Mövzu. İNTİbah döVRÜNÜN İNCƏSƏNƏTİNDƏ CİnsləRİn qarşiliqli əlaqəLƏRİ



Yüklə 350,77 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü350,77 Kb.
#80962


 

 

MÖVZU. İNTİBAH DÖVRÜNÜN İNCƏSƏNƏTİNDƏ CİNSLƏRİN  



   QARŞILIQLI ƏLAQƏLƏRİ 

 

 



Antroposentrizm, humanizm – İntibah dövrünün incəsənətinin başlıca xüsusiyyətləridir.  

 



İntibah dövrünün incəsənətinin başlıca mövzularından biri kişi və qadın obrazlarıdır.  

 



Azərbaycan şairlərinin yaradıcılığında qadın obrazları.  

 

İntibah dövrü (fr. Renaissance) – insan cəmiyyətinin tarixində ən parlaq səhifələrindən biridir. Bu 

dövr kilsənin uzunmüddətli hökmdarlığından sonra, bəşər övladların, sevinc və parlaq məzmunla dolu 

həyata qayıtması dövrü idi. Humanistlərin başlıca tələbi – iqtisadi, siyasi və  mənəvi sahələrdə kilsənin 

hökmranlığına, təzyiqinə son qoyulması idi. Humanizm hərəkatının məqsədi – yeni, erkən orta əsrlərin 

dini-feodal mədəniyyətə qarşı qoyulan dünyəvi mədəniyyətin yaradılması idi. İntibah dövrünün 

nümayəndələri həm də  zəka azadlığı  uğrunda çıxış edirdilər, çünki bu azadlıq vasitəsilə insan, heç bir 

əngələ rast gəlmədən, öz qabiliyyəti və yaradıcı qüvvələrini inkişaf etdirə bilərdi.  

İntibah dövrü, başdan-ayağacan spiritualizmin canına işləmiş halda olan ilahi iradəyə tabe olmaq, 

ondan asılı olmaq haqqındakı  abstrakt  dini  təsəvvürlərə  əsaslanan xüsusi bədii formaları yaratmış orta 

əsr dövrünü əvəz etmişdir. Mənəvi gözəlliyin normasını özündə təcəssüm edən orta əsrin asketik ideala 

qarşı,  İntibah dövrü, dünyanın yeni bədii duyumunun dəqiq və ardıcıl  şəkildə  işlənib hazırlanmış, 

humanist prinsiplərini qoydu. Orta əsr mədəniyyətindən fərqli olaraq, belə bir fikir irəli sürülürdü ki, 

Allah yox, məhz insan hər bir şeyin ölçüsü və meyarıdır; insanın üzərində bütün sənətkarların diqqəti 

cəmləşir, onlar insanın gücünü, enerjisini, gözəlliyini, dünyada onun əhəmiyyətini alqışlamaqdan 

yorulmuşdur. Renessanın nəhəngləri, incəsənətin müxtəlif növlərinin fəlsəfi və ictimai fikrin bütün 

estetik, etik və intellektual normalarını insanda axtarıb tapmışdılar. İnsanın, istər ədəbiyyatda, istərsə də 

incəsənətdə olduğu kimi, bütün duyğu və ehtiraslar zənginliyində göstərirdilər. Renessansın dahiləri 

insanı, fiziki cəhətdən gözəl, kamil təsvir edir, onu ən ali, ən müqəddəs sevgi və ehtiram obyekti kimi 

tərənnüm edir, antik mədəniyyətin humanist ənənələrini yenidən canlandırırdılar. Azadlıq insanın  ən 

zəruri və  təbii hüquqlarından biri hesab olunurdu. İnsansevərlik, humanizm, Renessansın  əsas məğzi, 

başlıca məzmununa çevrilirdi.  

Humanist və maarifçilik ideyalarının inkişafı, cəmiyyət və incəsənətdə kişi və qadınların sosial 

rolları haqqında əvvəlki təsəvvürlərə mühüm təsir göstərdi. Əvvəldən humanistlərin əsərlərində qadının 

kişilərlə bərabər qiymətləndirilməsi haqqında imkanın olması, onlar tərəfindən qəbul edilməsə də, insanı 

öz baxışları, meylləri, özünüdərki ilə  bərabər təsvir edən humanizm konsepsiyası, yeni qender 

münasibətlərinin formalaşmasına böyük təsir göstərdi.  

Qadın və kişilərin münasibətləri sahəsində Renessansın inqilabi əhəmiyyəti, əsasən insanın ruhu və 

cisminin azad edilməsində idi. Orta əsrdə yüz illərlə hökm sürən qəddar terrordan, kişi və qadın 

arasında sevgi, onun tərənnümü, nəhayət ki, incəsənət  əsərlərində öz parlaq ifadəsini tapdı. Qender 

münasibətlərində  həyat eşqi ilə dolu humanist başlanğıcı  nəinki cəmiyyətin bütün sahələrinə müdaxilə 

etdi, həm də mədəni tərəqqinin qüdrətli hərəkətverici qüvvəsinə çevrildi, incəsənətdə bədii yaradıcılıq və 

dəyişikliklərin stimulu oldu. Renessansın, dünyanın duyumunun parlaq nümunəsini biz, Bokkaçço, 

Petrarka, Rable, Aretino İntibahın digər titanları-Servantes,  Şekspirin yaradıcılığında, onların qadın və 

kişi münasibətlərində bir-birinə olan sevginin tərənnümündə görürük. İntibah dövrünün incəsənətinin 

bədii sərvətlərində, dövrün bütün coşğun çalarları, qadın və kişi arasındaki münasibətlərin bütün, haqlı 

olaraq «sevgi emalatxanası» adlandırıla biləcək məziyyətləri öz əksini tapmışdır.  

İntibah dövründə sevgi mövzusu bütün insan məkanı  və insanla bağlı olana ümumi marağın 

artması  şəraitində çiçəklənib açılmışdır. Sevgi, antik dövründə özünə xas olan və orta əsrlərdə dini-

xristian statusu ilə  əvəz edilən həyati fəlsəfi kateqoriyası statusunu özünə qaytardı. «Səma sevgisi»ilə 

«cismani sevgi» qarşıdurmada «cismani», adi sevgi, öz hüquqlarını müdafiə edərək, haqq səsini 

ucaldırdı. Humanistələrin bir çox əsərlərində sevginin qüdrətinin ucaltması, onu yaradıcı, quruculuq 

işlərində istifadə etmək arzusu ifadə olunur.  

XV-ci  əsrin Florensiya neoplatonik Marsilio Fiçininin fəlsəfi  əsərlərində dünya quruluşunun 

mərkəzində bütün ilahi sucetləri yerləşdirilib, gücü aşıb-daşan, ahəngdar dünya quruluşunda kosmosun 

bütün guşələri ilə sevginin qüdrətli telləri ilə bağlı olan insanı yerləşdirib. Harmoniyanın yaşaması, 

həyatın, kainatın göz-qamaşdırıcı gəzəlliyinin qavranılması, bundan həzzin alınması, dünya ilə vəhdətin 



 

 

duyumu hissinə heyran olunmaqda qovuşur, yalnız nəciblik və ucalıq ruhu ilə onun canından keçir. 



Sevgi – dünyanın təmtəraqlı,  əzəmətli binasını möhkəmləndirən, insanların isə  ən ümumi qardaşlıq 

birliyində birləşdirən  ən möhkəm qurşaqdır, – Fiçino Platonun «Ziyafəti»  əsərinin təfsirində belə bir 

qənaətə gəlir.  

Ruhu ilə cismani gözəllik vahiddir, ehtiras, həyəcan və duşuncələrə malik olan insan isə-Allahın 

qüdrətilə yaradılanların ən parlaq nümunəsidir.  

M.Fiçino əhəmiyyətli dərəcədə daxilən fərqlənən məhəbbətin üç əsas növünü göstərir: məxluqların 

özünə  bərabər olanlara, özündən yüksək olanlara, bir də özündən alçaq olanlara sevgi. Üçüncü halda 

sevgi-riqqətli, mütəəssir qayğıkeşlikdə, hamilikdə, ikinci halda-alicənab pərəstişdə, ehtiramda özünü 

göstərir, üçünçü halda isə-bütün sahələrə nüfuz edən humanizmin əsasınını təşkil edir. Oxşar motivləri, 

Pikodella Mirandolanın yazdığı Benivenisin «Sevgi nəğməsi» nə təfsirlərində tapmaq olur, lakin sevginin 

mahiyyəti və  əhəmiyyəti haqqında Renessans təsəvvürü özünün ən yüksək pafosuna ifadəolunma 

zirvəsinə Cordano Brunonun fəlsəfi təlimində tapmışdır.  

Onun «Qəhrəmanlıq  şövqü» dialoqunda sevgi «qeyri rasional coşğunluqdan, ağılsız və heyvani 

olana doğru meyl» dən fərqli olan mübarizəyə insan, təbiətin böyük sirlərini öyrənməyə sövq edən, ölüm 

qorxusuna,  əzab-əziyyətlərə  həqarətlə baxmağına  əminliyi artıran, sonsuz, qüdrətli, tükənməz Təbiətə 

qovuşmaq fərəhini vəd edən qəhrəman, alovlu ehtiras kimi təqdim olunur. «Sevgi hər şey deməkdir, o, 

hər bir şeyə təsir edir, onun haqqında hər şey demək-ona hər bir şeyi aid etmək olar». Cordano Bruno öz 

qələminin qüdrəti ilə sevgini, hər şeyi əhatə edən insanı məğlub edilməz edən kosmik qüvvəsinə çevirir. 

İnsan da ilahiyə, təbiətə, onun əzəməti mənasında aidiyyati olan bir məxluq olmaq arzusu ilə yaşayır. 

Söhbət Florentsiyalı L.Ebreonun öz «Sevgi dialoqlarına» təsvir etdiyi, sonradan B.Spinoza tərəfindən də 

istifadə olunan Allaha olan intellektual sevgi ilə yaşamasından gedir.  

İntibah dövrünün digər nümayəndəsi alman panteisti, mistisizmin təmsilçisi Yakob Bömenin də 

yaradıcılığında sevgi kosmik qüvvə kimi təsvir edilir. O, sevgi və  qəzəbi insan tarixinin hərəkətverici 

qüvvəsi, ilahinin səciyyəvi keyfiyyətləri olduğunu bəyan edir; burada onlar, müvafiq olaraq, xeyir və 

şərə çevrilir. Allah tərəfindən dünyanın yaradılmasını qəbul edən Böme bu ideyanı özünəməxsus tərzdə 

izah edir: Allahda əzəldən həm sevgi, həm də nifaq olduğu üçün o, təbiətin cisimlərinə özünü bölüb 

müdaxilə etdi. Bu yolla Adəm də yarandı: ilk insan olaraq o, əvvəldən  əksinə olaraq, kişi və qadın 

başlanğıclarının bölünməzliyini təmsil edirdi, o, qız-kişi və kişi-qız, yəni androgin olub. Sevgi həsrətinə 

mübtəla olan androgin Adəm eyni zamanda iki günaha batdı. Bunun nəticəsində sevgi müdriklik ilə 

bütövlülüyü, yəni ilahi bətndə malik olduğu kamilliyi itirdi. Sevgi ilə müdrikliyin yeni qovuşma 

prosesinin başlanğıcını,  İsa peyğəmbərin bəşər nəslinin günahlarının təmizləmə aktında görmək olar. 

Sevginin gələcəyi-onun ağıl ilə birləşməsində insanlar arasında ağıllı sevginin yayılmasındadır. Bu sxem 

çox fantastik xarakter daşısa da, burada onun insanlar tərəfindən hər bir şey olan sevgisi də, dünya 

sirlərinin dərk olunması prosesində  də kamilliyə nail olmaq arzusu ilə ilhamlanması açıq sezilir. 

Androgin insan ideyası hələ antik dövrdən məlumdur, Platon da bu problemə öz munasibətini bildirib, 

sonrakı dövrlərdə  də sevgi fəlsəfəsində  dəfələrlə müzakirə edilib, misal olraq, filosof N.Berdyayevin 

adını çəkmək olar.  

İntibah dövrünün incəsənətində qender stereotipi artıq, qəti  şəkildə formalaşaraq, özünü ifadə 

etməyə başladı. Bu prosesin əsasında, incəsənətdə orta əsrin rasional məhdudiyyətlərdən humanistlərin 

ideyalın himayəsi altında qadın obrazının sərbəstləşməsi dururdu. Nəticədə qadının qender stereotipi 

Müqəddəs Məryəmin mənəvi rasional obrazı ilə birmənalı  əlaqəsini tədricən itirir, açıq-aşkar hissi 

mənaları ifadə etməyə başlayır.  İnsanın məhdud xarakterli xristian stereotiplərinin aradan qaldırılması 

ayrı-ayrı qender məsələlərin estetik tərəfini gücləndirdi. Məhz buna görə incəsənətdə qadın başlanğıcını 

özündə ifadə edən duyğu və empatiyanın qender stereotipini özündə daşıyan, (bununla tamaşaçıya 

əsərlərin fəal, dolub-daşan təsiri daha da güclənir)  əsərlər xüsusi əhəmiyyət kəsb etməyə başlayır. 

Qender stereotiplərini qeyd edilən tərzdə ifadə edən müəlliflər sırasında Leonardo da Vinçi, Rafael, 

Korreco, Bottiçellini, onların yaratdığı çoxsaylı madonnalarını göstərmək olar.  

Leonarlo da Vinçinin madonnaları ilk baxışdan anlaşıqlıdır; onların yer üzündə yaşamasının poetik 

qayəsi hər kəsə  aşkar  şəkildə sevinc bəxş edir. Onlar öz hissləri, təbiəti ilə insanlarla həmahəngdirlər. 

Yetkin zərifliyin cazibədarlığı burada ana olmaq alicənablığından, mənəvi yüksəlişdən geridə qalmır. Bu 

madonnaların vəzifəsi – vaxtı ilə ikonaların yerinə yetirdiyi vəzifədir: dini məqsədlərə cavab vermək. 

Lakin onların görüşünü heç də xristianlığın asketizm ideyalarını bizə xatırlatmır. Burada xristianlıq, 




 

 

humanizmin dünyəvi ideyalar vasitəsi ilə qavranılır. Allahın anası burada əvvəlki kövrəkliyini və dindar 



adma bənzərliyini itirir, daha adi insani canlı duyğuların incəliklərininn ifadəsində zəngin olur.  

Böyük Rafael portretdə insanın bənzərsiz görünüşünü, onun mənəvi düşüncələrini çox dəqiq ifadə 

edə bilirdi. O, madonna obrazı üzərində xüsusi səliqə ilə çalışırdı. Rəssam deyirdi ki, madonnaları təsvir 

edəndə, bütün tanıdığı və gördüyü gözəl qadınları xatırlayırdı. Rafaelin madonnaları öz analıq duyğuları 

aləminə  qərq olublar; lap gənc ana məhz belə özünü aparır; bütün dünya bağrına basdığı körpəsində 

təcəssüm olunub.  

Maraqlıdır ki, Rafaelin müxtəlif illərdə bütün madonnaların baxışları öz uşağına yönəldilib. 

«Bağban-madonna, «Konnestebile madonnası» kimi şedevr sayılan  əsərlərdə anaların əzəli hissləri olan 

sevgi, incəlik, mehribanlıq ifadə olunub. «Quş əlində madonna» əsərində ananın qucağından qaçıb quşu 

tutmaq istəyən uşaq da, gülü əlində oynayan digər uşaq da ananın diqqətindən yayılmır. Rafaelin 

yaratdığı yalnız ikisi – “Sikstin madonnası» və «Kürsüdəki madonna» əsərlərində tamaşaçıya baxır.  İlk 

dəfə olaraq rəssam burada ananın sakit tənhalığını pozur, onu, bir növ, geniş, əhatəli dünyaya baxmağa 

dəvət edir. «Kürsüdəki madonna» bu çağırışı sanki qəbul edir, amma onun baxışı həyəcanlıdır, o sanki öz 

uşağının müdafiəsinə qalxır, «Sikstin madonnanın» baxışı isə, qəmgin olsa da gələcəyə ümidlə doludur, 

bu gələcəyə doğru əzəmət və sadəliklə irəliləyir, özü ilə ən böyük sərvətini – oğlunu aparır. Ola bilsin ki, 

onun cazibədarlığının əsası məhz bu, insanlara ünvanlanan etibar və məhəbbətdədir. Dini süjet ali vəzifə 

naminə ölümlə, iztirablarla üzləşməyə hazır olan qadının  əzəmətinin himninə çevrilir. İgidliyin 

gözəlliyinə, madonnanın zahiri gözəlliyi uyğun gəlir, o, ucaboy, qamətli, məlahətliliyinin çiçəkli bir 

dövründə olan güclü qadındır. Rafaelin lövhəsi, analığı, onun mənəvi gözəlliyini, uca səadətini, eyni 

zamanda da əzablılığını təcəssüm edir.  

İntibah dövrünün əsasında müəyyən (istər qadın olsun, istərsə  də kişi) sintetik, yəni 

ümumiləşdirilmiş obrazın ideal şəkildə inkişaf etmiş mənəvi və fiziki cəhətdən gözəl olan mükəmməl bir 

obrazın yaradılmasına qarşısıalınmaz bir meyl duyulur. Belə ideal obraz Bottiçelli, Leonardo da Vinçi, 

Mikelandcelo, Titsian və digər sənəkarların yaracılığında mərkəzi problemə çevrilir. Məhz onların 

qismətinə, insanın yüksək cürətlərin, ruhun nəcibliyinin şöhrətləndirilməsi düşüb. Bu dahi rəssamlar, öz 

ideallarının tam dolğunluğunu, bu ideallara tabe etdirdiyi və müşahidə etdiyi həyatın rəngarəngiliyinin 

ifadəetmənin bədii-estetik vasitələrinin inanılmaz zənginliyini aşkar etdirər.  

İntibah dövrünün incəsənətində insan şəxsiyyətinə yaranmış böyük maraq, portret tanrının geniş 

yayılmasına səbəb oldu. Qadın və kişi portretlərinin təsvirləri antik modellərinin təsiri altında yaransa 

da, indiyə qədər bizi, öz qürürlu ciddilik, gözəllik və kamillik ilə cəlb edirlər. Belələri sırasında Rafaelin 

«Donna Belatonun portreti», «Çiynində sincab dərili xanım», «Baltasar Kastilyoninin protreti», Leonardo 

da Vinçinin «Çeçiliya Qallerianinin portreti», «Cokonda», D.Bellininin «Kişi portreti», Tutsianın «Əli 

əlcəkli cavan kişinin portreti» kimi əsərlər bu qəbildəndir. Bu portretlərin məqsədi tamaşaçılara nəinki 

hər bir insanın özünəməxsusluğunu, həm də kişi və qadın fərdiyyətçiliyi,  şəxsiyyətin aliliyi haqqında 

humanist təsəvvürlərinin çatdırılması idi.  

Portret canrında yaradılmış  əsərlərin  şahı Leonardo da Vinçinin «Mona Liza» («Cokonda») 

əsəridir.  İlk dəfə olaraq, dünyəvi portret, dini mövzüda olan kompozisiyalarla bir sırada durur. Bu 

portetin başlıca keyfiyyəti – onun insaniliyidir. Burada insan zəkasının dərinliyi və tükənməzliyi 

açıqlanır. Madonnanın üzünün ifadəsini tutmaq olmur. Burada cazibədar təbəssüm, incə istehza, həssas 

fərasət gözə çarpır. Məlahətli zəriflik burada iradə ilə birləşib daxili gərginlik qəribə bir təmkinliklə 

çulğalaşır. Bu qadının hədsiz dərəcədə  mənalı sifəti ay işığının landşaftı üzərində verilib. Fikir var ki, 

«Mona Liza» Leonardo da Vinçinin şifirlənmiş avtoportretidir.  

Marianna de Frankın (1985) tədqiqatlarına görə, qadın davranışının qender stereotipinin əsasında 

onun duyğular aləmi durur: qadınlar insanlar arasındakı münasibətləri daha yaxşı dərk edir, öz hisslərini 

açıq və bacarıqla ifadə edir (mimikaya da müraciət edilir). Sənətkar, görünür ki, Mona Lizanın sosial 

statusunu duyaraq, yaratdığı əsərin qəhrəmanının gülüşündə bunun yığcam ifadəsini verə bildi.  

Qeyd edək ki, ümumiyyətlə Renessans sənəti Orta əsr dövrü ilə qadınların cəmiyyətdə rolunun 

artması ilə  səciyyələnir. Cəmiyyətdə qadının rolu artır. Gözəl görünüşlə yanaşı onun savadı, ağlı, 

intellekti, ümumi mədəniyyəti də yüksək qiymətləndirilməyə başlandı. Gözəl qadın mövzusu, onun 

tərənnüm edilməsi, onun fiziki və  mənəvi gözəlliyinin tərifi  ədəbiyyat və incəsənətdə aparıcı mövzu 

oldu. Məhz təsviri sənət qadının, onun imkanlarının ifadə olunmasının hədsizliyinin, analıq və qadın 

mərhəmətinin ideallarının ahəngdar və kamil şəkildə ifadə olunması sahəsinə çevrildi.  




 

 

Rəssamların diqqət mərkəzində  çılpaq qadın bədəninin təsviri olub. Bu mənada S. Botiçellinin 



«Veneranın (Zəhranın) anadan olması» maraq doğurur. Külək  əsdikcə o, dənizin sularında 

balıqqulağının içində sahilə doğru üzür, burada onu, pəri qarşılayaraq, onun çılpaq, hədsiz dərəcədə 

gözəl bədənini çəki çəkilmiş  rəngli örpəklə örtməyə hazırlaşır. Veneranın üzü zərif  ıə cavandır, onun 

zahiri görünüşü gözəl və pakdır. Eyni zamanda Veneranın təsvirində onun qızıla çalan buruq-buruq olan 

saçları ilə bağlı bir gərginlik var. Bədəni bürüyən bu saçlar ilanlar yumağını xatırladır.  İnsanda bu 

günahsız, pak ilahənin gələcəkdə özü ilə gətirə biləcək dağıdıcı ehtiraslar duyğusu istər-istəməz yaranır.  

Corconenin «Yatan Venera» rəsmi çox şöhrətlidir. Gözəl çılpaq qadın çəmənlikdə gül-çiçək içində 

yatır,  ətrafdakılar onun yuxusunu qoruyur. Ağaclarda bir yarpaq da tərpənmir, göydəki qızıla çalan 

bulud da quruyub yerində qalıb. Getdikcə uzaqlaşan təpələrin yumşaq cizgiləri bir növ yatan gözəlin 

bədəninin cizgilərini təkrarlayır. Bu cizgilər çox hamardır. Sakitlik, dinclik, ruhun paklığı olduğca 

rahatdır. Bəlkə də, gözəl qadının onun beşiyi olan Yer kürəsinin belə aydın, belə sadə təsviri indiyə qədər 

olmayıb. Dünya incəsənətində bu qadın bədəninin  ən poetik təsvirlərindən biridir. Burada qadın 

gözəlliyinin idealı, xöşbəxtlik arzusu öz ifadəsini tapıb.  

Rəssam Karavaco öz lövhələrində  təsvir etdiyi qadınların daha demokratik tipini axtarır. Öz 

qəhrəmanlarını o, şəhər izdihamlarında, xalqın arasında güclü, parlaq xarakterləri, yadda qalan sifətləri 

axtarıb tapır. Qaraçı qadınlar, üzü qırışmız qoca qadınlar, cavan kəndli qadınlar rəssamın diqqət-

nəzərində olur. Onu həyatda səmimiyyətlə, bir-başa gördüyü, muşahidə etdiyi canr səhnəcikləri cəlb 

edir. Qəhrəmanların yaşadıqları həyatı, onların evi, ailəsi, uşaqlarına bağlı olaraq həyatın mənasını təşkil 

edir. Bu varlığın, yəni qadın aləminin simvolik modeli rəssamın hər bir lövhəsində yenidən 

rekonstruksiya edilir.  

İntibah dövrünün feminizmində  də  qəhrəman, ruhu və  bədəni güclü, dəyanətli olan, özünü 

müdafiə edə bilən, cəsarətli və öz bacarıqlarında inamlı olan qadın idealı  təbliğ olunur. Bu mənada 

Corconinin «Yudif» adlı  rəsmi, müəyyən maraq kəsb edir. Qədim  İncil rəvayətinə görə, Yudif öz 

canından belə keçib, düşmən düşərgəsinə daxil olur, onun başçısının başını üzür. Sucet qəhrəmanın 

cizgiləri, onun daxili sakitliyini, öz işinin haqlı tutduğunun fiziki ifadəsidir. Üzündə  xəfif təbəssüm, 

kiprikləri, gözlərini kölgəli saxlayır, o, zərifliyin təcəssümüdür. Yudifin obrazında yeni qender 

orientasiyaları özünü biruzə verir, burada qadının qender statusu, davranış  və motivasiya stereotipləri 

dəyişilir.  

Renessans incəsənətində kişi gözəlliyi, bədənin fiziki kamilliyini təkminləşdirmək tələbatı yenidən 

üzə  çıxdı. Kişi bədənidə, qadın bədəni kimi, bədii-estetik təsvirinin layiqli predmetinə çevrildi. İntibah 

dövrünün rəssamları üçün qadın və kişi bədəninin bütün xüsusiyyətlərinin təsviri, (quruluşu, müxtəlif 

hərəkətlərə olan həvəs) əsl tələbatına çevrildi. Proporsiyalar (nisbətlər) haqqında təlimin yaradılmasında, 

insan anatomiyasının mahiyyətinin öyrənilməsində onların böyük xidməti olub.  

İntibah dövrünün incəsənətinin maskulinliyinin müxtəlif növləri təmsil olunub: yeniyetmə 

oğlanlar və  zərif kişi obrazlarından tutmuş, cəsarətli, güclü kişilərin obrazlarınadək. O dövrün 

rəssamlarının  əksəriyyəti, zərif oğlanların (Leonardo da Vinçi «Baxus», Pinturikkio «Oğlan portreti») 

şəklinin çəkməsinə üstünlük verirdilər.  

XV-XVI  əsrlərdə zadəqan mədəniyyətində kişilərdə zadəganlıq  əlaməti sayılan qadın zərifliyi, 

incəlik (zəriflik, süstlük mənasında) alqışlanır və  təsviri sənətdə mümkün qədər çox təsvir olunurdu: 

Titsianda, Rubensdə Adonisin portretləri, Rembrantda «Hannimedin qaçırılması», Velaskesin «İngilis 

don Antonio», Van Deykdə zərif cizgilərlə çəkilmiş «Avtoportertini» burada misal olaraq gətirmək olar.  

Cəsarətli, qüvvəli kişi obrazının  ən parlaq təcəssümünü biz böyük rəssam və heykəltəraş olan 

Mikelandcelonun yaradıcılığında tapa bilirik. O, müxtəlif incəsənət növlərində Renessans dövrünün 

məzmununu hədsiz dərəcədə parlaq və qüvvətli  şəkildə açıqlamış, öz səviyyəsi və  əhatəliliyinə görə 

misli görünməmiş  əsərləri yaratmışdır. Mikelandcelonun diqqət mərkəzində döyüşən, nəhəng insan 

durur. Bu mənada Davudun heykəli müəyyən maraq doğurur. Florentsiyanın höküməti yerləşən 

Sikkoriya meydanına yerləşdirilmiş heykəl, ictimai səcdə yerinə çevrildi. O zaman Florensiya 

respublikası öz azadlığı  uğrunda mübarizə aparmaq əzmində idi. Vətəndaşlar inanırdılar ki, kiçik 

Florensiya vaxtı ilə  nəhəng Qoliafa gənc çoban qalib gəldiyi kimi qalib gələcək. Mikelandcelonun 

yaradıcılığında başlıca mövzuya çevrilmiş şücaət, qəhrəmanlıq ideyası məhz bu heykəldə ifadə olunur. 

Gəncin gözəl bənizində  qəzəb ifadə olunub. Qəzəbli baxışı düşmənə zillənib,  əli sapandı  sıxır. Bədəni 

gözəldir, Davud qüvvəli və qoçaqdır.  




 

 

Mikelandcelonun digər heykəlində («Zəncirlənmiş  əsir»)  əsərin qəhrəmanı,  əlinə – ayağına 



bağlanmış  zəncirləri qırmaq istəyir. Burada heykəltəraş heyranedici bir dəqiqliyi ilə naümidlik, 

qəhrəmancasına göstərilən səy, həddindən böyük gərginliyi təsvir etdi.  

Digər «Can verən əsir» əsərində qəhrəman, əksinə, öz zəncirlərini qırmır. Bu gözəl və güclü fiqur 

vasitəsilə dəhşətli fiziki əziyyətlərdən azadolunma vəziyyəti açıqlanır, gözəl yarıçılpaq kişi bədəni təsvir 

olunur.  

Mikelandcelo zəif insanları göstərməyib. Onun kişi obrazları, lap ölüm ayağında, ya da ki, ümidini 

itirmiş kimi təsvir olunsa da həmişə güclüdürlər. Onun kompozisiyalarından parlaq olanlardan biri 

«Adəmin yaradılması»dır. (Sikstin kapellasının damında naxışlar): burada yaradıcılığının əbədi simvolu 

açıqlanır. Yaradan Allahın  əlinin dəyməsi Adəmə elektrik qığılcım təsirini göstərir: onun gözəl, 

yarıçılpaq bədənində  həyat canlanır. Bu naxışlar dahiyanə  sənətkar tərəfindən yaradılmış faciə 

simfoniyası kimi qavranılır. Bu insanın yaradıcılıq qüvvəsinin zirvəsi, onun cismani və  mənəvi 

gözəlliyinin alqışlanmasıdır.  

İntibah dövründə qadın gözəlliyinin öz idealı olub. XV əsrdən başlayaraq müxtəlif, qadın 

gözəlliyinə  həsr olunmuş, özündə ona olan tələbləri yaşadan çoxsaylı traktatlar yaradılır. Misal olaraq, 

XV  əsrdə Anyolo Firensiola tərəfindən yazılmız «Qadının gözəllikləri haqqında» traktatını göstərmək 

olar. «Qadının bədən quruluşu böyük, möhkəm, həm də yığcam olmalıdır. Həddindən artıq böyük. iri, 

yaxud xırda, arıq bədən yaxşı ola bilməz.  Ən gözəl boy-yumru, qədd-qamətli, ağ, ləkəsiz olmalıdır. 

Çiyinləri iri olmalı, sinəsində bir dənə də sümük bilinməməlidir. Bədəni nə arıq, nə də kök, amma ətli, 

sulu, müəyyən ölçülərdə olmalıdır, bu ölçülərin üzərində  fərasətlilik, cəldlik, çariçəni xatırladan qədd-

qamət olmalıdır».  

Bütün insanların gözündə gözəl sayılan və gözəl görünən ümumbəhəri norma var. Rəsam ayrı-ayrı 

ideal cəhətləri sintez edib, ifadə etməyə çalışanda, nəzərə almalıyıq ki, onlar həqiqətdə bir insana yox, 

ümumiyyətlə insanlara aiddir.  

O dövrdə mövcud olan qadın gözəlliyi ölçülərinə uyğun rəssamlar bir çox qadın obrazlarını 

yaradırdılar. Titsianın rəsmlərində böyük bədənli, təmtəraqlı gözəllər məhz bu qəbildəndir. Rubensin 

lövhələrindən biri olan «Virsaviya» da onun yaradıcılığının təntənəsi, şedevridir. İncildə söylənilir ki, çar 

Davud bir dəfə, sərkərdə Uriyanın arvadı – Virsaviyanı suda çimən görüb. Onun gözəlliyinə heyran 

qalan çar dəhşətli cinayətə  əl atıb: Uriyam müharibəyə, özü də  ən qızğın döyüşlər gedən  əraziyə 

göndərib. Ölüm xəbəri gələndə çar Virsaviyanı özünə alır. Digər lövhələrində  də o, analoji gözəl, 

dolubədənli, həyatsevər qadın obrazlarını – «Diananın  şikardan qayıtması», «Qraf Tomas Arundel və 

onun arvadı», «Yelena Furmanın portreti» əsərlərində yaratmışdır. Onun qırmızı yanaqlı 

madonnalarında heç bir müqəddəs paklıq  əlamətləri yoxdur. Onun apostolları-qəribə görünən sağlam 

qocalar və körpələrdir, antik əfsanələrin qəhrəman qadınları isə – dolğun, dadlı yeməkləri,  şənlənməyi 

xoşlayan Antverpen qadınlarını xoşlayır. Rubensin xoşbəxt dolğun həyatı onun rəsmlərində ayna kimi 

əks olunub. Onun fırçası dəyən yerdə canlı həyat çiçəklənir, qızğın rənglər səpələnir.  

Bütün qeyd edilənlər  İntibah dövrünün incəsənətində qender münasibətlərinin inkişafına aid 

müəyyən təsəvvür yaradır. Təsviri sənət, heykəltəraşlıq və digər sənət sahələrində qadın gözəlliyi 

tərənnüm edilir. Qadının qəlbindəki harmoniyanı  əks etdirir, analıq və qadın mərhəməti ideallarını 

şöhrətləndirirdi. Rəssamların və tamaşaçıların təsvirində qadın eyni zamanda ilham pərisi və  səcdə 

obyekti kimi sıxış edir, yaradıcılığa qadır olan isə kişi idi, onun hökmran mövqeyi son nəticə etibarilə 

qadını incəsənətlə bağlayan bir çox münasibətlərdən uca tutulurdu. İntibahın ifadə etdiyi bütün yeni 

meyllər və tendensiyalar sırasında cinsindən asılı olmayaraq, şəxsiyyətin dərki, onun müsbət 

cəhətlərinin, yenilməz ucalığının açıqlanması durur. Məhz humanizm sözün ən geniş  və ümumi 

mənasında Renessans incəsənətinin mahiyyətini təşkil edir, burada ümumi şəkildə dövrün mənəvi 

təcrübəsi, şüurda baş verən inqilab açıqlanır.  

Azərbaycanda İntibah dövrü Atabəylər və Səfəvilər dövlətləri arasındakı mərhələyə təsadüf edir və 

üç hissəyə bölünür (XII-XV əsrlər). Bu dövrdə  təbii və ictimai elmlər gur çiçəklənir, memarlıq,  şəhər 

tikintisi, incəsənətin müxtəlif növləri xeyli inkişaf edir. Nizami Gəncəvinin yaradıcılığı o dövrün farsdilli 

ədəbiyyatının  ən uca zirvəsini təşkil edirdi. Bu ədəbiyyat öz növbəsində geniş  şöhrət qazanan 

Azərbaycan poeziya məktəbinin tərkib hissəsi idi.  

Böyük Azərbaycan  şairi və mütəffəkkiri Nizami Gəncəvinin poemalarını  tədqiq edərkən biz 

görürük ki, o, kainat, əxlaqi və sosial münasibətlər, kişi və qadınların haqqındaki suallara dönə-dönə 




 

 

cavab axtarırdı. Nizaminin etik baxışlarının ən dəyərlisi onun qadına, sevgiyə və ailəyə olan baxışlarıdır. 



Burada Nizaminin humanistliyi öz ən parlaq ifadəsini tapmışdır. Onun tərəfindən yazılmış Leyli, Şirin, 

Nüşabənin obrazları bu günə qədər öz məlahətini və gözəlliyini itirməyiblər. Şəriətin ehkamlarına qarşı 

çıxaraq (burada qadın alçaq və günaha batmış  məxluq kimi qələmə verilirdi), Nizami zəngin mənəvi 

keyfiyyətlərə, ağıla, qabiliyyətə, cəsarətə malik olan qadın obrazlarını yaratmışdı. Çariçə Nüşabəni 

xatırlayaq: «O, dövləti, burada ağıllı  və  ədalətli qayda-qanunları yaradaraq idarə edir». Şairin dediyinə 

görə, bu qadın bir çox kişilərdən fəaldır, məsləhətdə önəmli, qəlbən aydın və qururludur. Onun cəsarəti 

və müdrikliyi qarşısında hətta Makedoniyalı İsgəndər diz çökmüşdü. Nüşabənin ərazisinə yürüşlə gedən 

böyük sərkərdə çariçə ilə görüşür. Nüşabə sərkərdə ilə söhbətdə özü haqqında belə danışır:  

«Erkən tinətliyəm, olsam da qadın,  

Hər işi bəllidir mənə dünyanın.  

Mən də bir insanam, düşünsən bir az,  

Aslanın erkəyi, dişisi olmaz»

 

(s. 212) 

Bu sözlə Nüşabə o dövr üçün çox qeyri-adi olan ideyanı-qadın və kişinin cəmiyyətdə  bərabər 

olması ideyasını irəli sürür. Belə yolla Nizami qadın haqqında dini mövhumatı rədd edir (qadının alçaq 

bir məxluq kimi qiymətləndirilməsi), qadın və kişilərin bərabərhüquqlu olması uğrunda çıxış edirdi.  

«İqbalnamə» əsərində Nizami monoqamiyanı nigahın yeganə məqbul formasının olduğu ideyasını 

irəli sürüb. O yazır ki, kişilər üçün elə bir arvad bəsdir,  əgər onun çoxlu arvadı varsa, deməli heç biri 

yoxdur. Nizaminin bu fikirləri əsaslı şəkildə şəriətlə ziddiyyət təşkil edir: məlumdur ki, şəriət qadınların 

qapalı yaşamasını və çoxarvadlılığı məqbul sayır.  

Ailələr möhkəm olmur, çoxarvadlı kişi tək qalır, çünki arvadların heç biri onu sevmir. Nizami 

çoxarvadlılığın, uşaqların tərbiyəsi işi üçün də zərərli olduğunu qeyd edir.  

Onun fikrincə, müxtəlif arvadlardan müxtəlif xasiyyətli uşaqlar doğulur, onlar bir-birilə dostluq 

etməyəcəklər, çünki anaları bir deyil. «Əgər oğlunu ədəbli görmək istəyirsənsə, onda, sinəsində bir qəlb olduğu 



kimi atası da, anası da bir olmalıdır» (6).  

Qadın azadlığı ideyasını  təbliğ edən Nizami, çox vaxt islamaqədərki dövrünü ideallaşdırır: o 

zaman qadınlar çadra və çarşab nə olduğunu bilmir, dövlət və ictimai işlərə onlar buraxılmırdılar, öz 

taleyinə sahib durur, kişilərlə məclisdə yan-yana oturub yeyib içirdilər.  

Nizaminin kişi və qadının sevgisi haqqında ideyaları, xüsusi olaraq, diqqəti cəlb edir. Xatırladaq ki, 

orta  əsr dini xadimləri, bu münasibətləri, insan təbiətinin günahkar tərəflərinin ifadəsi kimi 

qiymətləndirirdilər. Nizami belə fikirlərdən çox uzaqdır. Öz humanist baxışlarına sadiq olaraq o, qadını 

gözəl və uca məxluq, sevgini isə – insan təbiətinin uca və nəcib ifadəsi olduğunu hesab edirdi. Qadın və 

kişi arasındakı  məhəbbət – insan ruhunun ali və  təbii vəziyyətidir.  Şair dərin rəğbətlə sevgidən, 

sevgililərdən yazır, onların mənəvi vəziyyətini açıqlayır.  Nizami  hesab  edir  ki,  əsil sevgi hissi insanı 

həvəsləndirir, onu ilahi göylərə qədər ucaldır, daxilində olan yaradıcı qabiliyyətlərini oyada bilir. Sevən 

insan öz sevgisi naminə böyük igidlik göstərə bilər. «Xosrov və  Şirin» poemasında Nizami daşyonan 

Fərhadın, Şirinə olan sevgisi naminə daş qayasını yardı. Uca sevgi hissi ona, yenilməz və ecazkar qüvvə 

verdi. Bu nikbin sevginin təsiri altında, avara, şəhvətpərəst və qayğısız bir hökmdar olan Xosrov 

alicənab, xeyirxah bir insana çevrildi.  

Nizaminin fikrincə, sevgi-nigahın mənəvi motivi, onun etik əsası olmalıdır. Yalnız cəsarətsiz və 

cılız insanlar öz ehtirasların quluna çevrilərək, özünü yüngül əlaqələrdə israf edir, eyş-şürətin düşgünü 

olurlar. Möhkəm xasiyyətli insan öz sədaqəti və namusunu hər bir sınaqdan qoruyur, öz sevgilisinin 

qədrini bilir. «Xosrov və  Şirin»  əsərində Mehin Banunun dilindən  şair deyir ki, sevən qız yalnız öz 

xoşbəxtliyini düşünməli, öz qiymətsiz olan namusunu qoruyub saxlamalıdır. Öz paklığını qoruyub 

saxlamaq üçün o, özünü almalı, sevgi gücünü, xasiyyət möhkəmliyini  əldə etməli, sevdiyi adamın 

dalınca sürünməməlidir.  



«Yaraşmaz kişinin dalına düşmək,  

Bu sifət qadında olmasın gərək,  

Çox tezətər gülü əldə tutdular 

İyləyib, iyləyib sonra atdılar». (6)  

Xosrovu atəşli məhəbbətlə sevən  Şirin yoldan çıxmır, paklığın və ali hisslərini qoruyur. Nizami 

Şirini fəal, hərəkətdə olan, öz xoşbəxtliyi uğrunda daima mübarizə aparan bir insan kimi təsvir edir. O, 

sevdiyi adama ərə gedib, öz taleyini özü həll etdi. Nizami cazibədar, mənəvi cəhətdən zəngin  Şirin 




 

 

obrazını yaradaraq, qadına, sevgiyə, kişi və qadınların qarşılıqlı münasibətlərinə olan ənənəvi feodal 



baxışlarını rədd edir.  

Nizaminin qadınlar haqqında fikirləri mütərəqqi və liberal səslənirdi. Onun noemalarında qadınlar 

müstəqil, sərbəst, təşəbbüskardırlar, onlar cəmiyyətin aparıcı qüvvəsi olmağa qadirdirlər, onlara cəsarət, 

düzgünlük, vicdanlılıq, hazırcavablılıq xasdır.  Şairin  əsərlərində qadınlar – əxlaqın və namusun 

qoruyucusu, ailə ocağının yaradıcısıdırlar.  

Qadın və kişinin arasındakı sevgi kimi uca mövzusunu, İntibah dövrünün böyük Azərbaycan şairi 

Mühəmməd Füzuli öz yaradıcılığının şedevri olan «Leyli və Məcnun» poemasında açıqlamışdır. Burada 

o, özünü, insan qəlbinin dahi bilicisi kimi ifadə etdi. Nizami tərəfindən dahiyanə  işlənib hazırlanmış 

Leyli və  Məcnun faciəsini Füzuli özünün yaratdığı konsepsiya əsasında yenidən öz təəssüratından 

keçirərək, bir sıra canlı bədii obrazları yaratdı. Lirik şerlərdə təcəssüm edilən sevgi mövzusunu Füzuli, öz 

poemasında daha geniş  və çoxşahəli  şəkildə açıqlayır. Sevginin gücü burada insanın, onun hiss və 

meylləri, təbii ehtiyaclarının qüvvəsi kimi qiymətləndirilir.  

Feodalizm dövründə, mənəvi meyllər azadlığı küfr kimi, islama qarşı  çıxması kimi 

qiymətləndirildiyi  şəraitində, məsələnin bu kimi qoyuluşu heç də asan iş deyildi. Əgər müsəlman 

qadının vəziyyətini, onun adi insan hüquqlarından məhrum edilməsini,  ərinin özbaşınalığa dözməli 

olduğunu nəzərə alsaq, onda sevgi kolliziyasının işıqlandırılmasının sosial əhəmiyyəti göz qabağındadır. 

Şair öz poemasında insanın, qəlbindəki ən məhrəm, gizli saxlanılan hisslərin ifadəsinə hüququn olması 

ideyasını müdafiə edir. Sevgini müdafiə etmək mümkündür və vacibdir: ona qurban verilməlidir, o, 

ifadənin cəm edilməsini tələb edir. Qanun, qayda, adət-ənənələr ona qarşı  çıxır, sevgi basılır, alçaldılır, 

təhqir edilir. Yalnız böyük qəlbi olan insan, əyilmədən, taleyin ağır zərbələrini qəbul edə bilər, çünki 

sevgi – birinci növbədə əzabkeşlikdir. Yalnız təmənnasız sevən adam, Füzulinin lirik qəhrəmanları tək, 

öz sevgi iztirablarından həzz ala bilər.  



 

Yarəb, bəlayi – eşq ilə qıl aşina məni,  

Bir dəm bəlayi – eşqdən etmə cuda məni 

Qeysin Leyliyə sevgisi nəinki pak və idealdır, o, həm də çox güclüdür. Leyli, öz sevgilisini ondan 

da artıq sevir. Öz qadın zərifliyi ilə belə o, Məcnunla birləşəcəyinə ümidini itirmir. Onu İbn Salama ərə 

verirlər, o isə  ərindən uzaqlaşır, özünü qoruyub saxlayır. Leylinin iztirabları, onun həyatının yolu çox 

təbii görünür, onlar sosial və psixoloji cəhətdən həqiqidir və mümkün qədər dəqiq Şərqdə qadın – qulun 

vəziyyətini özündə əks etdirir. Sevgi hissinin formalaşdığı sosial və  mənəvi həddlərinə faciyəvi şəkildə 

uyğun gəlməməsi, xoşbəxt finalın mümkünsüzlüyü onunla nəticələnir ki, Məcnunun sevgisi, həyatdan 

təcrid edilmiş, platonik xarakter alır. Leylidən ayrı düşmüş  Məcnun mənən ona qovuşur, axırda Leyli 

onun üçün öz əvvəlki  əhəmiyyətini itirir. Ruhlar qovuşur, bütün maddi olan sanki ideal şəklə düşür. 

Məcnun, Leylidən düşəndən sonra, «korluğuna» o qədər alışır ki, Leylinin göz qabağına gətirilən obraz 

ona o qədər yaxın olub ki, həqiqi Leyli, anlaşıqsız olub, ona artıq lazım deyil: sevgililərin xoşbəxtliyinə 

mane olan səbəblər  şəxsi faciə  həddlərini aşır, geniş sosial – fəlsəfi məna alır, böyük insan arzusunun 

gerçəkləşməsinə, təbii, heç nə ilə məhdudlaşmayan yaşaması və inkişafına mane olan gerçəkliyi ifşa edir.  

Tariximiz, ölkəmizin həyatında, mədəniyyət və incəsənətin böyük rol oynayan bir çox azərbaycanlı 

qadının adlarını qoruyub saxlamışdır. Bu mənada XII əsrdə yaşayıb yaratmış şairə Məhsəti Gəncəvinin 

(Mənicə xanım)  şəxsiyyəti xüsusi maraq kəsb edir. Nizaminin müasiri olan məşhur  şairə  Gəncədə, 

Xarabat küçəsində yaşayırdı. M.S.Ordubadinin qeyd etdiyi kimi, bu küçədə incəsənət adamları 

yaşamışdır; onlar nəinki xalq arasında, həm də xeyriyəçi feodalların saraylarında böyük rəğbətlə 

qarşılanırdılar. O zaman Şərqin şəhərlərində elə küçələr olub ki, burada yalnız müğənnilər, musiqiçilər, 

rəqqaslar məcnunlaşmışdı. Ruhanilər belə küçələri «mənəviyyatsızlıq yuvası» adlandırırdı. (2) Məhsəti 

hərtərəfli təhsil almışdır: onun poetik irsi ilə tanışlıq göstərir ki, onun, təbii elmlər, bir sıra humanitar 

elmlər, o cümlədən fəlsəfə sahələrində  dərin bilikləri olub. O, həm də musiqiçi kimi məşhurlaşmışdı, 

şahmat oynuna dərindən bələd idi.  

Məhsəti gənc ikən, incəsənətə yiyələnməyə başladı. Dörd yaşında atası onu məktəbə qoydu; o 

istəyirdi ki, qızı savadlı olsun. 10 yaşında o, musiqini öyrənməyə başladı. Xanəndə və musiqiçilər onu bir 

neçə musiqi alətlərdə çalmağı öyrətdilər. Öz bacarıqlarını o, sultan Mahmud Selcukinin sarayında 

nümayiş etməyə başladı.  



 

 

Məhsətinin  əsərləri  əsasında, onun, Gəncə xatibinin (ruhani şəxs) oğlu  Əmir  Əhmədlə sevgisi 



haqqında yazılmış poema bu cünə gəlib çatmışdır. Bu poemanı şair Cövhər rubai üslubunda yazmışdır; 

özü də bu rübailər şairənin öz şerlərindən götürülmüşdür.  

Dərin fəlsəfə  məzmunu daşıyan rübailər dünya və  şərq poeziyası  xəzinəsinə tam hüquqla daxil 

edilmişdir. Şairənin poetik irsinə 400 rübai və bir qədər şerlər daxildir.  

Məhsətinin əsərləri milli ənənələrə daxildir, humanist, həyatsevər məzmununa malikdir. Humanist 

ənənələrə sadiq olaraq, o, insanları dolğun sevinclə dolu həyatı yaşamağa çağırır, ölümdən sonra həyatın 

mövcudluğunu şübhə altına alır. Məhsətinin, axirət həyatına ümidlərin boş olması, insanın, bu dünyada 

bütün nemətlərdən dadmağa haqqın olması ideyaları, hakim dini-əxlaqi ekham olan – ölümdən sonra 

cənnət nəşəsinin olması ideyasına qarşı  çıxırdı.  Şairənin təsəvvüründə insan – maddi və  mənəvi 

başlanğıcların vahidliyi, ruh və cisimin ayrılmaz bədənidir. Məhz bu dünyada o, parlaq məzmunlu, 

sevinclə dolu həyata can atmalıdır. Məhsətinin həyatsevər poeziyası o dövr üçün çox cəsarətli idi, o, 

şəriətin kəlamlarına, hakim qanun – qaydalara qarşı  çıxırdı, yəni insanları  sevinc  dolu  həyata 

istiqamətləndirirdi.  

Hakim ideologiyaya qarşı  çıxış edən  şairə öz əsərlərində ruhanilərin qüsurlarını, onların 

ikiüzlülüyü, riyakarlığı, mühafizəkarlığını  tənqid atəşinə tuturdu. O, cəsarətlə mövcud ictimai 

münasibətlər və qaydalara, xalqa qarşı olan ədalətsizliyə,  əsarətə qarşı  çıxış edir, xalqın məzlum və 

hüquqdan məhrum olmasından yazır. Lakin Məhsəti səhvən düşünürdü ki, hökmdarı, ona nəsihət 

verməklə dil tökməklə, o, öz xalqının qayğısına qalmağı, ədalətliyi, xeyri və vəzifəsini gözləməyi çalışsın.  

Bir filosof kimi, Məhsəti materialist baxışlara tərəf çıxır. Varlığın  əsasında o, dörd elementin 

olmasını göstərir: su, hava, torpaq, od; bu elementlərin nisbəti əsasında bütün mövcud varlıq əmələ gəlib. 

Burada dialektikanın elementlərini də tapmaq mümkündür. Məhsətinin fikrincə, dünya daima 

hərəkətdədir, dəyişilir, inkişaf edir və  fırlanır. Dünya – əksliklərin vəhdəti, keyfiyyət və  əlamətlərin 

qarşılıqlı  şəkildə bir-birinin inkar edilməsidir.  Əksliklər bir-biri ilə  həm daimi mübarizədə, həm də ki 

vəhdətdədir. Varlığın ilkin məkanı, dünyada mövcud hadisələrin səbəbi, hər bir şeyi hərəkətə  gətirən 

«Tale»dir; «Tale özü hərlənməklə bütün cisimləri də hərləndirir». (3) Məhsəti öz gözəl şerlərilə özü-özünə 

abidə yaratdı: 



 

Dün kaşı kuzəni daşlara çaldım,  

Sərxoşdum, bilmədim, əlimdən saldım.  

Kuzə dilə gəldi dedi ki: «Mən də 

Sənin kimi idim, bu günə qaldım!» 

 

Mən tikansız təzə ətirli güləm,  

Qəmlərini çəkən şeyda bülbüləm.  

Şahların qolunda oturan qırğı,  

Düşmüşdür toruna, eyləmə sitəm! 

 

Heç pozan olmadı qəza, qədəri,  

Doğradı ümidi eşqin xəncəri.  

Eşqin badəsini içdim, can verdim,  

Heyhat tapılmadı eşqin gövhəri! (3) 

 

Məhsətinin cəsarətli, azadsevər, tənqidi ruhda olan yaradıcılığı Azərbaycanın fəlsəfi poeziyasında 



azad fikirliliyin inkişafında böyük rol oynayıb.  İntibah dövrünün böyük şairləri olan Nəsimi, Nizami, 

Füzuli ilə bir sırada adı çəkilən Məhsətinin yeganə qadın olması onun bir əfsanəyə çevirir. Təsadüfi deyil 

ki, avstriyalı tədqiqatçı F. Mayer ona, öz «Gözəl Məhsəti» adında əsərini həsr etmişdir.  

Müasir Azərbaycan rəssamı E.Qurbanov, Məhsətinin bədii, estetik obrazını öz «Məhsəti» rəsmində 

ifadə etmişdir. Burada şairə, qüllü-ətirli, quş mahnıları ilə dolu «cənnət bağı»nda arfada musiqini ifa 

etdiyi zaman təsvir edilmişdir.  

Məhsətinin zərif, nəfis yaradıcılığının timsalında biz görürük ki, hətta patriarxal cəmiyyətdə ayrı-

ayrı qadınlar kişilərlə bir səviyyədə özünü həyat fəaliyyətinin müxtəlif sahələrində – təhsil, mədəniyyət, 

incəsənətdə ictimai həyatda ifadə etməyə qadir idilər. Onların həyat və yaradıcılığı – istər ailə, istərsə də 



 

 

vətəndaşlıq və  mədəniyyət müstəvilərində tarixi yaradıcılıq prosesində  iştirak etmək hüququna «qadın 



iddialarını»n təsdiqidir.  

 

 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 

1. İntibah dövrünün incəsənətində qender münasibətlərinin izahında stereotiplər necə dəyişib? 



2. İntibah dövrünün incəsənətində kişi və qadın obrazları nə kimi rol oynayır? 

3. Müsəlman Renessansı nədir? 

 

İş üsulları – diskussiya, paylanmaq üçün materiallar, R.Mustafayev adına təsviri sənət muzeyinə 

ekskursiyanın keçirilməsi.  

 

PETRARKANIN LAURAYA HƏSR OLUNMUŞ SONETİ 

 

Qəlbim sevgi atəşindən nura boyandı,  

Sənə layiq sözüm, sənətim yoxdur,  

Səmavi məlahətlik süzülür səndən,  

Cismani tamahlardan çox uzaqsan sən.  

Qızılgüldən qırmızı, ağdan ağsan sən,  

Həqiqət, gözəlliyin dahisisən sən,  

Sinə dolur sevinclə, həzz alıram mən,  

Coşğunluq dalğasında görəndə səni,  

Kaş ki, bacaraydım bu şerimlə mən,  

Yazdığım sözlərlə dünyaya yayım,  

Sənin şöhrətini, amma xülyadı bu… 

Qoy onda vətənim eşitsin məni: Alp dağları,  

Dəniz dalğası da zərif Lauranın adını desin. (7) 

 

 



ƏDƏBİYYAT 

 

1.  Али-заде Г.Г. Философия красоты человека. – Б., 1995 



2.  Алпатов Л.М. Художенственные проблемы итальянского Возрождения. – М., 1976 

3.  Антология азербайджанской литературы. Т. 1 – Б., 1960  

4.  Брагина Л.М. Итальянский гуманизм. – М., 1977 

5.  Лосев А.Ф. Эстетика Возрождения. – М., 1978 

6.  Мустафаев Дж. Философские и этические воззрения Низами. – Б., 1962 

7.  О любви и красотах женщин: трактаты о любви эпохи Возрождения. – М., 1992 

8.  Поэты Возрождения: Переводы. – М., 1989 

9.  Проблемы Азербайджанского Ренессанса. Сбор. соч. – Б., 1984 

10.  Семья. Сб. в 2 т. – М., 1990 

11.  Философия любви. / Под ред. Горского Д. – М., 1990 



12.  Фукс Э. Иллюстрированная история нравов: эпоха Ренессанса. – М., 1993 

 

Yüklə 350,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə