Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
  1   2   3   4   5   6   7   8   9   ...   47



1. GİRİŞ. KURSUN ÜMUMİ MƏSƏLƏLƏRİ
Balıqçılıq   sənayesi   –   qida   sənayesinin   ən   vacib   sahələrindən   biri   olmaqla,
buraya   balığın   ovlanması,   çoxaldılması   və   emal   edilməsi   kimi   çox   vacib   sayılan
funksiyalar daxildir. 
Balıq və balıq məhsulları, Yer kürəsində yaşayan insanların qidasında heyvani
zülal   rasionunun   xeyli   hissəsini   təşkil   edir.   İnsanın   yaşaması   və   normal   həyat
fəaliyyətini davam etdirməsi üçün balıq və balıq məhsullarinin, habelə su mənşəli
qeyri – balıq xammallarının (krab, xərçəng, kalmar,  molyuska,  yosun və b.) rolu
əvəzsizdir.   Bu   baxımdan   balıq   və   balıq   məhsullarından   olan   bütün   qida
komponentlərının qidalanmada oynadığı əvəzsiz əhəmiyyəti bilmək vacibdir. 
Balıq   xammalı   müxtəlif   qida   məhsulları   və   başqa   texniki   məhsulların,
heyvandarlıqda istifadə edilən yemin (balıq unu), həmçinin təbabətdə istifadə edilən
müxtəlif   dərman   preparatlarının   alınma   mənbəyi   olmaqla,   ölkə   iqtisadiyyatı   üçün
olduqca böyük əhəmiyyət kəsb edir.
Balıq xammalının əti tam dəyəri zülallar (əksər əvəzolunan və əvəzolunmaz
aminturşularına malik olan zülallar     t a m     d ə y ə r l i  adlandırılır) və insan
orqanizmi tərəfindən  asanlıqla mənımsənilməsı yaqlarla zəngin olmaqla yanaşı, həm
də   orqanizm   uçun   çox   vacib   olan   yod,   fosfor,   dəmir,   manqan   və   başqa   mineral
maddələrin miqdarı ilə üstünlük təşkil edir.
Müasir dövrdə 20 minədək balıq növü məlumdur və bunlardan 1500-ə qədəri
ovluq balıqdır. Respublikamızda balıqçılığın çox qədim tarixi vardır.
Azərbaycan sularında 34 növ balıq ovlanır ki, bunlardan 23 növü həm Xəzər
dənizi və həm də şirin su hövzələrində, 11 növü isə yalnız dənizdə yaşayır.
Yaşayış   yeri   və   həyat   tərzindən   asılı   olaraq   balıqları   aşağıdakı   qruplara
bölürlər:
1. Dəniz balıqları – dənizlərdə, okeanlarda yaşayan və çoxalan balıqlar;
2.   Şirin   suda   yaşayan   balıqlar   –   həmişə   şirin   sularda   yaşayan   və   çoxalan
balıqlar;                      


3.   Keçici   balıqlar   –   dənizdə   yaşayan,   lakin   çoxalmaq   üçün   çaylarla   yuxarı
qalxan;
4.   Yarımkeçici   balıqlar   –   dənizlərin   şirin   sulu   sahələrində   yaşayan,   kürü
tökmək üçün isə deltalara və çayların aşağı axarına köçən balıqlar. 
Balıqçılıq sənayesində yuxarıda qeyd olunan elmi – bioloji təsnifatdan başqa,
balıqları şərti olaraq başqa göstəricilərinə görə də qruplaşdırırlar.
1990-cı   ilə   qədər   (keçmiş   SSRİ   məkanında)   Azərbaycanda   bir   il   ərzində
adambaşına düşən balıq və balıq məhsullarinin miqdarı 19 kiloqrama çatırdı. Lakin
son illər ərzində Respublikamızın balıq təsərrüfatlarını araşdırarkən məlum olmuşdur
ki bizdə balıq və balıq məhsulları istehsalı xeyli aşağı səviyyəyə düşmüşdür. Belə ki,
son   bir   neçə   ilin   statistik   məlumatlarına   görə   respublikamızda   bir   il   ərzində
adambaşına düşən balıq və balıq məhsullarının ümumi miqdari 3,2 kq təşkil edir.
Balıq   və   balıq   məhsullarına   olan   bu   növ   çatışmazlıqları   aradan   qaldırmaq   üçün,
sənayenin uyqun sahəsində çalışan mütəxəssislər əllərindən gələni əsirgəməməli və
adambaşına düşən balıq və balıq məhsullarının miqdarını mövcud 3,2 kiloqramdan
tələb olunan səviyyəyədək yüksəltməyə cəhd göstərməlidirlər.
Qarşıdakı   yaxın   illər   üçün   Respublikamızın   balıqcılıq   təsərrüfatlarında   əsas
inkişaf   istiqamətləri   kimi,   balıqdan   qida   məhsulları   istehsalını   rasional   istehlak
normasına   uyğun   olaraq   ölkə   əhalisinin   adambaşına   düşən   tələbatını   ödənilməsi
həcminədək çoxaldılması, habelə sonradan bu məhsulların keyfiyyət göstəricilərinin
yüksəldilməsi və çeşidinin artırılması müəyyən olunmuşdur.
Yuxarıda göstərilən bu inkişafın həyata keçirilməsini yəqinləşdirmək məqsədi
ilə, yüksək məhsuldarlıqla balıqcılıq təsərrüfatlarını yaradılması, müasir texnologiya
və texnoloji avadanlıqların tətbiqinə   istinad edən və   yüksək iqtisadi səmərəliliyə
malik   olan,   yüksək   keyfiyyət   göstəriciləri   ilə   üstünlük   təşkil   edən   yüksək
məhsuldarlığa   malik     balıq   və   balıq   məhsulları   istehsal   edən   yeni   müəssisələrin
layihələndirilməsi və tikilməsi həyata keçirmək vacibdir.
Sənaye   müəssisəsinin   layihəsi   müəssisənin   tikilməsi   və   montaj   olunmasını
həyata   keçirmək   üçün   lazım   olan   iqtisadi   və   texniki   hesabatların,   çertyojların,
sxemlərin, smeta və spesifikasiyaların məcmusudur. Layihə kompleks olmalı, onun
2


bütün   hissələri   isə   bir-biri   ilə   əlaqələndirilməlidir.   Buna   görə   də   hər   bir   layihə
işlənilərkən, layihənin baş mühəndisi (adətən bu, texnoloq və ya mexanik olur) başda
olmaqla kompleks briqada iştirak edir. 
Kompleks   briqadanın   tərkibinə   texnoloqlar,   iqtisadçılar,   santexniklər,
arxitektorlar, mexaniklər, smetaçılar kimi müxtəlif ixtisaslı mühəndislər daxil olur. 
Mühəndis   -   texnoloq   layihələndirmə   tapşırığını   və   iqtisadi   əsaslandırma
materiallarını rəhbər tutaraq, layihələndirilən müəssisənin texnoloji sxemini işləyir,
material və avadanlıq hesabatlarını yerinə yetirir, sexləri və avadanlıqları yerləşdirir
və bununla da istehsal binalarını əsas konturlarını  (çevrələrini) müəyyənləşdirir. Bu
hesabatlar bazasında texnoloq  elektrik enerjisi, buxar, su və  soyuğa görə  əsas sərf
göstəricilərini verir, layihələndirilən zavodda (fəhlələrin) işçilərin yerləşdirilməsini
nəzərdə tutur (planlaşdırır).
Sənayenin   hər   hansı   bir   sahəsində   layihələndirmə,   verilmiş   sahənin   və
bütövlükdə   sənayenin   inkişaf   planları   ilə   sıx   əlaqələndirilir.   Bu   zaman   elm   və
texnikanın   ən   yeni   nailiyyətləri   ,habelə   qabaqcıl   ənənəvi   və   xarici   müəssisələrdə
qazanılmış daha yüksək texnoiqtisadi  göstəricilər nəzərə alınmalıdır.
Hər bir yeni tikilən müəssisə, buna oxşar mövcud müəssisəyə nisbətən daha
ucuz məhsul istehsal etməlidir. Bu tikinti meydançasının daha rasional seçimi; bir
neçə   istehsalat   və   yardımçı   sexlərin   bir   binada   birləşdirilməsi   (məsələn,   blokda
soyuducu,   file   və   konserv   zavodları);   müəssisənin   verilmiş   istehsal   gücü
saxlanılmaqla sahələrin və obyektlərin sənaye  binalarının kəskin azaldılması; yüksək
məhsuldarlıqla   aqreqatların,   qabaqcıl     texnoloji   proseslərin   və   daha   effektli
konstruktiv  qərarların;   mülki   və   sənaye   binaları    və  tiklilərinin  arxitektor   tərtibat
artıqlığında imtina hesabına əldə oluna bilər.
Yeni   müəssisələr   layihələndirilərkən   analitik   metodlar   və   modelləşdirmə
metodlarından istifadə edirlər. Analitik metod zamani fəaliyyətdə olan müəssisələrin
istehsalat   təcrübəsinə   istinadən   əsas   əmsalları   (istehsalat   sahələrində,   həcmlərdən
istifadə, sərf əmsalları) hesablayırlar. Modelləşdirmə metodu istifadə olunarkən bu və
ya digər əmsallar, obyektlərə uyğun gələn modellərdə alına bilər.
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə