Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

15 
 
dövlət 
hakimiyyəti 
sistemi 
qanunverici, 
icraedici 
və 
məhkəmə 
hakimiyyətinin bölgüsü ilə səciyyələnir. 
Dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakter v məzmunu öz ifadəsini 
dövlətin  funksiyasında  tapır  ki,  bu  da  onun  fəaliyyətinin  əsas  istiqamətləri  ilə 
əlaqədardır. 
Funksiyanın  təsnifatının  əsasında  dövlətin  fəaliyyət  sahəsi  durur,  yəni 
ictimai  münasibətlərin  o  sahəsi  ki,  dövlət  ona  təsir  edir.  Bundan  asılı  olaraq 
dövlətin funksiyaları daxili və xarici funksiyalara ayrılır. 
1.  Daxili funksiya - bu ölkə daxilində dövlət fəaliyyətinin başlıca istiqaməti 
olub, dövlətin daxili siyasətini xarakterizə edir. Bunlara aiddir: qoruyucu 
və nizamlayıcı funksiya. 
Qoruyucu  funksiyaların  həyata  keçirilməsi  bütün  maddiləşmiş  və  hüquqla 
nizamlanan  ictimai  münasibətlərin  müdafiəsi  və  təmini  üzrə  dövlət  fəaliyyətini 
nəzərdə tutur: 
a) vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğa və hüquq 
qaydalarına riayət etməsi; 
b) bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək; 
c) ətraf mühitin mühafizəsi və s. 
Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğun  olaraq  insan  və 
vətəndaşların  hüququnun  tanınması,  onlara  riayət  olunması  və  müdafiəsi  - 
dövlətin ali məqsədidir. İnsan doğulduğu andan ona məxsus, ayrılmaz olan təbii 
hüquq  və  azadlıqlara  malikdir.  Dövlət  hər  kəsin  hüquq  və  azadlığının 
məhkəmədə 
müdafiəsini 
təmin 
edir. 
Cinayətdən 
və 
hakimiyyətin 
özbaşınalığından  zərər  çəkən  vətəndaşın  hüququ  qanunla  qorunur.  Hər  bir 
şəxsin  dövlət  hakimiyyəti  orqanları  və  ya  onun  vəzifəli  şəxslərinin  qanunsuz 
hərəkətləri (yaxud hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyanın ödənilməsini 
tələb etmək hüququ var. 
Azərbaycan  Respublikasında  xüsusi,  dövlət  və  bələdiyyə  mülkiyyət 
formaları eyni cür tanınır və müdafiə olunur. 
Dövlət hər bir şəxsə ətraf mühitdən faydalanmaq, ekoloji hüquqpozmalar 
nəticəsində  onların  əmlakına  və  səhhətinə  dəyən  ziyanın  ödənilməsinə  hüquq 
verir. 
Nizamlayıcı  funksiya  ictimai  istehsalın  təşkilində,  ölkə  iqtisadiyyatının 
inkişafında,  şəxsiyyətin  formalaşması  üçün  zəruri  şəraitin  yaradılmasında 
dövlətin rolunu xarakterizə edir. Bu məqsədlə dövlət insanların maddi rifahının 
və  mənəvi  inkişafının  qayğısına  qalaraq,  insanların  və  cəmiyyətin  maraqları 
naminə təsərrüfat həyatını nizamlayır. 
Nizamlayıcı  funksiyalara  iqtisadi,  sosial  funksiyaları,  vergiqoyma 
funksiyasını və vergilərin yığılmasını və s. aid etmək olar. 
Dövlətin iqtisadi funksiyası aşağıdakı müddəalarla xarakterizə olunur: 
a)  iqtisadi siyasətin işlənib hazırlanmasına; 
b)  dövlət müəssisə və təşkilatlarının idarə edilməsi; 
c)  qiymət 
siyasətinin 
və 
bazarın 
hüquqi 
əsaslarının 
müəyyən 
edilməsi; 
ç)  dövlətin xarici iqtisadi münasibətlərinin nizamlanması. 


16 
 
Azərbaycan  Respublikası  demokratik  dövlət  kimi  iqtisadi  məkanın 
vahidliyinə  uyğun  olaraq  maliyyə  vəsaitlərinin,  malların  və  xidmətlərin  sərbəst 
hərəkətinə,  rəqabətin  həvəsləndirilməsinə,  iqtisadi  fəaliyyətin  sərbəstliyinə 
təminat verir. 
Dövlətin sosial funksiyası insanın layiqli həyat şəraitinin inkişafını və onun 
təmin  edilməsini  nəzərdə  tutur.  Azərbaycan  Respublikası  Konstitusiyasına 
uyğun  olaraq  Azərbaycan  Respublikasında  insanların  əmək  və  sağlamlığı 
mühafizə  olunur,  təminatlı  minimum  əmək  haqqı  müəyyən  olunur,  ailələrə 
(analara,  atalara  və  uşaqlara),  əlil  və  ahıl  vətəndaşlara  dövlət  himayəsi 
göstərilir,  sosial  xidmət  sistemləri  inkişaf  edir,  dövlət  müavinət  və  pensiyaları 
müəyyən edilir. 
Vergiqoyma  və  vergilərin  yığılması  -  dövlətin  mühüm  funksiyası  hesab 
olunur.  Bu  onunla  əlaqədardır  ki,  dövlət  büdcəsi  müxtəlif  növ  vergilərdən, 
rüsumlardan,  yığımlardan  və  başqa  məcburi  ödəmələrdən  təşkil  olunur. 
Azərbaycan  Respublikasında  vergi  xidməti  yaradılmış  və  fəaliyyət  göstərir. 
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə uyğun olaraq hər 
kəs qanunla müəyyən olunmuş həddə vergi və rüsumlar ödəməlidir. 
2.      Xarici  funksiya  dövlətin  xarici  fəaliyyətində,  onun  başqa  dövlətlərlə 
qarşılıqlı münasibətində təzahür edir. Xarici funksiyalara aiddir: qarşılıqlı faydalı 
beynəlxalq  əməkdaşlıq,  xarici  hücumlardan  dövlətin  müdafiəsinin  təminatı  və 
başqaları. 
          Beynəlxalq əməkdaşlıq iki əsas istiqamətdə həyata keçirilir: 
a)  xarici siyasi fəaliyyət; 
b) humanitar  sahədə,  təbiətin  mühafizəsi  və  digər  sahələrdə  beynəlxalq 
iqtisadi fəaliyyət və əməkdaşlıq. 
Azərbaycan  Respublikasının  xarici  siyasi  fəaliyyəti  bütün  ölkələrin  dövlət 
suverenliyinin,  suveren  bərabərliyinin  tanınması  və  bunlara  hörmət  edilməsinə; 
bərabərhüquqluluq və onların daxili işlərinə qarışmamağa; ərazi bütövlüyünə və 
mövcud  sərhədlərin  pozulmazlığına  hörmətə;  zor  tətbiq  etmək  və  zorla 
hədələməkdən,  iqtisadi  və  başqa  metodlarla  təzyiq  tətbiq  etməkdən  imtinaya; 
azlıq  təşkil  edən  xalqlar  da  daxil  olmaqla  insanların  hüquq  və  azadlıqlarına 
hörmətə; götürdüyü öhdəliklərə və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn 
prinsip və normalarının vicdanla yerinə yetirilməsinə əsaslanır. 
Azərbaycan  Respublikası  -  1991-ci  ildən  BMT-nin,  2001-ci  ildən  etibarən 
Avropa  Şurasının  üzvüdür.  O,  bir  çox  digər  beynəlxalq  təşkilatlarla  qarşılıqlı 
fəaliyyət göstərir. 
Azərbaycan  Respublikasının  müdafiə  funksiyası  Azərbaycanın  milli 
təhlükəsizlik  tələblərinə  cavab  verən  ölkənin  müdafiə  qabiliyyətinin  lazımi 
səviyyədə 
saxlanılması 
prinsipinə, 
onun 
ərazisinin 
tamlığının 
və 
toxunulmazlığının təminatı prinsipinə əsaslanır. 
Dövlətin  daxili  və  xarici  funksiyaları  qarşılıqlı  əlaqələndirilir  və  bir-birini 
şərtləndirir. 
         Dövlətin  formaları.  Dövlətin  forması  onun  xarici  əlamətlərinin  məcmusu 
kimi  bu  dövlətdə  hakimiyyətin  təşkilinin  necəliyini,  hakimiyyətin  necə,  hansı 
orqan  və  metodlarla  həyata  keçirildiyini  göstərir.  Dövlətin  forması  onun  ibarət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə