Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
  1   2   3   4   5   6   7   8   9   ...   84



 
  
MÖVZU 1.  
HÜQUQUN ƏSAS ANLAYIŞI  VƏ KATEQORİYALARI  
 
 
P L A N 
 
1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi. 
 2. Hüquq normaları. 
3. Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar. 
4. Hüquq sahələri, anlayışı və sistemi. 
5. Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri.  
6. Hüquq pozuntusunun anlayışı, tərkibi və növləri.   
7
. Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri  
 
   1. HÜQUQUN ANLAYIŞI. DÖVLƏT VƏ HÜQUQUN QARŞILIQLI ƏLAQƏSI 
 
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət 
olunduğu  şəraitdə  normal  fəaliyyət  göstərə  bilər.  İctimai  həyatın  təşkilində,  insanların 
davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. 
Hüquq  anlayışı  haqqında  məsələ  mübahisəlidir.  Hüquq  elminin  müxtəlif  sahələrinin 
nümayəndələrinin  hüquqa  vaxtilə  vermiş  olduqları  və  hal-hazırda  verdikləri  müxtəlif  
təriflər mövcuddur. 
Hüququn  mahiyyəti  ilə  bağlı  nəzəriyyələrdən  biri  olan  təbii  hüquq  nəzəriyyəsi 
hesab  edir  ki,  hüququn  özündə  ədalətin  mütləq,  dəyişməz  başlanğıcı  vardır,  o  təbii 
olaraq  mövcuddur,  təbii  hüquq,  sanki  müəyyən  cəmiyyətdə  mövcud  olan  hüquq 
normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur. 
Hüququn  tarixi  məktəbi  hesab  edir  ki,  hüquq  tarixi  təkamülün  üzvi  tərkib 
hissəsidir,  torpağa  atılan  dən  kimi  o  xalqın  şüurunda  yetişir,  adətlər  və  qanunlar 
şəklində təzahür edir.  Hüquq təbiətən  meydana  gəlmir, onun  necəliyini  müvafiq  xalqın 
tarixi həyatı müəyyən edir. 
Hüququn  psixoloji  məktəbi  hüququn  meydana  gəlməsini  və  fəaliyyətini 
cəmiyyətin  sosial  iqtisadi  həyatı  ilə  yox,  şəxsiyyətin  (şəxsin,  qrupun)  psixologiyası  ilə 
izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır. 
Hüquq ədəbiyyatlarına əsaslanaraq hüquqa aşağıdakı tərifi vermək olar: 
Hüquq  -  dövlətin  müəyyənləşdirdiyi  və  ya  sanksiyalaşdırdığı  və  onun  gücü  ilə 
qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur. 
Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada 
işlədilir:  a)         obyektiv hüquq və ya obyektiv mənada hüquq; 
Hüquq  normaları  sistemində  ifadə  olunan  ümumməcburi  davranış  qaydalarının 
məcmusu kimi hüquq obyektiv hüquqa aiddir; 
    b) 
subyektiv 
hüquq 
və 
ya 
subyektiv 
mənada 
hüquq.                
          Subyektiv  hüquq  və  ya  başqa  sözlə  «subyektin  hüququ»  -  bu  konkret  şəxsə 



 
məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ). 
Subyektiv  hüquq  şəxsiyyətin  azadlığını,  bu  və  ya  digər  davranışının 
mümkünlüyünü,  sərbəstlik  və  təşəbbüskarlıq  göstərmək  imkanmı  hüquqi  cəhətdən 
təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək 
hüququ  əməyə  münasibətdə  öz  qabiliyyətindən  sərbəst  istifadə  etmək,  bu  və  ya  digər 
peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla 
işləmək  imkanını  ifadə  edir.  Alimlərin  əksəriyyəti  bu  fikirdə  yekdildirlər  ki,  subyektiv 
hüquqda başlıcası, sərbəst  fəaliyyət  göstərmək, şəxsi davranış  növünü  və onun  həddini 
sərbəst  seçmək  imkanıdır.  Bununla  bərabər,  bəzi  tədqiqatçılar  hesab  edirlər  ki, 
subyektiv  hüquqların  bu  xarakteristikasına  əlavələr  etmək  lazımdır.  Məsələn,  onlar 
müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı 
tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla 
yol  verilən  tədbirlərə  əl  atmaq  imkanlarını  göstərirlər.  Lakin  bu  əlavələr  subyektiv 
hüquqları  xarakterizə  edən  başlıca  əlamətləri  nəzərə  alır:  subyektiv  hüquq  -  qanun 
çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır. 
Əgər  subyektiv  hüquq  bu  və  ya  digər  qanunauyğun  davranışı  seçmək  imkanını 
ifadə  edirsə,  vətəndaşın  üzərinə  qoyulan  qanunvericiliklə  müəyyən  olunan  və  dövlət 
tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur. 
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  riayət  etməli,  başqa 
şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır. 
Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. 
Hüquq  sıx  qarşılıqlı  əlaqədə  olduğu  dövlətlə  birlikdə  inkişaf  edir.  Bu  qarşılıqlı  əlaqə 
aşağıda göstərilənlərdə təzahür edir: 
1.  Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki,  dövlət elə bir 
siyasi mexanizmdir ki,  o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) 
şəklində  formalaşdırır.  Qanun  -  dövlətin  müvafiq  səlahiyyətli  orqanlarının  (parlament, 
hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir. 
2.  Dövlət  hüquq  normalarının  həyata  keçirilməsini  təmin  edir,  hüququ  qoruyur. 
Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq 
normalarını  cəmiyyətdə  fəaliyyət  göstərən  digər  sosial  normalardan  (məsələn,  adət, 
əxlaq və s.) fərqləndirir. 
3.  Yalnız  hüququn  dövlətə  ehtiyacı  yox,  həmçinin  dövlətin  də  hüquqa  ehtiyacı  var.  O 
hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. 
Belə 
ki, 
dövlət 
aparatının 
fəaliyyəti 
qanunvericiliyin, 
hüququn 
möhkəmləndirilməsini  tələb  edir.  Söhbət  dövlət  orqanları  sisteminin  daha  əlverişli 
təşkilindən,  onların  səlahiyyət  və  fəaliyyətlərinin  əsas  istiqamətləri  və  prinsiplərinin 
müəyyən edilməsindən gedir. 
Bütün  bunlar  dövlət  orqanlarının  özbaşınalığını  aradan  qaldıran  vacib  şərtlərdir, 
cəmiyyətdə  qanunçuluq  rejiminin  elementləridir,  vəzifəli  şəxslə  vətəndaş  arasında 
qarşılıqlı əlaqənin əsasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə