Mövzu 13. Kommersiya banklarının maliyyə nəticələri



Yüklə 16,44 Kb.
tarix31.12.2021
ölçüsü16,44 Kb.
#81367
Movzu 13


Mövzu 13. Kommersiya banklarının maliyyə nəticələri

1.Kommersiya banklarının gəlirləri

2. Kommersiya banklarının xərcləri
1.Kommersiya banklarının fəaliyyətinin nəticələri onların maliyyə vəziyyətləri ilə müəyyən edilir. Maliyyə nəticələri dedikdə bankın gəlirləri, xərcləri və on­la­rın arasındakı fərq kimi müəyyən edilən mənfəət və ya itgilər başa düşülür. Biz­nes fəıaliyyəti ilə məşğul olan bütün qurumları kimi banklarda müəyyən xərclər etməklə gəlirlər əldə edirlər. Bank fəaliyyətindən gələn gəlirlərə daxildir:

-verilmiş kreditlərə görə hesablanmış və alınmış faizlər

-depozitlərin yerləşdirilməsi üzrə alınan faizlər

-qiymətli kağızlarla aparılan əməliyyatlardan gələn gəlirlər

-qiymətli metallarla aparılan əməliyyatlardan gələn gəlirlər

-müştərilərə açılmış hesablar üzrə bankın göstərdiyi xidmətlərə görə komision ödənişlər

-bankın həyata keçirdiyi faktorinq, lizinq, trast əməliyyatları üzrə əldə edilən gəlirlər

-zəmanət və aksept əməliyyatları üzrə glirlər

-məsləhət, təlimat və ekspert xidmətlərinə görə əldə edilən gəlir

-əmlak kirayəsi və lazımsız əmlakın satışından gələn gəlir

-cərimələr, əlavələr və s.

Faiz qaydasında əldə edilən gəlirlər dedikdə ssuda üzrə hesablanmış və alınmış faizlər başa düşülür. Yerdə qalan gəlirlər isə qeyri faiz gəlirləri qrupuna daxildir. Hər bir bank yerinə yetirdiyi əməliyyatlardan əldə etdiyi gəlirləri təhlil et­mə­li­dir. Təhlil prosesində hər bir gəlir növünün ümumi gəlirlərdə xüsusi çəkisi yəni gəlirlərin quruluşu müəyyən edilir. Təhlil zamanı gəlirlərin quruluşunun də­yiş­mə­sinə təsir edə bilən amillər müəyyən edilməlidir. Kommersiya əməliy­yat­lardan gəlir səviyyəsinin artmasına aşağıdakı amillər səbəb ola bilər:

-kredit əməliyyatlarından gəlir səviyyəsinin artması

-qeyri-kredit əməliyyatlarının gəlirlilik səviyyəsinin artması

-işlək aktivlərin ümumi aktivlərdə xüsusi çəkisinin artması.

Gəlirlərin təhlili zamanı əməliyyat gəlirlərinin ritmik artımı müəyyən edilərsə, bu hal bank fəaliyyətinin peşəkarcasına idarə edilməsinin nəticəsi kimi qiy­mət­lən­dirilməlidir. Qeyri-bank əməliyyatları və sair mənbələr hesabına ban­kın gəlirlərinin artması isə qeyri-qənaəybəxş fəaliyyət kimi qiymətləndirilir. Banklar tərəfindən aktiv əməliyyatların gəlirlilik səviyyəsinin müəyyən edilməsi üçün aktivlərin orta qalığının 1 manatına düşən gəlir göstəricisindən istifadə edilir. Kredit əməliyyatlarılnın gəlirlilik səviyyəsini müəyyən etmək üçün 1 manatlıq kredit qoyuluşuna düşən gəlir göstəricisi hesablanır.

Hesablanmış struktur və digər göstəricilər üzrə müəyyən qənaətə gəlmək üçün onlar müvafiq dövrün göstəriciləri ilə müqayisə edilməlidir.


  1. Banklar öz fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müəyyən xərclər də edirlər. Bu xərclərə aiddir:

-bank fəaliyyəti ilə əlaqədar xərclər(hesablar üzrə hesablanıb köçürülmüş faizlər, xarici valyuta qiymətli kağızlarla əməliyyatlar üzrə xərclər, əməliyyat xərcləri və s. )

-idarəetmə aparatının saxlanılma xərcləri

-bankın xərclərinə daxil edilən vergilər

-bankın imici ilə əlaqədar xərclər(reklam, audit xidmətinin ödənilməsi.

Bankın xərclərinin təhlili işini yüngülləşdirmək məqsədi ilə onlar da iki qrupa bölünür:

-faizlərin ödənilməsi ilə əlaqədar xərclər

-qeyri-faiz dərəcələri

Bank sistemində faizlə əlaqədar olan xərclər bank xərclərində nisbətən yüksək xüsusi çəkiyə malikdir. Təbiidir ki, banklar mənfəətli işləmək üçün xərclərin azaldılmasına xüsusəndə xərc maddələrində yüksək xüsusi çəkiyə malik xərc­lə­rin azaldılmasına çalışırlar. Lakin bu proses elə aparılmalıdır ki, o bankın fəaliy­yə­tinə xətər yetirməsin. Kommersiya bankları mütəmadi olaraq öz xərc­lə­rini təhlil etməlidirlər. Təhlil zamanı xərc maddələri əvvəlki işlərin mü­va-fiq döv­rü ilə müqayisə edilir. Eyni zamanda ayrı-ayrı xərc maddələrin ümumi xərclərdə xüsusi çəkisi müəyyən edilir. Bu zaman bank fəaliyyəti ilə əlaqədar olmayan xərclərə xüsusi diqqət yetirmək lazımdır. Onların xüsusi çəkisinin artması bankın idarə edilməsində baş verən əyrintilərlə əlaqələndirilir və bu xərcləri azaldılmasına çalışmalıdır. Xərclərin təhlilində 1 manatlıq aktiv əməliy­yatların orta qalığına düşən müxtəlif xərclər, işçilərin saxlanılma xərcləri, bankın təsərrüfat xərcləri, sair xərclər ayrı ayrılıqda hesablanır. Bu hesab­laş­malar aktiv əməliyyatların nə dərəcədə mənfəətli olmasını müəyyən edir.

Bankların mənfəəti gəlirləri ilə xərcləri arasındakı fərq kimi müəyyən edilir. Banklar mənfəətinin təhlili zamanı mənfəətin yaranma strukturuna diqqət yetirilir. Bank fəaliyyətindən gəlir əsasən 3 qrupa bölünür:


  1. əməliyyat fəaliyyətindən əldə edilən mənfəət

  2. yardımçı fəaliyyətindən gələn mənfəət

  3. sair gəlirlər.

Təhlil işini mənfəətə təsir edən amillər araşdırmalıdır. Bankın sərəncamında qalan mənfəət 3 amildən: gəlirlərdən, xərclərdən və büdcəyə ödəniləsi vergi­lər-dən asılıdır. Bankın mənfəətinin artırılması ehtiyatlarını müəyyənləşdirmək üçün gəlirlərin və xərclərin dəyişilmə səbəbləri araşdırılmalıdır.Mənfəətin dəyişilmə-si­nin təhlilində əmsal metodundan istifadə edilir və belə hesablanır

İnzibati idarə xərcləri -sair xərclər

Əm= ________________________________

Gəlir gətirən aktivlərin orta qalığı

Bu əmsal aşağı olduqaca bankın mənfəətinin artırılması imkanı artır. Əmsalın yüksək olması “ucuz” depozitlərin səviyyəsinin yüksəldiyini və ya da yüksək mənfəətli riskli əməliyyatlara cəlb edilməsini göstərir. Kommersiya banklarında mənfəət rüblük fəaliyyətin nəticələrinə görə bölüşdürülür. Son nəticədə yekun olaraq illik bölgü aparılır. Mənfəət aşağıdakı kimi bölüşdürülür:


  1. Balans mənfəətindən büdcəyə vergi və pul əmanətlərinin məcburi sığortası məbləği köçürülür

  2. Vergilər ödənildikdən sonra qalan xalis mənfəətdən

-kapital qoyuluşu, işçilərin əmək şəraiti və məişətinin yaxşılaşdırılması üçün yığım fondu yaradılır;

-bank işçilərinin əməyinin stimullaşdırılması üçün istehlak fondu yaradılır

-bank səhmdarlarına dividendlər verilir.

Göstərilən məqsədlərə mənfəət istifadə edildikdən sonra bankın sərəncamında qalan mənfəətdən bank aşağıdakı xərclərin ödənilməsi üçün istifadə edə bilər:

-bank işçilərinin mükafatlandırılması, maddi yardım, əmək haqqına əlavələr

-dövlət qeyri büdcə fondlarına köçürmələr

-qeyri dövlət pensiya fonduna və digər sığorta növlərinə köçürmə

-ödəniş vaxtı keçmiş banklar arası kreditə görə faizlər.



Bank mənfəətinin bir hissəsi bankın ehtiyat fondunun yaradılmasına yönəldilıir. Bu məbləğ mənfəətin 5%-dən az olmamalıdır.
Yüklə 16,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə