MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə1/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
  1   2   3   4   5   6   7   8   9   ...   54


NƏZAKƏT ƏLĠYEVA 
 
 
 
 
 
 
 
 
 
 
MİRZƏ ŞƏFİ 
 ŞƏRQ QƏRB  
ARAŞDIRMALARINDA 
 
 
 
 
 
 
 
 
 
 
GƏNCƏ – 2013 
 


    Nəzakət Əliyeva 
 
 

 
Elmi redaktor:             
-
 
Xəlil YUSĠFLĠ 
     Filologiya elmləri doktoru
     əməkdar elm xadimi, professor 
 
Ön sözün 
 müəllifi:       
-
 
Sədnik PAġAYEV 
       Filologiya elmləri doktoru,  
       əməkdar müəllim, professor 
 
Rəyçilər: 
-
 
Nəzmiyə AXUNDOVA 
      Filologiya elmləri namizədi,  
      dosent  
 
 
-
 
Afaq YUSĠFLĠ 
       Filologiya üzrə fəlsəfə doktoru 
 
 
Kitab  görkəmli  Azərbaycan  şair  və  mütəfəkkiri 
Mirzə  Şəfi  Vazehin  anadan  olmasının  220  illik 
yubileyinə həsr olunur. 
 
 
 
             
     ĠJBN  5 – 8066 – 1638 – 4 
                       1401000000 
                    655 (07) – 2004 
«ELM » nəĢriyyatı. 
 
 
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 

Ö
n söz 
Qədim  və  zəngin  mədəni  irsə  malik  olan  Gəncə 
şəhəri  dünyaya  ümumbəşəri  dəyərlərin  yaranmasında 
müstəsna  xidmətləri  olan  sənətkarlar  vermişdir. 
Onlardan biri də şair-filosof Mirzə Şəfi Vazehdir. XIX 
əsr  Azərbaycan  ədəbiyyatının  böyük  nümayəndəsi 
Mirzə  Şəfi  Vazeh  lirik-fəlsəfi,  ictimai  məzmunlu 
aşiqanə  qəzəlləri  ilə  bütün  Şərq    və  Qərbə  səs  salmış, 
“Divani-Hikmət”    ədəbi    məclisi  ilə  XIX  əsr  klassik 
sənətkarları  bir  araya  toplamış  böyük  bir  ədəbi 
cərəyanın  yaranmasına  və  təşəkkül  tapmasına  səbəb 
olmuşdur. Özünün həzin və məlahətli səsi ilə qəzəl və 
rübailəri  oxuyar,  dinləyənləri  feyziyab  edərmiş
 
(“Şərqdə min bir gün” F.Bodenştedt). 
Kərbəlayi 
Sadığın 
nəsil 
şəcərəsinin 
davamçılarından  olan  müəllif  oxuculara  təqdim  etdiyi 
bu  monoqrafiyada  orijinal  tədqiqlər  və  araşdırmalar 
verir.  Almaniyada  M.Ş.Vazeh  haqqında  nəşr  olunmuş 
romanın  mükəmməl  tərcüməsi    verilir.  Fridrix 
Bodenştedtin  yazdığı  bu  romanın  113  il  əvvəlki  nəşri 
əldə  olunmuş    və  əsas  yerləri  tərcümə  edilərək 
monoqrafiyaya  əlavə  edilir.  Fridrix  Bodenştedtin 
yazdığı  “Şərqdə  min  bir  gün”  romanı  Hermann 
Ammon tərəfindən yenidən işlənmiş və təqribən 1900-
cü  ildə  Berlində  Alman  Ədəbiyyatı  Həvəskarları 
Cəmiyyətinin  Nəşriyyatında  çap  edilmişdir.    Romanın 
XX  fəslindən  sonra  səyahətlər  və  erməni  həyatından 
bəhs  edilir.  Odur  ki,  M.Ş.Vazehlə  bağlı  fəsillər 


    Nəzakət Əliyeva 
 
 

Azərbaycan  dilinə  tərcümə  edilərək  monoqrafiyaya 
daxil edilmişdir. 
Monoqrafiyada  coğrafi  məkan  olan    Gəncə 
mühiti,  bu  mühitin  yetişdirdiyi  ədəbi  məclis  və 
cərəyanlar  əhatəli  və  geniş  təhlil  edilir.  Monoqrafiya 
işlənərkən  Azərbaycanın  tanınmış  alimlərinin  ədəbi-
ictimai  fikirləri  mühüm  yer  tutur.  Müxtəlif  müəlliflər 
tərəfindən  və  müxtəlif  səpkidə  yazılan  yazılar 
M.Ş.Vazeh əsərlərinin  yüksək humanist  məzmunu  və 
sənətkarlıq  xüsusiyyətləri  haqqında  söylənən  fikirlər, 
verilən  qiymətlər  bir-birinə  uyğun  gəlir.  Müəllif 
M.Ş.Vazehin  tədqiqatlarında  Şərq  ilə  Qərbin 
arasındakı  fərqi  izah  etmiş,  sənətkarın  keçdiyi  həyat 
yoluna ümumi sevgi ilə yanaşmışdır. Gəncə torpağında 
ədəbiyyatımızın 
klassik 
nümunələrini 
yaradan 
M.Ş.Vazehin  özündən  sonra  gələn  nəsil  səcərəsi 
haqqında bir neçə faktı söyləmək istəyirəm. Kitabdakı 
hadisələr zaman etibarilə iki əsrə yaxın bir dövrü əhatə 
edir.  Təbiidir  ki,  bu  böyük  zaman  məsafəsi  mənəvi-
əxlaqi dəyərləri zəngin olan şəxsiyyətərin yaranmasına 
gətirib çıxarmışdır. Əliyevlər nəslində 40 nəfərə yaxın 
dövlət  və  elm  ocaqlarında  çalışan,  adını  tarixə  həkk 
edən  şəxsiyyətlər  yetişmişdir.  Bu  elm  və  dövlət 
adamlarının  Gəncə  torpağına  bağlılığı,  mütərəqqi 
fikirlərin  cəmiyyətdə  yayılması  üçün  göstərdikləri 
səylər 
danılmaz 
faktdır. 
Zəngin 
Azərbaycan 
ədəbiyyatını 45 il zamanında ləyaqətlə təmsil edən, bu 
xəzinədən götürülən hər misraya, hər sözə gözəl ahəng 
qatan,  natiqlik  qabiliyyətini  tələbələrinə  aşılayan, 
ləyaqətli 
insan 
Nəzakət 
Əliyevanın 
yazdığı 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 

monoqrafiya    ədəbiyyatı  sevərlər  üçün  qiymətli 
vəsaitdir.  
Monoqrafiyada 
XIX 
əsr 
Azərbaycan 
ədəbiyyatında  Mirzə  Şəfi  Vazeh  poeziyasının 
özünəməxsus nümunələri, tariximizin mühüm və ciddi 
mərhələləri  əks  olunur.  Canlı  insan  obrazları,  taleləri 
Mirzə  Şəfiyə  nəsib  olmayan  ailə  səadəti  və  bəzi 
cəhətlər geniş təhlil olunur.  
Bu əsəri oxuyarkən qeyri-ixtiyari olaraq bu nəslə 
mənsub  olan  insanların  bir  neçəsini  xatırlayıram. 
Xüsusilə  Azərbaycan  təhsil  sistemində  yorulmaz  və 
cəfakeş insan, XX əsr  Azərbaycan ali təhsil və elmini  
40  il  layiqli  surətdə  idarə  edən  Mehdi  Əliyev. 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Gəncə 
Bölməsinin  sədri,    əməkdar  elm  xadimi,  güclü 
təşkilatçılıq  qabiliyyəti  olan  əsl  vətəndaş,  akademik 
Fuad    Əliyevin    monoqrafiyada  yer  alması  əsəri  daha 
da samballı etmişdir. 
Monoqrafiyada XIX  əsrin ədəbiyyatı, bu dövrün 
şəxsiyyətlərinin  Mirzə  Şəfi  Vazehlə  yaxın  əlaqələri  
verilmişdir. 
Böyük şair, filosof, çox savadlı müəllim  XIX əsr  
ədəbiyyatımızın  yaradıcılarından  biri,  qərb  aləmində 
işıq  saçan  M.Ş.Vazehin  əsərləri  ədəbiyyatın  qızıl 
fonduna düşmüşdür. Monoqrafiya Ali məktəblər  üçün 
və  dərs    vəsaiti  kimi    ədəbiyyatşünaslığın    xəzinəsini 
zənginləşdirəcək. 
Filologiya elmləri doktoru, əməkdar müəllim, 
Professor Sədnik Paşa Pirsultanlı. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə