Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə81/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   76   77   78   79   80   81   82   83   84

171 
 
xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə olaraq onun 
xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum 
edilməsinin  zəruriliyi  nəticəsinə  gəldikdə,  bu  barədə  xüsusi  və  ya 
hərbi  rütbəni,  fəxri  adı  və  dövlət  təltifini  vermiş  orqana  müvafiq  təqdimat 
göndərir. 
Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi, xüsusi 
rütbə  və  fəxri  adların  sahibi  olan  şəxslər  üçün  təyin  edilmiş  mümkün  imtiyaz  və 
üstünlüklərdən məhrum etməkdə təzahür edir. 
Xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  etmə 
cəzası yalnız əlavə cəza kimi tətbiq edilir. 
     6. İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin edilir və 
həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 
İslah  işlərinə  məhkum  olmuş  şəxsin  qazancından  dövlət  nəfinə  beş  faizdən 
iyirmi  faizədək  məbləğdə  pul  tutulur.  Şəxsin  cəzanı  çəkmədən  qəsdən  boyun 
qaçırması, 
məhkəmə 
tərəfindən 
ona 
digər 
cəza 
növlərinin 

azadlığın 
məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə kimi cəzaların 
tətbiqinə səbəb olur. 
7.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  məhkəmə  tərəfindən  yalnız  əsas  cəza 
kimi,  tətbiq  edilir.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  kontrakt  (bağlaşma) 
əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə 
məhkum  olunmuş  hərbi  qulluqçulara  Cinayət  Məcəlləsinin  Xüsusi  hissəsinin 
müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) 
əsasında  hərbi  xidmət  keçən  və  başqa  cinayət  törətməyə  görə  məhkum 
olunmuş  hərbi  qulluqçulara  Cinayət  Məcəlləsinin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində  nəzərdə  tutulmuş  islah  işləri  əvəzinə  iki  aydan  iki  ilədək 
müddətə tətbiq edilir. Bu cəza növünə məhkum olunmuş şəxsin qazancından 
dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 
8.  Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun cinayət 
törədərkən istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi 
əmlakın  məcburi  qaydada  və  əvəzsiz  olaraq  dövlət  nəfinə  alınmasından 
ibarətdir.  Məhkum  və  onun  himayəsindəki  şəxslər  üçün  zəruri  olan  və 
cəzaların  icrası  haqqında  qanunvericiliklə  müəyyən  edilən  əmlak  müsadirə 
edilə bilməz. 
Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin olunur. 
9. 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma 
əcnəbilərə,  onlar  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətdiklərinə  görə  təyin  olunmuş 
əsas  cəza  növünü  çəkdikdən  sonra,  törədilmiş  cinayətin  xarakteri  və  ictimai 
təhlükəlilik 
dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran 
hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat 
şəraitinə təsiri nəzərə alınmaqla tətbiq edilə bilər. 
Cinayət  Məcəlləmin  52.2.-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 
1)  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  beş  il  Azərbaycan 
Respublikasının ərazisində daimi yaşayan şəxslərə
2)  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  Azərbaycan 
Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə
3)  Azərbaycan Respublikasında doğulmuş şəxslərə
4)  valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə


172 
 
5)  qaçqın  statusuna  malik  olan  və  ya  Azərbaycan  Respublikası  tərəfindən 
siyasi sığınacaq verilmiş şəxslərə
6)  himayəsində,  yetkinlik  yaşına  çatmayan  uşağı,  habelə  fəaliyyət  qabiliyyəti 
olmayan və ya I və II qrup əlili olan şəxslərə
7)  məcburi  çıxarıldığı  zaman  gedəcəyi  ölkədə  işgəncəyə  və  ya  təqibə  məruz 
qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə. 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma  cəza  növü 
yalnız əlavə cəza kimi tətbiq edilir. 
10.  Azadlığın  məhdudlaşdırılması  əsas  növü  olmaqla,  ittiham  hökmü 
çıxarılanadək  on  səkkiz  yaşı  tamam  olmuş  məhkumların  cəmiyyətdən  təcrid 
olunmadan,  lakin  nəzarət  altında  xüsusi  müəssisələrdə  saxlanılmasından 
ibarətdir. 
Azadlığın  məhdudlaşdırılması  məhkumluğu  olmayan  və  qəsdən  cinayət 
törətməyə  görə  bir  ildən  üç  ilədək  müddətə,  ehtiyatsızlıqdan  cinayət  törətməyə  görə 
məhkum edilən şəxslərə isə bir ildən beş ilədək müddətə təyin edilir. Qanunvericiliyə 
əsasən bir sıra şəxslərə - birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz 
yaşınadək  uşağı  olan  qadınlara,  qocalığa  görə  pensiya  yaşına  çatmış  qadın  və 
kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan  hərbi qulluqçulara bu cəza  növü 
tətbiq edilə bilməz. 
11.  Cinayət  qanunvericiliyində  intizam  xarakterli  hərbi  hissədə  saxlama  əsas 
cəza  növü  kimi  nəzərdə  tutulmuşdur.  İntizam  xarakterli  hərbi  hissədə 
saxlama növündə cəza 3 aydan 2 ilədək müddətə həqiqi hərbi xidmətdə olan 
hərbi  qulluqçulara,  həmçinin  kontrakt  (bağlaşma)  əsasında  sıravi  və  gizir 
vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir, bir şərtlə ki, 
onlar  hökm  çıxarılanadək  qanunla  müəyyən  edilmiş  xidmət  müddətini  başa 
vurmamış olsunlar. 
Bu  cəza  növünün  hüquqi  mahiyyəti,  məhkumun  müəyyən  müddətə  məcburi 
olaraq intizam xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah edilməsindən 
ibarətdir. 
Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası 
ilə  əvəz  edildikdə,  azadlıqdan  məhrum  etmə  cəzasının  müddəti  intizam  xarakterli 
hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. 
12.  Cinayət  Məcəlləsinin  55-ci  maddəsində  əsas  cəza  növü  kimi  müəyyən 
müddətə azadlıqdan məhrum etmə cəzasından bəhs olunur. 
Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun koloniya - məntəqəyə, 
ümumi,  ciddi  və  xüsusi  rejimli  islah  koloniyasına  və  ya  həbsxanaya  yerləşdirilməsi 
yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. 
Müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası  üç  aydan  on  beş  ilədək 
müddətə  müəyyən  edilir.  Lakin  cinayətlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən 
azadlıqdan  məhrum  etmə  müddətinin  qismən  və  ya  tamamilə  toplandığı  hallarda, 
azadlıqdan məhrum etmənin yuxarı həddi on beş ildən, hökmlərin məcmusu üzrə isə 
iyirmi ildən artıq ola bilməz. 
13. Azərbaycan Respublikası ölüm cəzasının ləğv olunması ilə əlaqədar 10 fevral 
1998-ci il tarixli qanunu qəbul etməklə beynəlxalq aləmdə özünün demokratik, 
dünyəvi və hüquqi dövlət olduğunu bir daha sübut etdi. 
Əsas  cəza  növü  kimi  ömürlük  azadlıqdan  məhrum  etmə  də  məhz  bu  qanunla 
respublikamızın cinayət qanunvericiliyinə daxil edildi. 
Qanunvericilik  yalnız  sülh  və  bəşəriyyət  əleyhinə,  müharibə  cinayətləri  ilə 
əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə 




Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə