Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə1/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire
ÜKT kitab (II hissə), BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09), M hazir l r konspekti




MÖVZU 1

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri.



I Mühazirənin

PLANI

  1. Dil və ünsiyyət

  2. Dilin kommunikativ funksiyası

  3. Fənnin predmeti, məqsəd və vəzifələri

  4. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin cəmiyyətdə rolu

  5. Şəxslərarası kommunikasiya

Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında daha aydın nəzər çarpır. Lakin nitqin funksiyalarını nəzərdən keçirməzdən əvvəl dilin funksiyaları haqqında məlumatlı olmaq lazımdır. Dilin üç əsas funksiyası qeyd olunur;

      1. Dil ictimai tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir

      2. Dil kommunukasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir

      3. Dil intellektual fəaliyyətin silahıdır.

Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini müəyyən edir ki, nitq də öz növbəsində müəyyən funksiyaları yerinə yetirir. Alim V. Cəfərov nitqin üç əsas funksiyasını göstərmişdir.

  1. İnformativ (məlumatvermə) funksiya

  2. Kommunikativ (ünsiyyət) funksiya

  3. Emotiv (təsir göstərmə) funksiya

Nitqin digər əsas funksiyalarından biri də onun siqnifikativ və ya semantik funksiyasıdır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini ifadə edir ki, nitqin də bu funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqla əlaqəlidir.

Tarixin bütün dövrlərində şəxslərarası kommunikasiya aktuallığını qoruyub saxlamış və insan cəmiyyətində xüsusi rola malik olmuşdur. Şəxslərarası kommunikasiya dedikdə, müəyyən bir mənbədən digər konkret hədəf obyektinə və ya identifikasiya edilə bilən bir qrupun üzvlərinə məlumat ötürülməsi prosesi başa düşülür. Bu kommunikasiya adətən fərdi qarşılıqlı əlaqə zamanı həyata keçirilir. Lakin eyni zamanda poçt, telefon və ya digər elektron cihazlardan istifadə etməklə də həyata keçirilə bilər. Məzmunundan asılı olaraq, şəxslərarası kommunikasiya funksi­yaları ayırd edilir:

1) İnformativ. İnformasiya – müxtəlif növ bilik və məlumatların insanlar arasıında mübadiləsi kimi. Bu halda kommunikasiya vasitəçi rolunu oynayır və kommunikantlar arasında baş verən mesaj, fikir, niyyət və qərarların mübadiləsi kimi çıxış edir. Məlumat mübadiləsi həm müəyyən bir əməli məqsədə çatmaq, hər hansı bir problemi həll etmək, həm də kommunikasiya prosesinin özünə görə, insanlar arasında münasibətləri qorumaq naminə həyata keçirilə bilər.

2) Sosial. İnsanlar arasında mədəni qarşılıqlı əlaqə vərdişlərinin formalaşması və inkişaf etdirilməsindən ibarətdir. Bu funksiya fikirlərimizi, dünyagörüşümüzü, müəy­yən hadisələrə reaksiyalarımızı formalaşdırır. Bu funksiya sayəsində cəmiy­yətin bütün üzvlərinin müəyyən bir mədəni səriştəyə yiyələnmələri təmin edilir. Yiyələndikləri mədəni səriştə əsasında onlar üçün bu cəmiyyətdə normal yaşamaq imkanı yaranır.

3) Ekspressiv. Kommunikasiya partnyorlarının bir-birlərinin emosional vəziy­yət­lərini ifadə etmək və anlamaq səyi deməkdir. Beləliklə, şəxslərarası kommu­ni­kasiya hər zaman tərəfdaşlar arasında əlaqə qurmaqla başlanır. Bununla belə, yalnız ünsiyyət üçün lazım olan məlumatı stereotip verbal ifadələrlə təqdim etmək deyil, həm də sonuncuları hər hansı kontakta girmək həvəsimizi (həvəzsiz olduğumuzu) göstərən qeyri-verbal vasitələrlə (təbəssüm, əl sıxmaq) tamamlamaq vacibdir. İlk təəssüratın pis olması partnyorların uzaqgörən planlarını poza bilər. Duyğuların ifadəsi sonrakı ünsiyyətdə də çox vacibdir. Çünki bu zaman insanlar arasında nəzər­də tutulan əlaqələr möhkəmlənir, bir növ ortaq layihə həyata keçirilir. Kommu­ni­kasiya prosesində duyğu və hisslərin ifadəsi verbal və qeyri-verbal vasitələrlə özünü büruzə verir. Onlar seçilmiş nitq ünsiyyətinin üslubu, isifadə edilən qeyri-verbal kommunikasiya vasitələri ilə əlaqədardır. Hisslər və duyğuların ötürülməsi üçün hansı üsul seçildiyindən asılı olaraq ekspressiv funksiya kommunikasiyanın informativ funksiyasını əhəmiyyətli dərəcədə artıra və ya zəiflədə bilər.

4) Praqmatik. Bu funksiya kommunikasiya iştirakçılarının davranış və fəaliy­yət­lərini reqlamentləşdirməyə, onların birgə hərəkətlərini əlaqələndirməyə imkan verir. O, həm özünə, həm də partnyora doğru yönləndirilə bilər. Bu funksiyanın icrası zamanı həm partnyoru hansısa hərəkəti etməyə sövq etmək, həm də bəzi əməllərini qadağan etmək zərurəti yaranır.

5) İnterpretativ. Kommunikasiya partnyorunun niyyətlərini, münasibətlərini, hisslərini, vəziyyətini başa düşməyə xidmət edir. Bu, müxtəlif ünsiyyət vasitələrinin nəinki ətrafdakı gerçəkliyin hadisələrini əks etməsi, həm də onları müəyyən dəyərlər və siyasi oriyentirlər sisteminə uyğun olaraq şərh etməsi ilə əlaqədardır (yəni fərqli mövqelərdən qiymətləndirirlər). Bu funksiya həmçinin müəyyən fəaliyyət üsulla­rını, qiymətləndirmələri, fikirləri, mülahizələri və s. çatdırmaq üçün də istifadə olu­nur.

Nəzərə almaq lazımdır ki, bütün qeyd olunan funksiyalar bir-biri ilə sıx əlaqəlidir və istənilən kommunikasiya növündə bu və ya digər birləşmədə iştirak edir. Təcrübədə bütün bu funksiyalar şəxslərarası kommunikasiyanın müxtəlif səviyyələrində müvafiq dərəcədə özünü göstərir.



Şəxslərarası kommunikasiyanın sosial-rol səviyyəsi insandan gözlənilən rolun yerinə yetirilməsi ilə əlaqələndirilir və ətraf mühitin normalarını bilmədən mümkünsüzdür. Bu vəziyyətdə ünsiyyət ümumiyyətlə anonim xarakter daşıyır və yaxınlar, tanışlar və ya yadlar arasında baş verdiyindən asılı deyil. Bu kommunikasiya zamanı həyata keçirilən informasiya mübadiləsində iki tərəf iştirak edir; məlumatı verən və qəbul edən tərəf. Beləliklə, hər cür informasiya mübadiləsi K-İ-R (kommunikator- informasiya-resepient) sxemi üzrə həyata keçir.

İstənilən nitqin mətni kommunikativ situasiyanın elə xüsusiyyətlərini özündə əks etdirir ki, bu xüsusiyyətlər vasitəsilə nitq ünsiyyəti cərəyan edir və onların təsiri ilə dil vasitələrinin seçimi və təşkili baş verir. Kommunikativ situasiya ritorikanın əsas kateqiriyası kimi dəyərləndirilir. İnandırıcı nitqin məşhur tədqiqatçısı A.K.Mixalskaya qeyd edir ki, nitq situasiyasına düzgün yanaşma və şəxsi nitq fəaliyyətinin onunla uyğunlaşdırılması ritorik bilik və bacarıqların varlığı, mövcudluğu deməkdir.

Kommunikativ situasiya ─ ünsiyyətin müəyyən komponenetlərinin və şərtlərinin məcmusu deməkdir. Kommunikativ situasiyanın komponenetlərinə bunlar daxildir:

─ kommunikativ niyyət (intensiya)

─ nitqin mövzusu (predmeti)

─ nitq müəllifinin obrazı

─ nitqin adresatının obrazı

─ kommunikasiya şəraiti (konkret ünsiyyət şəraiti, iştirakçıların sayı, ünsiyyətin birbaşa və ya dolayı xarakteri).

Ünsiyyət vasitələri əsas etibarilə iki qrupa ayrılır: verbal və qeyri-verbal. Verbal ünsiyyət linqvistik vasitələrlə həyata keçir və verbal ünsiyyətə girmək üçün o dili bilmək, ondan istifadə etmək bacarığına malik olmaq lazımdır. Qeyri-verbal ünsiyyət vasitələri isə verbal ünsiyyəti tamamlayır, nə deyiləcəyi barədə xəbər verir, nitqin məzmununu təsdiq və yaxud inkar edir, pauzaları əvəzləyir, adresatla əlaqə qurulmasını asanlaşdırır, ayrı-ayrı sözləri əvəzləyir, verbal nitqi bir qədər gecikmiş tərzdə təkrarlayır və s. Verbal və qeyri-verbal vasitələrin dəyərləndirilməsində başlıca funksiya olan kommunikativliyə diqqət tuşlanması tələb olunur.

Tədqiqatçılardan Albert Meyerabian müəyyən etmişdir ki, İnsanların verbal vasitələrlə informasiya qəbul etməsi qeyri-verbal vasitələrdən azdır. Eyni qənaətdə olan fransız psixoloqu Fransua Syülje «Jestlər haqqında həqiqət» kitabında göstərir ki, rəqəm nisbətində götürdükdə ünsiyyət prosesində sözlərin hesabına informasiyanın 7 faizi sözlərin, 38 faizi isə müxtəlif səslərin, səs tonunun, intonasiyanın payına düşür. Digər qeyri-verbal vasitələr, mimika və jestlər isə 55 faiz informasiya yükünə malikdir.1 Yəni bu o deməkdir ki, biz sözlərdən lap az istifadə edirik və ünsiyyətimizdə qeyri-verbal vasitələr çoxluq təşkil edir.

Belə çıxır ki, qeyri-verbal vasitələr qarşılıqlı anlaşma, məqsədin əldə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, kitabda istifadə olunan müxtəlif mənbələrdəki müxtəlif müəlliflərin göstərdiyi rəqəmlər nisbi xarakterlidir və ünsiyyətdə verbal və qeyri-verbal vasitələrin balansını heç də dəqiq ifadə etmir. Misal üçün, amerikalı tədqiqatçı professor Berdvistl verbal vasitələrə 35 faiz, qeyri-verbal vasitələrə isə 65 faiz ayırır. Biz isə öz fikrimizi başqa bir müəllifin yanaşması ilə təsdiqləyirik. İngilis tədqiqatçısı Maykl Arçl çoxillik səyahətlərindən və müşahidələrindən gəldiyi qənaəti ümumiləşdirərək ayrı-ayrı xalqların jestlərə alulədiyini rəqəmlərin dili ilə təsvir edərək yazır ki, bir saatlıq danışıq prosesində finlər 1 dəfə, italyanlar 80 dəfə, fransızlar 120 dəfə, meksikalılar isə 180 dəfə jestlərdən istifadə edirlər. Yəni bu o deməkdir ki, yuxarıdakı 35/65 nisbəti həm finlərə, həm də meksikalılara şamil oluna bilməz.

Bu bir həqiqətdir ki, canlı (üz-üzə, göz-gözə) danışdıqda, tərəflər bir-birini gördükdə və eşitdikdə, və ətrafda olan nə varsa ünsiyyətə cəlb olunduqda səmərə adi vəziyyətdə olduğundan 30, bəlkə də 50 faiz, artıq olur. Diplomatiyanin danışıqlara üstünlük verməsi, bu məqsədlə yaxın-uzaq sərhədlərin adlanıb üz-üzə problemlərin həllinə cəhd olunması, göründüyü kimi, səbəbsiz deyildir. Nitq mədəniyyətindən danışdığımızdan biz yalnız produktiv nitq fəaliyyətində (danışan və dinləyən zaman) qeyri-verbal ünsiyyət vasitələrinin rolunu şərh etməyə çalışacağıq.

Bununla belə, qeyd olunmalıdır ki, reseptiv fəaliyyətin (yazmaq və oxumaq) də özünəməxsus qeyri-verbal ünsiyyət vasitələri mövcuddur. Bu sıraya durğu işarələri, abzas, şriftlər, müxtəlif diaqramlar, əmtəə nişanları, reklam emblemləri, müxtəlif semiotik işarələr və s. daxildir. Bu vasitələrdən yazan və danışan öz məqsədlərini reallaşdırmaq üçün istifadə edir.

Ünsiyyət problemləri nəinki hər il fərqli yaşda, fərqli peşə və təhsil sahibi olan insanlar arasında getdikcə daha çox marağa səbəb olur, həmçinin, mütə­xəssis­lərin bütün fəaliyyət sahələrində peşəkar səlahiyyətlərinin zəruri bir hissəsidir. Müasir mütəxəssis ünsiyyət tərəf­daşlarını başa düşmək, onlarla əlaqə qurmaq, işgüzar söhbətlər, danışıqlar aparmaq və kütləvi nitqin əsaslarını mənimsəmək üçün işgüzar və akademik kommunikasiya sahəsində biliklərə sahib olmalıdır.

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrsinin məqsədi tələbələrdə şifahi və yazılı işgüzar və akademik kommunikasiya vərdişlərini formalaşdırmaqdır. İşgüzar və akademik kommunikasiya nəzəriyyəsi və təcrü­bəsi sahəsində biliklər vermək, işgüzar kommunikasiyanın ən təsirli üsulları və formalarına əsaslanaraq gələ­cəkdə peşəkar fəaliyyətlərini həyata keçirməyə imkan verəcək kommunikativ səlahiy­yət­lə­ri­ni formalaşdırmaq və inkişaf etdirmək də bu fənnin əsas məqsədlərindən sayılır.

Bu fənni öyrəndiyi zaman bakalavrlar aşağıdakıları



biləcəklər:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə