Mövzu. Antik dünyada kiŞİ VƏ qadinin statusu



Yüklə 370,26 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü370,26 Kb.
#67907


 

 

MÖVZU. ANTİK DÜNYADA KİŞİ VƏ QADININ STATUSU 



 

• 

Qədim Afinada qadınların sosial statusu 

• 

Ellinizm dövründə qadın emansipasiyası 

• 

Qədim Romada ailə-nigah münasibətləri və qadınların vəziyyəti 

• 

Qədim Roma qadınlarının öz hüquqları ugrunda mübarizəsi. Qədim Roma qadınlarının dinə  və 

boşanmaya münasibəti 

 

Qədim Afinada qadınların sosial statusu 

Qədim Yunanıstanda qadına münasibət qədim yunan filosofu Sokratın «Qadınlar heç də kişilərdən 

pis deyillər. Onlara lazım olan yalnız bir qədər artıq fiziki qüvvə və ağıl enercisidir» - ifadəsində öz əksini 

tapmıhdır. 

Afinada qadınların sosial statusu barədə danışanda, qeyd etmək lazımdır ki, qullara nisbətən onlar 

bir qədər artıq siyasi və vətəndaşlıq hüququna malik idilər, ömür boyu onlar yaxın kişi qohumunun tam 

tabeliyində olublar. Onlar formal təhsil almırdılar, ömrünün çox hissəsini öz evlərinin, qadınlara məxsus 

hissəsində, keçirirdilər və arzularından asılı olmayaraq, ərə gedirdilər. Arvad, çox az hallarda əri ilə birgə 

nahar edirdi (evdə qonağ olanda o heç vaxt əri və qonaqlarla bərabər  əyləşib nahar etməzdi). Evin 

astanasından kənara ayaq basmağa çox az hallarda icazə verilirdi, evdən çıxanda isə onun yanında 

mütləq yaşlı bir adam olmalı idi, evdən çıxarkən o, yalnız 1 obol (müasir analogiyaya görə bir buterbrod 

və bir stəkan südün qiymətidir) qiymətində yeməyi, üç ədəd geyim paltarı, yemək və içmək üçün su 

götürə bilərdi.  

Ər, öz arvadı ilə hər bir səbəb olmadan, boşana bilərdi əgər arvad ərinə xəyanət edirdisə o, qanuna 

görə, onunla boşanmalı idi. Arvad yalnız ən son həddə çatdırılmış bir vəziyyətdə (ərin xəyanəti buraya 

daxil olunmurdu) onunla boşana bilərdi. 

Bir sıra alimlər belə qeyd edirlər ki, həqiqətdə  vəziyyət o qədər də pis deyildi, rəsmi qadağalara 

baxmayaraq, qadınlara teatra, heykəltəraşların emalatxanalarına getməyə  və ildə bir neçə gün 

Tesmoforidə qadın bayramlarında iştirak etməyə icazə verilirdi. 

Bununla bərabər aydın olur ki, Afina qadınların sosial statusu, onların müasirlərinin Babilistan, Misir 

və  yəhudilərin arasında olan sosial statusa bərabər idi. Qədim yunanlar – afinalılar siyasət, fəlsəfə  və 

incəsənətdə sferaların yeni musiqi simfoniyasını yaradırdılar, lakin bir qədər yerə endiriləndə onlar az 

qala palçıqda eşələnirdilər. Hər yerdə olduğu kimi, e.ə. I minillikdə Yunanıstanda qadınlardan bəziləri 

sərbəst təfəkkürə malik olsalar da, onlar daşınmaz  əmlak sayılırdı. Qədim dövrdə yunanlı üçün qadın 

(onun yaşından və sosial vəziyyətindən asılı olmayaraq) «gyne – üşağı boyunda yetişdirən adam» idi. 

Yunanlar qadına münasibəti sisteminə yeni «elementi də  əlavə etdilər.  Əgər babilistanlılar və 

misirlilər qadın cinsinə qarşı çox vaxt əsəbi ifadələrlə  çıxış edirdilərsə,  əgər yəhudilər xain çıxmış 

arvadlarına qarşı açıq nifrətlərini bildirirdilərsə, yunanlar isə e.ə.III  əsrə  qədər qadınların hamısını 

ağılsız,  əxlaqi gəhətdən kəsirli məxluq hesab edirdilər. Belə başa düşmək olar ki, qadınlar savaddan 

məhrum olduqlarına görə  ağıllı deyildilər. Mənəvi cəhətdən ona görə  kəsirli idilər ki, kişilər azuqə 

haqqında fikirləşmək əvəzinə vaxtlarını xalq iclaslarında həddən artıq faydasız söhbətlərə sərf edirdilər. 

O dövrlərdə qədim yunanlar üçün ailədə harmoniya xarakterik hal deyildi. 

Qadınlar çox vaxt yunan faciələrin surətləri kimi çıxış edirdilər, öz ərini öldürmüş Klimetnestra, 

qardaşını tikə-tikə doğrayan, sonra da öz oğlanlarını öldürən Medeya, günahsız adamı nahaq yerə 

təqsırləndırən və sonra da özünü öldürən Fedra, anasının ölümündə günahı olan Elektra. Hətta faciələrin 

qəhrəmanları belə qüsurlu idilər.  İlahə Afrodita gözəl, füsunkar və abırsız idi. Həmin sözləri Yelena 

Troyanskaya barədə də demək olar. Sadiq və ləyaqətli Penelopa ona qarşı o qədər də sədaqətli olmayan 

və  səyahətlərə  çıxmış  əri Odisseyin 20 il yorulmadan yolunu gözləmişdir, belə ki, heç bir ağlı başında 

olan yunan təsəvvür edə bilməzdi ki, onların münasibətlərini müvəffəqiyyətlə  bərpa olunmasının şansı 

var idi. Alkestidanın fədakarlığı – bu xaraktersiz, iradəsiz məxluqun  əməli idi. Afinanın kişiləri bu cür 

düşünürdü. Alkestida onun arvadı olsa da, onunla birgə olanda o, hədsiz dərəcədə darıxırdı. O, belə 

məziyyətləri olan arvad tapsa idi, özünü xoşbəxt hesab edərdi. E.ə VIII əsrin sonunda yaşamış yunanların 

Homerə  qədər hörmət etdikləri kəndli şair Hesiod, – kişi ümumiyyətlə nə üçün evlənməlidir? – sualını 

bu cür aydınlaşdırır: “Qadınların başımıza gətirəcəyi bütün bədbəxtliklərdən qaçmaq üçün 

evlənməyənlər qocalıb əldən düşdükləri zaman onların əl tutanları (övladları) olmayacaqdır”. 




 

 

O biri tərəfdən kişi, taleyinə tabe olaraq evlənməli olarsa, ola bilsin ki, onun qarşısına mərhəmətli və 



sağlam qadın çıxsın. Lakin bu halda da kişi görəcəkdir ki, onun həyatında yaxşılıqdan çox yamanlıq 

vardır. Kişi üçün 30 yaşında, qadın üçün isə 16 yaşında nigaha girmək əlverişli sayılırdı və ümumiyyətlə 

tövsiyə edilirdi ki, qadınla evlənmək lazım deyil, onu satın almaq lazımdır, o zaman vacib olarsa, onu 

kotanın ardınca qoşulmağa da məcbur etmək olar. 

Mərhəmətli qadın barədə Afina təsəvvürü qədim yəhudilərdə çox oxşar idi. O, bakirə  və sağlam 

düşüncəli olmalı, toxumağı, tikməyi bacarmalı, nökərləri idarə etməli,  ərinin  əmlakı  və pullara qənaət 

etməli, bətnində uşağı saxlamalı və ləyaqətlə müdrikcəsinə təsərrüfatı idarə etməyi bacarmalı idi. 

Yunan kişisi, Redyard Kiplinqlə tam razılaşmalı idi. O, 2000 il sonra demişdi: «Qadın – yalnız 

qadındır, yaxşı siqara isə – tüsdüdür». Kişilərin qadınlara və nigaha olan belə  mənfi fikri ümumiyyətlə 

(yəqin ki, tarixdə ilk dəfə) ona gətirib çıxartdı ki, həddən çox ərə getməmiş qadınların sayı artdı. Bu 

situasiya çoxsaylı müharibələrdə  tələf olan kişilərin hesabına daha da kəskinləşə bilərdi, lakin anadan 

olan qız uşaqlarının dərhal öldürülməsi adəti cinslərin bərabərliyinin saxlanılmasına köməklik edirdi. 

Düzdür, Spartada bəzən yeni anadan olmuş oğlan uşaqlarını da öldürürdülər, belə ki. spartalıları yalnız 

kəmiyyət deyil, keyfiyyət problemi də maraqlandırıdı. 

Bu, qədim yəhudilərdən sonra ilk cəmiyyət idi ki, yevqenikaya (bioloji təlim) çox aludə olaraq, 

Spartada bütün yeni doğulan uşaqların hamısını hərtərəfli yoxlamadan keçirərək, zəif, xəstə, çatışmayan 

cəhətləri olan uşaqları Tayqet dağının ətəyində ölmək üçün qoyub gedirdilər. 

E.ə. X əsrin ortalarından VII əsrin sonuna kimi Afina doriyalıların hücumlarından sonra ardı 

kəsilməyən qaçqınların artdığına görə çox əziyyət çəkirdi. E.ə 750-ci ildə uzaq dənizlərdə əldə etdikləri 

müstəmləkələrin hesabına Afinada əhalinin sayı aşağı düşmüşdü. Lakin o dövrdə istisna etmək olmazdı 

ki, kişilərin qadınlara olan mənfi münasibəti,  şəhərin  əhalisini lazimi həddə çatdırılması üçün onların 

özləri də düşünülmədən atdıqları addım idi. 

E.ə IV əsrin, xüsusilə  də III əsrin sonunda öz arvadlarına aid olmasa da, Afina kişilərində başqa 

qadınlara maraq oyanmağa başladı, lakin afinalıların ləyaqətli ailə başçısı olmaq fikri yox idi. Hər şeydən 

əvvəl bu, geteralara olan marağın artması ilə bağlı idi. Qadınlara qarşı müsbət münasibətinin yaranması, 

ilk növbədə Böyük İsgəndərin dəniz istilaları ilə bağlı idi: kişilərin dünyagörüşünün, qismən də onların 

siyasi fəallığının artmasına, rifah hallarının yaxşılaşmasına səbəb oldu. Bu isə kişilərin vaxtlarının daha 

çox olması və azad pulların miqdarının artması demək idi. 

Bu, heykəl taraşlıqda özünü büruzə verirdi. Əvvəllərdə kişi heykəlləri geyimsiz, qadınlarınkı isə 

geyimli olurdu. İndi isə qadın heykəllərinin örtüyü düşməyə başladı. Bu səhnə  mədəniyyətində özünü 

göstərməyə başladı. Köhnə komediya əsasən siyaşiləşmiş idi; yenilərdə kişi və qadın arasında romantik 

məhəbbətə üstünlük verilirdi. 

H eteralar gözəl, savadlı, istedadlı, ağıllı idilər və çox vaxt onların klassik ədəbiyyatdan məlumatları 

olurdu. Afinalıların qanuni arvadlarının geteralarla rəqabətə girməsi üçün şansları qalmamışdı. Afinalı 

kişiləri geteralarda o cəlb edirdi ki, arvadlarına icazə vermədiklərini geteralar edirdilər. Məsələn, masa 

arxasında intelektual söhbətə qoşulmaq, mədəni, siyasi həyatdan kifayət qədər xəbərdar olmaq üçün 

axşam yeməyi zamanı arvadlara kişilərlə bir masa arxasında oturmağa icazə verilmirdi. Aşağa 

mənsəbdən olan geteralar isə uşaqlıqdan kübar mədəniyyətini öyrənirdilər. 

Geteralar bəzən kişi məşğələlərində müvəffəqiyyət əldə edirdilər. B.e-ın VI əsrində yaşamış Targeliya 

adlı Coniyale getera İran şahı Böyük Kirin agenti olmuş və Coniyanın könüllü olaraq İranın hakimiyyəti 

altına keçməsinə kömək etmişdir. Makedoniyalı  İsgəndərin məşuqəsi olan afinalı Taisin Persepolisin 

yanmasında  əli olmuşdur. Sonralar o, I Ptolomeyə  ərə getmiş  və Misirin çariçəsi olmuşdur. Məşhur 

geteralardan sayılan afinalı Aspaziya ədəbi və siyasi salonların sahibəsi idi, o dövrün məşhur adamları 

bu salonlara təşrif gətirirdilər. Ona görə Perikl öz adamlarından, uşaqlarından imtina etmişdi, hesab 

edilir ki, onun birbaşa təsiri ilə Afina, Samosa müharibə elan etmişdi. 

Bəzi heteralar özlərinin çiçəklənən çağlarında çoxlu pullar yığmağa və bu pulları böyük maliyyə 

gətirən işlərə sərf edirdilər. Afinalı Lamiyə Korinfin yaxınlığında Sikion şəhərində dağıdılmış rəssamlıq 

qalereyasını  bərpa etdi, Frakiya heterası Rodopis isə, deyildiyinə görə Misirdə bütöv bir piramidanı 

tikdirmişdi. 

Heteralardan sonra sosial nərdivanın bir pillə aşağıda kəniz-məşuqələr dayanırdı, onlar haqqında az 

məlumat vardır. Hər halda, kəniz-məşuqənin vəziyyətini xoşbəxt adlandırmaq olmazdı, onun arvad kimi 



 

 

qanuni hüquqları, hetera kimi müstəqilliyi yox idi. Sahibi ondan bezəndə, onu sata bilərdi və bu işdə ona 



heç kim mane ola bilməzdi. 

 

Ellinizm dövründə qadın emansipasiyası 

Qədim Yunanıstanda qadınların vəziyyəti bütölüklə yunan tarixinin müxtəlif mərhələləri ilə bağlıdır. 

Yunan tarixini beş  pərdəli dram ilə müqayisə etmək olar. Birinci pərdə – egey mədəniyyətidir, bu, b.e 

qədər III-II minilliyi əhatə edir. İkinci akt – yunan şəhər dövlətlərinin Afinanın və Spartanın ümumi 

yüksəlişi ilə əlamətdar olmuş və b.e.-a qədər 480-ci ilə kimi davam etmişdir. Üçüncü pərdə – qızıl (Perikl) 

dövrüdür. Dördüncü pərdə azadlığın itirilməsi, tənəzzül dövrü idi. (e.ə. 399-322-ci illər) Axırıncı – beşinci 

pərdə – Böyük İsgəndərin ölümündən sonra ellinizm dövri idi. Bu – möhtəşəm «xarici» çiçəklənmə dövri 

idi, bu dövrün təsiri bütün dünyaya idi. Böyük İsgəndərin qələbəlik yürüşlərinin əsl nəticəsi və buradan 

başlayan «ellin baharı» bütün dünya tarixində tufan qoparmışdı, bu tufan bütün köhnəliyi, öz dövrünü 

keçirmiş hər nə vardısa, hamısını süpürüb atdı və müxtəlif qitələrdə yaşayan xalqları, mədəniyyətləri bir-

birinə bağladı. Bunun müqabilində fikirlərin, dinlərin bütün sahələrində yeni baxışlar özünə yol tapdı; bu 

həm də qadının ictimai vəziyyətinə də təsir etdi.  

Xalqların əhəmiyyətli assimilyasiyası çoxlu qarışıq nigahların yaranması ilə müşahidə edilirdi. Bunu 

Ulrix Vilken özünün «Papirologiyanın müntəxəbatı  əsərində  də yaxşı göstərmişdir. Onun tədqiq etdiyi 

papirusların birində Makedoniyalı Mahatas və onun arvadı Aziya barədə  bəhs edilir. Onlar, b.e əvvəl 

250-ci illərdə Fayumda müasir Nahirədən cənubda yaşamışdılar. Ər yunan allahlarına sadiq qalsa da o, 

öz arvadına bundan sonra da Suriya ilahəsi Kibelaya sitayiş etməyə icazə verirdi. Onların uşaqları 

kompromisə getməyə meylli idilər. Onlar həm Zevsə, həm də Kibeloya dua edirdilər. Digər papirusdan 

belə aydın olurdu ki, makedoniyalılar öz yunan olmayan arvadlarına yunan olmayan allahlara dua 

etməyə icazə verməkdən əlavə bəzən, özləri də onlarla bərabər dua edirdilər. 

Ellinizmin coğrafi həddləri genişləndirdi, eyni zamanda insan təxəyyülü də genişlənmişdi. Həyat 

haqqında yeni humanist görüşlər əmələ gəlməyə başladı.Böyük Makedoniyalı İsgəndərin müasiri yunan 

dramaturqu Menandr (b.e. qədər 342-291-ci illər  ətrafında) ellinistik humanizmi prinsipini etik 

monoteizm ruhunda ifadə etmişdir: «Allah hamı üçün birdir, azad insanlar üçün də, qullar üçün də». 

Digər yerdə demişdir: «heç bir insan mənim üçün özgə deyildir, belə ki, anadan gəlmə bütün insanlar 

bərabərdir». Başqa bir çox məşhur ifadə  də Menandra aiddir: «insan insan olanda, o necə  də gözəl 

məxluqdur». İnsan təbiəti, insanın sivil mahiyyəti «homohumanus» (latıncadan tərcüməsi «insani insan» 

– dır) idealının  əsasındadır. Menandr bu anlayış, bərabər hüquqla həm qadınları, həm də qulları daxil 

etmişdir. İnsan davranışı, ehtirasları və bədbəxtliyinin kəskin müşahidəçisi olmaqla, dramaturq, iltifatla 

insanın zəifliyini tənqid edir, qadınlara münasibətdə dərin anlamanı üzə çıxarır. 

Menandrın müasiri Kitionlu Zenon (b.e. qədər 336-264-cü illər  ətrafında) stoiklərin elmi baxışlarına 

uyğun olaraq göstərir ki, insanın etik həyatı  təbiətin və idrakın bütün ümumi qanunlarına tabedir; bu 

qadın və ya kişidirsə, azad və ya quldursa, yunan və ya barbardırsa – bütün bu adamların mənəvi 

bərabərliyindən danışmağa imkan verir. Həqiqət, stoiklərə görə, mühakimənin xüsusiyətidir, o, insan 

biliyinin gərçekliyə uyğunluğu deməkdir. Bu həqiqət bütün adamların bərabərliyini təsdiq edir. 

Qadının vəziyyətinin dəyişməsi nigaha yeni münasibəti yaratdı. Makedoniyalı İsgəndərin tərbiyəçisi 

Aristotel (b.e. qədər 384-322-ci illər) etik normaların dürüst ifadəsini verərkən, qadına və nigaha baxışın 

dəyişməsini vacib hesab etmişdir. Ngiah yalnız nəsil artırılması deyil, ümumi məsələlərin icrası üçün iki 

nəfərin ittifaqı deməkdir. Onların vəzifələri bölünmüşdür, hərəsinin öz işi vardır, hər ikisi biri-birinə 

kömək edir, bu zaman hər tərəf bütövün yaranması üçün özünün bacardığını verir, hər iki tərəf bu 

ittifaqdan mənfəət və  həzz alır. Nigahın mənəvi  əsası vardır.  Əgər hər iki tərəf,  ər və arvad, mənəvi 

cəhətdən təmizdirlərsə, onların mahiyyəti nə qədər müxtəlif olarsa da, hər ikisinin öz yaxşı cəhəti olur. 

Aristotel hesab edirdi ki, mənəviyyatın təmiz olması üçün insan mütləq allahlara ehtiramla yanaşmalı, 

valideynlərə hörmət etməli, dostluqda və nigahda sədaqətli olmalıdır. 

Ondan sonra yaşayıb yaradan filosof və yazıçı Plutarx (e.ə.46-120-ci illər) evlənəndən sonra kənarda 

adamı olduğuna görə nigahdan imtina edən və yaxud da nigahda olaraq «sevmək, sevilmək üçün ciddi 

düşünməyən» kişiləri ittiham edirdi. Nigahda biri-birinə qarşılıqlı meyl olmalıdır. Bunun əhəmiyyəti 

böyükdür. Plutarx belə nəticəyə gəlmişdir: «Nigahda sevgi, sevimli olmaqdan daha böyük səadətdir». 



 

 

Sofist Pikostrat nigah barədə yeni anlayışı belə  səciyyələndirir: «Kişi özünün sirrləri barədə 



arvadından başqa heç kimlə danışmır, və arvadı ilə o, özü-özü ilə də danışdığı kimi danışır, çünki onların 

qəlbi birdir». 

Ümumi ruhi təmizlənmə qadının tədricən azad olmasına şərait yaratdı. Bizim əzamızdan 300 il əvvəl 

ellinizm dövründə qadın emansipasiyası qədim dövrün görmədiyi və xristianlıq dövrü cəmiyyətinin helə 

uzun müddət çata bilməyəcəyi səviyyəyə çata bilmişdir. Qadın ciddi təcrid edilmiş ev aləmindən azad 

olaraq, artıq təhsil almağa imkan tapmışdı. 

O vaxta qədər yalnız kişilərin məşqul olduğu fəlsəfə ilə indi qadınlar da məşğul olmağa 

başlamışdılar. Savadlı tələbə qızlar indi tez-tez həm universitetlərdə, həm də küçələrdə, bazarlarda çıxış 

edən müəllimlərin yanında görünürdülər. 

Qədim Akademiya, Əflatunun ideyalarını Pifaqor elementləri ilə bağlamışdı. Pifaqorçuların məktəbi 

çox qapalı dini birlik olmaqla, digər akademiyalardan ciddi adətləri, qaydaları ilə seçilərək, buraya bir 

çox qadını  cəlb edə bilmişdi. Pifaqorcu Fintiy öyrədirdi. «Həm kişiyə, həm də qadına qorxmazlıq, ağıl, 

ədalətli olmaq xasdır, lakin bu və ya başqa cömərdlikdə ad qazanmaq üçün kişi təlim keçməli, 

digərlərində qadın daha çox təlim keçməlidir». Fintiy qadınları  təvazökar və  fərasətli olmağa, bəzək – 

düzəksiz geyinməyə  dəvət edirdi. Pifaqorcu qadın Feano yeni, azad əhval – ruhiyyəni ifadə edirdi. 

Əflatundan sonra o, hər iki cins üçün vahid əxlaq qaydaları ölçüsünü müəyyən etmişdi. Axı,  Əflatuna 

görə, pis adamın qəlbi təmiz olmur, yaxşı adamların qəlbi təmiz olur. Nə insan, nə Allah, təmiz 

olmayandan, heç nə qəbul etməməlidir». 

Sonuncu Pifaqorçu Qipatiya idi (b.e 370-915-ci illər). O, riyaziyyatçı Feon Aleksandriskinin qızı idi və 

məktəbə  rəhbərlik edirdi. O, şagirdlərə riyaziyyatı, fəlsəfəni öyrədirdi, kitablar yazırdı, təəssüf ki, bu 

kitablar bizə çatmamışdır. Fanatik xristianlar onu öldürmüş, məktəbi isə yandırmışdılar. 

Təhsil almaq imkanına malik olduqlarına görə ellin dövrünün qadınlarının özünüqiymətləndirmə 

meyyarı  dəyişilmişdi. Onlar artıq yeniləşmiş  və yaranan bütün yeniliklərə çox marağı olan cəmiyyətdə 

böyüyürdülər. Onlar bəzən hakimiyyət uğrunda siyasi mübarizəyə  də qoşulurdular. Lakin 

emansipasiyaya doğru həddən artıq tələsmək, həddən çox şöhrətpərəstlik, müvəffəqiyyət qazanmağa can 

atmaq – bütün bunlar dağıdıcı qüvvələr üçün yol açırdı. O dövrün taclı qadınlarından bəziləri faydalı 

fəaliyyət göstərsə də, digərləri öz ehtirasları naminə ölkəsinin əmin-amanlığını qurban verirdilər. 

Ellin dövrünün ən gözəl xanımlarından iki, ən parlaq xanımı göstərmək olar. İlk Ptolomey 

çariçalarından olan Arsinoy (b.e. qədər 316-270-ci illər) xüsusi seçilir. O, 38 yaşında özündən 8 yaş kiçik 

qardaşı II Ptolomeyə ərə getmişdir. Məhz Arsinoy özü kiçik qardaşını nigaha məcbur etmişdi, bununla o, 

cəmiyyət üçün vacib sayılan insestə qarşı etinasızlığını bildirmişdi. Saray şairi Feokrit mədh etmə 

mahnısında bu əlaqəni qardaş  və bacı olan Zevs və Geranın nigahına oxşatdı, o, bunu yalnız allahlara 

nəsib ola bilən istisna adlandırdı. Arsinoy eyni zamanda frakiyalıların, makedoniyalıların və misirlilərin 

çariçası olmuşdur. 

II Ptolomey Filaldef böyük sərkərdə olmasa da, dövlət xadimi idi. Ölkəsinin iqtisadi inkişafını təmin 

etməklə, onun rifah halını qaldırdı, əvvəllər ölkə belə iqtisadi yüksəliş görməmişdi. O, elmə, incəsənətə 

və  mədəniyyətə himayədarlıq edərək, öz paytaxtı  İskəndəriyyəni antik dünyanın  ən mühüm 

mərkəzlərindən birinə çevirdi. II Arsinoya dövlət işlərinin çoxunu öz üzərinə götürərək faktiki olaraq əri 

ilə birgə hakimlik edirdi. Onun köməkliyi ilə, həmçinin onun sayəsində  əhəmiyyətli mədəni tədbirlər 

həyata keçirildi. Beləliklə,  İskəndəriyyədə dövlət hesabına Museyonun əsası qoyulmuşdur. Bu 

özünəməxsus bir tədqiqat institutu idi, burada o dövr üçün ən müasir şəraitdə poeziya, fəlsəfə, 

astronomiya, riyaziyyat, botanika və zoologiya ilə məşqul olurdular. Məhz Arsinoya dövrünün ən ağıllı 

adamlarını Museyona cəlb etmiş  və orada alimlərlə,  şairlərlə, diskkussiyalar aparırdı. Geniş kitabxana 

üçün bütün yunan klassiklərinin  əsərlərinin siyahısı tutulmuş, xarici kitablar, o cümlədən  İncil yunan 

dilinə tərcümə edilmişdi. 

II Ptolomey dini dəyişiklikləri həyata keçirməyə  cəhd edərək, qərbi və  şərqi dini etiqadlardan 

universal din yaratmışdı. Arsinoyanın ölümündən sonra o, Arsinoyanı allahların qisminə aid etmişdi. O, 

Arsinoyanı «Thea Philadelphos» adlandırmışdı, bu isə «qardaş sevən ilahə» deməkdir. Sonralar o, belə 

bir anlayış da işlətmişdi: «Thea Adelpho» – «Allahlar – bacı və qardaş». Beləliklə ölmüş çariça və onun 

diri qardaşı-əri bir büt kimi birləşmişlər. Bu barədə alman tarixçisi Şubart qeyd etmişdir: «Ellin üçün 

polis-şəhər-dövlət onun dini görüşləri ilə necə bağlı idisə, indi yeni dövlət forması olan çarlıq üçün yeni 

dini əsas tələb olunurdu, bu yalnız çarın allahlığı barədə təsəvvür ola bilərdi». 




 

 

II Ptolomeyin hakimiyyətinin teokratik forması barədə ideyası onun arvadı və bacısının təsiri altında 



formalaşmışdı. Arsinoyanın baş ibadətgahı Fayum vilayətinin paytaxtında yerləşirdi, həmin yerin 

qurudulması üçün nəhəng meliorasiya işləri aparıldı. Nə  vaxtsa  burada  bataqlıq idi və qamışlıqda 

timsahlar qaynaşırdı, ona görə  də yunanlar Fayumun paytaxtını Timsahpolis – timsahlar şəhəri 

adlandırmışlar. II Ptolomey onu bağ şəhərə çevirmişdi və adını dəyişərək Arsinoya qoymuşdu. 

Bəzi tarixçilər Arsinoyanı «dövrün ən görkəmli qadını» adlandırmışdı. Digərləri isə onu xüsusi ilə 

həyatının ilk dövrlərində öz hakimiyyətçilik atəşini söndürmək üçün hər bir intriqaya gedən şöhrətpərəst 

bir qadın kimi təsvir edirlər. 

Arsinoya dövründə ellinizm, ümumdünya tarixi hadisə kimi siyasi, sosial-iqtisadi və  mədəni 

dairələrdə  ən yüksək zirvəsinə çatmışdı. Sonralar öz aralarında olan rəqabətə  və daxili pozğunluqlara 

görə ellin dövlətinin süqutu başlandı: Roma istilaları ellinizmə son qoydu. 

 

Qədim Romada qadınların vəziyyəti və nigah-ailə münasibətləri 

Əvvəllər romalılar maldarlıqla məşğul olan xalq idilər, onlara etrusklar, etruskların vasitəsi ilə 

Qədim Yunanıstanın və Karfagenin sivilizasiyası  təsir etmişdir. Qədim romalılar «mores maiorum»u 

(«əcdadların adətləri») ideallaşdırmağa başlayanda, onlar xidmət və borcu, məqsədin sabitliyini, 

intizamı, əməksevərliyi, rəhmdilliyi, qənaətçiliyi və məsuliyyətliliyi nəzərdə tuturdular. Sədaqətli olmaq 

romalıların varlığının ayrılmaz hissəsi idi. Bunu isə aralarında ciddi fərq qoymayan torpaq və ailəyə kor-

koranə mülkiyyətçilik hissi müşaiyət edirdi. İlkin respublika dövrünün natiqləri roma matronasını 

nəcibliyin və  ləyaqətin nümunəsi kimi təsvir edirdilər, onlar o faktı yaddan çıxarırdılar ki, bu yalnız 

özünüqurban verməyin deyil, eyni zamanda özünüqoruma instinktinin nəticəsində əmələ gəlmişdir. B.e 

qədər I əsrin sonunadək arvadı, ərinə xəyanət edərkən, əri gəlib çıxardısa, qanunla əri onu öldürə bilərdi. 

Müəyyən şəraitdə arvad ərinə xəyanət edərkən tutulmasa da, arvad ölümə məhkum oluna bilərdi. Əgər 

arvad müəyyən edilmiş (simvolik olaraq) normadan çox şərab içsə idi, hesab edilirdi ki, bu onun 

əxlaqının pozğunluğuna dəlalət edir, elə buna görə əri onu boşaya bilərdi. Əri onu boşaması üçün səbəb 

arvadının inadkarlığı  və çox pis davranışı ola bilərdi, boşanma üçün ən  əsas səbəblərdən biri əlbət ki, 

sonsuzluq idi. 

Qədim düyada, hər yerdə olduğu kimi, Romada da arvad və  uşaqları, öz kişi qohumlarının xüsusi 

mülkiyyəti hesab olunurdu. Lakin Romada bir fərq vardı: uşaqların tərbiyəsi və ev təsərrüfatı ilə məşğul 

olmaq qadının bütün vəzifələrinin yalnız bir hissəsi hesab olunurdu. Onun ailənin işlərində daha geniş 

iştirakı gözlənilirdi. Bu bir növ neolitik şəraitin davamı idi: daha doğrusu əsas vahidi ailə olan Romanın 

səpələnmiş  cəmiyyətdən (qadının bu cəmiyyətin işlərinə iqtisadi köməkliyi çox əhəmiyyətli idi) çox 

böyük surətlə sivil dövlətə çevrildi. Əgər bu dövlət rəvan inkişaf etsə idi və  əmək bölgüsündən daha 

böyük asılılığı yaransaydı sonralar bu dövlət qadının məşğulluğunu yalnız ev işləri ilə 

məhdudlaşdırardı. Bunun nəticələrindən biri də o oldu ki, qadının həyatı o dövrün başqa 

cəmiyyətlərində olduğundan fəprqli olaraq, daha az təcrid edilməyə başladı,qadın öz qiymətini yaxşı 

bilirdi və öz işlərində müəyyən inama malik idi. 

Bir çox qadınlar üçün bu tamamilə kifayət edirdi.Romada əksər qadınlar emosional və intellektual 

asılılığın rahatlığına görə  həvəslə öz azadlıqlarından imtina edərdilər.Azadlıq və müstəqillik ilə 

müqayisədə ailə məkanı nə qədər məhdud olsa da, onun mudafiəsi bir çox qadınlar üçün daha vacib idi. 

lakin bütün bunlara baxmayaraq, emansipasiyaya meyilli olmayan qadınlar da təsdiq edə bilərlər ki, 

onların həyatı  bundan  da  yaxşı ola bilərdi. Üzdən çox günahsız və tamamilə formal görünən və 

qadınların köməyi ilə nigah haqqında qanunlara edilən  əlavələr, sonda Roma qadınlarının bütün 

arzularının yerinə yetirilməsinə imkan yaratdı, bunun isə gələcəkdə böyük nəticələri oldu. 

Ənənəvi olaraq, qədim Romada nigahın üç forması mövcud idi.Birinci forma (confarreatio) müasir 

katolik nigahın təxmini ekvivalenti idi, belə nigah təntənəli mərasimləri ilə seçilirdi və onun pozulması 

son dərəcə mürəkkəb idi. İkinci forma (coemptio) gəlinin satın alınması adətinin qalıqları idi, bu, müasir 

nigah mərasiminə oxşayırdı  və bahalı  bəzək-düzək ala bilməyənlər üçün nəzərdə tutulmuşdu. Hər iki 

halda birbaşa atadan ərinə  təhvil verilirdi (in manum), müqavilənin rəsmi mətnində deyildiyi kimi, öz 

əmlakı (əgər beləsi var idisə) və cehizi ilə. Öndan sonra gəlin tamamilə ərinin ailəsinə mənsub olurdu və 

o, hər hansı bir yolla nigah qanunlarını pozsa idi, öz doğma ailəsinin deyil, ərinin ailə birliyinin 

qarşısında cavab verməli idi. 

Nigahın üçüncü forması (usus) – bir illik birgə yaşayışdan sonra bağlanmış qanuni nigah idi. Qədim 

dövrlərdə belə nigah yəqin ki, böyük hörmətlə qarşılanırdı. Gələcək  ər və arvad bir ildə bir növ sınaq 




 

 

müddəti keçirdilər,  əgər onların ittifaqı daimi olardısa bu qəbul olunurdu, əgər  əlaqə  kəsilirdisə, bu 



töhmətlənirdi. Sınaq müddəti qurtarana qədər qadın atasının ailəsinə  mənsub idi, yalnız nigah 

bağlandıqdan sonra ər qadının tam sahibi olurdu. 

Usus – müstəqilliyə can atan insanlar üçün böyük təsəlli yeri idi. Romalıların təsəvvüründə birgə 

yaşayış belə demək idi:əgər qadın üç gün, üç gecə ardıcıl olaraq ərinin evindən gedirsə, sınaq müddətini 

yenidən başlamaq lazım idi. Bəzən qadın zirəklik, ehtiyatlılıq göstərərək öz ailəsindən gec ayrılır, 

qanunla  ərinin xüsusi malı olacağı vaxtı uzadırdı. Gəlinin on üç, on dörd yaşı olanda və az tanış olan 

kişiyə ərə getməli olanda, bu sistemdən istifadə edilirdi. Bu – ərə xəyanət etməklə müqayisədə daha az 

cinayət sayıldığından, ərinin ailəsinin seçəcəyi ağır cəza əvəzinə qadın öz atasından töhmət ala bilərdi.  

Əgər usus yalnız gəlinlərin xeyrini nəzərdə tutsa idi, o heç vaxt populyar ola bilməzdi. Həqiqətdə 

nigahın belə forması  gəlinin atası üçün də  əlverişli idi. Lakin nəticədə belə alınmışdır ki, hələ ki, qız 

atasının  əlində idi, ata qızının  əmlakı üzərində  nəzarətə malik idi və nigah baş tutmadıqda ata qızının 

cehizinin böyük hissəsini əlində saxlaya bilərdi. İri torpaq sahələrinə malik romalılar bu torpaqları əldə 

saxlamaq üçün çox maraqlı idilər, nigahın müzakirə edilən formasının xeyrinə deyilmiş bu dəlil 

təkzibedilməz idi. Tədricən arvadın atasının müdafiəsi altında qalması barədə qaydalar yaranmağa 

başladı. Belə  vəziyyətdən formal xeyir gəlməsi üzdə idi, lakin başqa nəticələr üzə  çıxmağa başladı. 

Romalının qızı  rəsmi olaraq onun əlində olsa da o, çox az halda ona nəzarət edə bilirdi və  əgər belə 

nəzarət vardısa, bu bir qayda olaraq simvolik idi: Romada qızlar yetkinlik yaş sayılan 25 yaşına çatanda 

atanın onun üzərində olan nəzarəti adicə formal xarakter daşıyırdı. 

B.e qədər III əsrin sonunda qadın bu və ya digər səviyyədə sayıq nəzarətin altından çıxaraq, azadlıq 

əldə etdi. Hər halda onun müasirləri – kişilər bundan şikayət edirdilər. Qədim Romada cəmiyyətin 

inkişafı elə bir fazaya çatmışdı ki, qadınlar nəinki  şikayət edə bilərdilər, hətta öz hərəkətlərində elə 

sərbəstliyə yol verirdilər ki, belə  hərəkətlər ilkin dövrün nəcib və  ləyaqətli matronalarını qorxuya sala 

bilərdi. 

 

Qədim Roma qadınlarının öz hüquqları  uğrunda mübarizəsi. Qədim Roma qadınlarının dinə  və 



boşanmaya münasibətləri 

E.ə. 215-ci ildə Hanniballa müharibənin kəskin dövründə tribun Oppianın naminə «Oppian qanunu» 

qəbul edilmişdi, bu qanuna görə, qadına yalnız unsiyanın (pul vahidi) yarısı miqdarında qızıla malik 

olmaq ixtiyarı vardı, qadın arabada Romanın küçələrində gəzməməli və parlaq paltarlar geyməməlidir. 

Belə qanun indi mənasız görünsə də, qədim Romada bu II Dünya müharibəsi zamanı Avrlopada qəbul 

edilmiş geyim normaları haqda qanuna ekvivalent idi. Qadın üçün qızıl, qolbaqlar və  sırğalar  şəklində 

mövcud idisə, ordu üçün bu həyati  əhəmiyyətli bir metal idi. Arabalar verilən pulu hərbi işlərə  sərf 

etmək daha düzgün olardı. Göy, qırmızı, çəhrayı, ametist, bənövşəyi rənglər – ümumi «purpur» adı 

altında tanınmış bu rənglər, Aralıq dənizinin şərqində yerləşən Tir şəhərindən gətirildiyindən, baha başa 

gəlirdi. Digər sonrakı qanunlar kimi, Oppian qanunu – yeganə yolla vətəndaşların gəlirini və  xərcini 

tənzim edərək, qanuni yolla lazım olmayan xərclərin məhdudlaşmasına cəhd edirdi. Bu qanun qadınlara 

qarşı ona görə yönəldilməmişdi ki, kişilər daima əmin olublar ki, bədxərclik yalnız qadınlara məxsusdur, 

həm də ona görə ki, kişilərin bədxərcliyi digər müxtəlif formalarda özünü biruzə verirdi. Onlar pullarını 

şəraba, yağa, kəhrəbaya,  şüşəyə, kətana, papirusa, heykəllərə,  ədəviyyata – yəni elə mallara pul 

xərcləyirdilər ki, bu malların alınmasını ticarəti məhdudlaşdırmaqla, müvəffəqiyyətlə üzərində nəzarəti 

artırmaq olardı. Beləliklə, bu qanundan qadınlar əziyyət çəkirdilər, nəticədə iqtisadi səmərə əldə edilməsi 

əvəzinə, onlarda psixoloji çaşqınlıq yaranırdı. 

Roma b.e. qədər 215-ci ildə böhran keçirtdi və 14 il sonra müharibə qurtardı. Lakin 6 il sonra, e.ə.195-

ci ildə Oppian qanununun ləğv edilməsi cəhdləri göstərildi. Mühafizəkarlar qanunun ləğv olunmasının 

əleyhinə idilər və bu barədə mübahisələr günlərlə davam edirdi. Belə görünürdü ki, qanunvericiliyin 

dəyişdirilməsi baş tutmayacaqdır və qadınlar buna görə çox qəzəblənirdilər. 

Nə nüfuz, nə  təvazökarlıq, nə  də  ərlərinin  əmrləri  ərli qadınları evdə saxlaya bilmirdi. Onlar 

Romanın küçələrinə  çıxmış  və foruma gedən yolu da tutmuşdular…Hər gün qadınların dəstəsi artırdı, 

çünki qadınlar əyalətlərdən də şəhərə gəlirdilər. Onlar hətta qanunun ləğvinə qarşı kəskin mövqe tutmuş 

iki tribunun da üstünə hücum etmişdilər. 

Katon senatda qəzəblə  çıxış etmişdi: «Mən bir neçə  dəqiqə qadınların arasından yol açaraq, buraya 

gəlib çıxanda, utandığımdan qıpqırmızı olmuşdum».  Əgər qadın nə isə demək istəyirdisə, o bunu ev 

şəraitində,  ərinə müraciətlə etməli idi, hər halda onun hər hansı siyasi məsələlərlə bağlı öz şəxsi fikri 




 

 

olmamalı idi. Əgər  ər öz arvadlarına qarşı  tələbkar olsa idi, Katon bu qədər pis nümayişin  şahidi 



olmazdı. «Qadınlar – kütbeyin və idarə edilə bilməyən heyvandırlar, onlara cilovu vermək və onun, 

arabanı çevirməyəcəyini gözləmək düzgün deyildir…» Onlar tam azadlıq istəyirdilər və yaxud açıq 

desək, tamhüquqlu olmaq istəyirdilər.  Əgər qadınlar gizli sui-qəsd hazırlasaydılar, onların  ərlərinin 

həyatı sapdan asılı qalmış olardı. 

Sonra, Katon davam edib deyirdi ki, imkan vermək olmaz ki, qadınlar bu qanunun ləğv olunmasını 

güclə  əldə etsinlər: «Əgər qadınlara bir hüququn verilməsindən sonra o birisidə güzəşt edilərsə, sonda 

onlar kişilərlə bir sırada olacaqlar, yəni siz fikirləşirsiniz ki, onlara dözəcəyik? Bu ağılsızlıqdır!» Dövlətli 

qadınlar qanunun ləğv edilməsini çox arzulayırdılar. 

Doğrudanmı siz istəyirsiniz ki, geyimlərdə rəqabətin baş verəcək  əsr başlansın? Əgər vəsaiti imkan 

versə, qadın özü istədiyini alar, pulu olmasa o, ərinə müraciət edər. Ər pul versə də, verməsə də yazıqdır. 

Belə ki, onda pul olmasa, başqa kişidə pul tapılar. 

Digər tribun Valeriy, Katonun Romada nigah münasibətləri barədə olan dəhşətli fikirləri ilə razı 

deyildi. Katon hesab edirdi ki, qanun ləğv edilsə, kişilər öz arvadlarını idarə edə bilməyəcəklər. Valeriy 

ona etiraz edirdi: «Heç də belə deyildir. Nə qədər ki, əri sağdır, qadın heç vaxt ondan asılılığını itrmək 

istəməz. O azadlığı ki, onlar, valideynləri öləndə, dul qalanda əldə edirlər – qadınlar həyatda bundan 

həmişə qaçmaq istəmişlər». Qadınların istədiyi bir şey var idisə, o da ədalətlilik idi. Bəzək-düzək taxmaq 

yalnız Roma vətəndaşlarının arvadlarına və qızlarına qadağan edilirdi. Yadellilərin arvadları isə əksinə, 

qızıllı, purpurlu, təmtəraqlı geyimlər geyinirdilər. Yadelli qadınlar Romada arabada gəzişirdilər, bizim 

arvadlar isə ayaqla, arabasız gəzirlər, elə bil ki, imperiyanı romalılar deyil, yadellilər idarə edirlər. Kişilər 

üçün bu təhqir idi. Bəs hər boş şeydən inciyən qadınlar barədə nə demək olar? Zəriflik, düzən və gözəllik 

– bu məziyyətlər qadına verilmiş nemətlərdir. 

Valerinin iltifatlı  çıxışından, Katonun açıq hücumlarına nisbətən qadınlar daha çox incisələr də, 

Oppiya qanunu ləvğ edildi. 200 il sonra tarixçi Valeri Maksim qeyd etmişdi ki. bu qanunu ləvğ etmiş 

kişilər, qadınların yeni modalara olan qarşısıalınmaz ehtirasları və onların bir dəfə qanunları pozmağının 

nəticəsində  bədxərcliliyinin, abırsızlığının hansı  həddə çatacağını  təsəvvür etmirdilər.  Əgər o dövrün 

modası  bu  günkü  kimi  daim  fasonların, üslubların, paltarların uzunluğunun dəyişməsi olsa idi, Roma 

imperiyası heç vaxt dağılmazdı.  Əslində isə paltarların xarici görkəmi olduğu kimi qalmışdı, yalnız 

parçalar və  bəzəklər dəyişmişdi.  Əla Tiriyə parçaları, boyunbağları, diademalar, broşkalar, ağır qızıl 

qolbağları, hind pambığı, Asiyanın uzaq vilayətlərindən torpaq sahələrinə bərabər olan bahalı daş-qaşlı 

sırğalar, qızıla bərabər qiymətli Çin ipəyindən xalatlar – bütün bunlar o dövrün modası idi. 

Əgər erkən respublika dövrundə nigahın möhkəmliyi toy mərasimindən asılı idisə, b.e. qədər III 

əsrdə nigahın meyarı «hər iki tərəfin razılığı ilə birgəyaşayış» ın vəziyyəti idi, yəni bu elə sadə razılıq idi 

ki, bunu həm asan pozmaq, həm də bununla asan razılaşmaq olardı. Arvadlar kişi ilə heç bir əsasla ayrıla 

bilməzdilər: indi isə onlar kişidən praktiki olaraq heç bir əsas olmadan da ayrıla bilərdilər, və onlar bunu 

xüsusi ruh yüksəkliyi ilə tez-tez həyata keçirirdilər. Lakin asan ayrılmanın qadın üçün öz çatışmazlığı da 

var idi, xüsusilə o qadınlar üçün ki, onların emosional asılılığı maliyyə asılılığından üstün idi. Əgər qadın 

siyasi ittifaqı möhkəmləndirmək naminə nigahdan istifıdə edən kübar ailələrdən birinə məxsus idisə, o 

zaman onun nigah münasibətləri onun özündən asılı olmayaraq, ailələrinin arzuladığı kimi, tez 

bağlandığı kimi tez də pozula bilərdi. 

Qədim Romada ailə münasibətlərinin çox mühüm cəhətlərindən biri də o idi ki, əgər arvadlar onları 

narahat etmirdisə,  ərləri arvadlarının məşğuliyyəti ilə maraqlanmırdılar, Bunun əsas səbəbi o idi ki, 

hamıya qadın çatmırdı. Kişi ona görə evlənirdi ki, həyata oğul və varis gətirsin. Habelə arvadının cehizi 

hesabına müəyyən qədər pul əldə etsin. Sonralar onun arvadına olan münasibətdən asılı olmayaraq, 

cehizin qoruyub saxlamağının yeganə yolu arvadı ilə yaxşı münasibətdə olmaq idi. Beləliklə, qadın 

uğrunda mübarizə çox sərt idi. 

Yunanıstanda olduğu kimi, üfüqlərin genişlənməsi və yeni torpaqların əldə edilməsi, əvvəl Romanı 

bolluğa, dövlətə, firavanlığa çatdırdı. Lakin vaxt keçdikcə, vəziyyət dəyişdi. B.e. I əsrində Pliniy təsdiq 

edirdi ki, Asiya və Romanın ticarəti ziyanlı oldu (müasir qiymətlərlə ziyan ildə 30 milyon dollara qədər 

idi). Müasir standarğlara görə, bu o qədər çox ziyan deyildisə də, qədim dünya üçün çox əhəmiyyətli idi. 

Bu, Romanın istila etdiyi Aralıq dənizi, Qalliya, Orta Asiyadan və Qərbi Asiyadan gələn qənimətlərdən 4-

5 dəfə artıq idi. Asiya və Afrikanın şərq sahillərindən Roma imperiyasına qədər gətirilən malların yarısı 

ədviyyatlardan ibarət idisə, qalanlarının beşdə dördü həyat  əhəmiyyətli vacib bəzək  əşyası idi. Buraya-




 

 

Çin ipəyi, Afrikadan fil sümüyü, Almaniyadan kəhrəba və  Ərəbistandan buxur daxil idi. Bu ticarət 



münasibətlərində Roma, yadelli tacirlərə yalnız  şüşə, dulusçuluq məmulatlarını, mərcan boyunbağları, 

gemmalar və üzüm şərabları, özü də az miqdarda, verə bilərdi. Yadellilərdə  ən çox tələb olunan 

romalıların qızılı  və gümüşü idi. Tədricən qiymətli materiallar azalırdı. Yunanıstanda zəngin gümüş 

yataqları tükənmişdi, xüsusilə Roma gümüş mənbəyi b.e. 200-cü ilinə kimi o qədər işlənmişdi ki, gümüşü 

çox çətinliklə sudan ayırmaq olurdu. İqtisadiyyat tam dağılana qədər Romanın sikkə sistemi tədricən yox 

olurdu. Roma iqtisadiyyatının süqutunun bir çox iqtisadi, siyasi, sosial və  hərbi səbəbləri var idi. 

Onlardan hansının daha əhəmiyyətli olduğunu demək mümkün deyil. Lakin şübhə yoxdur ki, bu 

süqutun əsas əlavə faktorlarından biri bədxərclik oldu. 

Roma cəmiyyətinin ali təbəqəsinə aid olan qadınlar azadlığa malik idilər, bu, qədim dünya cəmiyyəti 

üçün nadir hal idi, lakin qadınlar bundan istifadə edə bilmirdilər. Onlara çox şey etməyə icazə verilirdi, 

lakin bu o vaxta qədər ola bilərdi ki, onlar hər hansı səmərəli bir şey etməyə cəhd göstərməsinlər. Formal 

məhdudiyyət və ictimai fikrin təzyiqi qadının  ətrafında bir növ müdafiə baryerini yaratmışdı. Qadın 

daxilində demək olar ki, tam öz bildiyi kimi, düşünə  və  hərəkət edə bilərdi. Eyni zamanda o, digər 

adamların fikrinə təsir etmək, kişilərin hüquqlarına qəsd etmək və ya dövlət siyasətinin formalaşmasında 

iştirak etmək istəsədə, o, bu baryeri aşıb keçə bilmirdi. Qadınlar pul xərcləməkdə, allahlara sitayiş 

etməkdə və boşanmağa nail olmaqda təskinlik tapırdılar. O zamanlar din, bu gün olduğu kimi, adamlara 

hər cür köməklik təklif edirdi. Din Roma qadınlarını darıxmaqdan xilas edir, onların gündəlik 

vəzifələrindən qaçmasına kömək edirdi. 

Qədim Roma allahlarından çoxu abstrakt əxlaq qaydalarını  təmsil edən gözü oxşamayan simvollar 

idi və yaxud da onlara göstərilən ehtiram və sitayişin müqabilində insanlığı müdafiə edən o dövrün 

qalıqları idilər. Bu allahlardan biri evin ocağının, evin təsərrüfatının qoruyucusu Vesta olmuşdur. Uzun 

əsrlər boyu belə hesab edilmişdir ki, dövlətin rifahı bu allahın kahinələri olan vestaçı qızların müqəddəs 

odun qorunmasına qayğı göstərilməsinə necə  cəhd etməsindən asılıdır. Romanın  ən kübar ailələrindən 

çox da böyük sayda olmayan namizədlər sırasından püşklə seçilmiş yalnız altı vestaçı  qız mövcud idi. 

Vestaçı  qızların mənəvi təmizliyi dövlət  əhəmiyyətli məsələ idi. E.ə. 216-cı ildə Roma Kann ətrafında 

məğlubiyyətə  uğradı, bunun günahını  hərbçilərdə deyil, vestaçı  qızlarda gördülər.  İki vestaçı  qız həbs 

edildi. Yüz il keçdikdən sonra altı vestaçı  qızın hamısı  əxlaqsız hesab edilmiş  və ölümə  məhkum 

edilmişlər. Günahkarları çarpayı, lampa və yemək olan zirzəmiyə salaraq, zirzəminin divarlarını hörüb 

onları orada bir neçə gün saxlayırdılar. Məhkum edilənləri edam yerinə yola salanları təsvir edən Plutarx, 

yazırdı: «Bütün dünyada bundan qorxunc mənzərə ola bilməzdi. Roma üçün isə bundan çox vahiməli 

hadisə olmamışdır». 

Xarici aləmlə  əlaqə genişləndikcə, Roma panteonunda yeni ilahələr artırılır. Yeni dinlərə etiqad 

edənlər Roma imperiyasının mənəvi və siyasi qanunlarına təhlükə yarandıqda, onların hər dəfə  təqib 

edilməsinə baxmayaraq, bu inanclar inkişaf etməkdə davam edirdi. 

Yadelli ayinlərin bir-biri ilə çox oxşar cəhətləri var idi. Belə ki, onlar qədim əkinçilik icmalarına xas 

olan dirilmə  əsatirinə aid idilər. Bu ayinlərin allahları  əzab çəkir, ölür və yenidən həyata qayıdırdılar. 

Onlar tərkidünyalıq (asketizm) zamanı təntənəli innovasiyalar və ruhların təmizlənməsini tələb edirdilər. 

Bu ayinlərin davamçıları öz allahlarının yeganə olmasını etiraf etməsələr də, onlar yalnız bir allaha sitayiş 

edirdilər. Romalıların çox saylı panteonunun müqabilində, belə vahid allahın seçilməsi, xristian 

monoteizminə yol açdı. Yeni dinlər  şəxsi möminliyi xüsusi vurğulayırdı, təsdiq edilirdi ki, qurtuluşu 

köhnə ehkamlara mexaniki sitayiş etməklə deyil, şəxsi keyfiyyəti və  şəxsi səxavəti ilə qazanmaq olar. 

Hətta rəsmi dinin o qədər də böyük rol oynamadığı üçün qadınları bu ayinlərin gözəlliyi və musiqiliyi, 

ekstaz halı  və  hər  şeydən məhrum edilmədən sonrakı ruhi sakitliyi cəlb edirdi. Şərq dinləri özünün 

yeniliyi və müxtəlifliyi ilə fərqlənirdi. Onlar həyatın məhrum etdiyi mənanı ona qaytara bilirdilər. Onlar 

artıq darıxan ağılı sonu görünən yollara yönəldirdilər. Xristian təliminin davamçıları sırasında qadınlar, 

bu dini həmişə az tənqid edən və bu dinə daha çox sədaqət göstərənlər olublar. Bu elə bir dövrdə olub ki, 

həmin dövrdə Yaxın  Şərq dinləri xristianlığın yaranması  ərəfəsində  Qədim Romada yayılmağa 

başlamışdı. 

Roma qadınları yeni xristian dinini öyrənməzdən əvvəl, çox hadisələr baş verməli idi. B.e. II əsrinin 

əvvəlində bir çox qadının həyatı stabil yox, dəyişkən idi, bu da boşanma hallarının miqdarını artırmışdı. 

Qadınlar öz ərlərindən ona görə boşanırdılar ki, onlar ərlərindən bezikmişdilər; kişilər qadınların üzündə 

qırışları görəndə  və ya da onların ləyaqətsiz, deyingən və  tənbəl xarakterli olduğunu görəndə onları 




 

 

boşayırdılar. Romalı kişilər və romalı qadınlar birgə  həyatda eyni mürəkkəbliyi görürdülər. Qədim 



Romanın azad qadınlarının feminist qadınlarının ən sərt tipləri ilə çox ümumi cəhətləri var idi: nəfuzlu 

ağıl, hökmranə ədaları və kompromislərə qarşı açıq nifrət; lakin ərlər də bu qədər dözülməz idilər: onlar 

müstəsna eqoistlikləri, iradcıllığı ilə seçilirdilər. Nəticədə Romada ər və arvad bir-birinə uyğunluğu 

başqa yerdə olduğundan o qədər də  fərqli deyildi, lakin Romada qədim dünyanın digər ölkələrinə 

nisbətən daha məqsədyönlü qadınlar olduğuna görə onların  şəxsi haqsızlıqlarına səsləri daha tez 

eşidilirdi. 

 

 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1.  Yaxın Şərqdə (Misir, Babilistan) qadın və kişilərin statusu. 

2.  Qədim hindi-çin mədəniyyətində qadınların vəziyyəti. 

3.  Qədim Yunanıstan və Romada qadınlara münasibət. 

4.  Yaxın  şərq, hindi-çin və yunan-roma sivilizasiyalarında kişi və qadın statuslarının qender-korporativ 

təhlilini aparmalı 

 

İş üsulları – diskusiya, kiçik qruplarda iş 

 

 



 

 

 



ƏDƏBİYYAT 

 

Məmmədova F. Azərbaycan tarixində qender aspekti. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə 

kursu – B., 2002 

Быт и история в античности. – М., 1988 

Вернан Ж.-П. Происхождение древнегреческой мысли. – М., 1988 

Грейвс Р. Мифы Древней Греции. – М., 1992 

Доддс Э.Р. Греки и иррациональное. – СПб., 2000 

Донлэн  У.  Дуэль  дарами  в  «Илиаде»:  как  это  виделось  окружающим  /Античность  и  средневековье 

Европы. – Пермь, 1998 



Женщина в античном мире. – М., 1995 

Йегер В. Пайдейя. – М., 1997 

Кон И.С. Дружба. – М., 1987 

Латышев В.В. Очерк греческих древностей. Богослужебные и сценические древности. – СПб., 1997 

Лихт Г. Сексуальная жизнь в древней Греции. – М., 1995 

Лосев А.Ф. Мифология греков и римлян. – М., 1996 

Лосев А.Ф. Эрос у Платона/ Бытие. Имя. Космос. – М., 1993 

Нильсон М.П. Греческая народная религия. – СПб., 1998 

Платон. Собр. соч. – М., 1993 

Селиванова  Л.Л.  Обида – незваная  гостья/  Закон  и  обычай  гостеприимства  в  античном  мире.  –  М., 

1999 


Фестьюжер А.-Ж. Личная религия греков. – СПб., 2000 

Фрейденберг О.М. Миф и литература древности. – М., 1998 

Чанышев А.Н. Любовь в античной Греции. // Философия любви. Ч. 1.– М., 1990 

Элиаде М. Космос и история. – М., 1989 

Элиаде М. Священное и мирское. – М., 1994 

 

 



Yüklə 370,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə