Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
  1   2   3   4   5   6   7   8   9   ...   17


MÖVZU 6 

 

Beynəlxalq valyuta-maliyyə münasibətləri 

 

6.1. Dünya valyuta sistemi: mahiyyəti, növləri və funksiyaları  

 

Kapital  ixracı,  əmtəə  və  xidmətlərlə  beynəlxalq  ticarət,  elmi-texniki  əməkdaşlıq  dünya 



təsərrüfatı əlaqələrinin subyektləri arasında qarşılıqlı pul tələblərini və öhdəliklərinin yaranmasına 

gətirib çıxarır. 

XX əsrin ortalarından etibarən beynəlxalq valyuta münasibətləri öz inkişafında yeni impuls 

qazanmışdır. Dünya iqtisadiyyatının beynəlmiləlləşməsi və qloballaşması ölkələr arasında ticarət-

iqtisadi  mübadilənin  inkişafına,  valyuta  münasibətlərinin  inkişaf  etməsinə  gətirib  çıxarmışdır. 

Valyutaların sabitliyi, onların bir-birlərinə  və ehtiyat valyutalarına nisbəyən yol verilən tərəddüd 

hədləri  dünya  təsərrüfatının  inkişafının  vacib  problemlərinə  çevrilmişdir.dünya  təsərrüfat 

əlaqələrinin  fasiləsiz  həyata  keçirilməsi  üçün  səmərəli  valyuta  mexanizminini  yaradılması 

beynəlxalq maliyyə sisteminin mərkəzi vəzifəsinə çevrilmişdir. 

 

Milli  təsərrüfatlar  arasında  ödəmə-hesablaşma  əməliyyatlarını  müəyyən  edən  pul 



münasibətlərinin məcmusu beynəlxalq valyuta münasibətləri adlanır.  

Bu  anlayışa  həmçinin  pulların  dünya  pulu  kimi  funksiya  göstərməsi  ilə  əlaqədar  olan 

iqtisadi münasibətlərin məcmusu kimi də tərfi vermək olar. Pullar dünya pulu kimi xarici ticarətə, 

kapitalın miqrasiyasına, mənfəətin investisiyaya çevrilməsinə, subsidiya və borcların verilməsinə, 

elmi-texniki mübadiləyə, turizmə, dövlət və özəl pul köçürmələrinə xidmət edir. 

 

Valyuta  münasibətlərinin  xarakteri  beynəlxalq  iqtisadi  münasibətlərin  vəziyyətindən 



asılıdır. Beynəlxalq iqtisadi münasibətlərin formalarında baş verən istənilən dəyişikliklər valyuta 

münasibətlərinə təsir edəcəkdir, lakin burada əks əlaqə də mövcuddur. Ölkələr arasında yaranmış 

valyuta münasibətlərini tənzimləmək üçün isə valyuta sisteminə ehtiyac duyulur. 

 

Valyuta  sistemi  təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  və  dünya  bazarının  inkişafı 

əsasında  formalaşmış,  beynəlxalq  müqavilə  və  dövlət-hüquqi  normalarında  əks  olunmuş  pul-

kredit münasibətlərinin məcmusudur. 

Valyuta sisteminə iki tərəfdən baxmaq olar. Birincisi, o, ölkələr arasında iqtisadi əlaqələrin 

dərinləşməsi nəticəsində meydana gəlmiş obyektiv reallıqdır. İkincisi, bu obyektiv reallıq hüquqi 

normalarda,  institutlarda,  beynəlxalq  sazişlərdə  anlaşılır  və  öz  əksini  tapır.  Bu  mənada  valyuta 

sisteminin yaradılması haqqında məqsədyönlü fəaliyyət kimi danışmaq olar. 

 

Təsərrüfat  əlaqələrinin  beynəlmiləlləşməsi  artdıqca  milli,  regional  və  dünya    valyuta 



sistemləri formalaşır. 

 

İlkin  olaraq  milli  valyuta  sistemi  yaranmışdır.  Bu,  tarixən  formalaşmış  və  milli 



qanunvericilikdə  öz  əksini  tapmış  ölkənin  valyuta  münasibətlərinin  təşkili  formasıdır.  Milli 

valyuta sistemi ölkənin valyuta qanunvericiliyi ilə müəyyən olunur. 

 

Milli  valyuta  sistemi  daxili  pul  sisteminin  tərkib  hissəsidir  və  onun  xarakterik 



xüsusiyyətləri ilə müəyyən olunur. Lakin eyni zamanda, milli valyuta sistemi nisbətən müstəqildir 

və milli çərçivələrdən kənara çıxır. 

Milli valyuta sisteminə aşağıdakı əsas tərkib hissələri daxildir: 

 



milli pul vahidi (milli valyuta); 

 



rəsmi qızıl-valyuta ehtiyatlarının tərkibi; 

 



milli valyutaın pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi; 


 

milli valyutanın dönərlilik şərtləri



 

valyuta məhdudiyyətlərinin mövcudluluğu və ya mövcud olmaması; 



 

beynəlxalq hesablaşmaların həyata keçirilməsi qaydaları; 



 

milli valyuta bazarı və qızıl bazarı rejimi; 



 

ölkənin valyuta münasibətlərinin tənzimləyən və ona xidmət göstərən milli orqanlar. 



 

Milli valyuta sisteminin üzərinə bir sıra funksiyalar düşür: 

 

valyuta resurslarının formalaşdırılması və istifadə edilməsi; 



 

ölkənin xarici iqtisadi əlaqələrinin təmin edilməsi



 

milli təsərrüfatın funksiya göstərməsinin optimal şərtlərinin təmin edilməsi. 



Dünya və regional valyuta sistemləri beynəlxalq valyuta sistemləri hesab edilirlər və milli 

iqtisadiyyatların  fəaliyyətinin  nəticələri  ilə  qarşılıqlı  mübadilənin  həyata  keçirilməsinə  xidmət 

edirlər. 

Regional valyuta sistemi müəyyən regionun bir sıra dövlətlərinin valyuta münasibətlərinin 

təşkili  formasıdır.  Bu  forma  dövlətlərarası  sazişlərdə  və  dövlətlərarası  maliyyə-kredit 

institutlarının  yaradılmasında  öz  əksini  tapır.  Bu  səviyyə  valyuta  sistemlərinə  nümunə  kimi 

Avropa valyuta sistemini göstərmək olar. 



Dünya  valyuta  sistemi  dünya  təsərrüfatı  çərçivəsində  valyuta  münasibətlərinin  təşkilinin 

qlobal formasıdır. Bu forma çoxtərəfli dövlətlərarası sazişlərlə əsasında beynəlxalq valyuta-kredit 

və maliyyə təşkilatları tərəfindən tənzimlənir. 

Dünya  valyuta  sistemi  özündə  bir  tərəfdən  valyuta  münasibətlərini  digər  tərəfdən  isə 

valyuta  mexanizmini  əks  etdirir.  Valyuta  münasibətləri  fiziki  və  hüquqi  şəxslərin,  firmaların, 

bankların  beynəlxalq  hesablaşma,  kredit  və  valyuta  əməliyyatlarını  həyata  keçirmək  məqsədilə 

valyuta  və  pul  bazarlarında  gündəlik  olaraq  girdikləri  əlaqələri  özündə  birləşdirir.  Valyuta 

mexanizmi hüquqi normaları və bu normaları həm milli, həm də beynəlxalq səviyyədə əks etdirən 

alətləri özündə birləşdirir. 

Dünya valyuta sisteminin əsas elementləri aşağıdakılardır: 

 



milli və kollektiv ehtiyat valyuta vahidləri; 

 



beynəlxalq likvid aktivlərinin tərkibi və strukturu

 



valyuta paritetləri və məzənnələri mexanizmi; 

 



valyutaların qarşılıqlı dönərlilik şərtləri; 

 



beynəlxalq hesablaşmaların formaları; 

 



beynəlxalq valyuta bazarları və dünya qızıl bazarı rejimi; 

 



valyuta-maliyyə münasibətlərini tənzimləyən dövlətlərarası təşkilatlar. 

Dünya  valyuta  sistemi  ilk  növbədə  dünya  təsərrüfatı  vəzifələrini  həll  edir  ki,  bu  da  onun 

funksiyalarında  öz  əksini  tapır.  Dünya  valyuta  sisteminin  əsas  funksiyaları  kimi  aşağıdakıları 

qeyd etmək olar: 

 

beynəlxalq iqtisadi əlaqələrin vasitəçilik yolu ilə əlaqələndirilməsi



 

dünya təsərrüfatı çərçivəsində ödəmə-hesablaşma dövriyyəsinin təmin edilməsi



 

normal təkrar istehsal prosesi və istehsal edilən məhsulların fasiləsiz realizəsi üçün lazımi 



şəraitin təmin edilməsi; 

 



milli valyuta sistemləri rejimlərinin tənzimlənməsi və koordinasiyası; 

 



valyuta münasibətləri prinsiplərinin unifikasiyası və standartlaşdırılması. 

Müasur  dünya  valyuta  sistemi  ayrıca  bir  sistem  kimi  fəaliyyət  göstərmir,  milli  və 

beynəlxalq valyuta sistemlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsirindən çıxış edərək formalaşır. 



Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə