Mövzu. MÜNaqiŞƏLƏRDƏ ŞƏXSİYYƏTİn davranişinin əsas qender modelləRİ



Yüklə 143,13 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü143,13 Kb.
#3203


 

 

MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ  



    ƏSAS QENDER MODELLƏRİ 

 

Özünə arzulamadığını başqalarına etmə, onda, 



nə dövlətdə, nə də ailədə sənə qarşı düşmənçilik qalmaz. 

Konfutsi 

 

İnsanın qəlbi başdan ayağacan onun, digər insanlara 

insani münasibətlərdən ibarətdir. 

Bunun dəyəri bütövlükdə insanın can atdığı adamları, 

 başqa insana göstərə biləcək, 

ifadə edə biləcək insani münasibətlərdən ibarətdir. 

S.L.Rubinşteyn 

 

• 



Şəxsiyyət ictimai münasibətlərin subyekti və obyekti kimi  

• 

Qender münaqişələrində şəxsiyyətin modelləri və davranış strategiyaları  

• 

Şəxsiyyətin qender statusu  

 

Şəxsiyyət ictimai münasibətlərin subyekti və obyekti kimi 

Həyat təcrübəsi göstərir ki, insanlar nə qədər müxtəlif və bir-biri üçün anlaşılmaz olsalar da, onların 

diqqətində əgər yaxınlarının sevinci və bundan sevinmək bacarığı olsa, onlar bir yerdə olacaqdır. Buna 

görə hər bir insan öz münasibətlərində plastik və çevik olmağa səy göstərməli, hakim vəziyyətdən asılı 

vəziyyətə, ürəkaçıqlılıqdan çox avtonomluğa və s. asanlıqla keçməyi öyrənməlidir. Belə keçidlər nə qədər 

asan olsa, insanlar onlara nə  qədər az fikir versələr, onda qarşılıqlı inciklik, qıcıqlanma, narazılıq və 

münaqişələr də bir o qədər az olar.  

Yaxın qohumlarını, dostlarını, kolleqalarını daha yaxşı anlamaq, onlarla olan münasibətlərə 

yenidən baxmaq, qarşılıqlı anlaşma  şəraitində  çətinliklərin konstruktiv dəf edilməsini öyrənmək istəyi 

insanların cəmiyyətdə bir-biri ilə əlaqələrinin əsas amilləridir.  

Söhbət tək bir insan haqqında getdikdə isə, adətən fərd (individ), şəxsiyyət və fərdiyyətdən gedir. 

Onlar mənaca eyni olsa da, sinonim kimi üst-üstə düşmür, bərabər deyil. Onlar insan insan mahiyyətinin 

müxtəlif tərəflərini müəyyənləşdirir. Fərd canlı orqanizmdir, insan nəslinə mənsub olan bioloji varlıqdır, 

bu sifətdə onun dünyaya gəlməsi, onun fizioloji vəziyyəti və psixikası, sosial mühitə uyğunlaşma 

imkanları qeydiyyata alınır. Fərd varlıq subyekti, maddi istehsalın və istehlakın ictimai sisteminin 

elementi olmaqla yanaşı, fəaliyyət, həmçinin müəyyən tarixi hərəkatın gedişatı  nəticəsində  əmək və 

təsərrüfat üsullarıneın mənimsənilməsi və təkrar istehsalı prosesində formalaşır və inkişaf edir. 

Şəxsiyyət  nisbətən həm bütün insanlara xas olan təbii xüsusiyyətlərin, həm də sosial amillərin 

təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin cəmini ifadə edir. Hər bir insan fərd 

kimi doğulur, amma özünün təbii, sosial və  mənəvi varlığının nisbi sərbəstliyini və ziddiyyətini 

müəyyən dərəcədə dəf edərək, ətraf dünyanı dərk etmək və dəyişdirmək bacarığını göstərərək şəxsiyyət 

olur. Fərddən fərqli olaraq şəxsiyyət tarixi inkişafın statisti deyil, əksinə, ictimai münasibətlərin və 

əlaqələrin fəal hərəkətə gətirdiyi subyekti və obyektidir.  



Fərdiyyət konkret şəxsiyyətin özünəməxsus və təkrarolunmaz xüsusiyyətlərinin aşkarlanması, bir 

fərdin digər fərdlərdən fərqlənməsinin ölçüsüdür. İnsan özünün zahiri xüsusiyyətləri, xasiyyətinin 

spesifikası, intellektual imkanlarının orijinallığına görə sanki tək bir nüsxədə olan varlıqdır. Məsələn, 

qeyd ediləndə ki, siyasi iqtisadın klassiki kimi adı dünya tarixinin salnaməsinə yazılmış, dəyərin  əmək 

nəzəriyyəsinin və bir sıra başqa iqtisadi təlimlərin banisi Adam Smit öz dövründə geniş biliyə və yüksək 

əxlaqi nüfuza malik olan ən savadlı adamlardan biri olmuşdur, bu zaman insanın fərdi xüsusiyyətlərinə 

ayrıca diqqət cəlb olunur.  

Xarici və Azərbaycan psixoloqları subyekt məfhumu altında həyat təcrübəsini zənginləşdirərək öz 

talelərini özləri yaradan, yüksək dərəcədə aktiv fəaliyyət göstərən, qarşısına qoyduğu məqsədə çatmaq 

üçün inadla çalışan  şəxsi, yaxud insan birliyini nəzərdə tuturlar. Öz fəaliyyətinin  ən kiçik nəticələri ilə 

kifayətlənərək passiv olan, xarici hadisələrə bütövlükdə tabe olan insanlar ictimai əlaqələrin obyekti kimi 

çıxış edirlər.  




 

 

Hər bir ayrf-ayrılıqda götürülmüş insan şüurlu, aktiv fəaliyyəti, yəni əmək, yaradıcılıq qabiliyyəti, 



ətraf aləmi məqsədəuyğun  şəkildə  dəyişdirmək bacarığı olan sosial varlıqdır.  İlk  əvvəl məqsəd, üsul, 

nəticə  və  məqsədəmüvafiq prosesin özü də daxil olmaqla, insanın  əməyə  və digər fəaliyyət növlərinə 

olan qabiliyyəti vacibdir. Məhz işdə, yaradıcılıqda insan özünü həm büruzə verir və göstərir, həm də bir 

şəxsiyyət kimi formalaşır və inkişaf edir. 

Hər bir insan dövlətin, millətin, sinfin və təbəqənin nümayəndəsidir və müvafiq olaraq vətəndaş, 

millətin nümayəndəsi, fəhlə, kəndli, yaxud ziyalı kimi çıxış edir. Sosial müəyyənliyə malik olaraq şəxs 

müvafiq birliklərin spesifik keyfiyyətlərinin daşıyıcısı  kimi  bu  və ya digər ictimai münasibətlərə daxil 

olur.  


İctimai münasibətlərdən kənar  şəxsiyyət ola bilməz, necə ki, sosial-sinfi münasibətlərdən kənar 

siyasi şəxsiyyət də yoxdur.  

Şəxsiyyət zaman daxilində yaşayır və özünü öz keçmişi və istənilən gələcəyi ilə müqayisə edərək 

qiymətləndirə bilir. Bir çox psixolqlar belə hesab edirlər ki, öz-özünə qiymət vermək üçün insanın ancaq 

özünün düşünülməsi azdır. Hər bir öz-özünə qiymət vermə həmin xüsusiyyətin insanda olmasına bir o 

qədər dəlalət etmir, nə  qədər ki, onun hansısa bir elatonundan, qiymətləndirmədə hesablama 

nöqtəsindən kənara çıxmasının dərəcəsini göstərir. (1) 

Şəxsiyyət çoxölçülü hadisədir. Jorj Sand yazırdı: «Elə saatlar olur ki, mən öz-özümdən qaçıram

özümü at, quş, ağacın başı, bulud, axar su, üfüq, çiçək, ötüb keçən qeyri-müəyyən forma və duyğular 

şəklində hiss edirəm… mənim varlığımın genişlənməsi üçün inkişaf mühitini nə  təşkil edirsə, onda 

yaşayıram». (2) Alimlər tez-tez sual verirlər: «Özünüdərkin ilk mərhələsi haradan başlanır, özünün 

digərlərindən daha xeyirxah görülməsinə nail olmuş «Mən»in özü harada yaranır…?» Materialist 

nöqteyi-nəzərindən  şəxsiyyətin inkişafında onun başqa insanlarla münasibətlərinin təyinedici rolu ilk 

dəfə Lüdviq Feyerbax tərəfindən dərk edilmişdir. O, yazırdı: «Ayrı-ayrılıqda götürülmüş hər bir insan nə 

əxlaqi, nə də düşünən bir varlıq kimi insan məğzinə malik olmur. İnsan məğzi ancaq ünsiyyətdə, insanın 

insanla birliyində, yalnız Mən və Sən arasında olan fərdlərin reallığına əsaslanan birlikdə mövcuddur». 

(3) Bu ideyalar marksizmin hakim «ideyalarından biri olmuşdur «…insan ilk əvvəl güzgüyə baxan kimi 

başqa insana baxır».(4) 

Öz insan ləyaqətində  və hüquqlarında azad və  bərabər doğulan insanlar reallıqda bir-birinə 

oxşamırlar.  İnsanların müxtəlifliyi faktını  şərtsiz qəbul etdikdə belə  nəticəyə  gəlmək olar ki, heç bir 

qüsuru və  zəif cəhəti olmayan və yalnız yaxşı  cəhətlərə malik olan insan yoxdur. İnsanları anlamaq, 

münaqişələrə  və onları yaradan səbəblərə  şüurlu yanaşmaq üçün ünsiyyətdə  və qarşılıqlı  əlaqədə 

olduğun insan barədə tam məlumat əldə etmək lazımdır. Unutmaq olmaz ki, hər bir insanın rəftarı, onun 

hərəkətləri və əməlləri bu və ya digər həyat vəziyyətində şəxsiyyətin reaksiyasını müəyyənləşdirir.  

Psixoloq-mütəxəssislər insanın  əsas xüsusiyyətlərindən intellektual, iradi və emosional 

xüsusiyyətlərini qeyd edirlər.  İntellektual xüsusiyyətlərə  təfəkkür, insan biliklərinin cəmi, insanda 

həqiqət meyli kimi xassələr, həmçinin insanın görüşləri, prinsipləri və  həyat mövqeyi daxildir. İradi 

xüsusiyyətlər ilk növbədə insanı  hərəkətə sövq edən, onun bacarığını zahirə  çıxaran, başqa insanların 

rəğbətini qazandıran motivlərlə bağlıdır. Emosional keyfiyyətlərə xeyirxahlıq, vəzifə borcu, ləyaqət, 

dostluq, məhəbbət və s. bu kimi mənəvi dəyələrlə bağlı  ən müxtəlif  əsəb gərginliyi, duyğu və hisslər 

aiddir. 

Bütün emosiyalar birlikdə  həyat qüvvələrinin aktuallaşmasından,  şəxsiyyətin insanlara xeyir 

verməsindən, cəmiyyət və özü qarşısında öz hərəkətlərinə görə cavabdehliyindən səmərəli şəkildə xəbər 

verə bilir.  

İnsanın  ən vacib xüsusiyyətləri sırasında öz xüsusi sosial əhəmiyyətinə görə  ədalət, məsuliyyət 

hissi və hüquq düşüncəsi seçilir. Şəxsiyyətin bütün bu xüsusiyyətləri  şübhəsiz ki, münaqişələrin 

yaranmasında, onların sonrakı inkişafına və həllinə təsir göstərir.  

Mütəxəssislər insanın daha bir xüsusiyyətini qeyd edirlər ki, bu da refleksiyadır, yəni hər bir 

insanın öz bilik və  hərəkətlərinin təhlil etməsi, onların sərhədləri və  mənası, başqaları  tərəfindən 

qavranılması və qiymətləndirilməsi barədə düşünməsi.  

İnsanın bir sıra genetik keyfiyyətləri xüsusi qeyd olunmalıdır. Əvvəla, münaqişəik və temperament 

– Hippokrat dövründən insan psixikasının dinamik xüsusiyyətlərini səciyyələndirən sabit keyfiyyətlərə 

görə onu sanqvinik, fleqmatik, xolerik və melanxoliklərə aid edilməsi arasında vasitəli qarşılıqlı  əlaqə 

mövcuddur. Məlumdur ki, sanqvinik fəal və  cəlddir, insanlarla asan dostlaşır, həyatsevər və 




 

 

fəaliyyətlidir, lakin yeknəsəq və usandırıcı işi sevmir. Fleqmatik davranışdan daha təmkinli və səbirlidir, 



özünü saxlaya bilir, lakin fəallığı bir qayda olaraq azdır. Xolerik tündxasiyyət və  həddən artıq 

düzgünlüyü sevən olur, tez-tez yüksək işgüzarlıq nümayiş etdirir, amma onun fəallığı  və enercisi gah 

həddən artıq çox olur, gah da müvəqqəti olaraq azalır. Melanoxolik həssas, emosional və xeyirxah olur

lakin çox vaxt qətiyyətsizlik və  lənglik göstərir, yeni şəraitə  çətin uyğunlaşır, uyğursuzluğa tab gətirə 

bilmir, tez ruhdan düşür. 

Şəxsiyyətin fərdi xüsusiyyətinin, aydın ifadə edilmiş psixoloji xüsusiyyətlərinin onun münaqişəli 

olmasına təsir etməsi daha çox gözə çarpır. 

İnsanın temperamenti şəxsiyyətlərarası münaqişələr zamanı onun hərəkətlərinə çox mühüm təsir 

göstərir. Məsələn, xoleriki münaqişədə  cəlb etmək asandır, fleqmatiki isə  əksinə, özündən çıxartmaq 

çətindir.  

Münaqişəin yaranmasında və inkişafında  şəxsiyyətin xasiyyətinin xüsusiyyətləri, başqa 

xarakteristikaları vacib rol oynayır.  Şəxsiyyətin iki əsas psixoloji meylləri mövcuddur: eksraniversiya – 

intraversiya; emosional sabitlik… Xarici mühitdən həmişə stimulyasiya, «qidalanma»nı  tələb edən 

insanlar ekstravert adlanır. Bu tip insanlar ünsiyyəti sevən, yeni-yeni təəssüratlara can atan, risqə meylli, 

dəyişiklikləri sevən olur. Həyat fəallığı üçün öz daxilindən stimul götürən,  əsasən öz daxili aləmi ilə 

yaşayan insanlar intravert adlanır. Bu tip insanlar qapalıdır, intizamı sevir, az adamla dostluq edir, lakin 

dostluqda sadiq olurlar. Emosional cəhətdən dəyişkən insanlar daimi emosional gərgindliyi,  şəxsi 

təhlükəyə, uğursuzluğa və  səhvlərə qarşı  həddindən artıq həssaslığı ilə  səciyyələnirlər. Emosional 

cəhətdən sabit insanlara emosional tarazlıq xasdır, onlar başqalarının həyəcanını  dərindən hiss etməyə 

qadir deyil. Xarakter xüsusiyyətini göstərilən tipologiyası  Karl  Yung  (1875-1961-ci illər) tərəfindən 

«Psixoloji tiplər» (1921-ci il) kitabında verilmişdir. Adı çəkilən kitab bu günədək ən əsaslı kitablardan biri 

sayılır, ondan həm nəzəri, həm də praktiki psixologiyada geniş istifadə edilir. A.Adlerin fikrinə görə 

xaraktrerin formalaşması insan həyatının ilk beş il ərzində baş verir. Həmin dövrdə insan onda 

keyfiyyətsizlik kompleksini yaradan mənfi amillərin təsirini öz üzərində hiss edir. Sonralar həmin 

kompleks şəxsiyyətin davranışına, onun fəallığına, təfəkkür tərzinə və s. mühüm təsir göstərir.  

Bu tipologiya inandırıcı surətdə göstərir ki, insanların xarakteri müxtəliıfdir (ən azı 16 tipli xarakter 

mövcuddur). Xarakter tiplərinin bir-birinə uyğun gəlməməsinə görə anlaşılmazlıqlar hər kəsin yalnız öz 

istəklərini heç bir güzəştlə yol vermədən müdafiə etdikdə başlanır. 

İnsanlar öz xarakterlərinin xüsusiyyətlərini nə  qədər yaxşı bilsələr, bir o qədər başqa insanlarla 

onların qarşılıqlı əlaqələri xeyirli ola bilər.  

Erik Eriksonun (1902-1994-ci illr) nəzəriyyəsinin məğzi ondan ibarətdir ki, o, şəxsiyyətin 

psixososial inkişafında hər bir insan tərəfindən öz böhranının keçirilməsi ilə bağlı olan mərhələləri 

ideyasını irəli sürüb və əsaslandırıb. Lakin hər bir yaş dövründə böhran vəziyyətinin ya əlverişli, ya da 

əlverişsiz surətdə  rəf edilməsi baş verir, şəxsiyyətin inkişaf səviyyəsi  şəxsiyyətlərarası münaqişələrinin 

yaranmasına təsir göstərən daha bir vacib amildir. Şəxsiyyət özünün sosiallaşması, sosial təcrübənin fəal 

surətdə  mənimsəməsi və  təkrar istehsal etməsi prosesində inkişaf edir və  təkmilləşir.  İnsan öz 

hərəkətlərini hamı  tərəfindən qəbul edilmiş normalara və  ətrafdakıların davranış qaydalarına uyğun 

dəyişdirməyə  məcburdur. Bunun üçün də o öz temperamenitinin və xasiyyətinin təzahürünü daim 

nəzarət altında saxlamalı olur.  

Sosiallaşma anlayışı sosiologiya, psixologiya, politologiya və digər bu kimi tədris fənlərinin 

mərkəzi anlayışlarından biridir. Sosiallaşma anlayışının bu fənnlərin hər birində öz mənasını daşımasına 

baxmayaraq, ümumilikdə sosiallaşma altında bütün sosial proseslərin cəmi kimi başa düşülür. Bu 

proseslər siyasətində  hər bir fərd sosial təcrübəni mənimsəyir, ünsiyyət və  fəaliyyət nəticəsində onun, 

cəmiyyətin üzvü kimi fəaliyyət göstərməsinə imkan verən müəyyən norma və dəyərləri əldə edir.  

Sosiallaşmanın çox nəzəriyyələri mövcuddur. Onların bir hissəsi oğlan və qızların sosiallaşdırmada 

fərqləndirilməsinə bir o qədər fikir vermir, digər hissəsi isə kişi və qadın eyniliyinin qazanılması 

prosesində fərqləri, nəzəri quruluşun mərkəzində saxlayır. Kişi və qadının sosiallaşmasına dair daha çox 

məşhurlaşmış  nəzəriyyələrdən biri də, bioloji amillərə xüsusi diqqət yetirən Avstriya psixoloqu 

Z.Freydin nəzəriyyəsidir. Qender rolunun əsas psixoloji mexanizmi uşağın öz valideynləri ilə 

eyniləşdirilməsidir. Eyniləşdirmənin  əldə edilməsinə digər yanaşmalara, Fransa psixoloqu Jan Piacenin 

sosialı öyrənmək nəzəriyyəsində rast gəlinir. Bu nəzəriyyədə tipləşdirmə mexanizminə xüsusi fikir verilir 



 

 

– valideynlərə fəal təsir göstərmək, öz cinsi barədə «düzgün» təsəvvürlərin formalaşması: adın seçilməsi, 



geyimdə və oyuncaqlarda, rəğbətləndirmə və cəzalandırmada fərqlər. 

Son onilliklərdə  əvvəlki nəzəriyyələrdə (N.Çadorou, S.Bem və başqaları) olan qüsurların aradan 

qaldırılmasına can atan yeni sosiallaşma nəzəriyyələri meydana gəlmişdir. Belə ki, Z.Freydin davamçısı 

olan, amerikalı psixoloq Nansi Çadorou psixoanaliz əsasında hal-hazırda nüfuz qazanmış bir nəzəriyyə 

yaratmışdır. O, sübut etmişdir ki, inkişafın genital mərhələsində (4-6 yaş) ən çox çətinlik və əziyyət çəkən 

qızlar yox, oğlanlar olur. Deyilənlər onunla əlaqədardır ki, əvvəlcə bütün uşaqlar özlərini anaları ilə 

eynəlişdirirlər (1 yaşdan 3 yaşadək), və ancaq sonra oğlan uşaqları bu eyniliyi dəyişdirməyə  məcbur 

olurlar, bu da onların həddən atıq fəal, qərarsız, xəstəliklərə nail olma kimi problemlərə gətirib çıxarır. 

Böyüməkdə olan nəsil üçün əxlaqi norma və  dəyərlərin formalaşmasına üstün təsir göstərən 

qruplar və ya ayrı-ayrı şəxslər sosiallaşma institutları adlandırılır. Onlara aiddir: ailə, məktəb; məktəbdən 

kənar ictimai uşaq təşkilatları, yaşlılar, kütləvi informasiya vasitələri. Bu sosiallaşdırma institutlarının 

bir-birinə təsiri nəticəsində hər bir fərd müəyyən qender rolları və stereotipləri yığımını əldə edir. Lakin, 

bir çox müasir sosioloqların fikrinə görə, insanın sosiallaşması bununla başa çatmır və bütün ömrü boyu 

davam edir. Həyat təcrübəsini  əldə etdikcə, kişilər və qadınlar maskulinlik və feminlik haqqında öz 

təsəvvürlərini əhəmiyətli dərəcədə dəyişə bilər və öz davranışlarını dəyişdirə bilərlər. 

 

Qender münaqişələrində şəxsiyyətin modelləri və davranış strategiyaları 

Gündəlik həyatda temperament, xarakter və refleksiyanın xüsusiyyətləri  ən müxtəlif formalarda 

özlərini göstərə bilər, şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələrə gətirib çıxara bilər. 

İşgüzarlıq və peşəkarlıq fəaliyyəti şəraitində onlar əsasını təşkil edən insanın sosial statusu ilə sıx 

bağlı olan qender roldaxili münaqişəi təşkil edir. 

Həyat insanları daima dilema qarşısında qoyur – instinkt ilə bağlı tələbatların dalınca getmək və ya 

sosial normalara riayət etmək, ümumi maraqları gözləmək və ya şəxsi xeyri güdmək. Seçim çətinliklərin 

və güzəştlərin zəruriliyi motivlərini və onların reallaşmasının böhranını yaradır, planların və umidlərin 

pozulmasına gətirib çıxarır.  Şəxsiyyətdaxili, həmçinin  şəxsiyyətlərarası münaqişələr ümumi cəhdlərin 

ahəngliyinə ciddi xələl gətirir, həyat ritmini və işgüzarlıq şəraitini pozur. (5) 

Karen Horni (1885-1952-ci illər)  şəxsiyyətin formalaşmasına  ətraf sosial mühitin təsirini 

öyrənərkən, qeyd edirdi ki, şəxsiyyətdaxili münaqişəin yaranmasına və inkişafına əhəmiyyətli dərəcədə 

məhz bazar münasibətləri təsir göstərir. Onun müşahidələrinə görə bazar və ümumi rəqabət, şəxsiyyətin 

strukturunda rəqabət problemini ön plana çəkir. Hamının hamıya qarşı ümumi mübarizəsi  şəraitində 

daim rəqabət, şəxsiyyətdə nəinki başqalarına qarşı, həm də özünə qarşı düşmənçilik hissini oyadır. (6) 

Müasir qərb cəmiyyətini «xəstə  cəmiyyət» hesab edən amerikalı psixoloq E.Fromm bazar 

münasibətlərinin 

şəxsiyyətdaxili münaqişəyə 

təsiri barədə 

məsələni 

əhəmiyyətli dərəcədə 

zənginləşdirmişdir. Həmin cəmiyyətin  əsas xəstəliyi onun bütün sahələrinə, sosial təbəqə  və qruplar, 

birlik və ayrı-ayrı  fərdlər arasındakı münasibətlərə nüfuz edən ümumi rəqabət və soyuqluqdur. 

Soyuqluq  şəxsiyyətin daxili strukturuna zərbə vurur. İnsanın özündən, öz məğzindən soyuması baş 

verir. Şəxsiyyətin məğzi və varlığı arasında münaqişə yaranır. Bir tərəfdən, insan özünü kim hiss etməsi, 

onun bacarıqları  və imkanları arasındakı, digər tərəfdən isə, bazarın ona verdiyi tələblər arasındakı 

uçurum daimi şəxsiyyətdaxili münaqişənin əsasını təşkil edir. (7) 

Alimlər və mütəxəssislər münaqişənin  şəxsiyyətə aid elementlərinə münaqişə  vəziyyətin 

yaranmasına və inkişafına təsir göstərən hər hansı bir şəxsin psixofizioloji və davranış xüsusiyyətlərini 

daxil edirlər.  

Konfiktin şəxsiyyətə aid elementləri arasında ilk növbədə aşağıdakılar qeyd edilməlidir: davranışın 

əsas psixoloji dominantları; xarakter xüsusiyyətləri və şəxsiyyət tipləri; ideal fərdi tipi yaradan şəxsiyyət 

məqsədləri; qeyri-adekvat qiymətləndirmə  və  mənimsəmə; davranış tərzi, əxlaqi dəyərlər. Xeyir və şər, 

ədalət və ədalətsizlik, həm kişi, həm də qadın hərəkətlərinin düzgün və yalançı olması haqqında insan 

təsəvvürlərini  əks etdirən etik normalar insan münasibətlərinin daimi və  əsas nizamlayıcı amillərindən 

biri olmuşdur.  

Elmi  ədəbiyyatda  şəxsiyyətin münaqişə  vəziyyətində davraışının üç əsas modeli verilir: 

konstruktiv, destruktiv və konformist. 

Konstruktiv  (məhsuldar) model:  münaqişəni həll etməyə çalışır, münasib həllin tapılmasına 

yönəlir, təmkinlilik və soyuqqanlılıqla, rəqiblərə xeyirxah münasibətlə  fərqlənir.  Destruktiv  (dağıdıcı) 




 

 

model: münaqişənin genişlənməsi və  kəskinləşməsinə  həmişə can atır, partnyoru alçalt-mağa çalışır, 



onun  şəxsiyyətini neqativ-qiymətləndirir, davranış etikasını pozur və s. Konformist (uyğunlaşdırıcı) 

model: passivdir, güzəşt etməyə meyllidir, öz qiymətlərində, davranışında məntiqsizdir, rəqibin nöqteyi-

nəzəri ilə tez razılaşır və s.  

Davranışın konformist modelinin təhlükəliliyi ondadır ki, həmin model rəqibin aqressivliyinə 

səbəb olur, hərdən bir isə bu aqressivliyi təhrik edir. Lakin konformist modeli müsbət rol da oynaya bilər. 

Münaqişəni yaradan ziddiyyətlərin əhəmiyyəti az olduğu halda konformist davranışlı münaqişənin tez 

həll edilməsinə  gətirib çıxarır. münaqişələrdə münaqişələrdə, davranış modellərini aşağıdakılara 

ayırırlar: qarşıdurma, boyunqaçırma, uyğunlaşma, kompromis, əməkdaşlıq, assertivlik. Qarşıdurma – 

inadlı, güzəştsiz,  əməkdaşlığı  rədd edərək öz maraqlarının müdafiə edilməsidir. Boyun qaçırma – 

münaqişədən qaçmaq üçün cəhd göstərmək, ona böyük əhəmiyyət verməməklə bağlıdır. Uyğunlaşma – 

qarşılıqlı  əlaqələrin saxlanılması üçün subyektin öz mənafeyindən  əl çəkməsinə hazır olmasını  nəzərdə 

tutur. Kompromis qarşı duran tərəflər müvafiq həlli yolunu tapana qədər hər iki tərəfdən güzəştlərin 

olması deməkdir.  Əməkdaşlıq – prob-lemin həlli üçün tərəflərin birgə  cəhd göstərməsidir. Assertiv 

(ingilis sözü assert-təsdiq etmək, müdafiə etmək deməkdir) davranış – başqalarının hüquqlarını 

məhdudlaşdırmadan insanın öz maraqlarını müdafiə etmək və məqsədlərinə çatmaq bacarığını nəzərdə 

tutur.  


Biheviorizm (inciliscə «behaviour» davranış deməkdir) – sosioloji psixoanalizin, müyşahidə edilən 

stimullar və onlara reaksiya vasitəsilə  fərdlərin davranışını öyrənməyə imkan verən istiqamətlərindən 

biridir.  

Fərdlərin psixikası səviyyəsində kişi və qadın davranışının ən gizli anomaliyaların öyrənmək üçün 

tez-tez Z.Freydin psixoanalizinə  və E.Frommun «kollektiv şüursuz» konsepsiyasına müraciət edirlər. 

Belə ki, Freydə görə, insan təbiətcə münaqişəlidir. Doğulduğu gündən onun davranışını 

müəyyənləşdirən iki əks instinkt bir-biri ilə mübarizə edir. Belə ins-tinktlər eros (həyatı və özünüqoruma 

instinkti) və tanatosdur (ölüm, təzahür və dağıtma instinkti). İnsanın münaqişəli təbiəti Z.Freydin, 

şəxsiyyətin strukturu barədə görüşlərində daha dolğun və konkret təsvir edilib. Freydə  əsasən, insanın 

daxili aləmi özündə üç istansiya cəmləşdirir. O (Id), Mən (Ego) və Super-Mən (Super-Ego). 

Qender münaqişələrinin araşdırılması zamanı yaranan ziddiyyətlərin konstruktiv həllinə kömək 

edən davranış strategiyalarının müəyyənləşdirilməsi çox vacibdir. Elmi ədəbiyyatda  şəxslərarası 

münaqişəli vəziyyətində  əsasən üç başlıca davranış strategiyası göstərilir.  Birinci strategiya davranışın 

güc strategiyalarına aiddir və partnyorun maraqlarını  nəzərə almadan öz şəxsi maraqlarının  əldə 

edilməsinə yönəlib. Bu strategiya hakim olma, mübarizə  və  rəqabət terminləri ilə  təsvir olunur. İkinci 

strategiya münaqişədə qarşılıqlı təsirin əsasında münaqişədən uzaqlaşma cəhdi olan davranış formaları 

durur. Onlar, problemə  əhəmiyyət verməmək, onun mövcudluğunu etiraf etməmək, problemin həll 

olunmasına qarşı çıxmaq xarakterli ola bilər. Münaqişədən uzaqlaşmanın bir növü də güzəştə getmək, öz 

mənafeyi və məqsədlərindən əl çəkməkdir. Üçüncü strategiya şəxslərarası münaqişələrin həlli üçün daha 

münasib yol kimi qiymətləndirilən danışıq strategiyasıdır. Danışıqların məğzi hər iki tərəfin mənafelərini 

az və ya çox dərəcədə təmin edən həllin tapılmasındadır. 

Qender rolları  çərçivəsində davranışın məzmunlu xarakteristikalarını  şəxsiyyətlərarası 

münaqişələrdə davranış strategiyaları ilə müqayisə ediləndə görünür ki, ənənəvi rol davranışının qender 

stereotipləri var. Ənənəvi rolu reallaşdıran kişi davranışı üçün ikinci strategiya səciyyəvidir, halbuki 

danıışıq strategiyası daha səmərəlidir.  

 

Şəxsiyyətin qender statusu 

«Sosiallaşdırma» anlayışı «status», «eynilik» və «fərqlənmə» kateqoriyaları ilə  sıx bağlıdır. 

Həqiqətdə bütün cəmiyyətlərdə insanların dövlətə, hakimiyyətə olan münasibətlərində müəyyən 

bərabərsizlik mövcuddur. Buna görə sosiallaşdırma prosesi son nəticə  həmçinin bu və ya digər ictimai 

statusunu (lat. «status» – vəziyyət, hal deməkdir) əldə edilməsi prosesi olur. 

Status – insanın müəyyən vəzifə və hüquqları tələb edən sosial sistemdəki mövqeyidir. Hər hansı 

konkret bir şəxsin bir neçə statusu ola bilər, lakin, adətən, ancaq onlardan biri, onun ictimai vəziyyətini 

ifadə edir. Məsələn, fəhlənin, fermerin, mühəndisin, bələdiyyə  işçisinin, dövlət məmurunun statusu 

onların ictimai vəziyyətini bildirir. R.Linton tərəfindən təklif olunan status – rol konsepsiyası 

çərçivəsində «rol» və «status» anlayışları vasitəsilə  cəmiyyətin müxtəlif sistemləri ilə  fərdin  əlaqələri 



 

 

açıqlanır. R.Lintonun fikrincə, status həmin sistemdə  fərdin tutduğu yeridir. Rol anlayışını o, müəyyən 



statusla bağlı olan bütün mədəni davranış nümunələrinin cəminin təsvir olunması üçün istifadə edir. (8)  

Status həm də mövcud birlikdə konkret şəxsin tutduğu yeri bildirir. Bundan fərqli olaraq, sosial rol 

– öz statusunu təsdiqləmək məqsədilə şəxsiyyət tərəfindən görülən hərəkətlər məcmusudur. Başqa sözlə, 

hər bir status – müəyyən rollar toplusudur.  

Dünya ölkələrinin sosial təcrübəsi onu sübut edir ki, XX əsrin ikinci yarısından etibarən cinsi 

xüsusiyyətlər bir sıra məsələlər, o cümlədən peşə seçimi, təhsil, məşğulluq məsələlərinin həllində 

getdikcə daha az rol oynayır. Qadınlar üçün qapalı olan peşələr, fəaliyyət sahələrinin siyahısı getdikcə 

azalır. 


Qender bərabərliyi insan inkişafının özəyidir. Dövlət tərəfindən müvafiq strategiya tələb olunur ki, 

qadınlar kişilərlə bərabər şəkildə öz hüquq və azadlıqlarını realizə edə bilsin, həyat fəaliyyətinin bütün 

sahələri, o cümlədən qərarların qəbul edliməsində iştirak etsin.  

Hələ sovet dövründə qadınlara sosial qeyri-bərabərliyi (kişilərlə  bərabər görülən işə daha az 

maaşın verilməsi, bir çox peşələrə qoyulan qadağa, işə götürüləndə  məhdudiyyətlərin qoyulması  və 

digər hüquq pozuntuları) çox vaxt güzəştlər sistemi, qadınların bioloji-fizioloji xüsusiyyətlərini nəzərə 

alan dövlət qayğısının ifadəsidir. Qeyd etmək lazımdır ki, yenidənqurmadan qabaq. «cinsin 

sosiologiyasının» empirik bazası  hələ formalaşmamışdı, çünki ölkədə xüsusi sosial-demoqrafik qrup və 

siyasət subyekti olan qadınlara aid ayrıca sosioloji tədqiqatlar keçirilmirdi. İlk dəfə qadınların sosial 

statusuna aid sosioloji tədqiqat 1990-cı ildə keçirilmişdir. Həmin ildə Moskvada, keçmiş SSRİ-də ilk dəfə 

olaraq «Qender tədqiqatları: vəziyyət və perspektivlər» mövzusunda beynəlxalq seminar keçirildi.  

Yenidənqurma mərhələsindən sonra qender sosiologiyasına maraq artdı. «Cinsin 

sosiologiyasından» fərqli olaraq, qender sosiologiyasında, cinsi qrupların bioloji, fizioloji və psixoloji 

fərqlərini nəzərə almaqla yanaşı, burada ön plana kişi və qadın sosial birliklərinin, onların davranışı və 

sosial statusunun xüsusiyyətləri çəkilir. Fərqlərin ən vacib səbəbi – əhalinin, (xüsusilə qadınların) həyat 

səviyyəsinin aşağı düşməsi, bütövlükdə ictimai və dövlət quruluşunda baş verən  əsaslı  dəyişikliklər, 

postsovet cəmiyyətində islahatların düşülünülməmiş  şəkildə keçirilməsi  ətrafında tədqiqatların 

aparılması olub. 

Qender sosiologiyasının predmeti – cəmiyyətdə qadın və kişilərin sosial statusu, konkret (tarixi, 

siyasi, mənəvi)  şəraitinin təsiri altında bu statusun inkişafıdır. Onun obyekti – sosial status və rol 

vəzifələri, psixoloji durum, davranış  və  şüurla bir-birindən fərqlənən iki böyük sosial-demoqrafik 

birliyini təşkil edən kişi və qadınlardır.  

Keçmiş SSRİ-də qadınların sosial statusu haqqında məsələni ilk dəfə olaraq N.K.Zaxarova, 

A.İ.Posadskaya və N.M.Rimaşevskaya «Qadın məsələsini biz necə  həll edirik» məqaləsində qaldırıblar. 

Burada «…əxlaqi, iqtisadi, demoqrafik hadisələr qadının cəmiyyətdə  vəziyyətinin, onun sosial 

statusunun çalarları kimi qarşımızda durur», yəni ilk növbədə söhbət, qadınların sosial-iqtisadi və siyasi 

vəziyyətindən gedirdi; Qərb feminist nəzəriyyəsinin inkişafı üçün böyük rol oynamış «qadın təcrübəsinin 

mövcudluğunu sübut edən bir sıra göstəricilərdən gedir «yenidənqurma» adlanan dövrə təsadüf edərək, 

böyük sosial qrup olan qadınların ekzistensial vəziyyətini vurğulayırlar. Misal üçün, məqalədə göstərilir 

ki, işləyənlərin yarısını təşkil edən qadınlar, qadın əməyini daha çox təmsil edən sahələrdə «cəmlənib», 

burada isə  əmək haqqı digərlərindən 25-30% aşağıdır. Qadınlar ağır fiziki əməklə  məşğul olur: 4 mln. 

artıq qadının iş şəraiti, əməyin mühafizəsi qaydaları və normalarına uyğun gəlmir.  

Avstriyalı alim Otto Veyningerin (1880-1903-ci illər), XX əsrin əvvəlində rus dilinə tərcümə edilən 

«Cins və xasiyyət» kitabı  sərt diskussiyalara səbəb oldu. Bu kitabda, böyük diqqət, qadınların spesifik 

kişi xüsusiyyətlərinə qarşı qoyulan psixoloji xüsusiyyətlərinin təsvirinə yetirilir. (9) 

XX  əsrin  əvvəllərində, qadının cəmiyyətdə statusu və rolu, onun psixoloji keyfiyyətləri, 

psixoloqlardan çox ictimai xadimlər, fiosoflar, təbii elm nümayəndələrini düşündürmüşdür. Məs., rus 

bioloqu İ.İ.Meçnikov (1845-1916-ci illər) yazırdı: «Mən hesab edirəm ki, … qadınların mütərəqqi inkişafı, 

onun, uşaqları dünyaya gətirmək, qidanlandırmaq və tərbiyə etmək qabiliyyətinə zidd aparılmalıdır…» 

Cins problemi, V.Solovyev, S.Bulqakov, N.Berdyayev və digər Rusiya filosoflarının  əsərlərində 

qaldırılmışdır. Bütün bu əsərləri birləşdirən, kişi və qadınların psixoloji keyfiyyətlərinin qarşı-qarşıya 

qoyulması idi. Məs., S.Bulqakov hesab edirdi ki, psixoloji mənada kişi və qadınlar xeyli fərqlidir: kişilər – 

həmişə  fəaliyyətdə olur, məntiqlə düşünür, təşəbbüskardır, qadın – daha çox instinktlərinə uyğun 

hərəkət edir, özünü, canını fəda bilir, sadəliyi əldə rəhbər tutur.  




 

 

Alim-psixoloqlar cins və cinslərarası münasibətləri problemindən canfəşanlıqla qaçmağa çalışsalar 



da, 60-70-ci illərdə bu problemlərə  həsr olunmuş yazılar nəşr olunmağa başlanıb.  İlk növbədə burada 

tanınmış Rusiya alimləri  İ.S.Kon və B.Q.Ananyevin əsərlərini qeyd etmək lazımdır.  İ.S.Konun «Cinsi 

fərqlər və sosial rolların fərqləndirilməsi» məqaləsi «Bioloji və sosiolojinın nisbəti» məcmuəsində çap 

olunmuşdur (1975-ci il). Burada kişi və qadınların sosial rolların qarşıdurması iki aspektdə təhlil olunur: 

differensial-psixoloji və sosial-normativ.  

XX əsrin 90-cı illərində keçirilmiş tədqiqatlar, qadın və kişilərin davranışının səciyyəvi cəhətlərinə

onların  şəxsiyyətinin xüsusiyyətlərinə  həsr olunmuşdur. Müəyyən edilmişdir ki, ideal kişi haqqındakı 

təsəvvürlərə,  şəxsiyyətin  ənənəvi maskulin keyfiyyətləri, o cümlədən cəsarət, iradə möhkəmliyi, 

dözümlülük, özünəinam, qətiyyət və məsuliyyət daxildir. İdeal qadın obrazına isə həm feminin, həm də 

maskulin keyfiyyətləri daxildir (zəriflik, qayğıkeşlik, özünə  əmin olmaq, fəallıq), yəni, mahiyyət 

ehtibarilə bu obraz androginlidir. 

Cinsin psixologiyası üzrə keçirilən bütün tədqiqatlar, qender tədqiqatlarının müqəddəm  şərti 

olaraq, qender psixologiyasının formalaşması üçün zəmin yaratmışdır. Qender psixologiyasında qeyd 

edilir ki, qadın və kişilərin psixologi-yasında qeyd edilir ki, psixi keyfiyyətləri, onların cinsi 

mənsubiyyətindən hər vaxt heç də asılı olmur. İbtidai icma cəmiyyətində qadın və kişi rolllarının inkişaf 

etmiş sistemi artıq mövcud idi, kişi və qadın cinsinin təsviri üçün mürəkkəb adət-ənənələr var idi. Lakin 

burada heç də  hər bir şey göründüyü kimi sadə deyildi. Birincisi, kişi və qadın rolları  əsaslı  şəkildə 

müxtəlif birliklərdə bir-birindən fərqlənirdi. Bunun haqqında ilk dəfə olaraq Amerika antropolu 

Marqaret Mid «Cins və temperament» əsərində yazmışdır. Öz əsərində  o,  Yeni  Qvineya  ərazisində 

yaşayan bir neçə tayfada sırf kişi və  sırf qadın keyfiyyətlərini izlədi. Nəticədə müəyyən edilmişdir ki, 

birinci tayfada (arapaşi) həm kişi, həm qadınlarda qadın rolları üstünlük təşkil edir və qadın xasiyyətinin 

cizgiləri yüksək qiymətləndirilirdi. İkinci tayfanın (mundu qomorı) həm kişilərə, həm qadınlara zabitəlik 

və  təcavüzkarlıq xas idi. Üçüncü tayfanın nümayəndələri (tçambuli) arasında qender rolları  vərdiş 

etdiyimiz şəkildə paylanılmamışdı: qadınlar balıq tutur, alver edirdilər, kişilər özlərini bəzəyir və bayram 

mərasimləri üzərində düşünürdülər. (10) 

İkincisi, bu cəmiyyətlərdə adamlar var idi ki, onlar mövcud cins-rol bölgüsünə  sığmırdılar. Məs., 

İ.S.Konun «Dan yeri söküləndə ay işığı» (1997-ci il), Şimali Amerika, Afrika, İndoneziya, Sibir və Uzaq 

Şimalın 113 tayfasında «orta» və yaxud «aralıq» cinslərin yayılması müşahidə edilir. 

Qender psixologiyasında cinsi fərqlər probleminin təhlili zamanı,  əsas diqqət kişi və qadınlarda 

mövqelər, rollar, statuslarda ağalıq-tabelilik münasibətlərinə yetirilir. Burada qeyri-bərabərlik, 

diskriminasiya və seksizm problemləri fəal  şəkildə müzakirə olunur. Şəxsiyyətin sosial statusunu 

müəyyən edən amillər sırasında üstünlüyü sosiomədəni amillərə verirlər.  

İnsan ömrü boyu statusları ardıcıl şəkildə dəyişdirə bilər, onların sayı 6-10 dəfə verilən imkanları 

ilə məhdudlaşır. Bu və ya digər cinsə aidiyyatı mövhumunun təsiri altında formalaşan insan statusunun 

tərəfi  ömür  boyu  dəyişilməz olaraq qalır. Qender stratifikasiyası deyiləndə, insanın cinsi ilə  əlaqədar 

olaraq, cəmiyyətdə status bölgüsü və sosial məkanda onların ümumi düzülüşü nəzərdə tutulur. Hal-

hazırda qender problemlərinin tədqiqatçıları tez-tez belə bir qənaətə gəlirlər ki, qender stratifikasyasında 

bioloji yox, mədəni əsaslar daha mühüm əhəmiyyət kəsb edir. Nəticədə, məhz sosiallaşma prosesi qender 

problemlərinin həllinə təkan verməlidir.  

Fərdin cinsi mənsubiyyəti, hətta bioloji anlamında, çox mürəkkəb, müxtəlif səviyyələrdən ibarət 

olan, fərdi inkişaf nəticəsində  əmələ  gələn bir sistemdir. Alimlər məhz ona görə  təsdiqləyirlər ki, 

şəxsiyyətin qender statusu sırf bioloji cinslə  əlaqədar olsa da, buraya, qadın və ya kişi olmaq nədir? 

sualın cavabı, onların öz cinsi haqqında təsəvvürlər də daxil olunur. Bu təsəvvürlər qender identikliyi 

adlanır.  

Bioloji cins və qender identikliyi arasında qarşılıqlı, mürəkkəb asılılığın xüsusi gözəçarpan 

nümunəsi kimi, hormafroditlərin (insanda həm erkəklik, həm dəyişilik əlamətlərinin olması) tədqiqatının 

təsviridir. Amerikalı  tədqiqatçı C.Maninin eksperimentləri göstərdi ki, insan orqanizmində hormonlar, 

xromosom və xarici morfoloji xüsusiyyətləri arasında uyğunluq pozulanda, fərdin inkişafı, ya ona tərbiyə 

xüsusiyyətləri vasitəsilə (cinsinə uyğun) təsir etməklə, ya da cinsi hormonların  əsaslı  təsiri prinsipinə 

uyğun gedə bilər.  

BMT-nin «Qadınların dünyada vəziyyəti» sərlövhəli hesabatına uyğun, qadınlar ev işinin  əsas 

payını yerinə yetirir, dünyada istehsal edilən qida məhsullarının yarısı onların payına düşür, lakin, 




 

 

demək olar ki, qadınlarda torpaq payı yoxdur, dünya işçi qüvvəsinin üçdə birini təşkil edən qadınlar 



maaşı az olan işlərdə çalışır, eyni miqdarda görülən işə görə kişilərin aldıqları maaşın dörtdə üçünü 

alırlar.  

Azərbaycanda qadın statusu bir qədər yüksəlsə  də, burada qeyriardıcıllığ da müşahidə edilir. 

Respublikamızda cinslərin bərabərliyi sahəsində qanunverici və normativ baza yaradılsa da, qender 

qeyri-bərabərliyi  əslində  hələ ki, mövcuddur. Qadınların imkanları genişlənsə  də, seçim etmək işində 

onların imkanları hələ ki, məhduddur.  

Beynəlxalq sənədlərdə qeyd edilir ki, qadınlara, insanların  əsas hüquq və azadlıqlarının 

verilməsinə  təminat yaradan hüquqi normaların inkişafı – zəruri addım olsa da, onların hüquqlarının 

aradan qaldırılması üçün hələ kifayət etmir. «Status səviyyəsində qender münaqişəsinin» texnologiyasını 

məhz yuxarıda qeyd edilən hallar ilə kifayət qədər  əsaslandırmaq olar. Məhz belə hallarda adət-ənənə 

hüququ adlanan mövhum, çox vaxt qanunverici hüquqa zidd gəlir.  

Respublika əhalisinin 8mln. 141,4 min adamdan 50,9%-ni qadınlar təşkil etməsinə (4mln. 207,2 min) 

baxmayaraq, ölkəmizdə kişilərin qadınlar üzərində hökmranlığı tarixinə  nəzər salsaq, azərbaycanlı 

qadınların statusunun kişilərin statusundan nə qədər aşağı olduğunu təsəvvür etmək çətin deyil. Əmək 

qabiliyyətili yaşda 2mln. 459,2 min qadın və 2mln. 398,4 min kişi var. Qadınların orta ömür uzunluğunu 

75, kişilərdə isə – 67 yaş təşkil edir. 

Azərbaycan Respublikasının Konstitusiyasına  əsasən, qadın və kişilərin bərabər  əmək hüququna 

malikdirlər.  Əmək haqqında qanunlar məcəlləsində qadın  əməyini tənzimləyən bölmə var. Qadınların 

hamiləliyinə  ya  da  uşağı  əmizdirdiyinə görə  işə  qəbul edilməməsi, bir də  həmin səbəbə görə maaşın 

kəsilməsinə qadağa qoyulur (176,  177-ci maddələr). Gündəlik həyatda isə Azərbaycan qadınları tez-tez 

müəyyən çətinliklərlə rastlaşır. Məs., iqtisadi cəhətdən fəal  əhali arasında rəsmi işsiz statusunu alan 

50963 nəfərdən 23088 kişi, 27875 nəfər isə qadındır. Azərbaycanda «kişi işi» və «qadın işi» sayılan 

fəaliyyət növləri var. Məs., neft sənayesində kişilər 59%, qadınlar isə – 41%; nəqliyyatda uyğun olaraq 

73% və 27%; komunikasiya sistemində 54% və 46%-dir. Səhiyyə və təhsil sistemlərində isə vəziyyət tam 

başqadır: səhiyyədə kişilər işçilərin 20%, qadınlar isə 80%-ni təşkil edir; müvafiq olaraq, təhsildə 33% və 

66,9%-dir. (Azərbaycan Respublikasının Dövlət statistika komitəsinin 2004-cü ilin əvvəlinə olan 

məlumatından). 

Menecementdə qadınların sayı 30%, ticarətdə – 43%, xidmət sahələrində – 42%, milli iqtisadiyyatın 

idarə edilməsində  1,5%-dən də  aşağıdır. Mülkiyyət növləri üzrə cins bölgüsünü izləsək, (Ekonomic 

Trends – Azerbaijan Tacis – European Commission) görərik ki, 2002-ci ildə Azərbaycanda məşğul əhali 

3mln. 726,5 min insanı  təşkil edir, onlardan (ümumi əhalinin sayına nisbətən, faizlə) 32% dövlət 

sektorunda çalışırlar, işləyən qadınların faizi belədir: kooperativlərdə  işləyən qadınlar yoxdur, özəl 

sahədə – 48%, müstəqil sahibkarlar – 19,5%-ni təşkil edir. 

Kənd təsərrüfatında qadınlar peşəkar işçilər sırasında  10%-ni, rəhbər kadrlar sırasında isə  cəmi 

1,3%-ni təşkil edir, baxmayaraq ki, ağır kənd təsərrüfatı əməyinin 70-75% qadınların üzərinə düşür. (11) 

Bütün yer üzündə qadınların kişilərlə  bərabər statusa nail olmaq yolunda əsas  əngəllərdən biri – 

təhsildir. Dünyada savadsız qadınlar kişilərdən çoxdur. Azərbaycanda  15 yaşdan yuxarı savadı olan 

əhalinin sayı 98,8%-dir (1999-cu il), o cümlədən kişilərdə bu rəqəm 99,5%, qadınlarda isə – 98,2%-ni təşkil 

edir. Gündüz oxuyanlar sırasında qadınlar 33,5%-ni təşkil edir.  

Elm sahəsində, statistikaya uyğun, elmlər namizədləri və elmlər doktorları  sırasında kişi və 

qadınlar aşağıdakı şəkildə təmsil olunub: e.n. kişilər 69,1%, qadınlar – 30,9%, e.d. kişilər 78%, qadınlar – 

22%. Akademiklərdən 60 nəfəri kişi və  cəmisi iki nəfəri – qadındır, müxbir üzvləri sırasında müvafiq 

olaraq – 113 və 10 nəfərdirlər. 

Sual olunur ki, niyə Yer üzündə qadınların statusu kişilərin statusuna nisbətən daha aşağıdır? Niyə 

qadınların  əlində hakimiyyət azdır? Alimlər bu sualın cavabını  aşağıdakı  şəkildə verirlər:  əmək, cinsi 

əlamətinə görə bölündüyü üçün, səbəbini cinslər arasındakı fiziki fərqlərdə  də axtarmaq lazımdır. Bir 

müddət qadınlar, öz analıq vəzifələrinə görə (uşaqları dünyaya gətirmək və böyütmək) kişilərdən asılı 

idilər. Qadın fiziki cəhətdən daha xırda və zəif olduğuna görə, kişilər onlara hökmranlıq mövqe-yindən 

müraciət edirdilər. S.Bem hesab edir ki, qadınlar, başını  uşaqları yedizdirmək və  tərbiyə etmək işinə o 

qədər qatdılar ki, öz hakimiyyətini yaratmaq və qanuniləşdirmək imkanını belə tapmadılar. Bütün 

dünyada qadınlar, ev təsərrüfatı  və  uşaqların məsuliyyətinin  əsas payını öz üzərinə götürür, bu isə, öz 

növbəsində, onların siyasi və iqtisadi hakimiyyətdə olmaq imkanlarını məhdudlaşdırır. (14) 




 

 

 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Münaqişəli qarşılıqlı fəaliyyətdə şəxsiyyətin davranışının əsas modellərini sadalayın. 



2. Münaqişənin obyektiv və şəxsi ünsürləri nə ilə fərqlənirlər? 

3.  Şəxsiyyətin sosiallaşmasının  əsas institutlarını sadalayın. Qender sosiallaşmasında onların hər biri 

hansı rol oynayır? 

4. Azərbaycanda şəxsiyyətin qender statusunu təyin edin. 



 

İş üsulları – diskussiya, əldə edilmiş biliklərin ümumiləşdirilməsi; praktiki məşqələ «Münaqişədə mənim 

davranışım» 



 

PRAKTİKİ MƏŞQƏLƏ 

 

«Münaqişədə mənim davranışım» 

(məşğələ test üzərində qurulub) 

 

Məşğələnin məqsədi: münaqişədə  şəxsiyyətin davranışı  əsas problemləri üzrə biliklərin 

möhkəmləndirilməsi;  şəxiyyətin özünüqiymətləndirməsi bacarıqlarının aşılanması, testin nəticələrini 

təhlil etmək bacarığının formalaşması, öz davranışının qaydaya salınması və təkmilləşməsi proqramının 

yaradılması. 

Məşğələnin keçirilməsi qaydaları:  

Hazırlıq mərhələsi. Bir – iki həftə  əvvəl tələbələr testləşmə metodu üzrə,  şəxsiyyətin 

özünüqiymətləndirməsini keçirmək məqsədi ilə tapşırıq aldılar. Onlara dərsin mövzusu və  məqsədi 

çatdırılr.  Ədəbiyyatın və  əsas anlayışların («münaqişədə  şəxsiyyətin, davranışın modeli», «münaqişədə 

davranışın strategiyası») öyrənilməsi tapşırılır. 

Dərs vaxtı tələbələr testlrə cavab verir, müəllimlər nəticələri yoxlayır, davranışda lazımi düzəlişləri 

edirlər. 

 

TEST 

 

«Şmişek üsulu ilə insan xasiyyətinin qiymətləndirilməsi» 

 

Təlimat: 97 suala «bəli» ya «xeyr» cavabı vermək olar. Bu işi sürətlə görmək lazımdır; onlara «pis» 

və yaxud «yaxşı» cavab deməklə ləngiməyin. 

 

1. Hal-əhvalınız adətən yüksək, yaxşı olur? 



2. Təhqirə, haqsızlığa dözə bilirsinizmi? 

3. Ağlamaqla aranız necədir? 

4. Bir 

işi bitirəndə onun keyfiyətində şübhəniz yaranırmı, özünüzü bu zaman yoxlayırsınızmı? 



5. Uşaq yaşlarında öz yaşıdlarınız kimi cəsarətli olmusunuzmu? 

6. Gülən yerdə birdən qəmgin olursunuzmu?  

7. 

Şənlik zamanı diqqət mərkəzində olursunuzmu? 



8. Elə günlər olurmu ki, Siz həddindən artıq deyingən və əsəbiləşmiş olursunuz: belə anlarda hamı 

sizdən qaçır? 

9. Məktubu oxuyub dərhal cavab verirsiniz? 

10. 


Siz ciddi adamsınız? 

11. Belə olurmu ki, nəyəsə başınız möhkəm qarışsın və hər şey unudulsun? 

12. Siz 

təşəbbüskar adamsınız? 

13. Təhqiri, incikliyi tezmi unudursunuz? 

14. Yumşaq ürəklisinizmi? 

15. Məktubu poçt qutusuna salanda özünüzü yoxlayırsınız, yoxsa yox? 

16. 


İşdə (təhsildə) birinci olmağa can atırsınızmı? 


 

 

17. Uşaq yaşlarında itlərdən və göy gurultusundan qorxurdunuzmu? 



18. Bəzən biədəb zarafatlara gülürsünüzmü? 

19. Sizi 

xırdaca adam sayan varmı? 

20. 


Xarici mühit və şərait sizin əhval – ruhiyyənizə güclümü təsir göstərir? 

21. 


Dost – tanış sizin xatirinizi çoxmu istəyir? 

22. 


Daxili meyl, ani hiddətin təsiri altına tez – tez düşürsünüz?  

23. Kefinizdə məyusluq həmişə olur? 

24. Böyük 

sarsıtmanı, güclü ağlamanı keçirmisinizmi? 

25. Bir 

yerdə çox oturmağa alışmısınızmı? 

26. Sizə qarşı ədalətsizlik baş verirsə özünüzü müdafiə edirsinizmi? 

27. Lovğalıqla aranız varmı? 

28. Yeri 

gələndə quşu, heyvanı kəsə bilərsinizmi? 

29. Süfrə, pərdə əyri qalanda buna dözməyib qaydaya salmağa tələsirsinizmi? 

30. Uşaqlıqda tək qalmaqdan qorxmusunuzmu? 

31. 

Kefiniz tez–tez heç bir səbəb olmadan pozulurmu?  



32. Peşəkarlıqda birinci olan vaxtınız olubmu?  

33. Tezmi 

hövsələdən çıxırsınız, hiddətlənirsiniz? 

34. 


Şıltaqlıq, şənlənmə yadınıza düşürmü? 

35. Xoşbəxtlik anları yaşamısınızmı? 

36. 

Şən tamaşalarda aparıcı ola bilərsinizmi? 



37. Yalan 

danışan vaxtınız olubmu? 

38. 

İnsanlara sözün düzünü üzünə demisinizmi? 



39. Qanı görəndə halınız pis olurmu? 

40. 


İşinizə görə tək məsuliyyət daşımağa hazırsınızmı? 

41. 


Ədalətsiz hərəkətlərə (başqalarına qarşı) qarşı çıxış edirsinizmi?  

42. Boş qaranlıq otağa, zirzəmiyə girməkdən çəkinirsinizmi? 

43. Dəqiq və uzun müddətdə görülən işi öz üzərinə götürə bilərsinizmi? 

44. Siz 


ünsiyyəti sevirsinizmi? 

45. Məktəbdə şer danışmağı xoşlamısınızmı? 

46. Uşaqlıq illərində evdən qaçmısınızmı? 

47. Avtonəqliyyatda qoca insanlara tezmi yerinizi verirsiniz? 

48. Həyatın ağırlığı tez–tez yadınıza düşür? 

49. Münaqişə zəminində kefiniz pozulub işə gəlməyən vaxtınız olubmu? 

50. 

İşiniz gətirməyəndə zarafat etməyi bacarırsınızmı? 



51. 

İnciyənlərlə birinci barışmağı bacarırsınızmı? 

52. Heyvanları çoxmu istəyirsiniz? 

53. Evdən çıxanda qazı, işığı bir də yoxlamaq üçün qayıdan vaxtınız olubmu? 

54. Öz 

qohum–əqrəbalarınıza görə nigarançılıq keçirirsinizmi? 



55. 

Hava kefinizi poza bilərmi? 

56. 

Böyük auditoriyaya çıxış etməyə cürətiniz çatarmı? 



57. Acığınız tutsa, adam döyə bilərsinizmi? 

58. 


Şənlənməyi çoxmu sevirsiniz? 

59. Düşündüyünüz kimi danışırsınız, yoxsa yox? 

60. Ümidiniz 

boşa çıxanda ümüdsiz bir hala düşürsünüzmü? 

61. Hər hansı bir işin təşkilinə başçılıq edə bilərsinizmi? 

62. Qarşınıza çıxan əngəlləri fəth etmək əzmində olursunuzmu? 

63. Zəhləniz gedən adamların işi düz gətirməyəndə buna sevinirsinizmi? 

64. Kinoda 

göstərilən faciə sizi ağlada bilərmi? 

65. Keçmişin, gələcəyin düşüncələri sizi yatmağa qoyurmu? 

66. Məktəb illərində başqalarına kömək edib dəftəri köçürməyə vermisinizmi? 

67. Qəbirstanlıqdan qaranlıqda tək keçə bilərsinizmi? 

68. Artıq verilən pulu kassaya qaytara bilərsinizmi? 

69. Evin 

səliqəsinə çoxmu diqqət yetirirsiniz? 



 

 

70. Axşam kefiniz yaxşı, səhər oyananda kefiniz pozulmuş olurmu? 



71. Yeni 

şəraitə tezmi uyğynlaşırsınız? 

72. Başgicəllənmələr sizdə tez–tez olur? 

73. Tez–tez 

gülürsünüzmü? 

74. Xoşunuz gəlməyən adama bunu bildirməməyi bacarırsınız? 

75. 

Siz çevik və diribaşsınız? 



76. 

Ədalətsizliyi görəndə çoxmu əziyyət çəkirsiniz? 

77. Təbiəti dərindən sevirsinizmi? 

78. Evdən çıxanda və ya yatanda evdəki suyu, işığı, qapıların qıfılını yoxlayırsınızmı? 

79. 

Qorxu hissi olurmu sizdə? 



80. 

İçki hal – əhvalınıza təsir göstərirmi? 

81. Bədii özfəaliyyət dərnəyinin işində həvəslə iştirak edərsinizmi? 

82. Bəzən evdən uzaq düşmək ürəyinizdən keçirmi? 

83. Həyatı bədbincəsinə bəzən qiymətləndirirsinizmi? 

84. Kefiniz 

birdən pozulub şən olmaqdan bikefliyə keçirmi? 

85. Kampaniyanı ələ almağı, əyləndirməyi bacarırsınızmı? 

86. Qəzəb, kin ürəyinizdə çoxmu yaşayır? 

87. Başqa insanların dərdinə şərik olub uzun müddət onu çəkirsinizmi? 

88. Öz 

ünvanınıza haqlı tənqidlə həmişəmi rastlaşırsınız? 



89. Məktəb illərində bir – iki səhvə görə bütün səhifəni köçürməyə hazır idinizmi? 

90. 


İnsanlara etibar edirdinizmi? 

91. Qorxulu 

yuxuları tez–tez görürsünüz? 

92. Bəzən qatarın altına atılmaq, yuxarı mərtəbədən özünü yerə atmaq kimi fikirlər ağlınıza gəlirmi? 

93. 

Şən adamlar arasında kefiniz açılırmı? 



94. 

İşin çətin tərəfləri sizi düşündürürmü? 

95. 

İçki içərkən sonra sizdən gözlənilməz hərəkətlər çıxırmı? 



96. Söhbət zamanı daha çox susursunuzmu? 

97. Kimisə yamsılayanda özünüzü bəzən unutmağı bacarırsınızmı? 

 

 

 



 

 

 



Vurğulanan növ 

Əmsal 

«Bəli» 

Sual nömrələri 

«Xeyr» 

Cavab 

nömrələri 

Hipertimli 

(emosional, yüksək 

əhval-ruhiyyə, nikbin, təmasda olan, 

münaqişəyə meylli,) 

1, 12, 25, 36, 50, 61, 



75, 85 

---- 


Tutqun 

(pessimist, unsiyyətdən qaçır, qapalıdır, münaqişələri təsadüfi 

hallarda başlayır) 

10, 23, 48, 83, 96 



34, 58, 73 

Dövranları dairə üzrə dəyişən 

(əhval-ruhiyyənin tez-tez dəyişməsi, özünü qiymətlənmədə sabit 

olmayan, münaqişəyə meylli) 

6, 20, 31, 44, 55, 70, 



80, 93 

---- 


Təsirlənən 

(qıcıqlanan, təmasda az olur, qara-qabaqdır, kollektivlə yola getmir, 

münaqişəyə meylli) 

8, 22, 33, 46, 57, 72, 



82, 95 

---- 


Ləngiyən 

(ilişib qalan, ünsiyyətdə mülayim, öyüd-nəsihət verən, küsəyən, hər 

şeyə şübhə ilə baxan, münaqişəyə meylli) 

2, 16, 26, 38, 41, 62, 



76, 86, 90 

13, 51 


Pedant 

(xırdaçı, vicdanlı, səliqə-səhmanlı, işlərinə ciddi yanaşır, 

münaqişələrə az qatılır) 

4, 15, 19, 29, 43, 53, 



65, 69, 78, 89, 92 

40 



 

 

Həyəcanlı 

(iztirablı, ünsiyyətdən qaçan, özünə  əmin olmayan, özünütənqidli, 

münaqişə zamanı güzəştlərə gedir) 

17, 30, 42, 54, 79, 



91 

5, 67 


Duyğulu 

(təəssüratlanan, az adamla oturub duran, duyumlu, yaxşı icraçı 

olan, münaqişələrdə nadir hallarda iştirak edir) 

3 3, 


14, 52, 64, 77, 87 

28, 39 


Nümayişkaranə olan 

(ünsiyyəti yaradır, liderliyə meylli, özündən razı, ikiüzlü, münaqişə 

meylli) 

7, 21, 24, 32, 45, 49, 



71, 74, 81, 94, 97 

56 


Fərəhli 

(latınca exaltatio – fərəhli, coşqun vəziyyət; geniş ünsiyyət yaradan, 

söhbətçil, insanlara diqqətini  əsirgəməyən, hər an əhval-ruhiyyəni 

dəyişən) 

11, 35, 60, 84 



---- 

Verilən cavabların nömrələrinin sayı əmsala vurulur (vurğulanan növə müvafiq cavabların). Əgər 

əldə edilən cavab 18-dən artıqdırsa, onda həmin vurğulanan növ bu adamın xasiyyətinə uyğundur. 

Bütövlikdə cavab o zaman etibarlı sayıla bilər ki, «yalan» mövqeyində 5 baldan artıq yığılmasın.  



 

 

ƏDƏBİYYAT 

 

1. 



Кроник А.А. Межличное оценивание в малых группах. – Киев, 1982 

2. 


Цит. по Грузенберг С.О. Гений и творчество. – Л., 1924 

3. 


Антология мировой философии. В 4 т. – М., Т.3, 1971,  

4. 


Маркс К., Энгельс Ф. Соч. Т. 23 

5. 


Ворожейкин И.Е. и др. Конфликтология. – М., 2000 

6. 


Хорни К. Невростическая личность нашего времени; Самоанализ. – М., 1993 

7. 


Фромм Э. Психоанализ и этика – М., 1993 

8. 


Андреева Г.М. и др. Зарубежная социальная психология XX столетия. Теоретические подходы. – М., 

2001 


9. 

Вейнингер О. Пол и характер – М., 1997 

10.         Мид М. Культура и мир детства – М., 1988

 

 



 

Yüklə 143,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə