Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan



Yüklə 0,56 Mb.
səhifə1/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
  1   2   3   4   5   6   7   8

Mövzu 1. İqtisadi münasibətlər sistemində hüquq

PLAN


  1. İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi.

  2. İqtisadi münasibətlərdə tətbiq edilən hüquq.

  3. Hüququn iqtisadi məhlulu və iqtisadi hüququn elm sahələri.

  4. Hüquq normalarının müasir xüsusiyyətləri.


ƏDƏBİYYAT SİYAHISI

  1. Aktan C.C.Kamu Ekonomisi və Kamu Maliyyəsi. İzmir, 2001

  2. Cansen E.A.Iqtisadi hüquq və ya hüquqi iqtisad, Ankara,2006

  3. Лазарев В.В.Общая теория права и государства. Москва,Юристь,2001

  4. Право и экономика: Традиционный взгляд и перспективы развития. Москва,1999

  5. Коваленко А.И.Правовое государство: концепцин и реалъностъ. Москва,1993.


İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi.

Dünya təcrübəsi göstərir ki, hər hansı bir iqtisadi sistem normal fəaliyyətin təmin edilməsində dövlət həlledici rol oynayır. Bu baximda dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüququnun gözlənilməsi iqtisadiyyatın tənzimlənməsilə bağlı başlıcaproblemlərdən biridir. Bəşər cəmiiyətin inkişafı gedişində dövlət bu və ya digər səviyyədə müxtəlif iqtisadi proseslərə müdaxiləsi obyektiv zərurətə çevirilmişdir. XIX əsrin sonundan etibarən dövlət iqtisadi proseslərə nəzarət etməyə və onun tənzimlənməsi tədbirlərinin keçirilməsi ilə başlamışdır. Bu tədbirlər özünü iqtisadiyyatın tənzimlənməsi məqsədi ilə normativ hüquqi aktların formalaşdırılıması və onların praktik reallaşmasında daha qabarıq göstərmişdir.

İqtisadi münasibətlərin təmizlənməsi aspektindən hüquq normalarının tətbiq olunması XX- ci əsirin ikinci yarısından etibarən iqtisadçıların diqqətini cəlb etmişdir. Bu özünü rəqabətin təmin olunmasında, əmək bazarına müdaxilə edilməsində, qiymətlərin və xarici ticarətin tənzimlənməsi sahəsində daha qabarıq göstərmişdir. Odurki iqtisadi münasibətlərin cəmiyyətdə daşıdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir.

Ümumilkidə hüquqi tənzimlənmə mürəkkəb prosesdir və o, ictimai münasibətlərə hüquqi təsirin müəyyən vasitələrinin köməyi ilə reallaşdırılır. Qeyd etmək lazımdır ki, hüquqi təsir və hüquqi tənzimlənmə anlayışları bir birindən fərqli məqamları ilə xarkteriza olunur. Belə ki, hüquq öz mövcudluğu ilə insanların davranışına əhəmiyyətli dərəcədə təsir göstərməklə, bir dəyər kimi insanların fəaliyyətinin istiqamətini müəyyən edir. Məhz bu mənada hüquqi təsir ictimai münasibətin hüquqi tənzimlənməsi anlayışından daha genişdir. Burada isə hər şeydən əvvəl ictimai münasibətlərin bir başa tənzimlənməsinə yönəldilmiş müəyyən hüquqi təsir vasitələrini fərqləndirmək lazimdir. Hansı ki, müvafiq vasitələr hüquqi tənzimlənmənin predmeti olan ictimai münasibətlərin (məsələn, əmək münasibətlərinin , maliyyə münasibətlərinin) tənzimlənməsinə imkan yaradan mexanizmin formalaşdırılmasını təmin edir.

Hüquqi tənzimlənmə ictimai münasibətlərin dövlətin məqsəd və vəzifələrinə uyğun olaraq qaydaya salan hüquqi vasitələr sistemi kimi xarakterizə oluna bilər. Bu sistemdə hüquq normaları hüquqi tənzimlənmə dairəsindəki ictimai münasibətlərin iştirakçılarının məcburi davranış qaydalarını müəyyən edir. Hüquq normalarının ictimai münasibətlərə təmizləyici təsiri hüquq normasının istiqamətləndiyi subyektlərin dairəsində, davranış qaydalarının məzmununda, habelə müvafiq qaydaların pozulmasına görə hüquqi məsuliyyət tədbirlərində özünü biruzə verir. Bu baxımdan hüquq normaları özlüyündə hüquqi tənzimlənmənin normativ əsasını təşkil edir. Çünki,onun əsasında iqtisadi subyektlərin ehtiyyac və maraqlarına müvafiq olan ictimai münasibətlər modeli qurulur.
2. İqtisadi münasibətlərlə tətbiq edilən hüquq.

Qeyd etmək lazımdır ki, müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər iki tərəfli qarşılıqlı təsirlə bağlıdır. Başqa sözlə desək, hüquqi sistem fərdlərin davranışına onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir.

Mahiyyət etibarıilə “İqtisadi hüquq” cəmiyyətin təlabatının ödənilməsi məqsədilə istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi xarakterizə olunur. Bununla belə onun predmeti mürəkkəb və çoxcəhətlidir. Bu xarakterik xüsusiyyət ilk növbədə insanların həyat fəaliyyətinin , xüsusi də onun iqtisadi fəaliyyətinin rəngarəngliyindən irəli gəlir.

“İqtisadi hüququn fərqləndirici cəhəti iqtisadi metodların normativ aktlar və hüquq nəzəriyyələrinin təhlilində, habelə hüquqi sistemin iqtisadi davranışlara təsirinin tədqiqində özünü göstərir. İqtisadi hüquq hüquqi sistemlərin təhlili üçün müvafiq konsepsiyaların əsasını təşkil etməklə, fərdlərin davranışını arzu olunan istiqamətə yönəldən hüquq normalarının işlənməsi vasitəsi kimi çıxış edir. Bununla o digər konsepsiyalardan fərqlənir.

Ümumilikdə, iqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlər oxşar xüsusiyyətlərinə görə aşagıdakı üç qrupa bölünür.


  1. Iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər subyektlərlə yaranan münasibətlərin iqtisadi və hüquqi cəhətləri.

  2. Müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadi və hüquqi münasibətlər.

  3. Bütün cəmiyyətin və özünün mənafeyinin qorunması baxımından iqtisadiyyatı tənzimləyən dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxslərin arasında yaranan münasibətlər.

İqtisadiyyatın hüquqi tənzimlənməsinin subyekti kimi iqtisadi fəaliyyətlə məşğul bütün hüquqi və fiziki şəxslər çıxış edir. Ümumilikdə “İqtisadi hüquq” “Mülki hüquq nəzəriyyəsindən ayrılan istiqamət kimi neoinstitutsionalist nəzəriyyə çərçivəsində fəaliyyət göstərsə də, xüsusi tədqiqat sahəsinə yəni iqtisadiyyat və hüquq elmlərinin qovuşmasına malikdir.

“İqtisadi hüquq” sahəsində tədqiqatlar ioqtisadçılara iqtisadi sistemin fəaliyyətinə hüquqi sistemin təsirini göstərməyə kömək edir. Bu isə iqtisadi modellərin formalaşdırılması zamanı fərdlərin davranışına hüquqi sistemlərin təsirinin nəzərə alınmasının zəruriliyi meydana çıxarır.

Ümumilikdə, iqtisadiyyata hüquqi üsul və vasitələrdən istifadə etməklə təsir göstərilməsinin İlkin nəzəri- konseptual məqamları Çikaqo, Avstriya, institutsionalizm və neoinstitutsionalizm məktəblərin yanaşmaları kimi səciyyələndirilir. Çikaqo məktəbinin əsasında səmərəli seçim nəzəriyyəsi dayanır. Onun metodları, nəticələri və tətbiq imkanları haqqında tam təsəvvür Riçard Poznerin əsərlərində öz əksini tapmışdır. O, ilkin olaraq aşağıdakı məqamları fərqləndirmişdir.

Insanlar hətta qeyri-iqtisadi xarakterli qərarları qəbul edərkən səmərəlilik nümayiş etdirilər və qəbul etdikləri qərarlarla əlaqədar xərclərini nəzərə alaraq, bu və ya digər qərarda öz mənfəətlərini maksimumlaşdırmaq kimi başlıca məqsəd güdürlər;

-Hüquq normaları fərdlər üçün bu və ya digər qərarların qiymətini müəyyən edir;

-Hüquq normaları səmərəliliyə nail olmanın başlıca vasitələrindən biridir.

Qeyd etmək lazımdır ki, bu məqamlar öz əksini Kouz teoremində də tapmışdır. Belə ki Koez teoreminə əsasən mülkiyyət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər.

Avstriya məktəbi isə aşağıdakı ilkin şərtlərə əsaslanmaqla noeklassik məktəbin yanaşmalı ilə müqasiyəyə əsaslanır:



  • Subyektivizm- məhsul və xidmətlər fərdlər tərəfindən onların subyektivlik “üstünlük vermə” prinsipi əsasında qiymətləndirilir;

  • Gələcəyin qeyri-müəyyənliyi və ətraf mühitin qeyri-sabitliyi;

  • Sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi və s.

Araşdırmalar göstərir ki, iqtisadiyyat və hüququn qarşılıqlı təsirlərinin müəyyənləşdirilməsində reallaşdırılan tədqiqatların bir qismi də hüququn iqtisadi təhlili istiqamətindədir. Belə ki, müvafiq tədqiqatların əsasını qanunvericiliyə təsir edərək, yeni vəzifələr və onların həlli üsulları təşkil edir. Bu baxımdan hesab edilir ki, hüququn iqtisadi təhlili kimi geniş istiqamət üçün müxtəlif yanaşmaların movcudluğu qanunauyğundur. Və hər hansı bir yanaşmanın fərqləndirilməsi üçün əsas yalnız müəyyən mövqelərin fərqləndirilməsi çıxış edir.


  1. Hüququn iqtisadi təhlili.

Müasir dövrdə hüququn iqtisadi təhlilinə bir sıra yanaşmalar mövcuddur. Belə ki, hüququn iqtisadi təhlili aşağıdakı üç fərqli, lakin qarşılıqlı elementləri nəzərdə tutur: Birincisi, bu iqtisadi nəzəriyyənin hüquqi normalarının təsirinin müəyyən edilməsi məqsədilə istifadə edilməsidir; İkincisi,hüquqi normaların gələcəkdə tətbiqi üzrə təlimatları təkmilləşdirmək üçün iqtisadi səmərəliliyinin müəyyən edilməsində iqtisadi nəzəriyyənin istifadə edilməsidir; Üçüncüsü, hüquqi normaların müəyyən edilməsi üçün iqtisadi nəzəriyyənin tətbiq edilməsidir. Qeyd etmək lazımdır ki, istiqamət qiymətəmələgəlmə nəzəriyyəsi, ikinci istiqamət rifah iqtisadiyyatı, üçüncü istiqamət isə ictimai seçim nəzəriyyasi ilə əlaqədardır.

Ümumilikdə hər hansı bir qanunun hüquqi təsir gücünün müəyyən edilməsi üçün iqtisadi təhlil sadə, lakin mübahisəli əsasa malikdir. Başqa sözlə desək, qanunun yeganə funksiyası hər hansı bir hüquqi məhdudiyyətlər yolu ilə artırılması mümükün olan iqtisadi səmərəliliyin təmin edilməsi kimi xarakterizə olunur. Əgər iqtisadi səmərəlilik məhz bu məqsəd hesab olunursa, onda müxtəlif hüquqi normaların təhlili zamanı rifah iqtisadiyyatının əsas yanaşmaları istifadə oluna bilər. Məsələn, müstəqil müqavilə bağlanan zaman qarşılıqlı razılaşmaya əsaslanan şərtlərin daxil edilməsinin nəzərdə tutan qanunların funksiyası öhdəliklərin yerinə yetirilməsi faktına baxmaq və müqavilənin bəndlərinin hər iki tərəfdən dəqiq şərtləndirilməsinə əsaslanan bir sıra şərtlərin müəyyən edilməsindən ibarətdir.

Beləliklə, müasir dövrdə “İqtisadi hüquq” həm iqtisadi, həm də hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunmaqdadır. “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi iqtisadçılara hüquq sisteminin cəmiyyətin iqtisadi necə təsir etməsinin müəyyyənləşdirilməsi prosesində, hüquqşünaslar işə qəbul olunmuş normativ aktlara müəyyən edilir və tənzimlənir. İqtisadi sistemin transformasiyası və bu prosesə adekvat formalaşan yeni münasibətlər şəraitində isə tənzimlənmə vasitələrinin rolu əhəmiyyətli dərəcədə artır. Məhz bu baximdan dövlətin dəyişən iqtisadi şəraitə uyğun normativ – hüquqi baza formalaşdırılan yeni iqtisadi münasibətlər sisteminin mahiyyətindən irəli gələn dəyişiliklər aparılması zərurətə çevirilir.

Dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudun gözlənilməsi iqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problerdən biridir. Bu baxımdan, iqtisadiyyatın hüquqi tənzimlənməsi aspektindən maraq doğuran məqam iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsidir. İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi ictimai inkişafın ümumi qanunauyğunluqlarına tabedir. Belə ki, bir tərəfdən cəmiyyətin iqtisadi təlabatı obyektiv olaraq müəyyən iqtisadi menasibətlərin tənzimlənməsinin hüquqi formasının mülkiyyətin müxtəlif formalarının hüquqi təsbitinin və mühafizəsinin, təsərrüfat fəaliyyəti subyektlərinin iqtisadi müstəqilliliyin təmin edilməsi və s. bu kimi pirinsipial məsələlərin həllinin zəruriliyinin şərtləndirir.

İqtisadi hüququn ilkin rüşeymləri Roma hüququnda formalaşmağa başlamışdır. Belə ki Roma hüququnda əşya hüququ, mülkiyyət hüququ, və digər hüquq sahələri əks olunmuşdur. Sonralar ictimai inkişaf nəticəsində iqtisadi münasibətlər sistemi daha da genişlənmiş və yeni yaranmış sahələrin hüquqi əsası formalşmağa başlamışdır. Yəni iqtisadi hüququn əsasını təşkil edən, Roma hüququnda öz əksini tapan mülki hüququn tərkibindən, yeni sahələr iştirak edərək ayrılmağa başlamışdır. Əsasını mülki hüququndan götürən bu hüquq sahələrinə sahibkarlıq hüququ, maliyyə hüququ, vergi hüququ, gömrük hüququ və s. aiddir.


  1. Hüquq normalarının təsir xüsusiyyətləri.

Ümumi metod kimi hüquqtətbiqetmənin mahiyyəti iqtisadi münasibətlərin tənzimlənməsində hüququn vasitə kimi tətbiqinə təzahür olunur. Xüsusi metodlar isə imperativ və dispozitiv metodlardır. Xüsusi metodlar hər biri özünə bir neçə üsullar daxil edirlər. Belə ki imperativ metoda məcburetmə və qadağanetmə üsulları, dispozitiv metoda səlahiyyətvermə və stimullaşdırma üsulları aiddir. Məcburetmə üsulları hər hası əməlləri etməyə yönəldilmiş məcburiyyəti müəyyən edir. Qadağanetmə üsulları isə müəyyən hərəkətlərin edilməsinin qadağan edildiyi üsullardır.Səlahiyyətvermə üsulları iqtisadi sahədə baş verən münasibətlərin iştirakçılarına öz maraqlarının ödənilməsinə yönələn müsbət hərəkətlər etmək hüququ verən üsullardır.Stimullaşdırıcı üsullar əsasən həvəsləndirici üsullardır. Həvəsləndirici üsullar iqtisadi subyektlərə xoş sonluqla nəticələnən hərəkətlər üçün istiqamət vermiş olurlar.

Ümumiyyətlə, istənilən normativ-hüquqi aktda ümumi maddəalar istisna olmaqla, qalan normalarda məcburedici, qadağanedici, səlahiyyətverici və stimullaşdırıcı xüsusiyyətlərdən biri, bir neçəsi və ya hamısı əks oluna bilər. İqtisadi münasibətləri tənzimləmək üçün qeyd edilən xüsusiyyətlərə uyğun olaraq eyni adlı üsullardan istifadə olunur.

Yuxarıda qeyd olunduğu kimi hüquqi tənzimlənin spesifik metodu imperativ və dispozitiv metodlara ayrılır. İmerativ yaxud amiranə metod ciddi məcburiyyətdir hüquqi göstərişlərin tələbindən geri çəkilməyə yol vermir. Bu metod başlıca hüquqi vasitə kimi amiranə qaydadan yararlanır. Qeyd edək ki, bu metod daha çox inzibati və cinayət hüququna xas olsada konstitusiya və digər hüquq sahələrində də istifadə olunur. Dispozitiv metod isə təşəbbüsə, hüquqi tənzimləmə iştirakçılarının bu və ya digər davranış seçiminin sərbəstliyinə əsaslanır. O, tərəflərə öz fəaliyyətlərini fərdi istəyinə uyğun nizamlamaq imkanın yaranmasına yol verir. Qanunvericilikdə yalnız bu cür istəklərin hədləri, yaxud müəyyən prosedurları müəyyənləşir. Bu metod daha çox mülki hüquq üçün spesifikdir. Onunn əsasında hüquq münasibətləri iştirakçılarının müstəqil vəziyyəti və yaranma mənbəyi kimi müqavilə durur. Əgər imperativ metod, münasibət iştirakçılarını hüquqi əlaqəyə girməyə məcbur edirsə,dispozitivlik isə vətəndaşların, onların təşkilatlarının faktiki hərəkətlərinin, bu əsasda təşəkkül tapan münasibətlərin hüquqi göstərişlər qarşısında prioritetə malik olması ilə əlaqədardır.

İqtisadi subyektlərin fəaliyyət göstərməsinə icazə verilən sahələr və onların tənzimlənmə qaydaları qəbul olunmuş qanunlarla müəyyən edilir. Belə bir şəraitdə dövlətin dəyişməkdə olan şəraitə uyğun mövcud normativ-hüquqi aktlarda yeni iqtisadi münasibətlər sisteminə uyğun gələn əlavələr və dəyişliklər aparması zərurətə çevirilir.

İqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə olmalıdır ki, o iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın. Yəni dövlətin və ya yalnız vətəndaşların mənafeyinə xidmət etməsin. Eyni zamanda hüquq normaları nə dövlətin, nə də vətəndaşların fəaliyyətini məhdudlaşdırmalıdır. Hüquq normaları subyektlərə qanunla qadağan olunmayan sahələrdə məşğul olmaq imkanı verməlidir.

Bu o deməkdir ki, iqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları bütün mülkiyyət münasibətlərinin bərabər hüquqlu olmasını müəyyən edir və iqtisadi fəaliyyətlə məşğul olan subyektlərin maraqlarını qoruyur. Hüquqi tənzimlənmə vasitəsi ilə yalnız dövlətin və iqtisadi fəaliyyət subyektlərinin mənafeyi qorunmur.Eyni zamanda , hüquqi tənzimləmə vasitəsi ilə istehlakçıların da mənafeyi qorunur.

İqtisadiyyatın hüquqi tənzimlənməsi prosesində təzahür edən əlamətlərə əsasən modellər formalaşır ki, onlar da xarakterik xüsusiyyətlərinə malikdir. Hansı ki, bu xüsiyyətlərinə malikdir. Hansı ki bu xüsusiyyətlər iqtisadi münasibətlərin xüsusiyyətlərindən asılı olur və aşağıdakı spesifik əlamətlərlə xarterizə olunur:


  1. İqtisadi münasibətlərin iştirakçılarının vəziyyəti;

  2. İqtisadi münasibətlərin xüsusiyyətləri;

  3. İqtisadi münasibətlərin iştirakçılarının öz üzərlərinə gördükləri və daşıdıqları məsuliiyət və s.

Hüququ tənzimləmədə ən çox istifadə edilən mexanizimlərdən biri də hüquq pozuntusu törədənlərə qarşı cəza tədbirlərinin görülməsidir. Məlumdur ki istənilən hüquqi və fiziki şəxslər hansısa bir təsərrüfat fəaliyyəti ilə məşğul olarkən öz üzərinə qanunvericiliyə uyğun olarq hüquq və vəzifələr götürür. Onları icra etmədikdə isə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Müasir dövürdə iqtisadi əməkdaşlıq sahəsində, dövlətlərarası və digər subyektlərlə olan münasibətləri tənzimləyən prinsip və normaların cəmi beynəlxalq iqtisadi hüquq kimi qəbul olunur. Beynəlxalq iqtisadi hüquq ticarət, elmi-texniki, nəqliyyat, valyuta- maliyyə, gömrük və s. əlaqələri əhatə edir.

İqtisadiyyatın hüquqi tənzimlənməsinin metodları dedikdə ,iqtisadi sahədə baş verən münasibətləri tənzimləmək üçün hüquqi vasitə və üsulların məcmusu nəzərdə tutulur. İqtisadi sahədə qarşıya qoyulan məqsədlərə ən optimal səviyyədə nail olmaq üçün müvafiq sahədə baş verən münasibətlərin tənzimlənməsində metodların düzgün müəyyən olunması və bu münasibətlərə tətbiq olunması böyük əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, hüquqi dövlətdən söhbət gedirsə, bu zaman münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə hüququdur (hüququ normalarıdır). Düzdür bəzi sosial texniki normalarda hüquqi vasitə kimi istifadə olur. Lakin dövlət yalnız onun mnənafeyinə uyğun gələn bu normalardan bəzilərini sanksiyalaşdırır.

Sosial normalar- bilavasitə insanlar arasında münasibətləri nizama salan normalardır. Sosial normaların aşağıdakı növləri vardır. Hüquq normaları adətlər,korporativ normalar, dini normalar, əxlaq normaları.

Hüquq normaları-dövlət tərəfindən müəyyən edilən mühafizə olunan, ölkə əhalisinin mənafelərini ifadə edən, habelə ictimai münasibətlərin dövlət nizamlayıcısı kimi çıxış edən ümumiməcburi davranış qaydalarıdır. Ümumilikdə hüququn aşağıdakı formaları vardır. Hüquqi adətlər, hüquqi presedentlər, normativ hüquqi aktlar. Bu formalara qısaca nəzər salaq.



  • Adətlər. Bu anlayışla uzun zaman kəsiyində dəfələrlə tətbiq etmə nəticəsində insanların vərdişlərinə və beləliklə, onların münasibətlərini tənzimləyən davranış qaydaları nəzərdə tutulur. Bu qaydalar adət və vərdiş halını alan normalardır. Daha geniş mənada bu normaları yalnız adətlər deyi, ənənələri, ayinləri, ritualları və s. aid etmək olar.Ənənələrin ayinlərin əksəriyyətinə hüquq indeferentdir (laqeyiddir). Eyni zamanda o vərdiş halını davranış formalarına əsaslanır. Bəzi hallarda isə onları öz normalarında əks etdirir. Məsələn böyük ictimai malik olan dövlət başçısının and içmə mərasimi buna aiddir.Mütərəqqi adətlər hüquqla stimullaşdırılır, qanuna zidd olanlar isə hüquqpozmalar kimi qiymətləndirilir. Hüuqun təsirini öz üzərində hiss edərək adətlər də hüquqa təsir edir. Müəyən halda adətlər hüququn mənbələri kimi xarakterizə olunur.

  • Dini normalar. Dini təyinatı insana bu və ya digər şəkildə yaşadığı aləmə alışmaq və dünyada öz yerini tapmağa imkan verən “mənaların” hazırlanmasıdır. Bu nöqteyi nəzərdən, din yaxşı davranışın nizam –tərəzisidir. Dini normalar bəzən hüququn mənnbələri də olurlar. Eyni zamanda hüquqla din arasında prisipial fərqlər də mövcuddur. İctimai həyatın dünyəviləşdirilməsi, vicdan azadlığının təsdiqlənməsi, artıq dini normalarının fəaliyyətinin daralması deməkdir. Hüququn dinə təsiri müəyyən mənada yetərincə spesifikdir. Vicdan azadlığı haqqında qanun vicdan və din azadlığına, məzhəblərin bərabəliyinə və s. təminat verir.

  • Koporativ normalar. Koporativ normalara o normalar aiddir onlar ictimai birliklərin (ictimai təşkilatlar, fondlar, siyası partiyalar və s.) üzvləri, iştirakçıları arasında münasibətləri tənzimləyir. Bu normalar nizamnamələrdə (habelə digər sənədlərdə) əks olunur, ümumi iclaslarda, konfranslarda və qurultaylarda qəbul edilir. Bu normaların fəaliyyət sferası onunla şərtlənir ki, onların ictimai birliklərinin üzvlərinin iradəsini təcəssüm etdirməsi və məcburi xarakterli olmaı ilə şərtlənir. Korporativ normalar hüquq normaları ilə oxşarlığa malikdir. Onlar hüquq normaları kimi nizamnamələrdə qeydə alınır və yetərincə detallaşdırılırlar. Məsələn: ictimai birliyinnizamnaməsində onun üzvlərinin hüquq və vəzifələri rəsmiləşdirilir və s.

  • Əxlaq (mənəviyyat) normaları. Bu normalar özündə mənəvi dəyərlər daşıyaraq hər şeyə və hər nəyə təsirini göstərən norma və prinsiplərin məcmusunda ifadə olunur. Onun ümumiləşdirilmiş şəkildə ümumibəşəri məzmunu “qızıl qayda” da əks olunmuşdur. Başqalarilə münasibətdə özünə rəva bilmədiyini tətbiq etmə. Hüquqdan fərqli olaraq əxlaqda normalar və prinsiplərin ixtisaslaşmış daşıyıcısı yoxdur. O, inam gücü, vərdişlər mənəvi borclardan və s. təkrarən yaranır. Lakin hüququn əxlaqdakı kimi vicdan adlı güclü daşıyıcısı yoxdur. Hüquq qanunçuluq hissəsinə etibar edir, lakin sonuncu vicdandan fərqli olaraq insanın status keyfiyytinə daxil deyil.

Hüquqi tənzimlənmə metodlarının xüsusiyyətlərini aşağıdakı səciyyələndirir:

  1. Tənzimlənən münasibətlərdə tərəflərin hüquq və vəzifələrinin yaranması əsası;

  2. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələrin qarşılıqlı əlaqə üsulları;

  3. Hüquq münasibətində hüquq və vəzifələri təmin etmənin hüquqi vasitələrinin xüsusiyyətləri (Sanksiyanın, hüquqi prosedurun və s. xüsusiyyəti)

Beləliklə, əsas üsulların birləşməsi olaraq hüquqi tənzimlənmənin spesifik metodunu yəni, direktiv (imperativ) və muxtar (dispozitiv) metodlara ayırır.

İmperativ yaxud amiranə metod ciddi məcburiyyətdir, hüquqi gğstərişlərin tələbindən geri çəkilməyə yol verməyəndir. Bu metod başlıca hüquqi vasitə kimi amiranə qaydadan yararlanır. Qeyd edəki ki bu metod daha çox inzibati və cinayət hüququna xasdır, hərgah konistituduya hüququnda da istifadə olunur və həmçinin digər hüquq sahələrində.

Dispozitiv metod təşəbbüsə, hüquqi tənzimlənmə iştirakçılarının bu və ya digər davranış seçiminin sərbəstliyinə əsaslanır. O, tərəflərə öz fəaliyyətlərini öz istəyinə uyğun nizamlamaq imkanına yol verir. Qanunvericilikdə isə yalnız bu cür istəklərin həddləri yaxud müəyyən prosedurlar müəyyənləşir. Bu metod daha çox mülki, hüquqi üçün spesifikdir.

Aydındır ki, hüquqi dövlətdə iqtisadiyyatın tənzimlənməsində vasitə hüququdur və hüququn aşağıdakı mənbələri vardır :Hüquqi adətlər hüquqi presedentlər, normativ hüquqi aktlar. Qeyd edək ki, müasir dünya praktikasında hüquqi adətlər və presedentlər, formal olaraq hüquq mənbələri hesab olunurlar. Buradan göründüyü kimi, başlıca hüquq mənbəyi normativ hüquqi aktlardır.

Normativ hüquqi akt – səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumməcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən dəyişdirən və ya ləğv edən dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Bu aktlar digər mənbə növlərindən fərqli olaraq, ictimai inkişafın dəyişilən tələbatını daha tam və operativ sürətdə əks etdirir. Məhz bu xüsusiyyəti onun digər mənbə növlərindən daha çox yaradılmasına və tətbiq olunmasına zərurət yaradır.

Beləliklə, iqtisadi münasibətləri tənzimləyən hüquqi tənzimlənmənin metodları ümumi və spesifik (xüsusi) metodlara bölünür: Ümumi və ya hüquq tətbiqetmə metodu hüquq vasitə kimi istifadə etməklə (tətbiq etməklə) iqtisadi münasibətləri tənzimləyən metod; Xüsusi (spesifik) metodlar –imperativ və dispozitiv metodlar.



Mövzu 2.İqtisadi hüququn mənbələri və

Normativ- hüquqi bazası
PLAN

  1. İqtisadi hüquqda mənbə anlayışı.

  2. İqtisadi hüququn konstitusiya əsasları.

  3. Qanunlar və qanun qüvvəli aktlar


ƏDƏBİYYAT SİYAHISI


  1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2016

  2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının qanunu

  3. S.Allahverdiyev “Azərbaycan Respublikasının və hüququnun əsasları”.Bakı,2006

  4. Ə.Əliyev “Benəlxalq ümumi hüquq” Bakı 2004

  5. A.Quliyev “Dövlət və hüququn əsasları”. Bakı, 2005

  6. F.Hayek “Hüquq, qanunvericilik və azadlıq”. Bakı, 2002

  7. Xropanyuk V.N. “Dövlət və hüquq nəzəriyyəsi” Bakı, 2005

  8. Коркасов Е.А. «Государственно правовое Регулирование экономицеских отношений: проблемы методы» Москва, 2000

  9. Dr. Mahmut Bağari, “Sərbəst piyasa, özəl hüquq və ekonomik düzənləmə”, İzmir, 2004



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə