Mövzu: Oliqopoliya



Yüklə 20,08 Kb.
tarix20.09.2018
ölçüsü20,08 Kb.
#69586

Ad;Səməd


Soyad:Abbasov

Qrup:


Kurs:

Fakültə:Biznesin idarə edilməsi


Mövzu: Oliqopoliya


Oliqopoliya — bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant (üstün) firma fəaliyyət göstərir. Bu firmaların hər biri bazarda xeyli yer tutur və qiymətin yaranması prosesinə təsir edə bilir. Oliqopoliyanın xüsusi forması - əgər bazarda sadəcə iki firma olarsa - duopoliya adlanır. Başqa sözlə, oliqopoliya, eyni fəaliyyət sahəsində bir-birinə təsir edəcək qədər az sayda firma qarşısında çox sayda alıcının olduğunu ifadə edir

Oliqopoliyanın xüsusiyyətləri


Qərar alma müddətində bir firmanın eyni fəaliyyət sahəsindəki digər firmaların qiymət, miqdar, reklam, dəyər və digər tətbiq etmə sahəsində fəaliyyətləri bir-birindən xəbərsiz və müstəqildirsə, bu, oliqopoliya anlayışını ifadə etmir. Bir bazarın oliqopolik bir bazar quruluşlu olması üçün bəzi şərtlər vardır. Bu şərtlər, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən firmaların qarşılıqlı təsiri ilə digər bazarlardan fərqlənməsinə səbəb olan şərtlərdir.

  • Oliqopolik bazarda fəaliyyət göstərən firmaların bir-birilə qarşılıqlı təsir əlaqələrinin olması vacibdir. İstər iş birliyi, istərsə də, rəqabət baxımından bir firmanın həyata keçirdyi davranışın və almış olduğu qərarların digər firma tərəfindən təqib edilməsi və dəyərləndirilməsi vacibdir. Belə olmadığı halda oliqopoliyadan danışmaq yersizdir.

  • Oliqopolik bazarlarda istehsal olunan mal və xidmətlər bəzən tamamilə eyni, bəzən də fərqliləşdirilmiş şəkildə istehlakçıya çatdırılmaqdadır. Əgər oliqopolik bazarda istehsal olunan mal və xidmətlər xüsusiyyət və keyfiyyət baxımından tamamilə bir-birinin eynisi yaxud tam əvəz edilən mallardırsa, buna, saf oliqopoliya deyilir. Neft sektorunda istehsal olunan malları buna misal olaraq göstərmək olar.

  • Oliqopolik bazarın digər xüsusiyyəti isə digər bazarlardan fərqli olaraq bu bazara daxil olan firma özündən əvvəl bazarda yer alan firmaların qiymət strategiyalarını, istehsal miqdarlarını, əhatə etdiyi istehlakçı kütlələrinin və buna bənzər dəyişənləri nəzərə almaq məcburiyyətindədir. Bu da oliqopolik bazara girişin çətin olduğunu göstərən xüsusiyyətlərdəndir.

Oliqopoliyanın növləri


Oliqopolik bazar fərqli alt başlıqlara ayrılır. Hər bir alt başlıq da öz içərisində ayrı-ayrı hissələrə bölünməkdədir. Oliqopolik bazar ilk öncə firma sayına görə, iki firmalı və çox firmalı oliqopolik bazarlara bölünür. Eyni sektorda bir-birinə təsir edərək fəaliyyət göstərən iki firmaya, iki firmalı oliqopoliya və yaxud duopoliya olaraq adlandırılır. Eyni sektorda bir-birinə təsir edərək fəaliyyət göstərən ikidən çox firma vardırsa, bu, çoxlu oliqopolik bazar adlanır. Bəzən firmalar bir-birilə rəqabətdə fəaliyyət göstərirlər. Belə bazara rəqabətli oliqopolik bazar deyilir. Əksinə, rəqabətin firmalara ziyan verəcəyini düşünən firmalar isə birləşərək ortaq fəaliyyət göstərirlər. Bu hal isə razılaşmalı oliqopolik bazar adlanır.

İki firmalı oliqopoliya. Duopoliya kimi adlandırılan belə bazarlarda sadəcə iki firma fəaliyyət göstərir. Öz aralarında qiymət və miqdar strategiyalarını müəyyən edirlər və öz fəaliyyətlərini davam etdirirlər. Duopolik bazarların aşağıdakı modelləri var :



  • Agustin Cournot tərəfindən yaradılan Cournot modeli;

  • Joseph Bertrand tərəfindən yaradılan Bertrand Modeli;

  • Edward Chamberlinin Chamberlin Modeli;

  • Francis Tsidro Edgeworth tərəfindən yaradılan Edgeworth Modeli;

  • Heinrich Freiherr Von Stackelbergin Stackelberg Modeli.

Cournot modeli duopol modelləri içərisində ən birinci yaranmış və ən çox yayılmış modeldir. Belə ki, 1938-ci ildə fransız iqtisadçısı Agustin Cournot tərəfindən yaradılmışdır. Agustin Cournot, bir-birinin qonşusu olan eyni mədən suyundan xammal kimi istifadə edən iki ayrı-ayrı firmanın bazarda hansının nə qədər mal satacağını araşdırmışdır. Firmalardan biri mənfəət maksimumu üçün MR əyrisi baxımından toplam bazar tələbinin yarısına mal istehsal edir. O biri firma bazarın geri qalan hissəsini hədəf kütlə seçərək ona uyğun mal istehsal edir. Burada prinsip olaraq qiymət deyil, miqdar strategiyası önəmli yer tutur .

Bortrand modelində Cournot modelinin əksi olaraq firmalar satış miqdarı əvəzinə qiymət strategiyasına uyğun olaraq hərəkət edir. Birinci firmanın mal üzərində qoyduğu qiymətə uyğun olaraq ikinci firma istehlakçını özünə çəkmək üçün həmin qiymətdən aşağı bir qiymət təklif edir. Uyğun olaraq birinci firma da ikinciyə nisbətən bazarda daha aşağı qiymət təklif edir. Bu vəziyyət qiymət rəqabəti anlayışını ortaya qoyur və belə olan halda minimum mənfəət nöqtəsinə qədər davam edir.

Chamberlin modeli. Bazarda A firması eyni növ məhsulun tək istehsalçısıdır. Bazara B firması daxil olur və həmin növ məhsulun istehsalına başlayır. Burada B firması A firmasının bazar strategiyasına uyğun olaraq hərəkət edir və onun təcrübəsinə əsaslanaraq fəaliyyət göstərir. Digər modellərdən fərqli olaraq bazarda mövcud olan iki firma bir-birindən asılı olduqlarını anlayırlar və ortaq nöqtədən çıxış edirlər.

Edgeworth modelində bazarda mövcud birinci firma yüksək mənfəət əldə etmək məqsədilə maksimum səviyyəni saxlayaraq fəaliyyət göstərir. Digər tərəfdən rəqabətçi bir mövqedən çıxış edib, qiyməti aşağı salaraq kütləni özünə yönəldən ikinci firma bazara daxil olur. Buna cavab olaraq birinci firma ikinci firmaya nisbətən qiymətləri aşağı salır. Eyni zamanda ikinci firma qiyməti yenidən birinci firmadan aşağı salır. Bu rəqabət davam edərkən, firmalar artıq bir nöqtədə özlərinin hədəf kütlələrini yaratdıqlarını düşünürlər. Belə olan halda qiyməti yüksəltməyə başlayırlar. Sonda isə dalğalı qiymət mexanizmi meydana çıxır. Bazardakı bu qiymət dalğalanması firmaların bazarı paylaşmaq məcburiyyətində olduqlarını anlayanadək davam edir.

Stackelberg modelində bazarda mövcud iki firmadan biri lider digəri təqibçi (liderdən asılı) firmadır. Lider firma təqibçi firmaya güclü rəqib kimi baxmır və ona bazarda fəaliyyət göstərməyə imkan verir. Təqibçi firma da öz növbəsində ona düşən bazar payından maksimum gəlir üçün fəaliyyət göstərir
Yüklə 20,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə