Moskva və bütün Rusiyanın Patriarxı KİRİLİN baş keşişlərə, dyakonlara, rahiblərə və Rus Pravoslav kilsəsinin



Yüklə 17,66 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü17,66 Kb.
#31465


Moskva və bütün Rusiyanın Patriarxı KİRİLİN  

baş keşişlərə, keşişlərə, dyakonlara, rahiblərə və Rus Pravoslav kilsəsinin 

bütün sadiq övladlarına ünvanladığı Milad bayramı münasibətilə müraciəti 

 

Müqəddəs baş keşişlər, dürüst keşişlər və dyakonlar,  



Allahısevən rahiblər və rahibələr, əziz qardaş və bacılar! 

 

Bu  gün  Müqəddəs  Kilsə  sevinclə  Pak  Məryamdan  Tahrı  və  Xilaskar  İsa 



Peyğəmbərin doğulmasını mədh edirik. 

 

Yaradan  Öz  yaratdığını  sevərək  canlı  surətdə  bizə  təşrif  buyurub  günahlardan 



başqa  bizə  bənzəyən  insan  oldu  (bax  1Tim.  3,  16;  Evr.  4,  15).  Körpə  Vifleyem 

mağarasında  uzanmışdı.  O  dünyanı  mənəvi  və  əxlaqi  düşkünlükdən  xilas  etmək, 

insanı  isə  ölüm  qorxusundan  azad  etmək  üçün  bunu  etdi.  Yaradan  bütün 

sövqatlardan  ən  böyüyünü,  yəni  Öz  Tanrı  məhəbbətini,  həyatın  dolğunluğunu 

qəbul  etməyi  bizə  təklif  edir.  İsada  qorxuya  qalib  gələn  ümid  əldə  etməyə, 

müqəddəsliyə və ölməzliyə nail olmağa qadir oluruq.  

 

O, günahla parçalanmış dünyamıza gəlir ki, öz doğuluşu, həyatı, iztirabları, əzablı 



ölümü və şərəfli dirilməsi ilə yeni qanun, yeni nəsihəti – sevgi nəsihətini bərqərar 

etsin.”Sizə  yeni  nəsihət  verirəm  ki,  bir-birinizi  sevəsiniz;  bir-birinizi  Sizi  sevdiyim 



kimi  sevin”  (İn.  13,  34)  –  bu  sözlərlə  Tanrı  öz  şagirdlərinə,  onların  vasitəsilə  isə 

bütün  dünyaya,  o  dövrdə,  indi  və  bizdən  sonra,  dünya  qurtaranadək  yaşayanlara 

müraciət etmişdi. 

 

Hər kəsə bu nəsihətə öz əməlləri ilə cavab vermək təklif edilmişdir. İsa bizə həqiqi 



mərhəmət  göstərdiyi,  nöqsanlarımıza  hədsiz  dərəcədə  iltifatla  yanaşdığı    kimi  biz 

də  insanlara  qarşı  mərhəmətli  və  yumşaq  olmalıyıq.  Biz  təkcə  öz  doğma  və 

yaxınlarımızın  qayğısına  qalmalı  deyilik,  baxmayaraq  ki,  ilk  növbədə  onların 

qayğısına  qalmaq  lazımdır  (bax  1  Tim.  5,  8),  biz  nəinki  dostlarımız  və 

məsləkdaşlarımızın,  həmçinin  Allahla  hələ  də  vəhdətə  nail  olmayanların  qeydinə 

qalmalıyıq. Biz məhəbbətdə özümüzü Xilaskara bənzətməli, bizə zülm edənlərə və 

bizi  incidənlərə  görə  dua  etməliyik  (bax  Mf.  5,  44),  daim  xalqın,  Vətənin  və 

Kilsənin  rifahından  düşünməliyik.  Hər  kəs,  xeyirxah  işlər  görərək  az  da  olsa 

ətrafdakı  gerçəkliyi  yaxşıya  doğru  dəyişməyə  qadirdir.  Çünki  cəhalət  həqiqi 

həyatın  işığını  ala  bilmədiyi  kimi  qanunsuzluq  da  məhəbbətə  qalib  gəlmək 

iqtidarında deyil (bax İn. 1, 5). 

 

Vətənimizin  tarixində  xalqımızın  Tanrıya  ümid  bağlayaraq  çətinliklərə  sinə 



gəlməsi, ən çətin sınaqlardan layigincə çıxması nümunəsi az deyil.   


 

Belə  hadisələrin  bir  çoxunu  biz  ötən  ildə  yada  salırdıq.  Biz  Qiyamın  400-illiyini 

qeyd etdik ki, bu da müdaxiləçilərin qovulması və milli birliyin bərpa edilməsi ilə 

başa çatdı. Həmçinin, 1812-ci il  Vətən müharibəsinin 200 illiyini qeyd etdik. Bu 

müharibə  zamanı  əcdadlarımız  “on  iki  dilli”,  yəni  Napoleonun  istila  etdiyi  bütün 

Avropadan topladığı çox böyük ordusunun yürüşünü dəf etmişdi.  

 

2013-cü  il  Rusiyanın  müqəddəs,  apostola  bərabər  olan  böyük  knyaz  Vladimir 



tərəfindən  xristianlığın  qəbul  edilməsinin  1025-ci    ildönümü  ilə  qeyd  ediləcəkdir.  

Pravoslav  dininin  qəbul  edilməsi  xalqımızın  həyatında  yeni  dövrün  başlanğıcı 

olmuşdur.  Xeyir-dua  verilmiş  Kiyev  təpələrində  bir  vaxtlar  parlayan  İsa 

həqiqətinin işığı indi də tarixi Rusiya ölkələrinin sakinlərinin ürəklərini işıqlandırır 

və bizi xeyixah işlərin görməyə sövq edir. 

 

Ötən ili yekunlaşdıraraq Allaha həm Onun böyük və zəngin mərhəmətinə, həm də 



ki Onun keçirtməyimizə yol verdiyi acılara görə minnətdarlığımızı bildirək. Tarixi 

boyunca Kilsə belə uzunsürən salamatlıq dövləri  görməmişdir: sülh  və dinclikdən 

sonra  fəlakət  və  sınaqlar  dövrü  başlayardı.  Lakin  bütün  hallarda  Kilsə  sözu  və 

əməli ilə Allahın həqiqəti barədə xəbər verərdi, indi də xəbər verir və sübut edir ki, 

asan  qazanc,  qanunsuzluq,  hədsiz  azadlıq,  əbədi  həqiqətə  etinasızlıq,  nüfuzların 

inkar  edilməsi  prinsipləri  əsasında  qurulmuş  cəmiyyət  əxlaqən  sağlam  deyil  və 

bunu çoxlu təhlükə gözləyir.  

 

Mən hamınızı Allahın vəsihət etdiyi səbrə və Ana Kilsəyə, Allahın xalqına, doğma 



torpağımıza dua etməyə çağırıram. Həmişə dil imamının sözlərini xatırlayın: “Ayıq 

olun, imanlı, cəsarətli və möhkəm olun. Hər şeyiniz sevgilə dolu olsun!” (1  Korş 

16, 13-14). 

 

Bu bayram münasibətilə Sizi ürəkdən təbrik edir, dualarımla Allahın övladı İsadan 



hamımıza mənəvi və cismani qüvvət diləyirəm ona görə ki, hər kəs dünyaya şəxsən 

sübut etsin ki, Sevgidir bu gün doğulmuş Tanrımız və Allahımız (bax 1 İn. 4,8). 

 

 

 



MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI 

 

Milad Bayramı, 2012-ci/2013-cü il 



Moskva 

Yüklə 17,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə