Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   76   77   78   79   80   81   82   83   84

167 
 
Məcəlləsinin  31-ci  maddəsinə  əsasən,  iki  və  ya  daha  çox  şəxsin  qəsdən  cinayət 
törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır. 
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb 
edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və 
həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. 
Buna  görə  də  anlaqsız  şəxslərin  və  yaxud  yetkinlik  yaşına  çatmayanların  ictimai-
təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır. 
İştirakçılıq – cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə iştirakıdır. 
Cinayətdə  birgə  iştirakçılıq  ümumi  nəticənin  əldə  edilməsi  üçün  iştirakçıların 
hərəkətlərinin  qarşılıqlı  olaraq  şərtləşdirilməsində  özünü  göstərir.  Ancaq  hərəkətlərin 
birgəliyi  təkcə  obyektiv  deyil,  həm  de  iştirakçılığın  subyektiv  əlamətlərini  əks 
etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid psixoloji birliyə malik olan 
iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtləşir. 
İştirakçılıq yalnız qəsdən edilən cinayətlərdə mümkündür. Ehtiyatsızlıq üzündən 
törədilən cinayətlərdə isə iştirakçılıq istisna olunur. Buna görə də subyektiv cəhətdən 
o  təkcə  iştirakçılar  arasında  subyektiv  əlaqənin  olması  ilə  deyil,  həm  də  şəxsin 
törətdiyi  əmələ  və  onun  nəticələrinə  psixoloji  münasibəti  ilə  müəyyən  olunur.  Yalnız, 
qəsdən cinayət törətməkdə qəsdən birgə iştirak, iştirakçılıq yaradır. 
Azərbaycan 
Respublikasının 
qüvvədə 
olan 
Cinayət 
Məcəlləsində 
cinayətdə  iştirakçılığın  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup 
şəxs,  mütəşəkkil  dəstə  və  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  formaları  göstərilir.
 
 
Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən 
cinayət  bir  qrup  şəxs  tərəfindən  törədilmiş  cinayət  hesab  olunur.  Bu,  iştirakçılığın  az 
yayılan  və  daha  az  təhlükəli  olan  formasıdır.  İştirakçılığın  bu  forması  razılaşmanın 
minimum dərəcəsi, yəni cinayət törədilməsi anına qədər iştirakçılar arasında əlbirliyin 
qeyri  -  mümkünlüyü  ilə  şərlənir.  Burada  cinayətin  bütün  iştirakçıları  cinayətin  birlikdə 
icraçısı  kimi  çıxış  edirlər  və  onların  birləşməsi  yalnız  cinayətin  törədilməsi  zamanı 
mümkün  olur.  Bir  qrup  şəxs  tərəfindən  qabaqcadan  razılaşmadan  törədilən 
cinayətlərə zorlama və s. cinayətlər misal ola bilər. 
 
Qabacadan  razılaşmaqla  iki  və  ya  daha  çox  şəxsin  birgə  iştirakı  ilə  törədilən 
cinayət  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  törədilmiş  cinayət  hesab 
olunur.  Qabaqcadan  razılaşmaqla  yaranan  iştirakçılıq,  cinayətin  obyektiv  cəhətini 
təşkil  edən  hərəkətlərin,  daha  dəqiq  desək,  Cinayət  Məcəlləsinin  xüsusi  hissəsinin 
maddələrində  nəzərdə  tutulan  əməllərin  icrasına  qədər  iştirakçılar  arasında 
razılaşmanın mövcud olmasını nəzərdə tutur. 
Bir  və  ya  bir  neçə  cinayətin  törədilməsi  üçün  qabaqcadan  birləşmiş  iki  və  ya 
daha  çox  şəxsdən  ibarət  olan  sabit  cinayətkar  qrup  tərəfindən  törədilən  cinayət 
mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. 
Mütəşəkkil  dəstə  iştirakçılar  arasında  mütəşəkkilliyin  yüksək  dərəcəsi  ilə 
xarakterizə  olunur:  rəhbərliyin  mövcudluğu,  cinayətin  törədilməsi  planının  işlənib 
hazırlanması,  hazırlanmış  planın  reallaşdırılması  üzrə  hərəkətlərin  müəyyən  edilməsi 
və  vəzifələrin  bölüşdürülməsi  və  s.  Onun  üçün  peşəkarlıq  və  sabitlik  xasdır:  qayda 
üzrə,  iştirakçılar  bir  deyil,  bir  sıra  cinayətlərin  törədilməsi  məqsədilə  birləşirlər.  Son 
zamanlar  respublikamızın  iqtisadi  və  təsərrüfat  həyatında  baş  verən  cinayətlərin  çox 
hissəsinin  məhz  mütəşəkkil  dəstə  tərəfindən  törədilməsinə  daha  çox  təsadüf  edilir. 
Buna görə də qüvvədə olan cinayət qanunvericiliyində o, məsuliyyəti ağırlaşdıran hal 
kimi nəzərdə tutulmuşdur. 
İştirakçılığın  yuxarıda  göstərilən  formaları  içərisində  bəlkə  də  ən  təhlükəlisi 


168 
 
cinayətkar  birlik  hesab  olunur.  Cinayətkar  birlik,  yaxud  cinayətkar  təşkilat  dedikdə, 
ağır  və  ya  xüsusilə  ağır  cinayətlərin  törədilməsi  məqsədi  ilə  sabit  mütəşəkkil 
cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil 
cinayətkar  qrupun  sabit  birliyi  başa  düşülür.  Cinayətkar  birliyin  sabitliyi  və 
mütəşəkkilliyi,  bu  birliyin  üzvləri  arasında  uzun  müddətli  və  yaxud  daimi  əlaqələrin 
mövcudluğunu,  həmçinin  cinayətə  hazırlıq  və  cinayətin  törədilməsinin  spesifik 
metodlarını əks etdirir. Cinayətkar birliyin yaradılmasına narkobiznes, terrorçuluq və s. 
bu  kimi  cinayətlərdə  xüsusilə  daha  çox  rast  gəlinir.  Cinayətkar  birliyin  təşkil  edilməsi 
və  onda  iştirak,  cinayət  məsuliyyətinə  səbəb  olur  və  qanunvericilik  tərəfindən  ciddi 
surətdə cəzalandırılır. 
Cinayət  Məcəlləsinin  32-ci  maddəsində  cinayətdə  iştirakın  xarakterindən  asılı 
olaraq iştirakçılığın - icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi növləri fərqləndirilir. 
Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində 
bilavasitə  iştirak  etmiş  şəxs  (birgə  icraçılıq),  eləcə  də  Cinayət  Qanunu  ilə  nəzərdə 
tutulmuş  hallarda  cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməyən  şəxslərdən  istifadə 
etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 
 
Cinayətin  törədilməsini  təşkil  etmiş  və  ya  həmin  cinayətin  törədilməsinə 
rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) 
yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 
Ələ  alma,  sövdələşmə,  hədə-qorxu  gəlmə  və  ya  digər  üsullarla  başqa  şəxsi 
cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 
Cinayətin  törədilməsinə  məsləhətləri,  göstərişləri  və  məlumatları  ilə,  cinayət 
törədilməsi  üçün  alət  və  ya  vasitələr  vermək  və  ya  maneələri  aradan  qaldırmaqla 
yardım etmiş şəxs,  habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, 
cinayətin  izlərini,  yaxud  cinayət  yolu  ilə  əldə  edilmiş  alətləri  gizlətməyi,  belə  alətləri 
almağı və yaxud satmağı qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. 
Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində 
faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 
7.  Cəzanın anlayışı və məqsədi 
 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  41.1-ci  maddəsində  cəzanın 
anlayışı  verilmişdir.  Həmin  maddəyə  əsasən,  cəza  məhkəmə  hökmü  ilə  təyin  edilən 
cinayət  -  hüquqi  xarakterli  tədbirdir.  Cəza  cinayət  törətməkdə  təqsirli  hesab  edilən 
şəxsə  tətbiq  olunur  və  həmin  şəxs  barəsində  Cinayət  Qanunu  ilə  müəyyən  edilən 
məhrumiyyətlər 
yaradılmasından 
və 
ya 
onun 
hüquq 
və 
azadlıqlarının 
məhdudlaşdırılmasından ibarətdir. 
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı 
mühüm əlamətləri ilə fərqlənir: 
1)  Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur. 
2)  Cəza,  cinayət  qanununa  uyğun  olaraq  yalnız  məhkəmənin  ittiham  hökmünə 
əsasən tətbiq olunur. 
3)  Digər  inzibati,  intizam,  mülki  -  hüquqi  sanksiyalar  ayrıca  hakimiyyət, 
idarəetmə  orqanları  və  yaxud  vəzifəli  şəxsin  adından  tətbiq  edildiyi  halda, 
cəza  yalnız  dövlət  adından  məhkəmə  tərəfindən  tətbiq  olunur.  Bu,  cəzaya 
ictimai xarakter verir. 
4)  Cəza törədilən cinayətə görə tənbehdir. 
5)  Cəza  məhkumluq  yaradır;  digər  dövlət  məcburiyyəti  tədbirləri  belə  nəticələr 
əmələ gətirmir. 
6)  Cəza, törədilən cinayətin hüquqi nəticəsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə