Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

 
 
 
 
 
MİSTER HEMFERİN 
XATİRƏLƏRİ 
 
 
 
 
(İNGİLİS CASUSUNUN 
E᾿TİRAFLARI) 
 
 
 
 
 
 
 
OOO «Evro-press» 
OOO «Mediцina» 
ZAO «Slavяnskiй dom kniqi» 
Moskva 2003 
 
 
 


 

 
 
 
 
ISBN 5-8550-095-0  
İzdatelьstvo 
ZFO «Slavяnskiй dom kniqi»,  
2003 
 
 
Liцenziя na izdatelьskuю deяatelьnostь 
№ 065171 ot 14.05.97 q. 
 
Podpisano v peçatь 20. 02. 2003. Format 84\108/
32

Peçatь vısokaя. 
Fiz. Peç. l. 19,0. Tiraj 3000 эkz. Zakaz № 2300. 
 
İzdatelьstvo 
ZFO «Slavяnskiй dom kniqi». 
129327, q. Moskva, ul. Kominterna, d. 26 
 
Opeçatano v polnom sootvetstvin s kaçestvom predostavlennıx 
diapozitivov na izdatelьsko-poliqrafiçeskom predpriяtii 
«Pravda Severa». 
163002, q. Arxanqelьsk, pr. Novqorodskiй, 32
 


 

MÜQƏDDİMƏ 
Əziz  oxucular!  Qarşınızda  olan  bu  kitab,  vaxtilə 
İngiltərənin  Müstəmləkələrə  Nəzarət  Nazirliyi  (MNN) 
tərəfindən  müsəlman  ölkələrinə  casusluq  məqsədilə 
göndərilmiş  Mister  Hemferin  xatirələridir.  Bu  mənfur 
xristian casusunun öz e`tiraflarından mə`lum olur ki, o, 
öz  hökuməti  tərəfindən  xüsusi  məqsədlə  İslam 
ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq 
işləri  ilə  məşğul  olmuş,  müsəlmanları  daxildən 
parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-
insani  işlərdən  çəkinməmişdir.  Onun  gördüyü  işləri 
ümumi  və  xüsusi  olaraq  bir  neçə  şəkildə  xülasə  etmək 
olar: 
Müsəlman  cəmiyyətində  mövcud  olan  müsbət  və 
mənfi  cəhətləri  öyrənib  öz  hökumət  dairələrinə 
çatdırmaq; 
Milli,  dini  və  məzhəbi  qarşıdurmalar  yaratmaq  üçün 
münasib məkan, zaman və şəraitlərin öyrənilməsi; 
Mə`nəvi  cəhətdən  zəif  olan  müsəlman  dövlət 
mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər 
tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək; 
Sadəlövh  tələbə  və  şagirdləri  cəlb  edərək,  onların 
tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi 
hazırlayaraq,  onları  yüksək  dövlət  kürsülərində 
əyləşdirmək; 
Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir 
cəhətdən  himayə  etmək,  müsəlman  cəmiyyətlərində 
kəskin qarşıdurmalar yaratmaq; 


 

Vətənpərvər insanları, elm və din xadimlərini gözdən 
salmaq,  şayiə,  töhmət  və  iftira  yaymaqla  xalq  arasında 
onlara qarşı kütləvi e`tiraz yaratmaq; 
Hər  yerdə  dinşünas,  islamşünas,  şərqşünas  və  s. 
adlarla  saxta  şəxsiyyətlər  yaratmaq,  ictimai  diqqəti 
onlara  doğru  yönəltmək  və  müsəlmanların  öz  dini 
mə`lumatlarını  məhz  onlardan  əxz  etməsinə  şərait 
yaratmaq; 
Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın 
fikirlər və batil əqidələr yaratmaq; 
Dini 
ayinlərin 
həqiqi 
mahiyyətini 
dəyişmək, 
müsəlmanların  içərisinə  məqsədyönlü  şəkildə  nüfuz 
etmiş  şəxslərin  vasitəsilə  irtica,  xurafat  və  mövhumata 
dini rəng verməklə xalq arasında yaymaq; 
İslahat, 
tərəqqi 
və 
müasirlik 
iddiaları 
ilə 
müsəlmanların  mədəniyyət,  mə`nəviyyat,  tarix  və 
gələcəyini məhv etmək. 
Mister  Hemferin  xristian  və  yəhudi  dünyasına 
göstərdiyi  “misilsiz  xidmətlər”  arasında  təkcə  onun 
İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni 
Vəhhabi  məzhəbini  tə`sis  etməsini  misal  göstərmək 
kifayət edər. 
Bu  barədə  ətraflı  mə`lumatı  kitabın  Məhəmməd 
Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz. 
Qeyd etmək lazımdır ki, bu məzhəbin yaranmasından 
yüz  illər  keçməsinə  baxmayaraq,  hələ  də  o, 
imperializmin əlində paslanmayan bir silah kimi öz acı 
tə`sirlərini  buraxmaqdadır.  Düşmən  qüvvələr  bu 
məzhəb  təbliğatçılarını  müsəlman  cəmiyyətlərinin 
içərisinə  istiqamətləndirərək,  onları  hərtərəfli  himayə 


 

edir,  gücləndirirlər;  istədikləri  vaxt  onları  silahlı 
qiyama,  təxribat  yönlü  işlərə  təhrik  edir  və  nəhayət 
gözlənilən  vaxt  gəlib  çatdıqda  həmin  cəmiyyəti 
terrorçuluqda  ittiham  edərək,  havadan,  qurudan 
hücuma keçir; qəzəbdən od püskürür, dünyanı lərzəyə 
gətirirlər. Yəqin ki, bu sətirləri oxuyan hər bir şəxs son 
illərdə  baş  verən  Əfqanıstan  hadisəsini  unutmamışdır. 
Heç  kəsə  gizli  deyildir  ki,  “Vəhhabi  Taliban”  qrupu 
Əfqanıstana  məhz  Amerika,  İngiltərə,  İsrail  və  digər 
dövlətlərin himayəsi ilə daxil oldu; bir neçə il ən ibtidai 
və  insani  məsələlərə  qarşı  ifrat  mövqe  tutaraq 
müsəlmanları  bütün  dünyaya  güldürdü;  nəhayət 
günlərin  bir  günü  “11  sentyarb”  adlı  beynəlxalq  bir 
tamaşa  hazırlamaqla  öz  mövqeyini  kəskin  şəkildə 
dəyişdi.  Bu  dəfə  Əfqanıstana  xilaskar  ordu  kimi  daxil 
olaraq,  öz  əli  ilə  böyüdüb  boya-başa  çatdırdığı 
qanunsuz  övladını  (vəhhabiləri)  qırıb  məhv  etməyə 
başladı; çox keçmədi ki, həmin ölkənin fatehinə çevrildi 
və 
məzlum 
əfqan 
xalqına 
sülh, 
azadlıq 
və 
demokratiyanı ərməğan gətirdi. 
Tarixdə  nə  qədər  hemferlərin  olması  və  onların 
törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə mə`lum 
deyildir.  Dəhşətlisi  budur  ki,  onlar  bu  gün  də 
müsəlmanların  içərisinə  soxularaq  didib-parçalamaq, 
parçalayıb istismar etməklə məşğuldurlar. Qeyd olunan 
düşmənlər  heç  bir  vaxt  bizim  ölkəmizi  də  gözdən 
qaçırmayıblar.  Vətənimiz  tarix  boyu  bu  namərdlərin 
mənfur  niyyətlərinin,  hiylə  və  məkrlərinin  qurbanı 
olmuşdur. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə