AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU
MİRZƏ AĞADADAŞ MÜNİRİ
BAHAR AĞLAYIŞI
Kitab Mirzə Ağadadaş Münirinin
150 illik yubileyinə ithaf olunur
BAKI-2016
2
Bahar ağlayışı
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi
şurasının 12 saylı (29 dekabr 2014) iclasının qərarı ilə çap olunur.
Toplayanı:
Əliabbas Müznib, Sona Xəyal
Transfoliterasiya edib nəşrə hazırlayan
və ön söz müəllifi:
SONA XƏYAL
Redaktorlar:
MİRCƏLAL ZƏKİ
RAUF ŞEYXZAMANLI
Rəyçilər:
ƏZİZAĞA NƏCƏFZADƏ
filologiya üzrə fəlsəfə doktoru
QUTİYERA CƏFƏROVA
Mirzə Ağadadaş Müniri. Bahar ağlayışı.
Bakı, “Ekoprint”, 2016. 80 səh.
Kitabda XIX-XX əsrdə Bakı-Abşeron ədəbi mühitində yazıb-
yaradan görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin
müxtəlif janrda və müxtəlif mövzuda yazdığı şeirləri toplanmışdır.
3
Mirzə Ağadadaş Müniri
“BAHAR AĞLAYIŞI”
XIX-XX əsrlərdə Bakı və Abşeron ədəbi mühiti bir sıra
istedadlı şairlər yetişdirmişdir ki, onlar dəyərli, dillər əz-
bəri olan klassik şe’r nümunələri yaratmışlar. Bu dövrdə
“Məcməüş-şüəra” ədəbi məclisinin fəaliyyəti xüsusilə ma-
raq doğurur. Məclis üzvlərindən Məhəmmədağa Cürmi,
Mirzə Əbdülxalıq Yusif, Mirzə Əbdülxalıq Cənnəti, Mika-
yıl Seydi, Haşım bəy Saqib, Muxtar Bisavad, Seyid Zər-
gər, Əbdülhəmid Mina, Mirzə Ağadadaş Müniri, Ağada-
daş Sürəyya, Kərim ağa Salik, Mirzə Məhəmməd Müsəv-
vir, Əbülhəsən Vaqif, Azər Buzovnalı və başqaları öz ya-
radıcılıq nümunələri ilə dövrün tanınan, sevilən, dəyərli
insanları olmuşlar. Sovet dönəmində uzun illər bu şairlərin
yaradıcılığı tədqiqatdan uzaq qalmış, o qədər də xalqa ta-
nıtdırılmamışdır.
Zaman keçdikcə, Azərbaycan ziyalıları əlyazmaların
toplanılması məsələsini gündəmə gətirmiş, Əlyazmalar
fondu təşkil edilmiş, sonralar fond elmi tədqiqat institutu-
na çevrilmiş və ciddi tədqiqat işlərinə başlanılmış, bir sıra
kitablar nəşr edilmişdir. O cümlədən, Bakı-Abşeron ədəbi
mühitində yaranan ədəbi irs nümunələri də mətbuatda çap
olunmuş və mərhum tədqiqatçı alim, filologiya elmləri na-
mizədi Cəfər Rəmzinin nəşrə hazırladığı “Deyilən söz ya-
digardır” adlı şeir toplularında, eləcə də filologiya elmləri
namizədi Nəsrəddin Qarayevin “Poetik məclislər”, filolo-
giya elmləri namizədi Məmməd Nuru oğlunun “Azərbay-
can qəzəlləri” adlı şeir toplularında verilmiş qısa tərcüme-
yi-hallar və şeirlər oxuculara istedadlı şairlərin varlığını
4
Bahar ağlayışı
bildirmişdir.
Dövr dəyişildikdən sonra isə məqsədyönlü tədqiqatlar
aparılmış, Bakı-Abşeron şairlərinin kitablarının nəşrə ha-
zırlanması Dövlət planına daxil edilmiş, əlyazmalar üzə
çıxarılmış, Mirzə Həsib Qüdsinin, Yusifin, Cənnətinin,
Pərişanın, Müznibin, Əmin Abidin, Səməd Mənsurun,
Azərin əsərləri ayrı-ayrı kitablar şəklində nəşr edilmişdir.
Mirzə Ağadadaş Münirinin şeirlər kitabı da bu sıradandır.
Ağadadaş Cəfərov (Müniri) 1863-cü ildə Bakının Höv-
san kəndində anadan olmuş, yeddi yaşında atasını itirmiş
və anasının himayəsində böyümüşdür. Şairin tərcümeyi-
halını əks etdirən olduqca maraqlı bir şeiri vardır ki, ora-
dan şair haqqında dəqiq məlumatlar alırıq. Məlum olur ki,
atası öz zəhməti ilə dolanmış, Xəzər dənizində üç onluq
maaşla çalışmış, təəssüf ki, elə dənizə qərq olub dünyasını
dəyişmişdir. Məhəllə dərzisi olan anası yeddi yaşında ye-
tim qalan Ağadadaşı oxutdurmuşdur. Şair “Özüm oldum
cocuqlara rəssam” deyə peşəsini bildirir və eyni zamanda
xəyal quşunun göylərdə pərvaz etdiyini, qələmlə həmdəm
olduğunu, şe’rlər nəşr etdirdiyini qeyd edir.
Münirinin şeirlərini ilk dəfə “Deyilən söz yadigardır”
toplularında oxumuşuq. Kitabın I hissəsində şairin “əlin-
də”, “olmayan yerdə”, “özgədir”, “xali”, “sevər” rədifli və
“Gəh salıb rüsxarə zülfün, gəh açıb zülfün tamam”, “Elm
etdi rövşən, ey dil, Avropani”, “Könül quşin edüb ol şuxi-
canşikar şikar” misraları ilə başlayan rədifsiz qəzəlləri, II
hissəsində isə “Tərcümeyi-hali-Ağadadaş Müniri Cəfər
oğlu” adlı bir əsəri, “Poetik məclislər” kitabında “Eşqində,
ey sənəm, nə qədər varam, ağlaram” və “Gəh salıb rüxsarə
zülfün, gəh açıb ruyin təmam” misraları ilə başlayan qə-
zəlləri, “Azərbaycan qəzəlləri” toplusunda “Könül quşun
edib ol şuxi-canşikar şikar” mətləli və “olmayan yerdə”,