Mövzu azərbaycan respublikasinda əhaliNİn qeyri



Yüklə 74,39 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü74,39 Kb.
#43768


Mövzu 7. 

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN QEYRİ- 

 MƏŞĞULLUĞU VƏ İŞSİZLİK QENDER PROBLEMLƏRİNİN HƏLLİ BAXIMINDAN 

 

1. Təsərrüfatın müxtəlif sahələrində əhalinin, o cümlədən qadın məşğulluğunun 

azalması 

2. Qadın  əməyinin spesifikliyi və bunun nəticəsində onun istehsalatda 

məşğulluğu 

3. Azərbaycanda işsizliyin səviyyəsi 

4. Azərbaycanda işsizliyin növləri 

5. Respublikada qadın işsizliyi, onun səbəbləri 

6. Azərbaycanda işsizliyin aşağı salınma perspektivləri 

 

1. 



Təsərrüfatın müxtəlif sahələrində  əhalinin, o cümlədən qadın 

məşğulluğunun azalması 

Mülkiyyət formasının dəyişməsi, respublika iqtisadiyyatının bazar münasibətlərinə 

keçməsi əmək bazarında məşğul olanların nisbətini dəyişdirdi. Statistika göstərir ki, son 

on ildə Azərbaycanda dövlət sektorunda işləyənlərin sayı  nəzərə çarpacaq dərəcədə 

azalmış, eyni zamanda respublikanın xüsusi sektorunda məşğul olanların sayı isə 

artmışdır. 

İstehsalatın ixtisarı üzündən  əhalinin həm kişi, həm də qadın təbəqəsinin 

məşğulluq səviyyəsinin azalması  həyat səviyyəsinin də  aşağı enməsinə  təsir göstərdi. 

Lakin əhalinin həyat səviyyəsi nə qədər aşağı ensə də, əsas xüsusiyyət ondan ibarətdir 

ki, həmin aşağı enmə siyasi, iqtisadi və ictimai həyatda gedən dərin, irəli gedən sistemli 

dəyişikliklər fonunda baş vermişdir.  İqtisadi planda bazara keçid bəzilərinə indiyə kimi 

görünməyən imkanlar, digərlərinə – adət etmədiyi maddi çətinliklər gətirdi və sabit 

gələcəyin təminatı aradan götürüldü. Bir-birinin ardınca baş verən iqtisadi bəlalar – iş 

yerinin itirilməsi və ya uzun müddət əmək haqqının verilməməsi, hiperinflyasiya, sosial 

yardım sisteminin dağılması bir çoxlarında inciklik, gücsüzlük hissi, öz gələcəyini 

planlaşdırmağın mümkünsüzlüyü hissi doğurdu. İnkişaf etməkdə olan ölkələrdəki yoxsul 

əhalinin  əksəriyyətindən fərqli olaraq keçid iqtisadiyyatlı ölkələrin yoxsulları bir qayda 

olaraq savadlı, təhsillidir; yenidənqurmadan qabaq onların iş  təminatı vardı, pensiya 

yaşına çatdıqda isə dövlətdən müntəzəm ödəniş, pensiya və müavinət gözləyirdilər. İş 

yerləri ixtisar olunduqca və gizli işsizlik artdıqca, həmin yardım mənbələri də yoxa 

çıxmağa başladı. 

İşini itirənlər onların biliyinin, praktiki vərdişlərinin, formal və faktiki 

kvalifikasiyasının artıq heç kimə lazım olmadığından ümidsizliyə düçar olurlar. Onlar 

cəmiyyətə mənsubluq duyğusunu itirir – artıq heç nəyə gərək olmadıqlarını düşünürlər. 

Spirtli içkiyə aludəçilik, ailədə münaqişə yüksək psixoloji və sosial istiqamətli gərginliyin 

bəzi təzahür formalarıdır. Psixoloji əziyyət də maddi problemlər qədər ağırdır. 

İş yerinin itirilməsi ilə yoxsulluq daha da artır. Absolyut yoxsulluq səviyyəsi – 

adambaşına 2,15$ hesablanan yoxsulluq həddidir. Rusiyada absolyut yoxsulluq 

səviyyəsi 20%-ə yaxındır. 1990-ı illərin sonunda Rusiya yoxsulları bölgənin tam 

yoxsulluq içində olan sakinlərinin 6-dan birini təşkil edirdi. 

Absolyut yoxsulluq göstəriciləri yoxsulluğu bölgə üzrə qiymətləndirməyə imkan 

versə də, hər bir ölkə milli gəlirin yüksəlməsi ilə artmaq meyli olan öz yoxsulluq həddini 

müəyyən edir. Belə ki, ABŞ-da 1998-ci ildə dörd nəfərdən ibarət ailə üçün yoxsulluq 

həddi gündə 11,41$-a bərabər idi. Bu həddlə ABŞ-da rəsmi yoxsulluq səviyyəsi 1998-ci 

ildə 12,7% təşkil etmişdi. 

Yoxsulluq səviyyəsində ilk plana üç əsas risq amili çəkilir: məşğulluq, yaş  və 

yaşayış yeri. 

1. Məşğulluq: təbiidir ki, ailə başçısının işsiz olduğu yaxud iqtisadi cəhətdən aktiv 

olmadığı ailə  təsərrüfatları digər  əhali ilə müqayisədə daha yüksək yoxsulluq risqinə 



məruz qalır. Yoxsulluq səviyəsi təhsilin səviyyəsi ilə bağlıdır: yalnız ibtidai təhsilə malik 

olan insanlar orta məktəb həcmində  və ondan yuxarı  təhsili olanlara nisbətən daha 

yüksək yoxsulluq risqi qarşısında olur. 

2. Yaş: ölkələrin  əksəriyyətində  uşaqlar qocalarla müqayisədə daha yüksək 

yoxsulluq risqinə düçar olur. Bundan başqa, ailədə  uşaqların sayı çox olduqca, nisbi 

yoxsulluq risqi daha yüksək olur, hətta istehlak miqyasından alınan effekt nəzərə alınsa 

belə. Öhdəsində olanların sayı yüksək olduqca çoxuşaqlı ailələr daha yüksək yoxsulluq 

risqi ilə qarşılaşır, lakin onların vəziyyəti əməyə qabil böyüklərin işçi qüvvəsində aşağı 

iştirakı ilə bir az da dərinləşir. 

3. Yaşayış yeri: əksər ölkələrdə  kənddə yaşayan  əhali yoxsulluqla bağlı risqə 

şəhər əhalisindən daha çox düçar olur – amma istisna hallar da mümkündür (Ukrayna). 

Faktiki məlumat göstərir ki, Azərbaycanda absolyut yoxsulluq səviyyəsi 23% təşkil edir; 

Tacikistanda bu rəqəm – 68%, Moldovada – 55%, Ermənistanda – 43%-dir. 

Bəzi hallarda etnik mənsubluq da mühüm risq amilinə çevrilə bilər. Etnik əlamətə 

görə yoxsulluğa dair məlumat çox az olsa da, Mərkəzi və Cənubi-Şərqi Avropa ölkələri 

üzrə  tədqiqatlar təsdiq edir ki, qaraçılar arasında kasıblıq səviyyəsi qalan əhali 

arasındakından 10 faiz yüksəkdir. Məsələn, Macarıstanda qaraçılar üçün xroniki 

yoxsulluq ehtimalı bütövlükdə əhali üçün olandan səkkiz dəfə yuxarıdır. 

Ən yüksək nisbi yoxsulluğun risq qrupuna işsizlər, uşaqlar və  kənd  əhalisi 

daxildir. Lakin bölgədəki ölkələrin  əksəriyyətində onlar yoxsulların ümumi sayında 

üstünlük təşkil etmir. Orta statistik yoxsul – başçısının işlədiyi ailədə yaşayan, 15-64 yaş 

arasındakı şəhər sakinidir. Kənd yerinin əhalisi və uşaqlar nisbi yoxsulluq risqinin daha 

çox  əhalinin bu kateqoriyası üçün yüksək olduğu yalnız bir neçə  Mərkəzi Avropa 

ölkəsində yoxsulların statistik əksəriyyətini təşkil edir. Bundan başqa, Mərkəzi Asiyanın 

bəzi ölkələrində  ən çox saylı yoxsullar qrupu ya uşaqlar, ya da ki kənd rayonlarının 

əhalisidir, amma bunun səbəbi nisbi yoxsulluq risqində yox, həmin qrupların  əhalinin 

əsas hissəsini təşkil etməsindədir. Yoxsulluqla bağlı Azərbaycandakı  vəziyyət olduqca 

mürəkkəbdir və mühüm sosial problemlərdən biri olaraq qalır. Azərbaycan  əhalisinin 

70%-dən çoxu yoxsulluq həddində yaşayır və respublikaya xarici investisiya axınına 

baxmayaraq, bir çox həyat səviyyəsi göstəricisi üzrə respublikamız dünya ölkələrinin 

çoxundan geridə qalır. Azərbaycan əhalisinin həyat səviyyəsi göstəricilərinin əksəriyyəti 

aşağı enməkdə davam edir. Əhalinin günlük orta əmək haqqı 1,5$ təşkil edir. Uşaqları 

tərbiyə etməyin mümkünsüzlüyü ilə  əlaqədar olaraq doğum səviyyəsi kəskin surətdə 

azalmışdır; ölkədən getmək cəhdi Azərbaycan Respublikasında müasir mərhələdə baş 

verən  ən tipik hadisələrdəndir. 2000-ci ilin məlumatına görə, Azərbaycanda orta əmək 

haqqı 203.400 manat (41 Amerika dolları), Bakıda – 295.750 manat təşkil edir. Dağ və 

dağətəyi rayonlarda orta əmək haqqı bundan iki dəfə aşağıdır. Sumqayıtda əhalinin orta 

əmək haqqı respublika səviyyəsinin 78,9%-ni, Əli-Bayramlıda – 99,6%-ni, Mingəçevirdə 

– 90,8%-ni təşkil edir. Əhalinin yoxsulluq səviyyəsini aşağı endirmək üçün ictimai, 

siyasi, iqtisadi və mədəni imkanların genişləndirilməsinə dair tədbirlər keçirilməlidir. 

 

2. Qadın  əməyinin spesifikliyi və bunun nəticəsində onun istehsalatda 

məşğulluğu 

Qender inkişafı baxımından respublika əhalisinin məşğulluq strukturundakı 

fərqlər qadın əməyinin spesifikliyində və cəmiyyətdə kişinin oynadığı rolda aşkar olunur. 

Misal üçün, səhiyyədə, təhsil və  mədəniyyətdə  işləyənlərin üçdə ikisini qadınlar təşkil 

edir. Yəqin ki, həmin sahələrdə kişi ilə müqayisədə qadın üçün bunun daha yaxşı  iş 

olması stereotipi öz rolunu oynayır. Və  əksinə, tikinti və  nəqliyyatda məşğul olanların 

arasında qadınların sayı 15%-i keçmir. Bununla yanaşı, kişilər əksərən qadınların daha 

çox olduğu müəssisələrə  rəhbərlik edir. Məsələn, Azərbaycanın klinika və 

poliklinikalarında kişi cinsinə mənsub baş həkimlər 65% təşkil edir. 



Əmək prosesinin qender təşkili  əmək haqının ödənməsində, iş  şəraitində, 

istehsalat təlimi və professional artımda saxlanan qender fərqlərindən ibarətdir. 

İşçi qüvvəsinin tərkibinə daxildir: 

-  formal sektorda natamam iş günü işləyənlər; 

- «fəal şəkildə iş axtaran» işsizlər. 

İşçi qüvvəsinin tərkibinə daxil deyildir: 

- ev 

xanımları; 



- xırda fermerlər və ərzaq istehsalçıları; 

- qeyri-formal 

sektorda 

məşğul olan, amma rəsmi dövlət orqanları tərəfindən 

qeydiyyatdan keçməyənlər; 

- iş tapa bilməyən və onu axtarmayanlar; 

-  immiqrantlar yaxud nağd pul ödənişinə işləyənlər yaxud ev işi görənlər. 

Məşğulluq: iqtisadiyyatın formal sektorunda mal və xidmət istehsalı zamanı 

məvacib üçün işləyən insanların miqdarı. 

İş yerlərinin yaranmasına kömək edir: 

- ölkə daxilində istehsal olunan mal və xidmət eksportu; 

- mal 


və xidmət alışına çəkilən istehlak xərcləri; 

-  investisiyalar: istehsalat üçün avadanlıq, mal və xidmətə çəkilən xərclər; 

- təhsilə, səhiyyəyə, əməyin ödənişinə və s. çəkilən dövlət xərcləri; 

- xarici 

yardım: məqsədli istiqamətlə mal və xidmətlərin əldə olunması üçün 

göndərilən pul; 

- ailə təsərrüfatı sektorunda fəaliyyət; 

- qeyri-formal 

sektorda 

fəaliyyət; 

- təbiətin bərpasına dair ödənişsiz fəaliyyət. 

İşsizliyin səbəbləri: 

1.  Funksional (yaxud müvəqqəti) işsizlik

2. Dövri (istehsalatın süqutu ilə bağlı) işsizlik; 

3. Struktur (uzunmüddətli) işsizlik. 

3. Azərbaycanda işsizliyin səviyyəsi 

İşsizliyin səviyyəsi eyni deyil və yaş, təhsil, profesiional kvalifikasiya və yaşayış 

yeri kimi amillərdən asılıdır və bir çox səbəblər üzündən çox vaxt kişi və qadın üçün 

olduqca fərqlidir. Bir qayda olaraq, kişi və qadınlar müxtəlif istehsalatlarda və müxtəlif 

professional qruplarda işləyir; əmək bazarının praktika və qaydaları onlara müxtəlif cür 

təsir edir. Qadınlar adətən kişilərdən daha artıq dərəcədə ailə qayğıları ilə bağlıdır və 

görünür ki, həyatı boyu arasıkəsilmədən çalışmağa daha az qabildirlər. 

Rəsmi məlumata görə, inkişaf etmiş bölgələrdə  işsizliyin səviyyəsi qadınlar 

arasında son illərdə  təxminən ölkələrin üçdə ikisində kişilər arasındakı  işsizlik 

səviyyəsindən yuxarı olub – adətən 50-100%. Lakin ölkələrin çoxu qadınlar arasında 

yox, kişilər arasındakı yüksək işsizlik səviyyəsindən xəbər verir – o cümlədən Avstraliya, 

İrlandiya, Kanada, Yeni Zelandiya, Norveç, Birləşmiş Krallıq, ABŞ, Finlandiya və İsveç. 

Bu halların  əksəriyyətində  fərq 20%-dən 50%-ə  qədərdir. Bu cür nisbətən böyük fərqi 

olan ölkələr arasında istisna təşkil edən Yaponiyada kişi və qadınlar arasında işsizlik 

səviyyəsinin fərqi var. İşsizliyin səviyyəsi cənubi Avropada, Fransada, Avstraliyada və 

Yeni Zelandiyada da artmışdır. 

İşsizliyin ölçülməsi üçün istifadə olunan metod qadınların işsizlər siyahısına 

salınmasına maneçilik törədir. İşsizlərin siyahısına daxil olan şəxslər nəzərdən keçirilən 

dövr ərzində: 

1.  «işi olmayanlar» olub; yəni ödənişli işi olmayan yaxud beynəlxalq məşğulluq 

təyini nöqteyi-nəzərindən muzda görə işləmirdilər; 



2.  «işə hazır» olublar; yəni nəzərdən keçirilən dövr ərzində muzda görə yaxud 

muzdla olmayan ödənişli işi yerinə yetirməyə hazır olublar; 




3.  «iş axtarıblar»; yəni ödənişli iş tapmaq üçün konkret yaxın zaman ərzində 

konkret addım atmışlar. 

Lakin işi olmayan şəxslərin çoxu – kişilərdən daha çox qadınlar – müvəqqəti işin 

olmadığını ehtimal edirsə, «iş tapmaq üçün» aktiv addım atmır və buna görə  də  işsiz 

kateqoriyasına aid edilmirlər. Kənd rayonlarında qadının məşğulluq imkanı  məhsul 

yığımı üzrə mövsümi iş istisna olmaqla daha məhduddur. Və bir çox ölkələrdə qadın 

işsizlərin işlə  təmin olunması üzrə hökumətin büro və agentliklər kimi rəsmi 

kanallarından azad istifadə edə bilmir və çox zaman iş axtararkən onlar sosial xarakterli 

maneələrə və ya mədəni ənənələrlə bağlı olan maneəyə rast gəlir. 

İnkişaf etməkdə olan ölkələrdə  işsizlik üzrə  sığorta ilə  əhatə olunan 

zəhmətkeşlərin sayı məhduddur. Belə bir şəraitdə çox az sayda insan hansısa bir vaxt 

ərzində  işsiz dura bilir. Əhalinin  əksəriyyəti hər zaman hansısa bir iqtisadi fəaliyyətlə 

məşğul olmalıdır. Beləliklə, onlar başqa, yaxud əlavə  iş axtara bilər, amma işsiz kimi 

qeydə alınmayacaqlar. Ailə  təsərrüfatında, torpaqyanı sahədə yaxud mövsümi işçi 

olaraq zəhmət çəkən qadınlar iqtisadi cəhətdən aktivdirlər və «işləyənlər» kimi nəzərə 

alınmalıdır. 

İşsizliyin səviyyəsi yaşdan asılı olaraq çox fərqlənir.  İnkişaf etmiş ölkələrdə 

işsizlik gənclər arasında daha yüksəkdir. Avropa İttifaqı ölkələrində  işsizliyin səviyyəsi 

20-24 yaşında olan qadınlar arasında Yunanıstanda – 32%, İtaliyada – 36% və 

İspaniyada – 41% təşkil edərək cavan kişilər arasındakından daha yüksəkdir. Bölgənin 

şəhər rayonlarında işsizliyin səviyyəsi gənc qadınlar arasında çox yüksəkdir. 

Bir çox inkişaf etmiş ölkələrdə  işsizlik səviyyəsinin artması Asiyada və Sakit 

okean rayonunda son on ildə qeydə alınmayıb. Həmin bölgədə 90-cı illərin  əvvəlində 

işsizlik bütövlükdə hətta on il ondan qabaqkına nisbətən daha aşağı olmuşdur. İşsizlik 

yalnız bir neçə ölkədə,  İsrail, Pakistan və Filippində artmışdır.  İnkişaf etməkdə olan 

əksər ölkələrdə işsizlik səviyyəsinini azalması müşahidə olunur. 

Azərbaycana gəldikdə isə, bizdə  işsizliyin səviyyəsi həm kişi, həm də qadın 

əhalisi arasında hələ də yüksək olaraq qalmaqdadır. Aşağıdakı cədvəl 1991-1998-ci illər 

ərzində respublika əhalisi arasında məşğulluğun və işsizliyin dinamikasını göstərir. 

 

cədvəl №5. Azərbaycanda əhalinin məşğulluğu və işsizlik 

 

 

1991  1992  1993  1994 1995 1996 1997 1998 



 İqtisadi cəhətdən 

 fəal əhali: 

Qadınlar 

1584,9  1596  1649  1648 1650 1725 1784 1789 

Kişilər 


2151  2131  2084  2006 1991 1992 1948 1954 

 Əhalinin 



 məşğulluğu: 

qadınlar 

1582  1593  1638  1634 1633 1706 1762 1765 

kişilər 


2149  2129  2076  1997 1979 1979 1932 1935 

 İşsizlər: %-lə 

qadınlar 

2,5 


3,6  11,8  14,4 16,9 18,8 22,1 24,1 

kişilər 


1,5 

2,8  7,7  9,2  11,4 13,1 16,2 18,2 

 

Cədvəldən məlum olur ki, bütövlükdə respublika əhalisinin məşğulluq səviyyəsi olduqca 



yüksəkdir. Belə ki, orta hesabla həm kişilərin, həm də qadınların qeyri-məşğulluq 

səviyyəsi 1-1,5% təşkil edir ki, bu da respublikada işsizliyin real mənzərəsini  əks 

etdirməyən rəsmi statistikaya sübutdur. İşsizlərin  əksəriyyəti qeydiyyata düşmək üçün 

Azərbaycanın məşğulluq idarələrinə müraciət etmir. Eyni zamanda müasir dövrdə 

işləməyənlərin sayı böyükdür və bu rəqəmə müəssisələrin dayanması üzündən 

uzunmüddətli ödənişsiz məzuniyyətə göndərilmiş müvəqqəti işsizlər də  əlavə olunur. 




Belə işsizlərin çoxu, eyni zamanda həm də qadınlar, əməyini tətbiq etmək üçün özlərinə 

azad və  əhalinin nəyin bahasına olur-olsun iş tapmağa çalışdığı qeyri-rəsmi 

strukturlarda iş tapırlar. Beləliklə Azərbaycan sərhədləri daxilində  iş tapa bilməməsi 

ucbatından xaricə gedən əhalinin sayı artır. Cədvəldə son 8 ilə aid gətirilmiş  rəqəmlər 

işsiz qadınların sayının 10 dəfə, kişilərin isə – 12 dəfə artmasını göstərir. İşsizlik mühüm 

problemdir,  əsasən də Azərbaycanın kənd təsərrüfatı rayonlarında torpaqların zəbt 

olunması ilə bağlı iş yerini itirmiş qaçqınlar üçün. Qaçqınların 40%-ə yaxınının əvvəllər 

kənd təsərrüfatı  fəaliyyəti ilə  məşğul olmasına baxmayaraq, müasir mərhələdə  həmin 

əmək növü onların çoxunun Azərbaycanın  şəhərlərində  məskunlaşması üzündən 

mümkün deyil.  

Azərbaycanda işsizlik səviyyəsinin yüksək olması çox sayda qeydə alınmamış 

işsizin yığışdığı  və  əhalinin məşğulluq mərkəzlərinin etibarsızlığı üzündən orada qeyd 

olunmağı lazım bilməyən  əmək bazarlarının təşkilində özünü göstərir.  İşsizliyə görə 

müavinət 35 min manata yaxındır ki, bu – respublika üzrə orta aylıq  əmək haqqının 

20%-ni təşkil edir. Əhalinin kişi təbəqəsi ilə müqayisədə Azərbaycan qadınları arasında 

işsizlik daha artıqdır. 

 

Aşağıdakı  cədvəl  Azərbaycanda işsizlərin qender tərkibini  və onların dəyişmə 



dinamikasını göstərir (%-lə). 

 

cədvəl № 6. 



 

 

1991  1992  1993  1994  1995  1996  1997  1998 

İşsizlərin sayı, o 

cümlədən 

100 100 100 100 100 100 100 100 

Kişilər 

36,6 43,2 39,5 38,9 40,3 41,0 42,4 43,1 

Qadınlar 

63,4 56,8 60,5 61,1 59,7 59,0 57,6 56,9 

 

İşsizliyin qender strukturunun illər üzrə dəyişmə dinamikası yeddi il ərzində işsiz kişilərin 



sayının 6%-dən də çox artdığını göstərir; təsərrüfatlarda qadına olan ehtiyac isə artır və 

bu - Azərbaycanda işsiz qadınların sayının azalmasına təsir edir. Azərbaycan üzrə 

işsizlərin yaşa görə qruplaşması maraq doğurur. Təhlil göstərir ki, əsasən işsiz olanlar 

cavan və yetkin yaşlılardır ki, mahiyyətcə əməyəqabil yaşda iqtisadi cəhətdən aktiv əhali 

təbəqəsinə daxildir. 

 

cədvəl 7. Azərbaycanda işsizlərin yaş qrupuna görə qruplaşması 



 

 

1991  1992  1993  1994  1995  1996  1997  1998  1999 

İşsizlərin 

sayı, o cümlədən 

 

100 



 

100 


 

100 


 

100 


 

100 


 

100 


 

100 


 

100 


 

100 


18 yaşa qədər  7,6 2,9 2,6 2,5 1,3 3,3 2,7 1,3 1,1 

18-30 yaş 

arasında 

30,4 20,7 43,9 47,9 48,6 40,1 40,8 48,1 48,0 

Pensiya 

yaşındakılar 

8,0 6,1 11,5 9,6 2,9 4,0 3,8 2,5 2,0 

Digər yaş 

kateqoriyaları 

54,0 70,3 42,0 40,0 47,2 52,6 52,7 48,1 48,9 



 

4. 

Azərbaycanda işsizliyin növləri 

Keçid iqtisadiyyatlı bütün ölkələr, o cümlədən də Azərbaycan işçi qüvvəsinə 

tələbatın kəskin  şəkildə  aşağı enməsi ilə qarşılaşmışdır. Bölgədə istehsalatın hər 

tərəfdə azalması məşğulluq səviyyəsinin və əmək haqqının da mühüm dərəcədə aşağı 




enməsinə  səbəb oldu. Əmək bazarında təklif də  əhalinin işçi qüvvəsində  iştirak 

səviyyəsinin aşağı enməsi – pensiyaya tez çıxmaq, iş axtarmaq cəhdini dayandırmaq və 

qadınların ev xanımı roluna üstünlük verməsinin nəticəsi kimi - ilə bağlı olaraq azaldı. 

Azərbaycanda açıq işsizliyin səviyyəsi yüksək və sabitdir. İşləyənlər öz rifah 

vəziyyətini məhsuldarlığın və əmək haqqının artması vasitəsi ilə yaxşılaşdırır, işsizlər və 

əsasən də xroniki işsizlər heç nəsiz qalırlar. ÜDM-un nəzərə çarpan artımına 

baxmayaraq iş yerlərinin yaranması olduqca ləng gedir. İstehsalatın inkişaf sürətinin 

bərpası ümumi məşğulluğun artmasına səbəb olmadı.  İşləyənlərlə  işsizlərin yaşayış 

səviyyəsindəki fərq böyükdür və artmaqda davam edir. Yoxsulluq işsizliklə  sıx surətdə 

bağlıdır. 

Azərbaycanda ÜDM elə  kəskin  şəkildə  və böyük həcmdə enmişdir ki

məşğulluğun ixtisarı  həm siyasi, həm də sosial səbəblərdən labüd idi. Müəssisələrin 

restrukturizasiyası  məhdud miqyasda baş verir və  əmək bazarının adaptasiya 

mexanizmi real əmək haqqının ixtisarı  və ya onun ödənməsindəki gecikdirmələr idi. 

Rəsmi qeydiyyatdan keçmiş  işsizlərin faizi böyük olmasa da, ailə  təsərrüfatlarının 

tədqiqinə  əsaslanan hesablamalar faktiki işsizlik və iqtisadi qeyri-fəallıq göstəricilərinin 

daha yüksək olduğunu göstərir.  İşçilərin müəssisə ilə formal münasibətini saxladığı, 

amma orada işləmədiyi və maaş almadığı gizli işsizliyin səviyyəsi də olduqca yüksəkdir. 

Hər halda əməyə çox aşağı qiymət verən bu fəaliyyətsiz müəssisələrdəki 

məşğulluqdan savayı başqa gəlir mənbələri olduqca azdır. Xüsusi sektorun həyata 

gətirdiyi yeni fəaliyyət növləri və həmin işçilərin özünə iş tapa biləcəyi müəssisələr çox 

ləng inkişaf edir, bunun başlıca səbəbi isə islahatların qeyri-mükəmməlliyindədir. 

Alternativ olmadığından bir çox ailələr şəxsi istehlak üçün kənd təsərrüfatı istehsalatına 

keçdi, yaxud başqa növ kiçik istehsalatla məşğul olmağa başladı ki, kiçicik rəsmi maaşa 

əlavə etmək üçün bir vəsaiti olsun. Nəticədə işçi qüvvəsi əmək məhsuldarlığının bir az 

yüksək olduğu yeni iş yerlərinə deyil, belə kiçik istehsallı  fəaliyyət növünə meyl edir. 

ÜDM-un  əvvəl yüksək olduğu yerlərdə indi artması da qabaqkı  məşğulluq səviyyəsini 

bərpa edə bilmir. Məsələn, bəzi ölkələrdə bu meyl çox kəskin özünü biruzə verdi ki, 

ÜDM-un arasıkəsilmədən sabit artımı (orta hesabla ildə 5%) ilə  bərabər 1994-1995-ci 

illərdə məşğulluq 8,5% ixtisara düşmüşdü. 

 

5. 

Respublikada qadın işsizliyi, onun səbəbləri 

Cinsdən asılı olaraq inkişaf etmiş  və inkişaf etməkdə olan ölkələrdə  işsizliyin 

səviyyəsi və onun artım meyli həm birinci qrup ölkələrdə, həm də ikincisində qeyd 

olunur.  İşsiz qadınların sayı bütün kateqoriyalardan olan ölkələrdə kişilərdən daha 

çoxdur.  İnkişaf etmiş ölkələrdən fərqli olaraq inkişaf etməkdə olan ölkələrdə  işsiz 

qadınlara xas olan xüsusiyyət onların kişi cinsi ilə müqayisədə absolyut çoxluq təşkil 

etməsidir. Məsələn,  əgər Kanadada qadın işsizlər cəmi 5,4%-dirsə, kişilər – 4,7%; 

Fransada – 12,8% və 8,1%-dir; Panama kimi inkişaf etməkdə olan ölkədə  işsizlər 

arasında 21,2% qadın, 10,0% kişi, Pakistanda – 16,8% qadın və 4,5% kişi vardır. 

İnkişaf etməkdə olan ölkələrdə  iş yerlərinin çatışmazlığı üzündən hər tərəfdə, 

xüsusən də  əhalinin qadın təbəqəsi arasında olduqca yüksək işsizlik səviyyəsi qeyd 

olunur. Azərbaycan Respublikasında da işsizliklə bağlı analoji mənzərə mövcuddur. 

Statistika göstərir ki, respublikadakı  işsizlərin ümumi sayının 60%-ni qadınlar 

təşkil edir. Əvvəllər qadın əhalisinin yüngül və yeyinti sənayesindəki yüksək məşğulluq 

səviyyəsi həmin sahələrdə qadınların kəskin surətdə azalması ilə əvəz olunur ki, bu da 

respublikamızda işsizliyin artmasına səbəb olur. Təəssüf ki, Azərbaycanda yoxsul 

insanların  əksəriyyəti qadınlardır. Kasıbların siyahısına qaçqınlar, məcburi köçkünlər, 

uzun müddət maaş və müavinət almayanlar, uzunmüddətli məzuniyyətdə olanlar və s. 

aiddir. Bundan savayı, tək, ərsiz qadınları da bu siyahıya daxil etmək olar. 



Azərbaycan  əhalisinin məşğulluq idarəsinin məlumatına görə, işləməyənlərin 

22,1% qadın, 16,2%-i isə kişidir. İqtisadi cəhətdən fəal əhali strukturunda işsizlər müasir 

dövrdə 38,3% təşkil edir ki, bu – olduqca mühüm göstəricidir və artmağa meyillidir. 

 

6. 



Azərbaycanda işsizliyin enmə perspektivləri 

Yeni bazar şəraitində iqtisadiyyatın təsərrüfat mexanizmini təkmilləşdirmək və 

əhalini iş yerləri ilə təmin etmək üçün respublika üzrə perspektivdə lazım olan ixtisas və 

peşələrə dair təhlil aparmaq gərəkdir.  İşləyənlərin  əsas hissəsi perspektivdə xüsusi 

sektorda məşğul olacaq, xüsusən də kiçik və orta biznes sahəsində. Azərbaycanın çox 

böyük ehtiyatlar potensialını  nəzərə alaraq xüsusi sektorda biznesin təşkili və 

təkmilləşdirilməsinə yönəlmiş  məqsədyönlü iqtisadi siyasət aparmaq və  əhalini həmin 

sahələrə  cəlb etmək lazımdır.  İqtisadi artım və  iş yerlərinin yaradılması, bununla 

əlaqədar olaraq işsizliyin aşağı enməsi yoxsulluğun azalmasının vacib şərtlərindəndir. 

Respublikamızda olduğu kimi, kasıb ölkələrdə  həyat səviyyəsini iqtisadi inkişafsız 

artırmaq mümkün deyil. İqtisadi yüksəliş özü-özlüyündə  həyat səviyyəsinin aramsız 

yüksəlişi üçün lazım olsa da iş yerlərinin yardılması  və  əməyin məhsuldarlığı artdıqca 

real əmək haqqının artması da vacibdir. MDB ölkələrində işsizliyin yüksək səviyyəsi və 

istehsalatın səmərə göstəricilərinin enməsi, həmçinin  əmək məhsuldarlığının aşağı 

olduğu müəssisələrdə ölkələr üçün səciyyəvi olan işçi itgisi onu göstərir ki, iş yerlərinin 

yaradılması bir neçə vaxt iqtisadi inkişafdan geridə qalacaqdır. Belə ki, hətta islahatların 

çox uğurla aparıldığı Macarıstanda və Polşada da məşğulluq artımının sürəti istehsalat 

həcminin artım sürətindən nəzərə çarpacaq dərəcədə geri qalır. Macarıstanda 1997-ci 

ildə  iş yerlərinin sayı 1989-cu illə müqayisədə 30% azalmışdı, halbuki həmin vaxta 

istehsalatın həcmi artıq 1989-cu ilin səviyyəsinə  gəlib çatmışdı.  İqtisadi inkişafda 

məşğulluğun tərkibinin artması  və  işsizlik probleminin həlli yalnız daha çevik əmək 

bazarının yaranmasını  tələb etmir. Çevik yaşayış bazarları, məhsul bazarının dövlət 

tərəfindən nizamlanmasının zəifləməsi, infrastruktur sahəsində inhisarların 

xırdalaşmasının da böyük əhəmiyyəti vardır. Göstərilən tədbirlər iqtisadi inkişafın 

sürətlənməsinə və işçi qüvvəsinə tələbatın artmasına təkan verən rəqib xüsusi sektorun 

yaranması üçün olduqca gərəklidir. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1. Ailə təsərrüfatının başçısı olub büdcə təşkilatlarında işləyən qadınlar arasında 

kasıblığın azaldılması və aradan qaldırılması yolları layihəsi. – B., 2000 

2. Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat. – B., 2000 

3. Azərbaycanın statistik göstəriciləri. – B., 1999 

4. Qender Azərbaycanda. Bülleten. – B., 1999 

5.  Женщины и макроэкономика. Основы экономической грамотности. – М., 2000 

6.  Женщины мира. 1995г. Тенденции и статистика. ООН. – Нью-Йорк, 1995 

7.  Обзор макроэкономической ситуации в Азербайджане.// «Тренд», 2000 

8.  Making transition work for everyone: “Poverty and inequality in Europe and Central 

Asia”. World Bank, 2000 

9.  The United Nations in Azerbaijan. – B., 2000 



10. Women and men in Azerbaijan. – B., 1999 

 

Yüklə 74,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə