Mir Mehdi Xəzani Qarabağ tarixi



Yüklə 2,89 Mb.
səhifə1/6
tarix20.06.2022
ölçüsü2,89 Mb.
#89817
  1   2   3   4   5   6
Mir Mehdi Xəzani

Mir Mehdi Xəzani Qarabağ tarixi

Abdullayev Murad 813

Mir Mehdi Xəzani

  • Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi.

Kitabi-tarixi-Qarabağ (Qarabağ Tarixi Kitabı)

  • Onun yaradıcılığında ən əsas yeri onun "Kitabi-tarixi-Qarabağ" tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarix"lərindən əlavə "təvarixi-qədimlər"dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə "xalis türki" (Azərbaycan) dilində yazmışdır. əsər müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir.

Əsərin ilk fəslində Qarabağın tarixi sərhədləri barədə məlumat verilir:

  • O ki qədim təvarixə görə Qarabağ vilayətinin sınur və sərhədi budur: Cənub  və qiblə tərəfi Araz çayıdır ki, Xudafərin körpüsündən gedir ta Sınıq körpüyə ki,  Dəmirçi-Həsənli və Qazax əhlinin içində vaqedir ki, əmnayi-dövləti-Rusiya ona  Krasmy most adı qoyublar, yəni Qızıl körpü derlər. Şimal tərəfi Kür çayıdır və məşriq tərəfi Cavad qəryəsidir ki, orada Araz ilə Kür suyu bir-birinə mülhəq olub  gedib dəryayi-Xəzəriyə müttəsil olurlar və məğrib tərəfi böyük dağlardır ki,  Qarabağın və Gəncənin və Qazax Şəmsəddin xalqının yaylaqlarıdır. Amma  keçən əsrlərdə bəzi zamanlar iğtişaşlıq çox olub, bəzi övqat İran və Rum və Türküstan padşahları bu vilayətlərə təsəllüt tapıblar

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə