MöVZÜ. Orta əsr avropa və ŞƏrq (MÜSƏlman) SİVİLİzasiyalarinda qender aspekti



Yüklə 100,72 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü100,72 Kb.
#8764


 

 

MÖVZÜ.  



ORTA ƏSR AVROPA VƏ ŞƏRQ (MÜSƏLMAN)  

SİVİLİZASİYALARINDA QENDER ASPEKTİ 

 

• 



Orta əsr Avropa cəmiyyətində xristianlığın nigaha, ailə və qadınların vəziyyətinə münasibəti  

• 

Orta əsr Avropasında qadın həyatında ictimai və xüsusi sahələr. Kurtuaz məhəbbəti anlayışı. 

• 

Orta əsrlərdə müsalman Şərqində qadınların vəziyyəti  

 

Orta əsr Avropa cəmiyyətində xristianlığın nigaha, ailə və qadınların vəziyyətinə münasibəti 

Roma imperiyasının dağılması tədriclə baş verən bir proses olmaqla özünü yavaş-yavaş çürümək və 

vaxtaşırı itkilər verməkdə biruzə verirdi.B.e 400-cü ilindən 1000-ci ilinə kimi əhali köçür, hakimlər gəlib-

gedirdilər, Avropanın xarici görünüşü durmadan dəyişirdi. Babilistan realizmini, yəhudi mütləqiyyətini, 

yunan platonizmini və Roma materializmini özündə  cəmləşdirmiş xristian kilsəsi yaşaya bildi, həmin 

qeyri-stabil dünyada yeganə birləşdirici qüvvə  kimi  öz  təsirini yaydı. Praktiki olaraq, bütün sahələrdə 

(Səlib yürüşlərini nümayiş etdirən hərbi hakimiyyət də daxil olmaqla) xristian kilsəsi Roma 

imperiyasının davamçısı idi. 

Mərkəzi hakimiyyətin dağılması  və iqtisadiyyatda natura ilə ödənişə qayıdış Avropa cəmiyyətinin 

özü-özünə qapılmasına səbəb oldu.  

Cəmiyyət son dərəcə lokallaşmışdı  və dünyəvi qanunlar qüvvədən düşmüş idi. Lakin kilsə sosial 

stabillikdə çox maraqlı idi. Belə ki, yalnız stabillik kilsənin ehtiyac duyduğu daimi gəliri təmin edə bilərdi 

və  məhəllə kilsə ruhaniləri dünyəvi qanunvericiliyində olan nöqsanların xristian əlavələri ilə aradan 

qaldırılması üçün tədbirlər gördülər. Onların diktə ettikləri mənəvi qanun, cəhənnəm atəşi qorxusu ilə 

daha da qüvvətləndirildi (bu kübar qanunvericiliyi ilə təqdim edilə biləcək hər hansı bir qorxudan daha 

effektli idi). Bu həm kənddə,  şəhərdə, ayrı-ayrı qraflıqlarda, həm də bütün ölkədə yeni qüvvədə olan 

universal qanun idi. Beləliklə, bir neçə yüzilliklər ərzində xristian əqidəsi nəinki hər yerdə yayılırdı, eyni 

zamanda o sosial əqidəsi ilə, dini hakimiyyəti dünyavi hakimiyyətlə birləşdirilən kimi, birləşdi. 

Papaçılığın vəziyyəti möhkəmlənən dövründə – XI əsrin sonlarında papa VII Qriqori ruhanilərin 

nigah bağlamasına qadağa qoydu. Xristian aləminin bir sıra vilayətlərində bu qadağaya qarşı güclü 

reaksiya baş verdi: (məsələn germanlar elan etdilər ki, onlar öz həyatları ilə daha tez vidalaşarlar, nəinki 

arvadları ilə), lakin sonda kilsə qalib gəldi və kilsədə selibat (nigahsızlıq) prinsipi qəbul olundu. Beləliklə, 

təkçə kilsə nigah bağlanılmasına qarşı deyil, özünün əlçatmaz idealı olan bakirəliyə yaxınlaşmaq 

məqsədinə çatmışdı. Əsas problem o idi ki, çoxları hüquq, idarəetmə və elm sahələrində peşə karyerasını 

əldə etmək üçün ruhani olurdu. O fakt ki, XIII əsrdə İngiltərədə hər on iki kişidən biri ruhani idi, hələ o 

demək deyil ki, hər on iki kişidən birində böyük ruhanilik qabiliyyəti var idi. 

Selibat elan edilənə qədər, hər iki vəziyyətdən öz xeyrinə istifadə edən kişilər cavan yaşlarında ailə 

qururdular və ailə  həyatı onları bezdirdikdə ruhaniliyi qəbul edirdilər. Bəziləri də evlənməkdən 

ümumiyyətlə imtina edirdilər. Bunlardan bir hissəsi səmimi  əqidəsinə görə, bəziləri isə ruhani vəzifə 

pilləsində üstünlük qazanma naminə bunu edirdilər. 

Müasir kilsə xadimləri ailə haqqında elə danışırdılar ki, güya ailə xristian ixtirası imiş, lakin onların 

sələfləri ailəni şeytanın əməli kimi lənətləməyə daha çhx meyilli idilər. 

Kilsə başçıları adi əhaliyə deyirdi: «Əgər bu, sizə çox vacibdirsə, evlənin» - bunun ardınca onlar ailə 

həyatının sevinclərini elə ifadələrlə  təsvir edirdilər ki, qədim yunanlar və romalılar dərhal bu ifadələri 

tanıya bilərdilər. Onlar üçün uşaqlıq «ən acı rahatlıq» idi, arvadlarını isə onlar zəif, anlaşılmaz, 

emosianal, dayanıqsız,yalançı və içtimai işlərdə tam məsuliyyətsiz bir varlıq kimi qiymətləndirirdilər. 

Bütövlükdə, kilsə nigahı, insanın bir sıra zəifliklərinə güzəşt kimi qəbul edirdi və bu zəiflikləri 

hörmətdən salmaq üçün əlindən gələni edirdi. Kilsə təsdiq edirdi ki, bir nigah kişini hər şeylə təmin edir, 

ikinci nigah ailə xainliyidir, üçüncüsü isə – adicə «donuzluqdur». Faktiki olaraq, kilsə başçıları  hətta 

nəslin doğulmasına belə  şübhə ilə yanaşırdılar, lakin fikirləşəndə ki, nəslin çoxalması  nəticə etibarı ilə 

dinə inananların da sayını artırır, bu zaman kilsə müəyyən güzəştlərə getməyə məcbur oldu. 

Bununla yanaşı kilsə nigahda ideal bakirəliyi tələb edirdi. Nəticədə hələ XII və ya XIII əsrlərdə nigah 

bir müqəddəs  əməl kimi (yəni o, heç bir şəraitdə pozula bilməzdi) elan olunana qədər, bütün qədim 

birliklərin sosial praktikasına zidd olsa da – kilsə sonsuzluğu boşanma üçün əsas saya bilmirdi. Bu yeni 

məhdudiyyət nə qədər də qərəzsiz olsa da, bu vaxta qədər işlənilmiş cinayətlərdə ər daha çox günahkar 

olsa da, bütün məsuliyyəti daşıyan qadınlar üçün bu tayı-bərabəri olmayan müdafiə idi. 



 

 

Çox zaman belə bir fərziyyə irəli sürülür ki,xristianlıq qadınların vəziyyətini  əhəmiyyətli dərəcədə 



yaxşılaşdırdı,faktiki olaraq isə yuxarıda göstərilənlər istisna olmaqla, qadınların rəsmi və praktiki statusu 

dəyişməmişdi. Xristian doktrinası ilə konfliktə girməyən dairələrdə, erkən xristian kilsəsi, Qədim 

Romanın vətəndaşlıq qanunlarını  və adətlərini bir miras kimi qəbul etmişdi. Eyni zamanda xristian 

qadınlarda arzu olunacaq hər bir şeyə qarşı Roma imperatorluğunun qadınlarını bir nümunə kimi qəbul 

edirdi. Xristianlıq, qəti olaraq, bu fikirdə idi ki, hər mömin xristian qadın öz cazibəsini gizlətməli, kilsəyə 

gələrkən, örtüklə üzünü örtməli, kosmetik vasitələrdən tamamilə imtina etməlidir. Bunun əvəzinə 

xristianlıq qadınlara kişilərlə eyni mənəvi bərabərlik təklif edirdi – bu, verənlərə alanlardan daha çox 

fayda gətirən vergi idi. Qadına bərabər mənəvi münasibət bəsləyən kilsə, onun xeyriyyəçi cəhətlərindən, 

dualarından ictimaiyyətin xeyrinə istifadə etməklə yanaşı,  şəxsi həyatı baxımından qadını  həmişə uzaq 

məsafədə, özünə müvafiq yerdə möhkəm saxlayırdı. Hətta  şərq kilsələrində belə, qadınların 

şeqreqasiyası  nəticəsində dini xadim kimi onların yolu əhəmiyyətli olsa da, onlara xaç suyuna çəkilmə 

mərasimlərini aparmaq, dini möizəlar etmək, kilsədə bərkdən dua etmək, mehraba yaxınlaşmaq və xeyr-

dua vermək qadağan edilmişdi. Kliment Aleksandriyskiy gəsdən etməsə  də,  ərkən xristian kilsəsinin 

qadınlara münasibətini qiymətləndirərək, belə bir nəticəyə gəlmişdir ki, qadın hər şeydə kişi ilə bərabər 

olsa da, kişilər həmişə  və  hər  şeydə qadınlardan üstün olmuşlar. Həqiqətdə isə  hər  şeydə yox! Siyasi 

nigah məsələsində qadınların kilsə üçün, hökümətdə olduqları  qədər,  əhəmiyyəti böyük idi. Kilsə 

tərəddüd etmədən kübar-xristian qadınları cahil ölkələrə göndərərək onların frankların, saksonların 

başçıları ilə nigaha girərək, bu yolla həmin başçılara xristianlığı qəbul etdirməyə məcbur edirdi. 

Yüz illər keçdikcə, xüsusilə Merovinq və Karolinq dinastiyalarına aid olan çox güclü şəxsiyyətlərdən 

sayılan ərə getməli bəzi xristian şahzadələr, öz ərlərinin ardınca lap uzaq yerlərə getməli olurdular. Bu, 

təkcə ona görə baş vermirdi ki, xristianlığı qəbul edənlərin sayı çox azalırdı, həm də ona görə olurdu ki, 

imperator Yustinian qohumluğun beşinci dərəcəsinədək nigahlara qadağa qoymuşdu. Beş yüz il sonra V 

Qriqori qohumluğun yeddinci dərəcəsinədək nigah bağlanmasına qadağa qoydu. Bu ona gətirib çıxardı 

ki,  şahzadələrin nigah coğrafiyası  İrlandıyadan Yerusəlimə  qədər və Kastiliyadan Novqorodadək 

yayılmışdı. 

 

Orta əsr Avropasında qadın həyatında ictimai və xüsusi sahələr. Kurtizan məhəbbəti anlayışı 

Neolit dövründən sonra, XII əsrdən başlayaraq, XVI əsrin sonlarınadək Avropa qadınlarının sosial, 

maliyyə və məişət vəziyyəti son dərəcə ağır olmuş və dövrün sonundakı bu vəziyyət əvvəldəkindən heç 

də yaxşı deyildi. Yeganə  fərq qadının obrazında, onun imicində idi. XII əsrin  əvvəllərində qadınlara 

nifrətlə baxırdılar, kişilər qadınlara, hətta qadınlar da bir-birinə  həqarət edirdi, XVI əsrin axırlarında 

onlara hörmət edilməyə, hətta pərəstiş edilməyə başlanıldı. Belə  vəziyyət digər dəyişmələrə  də  səbəb 

oldu. Diskriminasiyadan əvvəlki beş minilliklər  ərzində psixoloji və genetik uyğunlaşmalar tələb 

olunurdu ki, baş verən dəyişikliklər radikal olsun. 

Bizim günlərdə isə imic, istehlak malına, komputer imitasiyası  məhsuluna çevrilib, burada hətta 

təsadüf riyazi ehtimallılıq nöqteyi nəzərindən qəbul edilir. Lakin vaxtı ilə qadının imicinin dəyişməsi tam 

başqa cür əldə edilirdi. Bunlar ayrı-ayrı vaxtlarda müəyyən şəraitlərin təsadüfən biri-birinə tuş gəlməsi, 

uyğunlaşması nəticəsində əmələ gəlmişdir, bunların hərəsi ayrı-ayrılıqda müvafiq təsir yarada bilməzdi. 

Zaman keçdikcə, dəyişikliklər yəqin olsa da, onların qələcək nəticələri hələ aydın deyildi. 

Öz mahiyyəti etibarı ilə, vaxtı ilə qadınların buraxdığı  səhvi – (neolit dövründə qadının, kişilərin 

mənliyinin artımı üzərində  nəzarətin  əldən buraxması  səhvini) kişilər təkrar etdilər. Bu dəfə kişilər öz 

mənəvi yüksəlişinə diqqətlərini cəm edərək,qadının özünə hörmətinin artmasına saymazcasına 

yanaşdılar, onlar bunu diqqətəlayiq bir məsələ kimi qəbul etmirdilər. Bir sıra tam spesifik xüsusiyyətlərə 

görə kişi xanımı xeyirxahlıq simvoluna çevirmişdi. O düşünmürdü ki, vaxt gələcək, bu yeni statusa tam 

praktiki mənadə baxılacaqdır. 

Qadının xanıma çevrilməsinə köməklik göstərən faktorlardan (bunlardan çoxu indiyə qədər də qeyri-

müəyyən qalmışdır) bir neçəsini ön plana keçirmək olar. Bunlardan biri – xaçpərəstlərin yaşa dolma 

təcrübəsidir. 

1097-ci ildən sonra fransız cəngavərlərinin yarıdan çoxu 30 il ərzində müqəddəs torpağa və ya Şimali 

İspaniyaya böyük xaç yürüşləri etmiş  və ya özləri təkbaşına gedib çıxmışlar.  İngiltərə  və Almaniya da, 

Fransaya qoşularaq, özlərinin  ən  şücaətli cəngavərlərini xaç yürüşlərinə göndərirdilər. Bu cəngavərlər 

İspaniya və Siciliyadan uzağa getməsələr də, islam dövlətlərinin ekzotikası  və parıltısından gözləri 

qamaşırdı. Bu dövlətlər baş verən qarışıqlıqlara baxmayaraq, Qərbin kobud baronlarının təcəssüm 




 

 

etdikləri hər hansı  cəmiyyətdən daha inkişaf etmiş sivil ölkə idilər. Sözsüz, yalnız birinci Səlib yürüşü 



müvəffəqiyyətli oldu, lakin dənizdə havanın dəyişməsi nəticəsində xaçpərəstlər yürüşdə  əldə 

etdiklərindən daha az qənimət gətirə bildilər. Bununla yanaşı ən böyük «qənimət» yeni həyat tərzi, yeni 

ideya və təəssüratlar, dünyagörüşünün və dərketmə qabiliyyətinin artması idi. Bütün bunlar Avropada 

baş verən dəyişikliklər prosesinin aktivləşməsi üçün kifayət idi. Əgər xaçpərəstlər islamla bilavasitə 

rastlaşmamışdılarsa, evdə qalan kişilər (onlar kilsənin imperiya ambisiyasına qoşulmaq üçün ya çox 

cavan, ya çox qoca, həddən artıq hissiyatlı, təkəbbürlü idilər) özləri üçün başqa  şeyi dərk etdilər: 

müsəlman alimlərinin  əsərlərinin köməkliyi ilə onlar klassik dünyanın müdrikliyinə, onun qədim və 

daim yeni fəlsəfəsinə, yunanların bildiyi, romalıların isə yaddan çıxardığı özünəməxsus humanizminə 

yeni baxışla baxdılar. Antikliyin nailiyyətlərindən çoxu müsəlmançılığın süzgəcindən keçmişdi, bu da 

Avropa qadınının vəziyyətinə bilavasitə  təsir edən  ədəbiyyatın yaranmasının  əsas səbəblərindən biri 

olmuşdur. 

Daha hövsələsiz nümayəndələrinin müvəqqəti olaraq cəmiyyətdən təcrid edilməsi, yeni 

dünyagörüşünə malik bir çoxunun bu cəmiyyətə gəlməsi yüksək sinfin qadınlarına nadir şans verdi. XI 

əsrin sonlarına qədər onlar tamamilə öz ərlərindən, atalarından və oğlanlarından asılı idilər. Lakin Səlib 

yürüşlləri zamanı bir çox qadınlar  ərlərini itirmiş, baxımsız qalmışdılar, onlar ərlərinin mülkiyyətini 

idarə etmək məcburiyyətində qaldılar və  hətta siyasət belə artıq onlar üçün sirr deyildi. Qadınlar o 

dövrün ictimai həyatının modaların; qeybətlərin, intriqaların mərkəzi sayılan hersoq və kral sarayları 

uğrunda aparılan mübarizələrdə  iştirak edirdilər, Kilsə qadınların bu hərəkətlərini dəstəkləməsə  də, 

bütün bunlar qadınların ictimai vəziyyətinin sabitləşməsinə kömək etdi. XI əsrdə arvadından bezikmiş 

ər, asanlıqla ondan ayrıla bilirdisə, nigah qaydaları ruhanilərin  əlin altına keçdikdən sonra (ruhanilər 

boşanmanı nigaha nisbətən daha çox pisləyirdi), belə praktikanın qarşısı kəskin şəkildə alındı. 

Sonralar kilsənin və kişilərin qadın cinsinə olan münasibətinə  təsir edən daha bir tendensiya 

meydana gəldi. Vizantiyada Deva Mariya (Müqəddəs Məryam) üzün müddət sitayiş obyekti idi. Ona 

pərəstişliyi, Avropaya XII əsrin  əvvəlində piliqrimlər, xaçpərəstlər və tacirlər gətirmişdilər. Bir çox 

yüzilliklər ərzində Qərb kilsəsi, insanın qadın nəslinin başlanğıcını, günaha batmasında təqsirkar sayılan 

ulu ana Yeva ilə bağlayırdı; Və XIV əsrdə Yeva öz yerini Deva Mariyaya verəndə, qadınlar uduşda 

oldular. XII əsrin əvvəllərinə qədər Mariya yalnız Qərb xristianlarının təqviminin müqəddəslərindən biri 

idi. Lakin XII əsrin  əvvəlində ona olan sitayiş Bizans imperiyasından  Avropaya  keçdi,  bu  zaman 

sisterssiançıların ordenini islah edən böyük fransız ruhanisi Bernard Klervosskinin qəlbində, Deva 

Mariya ehtiraslı  məftunluq hissi oyatdı. Bernard Klervosskinin təsiri altında bütün Avropada yüzlərcə 

yeni abbatlıqlar tikilmiş, burada rahiblər Deva Mariyaya ibadət elir, onun bakirəliyi naminə ağ paltarlar 

geyir və öz kilsələri nəzdində qadınların ona ibadət etməsi üçün xüsusi kiçik kilsələr tikdirirdi. 

Özünün populyarlığının geniş yayılmasına görə Mariya sistersiançılara, fransiskançılara, 

trubadurlara, habelə kübarlara, tacirlərə  və onun şərəfinə memarlıq, incəsənət  əsərlərini sifariş etdirən 

şəhərlilərə çox borclu idi. Deva Mariya İsa peyğəmbərin xeyirxah anası olmaqla bərabər, kişilərin öz 

oğlanları üçün arzuladıqları ümumiyyətlə ideal ana obrazı idi. XIV əsrin sonunda Kontrreformasiya 

zamanı Deva Mariya ortodoksal xrisitianlığın ehkamlarını qoruyub saxlayan teoloqlarda da analoji ruh 

yüksəkliyinə  səbəb olmuşdu. Müqəddəs Madonna kübar xanım idealının ikitərəfi olmaqla kilsənin 

rəyinə görə insanlığın həyatında eyni yer tuta bilməzdi. Deva Mariya kilsə üçün çox əlverişli idi, lakin 

çox obrazlı olmaqla Mariyaya olan ibadətlər – dini ayinlər kilsənin  əlindən çıxırdı.  İnamın məntiqi ilə 

bəzən heç bir əlaqəsi olmayan dünya əhli, Mariyanı eyni zamanda həm Deva, həm Xristosun gəlini, həm 

anası kimi hazır olsa da, rolların belə qarışması, məişətlə bağlı, həlli olmayan teoloji problemlər 

yaradırdı. Hələ ki, xalq xristianlığı Mariyanı yalnız müqəddəs deyil, ideal qadın kimi qəbul edirdi, o 

kilsənin qadın hüququ barədə olan bütün təlimlərində hesaba alınmamış faktor kimi qalırdı. Tez-tez kilsə 

əlverişsiz vəziyyətdə qalaraq, Mariya üçün istisnalar etməyə məcbur olurdu, çünki Mariya “başqa” idi.  

Müxtəlif vaxtlarda bu təmayüllər XII əsrin birinci yarısında inkişaf edən qeyri-adi, nəzakətli, kurtuaz 

məhəbbət adlanan, əvvəlcə qəribə poetik surət kimi yaranmış, sonradan real dünyaya müdaxilə etmiş bir 

oyuna qoşuldular. Bu – həyatın incəsənətə  təqlid etməsinin klassik nümunəsi idi. Kurtuaz məhəbbəti – 

yüksək mənşəli qadın ilə romantik kavaler arasında ileal əlaqə idi, boş vaxtlarını gözəlləşdirməyə çalışan 

və heç nəyə baxmayaraq, yeni davranış kodeksi yaratmış xoş bir arzu idi. Bu məhəbbət birbaşa və 

birmənalı olaraq, qadınların ictimai vəziyyətinə təsir etmişdi. 



 

 

Kurtuaz məhəbbəti tarixçilərin təxəyyülündə ona görə daim dolanırdı ki, bu özünün əsasında qeyri-



dini bir ideya idi. Bu ideya kilsənin inkişafının  ən zirvə nöqtəsində  əmələ  gəlmiş  və çiçəklənmişdi. 

Antropoloqlar belə  nəticəyə  gəldilər ki, kurtuaz məhəbbəti xristian normalarına qarşı  çıxan madərşah 

tendensiyalarının üzə çıxması idi. Sonralar bütün suallara cavab verən psixoanaliz meydana çıxanda, ana 

surətində infantil fiksasiya zəminində orta əsrdə hansı isə kollektiv fantastik bir surət – qözəl xanın 

ideyası yarandı. 

Müsəlman cəmiyyəti ilə xristian Qərbin arasında bir əsaslı  fərq var idi və  həmin bu fərqə qörə, 

Avropa qadını  ləyaqətlı qadın maskasını  əldə  ədə bildi. Qərb qadınlarından fərqlı olaraq, müsəlman 

qadını ciddi qorunurdu. Nəcibləşdirən məhəbbət idəyası faktıki olaraq, qadını pərəstişkarından qizlədən, 

sevqili qadının mahiyyətini poetik obraza çevirən hərəm xanaların möhkəm divarları arasında 

yaranmışdır. Bu ideya tədricən Avropaya, ən  əvvəl isə Fransaya keçdi və orada yayılmaqa başlandı. 

Məhəbbət lirikasının qəhrəmanı (XII əsrin ortalarından XIII əsrin sonuna qədər bunların obrazları 

dəyişməmişdi) möhtəşəm sinyora ərə  qətmiş kübar xanım idi, onun sevqilisini qadının  ərdə olması 

statusu yox, onun tutduğu yüksək sosial vəziyyəti narahat edirdi. Sevqili, qadına layıq olmaq istəyirdi. 

Lakin qadının adını  ləkələməmək üçün sevqililər öz məhəbbətlərini qizli saxlayırdılar. Bu məxfi 

məhəbbət onların  ətrafında xususi ışıq saçaraq, onları  ətraf dünyadan təcrid edəcəkdir. Bu zaman 

əhvalatların sonraki inkişafında ərəb məhəbbət lirikasında olduğu kimi, əsas qəhrəmanların məhəbbətinə 

kömək edən, ve ya manə olan inanılmış  şəxslər səvqililərə  xəbər aparır, konfliktləri yatırır, sevgililərə 

hərdən qorxu gələn zalımları sakitləşdirirdilər. 

Yarım  əsrdən az bir vaxt nifrətlənən qadın özü və ya onun surəti, hörmət olunan xanıma çevrildi. 

Xanıma, onun ləyaqətinə görə hörmət edilirdi, bunu o zamankı şəraitdə kompliment kimi qəbul etmək 

düzgün olmazdı. 

Fransanın şimalında kurtuaz məhəbbət idealının təməlini Eleonora Akvitanskaya qoydu. O, 1137-ci 

ildə VII Lüdovika ərə getdi, lakin şimali temperamentli kralla onunkü düz gətirmədi, kral köhnə 

vuruşmalar və sərgüzəştləri bölünməz məhəbbət haqqında olan hekayələrdən üstün tuturdu. Ona görə 

də Eleonora və qızları bunların hər ikisini inkişaf etdirməyə başladılar. 

Bir neçə əsr ərzində Fransanın bütün şimalı, «fəaliyyət nəğmələrinə» alüdə olmuşdur. Bu adi musiqi 

ritmləri ilə müşaiyyət olunan reçitativ (mahnı arasında danışıq) kimi uzun poemalar idi. Bu poemalarda 

əsasən döyüşçülərin, qəhrəmanların, senyorların, xristian cəngavərlərin rəşadətindən bəhs edilirdi. XII 

əsrin  əvvələrində roman canrı da inkişaf etməyə başladı, o zaman bu, qafiyə ilə yazılmış nağıla bənzər 

şerlər idi, onlar kiçik auditoriyada oxumaq üçün yazılırdı. Adətən belə romanların mövzusu 

cəngavərlərin sərgüzəştlər axtarmaq məqsədi ilə nağıllar ölkəsinə  səyahət etməsi və onların məhəbbət 

yolunda vuruşmada qazandıqları  qələbə idi. Klassik antik dünyaya yenidən baxışı  əks etdirən ilk 

romanlar «Aleksandr haqqında roman», «Fillər haqqında roman», «Troya haqqında roman» tarixi 

dramları idi. Nəticədə siyasi səbəblərə görə romanlarda baş verən hadisələr doğma evə yaxın yerlərə 

köçürüldü. 1170-ci ildə Normandiya və İngiltərə kralı II Henrixin arvadı Eleonora Kral Artur barədə və 

kurtuaz məhəbbətin simvolu olan, yeni gözəl arzularla bəzənmiş «ideal» qədim cəmiyyət sayılan 

«Dəyirmi masa»nın cəngavərləri barədə kelt əsatirlərini dəbə salmışdı. Eleonoranın qızı Maria 

Şampanskaya ailə  ənənələrini davam etdirərək, Kretyen de Truanı  şövq etdi ki, o, bir əsərdə  məhəbbət 

haqqında nağılları döyüşçülərin cəsarəti barədə nağıllarla birləşdirsin, məhəbbəti sərgüzəştə, adi 

cəngavəri səyahət edən cəngavərə çevirsin. Bu yolla cəngavərlik təşəkkül etməyə başladı. 

Tamamilə  təbiidir ki, çox qısa bir vaxtda xanın, ilham mənbəyi kimi cəngavərlər barədə olan 

eposlarda özünə məxsus yer tutdu. Məsələn, Almaniyada cəngavər sədaqəti əsas ləyaqət hesab edilirdi. 

Jəngavərdən öz xanımının xeyrinə hərəkət etmək, məhrumiyyətlərə dözmək tələb olunurdu, qadına layiq 

olmaq üçün onun şərəfinə vuruşlarda o qalib gəlməli, bunun əvəzində isə qadından tərif sözündən təltif 

gözləməməlidir. 

Kurtuaz məhəbbəti Xanıma ləyaqətlilik verdi, cəngavər bu sahədə özünəməxsus  şəkildə seçilirdi. 

Kurtuaz məhəbbəti, xanım başına ləyaqətlərdən ibarət hər tərəfə  işıq saçan bir çələng qoymuşdu. 

Əvvəllər yalnız kişilər buna layiq görülürdü. 

Kurtuaz məhəbbətinin yaranması ilə Avropada Deva Mariya səcdə edilməsinin zəifləməsi eyni vaxta 

düşməsi təsadufi deyildir. Jəngavərlər dövrünün əvvəllərində, yaxud cəngavərlərə  nəzakət qaydalarını 

öyrədən «kurtuaz kitabları» dəbdə idi. XIV əsrin sonlarında belə  ədəbiyyatın müəllifləri, varlı  şəhərli 

qadınların tərbiyəsinə diqqət yetirməyə başladılar, aydın olmuşdu ki, bu qadınlar öz təbiətlərinə görə o 




 

 

qədər tərbiyə edilməz deyillər. Bu ədəbiyyat orta sinif təbəqələrində yayılmağa başlamışdır. Bu isə həm 



kişi və  həm də qadınlar üçün bir inqilab idi. Əvvəllər onlar üçün bu məsələləri təbliğ edən yalnız 

hekayələr və öz şəxsi təcrübələri idi, məsləhət üçün onlar öz yaddaşlarına müraciət etməli di. İndi isə 

düşüncələr dar çərçivələrdən çıxmağa başladı. Bir adamın fikri daha avtomatik olaraq, qanun kimi qəbul 

edilmirdi, belə ki, digər adamlarla danışırdılar və onların rəyi tamamilə başqa cürə ola bilərdi.  

Baxmayaraq ki, 1100-1300-cü illərdə bu hadisədərdən  əvvəl olan üç minillik dövr ərzindəkinə 

nisbətən, kişinin qadına olan münasibəti daha çox dəyişmişdi, ləyaqət və bakirəliyə xüsusi diqqət 

verilməsində  uğursuz kənar effektləri də olurdu. Xüsusən praktiki düşünən bürgerlər, pullarını 

soyğunçulardan qıfıl altında gizlətdikləri halda, nə üçün öz arvadları ilə belə  hərəkət edə 

bilməyəcəklərini anlaya bilmirdilər.  

  



Orta əsrlərdə müsəlman Şərqində qadınların vəziyyəti 

Qəribə  təsadüf olan belə bir fakt da var idi ki, üç min ildən çox tamamilə müxtəlif sivilizasiyalar – 

Şumer, Misir, Yunanıstan, Roma, Suriya, Rusiya, Çin və Hindistan tərəfindən toplanılmış müdrikliklər 

bir neçə, çox məhsuldar yüzilliklər  ərzində islam xəlifələrinin parlaq yeni paytaxtı olan «1001 gecənin» 

cazibəliklərini həyata keçirə bilən Bağdadın qaynar həyatında ərsəyə gəldi. 

Bağdad b.e-n 763-cü ilində dünya sivilizasiyasının ilk paytaxtı olan Şumer kimi tanınmış qədim Kiş 

şəhərinin yerində tikilmişdi. B.e.-ın VIII əsrində əvvəlki minilliklərdə, Avropa və Asiya xalqlarının əldə 

edə bildikləri hər şeyi əlaqələndirə və ümumiləşdirə bildilər. Hər şeyi tam qavramaq qabiliyyətinə malik 

ərəb intellekti və  əsrlər boyu sınaqdan keçmiş Çin texnikasına adaptasiya, elmdə, deməli bütün Qərb 

həyatında çevrilişə səbəb oldu. 

E.ə. 500 il ərzində  Qırmızı  dəniz və Fars körfəzi arasında yerləşən quraqlıq keçirən yarımadanın 

köçəri xalqları, ədviyyatları, Şərqdən Qərbə gətirərək, çox əlverişli alver etməyi öyrəndilər. Lakin yalnız 

Məhəmməd peyğəmbər məhşur islam (inama itaətetmə) dinini təlim etməyə başladığı dövrdən, bu 

ümumi maraq, onları bir millət kimi birləşdirə bildi.Bu dinin ardıcılları müsəlmanlar adlanırdılar.  

Məhəmməd peyğəmbərin vəfatından keçən yüzillərdə Suriya, Mesopotamiya, Şərqdə fars torpaqları, 

Afrikanın bütün Aralıq dənizi sahilləri və praktiki olaraq bütün İspaniya Məhəmmədin ardıcıllarına tabe 

oldular.  İslam vasitəsilə  Qərb, hiss edilmədən, təkcə klassik dünyanın deyil, eyni zamanda Asiyanın 

ucqar vilayətlərində yaranan ideya və fikirləri qavrayırdı.  

İslamın Qərb mədəniyyətinə verdiklərini qiymətləndirmək çətindir. VIII-XII əsrlərdə islam bütün 

elmi bilikləri öz əlində  cəmləşdirmişdi, və onları  hər tərəfə – Jandişapurdan Bağdada, Qahirədən 

Siciliyaya və  İspaniyaya qədər yayırdı. Orta əsrlərdə  Qərbdə yaddan çıxmış yunan mədəniyyəti 

riyaziyyatda, elmi eksperimentlər və gündəlik həyatda inqilab yaradan ərəb rəqəmləri kimi tanınmış 

hind rəqəmləri, elmin simasını  dəyişmiş kağız istehsalının Çin sirrləri, həmin effekti hərbdə yaradan 

arbalet (qundaqlı ox-yayı) naxışlı ipəklər, rəngli  şüşə, Dəməşq poladı, xalılar, güzgülər, ictimai 

hamamlar, lyütnələr, çay mərasimləri, memarlıqda oxvari arkalar, yazıda qotik şrift, Bokkaçonu, Çoseri, 

fon Eşenbaxı  və Lafonteni ilhama gətirən ekzotik və fantastik nağıllar, habelə insanın həyatını rahat və 

gözəl edən ixtiraların uzun siyahısı. Kilsə  və hökumət Qərb dünyasında müsəlman ideologiyasının 

yayılmasına hər vəchlə mane olduğundan, Qərbin islamdan aldıqları ideyaların çoxu sırf praktiki 

cəhətdən istifadə edilirdi – avropalılar ixtiranın hansı ideya sisteminin çərçivəsində yaranmasına 

baxmayaraq, həmin faydalı ixtiraları qəbul edirdilər. 

Bunlara baxmayaraq, bir sıra ideya və anlayışlar Qərbə keçərək, xristian təfəkkürünün, həmçinin 

maddi ixtiralar, onun həyat tərzinin dəyişilməsinə  səbəb olmuşdu. Bəzən, alınmış  nəticələr 

təəccübləndirici olurdu. Çox maraqlıdır ki, ərəb məhəbbət mahnıları, Qərbin qadın haqqında anlayışını 

dəyişdirdi. Lakin hələ bir qədər əvvəl təkarvadlı xristian kişisi, çoxarvadlılığın, hərəmxanaların ləzzətini 

görəndən sonra, onun əl-ayağını bağlayan şərtləri zəiflədən öz xüsusi sistemini ixtira etdi. Qərb tarixində 

orta əsr dövrü cəngavərlərin «xanım» idealı ilə deyil, həmçinin nigahdankənar əlaqələr ilə də məşhur idi. 

Məhəmməd Peyğəmbər gəlməmişdən  Ərəb səhralarının qadınları bir çox məhdudiyyətlərə  məruz 

qalsalar da, öz qəbilələrindən asılı  vəziyyətdə olsalar da, yenə  də müəyyən mənada azad idilər və 

bundan çox məmnum idilər. Ərəb səhralarında qadını tam təcrid etmək mümkün deyildi və heç lazım da 

deyildi, qadınların üzünü örtüklə örtməsi də  məcburi deyildi. Lakin müsəlman tərəfindən yeni ərazilər 

zəbt ediləndən sonra hər şey dəyişdi. Belə ki, Məhəmməd özü qadının taleyini dəyişmək istəsə də, şəhər 

həyatı  və sivil Yaxın  Şərqin sabit ənənlərinin tələblərinə görə onun məqsədləri həyata keçə bilməzdi. 

Ərəb istilaçıları yalnız məğlub etdikləri xalqın deyil, təzə qonşularının da ənənələrinə, qayda-qanunlarına 



 

 

diqqət yetirirdilər. Onların ilk təlimatçısı Bizans oldu. Bunun nəticəsi isə pis oldu. Bizansda əhali qarışıq 



idi. Belə ki, əsrlər boyu Bizans əhalisinin tərkibinə suriyalılar, yəhudilər, yunanlar, makedoniyalılar, 

italyanlar daxil idi. Bizans qanunları yunan-rum, dini-xristian, sosial durumu – ümumaralıq dənizinki 

idi. Nəticədə qadına qarşı, onun xeyrinə olmayan münasibət yaradıldı. Qadının əsas vəzifəsi (imperator 

ailəsinə aid olanlar istisna olmaqla) gözdən uzaq olmaq və uşaq böyütmək idi. Ərə getməmiş qızları çox 

vaxt elə ciddi surətdə gözdənkənar yerlərdə gizli saxlayırdılar ki, heç qulluqçular da onları görmürdülər. 

Ərəb qadınlarının örtükdə gəzməkdə günahı tamamilə Bizansın üzərinə düşmürdü. Məhəmməd elan 

etdi ki, hörmət əlaməti olaraq, onun arvadları üzlərini örtməlidirlər, nəticədə islamı təzə qəbul edən ali 

təbəqə nümayəndələri də öz arvadlarını çadra örtməyi məcbur etdilər – sıx əhalisi olan sivil şəhərdə belə 

olmalı idi. Lakin müsəlman poliqamiyası ilə qadınların təcrid edilməsi barədə Bizans tendensiyasının 

birləşməsi, qadınlar üçün çox pis situasiya yaratdı. 

İslama qədərki dövrdə  ərəb qəbilələrində poliqamiya çox yayılmışdı, bu müharibələr nəticəsində 

sinfi təbəqələrin yaranması, böyük miqdarda qulların və  gəlirlərin artması  nəticəsində çox yayılmışdı. 

Lakin Məhəmməd öz ardıcılları arasında poliqamiyanı  rəğbətləndirməklə müharibədə ölənlərin dul 

arvadlarını və yetimlərini sosial müdafiə ilə təmin edirdi. Quran çox çətinliklə şərh edilir və bu məsələ ilə 

bağlı surə bir neçə mənada başa düşülə bilərdi. Lakin müsəlmanlar bunu belə başa düşürdülər ki, əgər 

onlar arvadları ilə  mərhəmətlə  davransalar,  onda  hərəsi dörd arvad ala bilər.  Əgər kişinin dörd arvad 

saxlamağa imkanı çatmırdısa, o zaman bir arvad almaqla kifayətlənməli idi və istədiyi qədər məşuqə 

saxlaya bilərdi. Nəticədə adi müsəlmanların çoxu bir arvad saxlamağı  və mütəmadi olaraq, onu 

dəyişdirməyi üstün tutdular, çünki, ərəb cəmiyyətində boşanmaq nisbətən asan idi.  

İslam dini mütəffəkirlərindən  ən  əhəmiyyətlisi sayılan Qazali (1058-c1-ci illər) «Şahlara məsləhət» 

kitabında qadınların bütün vəzifələrini və məhdudiyyətlərini yekunlaşdırmışdı. Qəzalinin siyahısı islam 

dünyasında qadının vəziyyətini, icazəli olan bu sosial ənənəsinin real mahiyyətini göstərmişdir: qadın öz 

həyatını istədiyi kimi idarə edə bilməz, miras malında onun hissəsi daha azdır, onun ərindən ayrılmağa 

hüququ yoxdur, onun yalnız bir əri ola bilər, o evdə qalmalıdır, o başını örtməlidir, bir kişinin andına 

yalnız iki qadının andı bərabərdir, qadın yaxın qohumunun müşaiyyəti olmadan evdən çıxa bilməz cümə 

günündə, bayramlarda, ölü bastırılanda o iştirak etməməlidir, o hakimiyyətdə və hakim ola bilməz, əri 

öləndən sonra qadın dörd ay, on gün yas saxlamalıdır, bundan sonra o yenidən  ərə gedə bilər, kişi 

arvadını boşamışsa, o yenidən  ərə getməzdən  əvvəl üç ay gözləmək müddətinə riayət etməli idi. 

Cəmiyyət bu qaydalara riayət etməsini tələb etsə  də, yoxsul müsəlman evinin qadını olan hissəsində, 

hərəmxanada qadınların təcrid edilməsi barədə qanun formal olaraq yerinə yetirilirdi. Yoxsullar, 

arvadlar və  qızlarının evdə, qapıları üzlərinə bağlamağı özlərinə  rəva bilmirdilər. Lakin bir qədər varlı 

ailələrdə vəziyyət başqa cürə idi. Məhəmməd qadınlar arasında ayrılıq salınmasını qadağan etmişdir, bu 

da hər arvad üçün ayrı otağın və  ya  evin  ayrılması  ənənəsinin təməlini qoydu. Bu zaman müsəlman 

ərlər, qadının ləyaqətli olması barədə (çinlilər, yunanlar, hindular və ya romalılar kimi) yüksək fikirlərin 

tərəfdarı deyildirlər. Ona görə də müsəlmanlar bizanslılardan ibrət alaraq, öz arvadlarını dustaq etdilər. 

Poliqamiya cəmiyyətində ən yüksək səviyyədə sırf inzibati problemlər daha mürəkkəb formada şah 

ailələrində  təzahür edirdi. Ərəblərin bu problemlərlə qarşılaşdıqlarından min il əvvəl Çin onlarla 

rastlaşmış  və  həll etmişdir. Çində imperatorun bir imperator arvadı, üç böyük arvadı, doqquz ikinci 

dərəcəli, 27 üçüncü dərəcəli və 81 məşuqəsi ola bilərdi (bu rəqəmlər qədim numeroloji magiya sistemi ilə 

bağlı idi), bir neçə saray xanımı isə imperatorun həyatının intim məqamları ilə bağlı katib rolunu icra 

etməli idilər. Tan sülaləsi (b.e. 618-907-ci illər) dövründə Çin imperatorunun hərəmxanasında artıq 

yüzlərlə qadın var idi, ona görə də katiblər imperatorun arvadları ilə əlaqələrinin xüsusi ustalıqla statistik 

hesabını aparırdılar. Orta əsrin sonuna kimi avropalılar çinlilərlə rastlaşmadıqlarına görə, Çin 

imperatorlarının poliqam adətləri, Qərb adamlarının təxəyyülünə xüsusi təsir etməmişdi. Lakin səlib 

müharibələri vaxtı müsəlman aləmi ilə olan əlaqələrdən sonra Avropa xalqlarının təsəvvüründə, Bağdad 

xəlifələrinin  şəxsi həyatının həqiqətən ekzotik şəkilləri yarandı. XVIII əsrin  əvvəllərinədək «1001 gecə» 

nağılları Qərb dillərinə tərcümə edilməsə də (bunlar fars, hind, yunan, yəhudi və Misir mənbələrində var 

idi) xaçpərəstlər dövrünün nağılbazlarının standart repertuarına artıq daxil edilmişdi. Hərəmxanalar 

barədə tam əfsanələr  1453-cü ildə Osmanlı türklərini vaxtı ilə möhtəşəm Roma İmperiyasının axrıncı 

bastionu olan Konstantinopolu aldıqları vaxtlarda geniş yayılmışdı. Əvvəllər köçəri xalq olan osmanlılar 

Bizans alana qədər, hərəmxana gözəlliklərini hələ  də dada bilməmişdilər, bu baş verdikdə isə onlar 



 

 

özlərinin  ərəb sələflərinin etdikləri kimi, qadınların təcrid edilməsi barədə olan qaydaları  dəstəkləməyi 



məqsədəuyğun hesab etdilər.  

Müsəlman adətləri çox sahədə Avropa və Bizans imperiyasının  ənənələrindən fərqlənirdi, taxt-tac 

varisliyi barədə qanunlar də bu sıradandır. Xristian cəmiyyəti qanunlar və ilkinlik hüququnu əsas 

götürürdü. Avropalıları təşvişə salan, ailələrinin qanının təmizliyi idi. Bunun nəticəsində kral ailələrində 

ərin, arvadın seçilməsi üçün geniş imkan yox idi və onlar yalnız kral ailəsində olan şəxslərlə evlənə 

bilərdilər. 

Kübar ailə üzvləri də yalnız öz təbəqəsindən olanlarla evlənə bilərdilər. Qeyd etmək lazımdır ki, 

müəyyən dövrlərdə qeyri-qanuni övladlar qanunilərə nisbətən daha çox anadan olurdu, lakin layiq 

olsalar da, olmasalar da yalnız qanuni övladların vərəsəlik hüququ var idi. Qərbdə hakimiyyət rəmzi tac, 

hakimiyyət  əsası (skipetr) və dövlət idisə, tanınmış müsəlman ailələrində bu böyük hərəmxana idi, 

burada yuxarı  təbəqə içindən məşuqə seçmək praktiki cəhətdən mümkün deyildi. Məşuqələrin çoxu 

qullar idi və sultanların uşaqlarının çoxu onlardan dünyaya gəlmişdi.  İlkin orta əsr dövründə islam 

dünyasını idarə edən 38 Abbasidi xəlifəsindən 35-i başqa ölkələrdən olan qul qadınlardan dünyaya 

gəlmişdi. Xristianlar üçün olan qanuni varislik haqqı müsəlmanlar üçün ciddi problem deyildi. 

Ərəb vərəsəlik  ənənəsində  nəsl təmizliyinin ilkinlik prinsipi əsas tutulmurdu, onlar qəbilə başçısı 

(xəlifət) qanununu əsas qəbul edirdilər, bunun nəticəsində hakim ailəsinin ən fəal üzvü, adətən, ən kiçik 

oğul olurdu, belə ki taxtda yer boşalanda, onun əmiləri və böyük qardaşları qatillərin qurbanı olurdu. 

Türklərə gələndə isə, varis taxtda daha çox haqqı olan oğdu olmalıdır, halbuki kimin buna daha çox 

haqqı var sualı, açıq qalırdı. İlkinlik prinsipinin işləməsi nəticəsində, taxt-tac uğrunda mübarizə, adətən 

qanlı vuruşmalara çevrilirdi. XV əsrin sonlarınadək bu tendensiyadan qaçmaq mümkün olmadı. Buna 

səbəb II Məhəmməd tərəfindən qardaş  qətli barədə qanunun verilməsi oldu. Bu qanuna görə, sultanın 

oğlu hakimiyyət uğrunda mübarizədə  əvvəllər bunu etməmişdisə, taxta çıxandan sonra dərhal bütün 

qardaşlarını öldürməli idi. Bütün rəqibləri məhv edəndən sonra təzə sultan bununla bütün gələcəkdə baş 

verə biləcək qiyam və üsyanların qarşısını alırdı. Bütün qəddarlığına baxmayaraq, bu qanun heç də 

sağlam düşüncəyə zidd deyildi. Belə ki, III Məhəmmədin on doqquz qardaşı  əgər hakimiyyət uğrunda 

birləşsə idilər, o zaman bu vuruşda daha çox adam ölə bilərdi. Lakin Məhəmmədin varisi I Əhməd (1603-

1617) bu praktikanı daha böyük və pis nəticələri olan digəri ilə  əvəz etdi. Taxt-taca varisləri bir neçə 

qadın və qulluqçu ilə birlikdə “qəfəs” adlanan kiçik binalarda müddətləri gələnədək orada saxlanmağa 

başladılar. İbrahim sultan belə «qəfəsdə» 2 yaşından 24 yaşına qədər, II Süleyman ümumi hesabla 39 il, 

III Osman əlli il «qəfəsdə» oturmuşlar. «Qəfəs» belə bir qarantiya verirdi ki, oradan çıxmış hər sultan zəif 

olacaq, onun öz imperiyası, ətraf aləm barədə adekvat fikri olmayacaqdı. Ona görə də sultanın ilk oğlan 

doğan məşuqə (onlara qadın titulu verilirdi) üçün çox vacib idi ki, sultanın gözündə  oğlu üçün birinci 

yeri təmin etsin, belə məşuqə kifayət qədər uzaqgörən, ağıllı olarsa, o, vəzirləri, yanıçarları, ali müftiləri 

və s-ni rüşvət ilə  ələ alırdı. Bir çox osmanlı sultanlar hakimiyyətə  gəlməsinə görə yalnız analarının 

bacarığına minnətdar olmalı idilər. Belə qadınlardan bir neçəsi tarixdə iz qoymuşlar: onlardan ən 

məhşuru – Roksolana – ona nail oldu ki, Böyük Süleyman onunla evləndi, bununla da o, yüz ildən bəri, 

qanuni nigah bağlamış ilk sultan oldu. Maraqlısı o idi ki, əxlaqsız pozğun adam kimi tanınmış Süleyman 

öz müasirləri – xristianlar VIII Henrix İngilis (özünün çoxsaylı arvadları ilə birlikdə) və II Henrix 

Fransuzskidən (özünün çoxsaylı  məşuqələri ilə birlikdə) fərqli olaraq daha ləyaqətli ailə  həyat tərzi 

keçirməyə başladı. Roksolana siyasi işlərdə çox bacarıqlı idi və Süleymanın əsas düşməni olan ispaniyalı 

V Karla qarşı mürəkkəb intriqaları aparmaqda ona çox təsir edirdi. Təsvir edilən hadisələrdən iki 

hakimiyyət dövrü keçəndən sonra venesiyalı kübar qadın Safayya, türk korsarları  tərəfindən  əsir 

alındıqdan sonra, osmanlıların donanmasına və ordusuna özü rəhbərlik edirdi, bu zaman onun sahibi 

Sultan, vaxtını keyf məclislərində keçirirdi. 

 

 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Orta 



əsr Avropada qadınların xüsusi və sosial-iqtisadi həyatının xüsusiyyətləri. 

2. Orta 


əsr İngiltərədə qadınların əmlak hüquqlarını xarakterizə etmək. 

3. Kurtuaz 

məhəbbətin mahiyyəti nədədir? 

4. Müsəlman qadının sosial-siyasi, iqtisadi hüquqları hansılar idi? 

5. Ailə-nikah münasibətləri probleminə dair Şəriət qanunları. 



 

 

 



İş üsulları – cütlərdə iş, avropa və şərq (müsəlman) sivilizasiyalarında qender münasibətləri aspektində mübahisəli təhlil 

 

 



ƏDƏBİYYAT 

 

 



Fərəcova F. Qender və mədəniyyət. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə kursu – B., 2002 

Məmmədova F. Azərbaycan tarixində qender aspekti. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə kursu – B., 

2002 


Rəcəbova B. Azərbaycan orta əsr qadın bəzəkləri (IV-XIII əsrlər). – B., 2000 

Агаев Ахмад-бек. Женщина по исламу и в Исламе. – Тифлис, 1901 

Бессмертный Ю.Л. К изучению матримониального поведения во Франции XIII в. // Одиссей. Человек в истории. – 

М., 1993 



Вагабов М. Как относится исламская религия к женщине. – Махачкала, 1963 

Гиркас В. Права христиан на Востоке по мусульманским законам. – СПб., 1865 

Гуревич А.Я. Категории средневековой культуры. – М., 1972 

Гуревич А.Я. Культура общества и общество средневековой Европы глазами современников. – М., 1989 

Дюби Ж. Куртуазная любовь и перемены в положении женщин во Франции в XII в. // Одиссей. Человек в истории. 

– М., 1993 



Дюби Ж. Структура семьи в средневековой Западной Европе. – М., 1970 

Еремееев Д. Ислам как образ жизни. Азия и Африка сегодня. – М., 1977 

Иллюстрированная история нравов: эпоха Ренессанса. – М., 1993 

Керимов Г.М. Шариат и его социальная сущность. – М., 1978 

Крачковский И.Ю. Коран. Изд. 2-ое.– М., 1986 

Мовсумова Л.Д. Философский анализ женских образов в Коране. – Баку, 1997 

Репина Л.П. Женщины и мужчины в истории: Новая картина европейского прошлого. Очерки. Хрестоматия. – М., 

2002 


Салим аль-Бахнасави. Статус женщины в исламе и мировых законодательствах. – Баку, 2002 

Тернау Н. Изложение начал мусульманского законоведения. – СПб., 1850 

Хейзинга Й. Осень. Человек в истории. – М., 1995  

Хиджая. Комментарии мусульманского права. В 4-х томах. Перевод с англ. / Под ред.Н.И.Гродскова. – Ташкент, 

1983, т.1



 

Yüklə 100,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə