Mövzu döVRİ VƏ struktur dəYİŞİKLİKLƏR. RestrukturlaşMA



Yüklə 52,05 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü52,05 Kb.
#1709


MÖVZU 7. DÖVRİ VƏ STRUKTUR DƏYİŞİKLİKLƏR. RESTRUKTURLAŞMA 

 

1. Dövri dəyişikliklər 



2.  İşsizlik və onun növləri 

3. Struktur dəyişikliklər və restrukturldaşma 

 

1.Dövri dəyişiklər 



 

İqtisadi tarix onu göstərir ki, iqtisadiyyatın inkişafı heç vaxt hamar və bərabər 

keçmir. Bir neçə il canlanma və çiçəklənmədən sonra geriləmə, çaxnaşma yaxud 

iflas gəlir. 

İqtisadi hadisələrin bazar iqtisadiyyatı  tərəfindən təkrara meyillidliyini 

iqtisadçılar hələ ötən əsrin ortalarında seçmişdilər. 

Öz istehsalını intəhasız genişləndirməyə, yeni-yeni bazarları  fəth etməyə 

çalışan kapitalist müəssisələrinin sahibləri vaxtaşırı olaraq məhsulun artıq istehsalı 

ilə ilə üzləşirlər. Artıq istehsal – məhsul təklifinin onun tələbatını üstələməsidir, bu 

zaman məhsulun qiyməti elə aşağı səviyyəyə eyni ki, istehsalçıların hamısı üçün də 

olmasa, əksər hissəsinə nəinki iqtisadi, heç normal gəlir belə qalmır. 

Tələbatdan artıq məhsul istehsalının səbəblərini artırmağa cəhd edən 

iqtisadçılar vaxtaşırı baş verən qiymət artımı yaxud tələbatın azalması hallarına, 

istehsal həcminin artmasına və ya onun duyğunluğuna diqqət yetirmişlər. Bu halların 

bir-birini əvəz etməsi və onların müəyyən ardıcıllığı aşkar edilmişdir. 

İqtisadi dövriyənin obyektiv xarakter daşıdığını etiraf edərək, müasir 

iqtisadçıların  əksəriyyəti bu halı dövriliyin xarakterinə, onun davamlılığına, ayrı-ayrı 

mərhələlərin yaranma xüsusiyyətinə  təsir göstərən daxili və xarici amillərin təhlili 

vasitəsilə öyrənilməsini təklif edirlər. 

Xarici faktorlara iqtisadi sistemdən kənarda yerləşən iqtisadi hadisələrin 

vaxtaşırı təkrarlanmasına səbəb olan obyektiv və subyektiv cəhətləri aid etmək olar. 

Qeyri xarici faktorlar sırasına aşağıdakılar aid edilə bilər: 

- müharibələr, inqilablar və başqa siyasi sarsıntılar; 

- qızıl, uran, neft və digər qiymətli resursların iri yataqlarının kəşfi; 

- yeni 

ərazilərin istifadəyə verilməsi və bununla bağlı  əhalinin miqrasiyası, Yer 



kürəsinin əhalisinin say dəyişikliyi; 

- texnologiyaların güclü irəliləyişin, ictimai istehsalın strukturu köklü surətdə 

dəyişməyə qadir olan kəşflər və innovasiyalar. 

Bütün bu faktorlar müəyyən vaxt keçdikcə iqtisadi aktivliyin həm yoxuşuna, həçm də 

enişinə səbəb ola bilərlər. 

Əgər hər hansı bir və ya bir neçə sahədə maşınlara və avadanlığa süni 

şəkildə  kəsgin tələbat artımı başlayıbsa, onda mümkündür ki, bu hal 10-15 ildən 

sonra təkrar olacaq, bu müddət  ərzində isə  həmin maşın və avadanlıqlar tamamilə 

dağıdılacaqdır.  

Əsas kapitalın (daşınan və daşınmayan) fiziki xidmət müddəti bir çox 

iqtisadçılar tərəfindən iqtisadi dövriliyə  səbəb olan ən vacib  daxili faktorlardan biri 

kimi baxılır. 

Digər daxili faktorldara bunlar akid edilir: 

şəxsi istehlak: bunun ixtisarı  və ya artımı istehsalın və  məşğulluğun həcminə 



təsir göstərir; 

- investisiya  yatırımı, yəni istehsalın genişləndirilməsinə, onun 

modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına vəsait qoyuluşu; 

- istehsala, 

tələbata və istehlaka birbaşa yaxud dolayı yolla təsir göstərməkdə 

özünü göstərən dövlətin iqtisadi siyasəti. 

 



Dövri mərhələlər.  İqtisadi dövrün nisbətən parlaq xüsusiyyəti onun böhran 

mərhələsidir.  İqtisadi böhran hər hansı bir məhsula və ya təsərrüfat sahəsinə 

olan tələbat və  təklifin tarazlığının pozulmasından fərqlənir.  İqtisadi böhranlar 

ümumi istehsal artıqlığı, yuxarıdan aşağıya bütün təsərrüfat sisteminin dərin 

sarsıntısı kimi yaranmışdır. 

İstehsal olunan bütün məhsulları maneəsiz olaraq özünə hopduran bazar 

hansı vaxtdasa dolub daşır; əmtəə mal daxil olmaqda davam edir, bu arada isə 

tələbat tədricən azalır, təklifdən geri qalır və, nəhayət tamamilə kəsilir. Həyəcan 

bütün bazara yayılır. Tələbat itir, lakin hər yerdə əmtəə malın nəhəng ehtiyatları 

durur və çoxlu müəssisələr hələ  də tam gücü ilə  işləməkdə davam edir və 

təvalətə görə bazarı yeni-yeni məhsul kütlələri ilə doldurur.Bunun ardınca 

qiymətlərin sürətlə  aşağı düşməsi gəlir.  Ən iri müəssisələr və fabriklər 

müflisləşirlər, maşınlar dayanır, küçələrdə işsizlər  ordusu peyda olur. 

1992-1993-cü illərin böhranı bir çox ölkələrin hökumətlərini milli 

iqtisadiyyatları iqtisadi uçurumdan çıxarmaq üçün tədbirlər görməyə  məcbur 

etdi. 


Dövlət tədbirləri vasitəsilə böhranın aradan qaldırılmasına yönəlmiş 

nəhəng cəhdlər aşağıdakıları nəzərdə tuturdu: 

A) kredit sisteminin əmanətlərə dövlət zəmanəti verilməsi yolu ilə xilası; 

B) dolların ucuzlaşdırılması yolu ilə vergi yükünün 40% aşağı endirilməsi; 

C) kənd təsərrüfatı məhsullarına olan qiymətlərin artırılması; 

Ç) inhisarların yaranmasına (məcburi kartelləşməyə) kömək edilməsi; 

D) ictimai işlərin təşkili yolu ilə işsizliyə qarşı mübarizə aparılması; 

E) əmək haqqının tənzimlənməsi. 

 

Tənəzzül mərhələsi. Böhrandan sonra gələn bu mərhələ xeyli 



uzunmüddətli ola bilər.  İstehsal səviyyəsi stabil qalır, lakin böhrandan qabaqkı 

vəziyyətə nisbətən çox aşağıdır.  İşsizliyin həddi yüksəkdir. Qiymətlərin düşməsi 

dayanır, ssuda faizi azalır, əmtəə mal ehtiyatları sabitləşir. 

Sonrakı  mərhələ -  canlanmadır. Bu mərhələ azacıqda olsa istehsal 

səviyyəsinin artımı ilə müşaiyyət olunur; işsizlik bir qədər azalır. Qiymətlər və ssuda 

faizləri tədricən artmağa başlayır.  Əmtəə mal bazarında yeni sənaye avadanlığına 

ehtiyac artır. Dirçəliş  bəzən çaxnaşma xarakteri daşıyır.  İstehsal səviyyəsi  əvvəlki 

mərhələdə nail olunduğunu üstələyir. Qiymətlər qızğın surətlə qalxır. Əmək haqqının 

xeyli artımı ilə eyni vaxtda işsizlik minimum həddə kimi azalır. 

Elmi-texniki tərəqqinin inkişafını təyin edən sahələrin məhsullarına tələbat 

kəsgin surətdə artır.  İnvestisiya qoyulmuş  məhsulların istehsal miqyasının 

genişlənsəmi ilə  əlaqədar xammal resurslarına tələbat xeyli çoxalır və onlara 

qiymətlər artır.  Əsası canlanma mərhələsində qoyulmuş nisbətsizlik dirçəliş 

mərhələsində güclənir. İqtisadiyyat növbəti dövrəyə yaxınlaşır. 

 

2.İşsizlik və onun növləri  



 

Yüksək işsizlik – həm iqtisadi, həm də sosial problemdir. İqtisadi problem 

ona görədir ki, o, qiymətli resursların məsrəfinə gətirir. Ona görə sosial problemdir ki, 

güc-bəla ilə özünü dolandırmağa çalışan işsizlərə olmazın əzablarını gətirir. 

İşsizlik qadınlara kişilərə nisbətən  daha güclü zərbə endirir, ona görə ki, 

işləyən qadın  əlavə müavinatlar alır.  İşi itirmək – özünü təmin etməni itirmək 

deməkdir, bu isə uzunmüddətli planda peşə ixtisasının itirilməsinə  gətirir. Belə 

vəziyyətdə  ağır ev işləri və ailə büdcəsində  xərclərin artması stress üçün əlavə 

amillərə çevrilirlər. 



İşsizlik sahəsində iqtisadi çatışmazlıqlar böyükdür, pakin sosial 

çatışmazlıqlar sadəcə olaraq nəhəngdirlər. Yüksək və sabit həddli məcburi işsizlik 

dövründə yaranan sosial-iqtisadi bəlaların miqyasını heç bir pul adekvat olaraq ifadə 

edə bilməz. İşin itirilməsi böyük şəxsi faciədir. 

Əmək resursları və işsizlik haqqında olan məlumatlar statistikada nisbətən 

diqqətlə və ətraflı işlənib toplanmış iqtisadi məlumatlar sırasına aid edilir.16 yaşından 

yuxarı bütün əhali dörd qrupa bölünür: 

1)  Məşğullar. Bunlara haqqı ödənilən hər hansı  işi görənlər, və  işi olub, 

xəstəliyə, tətilə və ya məzuniyyətə görə işləməyən adamlar aiddir. 

2)  İşsizlər. Bu qrupa işi olmayan, lakin aktiv şəkildə onu axtaranlar və ya 

əvvəlki iş yerinə qayıdacaqlarını gözləyən adamlar daxildir. 

3)  İqtisadi cəhətdən  fəal olmayan  əhali (işçi qüvvəsinə daxil 

edilməyənlər). Buraya yaşlı əhalinin 34% - başlıca olaraq təhsil alanlar, 

ev təsərrüfatı ilə  məşğul olanlar, pensiyaçılar, xəstəliyinə görə  işləyə 

bilməyənlər yaxud sadəcə olaraq işləmək istəməyənlər daxildirlər. 

4)  İqtisadi cəhətdən  fəal  əhali. Bu qrupa bütün işləyənlər yaxud iş tapa 

bilməyənlər aiddir. 

 

İşsizlik dərəcəsi – ümumi işçi qüvvəsinin işsizlərə bölünmüş sayıdır. 



Əmək bazarını öyrənərkən iqtisadçılar işsizliyin üç müxtəlif növünü 

ayırırlar: friksion (sürtünmə), struktur və dövri. 

Sürtünmə  işsizliyi – insanların öz ömürləri boyu müxtəlif mərhələlərdə 

fasiləsiz olaraq bir sahədən başqa sahəyə, bir işdən başqa işə keçməsi 

nəticəsində yaranır.  İqtisadiyyat tam məşğulluq vəziyyətində olsa belə, onda 

həmişə  hər hansı bir hərəkət olmalıdır. Bu onunla bağlıdır ki, məsələn, ali 

məktəbləri bitirmiş  şəxslər iş axtarışına başlayırlar, yaxud işçi qüvvəsinin 

tərkibinə uşağa qulluğa görə işini buraxmış qadınlar geri qayıdırlar. 

Struktur işsizlik   - əməyə olan tələbat və onun təklifi strukturundakı 

uyğunsuzluq nəticəsində yaranır. Belə uyğunsuzluq ondan irəli gələ bilər ki

işçilərin bir növünə  tələbat artır, digərinə azalır, təklif isə bu dəyişikliklərə 

tədricən uyğunlaşır. 

1990-cı illərin ortalarından başlayaraq qadın məşğulluğu tempinin azaldığı 

qeydə alınır, lakin sabitlik görüntüsü heç də qadınlara qarşı ayrı-seçkiliyin 

azalması, yaxud əmək sahəsində onların mövqeinin möhkəmlənməsi ilə deyil, 

sahələrarası struktur irəliləyişinin nəticəsi kimi izah olunur. Bu irəliləyişin 

mahiyyəti onda idi ki, iqtisadiyyatda aparıcı rolu artıq kişilərin çoxluq təşkil etdiyi 

sənaye və aqrar istehsal sahələri deyil, ənənəvi olaraq qadınların məşğul 

olduqları infrastruktura və xidmət sahələri oynamağa başladı. Belə ki, 1980-ci 

illərin ortalarında ABŞ-da tibb bacılarının kəskin çatışmazlığı yarandı, səbəbi 

isə o idi ki, tibb bacılarının sayı  ləng artır,  əhalinin qocalmasına və başqa 

səbəblərə görə isə onların xidmətlərinə tələbat çoxalırdı. 

Bu struktur çatışmamazlığı o vaxtadək davam etdi ki,  tibb bacılarının 

məvacibləri kəskin  şəkildə artırıldı, onların təklifi isə  dəyişməz qaldı.  Əksinə, 

kömürçülərə olan ehtiyac bu sahədəki əməyin və kapitalın coğrafi səfərbərsizliyi 

ucbatından bir neçə onilliklər boyu azalırdı. Eyni hal 1990-cı illərin 

başlanğıcında müdafiə xərclərinin ixtisarı nəticəsində meydana  çıxdı, bu isə o 

demək idi ki, hərbi sənaye kompleksinin minlərlə fəhləsi işlərini itirəcək, onların 

həmin sahədə yeni iş yerləri tapmaq ümidləri isə minimuma enəcəkdir. 

Dövri işsizlik – o zaman yer alır ki, əməyə ümumi tələbat aşağı düşür. 

Ümumi xərclər azaldıldıqda işsizlik də praktiki olaraq hər yerdə artır. Məşğulluq 

sahəsində 1990-cı illərdə baş vermiş proseslər nəticəsində iqtisadiyyatın rəsmi 

sahəsində iş yerləri kişilər üçün 10%, qadınlar üçün isə 20% ixtisara düşmüşdü. 



Elə bu dövrdə  məşğul olanların ümumi sayında qadınların payı 50,6%-dən 

47,6%-ə kimi enmişdi. 

Leqal iqtisadiyyat sahəsində qadınlar üçün iş yerlərinin  əhəmiyyətli 

dərəcədə ixtisarı  nəinki onların cəmiyyətdəki statusuna mənfi təsir göstərdi, 

eyni zamanda əmək bazarını  və onun agentlərinin – işəgötürənlərin, işçilərin, 

işsizlərin əmək davranışını da deformasiyaya uğratdı. 

Əksər bazarlarda işsizliyin eyni vaxtda artması onu göstərdi ki, işsizliyin 

artımı əsasən dövri xarakter daşıyırdı. 

Dövri və digər növlü işsizlik arasında fərqlərin qoyulması iqtisadiyyatda 

əmək bazarının ümumi vəziyyətinə diaqnoz qoymağa imkan verir. Sürtünmə və 

struktur işsizliyin yüksək səviyyəyə çatması hətta o vaxt yer ala bilər ki, bu vaxt 

bazar tarazlıq vəziyyətində olsun, məsələn, kadrların böyük axıcılığı  və ya iri 

regional nisbətsizliyi dövründə. Dövrü işsizlik geriləmə zamanı, ümumi tələbat 

və təklif arasında tarazlıq pozulanda əmələ gəlir. 

 

2. Struktur dəyişikliklər və restrukturlaşma 



 

Məşğulluğun sahə strukturunda baş verən dəyişikliklərin qender 

xüsusiyyətlərini üzə  çıxarmaq üçün bu halı,  şərti olaraq kəmiyyət və keyfiyyət 

aspektlərinə bölməklə, iki tərəfdən təhlil edək. 

Birincisi, məşğul olanların sayının sahələrarası  dəyişikliklərini kəmiyyət 

baxımından təhlili göstərir ki, işləyənlərin sayının azalması kimi bütün iqtisadiyyat 

üçün ümumi sayılan meyllər fonunda iqtisadiyyatın ayrı-ayrı sahələrində kadr 

proseslərinin dəyişkənlik xarakteri eyni olmamışdır. Məşğulluğun azaldığı sahələrlə 

yanaşı (sənaye, elm, tikinti) , 90-cı illərdə onun artdığı sahələr də (maliyyə, idarəçilik, 

ticarət) də var idi. 

İki sahə – sənaye və ticarət – diqqəti daha çox cəlb edir, belə ki, onlardakı 

məşğulluq dəyişikliyi nəinki kütləvi, həm də çoxsahəli xarakter daşıyırdı. Sənaye elə 

sahə idi ki, orada məşğulluq daha iri miqyaslarda ixtisara düşürdü (qadın iş yerləri 

kişi iş yerlərinə nisbətən daha çox azalırdı), ticarətdə isə kişi və qadın iş yerlərinin 

kütləvi artımı baş verirdi. Hər iki halda qender assimmetriyası, dəyişikliyin qadınların 

ziyanına olduğu özünü göstərirdi,  əməyin bu sahələrdə qender tədqiqi bir də ona 

görə maraqlıdır ki, 1990-cı ildə ümumi işçi yerlərinin çoxu sənayedə idi və burada 

bütün işləyən qadınların 28,6%, kişilərin isə  hər üçdən biri məşğul idi. 1999-cu ildə 

qadın əməyinin cəmləşməsinə görə (8%-ə kimi) ticarət birinci yerə çıxdı. Hazırda isə 

kişilərin də  hər 10-dan biri (10,7%) ticarət sahəsində  məşğuldur (1994-cu ildə bu 

rəqəm 3,2% idi). 

İqtisadiyyat sahəsində  məşğulluq həddinin dəyişməsinə qender tədqiqatı 

baxımından yanaşsaq əgər, onda burada kişi və qadınların məşğulluğu meyillərindən 

asılı olaraq iqtisadiyyat sahələrini 4 qrupu bölmək olar: 

1. Kişilərin və qadınların sayı azalan sahələr (sənaye, tikinti, 

nəqliyyat, elm və elmi xidmət). 

2. Hər iki cinsdən olanları sayca artdığı sahələr (ticarət, 

idarəçilik, maliyyə və kredit, tibb). 

3. Məşğul olan kişilərin sayının artdığı, qadınlarınsa azaldığı 

sahələr (kənd təsərrüfatı, mədəniyyət və incəsənət, 

mənzil-kommunal təsərrüfatı və rabitə). 

4.  Əks tendensiyalı, yəni kişilərin sayının azaldığı, 

qadınlarınsa artdığı sahələr (təhsil).  

 

Mənzil-kommunal xidməti, rabitə, kənd təsərrüfatı  və  mədəniyyət 



sahələrinə  gəldikdə demək olar ki, burada qadınların «sıxışdırılması», iş 


yerlərinin kişilər tərəfindən tutulması meylləri nəzərə çarpır. Qadın 

məşğulluğunun artdığı və kişi məşğulluğunun azaldığı sahələr (təhsil) haqqında 

danışmaq tezdir, belə ki, buradakı dəyişiklik olduqca cüzidir. Bu sahələrə qadın 

axını yalnız onunla izah olunur ki, burada sənaye sahələrinə nisbətən  əmək 

haqqı ən aşağıdır və bu kişiləri cəlb etmir. 

Sahə strukturlarında keyfiyyət dəyişikliklərini qender analizindən keçirsək, 

bu struktur sahələrini məşğulluq və cinsi mənsubiyyət baxımından üç qrupa 

bölmək olar. «Kişi» və ya «qadın» sahələrinə  – bu sahələrdə hansı cinsdən 

olan işçillərin üçdə ikisi qədər çox çalışdığı  əsas götürülür. Üçüncü qrupa 

«qarışıq» sahələr aid edilir ki, bunlarda hər cinsdən olanların sayı 35-65% 

həddində durur. 

Bu qruplaşdırmağa uyğun olaraq 1990-cı ildə iqtisadiyyatın 14 sahəsindən 

7-si «qadın» sahələri adlandırıla bilərdi: maliyyə, tibb, təhsil, ticarət, rabitə, 

mədəniyyət və idarəçilik. «Kişi» sahələrinə meşə təsərrüfatı, nəqliyyat və tikinti 

aid olardı. Cinsə görə məşğulluğun nisbətən tarazlı və yaxud «qarışıq» sahələri 

bunlar təşkil edərdi: sənaye, kənd təsərrüfatı, elm, mənzil-kommunal təsərrüfatı. 

Qender tədqiqatları göstərir ki, 1990-1998-ci illərdə sahə strukturlarında 

keyfiyyət dəyişikliyinin nəticəsi bu olmuşdur: 14 sahənin 11-də qadınların 

məşğulluq sayı azalmışdır, o cümlədən bütün «qadın» sahələrində (təhsildən 

başqa), bütün «qarışıq» sahələrdə və üç «kişi» sahəsinin birində (tikinti). Qadın 

məşğulluğunun xeyli azalması  həmçinin idarəçilik, maliyyə, rabitə  və ticarət 

sahələrində də baş vermişdir. 

Məşğulluqda 1998-ci ildə baş vermi sahələrarası  dəyişiklik nəticəsində 

iqtisadiyyatın «qadın» sahələrinin sayı azalmış, «kişi» sahələrinin sayı isə kənd 

təsərrüfatı sahəsi hesabına artmışdır. 

Bu sahə  dəyişikliklərini proqressiv saymaq olarmı? Bəlkə  də, olar. Axı 

əgər 90-cı illərin  əvvəllərində  əmək məşğulluğu strukturunu «sənaye» kimi 

xarakterizə etmək olardısa, indi bazar infrastrukturunun və xidmət sahələrinin 

qabaqlayıcı templə inkişafı dövründə bu «postsənaye cəmiyyət» məşğulluğu 

anlayışına daha uyğundur. 

Ənənəvi olaraq məşğulluqda qadınların üstünlük təşkil etdikləri 

infrastruktur və xidmət sahələrinin sürətlə inkişafı  əmək bazarında onların 

mövqelərinin bir qədər stabilləşməsinə kömək etdi. Lakin defisit fəhlə yerləri 

uğrunda mübarizədə qadınlar çox vaxt uduzurdular. Beləliklə  də, məşğulluğun 

sahə strukturlarındakı yeniləşmənin «qiyməti» açıqca olaraq qender aspekti 

daşıyırdı.  İşə götürmədə  və  işdən çıxarılmada ayrı-seçkilik xarakterinin 

saxlanmasını onda görmək olardı ki, struktur dəyişikliyi ilə  əlaqədar qadınların 

işitirmə və yeni iş yeri tapmamaq şansı yüksək qalırdı, yəni, əvvəlki kimi, onları 

işdən birinci çıxarır, işə axırıncı götürürdülər. 

İqtisadi restrukturlaşma struktur dəyişikliklərinin həm  əlaməti, həm də 

nəticəsidir. Onlar tək bir ölkədə və ya ölkələr arasında gəlir artımının böhranına 

və  rəqabətin güclənməsinə  səbəb olan qüvvələri azad edirlər. Struktur 

dəyişiklikləri həyata keçirilməsi iqtisadi və sosial proseslərin faktiki olaraq 

gündəlik yenidən təşkilini tələb edir. Məsələn, yenidən struktur dəyişikliyi özünü 

fəhlə  iş yerlərinin xeyli ixtisar olunmasında, istehsalı azaltmaq məqsədilə 

fəhlələrin  əməyinin daha ucuz başa gəldiyi və vergi rejiminin daha yumşaq 

olduğu yerlərə keçirilməsində göstərə bilər. 

Yenidən struktur dəyişikliyi həm istehsal, həm də  təkrar istehsal 

sahələrində yer alır. Restrukturlaşma həm də  gəlirlərə  və  məşğulluğa 

münasibətdə qadınların bərabərsizliyini gücləndirir və  dərinləşdirir, belə ki, 

əmək bazarında qadın iş yerlərinin sabitsizliyini saxlayır.  



Yenidən struktur dəyişiklikləri, sosial qrup kimi, qadın maraqlarının sinfi 

parçalanmasının güclənməsinə  səbəb olur və  hələ ki ictimai istifadədə qalmış 

nazik «kökə tikələri» uğrunda mübarizə aparmaq məcburiyyətində olan irqi 

qruplar arasındakı münasibətləri gərginləşdirir. 



 

 

Yüklə 52,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə