyətlərini yerinə yetirmir (9).  

Son  dövrlərdə  kompyuterlərlə  yanaşı  mobil  telefonların  da  uşaq, 

yeniyetmə  və  gənclərə  psixoloji  təsirindən  də  danışılır.  Alimlərin  verdiyi  son 

məlumatlara  görə,  mobil  telefon  uşaqlara  və  gənclərə  passiv  siqaret  çəkmədən 

daha çox ziyandır. İndiki dövrdə praktik olaraq bütün valideynlər öz uşaqlarına 

mobil  telefon  alırlar.  Bununla  belə,  mobil  telefon  əhəmiyyətli  dərəcədə  psixi 

sağlamlığa  təsir  etməsilə  yanaşı,  hətta  onu  öldürə  də  bilər.  Axı  telefonun 

orqanizmə zərərli təsirindən beyin xərcəngi kimi xəstəliklər əmələ gəlir.  

Bu  il  Avropada  bir  çox  ölkələrin  hökumətləri  uşaqlar tərəfindən  mobil 

telefonların istifadəsini qadağan  etmək təklifi  ilə çıxış etmişdir. Tədqiqatçıların 

verdiyi  məlumatlara  görə,  son  dövrlərdə  beyin  şişi  xəstəliyinə  tutulanların  sayı 

çox  böyük  sürətlə  artır.  Mobil  telefonlar  bazarı  da  eyni  sürətlə  inkişaf  edir. 

Həkimlər  hesab  edir  ki,  əgər  indi  uşaqlar  mobil  telefonların  zərərli  təsirindən 

qorunmasalar, sonra çox gec olacaq. 

 

Hazırda hər bir sahədə elektron cihazlardan istifadə edilir. İstər məişətdə, 



istərsə  də  çalışdığımız  məkanda  tez-tez  bu  elektron  cihazlara  rast  gəlirik. 

Cihazların  isə  hər  birinin  ətrafında  elektromaqnit  dalğalar  vardır.  Bu  dalğalar 

ürək-damar  xəstəliklərinin,  baş-beyin  şişlərinin  yaranmasına  səbəb  olur. 

Şagirdlərin  isə  psixoloji  durumuna  və  sosial  davranışına  mənfi  təsir  göstərir. 

Elektromaqnit  şüalanması  ilə  uzun  müddət  təmasda  olduqda  onlarda  yüksək 

yorğunluq,  yuxusuzluq,  yaddaş  zəifliyi  və  görmə  qabiliyyətinin  aşağı  düşməsi 

halları yaranır.  

 

Bundan  başqa,  yeniyetmə  və  gənclər  dərsdən  yayınır,  eyni  zamanda 



yoldaşlarına  da  maneəçilik  törədirlər.  Nəticədə  dərsə  maraq  azalır  və  bilik 

səviyyəsi getdikcə aşağı düşür. Bütün bunların baş verməməsi üçün gənclər dərs 

zamanı mobil telefonlarını söndürməli və onlardan düzgün istifadə etməlidirlər.  

 

Mütəxəssislər valideynlərə tövsiyə  edir ki, uşaqlara internetdən düzgün 



istifadə  qaydaları  öyrədilsin,  internetin  təhlükələri  barədə  məlumat  verilsin. 

Kompyuter  evdə  hamının  aydın  gördüyü  fəzada  yerləşdirilsin,  internetdən 

istifadə  müddəti  məhdudlaşdırılsın,  valideyn  internetdən  istifadə  edən  azyaşlı 

uşağının yanında olsun, elektron məktublarını valideyn özü açsın (8).  




157 

 

 



Hal-hazırda  uşaqların  psixoloji  xidmətlərdən  istifadəsində  bir  çox 

psixoloji  problemlər  mövcuddur.  Eyni  zamanda    valideyn-məktəb  əməkdaşlığı 

da çox zəifdir. Uşaqların mobil telefondan, internetdən və zorakılığı təbliğ edən 

oyunlardan  istifadə  etmələri    onların  psixoloji  durumuna  çox  mənfi  təsir 

göstərir.  Odur  ki,  valideynlər,  yeniyetmə  və  gənclər  arasında  psixoloji 

maarifləndirmə işi genişləndirilməlidir.  

 

 

Ə



dəbiyyat: 

 

1.

 

Əhmədoğlu  Ə.  KİV:  prinsiplər  və  reallıq.  Xüsusi  buraxılış.  №3.  Bakı, 

1997;  

2.

 



İsmayılov N., İsmayılov F. Tibbi psixologiya və psixoterapiya.B.,2002; 

3.

 



Hacıyev D.V., Əliyev S.D., Əliyev R.Ə. Tibbi biologiya. 1993;  

4.

 



Mehrəliyev  Ə.Ə.,  Əliyev  S.D.,  Əliyev  R.Ə.,Əzizov  Ə.P.  Tibbi 

biologiyanın əsasları. B., 2005; 

5.

 

Xəlilov  S.Təhsil,  təlim,  tərbiyə.  Bakı:  “Azərbaycan  Universiteti”  nəşr., 



2005; 

6.

 



Жилкин В.В. Информационная культура как фактор формирования 

педагогического мастерства// 

http://v-zhilkin.narod.ru/articles/1.html

7.



 

www.mix.az; 

8.

 

http://www.baki-xeber.com



9.

 



www.psixologiya.net

10.



 

www.trend.az

 ; 

11.


 

www.disput.az

 

Афет Камалова



 

Особенности влияния компьютеров и мобильных телефонов на 

развитие детей на современном этапе

 

Резюме

 

 

В научной статье было исследовано роль компьютера, сети интернет 



и  мобильных  телефонов  в  жизни  человека  и  их  отрицательное 

психологическое  влияние  на  детей.  С  этой  точки  зрения,  были 

анализирован вред таких отрицательных и дающих иногда патологический 

эффект  случаев  как  компьютерная  зависимость,  интернет    зависимость. 

Были изложены негативные и позитивные стороны виртуализации личной 

и  социальной  жизни.  В  статье  указывается  на  то,  что  одним  из  вредных 

воздействий  мобильных  телефонов  на  организм  является  возникновение 

тяжелых  болезней  мозга.  Поэтому  дети  должны  научиться  правильно, 

пользоваться   интернетом.   

Ключевые  слова:

  технология,  виртуальная  связь,  синдром 

одиночества, 

компьютерная 

зависимость, 

интернет 

зависимость, 

психологическое воздействие, воспитание, семейные ценности  

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Afet Kamalova 


158 

 

Features of influence of computers and mobile phones 



 on development of children at the present stage 

Summary 

 

In  the  article  was  investigated  a  role  of  the  computer,  the  Internet  and 

mobile  phones  in  human  lives  and  their  negative  psychological  influence  on 

children.  From  this  point  of  view,  is  analyzed  harm  of  such  negative  cases  as 

computer  dependence,  the  Internet  dependence  which  give  sometimes 

pathological  effect.  Negative  and  positive  sides  of  virtualization  of  private  and 

social  life  were  stated.  In  article  it  is  specified  that  one  of  harmful  effects  of 

mobile  phones  on  an  organism  is  emergence  of  such  illness  as  a  cancer  of  a 

brain.  Therefore  children  have  to  learned  the  rules  of  the  correct  use  of  the 

Internet,  they  should  be  reported  about  dangers  of  the  Internet,  provided 

education in a family and have to increase the responsibility of parents.  

Keywords:  technology,  virtual  communication,  loneliness  syndrome, 

computer dependence, İnternet dependence, psychological influence, education, 

family values 

 

 

 

Məqalənin  redaksiyaya  daxil  olma  tarixi:  27.11.2014 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi:  04.12.2014 

Məqalənin çapa qəbul olunma tarixi:  24.12.2014 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:  

fəlsəfə  doktoru 

Tamilla Əhmədova

 

ADMİU-nun Elmi Şurasının 29  dekabr  2014-ci il, 03 saylı qərarı ilə çap olunur



   

 

 



Yüklə 78,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə