Mövzu. Dünyanın yeddi möcüzəsi



Yüklə 445 b.
tarix25.11.2017
ölçüsü445 b.
#12341


MÖVZU.

  • Dünyanın yeddi möcüzəsi.


1.Misir piramidaları.

  • Misir ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

  • Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.

  • Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoqurta çevrilir.

  • Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.

  • Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.

  • Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu vermədən "mumiyalaşır".

  • Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.

  • Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir.



2.Tac mahal.

  • Hindistanda Baburlular dövrünün memarlıq xarüqələri çoxdur və bunlar bü gün bütöv şəkildə durmaqda, seyr edənləri heyran qoymaqdadır. Bu gün Pakistanın ən çox turist cəlb edən yerlərindən biri olan Lahur sarayı, həmin şəhərdə dünyanın ən geniş və yaraşıqlı Padşah məscidi, Aqra, Dehli, Heydərabad və digər şəhərlərdəki saray və camelərin hər biri ayrılıqda bütöv memarlıq şah əsərləridir. Ancaq yer üzündə heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyildir.

  • Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

  • Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi. Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yeməkdən, içməkdən qalmış, evdən eşiyə çıxmamışdı. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığı göründü.

  • Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm olmalı idi. Bunun üçün dünyanın ən böyük ustalarını tapacaq, xəzinəsini bu əsərə xərcləməyi onların ixtiyarına verəcəkdi. Bu məqsədlə İstanbuldan memarlar gətirtdi.



3.Böyük kanyon.

  •  ABŞ-ın Arizona əyalətində yerləşən dünyanın ən köhnə milli parklarından olan Böyük Kanyon, hələ nə qədər böyük olduğu mövzusunda müzakirələr yarada bilər. NASA-nın peyklərindən biri tərəfindən çəkilən fotoşəkil, nəhəng parkın böyüklüyü haqqında olduqca təsir edici bir dünyagörüşü təqdim edir. Böyük Kanyon, dünyadakı ən köhnə və böyük geoloji meydana gəlmələrdən birini təmsil edir. 446 km uzunluğundakı milli parkın genişliyi 29 km-ə, dərinliyi isə 1.9 km-ə çatır. Hal-hazırda Böyük Kanyonun nə qədər sahə əhatə etdiyi haqqında hələ də müzakirələr yaşanır. NASA-nın Dünyanı müşahidə edən peyklərindən Terra tərəfindən çəkilən fotoşəkil, kanyonun böyüklüyünü əhəmiyyətli bir şəkildə gözlər önünə sərdi. Böyük Kanyonun ən az 6 milyon illik olduğu düşünülür. Ancaq qısa bir müddət əvvəl kanyonun qərbində 70 milyon illik qayalardan aşındığı ifadə olunan parçalar tapılmışdı. Qayaların, kanyonu kəsən Kolorado çayının əks istiqamətində şərq tərəfdən irəlləyən qıdim bir cay tərəfindən aşındığı düşünülür.



4.Böyük çin səddi.

  • Dünyanın 7 möcüzəsi arasında göstərilən və kosmosdan adı gözlə göründüyü iddia edilən Çin səddinin uzunluğu 6min 300 deyil , 8 min 851.8 kilometr olduğu bildirildi. Çin dövlət mətbuatının məlumatına görə, Çin mədəni miraslar idarəsi ilə dövlət xəritəçəkmə bürosu iki il davam edən ortaq araşdırmaların nəticələrini açıqladı. Nəticələrə əsasən Çin səddinin 1368-1644-cü illər arasında hökm sürən Ming sülaləsi dövründə uzunluğu təxmin edilən 6 min 300 kilometrdən 2 min 551.5 kilometr daha uzun olduğu məlum olub. Lakin səddin uzunluğu barəsində hələlik ortaq bir nəticə əldə olunmayıb. Qeyd edək ki, 1987-ci ildə BMT-nin dünya siyahısına alınmış Çin səddindən , ölkənin cənubundakı 10 bölgə şəhər və muxtariyyət keçir. Çin səddinin Pekindəki hissələri, dünyanın minlərlə turisti tərəfindən ziyarət edilən məkanlardan biridir. /xəzər xəbər/



5.Roma kolizeyi.

  • Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) - Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır. Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa edilmişdir. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi.

  • Varvarların hücumlarından sonra tikilii dağıdılmağa başlanır. XI əsrdən 1132-ci ilədək adlı-sanlı romalılar üçün qala funksiyası daşımışdır. 1332-ci ildə burada öküz döyüşləri keçirilirmiş. Bu vaxtdan etibarən onun dağıdılması davam etdirilir. Onun daşlarından tikinti materialı mənbəyi kimi, digər tikililərin inşasında istifadə edilmişdir. Papa II Pavel Venesiya sarayının tikintisi üçün daşları məhz buradan götürmüşdür. Amfiteatrda V-IX əsrlərdə kustar fabriklər də fəaliyyət göstərmişdir



6.Zevsin heykəli.

  • Yunanıstanın cenubunda, Olimpiya oyunlarının veteni olan Olimpiyadakı mebedde qedim yunanların baş allahı Zevsin heykeli vardı. Böyük heykelteraş Fidi terefinden texminen 2500 il bundan qabaq, eramızdan evvel 5-ci esrde yaradılmış bu heykel dördüncü möcüze idi. Qızıldan, fil sümüyünden ve qarağacdan düzeldilib qiymetli daş-qaşlarla bezedilmiş 14 metrlik neheng heykel Zevsi taxtda oturmuş veziyyetde tesvir edirdi. Onun başında qızıldan düzeldilen zeytun budaqlarından hörülmüş çeleng (bu, zehmli allahın sılhsever olmasına işare idi) vardı. Zevsin başı, çiyinleri, qolları, sinesi fil sümüyünden yonulmuşdu. Sol iynine saldığı bürünceyi (plaşı), saçları ve saqqalı ise qızıldan idi. Fidi Zevse necib insan görkemi vermişdi. Zevsin saqqalı ve qıvrım saçlarla haşiyelenmiş sifeti tekce ciddilik yox, hem de xeyirxahlıq tesiri bağışlayırdı.



7.Babilin asma bağları.

  • Semiramidanın asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir.

  • Məlikənin - Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar "Semiramida bağları" adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb.



Lakin dünyanın yeddi möcüzəsi bununla bitmir.



Allahımızın bizə bəxş etdiyi adi görünsədə əslində ən böyük möcüzələr bunlardır.



1.Görmək



2.Eşitmək



3.Duymaq.



4.Dadmaq



5.Hiss etmək.



6.Gülmək.



7.Sevmək.



Hazırladı.Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseyin x sinif şagirdi Həsənzadə Aynur.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə