Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   39   40   41   42   43   44   45   46   ...   84

92 
 
bildirilməsinə yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin 
razılığı  ilə  yol  verilir.  Məsələn,  iştirakçılarından  birinin  müqavilənin  şərtlərinin 
dəyişdirilməsi  haqqında  verilmiş  təklifinə  digər  tərəfin  susması  onun  razılığını 
göstərir. 
Əqdlər  üçün  ən  mühüm  əhəmiyyət  kəsb  edən  psixoloji  amillərdən  biri  də 
motivdir.  Motivi, əqdin əsasından fərqləndirmək lazımdır. Əqdin əsasını hüquqi 
məqsəd,  hüquqi  nəticə  təşkil  edir.  Məsələn,  alqı-satqı  müqaviləsində  məqsəd 
əşyanı alıcının mülkiyyətinə verməkdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 
əqdin  əsası  təsadüfi  məqsəd  olmayıb,  həmin  əqd  üçün  tipik  və  daimi  xarakter 
daşıyır.  Əqdin  əsası  həyata  keçirilə  bilən  və  qanuni  olmalıdır.  Əgər  bağlanan 
vaxt  əqdin  məqsədi  həyata  keçirilə  bilən  deyildirsə,  onda  o,  hüquqi  əhəmiyyət 
kəsb  etmir.  Hüquqi  nəticə  yaratmaq  niyyəti  ilə  deyil,  yalnız  görünüş  üçün 
bağlanan əqd etibarsızdır. 
Motiv  isə  şəxsi  hər  bir  halda  müqavilə  bağlamağa  sövq  edən  psixoloji 
amildir.  Buna  görə  də  əqdin  motivləri  çoxsaylı,  əsas  isə  bir  dənədir.  Motivlər 
əqddən  kənarda  qalır,  onun  məzmununda  öz  ifadəsini  tapmır  və  hüquqi  fakt 
mənası  daşımır.  Məsələn,  əgər  şəxs  ad  günündə  hədiyyə  vermək  üçün  hər 
hansı  bir  əşya  alırsa,  onda  bu  motiv  alqı-satqı  müqaviləsinin  hüquqi  tərkibinə 
daxil edilmir. 
Əqdlərin  növləri.  Mülki  hüquqda  əqdlər  müxtəlif  əsaslara  görə 
təsnifləşdirilir. 
İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli 
əqdlərə  bölünür.  Mülki  qanunvericiliyə  və  ya  tərəflərin  razılaşmasına  uyğun 
olaraq,  bağlanması  üçün  bir  tərəfin iradə  ifadəsinin  zəruri  və  yetərli  olduğu  əqd 
birtərəfli əqddir. Vəsiyyətnamənin  tərtib edilməsi,  etibarnamənin verilməsi və  s. 
birtərəfli  əqdlərə  misal  ola  bilər.  Adətən,  birtərəfli  əqd  bir  şəxs  tərəfindən 
bağlanılır.  Birtərəfli  əqddə  iradə  bir  neçə  şəxs  tərəfindən  ifadə  oluna  bilər. 
Məsələn, ümumi etibarnamənin verilməsi və s. 
Bəzən  birtərəfli  əqdin  hüquqi  nəticələr  yaratması  üçün  iradə  ifadəsinin 
ünvanlanmış  şəxs  tərəfindən  qəbul  edilməsi  lazım  olur.  Əgər  bu  şəxs,  belə 
iradə  ifadəsinin  mövcudluğunu  bilmirsə,  onda  birtərəfli  əqd  hüquqi  əhəmiyyət 
kəsb  etmir.  Belə  ki,  əgər  müqavilənin  pozulması  haqqında  xəbərdarlıq  digər 
tərəfə çatmayıbsa, onda o, hüquqi nəticələr yarada bilməz. 
İki  tərəfin  qarşılıqlı  iradə  ifadəsinin  razılaşdırılması  ilə  yaranan  əqdlərə 
ikitərəfli  əqdlər  deyilir.  İkitərəfli  əqdlər  müqavilə  adlanır.  İkitərəfli  əqdlər,  əqdin 
ən  geniş  yayılmış  növüdür.  Ikitərəfli  əqdlərə,  alqı-satqı,  əmlak  kirayəsi,  sığorta 
və s. müqavilələr misal ola bilər. 
Üç  və  ya  daha  çox  tərəf  arasında  iradə  ifadəsinin  razılaşdırılmasından 
yaranan  əqdlərə  çoxtərəfli  əqdlər  deyilir.  Məsələn,  bir  neçə  hüquqi  şəxsin  yeni 
binalar tikməsi üçün müqavilə bağlaması. 
Əqdlər  əvəzli  və  əvəzsiz  olmaqla  iki  yerə  bölünürlər.  Əvəzli  əqddə  bir 
tərəfin etdiyi hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı 
olaraq  müəyyən  hərəkət  edir  və  yaxud  əmlakın  dəyərini  ödəyir.  Məsələn,  alqı-
satqı  müqaviləsində  satıcının  vəzifəsi  əşyanı  vermək,  alıcının  vəzifəsi  isə 
müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir. 
Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir. 
Bundan  fərqli  olaraq  əvəzsiz  əqdlərdə  tərəfiər  bir-birilərindən  qarşılıqlı 
təminat  almırlar.  Məsələn,  bağışlama,  əmlakdan  əvəzsiz  istifadə  müqavilələri 
əvəzsizdir. Bəzi əqdlər həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi 


93 
 
belə  əqdlərə  misal  ola  bilər.  Əvəzsiz  əqdlər  əsasən,  fiziki  şəxslər  arasında 
bağlanır. Hüquqi şəxslər arasında bağlanan əqdlər bir qayda olaraq əvəzlidir. 
Mülki  hüquqda  konsensual  və  real  əqdlər  fərqləndirilir.  Konsensual 
(latınca  consensus  -  razılaşma,  saziş)  əqdlərin  bağlanması  üçün  əqddə  iştirak 
edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki 
dövriyyədə  bağlanan  əqdlər  konsensual  xarakter  daşıyır.  Məsələn,  alqı-satqı, 
podrat müqavilələri və s. 
Real  əqdlərin  bağlanması  üçün  razılığın  olması  kifayət  deyil.  Burada 
əşyanın  verilməsi,  əqdin  predmetinin  göz  qabağında  olması  mütləq  lazımdır. 
Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s. 
Hüquqi  əsasından  asılı  olaraq  əqdlər  kauzal  və  mücərrəd  əqdlərə 
bölünürlər.  Həqiqiliyi  (etibarlılığı)  əqdin  əsasından  asılı  olan  əqdlərə  kauzal 
(latınca causa - səbəb) əqdlər deyilir. Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal 
xarakter  daşıyır.  Kauzal  əqdin  əsas  cəhəti  onun  hər  hansı  bir  hüquqi  məqsəd 
güdməsindədir. Məsələn, əmlak kirayə müqaviləsinin məqsədi əşyanı istifadəyə 
qoymaq,  borc  müqaviləsinin  məqsədi  isə  pulu  və  ya  əşyanı  verməkdir.  Kauzal 
əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir. 
Həqiqiliyi  əqdin  əsasından  asılı  olmayan  əqdlərə  mücərrəd  əqdlər  deyilir. 
Mücərrəd  latınca  abstrakt  sözündəndir,  «qoparma»,  «ayırma»  deməkdir. 
Mücərrəd  əqd  öz  məqsədindən  ayrılmış  olur.  Bu  əqdlərə  vekseli  misal 
göstərmək olar. 
Mülki  qanunvericilikdə  əqdlər  müddətli  və  şərti  əqdlərə  bölünürlər.  Əksər 
hallarda  əqdlərdə  müddət  göstərilir.  Belə  hallarda  əqdin  hüquqi  nəticələri 
müəyyən  vaxtın  kəsilməsi  ilə  bağlı  olur.  Əqddə  müddət  üç  məna  daşıyır. 
Başlanğıc  müddət  əqdin  tərəflərinin  hüquq  və  vəzifələrinin  yarandığı  anı,  icra 
müddəti  əqdin  yerinə  yetirilməsi  vaxtını,  sonuncu  müddət  isə  əqdin  xitam 
olunduğunu göstərir. 
Əqddə  müddət  müəyyən  və  qeyri-müəyyən  ola  bilər.  Əgər  vaxt  dəqiq 
göstərilməyibsə,  onda  vəzifəli  şəxs  (kreditor)  istənilən  vaxt  əqdin  icrasını  tələb 
edə  bilər.  Əgər  tərəflər  hüquq  və  vəzifələrin  əmələ  gəlməsini  baş  verib-
verməyəcəyi  məlum  olmayan  hallardan  asılı  etmişlərsə,  əqd  şərtlə  bağlanmış 
sayılır. Əqdlər aşağıdakı şərtlərlə bağlana bilər: 
a) pozitiv şərt; 
b) neqativ şərt; 
c) təxirəsalıcı şərt;  
   
ç) ləğvedici şərt. 
Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş 
verəcəyi  şərti  ilə  bağlanmışdır.  Əgər  həmin  müddət  bitmiş  və  hadisə  baş 
verməmişsə, 
şərt 
qüvvədən 
düşmüş 
sayılır. 
Əgər 
müddət 
müəyyənləşdirilməyibsə  şərt  istənilən  vaxt  yerinə  yetirilə  bilər.  Hadisənin  baş 
verməsinin  mümkünsüzlüyü  aydın  olduqda  şərt  qüvvədən  düşmüş  sayıla  bilər 
(Mülki Məcəllənin 328.4-cü maddəsi). 
Neqativ  şərt  o  deməkdir  ki,  əqd  hansısa  hadisənin  müəyyən  müddətdə 
baş  verməyəcəyi  şərtilə  bağlanmışdır.  Əgər  həmin  müddət  bitənədək  hadisə 
baş verməzsə və  ya həmin  hadisənin  baş verməsinin mümkünsüzlüyü müddət 
bitənədək  aydın  olarsa,  şərt  yerinə  yetirilmiş  sayılır.  Əgər  müddət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə