Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLLİN



Yüklə 110,98 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü110,98 Kb.
#52808


Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLLİN 

arxikeşişlərə, keşişlərə, dyakonlara, rahiblərə və Rusiya Pravoslav 

Kilsəsinin bütün sadiq övladlarına 

PASXA 

MÜRACİƏTNAMƏSİ 

 

Allahın sevimli və çox müqəddəs arxikeşişlər, vicdanı təmiz 

keşişlər və dyakonlar, Allahı sevən rahiblər və rahibələr, əziz 

qardaş və bacılar!  

 

Dünyanın  xilaskarının  ölümdən  sonra  Zühur  etməsini  qeyd 



etdiyimiz  bu böyük və gözəl Bayramda mənəvi şadlıq hissi ilə Onun 

qəbirdən  qalxmasını  xəyalən  təsəvvür  edərək  Sizin  hamınıza  həyatı 

bərqərar edən, böyük daxili gücə, yenilməz həqiqətə və sevincə malik 

olan  


İSA MƏSİH ZÜHUR EDİB! 

deyə müraciət edirəm.  

Həmin nursaçan pasxa gecəsində bəşəriyyətə həqiqi  İlahi sevgi 

bağışlanmış və İlahi Atanın əbədi Oğlu insani təbiəti bütövlüklə qəbul 

edərək  onu günahlarından  xilas  etmiş  və  cəhənnəmin  dərinliklərinə 

daxil olub 

ölüm zəncirini qıraraq bizə qiymətsiz olan öz Yaradanımız 

və Allahımızla vəhdətdə olmaq imkanını vermişdir.  

Hər  kəsi  və  hər  şeyi  əhatə  edən  İlahi  sevgini  bölüşərək  biz 



zəmanənin  zülmət  tərəfdarı  olan  dünya  hökmdarlarına  qarşı, 



ərşfələkdə  mövcud  ədavət  ruhlarına  qarşı  ” (Yef. 6, 12) 

məğlubedilməz  silah  əldə  edirik.  Biz  insani  təbiətimizin 

məhdudluğunun  doğurduğu  qorxuya  qalib  gəlib  zamanın  istənilən 

çətinliklərinə  mətinliklə  sinə  gəlmək  bacarığını  əldə  edirik.  Çünki 



sevgidə qorxu yoxdur, lakin kamil sevgi qorxuya qalib gəlir” (1İn. 4, 

18).   


Təsadüfi  deyil  ki,  İncildə  Allahın  Öz  tərəfdarlarının 

ruhlandırılması,  onların  ruhunun  möhkəmləndirilməsi  məqsədilə 

söylədiyi  “Qorxma!”  kəlamı  dəfələrlə  bizim  diqqətimizə  çatdırılır. 

Gələcək, təhlükələr, görünməyən, xəyali və ya real xətərlər qarşısında 

qorxu bir çoxumuza məlum hissdir. Lakin Allah biz özümüz ondan üz 

döndərməyənə  qədər  hər  zaman  bizimlədir.  Onun  Ölüm  üzərində 

qələbəsi  ilə  bağlı  mədhi  zamanı  isə  Xilaskar  yenə  hər  birimizə 



Qorxma, yalnız inan!” (Mk. 5, 36) sözləri ilə müraciət edir.   

Gəlin  zəmanəmizin  şeytani  ruhuna  zidd  olan  davranışımızla 

Əbədi Həqiqətin əyani təsdiqini təmin edək. Çünki bu gün ictimai və 

dini  azadlıq  şəraitində  yaşadığımıza  baxmayaraq  xristian  əxlaq 



normalarına uyğun yaşamaq cəhdi hələ də “axına qarşı” hərəkət kimi 

başa  düşülür.  Həmin  cəhd  zamanı  insanların  həyatına  şüura  müasir 

təsir  vasitələrinin  köməyilə  təkidli  və  sistemli  şəkildə  daxil  olan 

davranış  stereotipləri  və  günaha  haqqın  qazandırılması  mövqeyi  ilə 

ixtilaf meydana gəlir.         

Allaha üz tutsaq 

mənəvi  boşluqdan  və  dünyada  hökm  sürən 

eqoizmdən  qurtula,  Zühurun  nurunu  görə,  Səmavi  Şəhərə  yürüşdə  

onu yol göstərən kimi qəbul edə bilərik.  

Qoy vahid Yevxari

stiya  kasasına  yaxınlaşma  bizim  üçün 

əbədiyyətə  doğru  bu  hərəkətdə  güc  mənbəyi  olsun.  Qoy 

Ümummüqəddəs  Ruhun  bərəkəti  bizi  gücləndirsin,  qəlblərimizə 

sarsılmaz  həmrəylik,  imanda  yenilməzlik,  xeyirxah  işlərdə 

müvəffəqiyyət bəxş etsin.  

Məsihin  Bədəninə  və  Qanına  yaxınlaşaraq,  biz,  Müqəddəs 

Kitabın  yazdığına  görə,  biz,  İlahi  təbiətin  öz  təbii  vəziyyətini 

dəyişməyə  qadir  olan  iştirakçısına  çevrilirik  (2  Pet.  1,  4).  Priçastiye 

vasitəsilə  biz  Ona,  bizə  görə  “qul  surətini  qəbul  edərək  özünü 

alçaldana,  insana  oxşadana  və  görünüşcə  insana  çevrilənə;  Özünü 

itaətə  gətirənə,  hətta  ölüncəyə  qədər  və  xaç  ğününə  qədər  itaətli 

olana” 

oxşamaq imkanı əldə edirik (Flp.2, 7-8).  

Özünü  əxlaqi,  mənəvi  surətdə  dəyişdirmə  cəmiyyətin,  xalqın, 

ölkənin  dəyişməsinin  başlıca  təminatı  və  özülüdür.  Hissələri 

təkmilləşdirmədən bütövü yaxşıya doğru dəyişmək olmaz.  Bütün yaş, 

sosial  və  siyasi  qruplardan  olan  insanların  dürüst  əhval-ruhiyyəsi 

Vətənin  rifahını  birbaşa  müəyyənləşdirir.  Tarixi  Rusiyanın  bütün 

dövlətlərinin, Kilsəmizin, nəticədə isə –  Yaradanın bizə qorumaq və 



“onu mühafizə etmək” üçün bəxş etdiyi Allahın bütün yaratdıqlarının 

inkişaf  yolu  bizim  həyat  vektorlarımızın  necə  olacağından  asılıdır. 

(Bıt 2, 15).  

Mənim  əzizlərim,  öz  dualarımla    mən  sizin  hamınızı  Qalibin 

Zühur etməsinə və onun cəhənnəm üzərində qələbəsinə sevinməyi və 

sizin  gündəlik  həyatınızda  səadət  bəxş  etməyi  o  bir  Allahdan  arzu 

edirəm. 

 

 



İSA MƏSİH HƏQİQƏTƏN ZÜHUR EDİB!  

 

Amin.  


+

KİRİLL, 


MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI 

Moskva, 

İsa Məsihin Pasxası  

2012-ci il  

Yüklə 110,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə