Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   76   77   78   79   80   81   82   83   84

173 
 
görə  bu  cəza  növünün  tətbiqinə  yol  verir.  Lakin  qanunvericilik  burada  da  humanizm 
prinsipindən  çıxış  edərək  ömürlük  azadlıqdan  məhrum  etmə  cəzasını  müəyyən 
kateqoriya  şəxslərə  -  qadınlara,  cinayət  törədərkən  on  səkkiz  yaşı  tamam 
olmayanlara,  habelə  hökm  çıxarılanadək  altmış  beş  yaşına  çatmış  kişilərə  tətbiqini 
qadağan edir. 
Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun 
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən cəkdiyini, həmçinin onun 
bu cəzanı çəkdiyi müddətə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun 
həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan 
məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə 
və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. 
 
 
 
 
 


174 
 
MЮВЗУ 8: ИНЗИБАTИ  ЩЦГУГУН  ЯСАСЛАРЫ 
 
П Л А Н 
1. Инзибаtи щцгугун анлайышы, предmеtи вя mеtоду 
2. Инзибаtи щцгугун mянбяйи вя сисtеmи 
3. Инзибаtи щцгуг mцнасибяtляри вя онларын субйекtляри 
4. Физики шяхсляр инзибаtи щцгуг mцнасибяtляринин субйекtи киmи 
5. Инзибаtи mясулиййяt.  Инзибаtи хяtа вя онун tяркиби 
6. Инзибаtи tянбещ вя онун нювляри 
 
İnzibati  hüququn  anlayışı,  predmeti,  metodu.  Hakimiyyətin  bölgüsü  prinsipinə 
görə  icra  hakimiyyəti dövlət  hakimiyyətinin  üç əsas sahəsindən (qolundan)  biridir.  İcra 
hakimiyyətinin  səlahiyyətlərini  dövlət  orqanları  həyata  keçirir.  Söhbət  prezidentdən, 
Nazırlər Kabinetindən, nazirliklərdən va digər dövlət hakimiyyət orqanlarından gedir. Bu 
orqanlar  hər  şeydən  əvvəl,  dövlət  idarəcilik  (idaraetmə)  fəaliyyəti  ilə  məşğul  olurlar. 
Dövlət  idərəçiliyinin  obyekti  rolunda  iqtisadiyyat,  elm,  madəniyyət,  təhsil,  səhiyyə, 
müdafiə,  vətəndaşların  hüquqlarının  qorunması,  hüquq  qaydası va digər  məsələlər çıxış 
edir.  Həmin  orqanlar  bu  məsələlər  üzrə  dövlət  idərəçiliyini  həyata  keçirirlər.  Onlar 
bununla  icra  fəaliyyati  ilə  məşgul  olurlar.  Bələ  ki,  göstərilən  orqanlar  qanunları  icra 
edir,  onların  göstərişlərini  həyata  keçirirlər.  Digər  tərəfdən  icra  hakimiyyətini  həyata 
keçirən orqanlar sərəncam vermək fəaliyyəti ilə də məşğul olurlar. Onlar özündən aşağı 
olan dövlət orqanları üçün məcburi sərəncamlar vərirlər. 
Dövlət  icra  hakimiyyət  orqanlarının  idarəcilik,  icra  və  sərəncam  fəaliyyətinin  həyata 
keçirilməsi, bir sözlə, icra hakimiyyəti orqanlarının təşkili va fəaliyyəti prosesində müəyyən 
növ  içtimai  münasibətlər əmələ  gəlir. Bu  münasibətlər  hüquq  normaları  ilə  nizama salınır. 
Həmin normaların sistemi və macmusu inzibati hüquq adlanır. 
İnzibati  hüquq  dedikdə,  icra  hakimiyyət  orqanlarının  təşkili,  habelə  bu 
orqanların  idarəcilik,  icrə  və  sərəncam  fəaliyyəti  prosesində  əmələ  gələn  ictimai 


175 
 
münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür. 
İnzibati  hüquq  dövlət  idarəetməsi  (idarəçiliyi)  sahəsində  yaranan  münasibətləri 
tənzimləyən  hüquq  normalarının  sistemi  deməkdir.  Buna  göra  onu  bəzən  «idarəetme 
hüququ» və ya «idarəcilik hüququ» da adlandırırlar. 
İcra hakimiyyəti orqanlarının təşkili ve fəaliyyəti 
prosesində  müəyyən  ictimai 
münasibətlər əmələ gəlir. Məhz bu münasibətlər inzibati hüququn predmetini təşkil edir. 
Həmin  münasibətlər  həm  icra  hakimiyyəti  orqanlarının  öz  aralarında  (yuxarı  və  aşağı 
orqanlar  arasında),  həm  də  bu  orqanlarla  vətəndaşlar  arasında  yaranır.  İnzibati  hüququn 
predmetini  dövlət  idarəetməsi  (idarəçiliyi)  səhəsındə  əmələ  gələn  münasibətlər  təşkil 
edir. Onlar hakimiyyət-tabeçilik münasibətləridir. Gösterilən münasibətlərin bir tərəfində 
hökmən və mütləq icra hakimiyyət orqanı (vəzifəli şəxs) çıxış edir. 
İnzibati  hüququn  metoduna  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  hakimiyyət  təsiri 
(hakimiyyət və tabeçilik) bu hüquq sahəsində əsas metod sayılır. Bu metodun mahiyyəti 
idarə  olunan  subyektlərin  iradəsinə  və  davranışına  hakimiyyət  tərəfindən  təsir 
göstərilməsindən  ibarətdir.  Belə  halda  həmin  subyektlər  idarə  edən  subyektin 
sərəncamını şərtsiz yerinə yetirirlər. 
İnzibati  hüquqda  həm  də  məcburetmə  metodundan  istifadə  olunur.  Bu  metodun 
mahiyyəti  inzibati  hüquq  pozuntusuna  (inzibati  xətaya)  görə  inzibati  məsuliyyət 
tədbirinin tətbiq edilməsindən ibarətdir. 
  
 
İnzibati  hüququn  mənbəyi  və  sistemi.  İcra  hakimiyyəti  orqanlarının  təşkili  və 
fəaliyyəti  prosesində    yaranan  içtimai  münasibətlər  hüquq  normaları  ilə  tənzimlənir  və 
qaydaya salınır. Həmin normalar inzibati hüquq normaları adlanır.  Bu normalar zahirən 
rəsmi dövlət sənədlərində (məsələn, prezident fərmanlarında, ayrı-ayrı qanunlarda və s.) 
ifadə olunur. Göstərilən sənədlərə inzibati hüququn mənbəyi deyilir. 
İnzibati  hüququn  əsas  mənbəyi  Azərbaycan  Respublikasının  Konstitusiyası  hesab 
edilir. Konstitusiya icra hakimiyyətinin səlahiyyət və funksiyalarını müəyyən edir. 
Azərbaycan  Respublikasının  qanunları  inzibati  hüququn  mühüm  mənbə 
növlərindən  biridir.  Söhbət  dövlət  idareçiliyinin  (idarəetməsinin)  əsas  sahələri  barədə 
(təhsil haqqında, əhalinin sağlamlığı barədə, idman barədə, polis barədə, daxili qoşunlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə