Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. İzah və şərqlər 1911



Yüklə 19,47 Kb.
tarix26.11.2017
ölçüsü19,47 Kb.
#12901

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.
İzah və şərqlər
1911
(Millətin halı pərişan ola)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1911, № 3) (.........) imzası ilə çap olunmuşdur.

*Çakər – Xalqı cənnət vədi ilə sakit etməyə çalışan yarı şair, yarı ruhani bir adam idi.

*Jurnalda bu sözün üzərinə çıxış əlaməti qoyulub, “Məşədi Məhəmməd Kələntərov” deyə izah verilmişdir.


Avropada Məmdəlinin eşqbazlığı

(“Məmdəli: Rəhm et mənə, can madmazel!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 yanvar 1911, № 4) imzasız çap olunmuşdur.
Məhəmmədəli şah taxtdan salındıqdan sonra Odessada yaşayırdı. Bir aktrisaya vurulmuş, ondan rədd cavabı almış, lakin dalınca Avropaya qədər getmişdi. Satira o münasibətlə yazılmışdır.

*Şəddad – Yəmənin qədim hökmdarlarındandır. Əfsanəyə görə, Hut peyğəmbərin dövründə olmuş, lakin onun peyğəmbərliyini təsdiq etməyib kafir qalmış və öz tərəfdarları ilə birlikdə guya Cəbrailin seyhəsi (çığırtısı) ilə məhv olmuşdur.

*Nəmrud – Qədim Babil şəhərini tikdirmiş bir hökmdardır. Təxminən 4600 il bundan əvvəl yaşamışdır. Imansızlığı, İbrahim Xəlil peyğəmbəri oda atıb yandırmaq istəməsi ilə məşhurdur. Qədim dünyanın ən zalım hökmdarlarından biri sayılır.
Yuxu

(“Heyvərə, ey müdiri-əhli-füsun”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (28 yanvar 1911, № 7) “Palanduz” səhifəsinin 4-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

*Heyvərə - “Günəş” və “Yeni həqiqət” qəzetlərindəki “Palanduz” adlı həftəlik məzhəkə səhifəsinin müdiri tərəfindən işlədilən gizli imza idi.

*Nizədar – M. Ə. Sabirin “Günəş” və “Yeni həqiqət” qəzetlərindəki “Palanduz” səhifəsində istifadə etdiyi gizli imzadır.
Ay can!

(“Müftinin rəyi ilə kəşfi-vücuhi-nisvan”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 yanvar 1911, № 5) imzasız çap olunmuşdur.


Bu satiranın materialı Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” jurnalında (25 yanvar 1911, № 4) çap olunmuş “Təşəkkür” adlı məqaləsindən götürülmüşdür.

*”Molla Nəsrəddin” jurnalının əməkdaşı Ömər Faiq Nemanzadə nəzərdə tutulur.


Təbriz müxbirinə

(“Müxbirüssəltənəyə şəkk edəcəksənmi yenə?!”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (30 yanvar 1911, № 8) “Ə. S.” imzası ilə çap olunmuşdur.

Əzrailin istefası

(“Əzrail ərz edərək söylədi: “Ey rəbbi-ənam...”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 fevral 1911, № 6) (.........) imzası ilə çap olunmuşdur.
(Ağladıqca kişi qeyrətsiz olur)

İlk dəfə “Yeni həqiqət” qəzetində (9 fevral 1911, № 16) “Ə. S.” imzası ilə çap olunmuşdur.

*Sam və Nəriman – Firdovsinin “Şahnamə” dastanının qəhrəmanlarındandır.
(Çox da demə sərvətü samanlıyam, ey filan!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 fevral 1911, № 7) (.........) imzası ilə çap olunmuşdur.


Balaca səhnə

İlk dəfə “Yeni həqiqət” qəzetində (27 fevral 1911, № 30) “Ə. S.” imzası ilə çap olunmuşdur. Qəzetdə sərlövhədən sonra “Nəsimi-Şimal” qəzetəsindən məalən tərcümə qeydi vardır.


Vaqieyi-yubileykaranə

(“Girdim yerimə başımda qayğu”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü yuxulu” imzası ilə çap olunmuşdur.

*Xaqani Şirvani (1420-1199) – XII əsrdə yaşayıb yaratmış böyük Azərbaycan şairidir.

*Zülfüqar Şirvani (1190 - ?) – Şamaxıda doğulmuş Azərbaycan şairlərindən biridir.

*Həsənbəy Məlikov Zərdabir (1837-1907) – XIX-XX əsrlər Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biridir.

*”Kəşkül” – 1883-cü ilin yanvarından Tiflisdə nəşrə başlayan jurnal idi. 1884-cü ilin mart ayından qəzetə çevrilmişdi. Redaktoru “Ziya” qəzetinin müdiri Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə idi.

*Seyid Əzim Şirvani (1835-1888) – XIX əsr Azərbaycan şerinin görkəmli simalarından biridir.

*Sultan Məcid Qənizadə (1866-1938) – Maarifpərvər yazıçı və pedaqoq idi. Şamaxıda doğulmuş və ilk təhsilini də orada almışdır.

*Həbibbəy Mahmudbəyov (1864-1928) – Tanınmış müəllim və ictimai xadim idi. Şamaxıda doğulmuş və ilk təhsilini da orada almışdır.

*Bu misra Füzulinin “Leyli və Məcnun” poemasındandır.
(Əşhədü billahi əliyyül əzim)

Bu əsərin ilk bəndi şairin ölümündən sonra “Məlumat” qəzetində (29 iyul 1911, № 25) “Mərhum Ə. Sabirin axırıncı günlərində dediyi kəlamlarından” qeydi ilə çap olunmuşdur. Bütünlükdə isə ilk dəfə “Yeni irşad” qəzetində (6 sentyabr 1911, № 7) şairin vəfatı münasibəri ilə A. Səhhətin çap etdirdiyi “Sabir” adlı məqaləsinə daxil edilmişdir.


(Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız)

İlk dəfə “İqbal” qəzetində (21 mart 1913, № 250) jurnalist Məmmədəli Sidqi tərəfindən nəşr etdirilmişdir.


A. Səhhət əsəri çapa hazırlayarkən belə bir qeyd vermişdir: “Bu şeri mərhum xəstə olduğu zaman ömrünün axır çağlarında yazdığından yarımçıq qalmışdır”.

*Zərdüşt – Azərbaycanlıların guya qədim peyğəmbəri, atəşpərəstliyin banisidir. Novruz bayramının əsası Zərdüştün peyğəmbərliyi və Cəmşidi-Cəmin padşahlığı dövründə qoyulmuşdur.



*Cəm (Cəmşidi-Cəm) – İranın və Midiyanın əfsanəvi padşahlarındandır.



Balalar-Az.Com

Yüklə 19,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə