Mövzu. Orta əsr iNCƏSƏNƏTİNDƏ KİŞİ VƏ qadinlar



Yüklə 367,89 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü367,89 Kb.
#67682


 

 

MÖVZU. ORTA ƏSR İNCƏSƏNƏTİNDƏ KİŞİ VƏ QADINLAR 

 



 



Orta əsr mütəfəkkirlərinin cinslərarası münasibətləri və nigaha baxışları.  

 



XI-XIII əsrlərdə kurtuaz ədəbiyyətında qender münasibətləri.  

 



İslam ənənələrində qadınlar.  

 



VII-IX əsrlərdə türkdilli xalqların eposu. “Dədə Qorqudda» qadın sürətləri.  

 

Elmdə insan tarixinin inkişafının antik və orta əsrlər dövrlərini ayıran sərhəd e.ə. V əsr hesab edilir. 

Qərbi Avropada quldarlıq quruluşunun xarabalıqları üzərində feodal – təhkimçilik cəmiyyəti yarandı. 

Feodal mədəniyyəti, iyerarxiya xarakteri daşıyaraq, kübar və xalq mədəniyyətinin (ruhanilik və feodal 

mədəniyyəti daxil olmaqda) birliyini özündə birləşdirən daha demokratik mədəniyyət idi. Avropada 

xristianlığın qələbəsindən sonra ədəbi abidələrin və, deməli, təhsil sisteminin mühafizəkarı kilsə 

olmuşdur.  

O vaxtlar mövcud olan iqtisadi və siyasi fikir ayrılığı şəraitində ciddi iyerarxiyaya və tam müəyyən 

edilmiş  təlimə malik olan katolik kilsəsi orta əsrin bütün dini həyata təsir etmək imkanına malik idi. 

Təəcüblü deyil ki, kilsənin incəsənətin inkişafına çox böyük təsiri var idi. Əsas ideya kompleksi kilsənin 

müqəddəs atalarının və müəllimlərinin təliminə görə  əbədi həyatla müqayisədə dünyəvi həyatın 

miskinliyi, insanın cəhdlərinin faydasızlığı, bütün dünyavi nə varsa, hamısının müvəqqətiliyi, 

etibarsızlığı idi. İncəsənət asketik doktrinanı hakimiyyətdə itaətkarlığı  təbliğ edərək, o biri dünyada 

bunların  əvəzinin veriləcəyini bildirirdi. Kilsə incəsənəti dini görüşlərindən çıxış edərək deyirdi ki, bu 

dünyadakı  həyat göydəki həyatın yalnız zəif oxşarıdır, cismani dünyaya olan etinasızlıq bunula izah 

olunurdu. Bunula əlaqədar olaraq incəsənətdə alleqoriyalar və simvollar daha xarakterik xüsusiyyətlər 

kimi üstünlük təşil edirdi.  

Bununla belə, ibadətlərə incəsənətin bu və ya digər cəhətini uyğunlaşdıran kilsə, müəyyən mənada 

onun sosial-estetik vəzifəsini də  dəyişdirmişdi. Xüsusi olaraq bunun təsdiqini biz xristian ibadətdə 

katarsis ( yunan dilində təmizlənmə, paklanma) başlanğıcının yozulmasında tapırıq. Yunan faciəsinə xas 

olan ruhun yüksəldilməsi ilə  nəticələnən katarsisin əvəzinə kişi və qadınlara iztirabnı  çəkməklə 

xristiansayağı təmizlənmə, saflaşma təklif edilir. Xristian patristikası qəlbi, ruhu ucaldan, insanlara olan 

mərhəməti yox, Allahın yolunda itaətkarlıqla qəbul edilmiş iztirablar, ümumi məsələlərin fəal  şəkildə 

həlli naminə insanların birləşdirilməsi yox, öz şəxsi xilasolunma vasitəsi kimi Allaha sevgidən istifadəsini 

bəyan edir. Erkən orta əsrlərin incəsənəti kişi və qadınların solğun, iztirablı görünüşü, asketizmi qəbul 

edənləri, Qolqofanın (kəllə yeri), qanlı səhnələrini, işgəncələri, köhnə təriqətçiliyin yaşlı nümayəndələrini 

təsvir edir.  

Orta  əsr heykəltəraşlığında – üzündə iztirab olan möminlər və  şəkillər, göz yaşı tökən, qəmli-

qüssəli, səmaya naləsini ucaldan, haldan düşmüş yorğun bədəninin çoxsaylı qatlarını ilə daş paltarları ilə 

örtən qadınlar təsvir edilir. O dövrün rəsmlərində biz – möcüzələr, işgəncələr, qətllər, günaha batanların 

cəhənnəmə vasil edilməsinin qəmgin görünüşünü görürük.  

Bu dövrü, antikliyin bütpərəst mənəviyyatına qarşı özünəməzsus reaksiya kimi orta əsrin mistik 

həyəcanlı, ikona uğrunda mübarizə, Xristos və Müqəddəs Məryamın kult (onlara sitayiş) dövrü kimi 

səciyyələndirmək olar. İlkin günah ideyası kütləvi halda cismani hisslərin boğulub susdurulmasına səbəb 

oldu. Bunlar inkvizisiya tonqalları, cadugərliyə mübtədalıq,  şeytanla  əlaqəyə görə  təqib edilmə, 

flagelliantizm (özü-özünə işkəncə vermə), qadına mənfi münasibətdə təzahür edirdi. Cinslərin qarşılıqlı 

münasibətlərindəki dini – etik qaydaların praktiki işləmələri kilsə atalarının – Tertulianın, Avqustinin, 

apostol Pavelin, mizoginiya (qadınlara nifrətlilik) məddahlarından Q. İnstitorisin, Y. Şprenqlerin məhşur 

«İfritələrin gürzü» əsərlərində əks edilmişdir.  

Xristianlığın əsasını qoymuş İsa peyğəmbərin özünün qadınlara münasibəti necə idi? Xristianlıq ilk 

anından prinsipcə yeni etikanın, insan barədə yeni anlayışın, kişi və qadının rolunun, onların dünyadakı 

yerinin, insan varlığı barədə yeni qanunlarının daşıyıcısı kimi özünü dərk etdi. Xristian təriqətləri qədim 

əxlaqı aradan qaldırmaqla onun yeni əxlaqla  əvəz edilməsi prinsipləri  əsasında qurulmuşdur.  Əhdi-

Cədidin bütün mətnləri məhəbbətin təbliği ilə doludur.  

Kilsə ataları  və müəllimləri bütün orta əsr boyu bu məhəbbəti təbliğ edir, burada o, yorulmadan 

tərif, tərənnüm edilir, hərtərəfli öyrədilir və insanın təfəkkürünə yeridilirdi.  




 

 

Yeni dini baxış  hər  şeyə, o cümlədən cinslərin qarşılıqlı münasibətlərinə yeni baxış, xüsusilə  də 



qadına yeni münasibəti tələb edirdi. Əhdi-Cədiddə yoluna qoyulmuş düzgün ailə  həyatının xoş 

niyyətləri dəstəklənir və inkişaf etdirilirdi, bundan əlavə ər-arvada məxsus vəzifələrin yerinə yetirilməsi 

rəhmətlik qazanılmasına zəminlik kimi səciyyələndirilir.  İsa peyğəmbər qadına xeyirxahlıqla, hörmətlə 

yanaşır, dəfələrlə onun kişi ilə bərabər hüquqlu olduğunu deyir, o heç vaxt qadını natəmiz, alçaq məxluq 

hesab etmirdi. İncildən məlumdur, – İsa peyğəmbər demişdir: «Onun bir çox günahları ona görə 

bağışlanır ki, o çox sevmişdir». (Lukadan İncil 7:47). Qadına nifrət, evlənməmək tələbatı – bunlar 

xristianlığın ayrı-ayrı cərəyanlarına məxsus olan bu prinsiplər Əhdi-Cədid və Əhli-Ətiqdə yoxdur.  

İsa peyğəmbər təknigahlılığın tərəfdarı idi, bəzi hallarda isə o boşanmağa da haqq qazandırırdı. Öz 

hərəkətlərinə, hətta niyyətlərinə görə insanın mənəvi faktorunun əhəmiyyətini qeyd edir: «Mən isə sizə 

deyirəm, kim ki, qadına  şəhvət hissi ilə baxır, o artıq həmin qadınla zinakarlıq etmiş kimidir». 

(Matveydən İncil 5, 25 -27)  

Özünü  şəhvani hisslərdən qorumaq, mənəvi təmizliyini saxlamaq – bunlar yalnız evli kişilərə 

deyil, həm də subay kişilərə aiddir. Çox sayda İsa peyğəmbərin qadın  şagirdləri, həmkarları onu 

müşaiyət edirdilər. Onlardan biri Mariya Maqdalena idi. Apostol Pavelin isə qadına münasibəti tamamilə 

başqa idi. O deyir: «Sizin qadınlar kilsədədirlər və onlar susurlar». Pavel insanın yaranması barədə 

əsatirə inanır, orada qadın qəzəblidir, o, dünyanın kamil olmamasının səbəbkarıdır. Bu baxışlara riayət 

edərək, o, hər qadında Hevvanı görürdü və özünün qadın ardıcıllarını emansipasiyanın yunan ideyaları 

tərəfindən o zamanlar təbliğ edilən tovlamalara uymamağa, dini borclarına olan sədaqəti qorumağa 

çağırırdı.  

Özü evli olmadığından, Pavel kişi və qadınlara tək yaşamağı təklif edir, belə ki, nigah yalnız odur. 

Hər  şeydən yaxşısı insanların könüllü olaraq bir-birilə qardaş  və bacı kimi yaşamasıdır, belə ki, bədən 

əxlaqsızlıq üçün deyil, Allah üçündür.  

Kilsənin digər mötəbərləri daha sərt və barışmaz idilər. Onların içində teoloq və yazıçı Kvint 

Septimi Tenturian seçilir. Onun ehtiraslı  çıxışlarının ictimai həyata böyük təsiri var idi. O bədənin 

gözəlliyini və hisiyyatlı olmasını damğalayırdı, cinsdən imtina etməyi tövsiyə edirdi. Ekstaz dərəcəsinə 

çataraq o, bütün cismani başlanğıclara qarşı mübarizəni aparmağa çalışırdı. O qadını, bütün bunların 

hamısının mücəssəməsi hesab edirdi. Tertulian qadını «şeytanın qapısı» adlandrırdı.  

Beləliklə xristianlıqda, bir tərəfdən, ciddi ailə intizamı, qadının  ərinə itaəti,  əxlaqsızlığın günah 

sayılması  tələb olunurdu, digər tərəfdən isə tutduğu mövqeyinə görə evlənə bilməyən üçün isə 

nigahsızlıq moizəsi təbliğ edilirdi. Qadına, nigaha, cinslərin qarşılıqlı münasibətinə belə mənfi münasibət 

qarşıdan gələn onilliklərdə, hətta  əsrlərdə  də öz qüvvəsini itirməmişdi. Eyni zamanda qeyd etmək 

lazımdır ki, İsa peyğəmbərin qadına münasibəti barədə dediklərinə deyil, apostolların dediklərinə 

üstünlük verilirdi. Dini xadimlərin günahı üzündən cinsi məhəbbət, qadınların  əsarətə düşməsi bir 

ənənəyə çevrilmişdi, bu da orta əsr incəsənətində öz əksini tapmışdır. Fransada Vefelə kilsəsinin 

kapitelində Müqəddəs Benediktin yoldan çıxarılması  təsvir edilişdir:  əlində kitab oturmuş müqəddəsə 

şeytan qadın yaxınlaşır. Müqəddəs sanki şeytandan qorunmaq üçün əlini qaldırmışdı. Həm  şeytanın, 

həm də qadının fiqurlarının altında «Dyavolus» yazısı oxunur. Qadın  şeytan və onun qulluqçusu – 

kilsənin bəzəklərini və heykəllərini sifariş verən ruhanilərin tapşırığı belə idi.  

Orta  əsr dövrü özünün mövcudluğunun sonuna kimi kişi və qadının hüquqlarının bərabər 

olmaması barədə baxışları  dəyişdirə bilmədi. Dünyanın xristian modelinin xarakterik cəhəti – qadının 

alçalması, kişi ilə müqayisədə onun hüquqlarının bərabər olmaması idi.  

İnsanın tək qalması yaxşı hal deyildir. (Varlıq 2. 18) – bunu əsas tutaraq, kişiyə köməkçi kimi 

yaradılan qadın, xristian dini təlimlərinə görə kişiyə tabe olmalı idi. Məhz qadın  İblisin onu yoldan 

çıxarması  nəticəsində ilkin günahın bilavasitə  səbəbkarı olmuşdur. Xüsusilə dini ədəbiyyat və satira, 

qadının keyfiyyətsiz bir insan kimi cəmiyyətdə  və nigahda alçaldılmış  və tabe mövqeyini təsvir edirdi, 

bununla da qadına, qadının bədəninə (baxmayaraq ki, onun insan nəslinin artırılmasındakı  əhəmiyyəti 

başa düşülürdü) onun ağlına və aşağı səviyyəli fikirlərinə olan nifrəti əsaslandırırdı.  

Qadın kişinin cəsarətsizliyindən yaranmış  məxluqdur. Zəif cinsin bütün keyfiyyətləri hər  şeydən 

əvvəl güclü cinsə xas olanların qadında məhdud olmasıdır.  

Qadının məsumluğu, kişinin cəsartsizliyi, qadının mühitə uyğunlaşması, xeyirxahlığı, sakit təbiəti 

– bu, kişinin, öz mövqeyini təsdiq etməyə qabiliyyətinin çatmaması deməkdir.  



 

 

Bununla qadının natamam adam olmasının elan edilməsi – onun hüquqlarının pozulmasına, ona 



nifrət edilməsinə bəraət qazandırılır.  

Qadın və  qızların xarici görünüşü ilə bağlı xristianların çox ciddi ölçüləri var idi. Tertulianın 

göstərişləri qadağa  şəklində verilirdi: «Qadın özünü heç nə ilə  bəzəməməlidir, onlar tövbə edən 

Həvvanın surətində olmalıdırlar. Mən qızıl, gümüş  və daş-qaş  gəzdirən qadınları günahkar hesab 

edirəm» (19). Onun fikri ilə Müqəddəs İyeronim də razı idi, o qeyd edirdi ki, qızlar, bəzək şeylərindən, 

kosmetikadan istifadə etməməli, habelə saçlarını  rəngləməməli və bahalı paltar geyməməlidirlər. 

Gözəlliyin qayğısına qalmaq bədnam məğlubiyyət sayılırdı. Xristian qadınlar tünd örtük altında bədən 

quruluşunu gizlətməli idilər.  

Orta  əsr dövründə incəsənət mühitindən çıxarılmış  həssas qadın təbiəti, insan ruhunun mütləq 

məkanında möhkəm yer tutmuşdur. Teoloji dünyabaxışı yalnız Müqəddəs Məryam vasitəsilə 

empatiyanın qender stereotipinə yer saxlamışdır. Müqəddəs Məryam İsa Məsihin anası idi və o xeyrin, 

həssaslığın, insan münasibətlərinin qender şərhini özündə  həyata keçirirdi. Bütün bunlar xristian 

incəsənətində Müqəddəs Məryəmə sitayişin xüsusi inkişafına səbəb oldu. XI-XII əsrlərdə onun səcdə 

edilməsinin geniş yayılması feodal cəmiyyətində qadının statusunun artmasının təzahürü idi.  

Xristian spirituallığında dönüş, Yeni Məryam, yeni Hevva tərəfindən qadınların günahlarının 

bağışlanması ilə qeyd edilmişdir. Bu dönüş XII əsrdən inkişaf etmiş Maqdalena kultunda da özünü 

göstərmişdir, buna Vezeleyada dini mərkəz – tarixi sübutdur. Bu tendensiyanın  əyani görünüşü kimi 

Müqəddəs Məryamın çoxlu təsvirləri, madonnaların körpələrlə, müqəddəslərin orta əsr incəsənətinə 

müvafiq şərti-sxematik və simvolik üslubda olan təsvirlərində verilmişdir. Bu planda Stefano Madernin 

«Müqəddəs Sesiliya» və Lorenso Bernininin «Lüdovik Albertinonun müqəddəs qadını» – heykəltəraşlıq 

əsərləri böyük maraq doğurur. Vizantiyalı  usta  Feofan  Qrek  (Paleoloq  məktəbi) öz ikonalarında gözəl 

qadın surətlərini yaratmışdır. Onun ikonalarında kilsə sürətlərində qadına məxsus insan keyfiyyətləri 

vardır. Bunlar xeyirxahlıq, məhəbbət, humanizmdir. Böyük Vizantiya müəllifi Kaxrie Cami tərəfindən 

icra edilmiş XIII əsr mozaik pannosu çox gözəldir. Onun dekorativ ansamblının kompozisiyasının əsasını 

Məryam ana və İsa Məsinin həyatının şəkillərdə verilmiş iki dövrü təşkil edir. Sözsüz ki, Kaxrie Caminin 

mozaikalarının ən maraqlı hissəsi – qadın fiqurlarıdır, bunlar incə kompozisiya ritmi və vahid yaradıcılıq 

ideyasını  təşkil edirlər. Xarakterik cəhət isə bu surətlərdə allahlığın müqəddəsliyi ideyasının mövcudlğ 

deyil, onlarda sırf insan xarakterinə aid olan realistik təsvirlərin olmamasıdır.  

Qeyd etmək lazımdır ki, orta əsrin incəsənət abidələrində XV–XVI əsrlərdə yayılmış 

problematikanı biz görmürük; ər və arvad uşaqları ilə ; evdən kənarda intim həyat; ümumiyyətlə 

məqsədyönlü  şəkildə, simvolik vasitə funksiyası kimi deyil, özü-özünə bir insan kimi gündəlik 

məşğuliyyətində görürük.  

İnteryerdə ailə portreti, ər və arvad haqqında traktatlar və  nəsihətlər yarananda, XV əsrdə ailə, 

cəmiyyətin və incəsənətin diqqət mərkəzində olandan əmələ gəlmişdir.  

Orta  əsrlərdə kişi və qadınların qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini, onun vahidliyi və 

daxili dinamikasını  nəzərdən keçirərkən, qeyd etmək lazımdır ki, faktiki olaraq, orta əsrin müasir 

mənada hüquqi cəhətdən sərbəst  ər və arvaddan, həddi-buluğa çatmamış  uşaqlardan ibarət ailə 

anlayışından xəbəri yox idi. O zamanlar bizim adət etdiyimiz nigah anlayışı da yox idi. Ailə termini kimi 

o zamalar kişi və qadının az və ya çox sürən birliyi nəzərdə tutulurdu.  

Ailə termini o dövrlərdə qan qohumluğu ilə bağlı olan geniş insan qrupunun birliyini, habelə ər və 

arvadla bir yerdə birgə ev təsərrüfatında yaşayan, lakin onun qohumu olmayanların (usta köməkçisi, 

onun  şagirdləri) birliyini təmsil edirdi. Çox vaxt ümumi əcdadları olan bir neçə  ər-arvad cütlüyü bir 

yerdə yaşayırdı.  

Aqrar sənayenin və feodal ictimai-siyasi quruluşun hakim olduğu  şəraitdə kiçik ailələr zəif idi, 

kamil deyildi, onlar daha geniş ailə qrup daxilində qohum kollektivləri içində  əriyib gedirdi. Bu, geniş 

qohum kollektivləri qan qohumluğu və nigahla, ümumi malikanələrlə, torpaq varidatı ilə (Fransada 

bunları linyac adlandırırdılar) bir-birinə möhkəm bağlanmışdılar. Ayrı-ayrı ev təsərrüfatları onun tərkib 

hissəsi kimi klana daxil edilirdi. Avropada belə tipli ailə kollektivləri X-XI əsrlərdə yaranmışdı, onun 

yüksəliş dövrü XII–XIII əsrləridir.  

Linyac feodal mülkiyyətçiliyinin və iyerarxiya əsasında qurulmuş hökumət münasibətlərinin 

möhkəmlənməsi institutu kimi yaranmışdır.  



 

 

Monoqam nigahın xristian konsepsiyası XII –XIII əsrlərdə qəbul edilmişdir. Yalnız bu vaxtlar nigah 



əsas xristian sirlərinə aid edilmişdir. Nigah mərasiminə, kilsə xeyir-duası da daxil edilmişdir.  

Nigah erkən yaşlarında bağlanırdı. Kilsə qanunlarına müvafiq olaraq evlənmək istəyən oğlanın 14, 

qızın isə 12 yaşı olmalıdır. Daha doğrusu bəy və gəlinin seçilməsində ailənin hörmətli olması və iqtisadi 

qazanc  əldə edilməsi mülahizələri  əsas tutulurdu. O vaxtlar nigah şərti xarakter daşıyırdı  və  fərdi 

məhəbbətlə az ilhamlanırdı. Kübarlar üçün öz mahiyyəti etibarilə bu siyasi akt olmaqla öz nüfuzunun və 

qüdrətinin artması üçün ən yaxşı  və sadə üsul idi. Şəxsin arzusu deyil, ailənin marağı  həlledici amil 

sayılırdı. Bu həm də sexlərin və ailələrin marağına aid idi. Şəhər patrisiatı da nigahı kapital yığımı üçün 

ən sadə forma və vasitə kimi qəbul edirdi. Nigah hər şeydən əvvəl qanuni varislərin dünyaya gətirilməsi 

üçün vasitə idi. Lakin cəmiyyətin elə böyük təbəqələri var idi ki, onlara nigaha girmək qadağan 

edilmişdi. (katolik ruhaniləri). Şagirdlər üçün də evlənmək çox çətin idi, belə ki, adətən yalnız müstəqil 

sənətkarların evlənməyə ixtiyarı var idi.  

Xanımın kurtuaz kultu Orta əsrin incəsənətinin qender münasibətlərinə müəyyən çalarlar verir. 

Onun yaranması XII–XIII əsrlərin sərhədlərində ilk dəfə  cəngavərlərin sırasında təsadüf edilirdi. 

Fransanın cənubunda yarandıqdan sonra o ölkənin  şimalına və başqa ölkələrə yayılmağa başladı. 

Kurtuaz məhəbbəti barədə bizim təsəvvürümüz əsasən trubadurların, truverlərin, vaqantların, cəngavər 

romanların təsiri altında yaratdıqları musiqi ilə bağlı olmuşdur. Hər bir əsilzadə qadının cəngavərlər 

sırasından bir və ya bir neçə pərəstişkarı ola bilərdi. Bunlar barədə onun rəsmi ərinin xəbəri olurdu. Gənc 

cəngavəri hələ  uşaq vaxtlarından yaxşı  ədalara və  hərbi bacarığa yiyələnmək üçün tanınmış senyorun 

sarayına göndərirdilər. Qəsrin sahibəsinin pacı olmaqla, onun vəzifəsi sahibəsinə öz diqqətini yetirmək 

idi. Nəticədə  cəngavər öz qəlbinin xanımını seçir, yarışlarda onun şərəfinə vuruşur, öz mahnılarını  və 

şerlərini ona həsr edirdi. Bütün bu qarşıdurmalar subay cəngavərin tanınmış qadına pərəstiş etməsi, ona 

münasibəti, məhşur trubadurların və ya truverlərin şerlərinin ona həsr edilməsi, xanımın şərəfinə şücaət 

göstərməsi – bunlar bütöv bir sahəni  əhatə edirdi. Ər və arvad arasında olan cismani məhəbbət 

müqabilində cəngavər məhəbbəti aliləşmiş yüksək xüsusi bir məhəbbət idi.  

O dövrün lirik poeziyası fərdin mühitlə münasibətlərinin dəyişməsini sübut edirdi. Trubadurların, 

truverlərin, vaqantların məhəbbət lirikası, onlarda öz daxili aləminə nüfuz etmək və onu təhlil obyektinə 

çevirmək bacarığını aşkar etmişdi.  

XII–XIII  əsrlər provansal şair-nəğməkarlar tərəfindən tərənnüm edilən məhəbbət artıq fərdi 

xarakter daşıyırdı. Şair üçün yalnız bir qadın əzizdir və o bu qadını heç bir qadına dəyişməz. Xanımın nə 

nəsli, nə onun var-dövləti, yalnız gözəlliyi və kurtuazlığı cəngavərin hisslərini həyəcandandırır. Bununla 

yanaşı provansal poeziyasında qadın surəti stereotipdir, onun gözəlliyi eyni standart ifadələrlə, eyni 

ədəbi ştamplarla tərənnüm edilirdi. Trubadur lirikasının qəhrəmanlarında konkret əlamətləri yoxdur, bu 

abstrakt bir obrazdır, çox vaxt həmin obraz tam cismani nəzərlərlə qavranılır. Onun adı yoxdur, şair ona 

məhəbbət ləqəbi vermişdir, onun məhəbbət keyfiyyətləri də fərqləndirilməmişdir. Gözəl xanım nəzakətli, 

iltifatlı, dərrakəli olmalı, kübar söhbətlər aparmaq qabiliyyətinə – yəni kurtuazlıq adlandırılan bütün bu 

əlamətlərin cəminə malik olmalıdır. Öz reputasiyasını qoruyan bütün nəzakətli adamlar üçün məhəbbət 

münasibətlərinin və qadına pərəstiş etməyin müəyyən qaydaları  işlənib hazırlanmışdı. Xanımın öz 

sevgilisi olmalı  və onunla müvafiq davranışı olmalı idi, onun cəngavəri məxfi məhəbbətin sirrini 

saxlamalı və qəlbinin xanımına vassalın senyora etdiyi xidmət kimi, o da öz xanımına belə xidmət etməli 

idi. Adlı-sanlı qadınlarla sevgi münasibətlərində olmaq, valehedici sevgilini və  sərgüzəştləri axtaran 

adını qazanmaq şairlərə xüsusi şövq verirdi. Məhəbbətin ideal tipini yaradaraq, şairlər onu mərasimə 

çevirərək, trubadurlar xüsusi aləm yaratmışdılar, bu aləm feodal iyerarxiyasının sosial qrupu üçün 

mövcud olub həm adi camaatdan, həm də ali aristokratiyadan təcrid edilmişdi.  

Orta  əsr cəmiyyəti üçün ənənəvi xüsusiyyətləri ilə  bərabər cəngavərin poeziyasında nə isə bir 

yenilik də var idi. Qadın rəsmi feodal nigahından fərqli olaraq sevgisində prinsipcə başqa mövqedə idi. 

Ər və arvad arasında kurtuaz məhəbbəti ola bilməzdi. Kurtuaz məhəbbəti rəsmi mühitdən kənarda idi, o 

qeyri–qanuni idi, lakin bununla bərabər o fərdin daxili aləminə dərindən sirayət edir, bununla belə fərdin 

qəlbinin məcmusunu daha çox aça bilir. Nəticədə kişi və qadının münasibətlərində  və onların 

simalarında yeni anlayışlar yaranmağa başlandı. Cəngavərin xanıma olan pərəstiş şəxsiyyətin sərbəstliyə 

çıxması  və onun özünü dərketmə prosesinə qatılması, yalnız o dünyanın deyil, bu dünyanın da 

sevinclərinin canlandırılmasına təsir edən, dəyərlərin yönümünün yenidən nəzərdən keçirilməsi ilə 



 

 

qovuşurdu. Bütün bunlar cinslərin münasibətlərinin dəyişməsi və qadının statusunun yaxşılaşdırılması 



üçün ideya və mental şərait hazırladı.  

XII-XIII əsrlərdə Xanıma pərəstişin yayılması qadına baxışın təkamülündə dönüş nöqtəsindən biri 

oldu. Bundan sonra cəngavərlər bilməli idilər ki, qadının bədənindən başqa qəlbi də vardır və o bu qəlbi 

əldə etməyə çalışmalıdır. Lakin cəngavərlərin gözündə bu, kişi və qadınların bərabərliyi demək deyildi. 

Əyanların başa düşdüyünə görə, kişi və qadını ayıran məsafə  həmişə olduğu kimi, yenə  də öz 

əhəmiyyətini qoruyub saxlayacaqdır.  

Cəngavərlərin poeziyası onların gözəl Xanıma olan pərəstişi ilə birlikdə dünya incəsənətində bütöv 

bir  ənənə yaratdı. Avropa ədəbiyyatında ilk dəfə olaraq intim münasibətlərin və  ağır sevgi 

təəssüratlarının təhlili poetik yaradıcılıqda ön plana çəkilir. Cəngavərin Xanıma olan sevgi münasibətləri 

Kretyen de Truanın «Cəngavər Lanselot haqqında romanlar»ında, Volfram fon Eşenbaxın «Parsifal», 

Qotfrid Strastburskinin «Tristan və İzolda» romanlarında əks edilmişdir. Vaqnerin eyni adlı «Tristan və 

İzolda» operasında ali məhəbbətin böyük idealı  tərənnüm edilir. M. de Servantesin cəngavər Don 

Kixotun qəlbinin sevgilisi olan xanım Dulsineyaya olan məhəbbətindən bəhs edən «Don Kixot» romanı 

daha populyar idi. Qeyd etmək lazımdır ki, Azərbaycan bəstəkarı Q. Qarayev, Servatesin ölməz  əsəri 

əsasında musiqi – estetik obrazlı formada əsas qəhrəmanların məhəbbətini və qarşılıqlı münasibətlərini 

ifadə edən «Don Kixot» simfonik qravürasını bəstələmişdir.  

Cəngavərlik haqqındakı romanların müəllifləri, trubadurlar (musiqiçilər), minnezinerlər (alman 

şair-müğənniləri) gözəl Xanımı, ona pərəstiş edilməsinin incə  tərzini, işi və qadın arasında sevginin 

tərənnüm edilməsində istifadə edilən poetik vasitələr sistemini yaradarkən, vaqantlar insana verilmiş ən 

böyük sevinclər sırasında olan cismani məhəbbəti tərənnüm edirdilər, keşişlər-moizəçilər isə,  əksinə 

qadını kişinin məhv edilməsi və yoldan çıxarılması  işində iblis tərəfindən istifadə edilən bir alət 

olduğunu qeyd edirdilər. Onlar hesab edirdilər ki, qadınla ünsiyyətdən qaçmaq lazımdır, çünki o kişini 

dolaşdırır, başdan çıxarır, onu murdarlayır, nəhayət, onu əmlakından və comərdlikdən məhrum edir. 

Orta əsr keşişləri tərəfindən ifadə edilmiş kişi şovinizmin bəyannaməsi məhz budur.  

Kilsə mövhumatçıları üzündən artıq Orta əsrin axırları dövründən başlayaraq, qadınlar 

cadugərliyin, falaçmanın, maqiya ilə bağlı  mərasimlərin  əsas iştirakçıları kimi qələmə verilirdi. 

Əcinnələrin, ifritələrin gecə  məclisləri, gecə uçuşları  və insanların heyvanlara çevrilməsini təsvir edən 

kilsə, XV əsrdən etibarən onların həqiqiliyini sübut etməyə başladı. Avropa rəsmi olaraq «ifritələri» 

təqibetmə dövrünə qədəm basdı.  

İblislərə, hədyana, yəni küfrə olan inam, orta əsr dini ekstazının (cuşa gəlmək) əsasını təşkil edirdi. 

Bu qanlı tamaşada mərkəzi faciəvi rolu nəfs və cadugərliyin rəmzi olan qadın oynamalı idi. Hələ 

Lukadan olan Yevangelidə  İsa Məsih tərəfindən  əxlaqsız qadın olan Mariya Maqdalenanın cismindən 

cinlərin (özü də yeddisinin) qovulması faktı qeyd edilir. Əvvəllər də qadınların iblislə  əlaqəli olması 

mövzusu tez-tez səslənirdi.  

Neçə yüzilliklər  ərzində cadugərliyə görə bir qədər mülayim olsalar da, tədricən bunu daha 

amansız etdilər. XIII əsrin sonunda tonqalda birinci əcinnəni yandırdıqdan sonra kilsə  tərəfindən 

aparılan repressiyalar nəhəng miqyas aldı. Dominikan ordenin keşişləri tərəfindən 1841-ci ildə «İfritələrin 

gürzü» adlı  dəhşətli kitab tərtib edilmişdir, burada ardıcıl  şəkildə mövhumatın bədbəxt qurbanlarının 

adına yazılan bütün cinaytlərin təsviri verilir. İfritələr hətta öz uşaqlarının yediklərində 

günahlandırılırdı. Hər hansı böhtan və çuğul tədqiqat predmetinə çevrilə bilərdi. «İfritələrin gürzü» uzun 

müddət ərzində kütləvi ifritə məhkəmə prosesləri üçün rəsmi sənəd rolunu oynayıb və XVI əsrə qədər on 

üç dəfə  nəşr olunub. Avropada bir neçə  əsr  ərzində inkvizisiya tonqalları tüstülənirdi, o vaxtın tarixi 

kitabları bu cür hadisələrin təsviri və dəhşətli hekayətləri ilə fərqlənir.  

Qender münasibətləri planında orta əsr  ədəbiyyatı sayılan «Nigahın on beş sevinci» və XIII-XIV 

əsrlərin müəlliflərinin digər  əsərləri böyük marağa səbəb olmuşdur. Qeyd edilən  əsər Fransada məlum 

olmayan müəllif tərəfindən yazılmışdır. Bu kitabda o dövrə xas olan fikir və mülahizələrin bütün 

çalarlarını – ailənin və nigahın kəskin satira ilə gülüş  hədəfinə çevrilməsindən, kişi və qadın arasında 

məhəbbətin təriflənməsinə  qədər rast gəlmək olar. Şəhərlilər və onların ailələrinin adətləri,  ənənələri, 

həyat tərzi həmin miniatürlərdə bütün təəssüreti ilə, diqqətlə ifadə edilmişdir. Bir tərəfdən burada 

kurtuaz məhəbbətinin tərifi verilir, ona mədhlər deyilir, o biri tərəfdən həm qadınların şəhvətpərəstliyi, 

inadkarlığı, səfehliyi, habelə kişilərin bəraət qazandırmaq mümkün olmayan lovğalığı durmadan ələ 

salınırdı. O zaman bir neçə novellada qeyd edilir ki, qadın öz bacarığına görə heç də kişilərdən geri 




 

 

qalmayan, Allahın yaratdığı  məxluqdur. Onda intellektual və  mənəvi planda kişiyə xas olan hər  şeyə 



qadir olmaq bacarığı vardır. Burada orta əsr ənənələrində qadının kişi ilə müqayisədə daha aşağı məxluq 

və günahlı olması barədə baxışlarda dəyişiklik edilmiş, bu çox əhəmiyyətli sahədə yeni addımlar 

atılmışdı. Qadınların kişi ilə  bərabər fəlsəfə, mədəniyyət, təhsil və incəsənət məsələlərinə qoşulmasında 

humanitar ənənələrinin təntənəsi hiss olunurdu.  

Orta əsrin qədim rus ədəbiyyatı sayılan «Domostroy» əsəri ailə-nigah münasibətlərinə, qadının ailə 

və cəmiyyətdə roluna həsr edilişdir. Həmin əsərin müəllifliyi İvan Qroznının tərəfdarı Silvesterin adı ilə 

bağlıdır. «Domostroy»un üç əsas fəsli həyat qaydalarını ifadə edir. Onların çox hissəsi ailəyə, ev 

təsərrüfatının qurulmasına, qadının vəzifələrinə, tərbiyə yollarına, uşaqların davranış qaydalarına həsr 

edilmişdir. Ayrı-ayrı fəsillər qadına, onun ailədə və cəmiyyətdə roluna, onun vəzifələrinə və hüquqlarına 

həsr edilmişdir. «Domostroy» nümunəvi ev və ailəni təsvir edir, elə ideal ev həyatını unifikasiya etməyə 

çalışmışdır ki, həmin evə daxil olanda elə bilirsən ki, cənnətə daxil olursan. Bu məsələdə qadının 

funksiyası  və rolu az deyildir. Traktat qonaqpərvərliyin yollarını, hər  şeydə qaydaların gözlənilməsini, 

kişi və qadının qarşılıqlı hörmətinin saxlanılması yollarını öyrədir. Ailədə məişət sabitliyinin və  əmin – 

amanlığının saxlanılması ailədə kobud xasiyyətlərin yumşaldılması barədə  məsləhətlər verilir. Orta əsr 

ədəbiyyatının qaydaları – ailədə hər kiçik məişət məsələlərinin və şəxsi davranışın idarə edilməsi və ailə 

həyatında  əmin-amanlığa çağırış idi. Ailədə  həyatın necə qurulması, qadının özünü ailədə necə 

aparmasını  təsvir edən bu kimi əsərlər, kişi və qadınların, onların mövcudluğunun  əsas sferası sayılan 

ailədə onların davranışını tənzimləməyə xidmət edirdi.  

Qeyd etmək lazımdır ki, «Domostroy» nigaha ərlə arvadın qarşılıqlı hörmətinə əsaslanan iki qəlbin 

müqəddəs ittifaqı kimi yanaşsa da, bununla yanaşı, ailə münasibətlərində  ərə sözsüz itaət etmək tələb 

olunur, ərin ailədə aparıcı rolu və qadının tabe – asılı vəziyyəti xüsusi qeyd edilir.  

Orta əsr Vizantiyasında məhəbbətin müqəddəs atalıq, dini konsepsiyası əsas sayılırdısa da, burada 

vahid konsepsiya yox idi. Vizantiya mədəniyyəti tarixi boyu, bir qədər dəyişilmin formada olsa da, kişi 

və qadın arasında olan məhəbbətin antik anlayışı mövcud olmaqda davam edirdi. Bu, xüsusilə XII əsrdə 

yaranan sonrakı antik romanların  ənənələrini davam etdirən Vizantiya romanlarında özünü xüsusi 

olaraq göstərmişdir.  Vizantiya  üçün  yeni  olan  bu  canrın müəllifləri cismani məhəbbətin estetikasını ön 

plana çəkmişdilər. Dünyəvi məhəbbətin estetikləşməsi burada yeni şəkildə verilmişdir.  Əgər antik 

romanda sərgüzəştlərin çoxluğu ilə yanaşı açıq, bəzən də  hətta kobud erotizm ön plana çəkilirdisə  də, 

xristian əxlaqının artıq qəbul edilmiş ənənələri ilə tərbiyə edilmiş XII əsr, Vizantiya yazıçılarında dünyəvi 

məhəbbətin qələbəsi daha incə və daha yüksək formalarda təzahür edirdi.  

Bizans yazıçılarının diqqət mərkəzində  gəncliyin, gözəlliyin seyri, qəhrəmanların lirik 

həyəcanlarının təsviri və ifadə edilməsi, məhəbbət hissinin özü dayanmışdır.  

İki gənc məxluqun məhəbbəti ağır iztirab və  təhlükələr sırasından keçirtdikləri bir – birinə olan 

sədaqətləri, daim qəsd edilməyə  cəhd edilən bakirəliliyi – bütün bunlar gözəldir və valehedicidir. 

Məhəbbət odunu yandıran və bu odu sönməyə qoymayan qığılcım gəncliyin gözəlliyidir. «Gözəlliyin 

qarşısında qılınclar da baş  əyir» – bunu Yevmati Makremvolitin romanındakı  İsminanın, Nikita 

Yevgeniananın povestində Drossillanın gözəlliyi özünün poetik obrazlılıq quruluşu ilə romanın yüksək 

lirizminə uyğun gələn xüsusi zərifliyi, hətta müəyyən alilik xüsusiyyəti daşıyır. Drosillanın simasında 

hər şey gəncliyin yüksək bakirəlik gözəlliyi ilə işıqlandırılmışdır.  

«Qaşların əyrisi sanki bir çəkilmiş kamandır,  



Sevinclərlə dolu Erotun oxu ilə hədələyir».  

Həmin ox, qızın gözəlliyini ötəri görən hər kəsi amansızcasına oxlayır. Erotun oxları qarşısında heç 

kəs davam gətirə bilmir. Gözəllik qarşısı alına bilməyən cəlbedici mənbədir, onu sevəni valeh edir.  

Bizanslı roman müəllifləri cismani gözəlliyə və məhəbbətdən həzz almağın pərəstişini dirçəldirlər, 

lakin bu, yeni orta əsr  əxlaq çərçmvəsində olmalıdır. Məhəbbət həzzi gözəldir, lakin bu, bakirəliyə 

müvafiq gəlməlidir. Buna görə də Vizantiya romanlarının mərkəzində yalnız məhəbbətin qələbəsi deyil

bakirəliyin də  qələbəsi dayanır. Onun mədh edilməsinə romanın sücet xətti uyğun gəlir.  Əlverişli 

olmayan  şəraitdə bakirəliyi və bir-birinə  sədaqəti saxlamaq – bu qəhrəmanların qarşısında duran əsas 

məsələdir. hər  şeyə qadir allah, məhəbbətin gənc qəlblərdə bir-birini cəlb edən gözəl odu yandıraraq, 

onların yolunda o qədər də fiziki olmayan, lakin əxlaqi xarakterli öhdəsindən gəlmək mümkün olmayan 

çətinliklər, maneələr yaradır. Ona görə də romanlarda məhəbbət allahı təsvir edilə bilməyən nəşələr vəd 



 

 

edən, arzu edilən qonaq kimi eyni zamanda adamlara əzablar, bədbəxtliklər gətirən insan nəslinin 



düşməni kimi təsvir edilir.  

Yevgeniananın romanlarında Erotu – heyvan cinsi, qəddar allah, meşənin bədheybəti, öz qurbanını 

parça-parça edən və yeyən qəddar, rəhmsiz yırtıcı adlandırır. Həmin terminologiya çox vaxt agioqrafik 

(aqioqrafiya və ya müqəddəs həyat – Vizantiya ədəbiyyatının canrıdır)  ədəbiyyatda təsadüf edilir. 

Onların qəhrəmanları müvafiq leksika ilə mübarizəyə qatışdıqları cismani məhəbbəti şərh edirlər.  

Bizans müəlliflərində orta əsr adamında cismani məhəbbətə  və insan gözəlliyinə münasibətdə 

harmoniya  əldə etmək kimi maraqlı  cəhd qeyd edilir. Asketizm estetikasının ifratçılığına qarşı onlar 

sublimasiya edilmiş, xristian əxlaqı çərçivəsində qalmış məhəbbətin estetikasını qoyurlar. Kişi və qadının 

məhəbbətlərini insan təbiətinin gözəl və ayrılmaz xassəsi kimi başa düşərək, müəlliflər bunu hər cür 

tərifə layiq olduğunu göstərməyə çalışır, lakin bu bakirəlik pərdəsi altında olmalıdır. Məhəbbət və 

gözəllik son nəticədə ləyaqətli ailənin yaranmasına gətirib çıxarır, bu da orta əsr etikasına uyğun idi.  

Beləliklə, Bizans mədəniyyəti, məhəbbət anlayışının bir çox antik ənənələrini inkişaf etdirməkdə 

davam edərək, insan varlığının mürəkkəb fenomeninin, cinslərarası münasibətlərin öyrənilməsi 

yollarında yeni və  əhəmiyyətli addımlar atmışdır. Erkən xristian, sonra da Bizans mütəffəkkirləri və 

yazıçıları kainatın mühüm və universal yaradıcı prinsiplərinin əsasında onun mənəvi və həyati varlığının 

əsasını görürdülər. Bizanslılar cismani məhəbbətin ikili (neqativ və pozitiv) mənasını yaxşı hiss 

etmişdilər və qeyd – şərtsiz mənəvi məhəbbətin onun bütün aspektlərində ön plana çəkmişlər. İnsanların 

qarşılıqlı münasibətlərinin  əsas prinsipi kimi məhəbbətin sosial-əxlaqi anlayışına xüsusi fikir verilirdi. 

Bütün bunlar məhəbbətin xristian – Bizans nəzəriyyəsi mədəniyyət və incəsənətin tarixində görkəmli 

yerlərdən birinə irəli çəkirdi.  

Qender aspektlərinin  ədəbi və incəsənət  əsərlərində  tədqiqi planında islam qəbul etmiş  Oğuz 

türklərinin məhşur eposu olan «Mənim Dədə Qorqudumun kitabı» böyük maraq doğurur. Bu epos 

Azərbaycanda da yayılmışdır, belə ki, ölkənin  əsas etnik təbəqəsindən birini türklər təşkil edirdi. Epos 

köçəri və yarımköçəri türk məişətində qender münasibətlərinin işıqlandırılmasına şərait yaradır. Eposda 

qadın surətləri – anaların, zövcələrin surətləri, onların ailədə və cəmiyyətdə vəziyyəti böyük yer tutur.  

Ana simvolu eposda müqəddəsdir: «Sənin ağbirçəkli ananın yeri behiştlik olsun, ananın haqqı allahın 



haqqıdır» (4) 

Eposda belə bir epizod vardır – qadına münasibətdə kişi seçim etməlidir: o, ananı müqəddəs sayır 

və onu hər şeydən üstün tutur. Əsərin II boyunda yazılır: Qazan xan onun bütün qohumlarını əsir etmiş, 

bütün var-dövlətini talan etmiş düşməni Şöklüyə müraciət edərək deyir:  



Ay Şöklü Məlik! 

Qızıl Tağlı uca evlərimi götürüb gəlmisən, sənə kölgəlik olsun! 

Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən, sənə xərclik olsun! 

Qırx incə belli qızla Burla xatunu gətirmisən, sənə əsr olsun! 

Qırx iqidlə oğlum Uruzu gətirib gəlmisən, sənin qulun olsun! 

Tövlə-tövlə şahanə atlarımı gətirib gəlmisən, sənin yükünü daşısın.  

Qoca anamı gətirmisən, ay kafir, anamı ver mənə! 

Savaşmadan – vuruşmadan, qayıdım geri, dönüb gedim! (4) 

Onun oğlu Uruz bəy də ananın haqqını uca tutur. O, anası Burla xatunu müqəddəs sayır və 

həyatını ona qurban etməyə hazırdır. Düşmənlərin onun anasını tanımaması üçün o, boğazında ip 

asılmağa, qarmağa çəkilməyə hazırdır.  

Eposun IV boyu olan «Qazan xanın oğlu Uruz bəyin əsir düşməsi barədə nəğmə» də ana surəti əks 

olunmuşdu. Xan qızı Burla xatun əsir götürüləndə o, sakit ola bilmirdi, özünün qırx uca boylu qızlarını 

gətirib atını gətirtdi, qılıncını belinə bağladı. Səciyyəvi haldır ki, Burla xatun ərinin köməyi olmadan özü 

oğlunu qurtarmaq istəyir,  bu  da  onun  fiziki  və  mənəvi gücündən, onun döyüş keyfiyyətlərindən, 

mübariz ruhundan xəbər verir. Köçəri həyat tərzi qadını kişiyə oxşar olmağa, heç nədən kişidən geri 

qalmamağ, həm atlı, həm əsgər, düşmənlə vuruşda fəal olmağa məcbur etmişdir.  

Namus, bakirəlik – Oğuz qadınları və qızları üçün müqəddəs anlayışdır. Şöklü Məlikə əsir düşmüş 

Burla xatun öz əri Qazan xanın namusuna ləkə  gətirməmək üçün və «murdar kafirlə bir yataqda 

yatmamaq üçün» o, öz həyatını qurban verməyə hazırdır.  

Özünə arvad seçəndə kişinin ona böyük tələbləri olur. Kişi oğuzun təsəvvüründə  hər bir qadın 

bütün ev işlərindən başlamış, hərbi  şücayətlərə  qədər isləri bacarmalıdırlar. III boydan epizod buna 



 

 

sübütdur: «Ata mənə elə qız alarsan ki, mən ayağa durmamış o dursun, mən atıma oturmamış, o, atda oturmuş 



olsun: mən vuruşa getməmiş, o düşmənin başını mənə gətirmiş olsun» (4) 

Eyni zamanda bəzi hallarda qadın bir əsgər, bir atlı kimi kişidən üstün olsa da o, bunu nümayiş 

etdirməməlidir. Hətta bu halda da o, öz rütbəsinə görə  də kişidən aşağıdır və bunu həmişə yadında 

saxlamalıdır. VI boyda «Qanlı Qoca oğlu Qanturalı boyu» da Qan Turalın gəlini Səlcan xatun düşmənin 

yaxınlaşdığını görəndə birinci olaraq döyüşə atılmış, öz adaxlısını atın üstündə döyüşdən çıxarmışdı. 

Lakin buna baxmayaraq o, Səlcan xatunu öldürmək qərarına gəlir və deyir: «Tərif ediləndə, yalnız kişi 

təriflənməlidir; kişi aslandır, qadın üçün tərif – yalandır: tərifdə qadın kişi ola bilməz». (4) 

Qonaqpərəstlik türk – oğuz aləmi üçün adət idi. Qorqud dastanlarında qonağın olmaması 

bədbəxtliyə bərabər sayılırdı. «Qoy böyük evlər uçulsun, nəinki evə qonaq gəlməsin». Oğuz ozanları evin 

dayağı olan ən yaxşı qadınları tərifləyəndə, ilk plana onların qonaqpərvərliyini çıxardırlar. Üzügülər və 

dostcasına qonağı qəbul edib, yola salmağı bacaran qadınlar oğuz evinin xeyirxahı və səadəti sayılırdı.  

Oğuz cəmiyyətində ailənin bünövrəsi çox əhəmiyyətli sayılırdı, ona görə də eposun çox epizodları 

uşaqlara həsr olunmuşdur. Eposda uşağın anadan olması  əlamətdar hadisə kimi qeyd edilir, bunun 

şərəfinə bayramlar və şadlıqlar düzəldilir. Uşaqlar anadan olanda üstünlük oğlanlara verilsə də, qızın da 

anadan olması həmçinin bayram edilir və hörmətlə qeyd edilirdi.  

Orta əsrin türkdilli köçəri qəbilələrinin əqidələri, adət və ənənələri belə idi: burada bütün əyaniliyi 

ilə qadının cəmiyyətdə, ailədə, məişətdə yeri göstərilirdi. Oğuz dastanı  cəmiyyətdə qender 

münasibətlərinin bir sıra aspektlərinin üzə çıxarılmasına imkan yaradır, onları bədii – estetik formada əks 

etdirir.  

Orta  əsr dövründə  Şərq mədəniyyətinin inkişafında köklü dəyişikliklər nəzərə çarpırdı.  İslam 

İntibahının yaranması  və yayılması ilə  şərtlənmiş dünyagörüşündə pozitiv irəliləyişlər bütün Şərq 

aləmində mədəni paradiqmaların dəyişməsinə kömək etdi. Bütpərəstlik mədəniyyətindən islamın dini – 

etik normalarına  əsaslanan feodal mədəniyyətinə keçid keyfiyyətcə islam Şərqinin yeni, proqressiv 

dövrünün yaranmasına  şərait yaratdı.  İslam mədəniyyətinin  əsas xüsusiyyətləri Allaha inam, insanın 

əqidə kamilliyi idi.  

İslamın qəbul olduğu dövrdə cəmiyyətdə, ailədə qadının mövqeyi necə idi? İslam aləmində qender 

münasibətləri necə idi? Qeyd etmək lazımdır ki, Quranda dəfələrlə kişi və qadının qarşılıqlı  əlaqəsi və 

qarşılıqlı asılılığı barədə fikir yürüdülür.  



«Siz hamınız bir – birinizdən yaranmısınız» 

«Mən insan əməlinin heç birinin itməsinə heç vaxt yol vermərəm - 

Qoy buy a kişi olsun, ya qadın olsun,  

Yalnız siz başqalarından yaranmısınız» (6) 

Quran, mömin insanlara, onların cinsindən asılı olmayaraq, törətdikləri xeyir işlərə görə onların 

hamısına eyni gür mükafatlandırılmasını vəd edir.  

Xeyir iş tutun hər kəs 

Bu ya qadın, ya da kişi olsa da 

Və əgər onlar Allaha inanırlarsa 

O, cənnətə düşəcəkdir 

Heç kim xurma dənəsinin tumu 

Qədər də inciməyəcəkdir. (6) 

Beləliklə, Quranda, inamı olanlara və möminlərə, cinsindən asılı olmayaraq, cənnət xəyalı  vəd 

edirlər.  

İslam nigaha ürəklərin ittifaqı, xöşbəxtlik,  ər və arvadın hər ikisi üçün etibarlılıq, möhkəmlilik 

mənbəyi kimi baxır. 2, 228-ci surələrdə deyildiyi kimi, «Ər və arvadın, kişi və qadının ədalətli olana müvafiq 

qarşılıqlı hüquqları vardır».  

Quranda yazılıb: «Ona verilmiş cehizinin ayrılması qorxusundan arvadları sizdən boşanma xahişi 

ilə sizə müraciət etməyə onları  məcbur etməyin və onlar növbəti qəbahət törədsələr də, arvadınıza 

bağışladığınız cehizinin bir hissəsini onun aparmasına mane olmayın. Özünüzü onlara ləyaqətlə aparın. 

Əgər sizdə ona qarşı nifrət yaranmışdısa da, nə isə sizə xoş gəlmirsə, deməli Allah bunda böyük yaxşılıq 

görmüşdü». (4:19)  

Düzdür, Quranda çoxarvadlılığa icazə verilir, lakin o, kişiyə çox arvad almaq ixtiyarı verilir ki, o, 

maddi cəhətdən bütün arvadlarını təmin edə bilsin. Bununla belə, əgər qadının uşağı olmurdusa, kişi onu 




 

 

boşamırdı, onu qovmurdu, öz yanında saxlayırdı  və digər arvadlarla onun da bərabər hüququ var idi. 



Qurana görə, nigah elə bir ittifaqdır ki, burada qadının razılığı lazımdır. Nigahın  əsasında maddi 

maraqlar deyil, qadınların xeyirxahlığı, təmizliyi və bakirəliyi, habelə kişilərin dini inamı, alicənablığı və 

etibarlılığı durur. Quran qan qohumluluğunu qadağan edir. Yaxın qohumlarla evlənməyə icazə vermir, 

bu da ailədə sağlam nəslin olmasını şərtləndirirdi.  

Ailə münasibətlərində qadından  ərinə  şərtsiz itaət etmək tələb olunurdu. Lakin bu zaman arvad 

heç də hüququ olmayan məxluq deyildi, o, müəyyən hüdud daxilində ərinə tabe və ondan asılı idi.  

Qurana görə, boşanma daha çox Allaha xoş  gəlmir, ona görə  də onun baş verməməsi üçün hər 

şeydən istifadə etmək, ümumi razılığa gəlmək lazımdır,  129-cu ayətin «Qadın» surəsində hamını razı 

salan və nigahı qoruyan şifahi razılığa gəlməkdən danışılır.  

«Siz bütövlükdə kənara çəkilməməlisiniz,  

Çünki anlaşılmamazlıq qalmamalıdır,  

Əgər biri-birinizin arasında 

Sülhlə razılaşarsanızsa 

O zaman Allahın bizə qarşı mərhəmətli olar». (6) 

Boşanma təşəbüsünü adətən kişilər qaldırırdı.  Ər istədiyi vaxt ona xoş  gəlməyən arvadı boşaya 

bilərdi. Burada ər və arvadın hüquqları  və  vəzifələri arasında böyük uyğunsuzluq yaranır. Qadın ona 

yaramayan  ərindən boşana bilməz. Bəzi gözlənilən hallarda əgər kişi arvadına dolanmaq üçün maddi 

vəsait vermirsə, kişi dinindən dönmürsə, uzun müddət yoxa çıxarsa, habelə evlənəndən sonra üzə çıxan 

fiziki çatışmazlığı olarsa qadın ərindən boşana bilər.  

Ailədə ər və ya arvadın xəyanəti Qurana görə  bərk cəzalandırılmalıdır. «Əxlaqsız kişiyə, əxlaqsız 

qadına, onların hər birinə yüz şallaq vurulmalıdır». Lakin həqiqətdə isə kişiyə nisbətən qadın daha bərk 

cəzalandırılırdı. İtaət etməyən qadınları döyməyə, söyməyə, yatağından qovmaya kişinin icazəsi vardır. 

«Arvadın itaət etməyəcəyindən qorxursunuzsa, nəsihət verin, yatağınızdan qovun və onları döyün». 

Eyni zamanda kişinin kənarda əlaqəsi ola bilər, evə digər qadını gətirə onunla evlənə bilərdi, o qadından 

uşağı da qanuni sayılırdı.  

Quran, bəzi valideynlərin qızı olmasına pis münasibətini alqışlamır. Lakin Quranın nüfuruna 

baxmayaraq, qızın anadan olması  bədbəxtlik sayılırdı. Qızın anadan olmasına pis münasibət təsadüfi 

deyildi. Bu, sosial mənada olan səbəblərlə bağlı idi. Patriarxal ailələrdə  nəslin, mülkiyyətin 

artırılmasında, onun marağlarının qorunmasında mühüm rol oynayırdı.  

Qız isə ailənin sosial və iqtisadi təsərrüfat həyatında nəzərə çarpmayan rol oynayırdı. Baxmayaraq 

ki, qadına alverlə, elmlə  məşğul olmağa, işləməyə icazə verilmirdi, lakin icazə verilən yollarla pul 

qazanılmasına qadağan qoyulmamışdır. Belə ki, ərkən İslam dövründə qadınların fərdi və ictimai həyat 

fəaliyyətində aktiv iştirakı müşahidə edilirdi. Müsəlman qadınlarının hərtərəfli fəaliyyətinin konkret 

faktları  həqiqi tarixi mənbələrdə öz əksini tapmışdır. Orta əsr dövründə  Şərqin müsəlman qadınları 

Avropa qadınları ilə müqayisədə  hələ çox əvvəllər hüquqi statuslara malik idilər. Bu faktın təsdiq 

edilməsi üçün Quranın mətnlərinə, Məhəmməd Peyğəmbər və imamlar haqqında hədislərə müraciət 

etmək lazımdır.  

Qadınlar hərbi sahədə  də  iştirak edirdilər. Belə ki, Məhəmməd Peyğəmbər hər dəfə müharibəyə 

gedəndə, püşk atır və arvadlarından birini hərbi yürüşdə onu müşaiyət etmək üçün seçirdi. Məsələn, 

vuruşlardan birində onun arvadı Ayşə  və  kəniz – arvadları  iştirak edirdi. Onlar yaralılara kömək edir, 

yemək hazırlayır, silahların qorunmasına, yaxşı saxlanılmasına nəzarət edirdilər. Onlardan bəziləri, hətta 

hərbi vuruşlarda iştirak edirdilər. Peyğəmbərin kənizi Nəsibə döyüşmək taktikasını, hərbi strategiyanı 

gözəl bilirdilər, hərbi hissələrə müvəffəqiyyətlə rəhbərlik edə bilirdilər.  

Mədəniyyət və incəsənət sahəsində islam dini qadınların  ədəbi qabiliyyətlərinin inkişaf etməsinə 

şərait yaradırdı. Poeziya ilə məşğul olan qadınlara daha böyük hörmət və ehtiram göstərilirdi. Müsəlman 

qadınlarının arasında xüsusilə küreyş əyanlarının mühitində qadınlar sırasında yazıçılar, şairələr, alimlər 

və istedadlı natiqlər var idi. Böyük islam ədibləri, vaizlər, alimlər və şairlər sırasında qadınlar da var idi. 

Onlar həqiqi tarixi hadisələr  əsasında nəzm  əsərləri yaradır, onlara öz tarixi qiymət verirdilər. Onların 

əsərləri fikir aydınlığı, parlaq emosiyalılığı, gözəl kompozisiyası, müxtəlif poetik vasitələrlə seçilirdi. 

Peyğəmbərin arvadlarından Ayşə və Ummi-Salama, ata tərəfdən xalaları və bir çox qeyriləri yazıçı və şair 

idilər. Peyğəmbərin ölümündən sonra onun qızı Fatimeyi Zəhra lirik səmimi elegiya yaratmışdı, 

onlardan birində o atasına olan həsrətini ifa edir, imam Hüseynin bacıları Zeynəb və Ümmi Gülsüm öz 



 

 

elegiyalarında Kərbəlada olan faciələri təsvir edir, bu hadisənin faciəsini, bütün ziddiyyətlərini açıb 



göstərirlər.  

Peyğəmbərin və imam Əlinin kənizləri, içində  də  şairələr,  ədəbi istedada malik qadınlar var idi. 

Suriyada məşhur vaizə yaşayıb, onu Sitt-ul-Üləma (alimlərin xanımı) adlandırırdılar. Özünün atəşin 

moizələrinə görə o Bülbül ləqəbini almışdır.  

Andalusiya ədiblərinin içində əmir Sevil Mütamid ibn Abadın qızı Basinə məşhur idi. Orada böyük 

populyarlığı ilə şairə Həmdunə məşhur idi, onun poetik üslubundan bir çox şairlər istifadə edirdilər.  

İslam dövrünün bir çox qadınları savadlı idilər, Quranı  və bir çox duaların mətnlərini 

köçürürdülər. Məşhur tarixçi Belazuri öz əsərlərində bir neçə savadlı müsəlman qadınlarınn – Saad qızı 

Ayşənın, Mithət qızı Kərimənin və başqalarının adını çəkir. Erkən islam dövründə Abdulla ibn Harisin 

qızı Ummi Baraqa müqəddəs Quranın surələrini özü sərbəst köçürüb və bir kitaba yığmışdır.  

Müsəlman qadınları  həmişə Quranın  əsaslarını, dini öyrənməyə  səy göstərirdilər. Peyğəmbər 

Məhəmmədin arvadları  və  qızları bu prosesdə böyük rol oynayırdılar. Onlar, təbliğat aparmaqla, bu 

sahədə  çətinlik çəkən qadınlara Quranın ayrı-ayrı müddəalarını izah edir, şəriətin tələblərinə aydınlıq 

verirdilər, kişilər də çox vaxt müvafiq şərhlər almaq üçün Peyğəmbərin arvadı Ayşəyə müraciət edirdilər. 

Ayşə yüksək savada malik olan qadın idi, o, ədəbiyyatı, ilahiyyatı, elmləri yaxşı bilirdi. Rəvayətə görə, 

Peyğəmbərin özü çox vaxt məsləhət üçün qadınlara müraciət edərdi. Belə ki, Xudeybeyin sülhü 

bağlananda o, öz arvadı Ummi-Salamla məsləhətləşmişdi. Onun verdiyi yaxşı  məsləhətdən Peyğəmbər 

istifadə etmişdir.  

Quranda qadının imam olmasına icazə verilirdi. Bütün imamların ulu nənəsi İmam Fatimə, İmam 

Xanım (onun meyidi Nardaran Pirində basdırılmışdır), İmam Hökümə (Bibi-Heybət) məlumdur.  

Bütün bunlar islamda kişi və qadın arasında qeyribərabərliyin olması, müsəlman qadının asılı və 

hüquqsuz olmasının əsassızlığını sübut edir. Heç bir cəmiyyət, heç bir qeyri din qadına islamda olduğu 

qədər yüksək, ehtiramlı  və hörmətli yer verməmişdir. Orta əsrlər dövründə qadının təsərrüfat, siyasi, 

mədəni işlərində iştirakı təkzibedilməz faktdır.  

 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR 



 

1. XII-XIII  əsrlərin kurtuaz ədəbiyyatında qender münasibətləri necə əks olunurdu? 

2. Orta  əsr incəsənətində Müqəddəs Məryəm kultu niyə mövcud idi? 

3. Ailə-nikah münasibətləri «Domostroyda» necə təsvir olunmuşdur? 

4. Quranda  və «Dədə Qorqud» eposunda qadın mövqeyi necə qiymətləndirilir? 

 

İş üsulları – diskussiya 

 

ƏDƏBİYYAT 

 

1.  Гуревич А. Категории средневековой культуры. – М., 1985 



2.  Гуревич А. Проблемы средневековой народной культуры. – М., 1981 

3.  Дюби Ж. Куртуазная любовь и перемены в положении женщин во Франции в XII в. / Одисей. Человек в 

истории. – М., 1993 

4.  Книга моего Деда Коркута. / Пер. Анара – Б., 1997 

5.  Климович Л. Коранические сказания. – М., 1991 

6.  Коран / Пер. с араб. И. Ю. Крачковского – М., 1990 

7.  Женщина. Образование. Демократия. Материалы конференции. – Минск, 1999 

8.  Мовсумова Л. Философский анализ женских образов в Коране. – Б., 1997 

9.  Пятнадцать радостей брака и другие сочинения французских авторов XIV-XV вв. – М., 1991 

10.  Тертулиан. Об одеянии женщин. – М., 1938 



11.  Хойзинга И. Человек в истории. – М., 1995 

 

Yüklə 367,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə