Mövzu hüququn əsas anlayişi və kateqoriyalari


MÖVZU 2: HÜQUQ SİSTEMİNİN KONSTİTUSİYA ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   2   3   4   5   6   7   8   9   10   ...   84

13 
 
MÖVZU 2: HÜQUQ SİSTEMİNİN KONSTİTUSİYA ƏSASLARI 
 
P L A N 
1. Dövlətin anlayışı.  Dövlətin formaları. 
2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. 
3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.  
4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi 
mahiyyəti. 
5. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.  
6. Azərbaycan dövlətinin konstitusiya statusu. 
7. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri.   İnsan 
və  vətəndaşın  əsas  hüquq  və  azadlıqları:      sosial-iqtisadi  və 
hüquqlar.  
8. Azərbaycan Respublikası vətəndaşlığı . 
9.Qeyri-hökumət  təşkilatlarının  (İctimai  birliklərin)  hüquqi  statusunun 
əsasları. 
 
1. Dövlətin anlayışı. Dövlətin formaları. 
Dövlət,  cəmiyyətin  daxili  təkamülünün  məhsulu  olub,  obyektiv  olaraq, 
təşkilati  yetkinliyə  məruz  qalmışdır.  Müxtəlif  zamanlarda  və  müxtəlif  şəraitdə 
dövlət  cəmiyyəti  idarə  edən  təşkilati,  hökmranlıq  mexanizmi  kimi  çıxış  edir. 
Dövlətin  daimi  mahiyyəti  yoxdur,  o,  deyildiyi  kimi  ibtidai  icma  cəmiyyətində 
olmamış,  yalnız  ibtidai  icma  cəmiyyətinin  final  mərhələsində  müxtəlif 
səbəblərdən,  hər  şeydən  əvvəl  yaşamağın  yeni  təşkilati-əmək  formaları  və 
insanların təkrar istehsalı ilə əlaqədar  yaranmışdır. Söhbət təsərrüfat  həyatının 
təşkilinin  yeni  formasına  keçiddən  gedir  ki,  bu  da  cəmiyyətin  sosial 
təbəqələşməsinə,  siniflərin  meydana  gəlməsinə,  dövlətin  cəmiyyət  həyatının 
yeni təşkilati forması kimi təşəkkül tapmasına gətirib çıxarır. 
Dövlət, cəmiyyətin təşkilati forması kimi bir sıra əlamətlərə malikdir. 
Bu əlamətlər aşağıdakılardır: 
Dövlət  orqanlarında  təmsil  olunan,  dövlət  hakimiyyəti  kimi  çıxış  edən 
ictimai hakimiyyətin  xüsusi olaraq mövcudluğu. Onu idarəetmə və məcburetmə 
vəzifələrini yerinə yetirən insanların xüsusi təbəqəsi həyata keçirir. İnsanların bu 
xüsusi  təbəqəsi  dövlət  hakimiyyətinin  səlahiyyətləri  verilmiş  dövlət  aparatını 
təşkil  edirlər,  yəni  icra  üçün  məcburi  olan  aktları  yaratmaq,  zəruri  hallarda 
insanların  davranışlarını  dövlət  orqanlarının  qəbul  etdiyi  qərarlarda  öz  ifadəsini 
tapan tələblərə tabe etdirmək üçün dövlət təsirinə əl atmaq imkanları olur. 
2. 
Əhalinin  ərazi  üzrə  bölünməsi.  Dövlət  hakimiyyəti  müəyyən  ərazi 
çərçivəsində həyata keçirilir və bu ərazidə yaşayan bütün insanlara şamil edilir. 
İbtidai  icma  cəmiyyətində  insanların  hakimiyyətə  tabeliyi  onların  müəyyən 
qəbiləyə  məxsusluğu,  yəni  qan  qohumluğu  əlaqələrindən  asılı  olmuşdur. 
Dövlətin  əlaməti  həmin  dövlətin  ərazisində  olan  bütün  insanlara  onun 
hakimiyyətinin təsirilə xarakterizə olunur. 


14 
 
3.  Dövlətin suverenliyi, yəni dövlət hakimiyyətinin daxildə və xaricdə hər 
hansı digər hakimiyyətdən asılı olmaması. Dövlət suverenliyi dövlətə öz işlərini 
sərbəst və  azad surətdə həll etmək hüququ verməklə onu  başqa əlamətləri ilə 
bərabər  cəmiyyətin  digər  təşkilatlarından  (məsələn,  siyasi  partiyalar) 
fərqləndirir. 
4.  Bütün  dövlət  orqanlarının  fəaliyyəti  hüquq  normalarına  əsaslanır. 
Dövlət  cəmiyyətdə  yeganə  təşkilatdır  ki,  qanunvericiliyi  həyata  keçirir,  yəni, 
bütün əhali üçün məcburi olan qanunlar və digər normativ aktlar qəbul edir. 
Dövlətə  -  sosial  qrupun,  xalqın  iradə  və  maraqlarını  ifadə  edən  xüsusi 
dövlət aparatına malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi təşkilatı kimi 
tərif vermək olar. 
Dövlət,  onun  mexanizmi  (dövlət  orqanları  sistemi)  birdəfəlik  və  həmişəlik 
olaraq dəyişməz şəkildə qalmır. 
Dövlət  onun  təşkilatının  siyasi  forması  kimi  cəmiyyətin  dəyişməsi  ilə 
bərabər  dəyişir.  Biz  quldarlıq,  feodalizm,  burjua  cəmiyyətlərinin  və  s.  dövlət 
mexanizminin  xüsusiyyətlərindən  danışa  bilərik.  Bu  dövlətlərin  təsnifatına  bir 
növ  yanaşmadır,  bunlarla  yanaşı  başqaları  da  mövcuddur.  Məsələn,  avtoritar, 
totalitar,  hüquqi  dövlətləri  də  dövlət  rejiminə  görə  təsnifləşdirmək  olar.  Əgər 
hüquqi  dövlət  mənən  azad,  səlahiyyətli  insan  şəxsiyyətini  tanımağa 
əsaslanırsa, totalitar dövlətdə insanların şəxsi təşəbbüsü nəzərə alınmır. 
Totalitar  dövlət  hədd  qoyulmadan  vətəndaşların  şəxsi  həyatına  öz 
müdaxiləsini  genişləndirərək,  onların  bütün  fəaliyyətini  öz  hakimiyyətinin 
əhatəsinə və məcburi  qaydada  tənzimləməyə  düçar  edir. «Totus» sözü latınca 
«tam,  bütöv»  deməkdir.  Totalitar  dövlət  vətəndaş  cəmiyyətini  udan  hər  cür 
rəzalətə  qadir  dövlətdir.  Belə  idarəetmə,  bir  qayda  olaraq,  hakimiyyət  bölgüsü 
mexanizminin  olmamasına,  sahibkarların  inhisarına,  təkpartiyalılığa  və  s. 
əsaslanan diktaturada mövcud ola bilər. 
Avtoritar  dövlət  onunla  xarakterizə  olunur  ki,  o,  cəmiyyətin  bütün 
sferalarına  nüfuz  etmir,  onun  güclü  mərkəzləşdirilmiş  hakimiyyəti  totalitar 
rejimdə olduğu kimi hər şeyə qadir deyil. Lakin avtoritar dövlət cəmiyyətin həyat 
fəaliyyətinin  elə  sahələrinə  müdaxilə  edir  ki,  demokratik  rejim  şəraitində  dövlət 
bu işlərə qarışmır. Avtoritarizm adətən, şəxsi diktatura elementləri ilə birləşir. 
Əgər  hüquqi  dövlət  tipi  haqqında  danışılsa,  onun  meydana  gəlməsi  və 
inkişafı  Avropa  ölkələrində  XVIII  əsr  və  XIX  əsrin  sonlarına  aid  edilir.  Hüquqi 
dövlət  quruculuğuna  bu  gün  respublikamızda  da  başlanılmışdır.  Azərbaycan 
Respublikasının  demokratik,  hüquqi,  dünyəvi  və  unitar  dövlət  kimi  inkişafı 
aşağıdakıları nəzərdə tutur: 
Azərbaycan 
Respublikasında 
suverenliyin 
daşıyıcısı 
və 
dövlət 
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır; 
demokratiya  (xalq  hakimiyyəti)  siyasi  və  iqtisadi  cəhətdən  müxtəliflik, 
çoxpartiyalılıq əsasında həyata keçirilir; 
dövlət,  onun  orqanları,  idarələri,  vəzifəli  şəxslər  bütün  cəmiyyətə  xidmət 
edirlər,  onun  hər  hansı  bir  hissəsinə  yox,  insan  və  vətəndaş  qarşısında 
məsuliyyət daşıyırlar. 
insan, onun hüquq və azadlıqları - ali dəyərdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə