Mövzu. AİLƏ MÜnasiBƏTLƏRİNİn qender problemləRİ



Yüklə 165,41 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix26.10.2017
ölçüsü165,41 Kb.
#6730
  1   2   3   4   5


 

 

MÖVZU. AİLƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ 



 

Kişi və qadın insan təbiətinin iki tərəfidir: ağıl (ruh) və hisslər 

Eriqena 

 

Əgər qadında azad olmaq ideyası güslü olarsa onda o, möhkəm iradə və güslü ağıla 

malik olduğunu sübut edə bilər. 

M.Kazımbek 

 

• 

Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur 

• 

Ailə münaqişələrinin səbəbləri. Qender müqaviləsi 

• 

Zorakılıq insan təbiətinin xüsusiyyətlərindən biri kimi 

• 

Ailədə qender münaqişələlərin tənzimlənməsinin əsas üsulları 

 

Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur 

Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan 

münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu, 

insanların yaşadıqları yeridir, yalnız burada onlar özünü yaxşı hiss edir.  

Ailə,  şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş  şəxsiyyət, istərsə  də bütövlükdə 

cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının 

ötürücüsü rolunu oynayır. 

T.Louson və C.Herrod lüğət-sorğu kitabçasında ailəni belə müəyyənləşdirirlər: ailə – «ümumi 

qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün 

adamlardır». (1) 

V.R.Ratnikov «ailə» dedikdə «dəqiq müəyyən edilmiş maraqları  və  məqsədləri olan mini qrupu» 

başa düşür. Ailənin əsas məqsədi – qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə 

bilmək və nəslin davamını təmin etməkdir. (2) 

M.Həsənova Azərbaycan ailəsinə həsr edilmiş tədqiqat işində qeyd edir ki, ailə – qadın və kişinin 

qarşılıqlı meylli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan münasibətləri, 

insanın insana təbii münasibəti kimi də qiymətləndirmək olar. (3) Bir çox tədqiqatçı – alimlərin təsdiq 

etdiyi kimi, ailəni biososial yenidən törəməsi həqiqətən cəmiyyətin  əsas tələbatıdır, ona görə  də 

insanlığın bütün tarixi boyu ailə həmin prosesi təmin edən əsas institut olaraq qalmaqdadır. Jəmiyyətin 

əsas özəyi olmaqla, ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Müasir dünyada ailənin 

üç müxtəlif növü daha geniş yayılmışdır:  

1.  Ər və arvad cütlüyü – övlad və övladsız (nuklear ailə) 

2. Valideynlərdən biri övladları ilə (natamam nuklear ailə) 

3.  Ər və arvad cütlüyü övlad və ya övladsız, ər və arvad valideynləri və başqa qohumları ilə (mürəkkəb 

ailə). 

Nuklear ailə – iki əks cinsə  mənsub yaşlı üzvü və onların himayəsində olan uşaqları ilə  təmsil 



edilmiş ailədir. Bir çox sosioloqlar (xüsusilə funksionalistlər) belə ailə formasını  əsas, ailənin universal 

növü kimi qeyd edirlər (ailə  şəklində yaşayan insan qruplarının tərkibi). Bundan əlavə, funksionistlər, 

xüsusilə də T.Parsons hesab edir ki, nuklear ailə sənaye cəmiyyətində üstünlük təşkil edən daha müvafiq, 

yəni ictimai tələblərə daha çox cavab verən ailə kimi nuklear ailə genişləndirmiş ailəni  əvəz etmişdir. 

Yəni genişləndirilmiş ailədə baza nuklear struktur ya şaquli (məsələn valideynlər, uşaqlar və 

valedeynlərin valideynləri daxil olmaqla) və yaxud da üfüqi (iki və ya daha artıq qardaşlar öz arvadları 

və uşaqları ilə birlikdə yaşayırlar) olaraq tamamlanır və ya genişləndirilir.  

Lakin sosial mənada ailə anlayışı o qədər də aydın deyildir, bunun da səbəbi ailə, qohumluq və ev 

təsərrüfatı arasında dəqiq bölgünün olmamasıdır. Ümumi təsərrüfatı olan ailə ilə geniş  mənada özünü 

ailə hesab edənlərin arasında fərq vardır. Bundan başqa, ailə qarşılıqlı münasibətlərin mənəvi aspektinə 

yönəlmişdir, belə ki, o, eyni zamanda həm sosioloji və həm də bioloji quruluşdur.  

Ailəni zaman keçdikcə əhəmiyyəti dəyişən sosioloji quruluş kimi nəzərdən keçirərkən, alimlər ya 

institusional, ya da qruplaşdırılmış yanaşmanı  əsas götürürlər. Tarixən qrup kimi yaranmış ailə, 



 

 

sivilizasiya təşəkkül tapdığı vaxt sosial ümumiləşdirilmiş xarakter aldı  və, nəhayət, sosial instituta 



çevrildi.  

Müasir ictimai tələblərə  həyat tərzinin, fəaliyyətin uyğun gəlib-gəlməməsinin öyrənilməsi xüsusi 

əhəmiyyət kəsb edən zaman ailəni xüsusi sosial institut kimi edirlər. Sosial institutun modeli gələcək 

dəyişiliklərinin proqramının verilməsi üçün çox vacibdir.  

Sosial institut kimi ailənin cəmiyyətdə tarixi dəyişmələri müxtəlif templərlə baş verirdi. Onun 

inkişafında həm tədricən, həm də sərt dəyişən dövrlərinə rast gəlmək olur. Ailə tədqiqatlarının çətinliyi 

ondadır ki, müxtəlif cəmiyyətlərdə o, siyasət, din, hüquq kimi müxtəlif institutların çox böyük təsiri 

altındadır.  

Alimlər ailənin digər tərəfini də - onun cəmiyyətə,  şəxsiyyətin formalaşmasına, dəyərlər 

istiqamətlərinə, ideallarına, onun mədəni irsə münasibətini və təsirini qeyd edirlər. Bununla bağlı onlar 

ailəni bütün ailə özəkləri tərəfindən yerinə yetirilən və  əsas,  ən vacib mövqe kimi qəbul edilən ailə 

funksiyalarını qeyd edirlər. İlk funksionalistlərdən biri olan C.Mirdok hesab edirdi ki, ailənin əsas cinsi, 

reproduktiv, tərbiyəvi (və ya sosiallaşma), iqtisadi funksiyaları var. Ailənin cinsi funksiyası cinsi meyl 

və onun təmin edilməsinə sosial nəzarətin həyata keçirilməsindədir. Belə  nəzarət, cinsi əlaqələrin 

sərbəstləşməsi üzərinə qoyulur ki, sonuncu ailədə münaqişəyə səbəb olmasın. 

Reproduktiv funksiya həm ailədə uşağın anadan olması ilə ifadə olunur, əlavə olaraq, böyüklərin 

üzərinə  uşağın düzgün böyüməsi ilə bağlı, nigah və ailənin strukturunu tənzimləyən qaydalara riayət 

olunması  məsuliyyəti qoyulur. Bununla uşağın və ümumiyyətlə  cəmiyyətin sağ qalmasına təminat 

verilir.  



Tərbiyəvi funksiya xüsusi əhəmiyyətli hesab edilir, burada cəmiyyətin mədəniyyəti bir nəsildən 

digərinə keçirilməsində müvafiq cəmiyyətin üzvü olan uşağın davranışını  təmin edən proses nəzərdə 

tutulur.  

İqtisadi funksiya kimi ailədə aparılan işlər nəzərdə tutulur. Bir çox sosioloqlar hesab edir ki

sənaye cəmiyyətində iqtisadi funksiya bir o qədər istehsala deyil, daha çoz istehlaka çıxarır; yəni birbaşa 

malları hazırlamaqla deyil, malları satın almaqla və onların istifadəsi ilə məşğul olan ailələr. 

Bir çox mənbələrdə ailələrin guya əvvəlki funksiyalarını itirməsi və müvafiq olaraq sosial institut 

kimi mənasının itməsi qeyd edilir. Lakin bir sıra sosioloqlar xüsusilə T.Parsons qeyd edir ki, ailənin qalan 

funksiyaları daha da məxsusiləşir və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır.  

Yalnız XX–ci əsrin 70-ci illərində hətta xeyli dərəcədə inkişaf etmiş ailə sosiologiyasında keçmişdə 

olan ailənin strukturu, qohumluq əlaqələr şəbəkəsi, onun digər sosial institutlarla əlaqələri öyrənilməyə 

başlandı. 

Bir institut kimi ailə  təhlilinin öz xüsusiyyətləri vardır, belə ki, qender aspektinin tədqiqatçılarını 

hər şeydən əvvəl kişi və qadınların ailədəki qavranışlarının nümunələri, ailədə artıq qəbul edilmiş rollar, 

nigah-ailə münasibətlərində formal və qeyri-formal normların və sanksiyaların və s. xüsusiyyətləri 

maraqlandırır.  

90-cı illərdə  Qərb sosioloqları ailə  həyatının problemlərini təsvir etmək üçün «həyat yolu» 

konsepsiyasını təqdim etdilər. Burada uşaqlıq asılılığı dövründən başlayaraq və birgə yaşayışın müxtəlif 

formalarının yaranmasına qədər cəmiyyətdə  fərd və qrupların seçdikləri müxtəlif yollar qeyd edilir. 

«Həyat yolu» təhlil edilərkən kişi və ya qadının həyatda bu və ya başqa yolu seçməsinə  təsir edən 

imkanların aşkar edilməsinə səy göstərilmişdir. (4) 

Qender aspektinin tədqiqatçıları nigah münasibətlərinin dörd növünün: 1) qrup nigahının; 2) 

poliqamiyanın (bir kişi və bir neçə qadın); 3) poliandriyanın (bir qadın və bir neçə kişi); 4) 

monoqamiyanın (bir kişi və bir qadın) iki formatda: ömürlük və boşanmanı mümkün hesab edən 

mövcudluğunu qeyd edirlər. 

Hal-hazırda poliandriya, demək olar ki, artıq itmişdir; qrup şəklində nigah yalnız bir neçə qəbilədə 

qalmışdır, poliqamiya çox azalsa da, lakin o milyonlarla islama sitayiş edənlərdə  və minlərlə mormon 

sektalarında qalmışdır, monoqamiya isə genişlənmişdir, lakin ömürlük deyil, bir qayda olaraq 

boşanmalar ilə qalmışdır.  

XX əsrin ortalarında Qərbi və Mərkəzi Avropada erkən evlənmə ilə ilk övladın tez doğulması ilə 

xarakterizə edilən ailə tipi üstünlük təşkil edirdi, bunlardan sonra yenidən artım prosesi dayanırdı və ya 

da da tamamilə  kəsilirdi. Lakin 60-cı illərdən bu stereotip dağılmağa başladı, uşaqsız və ya yalnız bir 

uşağı olan ailələrin sayı, doğuşların arasındakı müddət, nigahdan kənar  əlaqələr çoxaldı. Bütün bunlar 




Yüklə 165,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə