Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   2   3   4   5   6   7   8   9   ...   84


 
müəyyən  növünün  özünəməxsusluğu  var  ki,  bu  da  öz  növbəsində  bu  münasibətlərin 
hüquqi  xüsusiyyətlərini  təyin  edir.Ona  görə  də  hüququn  sahələr  üzrə  bölüşdürülməsi 
üçün hüquqi nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir. 
Hüquqi  nizamlanma  metodu  -  elə  üsul  və  vasitələrin  məcmusudur  ki,  bunların 
vasitəsilə  hüquq  ictimai  münasibətlərə  təsir  edir.  Məsələn,  mülkiyyət  əlaqələrinin 
iştirakçıları  -  bu  bir-birindən  asılı  olmayan  öz  əmlaklarından  sərbəst  istifadə  etməyə 
malik 
olan 
şəxslərdir. 
Onlar 
aralarındakı 
münasibətləri 
razılaşdırmaq 
və 
müəyyənləşdirmək imkanı əldə etmək üçün öz aralarında müqavilə bağlayırlar. Onların 
arasındakı mübahisələrə məhkəmələr baxır. 
Dövlət  idarəetmə  sahəsində  meydana  gələn  münasibətlər  başqa  nizamasalma 
metodu  tələb  edir,  belə  ki,  bu  sahədə  tərəflərin  bərabərliyi  yoxdur;  burada  əlaqələr 
tabeçilik  əsasında  qurulur.  Hakimiyyət  səlahiyyəti  hüquq  norması  vasitəsilə  münasibət 
tərəflərindən birinə şamil edilir. 
Beləliklə,  əgər  hüquqi  nizamasalma  predmeti  bu  hüquq  sahəsinin  təsir  etdiyi 
ictimai  münasibətlər sferasını aşkar etməyə imkan  verirsə, hüquq  nizamasalma  metodu 
təsiretmə, tənzimləmə vasitəsi kimi çıxış edir ki, bu da həmçinin (predmetlə yanaşı), bu 
hüquq sahəsini xarakterizə edir. 
Hüquq  sistemi  özündə  aşağıdakı  əsas  sahələri  birləşdirir:  konstitusiya  hüququ, 
inzibati  hüquq,  maliyyə  hüququ,  aqrar  hüququ,  mülki  hüquq,  ailə  hüququ,  əmək 
hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq və s. 
Hüquq  sistemində  aparıcı  yeri  konstitusiya  hüququ  tutur.  Bu  onunla  əlaqədardır 
ki, konstitusiya hüquq normalarında elə ilkin başlanğıclar təşəkkül tapır ki, onlar başqa 
hüquq sahələrinin əsasını təşkil edir. 
Azərbaycanın  Konstitusiya  hüquq  normalarının  əksər  hissəsi  Azərbaycan 
Respublikası  Konstitusiyasında,  habelə,  digər  qanunvericilik  aktlarında  (məsələn, 
vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur. 
Konstitusiya  hüquq  normaları  konstitusiya  quruluşunun  əsaslarını,  insan  və 
vətəndaşın  hüquqi  vəziyyətini,  dövlət  hakimiyyəti  və  yerli  özünüidarə  sistemini, 
Azərbaycanın dövlət quruluşunu, hüquq və qanunvericilik sistemini və başqa məsələləri 
təsbit edir. 
Konstitusiya hüququ ilə, normaları icra hakimiyyəti sahəsində (hökumət, nazirlik 
və  idarə,  idarəetmənin  yerli  orqanları)  təşəkkül  tapan  idarəçilik  münasibətlərini 
nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir. 
Maliyyə  hüququ  dövlətin  maliyyə  prosesi  və  büdcə  fəaliyyətində,  bankların  və 
digər maliyyə idarələrinin fəaliyyətində meydana gələn münasibətləri nizamlayır. 
Aqrar  hüququ  təşkil  edən  hüquq  normalar  sistemi  torpaqdan  istifadə  ilə  bağlı 
münasibətləri  nizamlayır  (torpaqdan  səmərəli  istifadə,  torpaq  üzərində  mülkiyyət 
hüququnun qorunması və s.). 
Mülki  hüquq  -  əmlak  münasibətlərini,  bəzi  şəxsi  qeyri-əmlak  münasibətlərini 
(məsələn,  ad  hüququ,  müəlliflik  hüququ  və  s.)  nizamlayan  hüquq  sahəsidir.  Onun 
mühüm hissəsini mülkiyyət münasibətləri, vərəsəlik münasibətləri və s. təşkil edir. 



 
Mülki  hüquqla ailə  hüququ da  yaxın  hüquq sahələri  hesab olunur,  hansı ki, o  da 
əmlak  və  qeyri-əmlak  münasibətlərini  yalnız  xüsusi  sahədə  -  ailə-nikah  münasibətləri 
sahəsində tənzimləyir. 
Əmək  hüququ  əmək  münasibətlərinin  meydana  gəlməsi,  dəyişməsi  və  xitamı 
şərtlərini  müəyyən  edir,  iş  vaxtını  və  istirahət  vaxtının  müddətini  təyin  edir,  əmək 
intizamı, əməyin mühafizəsi məsələlərini və s. nizamlayır. 
Cinayət  hüquq  normalarının  köməyi  ilə  dövlət  hansı  ictimai-təhlükəli  əməlin 
cinayət kimi tövsif olunduğu və bu əmələ görə hansı cəzanın təyin olunmasını müəyyən 
edir. Cinayət hüquq normaları cinayət məcəlləsində konkretləşdirilmişdir. 
Yuxarıda sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini özündə ifadə 
etdirməklə  maddi  hüquq  sahələri  adlandırılır,  bununla  belə  hüquq  elmində  prosessual 
hüquq sahələri də ayrılır. Bunlara mülki prosessual hüquq və cinayət prosessual hüququ 
aid etmək olar. 
Mülki  prosessual  hüquq  normaları  məhkəmələrin  mülki,  ailə,  əmək,  aqrar, 
maliyyə münasibətləri və s. sahələrdə meydana gələn mübahisələrə baxması ilə əlaqədar 
fəaliyyəti nizamlayır. 
Cinayət - prosessual hüququ cinayət işlərinin təhqiqatı, ibtidai istintaqı və onlara 
məhkəmədə  baxılması  ilə  əlaqədar  hüquq-mühafizə,  istintaq,  prokurorluq  orqanlarının 
fəaliyyətini tənzimləyir. 
 
 
5. HÜQUQ MÜNASIBƏTLƏRI: ANLAYIŞI, XÜSUSIYYƏTLƏRI VƏ 
SUBYEKTLƏRI 
Məlum  olduğu  kimi,  insanlar  bütün  həyatı  boyu  müxtəlif  ictimai  əlaqələrə  daxil 
olurlar  ki,  bunların  da  əksər  hissəsini  hüquq  normaları  ilə  tənzim  edilən  hüquq 
münasibətləri  təşkil  edir.  Ümumi  davranış  qaydalarından  ibarət  olan  ictimai 
münasibətlərin  hüquq  normaları  vasitəsilə  həyata  keçməsi,  reallaşması  nəticəsində 
hüquq  münasibətləri  əmələ  gəlir.  Hüquq  normaları,  məhz  hüquq  münasibətlərinin 
köməyi ilə realizə olunur. 
Hüquq  münasibətləri  üçün  onun  iştirakçılarının  (subyektlərinin)  subyektiv 
hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları 
üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir. 
Ona  görə  də  hüquq  münasibətlərinə  şəxslər  arasında,  onların  qarşılıqlı  hüquq  və 
vəzifələrində  ifadə  olunan,  hüquqi  əlaqə  kimi  baxmaq  olar.  Qarşılıqlı  hüquq  və  vəzifə 
olmadan  hüquq  münasibətinin  özü  yoxdur.  Məsələn,  hər  bir  tələbə  ilə  ali  məktəb 
arasında hüquq münasibəti vardır. Tələbənin təhsil almaq hüququ vardır, ali məktəb isə, 
öz  növbəsində  təhsil  proqramına  uyğun  olaraq  ona  müvafiq  biliklər  əldə  etmək  üçün 
şərait yaratmağa borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq 
münasibətlərinin hüquqi məzmununu təşkil edir. 
Hüquq elmində «hüquq  münasibətlərinin tərkibi» anlayışından istifadə olunur ki, 
onun da elementləri aşağıdakılardır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə