Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
  1   2   3   4   5   6   7   8   9


                 

WWW.SUPERSAYT.WORDPRESS.COM

Tərcümə: Səfər İskəndərov

Edqar Allan Po

“Morq küçəsində qətl” (hekayə)

Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə 

özünə hansı adıuydurdu -bunlar dolaşıq suallardır və burada nə isə bir müəmma var.

Ser Tomas Braun

İnsan  zəkasının  həyat  hadisələrini  təhlil  etmək  qabiliyyəti  az  öyrənilir.  Biz 

insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə qiymət veririk. Məlumdur ki, 

qeyri-adi  istedadlı  bir  adam  üçün  təhlil  etmək  bacarığı  əsl  həzz  mənbəyidir.  Güclü 

adam  qüvvəsiylə  qürrələnib,  əzələlərini  işlətməyə  vadar  edən  təmrinlərdən  ləzzət 

aldığı  kimi, analiz  edən şəxs  də  mənəvi fəaliyyətində dolaşıqları  açması ilə öyünür, 

onun  istedadını  fəaliyyətə  gətirən  ən  əhəmiyyətsiz  məşğuliyyətindən  həzz  alır.  O, 

tapmacalar,  müəmmalar  və  başsındırmaların  vurğunudur.  Çətin  məsələlərin  həllində 

müəyyən  bacarıq  nümayiş  etdirir.  Bu  da  adi  zəka  sahibi  üçün  az  qala  qeyri-təbii 

görünür.  Məhz  müəyyən  metod  sayəsində  bu  cür  keyfiyyət  başqalarına  bəşər 

övladının duyma qabiliyyətinin möcüzəsi təsirini bağışlayır.

Mühakimə  etmə  qabiliyyəti  riyazi  savadın,  xüsusilə  də  onun  ali  bölməsi 

sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq əməliyyatın əks təsiri üzündən, 

necə  deyərlər,  “parexcellence”  analiz  adlanır.  Bununla  belə,  hesablamaq  öz-

özlüyündə  analiz  etmək  deyildir.  Məsələn,  şahmatçı  analizə  cəhd  göstərməyərək, 

hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son dərəcə xeyirli olan 

şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də elmi 

əsər  yazmıram,  sadəcə  olaraq  təsadüfi  müşahidələrimin  nəticəsində  yazmaq  

istədiyim, bir qədər qeyri-adi görünən hekayətimə müqəddimə verirəm. Buna görə də

fürsətdən  istifadə  edərək  bildirirəm  ki,  çox  da  çətin  olmayan  dama  oyunu  daha 

dərindən  düşünməyi  tələb  edir,  zehni  inkişaf  etdirmək  üçün  xəyali  incəlikləri  olan 

şahmat  oyununa  nisbətən  daha  mürəkkəb  və  faydalı  məsləhətlər  verir.  Şahmatda 

fiqurların  müxtəlif  və  qəribə  gedişləri  var.  Bu  mürəkkəblik  (bildiyimiz  kimi  tez-tez 

olur)  səhvən  dərinlik  kimi  qəbul  edilir.  Burada  bütün  diqqət  oyuna  yönəldilir. 

Diqqətin  bir  anlığa  zəifləməsi  səhvə  gətirib  çıxarır  və  ya  məğlubiyyətlə  nəticələnir. 

şahmatda  münkün  olan  müxtəlif  gedişlər  eyni  dərəcədə  qiymətlidir.  Buna  görə  də 




səhvlər  getdikcə  artır  və  on  oyundan  doqquzunda  diqqətini  daha  yaxşı  cəmləşdirən 

şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.

Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət 

bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin 

bir dama oyununu təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir 

diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli 

olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə bir gedişlə əldə edə bilər. 

Adi  imkanlardan  məhrum  olan  şəxs  çalışır  ki,  rəqibinin  fikirlərini  öyrənsin,  dərhal 

özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) 

seçir, bu da onu səhv hesablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama 

qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri 

vistə  qarşı  izaholunmaz  dərəcədə  meyl  göstəriblər,  şahmata  isə  əhəmiyyətsiz  bir 

əyləncə kimi məhəl qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz 

üçün bu qədər qabiliyyət tələb etmir.

Dünyada  ən  yaxşı  şahmatçı  yalnız  şahmatçı  olaraq  qalır,  halbuki  vistdə 

məharətli oyun insane fəaliyyətinin daha vacib sahələrində qələbə çalmaq bacarığı ilə 

birləşir,  burada  zəka  ilə  yarışır.  “Məharətli  oyun”  dedikdə  kamilliyin  ali  dərəcəsini 

nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş 

olur.  Bu  fəndlər  nəinki  saysız-hesabsızdır,  eyni  zamanda  rəngarəngdir, insan 

fkirlərinin  elə  dərinliklərində  özünə  məskən  salır  ki,  orta  qabiliyyətli  oyunçu  üçün 

əlçatmaz olur. Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, 

diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə 

bilər,  çünki  Hoylun*  təlimatı  (sadə  oyun  mexanizminə  əsaslanır)  hamı  tərəfindən 

kifayət dərəcədə başa düşülür. Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara 

əməl etmək visti yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir. Ancaq 

analiz  edən  şəxsin  bacarığı  məhz  təlimatda  nəzərdə  tutulmayan  hüdudlarda  özünü 

büruzə verir. O, öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. 

Onun  oyundaşı  da,  bəlkə  belə  hərəkət  edir.  Rəqiblərin  bir-birini  öyrəndikləri 

müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğundan 

çox,  aparılmış  müşahidələrin  keyfiyyətində  özünü  göstərir.  Əsas  məsələ  nəyi 

müşahidə  etməkdir.  Oyun  əsas  məqsədi  olmasına  baxmayaraq  özünü  heç  nə  ilə 

məhdudlaşdırmır,  uzaq  göstərişlərdən  belə  çəkinmir.  O,  rəqibinin  üzünün  ifadəsinə 

fikir  verir,  kartları  əlində  necə  tutmasına  diqqət  yetirir,  kozırın  kozır  və  valetin 

valetdən sonra çıxmasını çox vaxt oyundaşının baxışlarından başa düşür. Oyun davam 

etdikcə  onun  hərəkətlərini  izləyir,  üzünün  cizgilərində  bir-birini  əvəz  edən 

peşmançılıq,  ya  sevinc,  əminlik,  ya  təəccüb  ifadə  edən  dəyişiklik  görür  və  saysız-

hesabsız  nəticələr  çıxarır.  Rəqibin  kartları  stolun  üstündən  özünə  tərəf  çəkdiyini 

görəndə  onun  sonrakı  kartları  da  götürəcəyini  anlayır,  kartın  necə  atıldığından  başa 

düşür ki, rəqibi hiylə işlədir və gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya 

diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir qayda 

olaraq  ehtiyatla  və  sakitcə  gizlədilir),  vurulmuş  kartların  hesablanması  və  onların 

düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və ya qorxu, bir sözlə analiz edənin duyma 




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə