Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

163 
 
yetkinlik  yaşına  çatmayanlar  qəsdən  törədilən  cinayətlərə  görə  məsuliyyət  daşıyırlar. 
Bununla  belə,  bir  sıra  cinayətlərə  görə  cinayət  məsuliyyəti  şəxsin  yalnız  18  yaşına 
çatması  ilə  əmələ  gəlir.  Məsələn,  hərbi  xidmət  keçməkdən  boyun  qaçırma  (Cinayət 
Məcəlləsinin mad. 321) və s. 
 
4.  Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti. 
 
Qüvvədə  olan  cinayət  qanunvericiliyi  (CM.  Maddələr  84-92)  yetkinlik  yaşına 
çatmayanların  yaş  xüsusiyyətlərini  nəzərə  alaraq,  onlara  tətbiq  olunan  cinayət 
məsuliyyəti  və  cəzanın  yüngülləşdirilməsi  və  məhdudlaşdırılmasının  xüsusi 
qaydalarını müəyyən edir. 
Cinayət  qanunvericiliyində  yetkinlik  yaşına  çatmayanların  konkret  yaş  həddi 
müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on 
səkkiz  yaşına  çatmayan  şəxslər  yetkinlik  yaşına  çatmayanlar  hesab  olunur.  Bu 
şəxslər  cinayət  törətdikdə,  onlara  cəza  təyin  edilə  bilər  və  ya  tərbiyəvi  xarakterli 
məcburi tədbirlər tətbiq edilə bilər. 
Cinayət  Məcəlləsinin  85-ci  maddəsinə  görə  yetkinlik  yaşına  çatmayanlara 
aşağıdakı cəza növləri təyin edilir: 
1.  cərimə; 
2.  ictimai işlər; 
3.  islah işləri; 
4.  müəyyən müddətə azadlıqdan məhrum etmə. 
Cərimə,  yalnız  müstəqil  əmək  haqqı  və  ya  bu  cəzanın  icrasına  yönəldilə  bilən 
əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. 
İctimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik 
yaşına  çatmayan  məhkumun  bacardığı,  onun  təhsildən  və  əsas  işindən  asudə 
vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki və 
ya üç saatdan çox ola bilməz. 
 
Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə 
təyin  edilir.  Bu  zaman  məhkumun  qazancından  məhkəmənin  hökmü  ilə  müəyyən 
edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. 
Məhkəmə,  yetkinlik  yaşına  çatmayanın  yenidən  tərbiyə  və  islah  edilməsinin 
cəmiyyətdən  təcrid  edilmədən  mümkün  olmamağını  yəqin  etdikdə,  ona  azadlıqdan 
məhrum  etmə  növündə  cəza  tətbiq  edir.  Məhkəmənin  təyin  etdiyi  bu  cəza  növünün 
maksimal müddəti on ildən çox ola bilməz. 
Yetkinlik 
yaşına 
çatmayan 
məhkumlar 
cəzalarını 
aşağıdakı 
tərbiyə 
müəssisələrində çəkirlər: 
1.  yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə 
məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə 
müəssisələrində; 
2.  əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmiş  yetkinlik  yaşına 
çatmayan oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində. 
Yetkinlik  yaşına  çatmayan  məhkum  xüsusi  təhlükəli  residivist  hesab  oluna 
bilməz.  Cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  onlara,  böyüklərə  nisbətən 
daha çox tətbiq olunur. Belə şəxslərə cəza təyin edərkən məhkəmə, onların yetkinlik 
yaşına çatmamalarını yüngülləşdirici hal kimi nəzərə almalı, psixi inkişaf səviyyələrini, 
onların  şəxsiyyətlərinin  digər  xüsusiyyətlərini  və  kənar  şəxslərin  onlara  təsirini 
nəzərdən 
qaçırmamalıdır. 
Yetkinlik 
yaşına 
çatmayanlara 
böyüklər 
üçün 
qanunvericilikdə  nəzərdə  tutulanlarla  müqayisədə  ən  yüngül  cəza  təyin  edilir, 


164 
 
həmçinin  şərti  məhkum  etmə  və  cəzanın  icrasını  təxirə  salma  kimi  yüngülləşdirici 
hallardan onlara aid işlərdə daha çox tətbiq olunur. 
Yetkinlik  yaşına  çatmayan  ilk  dəfə  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az 
ağır  cinayət  etdikdə,  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq  etməklə  onun  islah 
olunması  mümkün  hesab  edilərsə,  həmin  şəxs  cinayət  məsuliyyətindən  azad  edilə 
bilər. 
Cinayət Məcəlləsinin 88.2.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara 
aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 
1.  xəbərdarlıq; 
2.  valideynlərin  və  ya  onları  əvəz  edən  şəxslərin  və  yaxud  müvafiq  dövlət 
orqanının nəzarətinə vermək; 
3.  vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək
4.  yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq 
 
və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.  
 
Qanunvericilik,  belə  şəxslərə  eyni  vaxtda  bir  neçə  tərbiyəvi  xarakterli  məcburi 
tədbirlərin tətbiq edilməsinə icazə verir. 
Əgər yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi 
olaraq  yerinə  yetirmirsə,  onda,  müvafiq  dövlət  orqanının  təqdimatı  əsasında  həmin 
tədbirlər  ləğv  edilir  və  materiallar  yetkinlik  yaşına  çatmayanın  cinayət  məsuliyyətinə 
cəlb olunması üçün məhkəməyə göndərilir. 
 
5.  Əməlin cinayət olmasını aradan qaldıran hallar 
 
 
Bəzən  elə  hallar  olur  ki,  şəxsin  bu  və  ya  digər  hərəkəti  zahirən  cinayətə 
bənzəsə  də  əslində,  onda  heç  bir  cinayət  tərkibi  olmur.  Bu  hərəkətlər,  konkret 
vətəndaşların  şəxsi  və  ictimai  mənafelərini  və  digər  vətəndaşların  hüquqlarını 
cinayətkar  qəsdlərdən  müdafiəsi  üçün  törədildiyinə  görə  nəinki  cinayət  hesab 
olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir. 
Bir  çox  cinayət  hüquq  ədəbiyyatlarında  oxşar  hallar  əməlin  ictimai  - 
təhlükəliliyini  və  qeyri-hüquqiliyini  istisna  edən  və  aradan  qaldıran  hallar  kimi 
xarakterizə  edilsələr  də,  Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət 
Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında təsbit 
olunmuşdur.  Cinayət  Məcəlləsinin  36-40-cı  maddələrini  əhatə  edən  bu  hallara  zəruri 
müdafiə,  cinayət  törətmiş  şəxsin  tutulması,  son  zərurət,  əsaslı  risk,  əmrin  və  ya 
sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir. 
 
Hüquq  nəzəriyyəçiləri  tərəfindən  çox  zaman  ictimai  -  faydalı  əməl  kimi 
qiymətləndirilən  zəruri  müdafiədən  Cinayət  Məcəlləsinin  36-  cı  maddəsində  bəhs 
olunur. Orada göstərilir ki, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və 
ya  başqa  şəxsin  həyatını,  sağlamlığını  və  hüquqlarını,  dövlətin  və  cəmiyyətin 
mənafelərini  qəsd  edənə  zərər  vurmaq  yolu  ilə ictimai  təhlükəli  qəsddən  qoruyarkən 
törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılır. Belə hərəkət, 
şəxsin qanunda nəzərdə tutulan üsullarla öz hüquqlarını müdafiə etməsi kimi ayrılmaz 
hüququndan,  yəni  zəruri  hüququndan  irəli  gəlməklə  cəmiyyətdə  hüquq  qaydalarının 
və  qanunçuluğun  möhkəmlənməsində  mühüm  amilə  çevrilmişdir.  Respublikamızda 
bütün  şəxslər  peşə  və  ya  digər  xüsusi  hazırlığından  və  qulluq  vəziyyətindən  asılı 
olmayaraq  zəruri  müdafiə  hüququna  malikdirlər.  Bu  hüquq,  dövlət  orqanlarına  və  ya 
başqa  şəxslərə  kömək  məqsədi  ilə  müraciət  etmək,  habelə  ictimai  təhlükəli  qəsdən 
yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Zəruri müdafiənin 
hüquqilik  şərtləri  qanunla  ciddi  təhlükəlilik  dərəcəsinə  açıq-aşkar  uyğun  gəlməyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə