Moskva və Ümumrusiya Patriarxı Kirilin



Yüklə 289,46 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü289,46 Kb.
#75955


Moskva və Ümumrusiya Patriarxı Kirilin  

arxipastırlara, pastırlara, dyakonlara, rahib və rahibələrə  

və Rus Pravoslav Kilsəsinin bütün sadiq övladlarına  

Pasxa müraciəti  

 

Baxın, Allahın övladları adlandırılmaq  

və olmaq üçün Ata bizə necə sevgi verib.  

 

(1 İn. 3, 1) 

 

Tanrının sevdiyi arxipastır həzrətləri, sadiq presviter və dyakonlar, 

tanrısevər rahib və rahibələr, əziz bacı və qardaşlar! 

 

İSA DİRİLDİ! 

 

Mənim  əzizlərim,  bu  sevincli  və  həyatverici  sözlərlə  sizin  hamınızı 

ürəkdən salamlayır və böyük xilasedici Pasxa bayramı münasibətilə təbrik 

edirəm.  Ümumdünya  müəllimlərindən  biri  olan  müqəddəs  Qriqori 

Boqoslovun  dili  ilə  Kilsə  bu  müqəddəs  günü  bayramlar  bayramı, 

təntənələr təntənəsi adlandırır. Və dərin dini məna bundan ibarətdir, çünki 

“Pasxa  nəinki  bütün  insan  və  yer  təntənələrindən,  hətta  Xristosun  və 

Xristos üçün keçirilən təntənələrdən üstündür, necə ki, günəş ulduzlardan 

üstündür” (Söz 45, Müqəddəs Pasxaya). Bizim imanımızın mənası və dərin 

mahiyyəti,  dünyaya  xristian  müraciətinin  özəyi  və  böyük  gücü  insan 

nəslinin  xilası  tarixində  ən  mühüm  hadisəyə  çevrilmiş  Rəbbimiz  İsanın 

şanlı  Dirilməsindədir.  Bu  günlərdə  bizim  bütün  xütbəmiz  cəmi  iki  sözə 

yerləşir.  “İsa  dirildi!”  –  Bunu  dedikdən  sonra  daha  nə  deyə  bilərəm?  Hər 

şey  deyilib!”  –  Moskva  mitropoliti  müqəddəs  Filaret  deyirdi  (Müqəddəs 

Pasxa günündə Söz, 18 aprel 1826-cı il).  

Adəmin  günah  işləməsindən  sonra  bəşəriyyətin  tarixi  –  xeyrin  şərlə 

fasiləsiz mübarizəsidir. Yaradana itaətsizlik edərək, insanlar öz dünyasına 

günahı,  onunla  birlikdə    isə  əzab  və  xəstəlikləri,  yanma  və  ölümü 

buraxdılar.  Lakin  ən  başlıcası,  günah  insanları    şəri  yaratmayan  və  bütün 

yalanlara yad olan Allahdan ayırdı. Heç bir mömin bu faciəvi bölünmənin, 

bu  nəhəng  mənəvi  uçurumun  qarşısını  ala  bilmədi,  belə  ki,  yalnız  insan 

qüvvəsi ilə  bunu etmək mümkün deyil. Buna görə də, müqəddəs Qriqori 

Boqoslovun  dediyi  kimi,  “biz  dirilmək  üçün  təcəssüm  edən  və  öldürən 

Tanrıya ehtiyac duyduq” (Söz 45, Müqəddəs Pasxaya).  




Başqa  sözlə  desək,  İsanın  Dirilməsi  əbədiyyətə  yol  açdı  və  bunun 

sayəsində  insani  məhdudluğun  qarşısı  alınmış  və  Tanrıyla  birləşmək 

arzusu  yerinə  yetmişdir.  Pasxa  –  Yaradanın  insanlara  sonsuz  sevgisinin 

təntənəsidir, “çünki Tanrı dünyanı elə sevmişdir ki, Ona iman gətirən hər 

bir kəsin  həlak olmaması, əbədi həyata malik olması üçün Özünün Yeganə 

Oğlunu  vermişdir” (İn. 3, 16).  

Lakin  ağrı  və  iztirablara  məruz  qalan,  müharibə  və  münaqişələrdən 

yorulan,  qəzəb  və  nifrətlə  dolu  olan  dünyada  Pasxanı  qeyd  etmək  nə 

deməkdir?  Bizim  hər  birimizin  dünyadakı  həyatının  aşkar  sonu  ölüm 

olduğu  halda  “ölümü  ölümlə  ayaqlamaqla  və  yaşayanlara  qəbirlərdə  həyat 



verməklə” oxumaq nə deməkdir? Şübhəsiz ki, Pasxa Kainatda ölümün real 

varlığını ləğv etmir, lakin Dirilən Rəbbimiz İsa indi insan ağrısına və həyat 

faciəsinə  qalib  gəlir.  O,  bizə  –  öz  şagirdlərinə  və  davamçılarına  əbədi 

həyata nail olacağımıza dair yenilməz ümid verir. Bundan belə ölüm bizlər 

– xristianlar üçün daha ayrılıq deyil, Tanrı ilə ürəkaçan görüş və gözlənilən 

birləşmədir.  

İsa,  ölənlərdən  ilki  olaraq  (1  Kor.  15,  20),  bizə  günahın  və  ölümün 

qarşısının alınmasının yeganə yolunu göstərdi. Bu sevgi yoludur. Və biz bu 

sevgini  bütün  dünyaya  təsdiq  etməliyik.  Və  bunu  ilk  növbədə  öz  həyat 

nümunəmizlə    göstərməliyik.  Çünki  bizim  aramızda  sevgi  olarsa,  hər  kəs 

bizim Xilaskarın şagirdi olduğumuzu biləcək (İn. 13, 35).  

Apostol  Pavelin  dediyinə  görə  kamilliklərin  cəmi  olan  sevgi  (Kol.  3, 

14)  –  xristian  ləyaqətlərindən  ən  yüksəyi  və  ən  böyüyüdür.  Əbədiyyətə 

keçərkən,  biz  Tanrının  Özünü  görməyə  layiq  görüləndə,  bizim  imanımız 

biliyə  çevriləcək,  xilasa  ümidimiz  isə  Tanrının  mərhəməti  ilə  həyata 

keçəcək.  lakin  sevgi  heç  vaxt  bitməyəcək  (1  Kor.  13,  8)  və  heç  bir  zaman 

dəyişməyəcək.  

Müqəddəs  İqnatinin  (Braynçaninov)  gözəl  təbirincə  desək, 

xristianlığın  mükəmməlliyi  yaxınına  kamil  sevgidən  ibarətdir  (Asketik 

təcrübələr.  Yaxına  sevgi  haqqında).    Bəs  “Kamil  sevgi”  nə  deməkdir?  Bu, 

yad  insanlara,  bədxahlara  və  hətta  düşmənlərə  qarşı  olan  sevgidir.  Bu, 

qurbanlıq  sevgidir,  bütün  insani  dərrakədən  üstündür,  belə  ki,  adi  həyati 

məntiqə  sığmır.  Ona  yalnız  Tanrının  nemətini  cəlb  edən  və  bizə  nifrətə 

sevgi  ilə,  şərə  xeyirlə  cavab  verməyə  kömək  edən  mənəvi  fədakarlıq 

vasitəsilə nail olmaq olar.  

Bizim xilasımız üçün dəhşətli təhqirlərə, çarmıx əzablarına və əzablı 

ölümə  dözən  İsa  bizə  məhz  belə  sevgini  göstərdi.  Onun  hər  şeyə  qalib 

gələn  və  dolğun  sevgisi  ilə  cəhənnəm  darmadağın  edildi  və  bütün 




bəşəriyyət üçün cənnətin qapıları açıldı. Həyatımızda baş verən hər hansı 

hadisə zamanı biz unutmamalıyıq ki, şər qüvvələri xəyalidir və o qədər də 

böyük  deyil,  çünki  yeganə  mənbəyi  Tanrı  olan  sevgi    və  xeyrin    gücü  ilə 

müqayisə  oluna  bilməz.  Unutmayaq  ki,  günaha  və  yalana  qarşı  ən  yaxşı 

cavab və ən təsirli vasitə – bizim səmimi və qəlbimizin dərinliyindən gələn 

və  ilk  öncə  -  kilsədə  ibadət  zamanı  etdiyimiz  duadır,  xüsusilə  də  - 

Yevxaristiya ayinində Xilaskarın Özünün Cismi və Qanı ilə birləşmə.  

Bu  gün  böyük  Pasxa  sevincini      yaşayarkən  və  Qəbirdən  qalxan 

Həyat verən İsanı ehtiram və həyəcanla  seyr edərkən, bu xilasedici xəbəri 

yaxınlarımız  və  uzaqlarımızla  bölüşək  ki,  onlar  Tanrı  sevgisinin  tərifə 

gəlməyən  nurunu  görsün  və  bizimlə  birlikdə  Ata,  Oğul  və  Müqəddəs 

Ruhun hörmətə layiq və gözəl adına dualar edib, tərif desinlər.  

Qoy  İsanın  Dirilməsinin  ağlasığmaz  xilasedici  nuru  bizim  həyat 

yolumuzu  daim  işıqlandırsın  və  ovundursun  və  bizi  Səmavi  Padşahlığın 

iştirakçısı və varisi etsin.  

 

 



Sevinin, mənim əzizlərim, çünki  

İSA MƏSİH HƏQİQƏTƏN DİRİLDİ! 

 

MOSKVA VƏ ÜMUMRUSİYA PATRİARXI 

 

Müqəddəs Pasxa 

2016-cı il 

 

 

   



 

 

 



Yüklə 289,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə