Mövzu 10. Beynəlxalq marketinq Plan



Yüklə 136,78 Kb.
tarix06.05.2018
ölçüsü136,78 Kb.
#42698


Mövzu 10. Beynəlxalq marketinq
Plan

1. Beynəlxalq marketinq haqqında anlayış

2. Marketinqin qloballaşdırılması və beynəlxalq marketinqin xüsusiyyətləri

3. Müəssisələr və beynəlxalq marketinq

4. Beynəlxalq marketinqin xüsusiyyətləri

5. Beynəlxalq marketinqin əsas prinsipləri



1. Beynəlxalq marketinq haqqında anlayış
Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin həyata keçirdiyi məqsədyönlü və tarazılaşdırılmış daxili və xarici siyasətin Prezidentimiz cənab İ.Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı misli görünməmiş yüksək sürətlə inkişaf edir və bunun da nəticəsində respublikamızın xarici iqtisadi əlaqələri genişlərir.

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin əsaslı şəkildə genişlənməsi, ölkəmizin beynəlxalq əmək bölgüsündə fəal iştirakı, bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının çox yüksək sürətlə yüksəlməsi bu sahə ilə məşğul olan ixtisaslı mütəxəssislər hazırlanmasının zəruriliyini ön plana çəkilir.

Xarici ticarət üzərində dövlət inhisarının ləğv olunması ölkə şirkət və firmalarına müstəqil şəkildə dünya bazarına çıxmağa şərait yaratmışdır. Hazırda bu fəaliyyət, ölkəmizin firma və şirkətləri tərəfindən xarici bazarda rəqabət mübarizəsinin kəsgin xarakter aldığı, beynəlxalq əmək bölgüsü və kooperasiyanın genişləndiyi, təsərrüfat əlaqələrinin qloballaşdığı, elmi-texniki tərəqqinin, ölkələrarası mühəndis-texniki xidmətlərin tez-tez olaraq yüksəldiyi bir şəraitdə həyata keçirilir. Ona görə də, bu fəaliyyətin müvəffəqiyyət qazanması üçün xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkət və firmalar beynəlxalq marketinqin strategiyası, üsul, funksiya və prinsipləri ilə dərindən tanış olmalıdırlar. Mütəxəssislərin fikrincə, xarici bazarda kommersiya müvəffəq müvəffəqiyyətsizliyinə uğramağın 77%-i marketinq amillərinin payına düşür, 23%-i isə məmulatın texniki cəhətdən mükəmməl olmaması hesabına baş verir.

Azərbaycan sahibkarları üçün marketinq nəzəriyyəsini və dünya təcrübəsini dərindən bilmək xüsusi praktiki əhəmiyyət kəsb edir. Bu, ona vacibdir ki, milli təsərrüfat sistemi həm əlaqələrin quruluşu, həm bazar subyektlərinin qarşılıqlı fəaliyyətinin quruluşu, həm bazar subyektlərinin qarşılıqlı fəaliyyətinin qeyri-müəyyənliyi, həm də qabaqcadan müəyyənləşdirilə bilməmək səviyyəsinə görə xarici analoquna nisbətən daha mürəkkəbdir.

Belə bir şəraitdə, təşkilat və müəssisələrin xarici bazarda kommersiya fəaliyyətinin məqzini onların beynəlxalq marketinq fəaliyyətini müvəffəqiyyətlə həyata keçirmələri təşkil edir.

Beynəlxalq marketinqin strategiya və üsullarına praktiki olaraq yiyələnmək, onu iqtisadiyyat və təsərrüfatın müxtəlif sahələrinə tətbiq etmək bütövlükdə ölkə iqtisadiyyatının, ayrılıqda isə müxtəlif sahə müəssisələrinin fəaliyyətinin səmərəliliyini yüksəldir.

Azərbaycan müəssisələrinin azad şəkildə xarici bazara çıxdıqları bir şəraitdə birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ xarici ticarət sövdələşmələrinin səmərəliliyinin müəyyənləşdirilməsidir. Bu ona görə mühüm əhəmiyyət kəsb edir ki, sənayecə inkişaf etmiş ölkələrdəki rəqiblərinə nisbətən ölkəmizdəki müəssisələrdə əmək məhsuldarlığı bir neçə dəfə aşağı olmaqla, hər vahid ümumi daxili məhsula çəkilən xərclər orta hesabla 2-3 dəfə artıqdır. Belə olan şəraitdə müəssisə və təşkilatlar xarici bazarda yalnız beynəlxalq marketinq fəaliyyətindən səmərəli istifadə etməklə müvəffəqiyyət əldə edə bilirlər.

Bazar iqtisadiyyatı mərkəzləşdirilmiş planlı təsərrüfata nisbətən beynəlxalq marketinq sahəsində qərar qəbul edən rəhbərlərdən daha yüksək bilik, bacarıq və çeviklik tələb edir. Belə tələb strateji qərarlar qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Çünki xarici bazarın ehtiyac və tələbatına cavab verən, istehlakçıları özünə cəlb edən, yeni texniki-iqtisadi xüsusiyyətlərə malik, orjinal əmtəələrin istehsalı səmərəli marketinq strategiyasının işlənilməsi və tətbiqini tələb edir ki, bu da digər şərtlər daxilində həm də beynəlxalq marketinq xidmətinin funksiyasına daxildir.


2. Marketinqin qloballaşdırılması və beynəlxalq

marketinqin xüsusiyyətləri
Beynəlxalq marketinq – Müəssisənin, firmanın, şirkətin yerləşdiyi ölkədən kənarda, yəni həmin ölkənin hüdudlarından xaricdə əmtəələrin, məhsulların, xidmətlərin və ideyaların marketinqidir. İqtisadi ədəbiyyatlarda beynəlxalq marketinq, beynəlxalq biznesin fəlsəfəsi, həm də həmin biznesin kommersiya yaxud qeyri-kommersiya fəaliyyətinin həyata keçirilməsinin intellektual texnologiyası kimi də qiymətləndirilir.

Başqa sözlə bu anlayış müəssisələrin, firmaların, şirkətlərin, təşkilatların xarici ölkələrdə yayılan istehsal və qeyri-kommersiya, kommersiya sferalarında olan fəaliyyətlərini əhatə edir.

Marketinqin beynəlxalq aspektlərindən söhbət getdikdə qeyd edilməlidir ki, marketinqin ölkə və daxili və xarici ölkələrdəki əhatə mühitlərində müəyyən fərqlər və müxtəlifliklər mövcuddur. Amma, bunlar marketinqin texnikasına o qədər də ciddi təsirlər göstərmir. Çünki əhalinin davranış mativlərində və beynəlxalq kommersiya təcrübəsində eyniliklərin və uyğunluqların olmasına heç kəsdə şübhə yoxdur. Digər tərəfdən də marketinqin prinsiplərinin özüdə unversal tətbiq edilmə xüsusiyyətlərinə malikdir. Bütün bunlara baxmayaraq, xarici ölkələrdə ətraf mühitdə olan müxtəlif amillərin təsirinə də fikir vermək olmaz. Belə ki, marketinqin bəzi aspektləri daxili bazarlarda elə bir mürəkkəblik yaratmadığı halda, bunun xarici ticarətdə daha ciddi və yaxından öyrənilməsinə ehtiyac duyulur. Məsələn «barter sözdələşməsi» daxili bazarda elə bir problem yaratmadığı halda, xarici ticarətdə onun dəqiq öyrənilməsi tələb edilir. Eləcə də xarici ölkələrdə lisenziyalı ticarətin aparılması, müştərək müəssisələrin yaradılması yaxud da əmtəələrin satışı prosesində agentlərdən istifadə edilməsi və s. bu qəbildən olan problemlərin həlli işini xeyli çətinləşdirir.

Ümumiyyətlə, marketinqə aid olan çox saylı ədəbiyyatlarda tanışlıq göstərir ki, mütəxəssislər arasında «beynəlxalq marketinq anlayışını geniş yayılmasına baxmayaraq, hələlik onun ümumilikdə qəbul edilmiş yeganə bir tərifi yoxdur.

Bütün bunlara baxmayaraq, beynəlxalq marketinqin formal tərəfinə aşağıdakılar daha çox uyğun gəlir: a) Məhsulların öz ölkəsindən kənarda yəni xarici ölkələrdə reallaşdırılmasına: b) həmin ölkədə öz məhsullarını satmaq və ya onun ərazisində məhsulların istehsalının həyata keçirilməsinin təmin edilməsidir.

Beynəlxalq marketinqin əsas məqsədi ayrı-ayrı ölkələrinin iqtisadi-sosial inkişafını, onların əhalisinin məşğulluq problemlərinin həllini və yaşayış tərzlərinin yüksəldilməsini beynəlxalq mübadilə yolu ilə balanslaşdırılmış qayda da təmin etməkdir. Başqa sözlə onun başlıca məqsədi xarici ölkə bazarına beynəlmiləlləşdirməkdir. Burada beynəlmilləşdirmə termini çox geniş və əhali planda nəzərdə tutulur. Yəni ona: a) məhsulların ixracı, istehsal texnologiyasının verilməsi, ticarətin və birbaşa sərmayə qoyuluşu vasitəsilə xarici əmtəə bazarlarının səmərəli və uzunmüddətli inkişafını və ölkənin müəssisələrində yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalını təşkil etməklə xarici ölkə bazarlarında ticarət əməliyyatlarının balanslaşdırılmasına təmin etmək kimi baxılır.

3. Müəssisələr və beynəlxalq marketinq

Müəssisələr beynəlxalq marketinq üzrə öz fəaliyyətlərini təşkil və idarə etmək üçün əvvəlcədən müəyyən hazırlıq işləri görməlidir. İlk növbədə özlərində «idxal» şöbəsi, sonra isə «beynəlxalq filial» və nəhayət «transmilli» şirkətə çevrilməlidirlər. Beynəlxalq müəssisələrin fərqləndirici xüsusiyyətləri aşağıdakılardan ibarətdir.



1. Xarici ölkələrin ərazilərində yerləşən və bilavasitə öz nəzarətində olan istehsal filiallarının və «qız» kompaniyalarının mövcudluğudur. Həmin filial və «qız» kompaniyalar ya əvvəlcədən xarici bazarlarda məşhur olan müəyyən növ məhsullar istehsal edir, yaxud da «ana» konpaniyanı komponentlərlə və ya da xammal və material resursları ilə təchiz edir.

2. Nəzarətdə olan müəssisələrdə texnoloji kooperativləşmədən və ixtisaslaşmadan istifadə edir.

3. Filialların və «qız» kompaniyalarının fəaliyyətlərinə nəzarət edir və onun koordinasiyasını həyata keçirilir.

Qabaqcıl təcrübə göstərmişdir ki, müəssisələri beynəlxalq marketinqlə məşğul olmağa 2 amil sövq edə bilər. a) daxili bazarda marketinq imkanlarının zəifləməsi və ya konyukturun dəyişməsi. b) Müəssisələr öz əmtəələri üçün başqa ölkələrdə açılan imkanların artması ilə xarici ticarət fəaliyyətinə cəlb oluna bilmə imkanlarının yaranması. Qeyd edilməlidir ki, bunların hər ikisində bəzi prinsiplər (marketinq vəzifələrinin qoyulması, məqsədli bazarların seçilməsi, marketinq mövqeyinin müəyyənləşdirilməsi, marketinq konpleksinin yaradılması, marketinq nəzarətinin yerinə yetirilməsi və s. eynidir. Yəni hər iki halda bu prinsiplər öz qüvvəsində qalır. Bütün bu prinsiplər yeni deyil, lakin ölkələr arasındakı fərq çox dərin ola bilər və buna görə də beynəlxalq marketinqlə məşğul olurlar real xarici mühitdən, xarici təsisatlardan və s. yaxşı baş çıxarmalıdır.

Mütəxəssislər belə hesab edirlər ki, beynəlxalq marketinqlə məşğul olan hər bir müəssisə, şirkət, firma aşağıdakı şəkildə göstərilən 6 əsas qərarı qəbul etməlidir.


Бейнялхалг маркетинг мцщитинин юйрянилмяси



Хариъи базара чыхмаьын мягсядяуйьунлуьу щаггында гярар

Щансы базара чыхмаг щаггында гярар







Базара чыхмаг щаггында гярар



Маркетинг конплексинин гурулушу щаггында гярар

Маркетинг хидмятинин гурулушу щаггында гярар



Şəkil 1. Beynəlxalq marketinq sahəsində qəbul edilən əsas qərarlar.

4. Beynəlxalq marketinqin xüsusiyyətləri

Praktikada marketinq sahəsində xarici iqtisadi fəaliyyət beynəlxalq marketinq adını almışdır.

Beynəlxalq marketinq dünya iqtisadiyyatının qloballaşması şəraitində dünya birliyinin müasir vəziyyəti ilə əlaqədar olan obyektiv prosesdir. Beynəlxalq marketinqin meydana gəlməsi və inkişafının əsas səbəbləri aşağıdakılardan ibarətdir.

-dünya birliyinə daxil olan ölkələrin əsasən siyasi və iqtisadi müstəqilliyi və beynəlxalq münasibətlərdə müstəqil siyasət yeritmələri;

-beynəlxalq və milli qanunvericiliklər, onların fərqli cəhətləri və uyğunlaşdırılması;

-əmtəə istehsalçıları arasında yüksək rəqabət mövcudluğu;

-bir çox inkişaf etmiş ölkələrdə əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq bütün növ əmtəələrə və onların keyfiyyətinə olan tələbatın yüksəlməsi;

-xidmətlərin beynəlxalq bazarının yüksək sürətdə inkişafı;

-beynəlxalq əmək bölgüsünün dərinləşməsi;

-beynəlxalq ticarətin liberallaşdırılması;

-ayrı-ayrı ölkələrdə əmtəə istehsalının daxili tələbatdan artıq istehsal olunması;

-yeni əmtəələrin istehsalının artması;

-bazar infrastrukturasının inkişafı;

-Beynəlxalq ixtisaslaşma və kordinasiya səviyyəsinin yüksəldilməsi;

-milli valyuta sistemlərinin mövcudluğu;

-beynəlxalq iqtisadi infilyasiyanın inkişafı.

Təsərrüfatın idarə edilməsinin müəyyən bir sistemi kimi beynəlxalq marketinqin meydana gəlməsini dünyada baş verən istehsal problemlərinin təsərrüfatdaxili və təsərrüfatlararası iqtisadi və digər amillərin mürəkkəbləşməsi, əmtəə çeşidlərinin durmadan genişlənməsi, yeniləşməsi şəraitində onların satışı məsələlərinin çətinləşməsinin, elmi-texniki tərəqqinin yüksək inkişafının nəticəsi kimi qəbul etmək olar. Bunu həm də istehsal imkanlarının genişləndirilməsinə, bazarın tələbatının quruluş və xarakterindəki dəyişmələrə, bazar konyukturasının enib qalxmasına, dünya bazarında rəqabətin güclənməsinə hər bir istehsal vahidinin cavab reaksiyası kimi qiymətləndirmək olar. Məsələn elektron hesablayıcı maşınlar bazarında yeni modelin bazara çıxarılmasından cəmi 18 ay sonra rəqiblər anoloji modeli bazara təklif ediblər. Üç il keçdikdən sonra bu yeni model daha mükəmməl maşınla əvəz olundu.

Marketinqdən əksər firmalar xarici bazarda ona görə geniş istifadə edirlər ki, onun köməkliyi ilə özlərinin bazarda mövcud olan problemlərini daha məqsədəuyğun yolla həll edir, istehsalçı özünün və bazarın imkanlarından maksimum dərəcədə istifadə etməklə yüksək mənfəət əldə edir və öz fəaliyyətini bazarın dəyişən meyllərində uyğun planlaşdırırlar.

Beynəlxalq marketinq fəaliyyəti aşağıdakı vacib məsələlərin həllini təmin etməlidir:

-xarici bazar, konkret tələbatın dinamikası və quruluşu, istehlakçıların zövqü və hansı əmtəələrə üstünlük verməsi, başqa sözlə desək, firmanın fəaliyyət göstərdiyi xarici şərait haqqında vaxtında, etibarlı və dəqiq məlumatların toplanması;

-elə əmtəə, əmtəə qrupu, çeşidi yaradılmalıdır ki, o rəqiblərin əmtəəsi ilə müqaisədə xarici istehlakçıların tələbatını daha dolğun ödəyə bilsin;

-istehlakçıya, bazara, tələbata elə təsir etməlidir ki, o satış sferası üzərində mümkün qədər maksimum nəzarəti təmin etsin.

Beynəlxalq marketinqin inkişafını bir neçə mərhələyə bölmək olar:

1. Ənənəvi ixtisas-sonradan ənənəvi olaraq istehsal olunmuş əmtəə və xidmətlərin xaricə satışı;

2. İxrac marketinqi-ixracçı öz istehsalını xarici bazarın tələblərinə uyğunlaşdırır və əmtəənin irəlilədilməsinin bütün mərhələlərinə nəzarət edir;

3. Beynəlxalq marketinq-ixracı marketinqin bütün vasitələrindən istifadə edərək bazarı dərindən təhlil edir;

4. Beynəlxalq ixtisaslaşmanın inkişafı;

5. Beynəlxalq kooperasiyasının dərinləşməsi;

6. Beynəlxalq menecment-beynəlxalq marketinq firmanın fəaliyyətinin bütün tərəflərini əhatə edir.

Firmanın beynəlxalq marketinqlə məşğul olması motivlərinə aşağıdakıları aid etmək olar:

-Xarici bazarda açılan kommersiya imkanlarından istifadə etməklə əlavə mənfəət əldə etmək;

-Xarici bazarda mövcud olan ucuz işçi qüvvəsi və xammal ehtiyatlarından istifadə etmək;

-sərəncamında olan istehsal güclərindən tam istifadə etməyə səy göstərmək;

-öz ölkəsinin iqtisadi inkişaf tempinin aşağı düşəcəyinin gözlənilməsi;

-ixrac və birdə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi firmanın öz maliyyə vəziyyətini yaxşılaşdıracağına ümüd bəsləməsi;

-xarici valyuta əldə etmə imkanları;

-xarici bazarda əldə edilən əlavə mənfəət hesabına firmanın yeni texnika və texnologiya alaraq öz istehsal güclərini madernləşdirməsi və yeniləşdirməsi;

-dünya bazarlarında özünü etibarlı ixracçı kimi tanıtmaq;

-xarici ölkələrə lisenziya və potent satmaq;

-xarici ölkədə iqtisadiyyatın sürətli inkişafı;

-ölkə daxilindəki rəqabətin xarici bazardakı rəqabətdən yüksək olması və s.

Xarici bazara çıxış firmalar öz işlərini yalnız əmtəələrin sadə satışı ilə məhdudlaşdırmış və həmin bazarda hərtərəfli fəaliyyət göstərmək istəyirlər. Bu, onların beynəlxalq bazarın xadimi olmaq, eləcə də özünə müsbət sürət yaratmaq üçün çox zəruridir.

Beynəlxalq marketinqdə mühüm məsələlərdən biri də marketinq funksiyalarından istifadə olunmasıdır.

Marketinqə xas olan əsas funksiyalar aşağıdakılardan və beynəlxalq marketinq xidməti bunlardan öz fəaliyyətindən istifadə etməlidir:

1. Konkret xarici bazarın, onun problem və perspektivinin kompleks öyrənilməsi;

2. Öz imkanlarını və xarici bazarın tələblərini nəzərə almaqla firmanın əmtəə çeşidinin planlaşdırılması;

3. Tələbin formalaşdırılması və satışın stimullaşdırılması tədbirlərin həyata keçirilməsi;

4. Satış əməliyyatlarının planlaşdırılması;

5. Marketin fəaliyyəti üzərində nəzarət və onun idarəedilməsi. Bu nəzərdə tutur ki, zəruri hallarda birinci funksiya qayıdılsın.
5. Beynəlxalq marketinq əsas prinsipləri

İstehsalın son nəticələrinin xarici istehlakçıların arzuları və real tələblərinə yönəldilməsidir. Bu da xarici ölkə istehlakçılarının ehtiyac və tələbatlarının öyrənilməsi əsasında həyata keçirilir.

Bu prinsipdən aşağıdakılar meydana çıxır:

-Xarici bazar hərtərəfli tədqiq olunmalı araya çıxarılacaq əmtəə və xidmətlərə olan istehlakçı tələbatının müasir səviyyəsi və onun dinamikası dərindən öyrənilməlidir;

-istehsalı mümkün qədər bazarın tələbatına uyğunlaşdırmalı, yalnız bazarın gözlədiyi əmtəələri istehsal etməli;

-istehlakçıların tələbləri və davranışına bütün mümkün vasitələrlə elə təsir etmək ki, onların şüurunda istehsal olunan əmtəələrə qarşı rəqbət yaransın:

-Müəssisədə texniki və təsərrüfat problemlərini yüksək səviyyədə həll etmək məqsədilə marketinq tədqiqatları nəticəsində meydana gəlmiş yaradıcılıq və təşəbbüskarlığı inkişaf etdirməli və onu həvəsləndirməli;

-əmtəənin bazara harada, nə vaxt və hansı istehlakçı qrupları üçün çıxarılmasını müəyyənləşdirməli. Bu son istehlakçını qanə edən vaxt həyata keçirməlidir.

-əmtəələrin istehsalı üçün elmi işləmələr, istehsal, satış, servis xidmətlərinin göstərilməsi kimi ardıcıl proseslərin hər birinin idarə olunmasına elmi və konpleks yanaşmanın təmin olunması;

-yeni əmtəə ilə bazara çıxma müddətinin ötürülməsi;

-bazarın genişləndirilməsi və məqsədli seqmentlərin seçilməsi prosesinin məqsədli alıcıların tələblərinin tam nəzərə almaqla həyata keçirilməsi;

-bazarı yüksək keyfiyyətli və etibarlı əmtəələrlə zəbt etməli;

-əmtəənin texniki səviyyəsi və keyfiyyətinin yüksəldilməsi, eləcə də istehlakçıya böyük həcmdə və əla xidmətlər göstərmək hesabına rəqabət mübarizəsində üstünlüyü ələ almaq;

-beynəlxalq bazarda müvəffəqiyyət qazanmaq üçün marketinq strategiyasını uzaq perspektivə istiqamətləndirmək.

Marketinqin mahiyyətindən onun aşağıdakı digər prinsipləri meydana gəlir:

1. İstehsal-satış fəaliyyətinin son praktiki nəticəsinin əldə edilməsinə istiqamətlənmə. Əmtəənin xarici bazarda nəzərdə tutulan miqdarda səmərəli satışı müəssisə tərəfindən nəzərdə tutulan uzunmüddətli məqsədə tam müvafiq olmalıdır;

2. Tədqiqat, istehsal və satış səviyyələri marketinq fəaliyyətinin həlledici istiqamətləri üzərində cəmləşdirilməlidir;

3. Müəssisənin istehsal fəaliyyətinin bir anlıq səmərəli nəticəyə deyil, uzunmüddətli nəticəyə yönəldilməlidir.

Xarici bazarlarda müvəffəqiyyətli fəaliyyət göstərmək üçün marketinq nəyə görə zəruridir. Hər şeydən əvvəl ona görə ki, marketinq strategiyası və taktikasına əməl edən firmanın istehsal etdiyi əmtəənin daha səmərəli satışının təşkili nöqteyi-nəzərindən fəaliyyətinin əsasını belə bir prinsip təşkil edir: əvvəlcə bilmək lazımdır ki, potensial alıcı hansı istehlak xüsusiyyətlərinə malik olan əmtəəni hansı qiymətə, hansı miqdarda, harada və nə vaxt almaq istəyi və yalnız bundan sonra istehsalın təşkili barədə fikirləşmək olur.

Başqa sözlə desək, söhbət ondan gedir ki, sözsüz olaraq yalnız bazarda tələbat olan əmtəə istehsal olunmalı və satılmalıdır.

Tələbəat olmayan əmtəəni istehsal edib, müxtəlif marketinq fəndlərindən istifadə etməklə onu alıcıya sırımaq olmaz. Nəzərdə tutmaq lazımdır ki, əmtəə özlüyündə alıcıya lazım deyil, onun hər hansı bir ehtiyacı ödəyə biləcək faydalılıq xüsusiyyətləri istehlakçıya lazımdır. Başqa sözlə desək, firma xarici bazara çıxarkən məmulat və xidmətləri deyil, alıcının problemlərini həll eləcək vasitələri təklif edir.

Məhz bu prinsip beynəlxalq marketinqdə aparıcı hesab olunur və ona görə də marketinq əvvəlki istehsal və ticarət üsullarına nisbətən daha səmərəlidir.

Əgər əmtəə əvvəlcə layihələşdirilir, sonra isə satış üzrə mütəxəssislərə qəti tapşırıq verilərsə ki, hansı yolla olursa olsun həmin əmtəəni satsınlar prinsipi ilə işləyən firma istər daxili, istərsə də xarici bazarda çox böyük uğursuzluqlara düçar olacaqdır. Əksər hallarda məlum olur ki, bu yolla yaradılan məmulat müxtəlif səbəblər üzündən, məsələn milli standartlara uyğungəlmədiyinə görə xarici bazarda satıla bilməz.

Xarici iqtisadi əlaqələrdə marketinqin prinsip və metodlarından istifadə etmək, qloballaşma şəraitində xüsusilə vacibdir. Bu sahədə müəssisə tərəfindən qəbul edilən qərarlar həm operativ, həm də strateji xarakterli ola bilər. Qəbul edilən strateji qərarlar içərisində müəssisənin bu və ya digər formada beynəlxalq əmək bölgüsündə iştirakının intensivləşdirilməsi, xarici bazarın seçilməsi və ona daxil olmaq üsulları, seçilmiş bazarda strateji davranış qaydalarının müəyyənləşdirilməsi, həmin bazarda hazırda işləyən firmaların rəqabət qabiliyyətinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.



İstifadə edilən ədəbiyyatlar

1. Ş.Axundov «Marketinqin əsasları» Bakı - 2001

2. Ə.N.Ələkbərov, A.Ə.Əlizadə

«Beynəlxalq marketinq» Bakı – 2008

3. O.Məmmədov «Marketinqin əsasları» Gəncə – 2000

4. F.Kotler «Marketinqin əsasları» Bakı – 1993





Yüklə 136,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə