Mövzu 1: Menecmentin bir elm və fəaliyyət sahəsi kimi meydana çıxması və təkamülü



Yüklə 158,61 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü158,61 Kb.
#69494

background image
Mövzu  1:

Menecmentin  bir  elm    və  fəaliyyət  sahəsi  kimi 

meydana çıxması və təkamülü 

 

Menecment,  sərbəst  elm  və  fəaliyyət  sahəsi  kimi  XX  əsrin  əvvəllərində  özünü 



təsdiq etmişdir. 

 Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə 

kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu 

göstərir  ki,  qədim  Şumerdə  idarəetmə  praktikası  mövcud  olmuşdur.  Arxeoloji 

qazıntılardan  məlum  olur  ki,  hətta  ibtidai  icma  dövründə  yaşayan  insanlar 

mütəşəkkil qruplarda birləşmiş və birgə fəaliyyət göstərmişlər, daha doğrusu, idarə 

olunmuşlar. 

Müasir  idarəetmənin  bütün  formalarını  qədim  dövrün  çiçəklənən  təşkilatlarında 

görmək  olar.  Lakin  həmin  dövrdəki  idarəetmənin  xarakteri  və  strukturu 

ümumiyyətlə bugünkündən fərqlənirdi. Məsələn, rəhbərlər və işçilər arasında fərq 

daha  az  idi,  həmçinin  orta  pilləli  rəhbərlər  daha  az  idi.  O  dövrün  rəhbər  işçiləri 

çalışırdılar  ki,  idarəçilik  pillələrinin  sayı  az  olsun.  Onlar  bütün  vacib  qərarları 

özləri qəbul edirdilər. Çox vaxt rəhbərliyi bir nəfər yerinə yetirirdi (tayfa başçısı və 

yaxud padşah). Əgər idarəetmənin yüksək səviyyəsində olan şəxs yaxşı lider və ya 

hökmdar  idisə,  məsələn,  Makedoniyalı  İskəndər,  Yuli  Sezar  və  ya  Adrian  kimi, 

onda  bütün  işlər  də  yaxşı  gedirdi,  hakimiyyətə  Neron  kimi  bacarıqsız  rəhbər 

gəldikdə isə ölkəni geriyə atırdı. 

 Təşkilatların  tarix  boyu  mövcud  olmalarına  baxmayaraq,  XX  əsrə  qədər  heç  kəs 

onları  elmi  yolla  və  sistemli  şəkildə  idarə  etməyi  düşünməmişdir.  XIX  əsrin 

əvvələrində  Robert  Ouen,  çox  hallarda  öz  müəssisələrində  işləmək  üçün  kənar 

adamları cəlb edirdi. O, işçilərinə rahatlıq yaradır, onların yaşayış və əmək şəraitini 

yaxşılaşdırır, fəhlələrin əməyini ədalətli qiymətləndirməyin yeni üsüllarını  - əlavə 

əmək  haqqının  verilməsini  tətbiq  edir,  yaxşı  işləyənlərin  maddi  şəraitlərini 

yaxşılaşdırırdı. Bu reformalar öz dövrü üçün fenomenal yenilik sayılırdı və insan  



 

Yüklə 158,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə