Mövzu peşƏ MÜnasiBƏTLƏRİNİn qender problemləRİ



Yüklə 91,81 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü91,81 Kb.
#7860


 

 

Mövzu 4.



 PEŞƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ 

 

1.  İqtisadiyyatın qender aspektlərinin öyrənilməsində əsas cərəyanlar 



2. Qadınlar cəmiyyətin sosial transformasiya şəraitində 

3.  İnkişaf etmiş ölkələrdə qadın məşğulluğunun xüsüsiyyətləri 

 

1. İqtisadiyyatın qender aspektlərinin öyrənilməsində əsas cərəyanlar 

Qender iqtisadi nəzəriyyəsi 

əmək bazarında qadın hüququnun 

məhdudlaşdırılmasına (məsələn  əmək haqqının ödənilməsi, işlə  təmin edilmə prosesi 

zamanı), vəsait mənbəylərini  əldə edilməsinə, informasiyaya imkan yollarının 

çətinləşdirilməsinə, ailədə iş və boş vaxtın bərabər bölünməsinə xüsusi diqqət yetirərək 

qender bərabərsizliyinin iqtisadi mexanizmini öyrənir. İqtisadiyyatın qender aspektlərinin 

tədqiqatı müxtəlif cərəyanlar nöqteyi nəzərindən aparılır, məsələn, marksizm, 

institusionalizm, neoklassik nəzəriyyəsi. 

Qender problematikası ilk dəfə olaraq XIX əsrdə marksist iqtisadi nəzəriyyəsi 

çərçivəsində qaldırılmışdır. Onların bu problemə olan mövqeyi F.Engelsin «Ailənin, 

xüsusi mülkiyyətin və dövlətin mənşəyi» adlı  əsərində daha ətraflı ifadə edilmişdir. 

Engels qadınların islahedici əməyindən, sənaye istehsalından bəhs edərək, bunları 

qadın azadlığının ilk şərtlərindən biri hesab edir. Tarixin müxtəlif dövrlərində ailənin 

təkamülünü gözdən keçirərək Engels qeyd edir ki, ailə xaricində baş verən  əmək 

bölgüsü qadının evdə kölə halına salınmasına  şərait yaradır. Burjua ailəsini təngid 

edərək marksizmin baniləri belə  qənaətə  gəlir ki, ailə bir tərəfdən ailəni dolandıran 

yeganə kişi hakimliyinə, o biri tərəfdən isə iqtisadi cəhəddən onlardan asılı olan 

qadınların açıq və ya gizli şəkildə evdə  əsarət altına alınmasına  əsaslanır. Sinfi 

cəmiyyətdə qadın istismarının səbəb və formalarını kapitalizmin iqtisadi fundamenti ilə 

əlaqələndirirlər, onlarıın azadlığını isə antaqonist cəmiyyətin məhv olunmasında 

görürlər. 

Bütövlükdə marksist paradiqma çərçivəsində qender aspekti tabelik yerini tutur. 

Faktiki olaraq marksizm qadın probleminin həllinə ideoloji nöqteyi nəzərindən yanaşır: 

kapitalizm olmasa, qadın istismarı mümkün deyil. 

Neomarksist feminist nəzəriyyələrdə əsas diqqəti cəlb edən məsələlər: kapitalizm 

və qadın istismarı; patriarxat və qadın istismarı; qadın istismarında patriarxatın və 

kapitalizmin qarşılıqlı əlaqəsi. 

Radikal feinizmin əksər nümayəndələri hesab edir ki, qadınların  əsarət altına 

alınması insanlar arasında olan istismarın ən çox yayılmış və kök salmış formalarından 

biridir. Bu problemin əsası ailədə qoyulur, kapitalizm isə bu ilk istismara əlavələr edir. 

Sosialist feminstlər «əbədi suala» çevrilən qadın istismarının səbəb və 

mexanizmlərinə cavab verməyə çalışırlar. Ümumi ideya altında bir neçə konsepsiyanı 

birləşdirən iki sistem nəzəriyyəsi daha çox tanınmışdır: marksizm və feminizm 

tərəfindən kapitalizm və patriarxat müstəqil istismar strukturu kimi gözdən keçirir. Bu 

cərəyanın nümayəndələrinin fikrincə kapitalizm bazar iqtisadiyyatında yalnız dəyərli 

hesab edilən  əməyi qiymətləndirir, bazar yolu ilə  dəyəri müəyyən edilməyən  əmək isə 

(məsələn uşaqların tərbiyyəsi) nəzərə alınmır. Nəticədə kapitalizm cəmiyyətində qadın 

əməyi sosial cəhətdən əhəmiyyətsiz və ikinci dərəcəli hesab edilir. Patriarxat isə kişilərin 

reproduktiv funksiya, qadınların işi və seksual davranışı üzərində olan nəzarətinə 

əsaslanır. Patriarxat və kapitalizm sıx  əlaqəlidir, lakin aparıcı rolu kapitalizm oynayır. 

Patriarxal fəhlə sinifini cinsi əlamətinə görə bir-birinə qarşı duran iki qrupa parçaladığı 

üçün kapitalizmə qarşı funksional yük daşıyıcısıdır. 

Mahiyyətinə görə bu görüşlər marksizmə çox yaxındır. Müasir cəmiyyətdə 

qadınların asılılıq vəziyyəti probleminin həlli ictimai quruluşda  əsaslı  dəyişiklikləri 

nəzərdə tutur. Neoklassik nəzəriyyəsi çərivəsində ev təsərrüfatının səmərəli funksiyası, 



 

 

ailədə qəlir bölgüsü, əmək bazarında diskriminasiyanın səbəbləri və s. kimi problemlər 



əks etdirilmişdir. 

İnsanın kapitalı anlayışından neoklassik nəzəriyyədə istifadə edildiyi üçün ailədə 

qender təqsiri yeni interpretasiyada qəbul olunur. Tam mənası ilə bu insanın bütün ömrü 

boyu topladığı  həyat təcrübəsini  əhatə edir. Cinslər arasında kapitalın toplanma 

rejimində  fərq  əmələ  gəlir və bu faktor sosializasiyaya səbəb olur, yəni müəyyən tipli 

kapitalın yığılmasına. Qadınlar üçün bu fərqlər həm bioloji, həm də sosial təbiətlidir. 

Ər-arvadın hər ikisinin ixtisas fəaliyyəti kapital yığımına səbəb olursa ailə üçün 

görünür ki bu daha sərfəlidir. Nəzərə alınsa ki, qadınların  əmək haqqı kişilərdən fərqli 

olaraq aşağıdır, lakin ev işlərində onların əməyi müqayisədə çox böyükdür, belə halda 

kişinin bazar sektorunda, qadının isə ev təsərrüfatı ilə  məşğul olması ailənin rasional 

strategiyası kimi qiymətləndirilə bilər. 

Liberal iqtisadi nəzəriyyənin qender problemi ilə məşğul olan vacib sahələrindən 

biri  əmək iqtisadiyyatıdır. Qender bərabərsizliyi probleminin izahı üçün məşğulluq 

sahəsində  ən  əsas anlayış diskriminasiya anlayışıdır. BMT Konvensiyasının qadınlara 

qarşı bütün diskriminasiya normaları haqqında olan I maddəsində qeyd olunur ki, cinsi 

mənsubiyyətə görə, izolyasiya, qadağan diskrimiansiyanın  əsas səbəbləridir. Nəticədə 

qadınların ailədə tutduğu vəziyyətindən asılı olayaraq siyasi, iqtisadi, sosial və s. 

sahələrdə hüquqların reallaşması məhduddur və yaxud tamamilə pozulur. 

Məşğulluq sahəsində diskriminasiyanın iki növünü fərqləndirirlər:  əmək haqqına 

görə diskriminasiya – kişi və qadın arasında dəyərcə eyni zəhmətin bərabər 

qiymətləndirilməsi; sənət seqreqasiyası – qadınların peşə  və  vəzifələrə yiyələnməsi 

yolunda törədilən maneçeliklər. 

Liberal iqtisadi məktəb çərçivəsində diskriminasiya fenomeninə müxtəlif izahlar 

verilir. Onlardan ən əsasları:  

 



  səviyyəsinə görə üstün olduqda (qadınların iş verən adam tərəfindən 



diskriminasiyaya məruz qalması); 

  statistik diskriminasiya qabaqcadan əmələ gəlmiş statistik yalnış fikrə əsaslanır, bəzi 



qadınların keyfiyyətləri və xarakteristikaları bu cinsin bütün nümayəndələrinə aid 

edirlər; 

  əmək bazarının monopol strukturu tərəfindən həyata keçirilən diskriminasiya. 



 

İlk növbədə cinsi mənsubiyyətə görə açıq diskriminasiyanın səbəbini  əmək 

bazarında istehlakçının, İş verənin qabaqcadan əmələ gəlmiş yalnış fikri ilə izah etmək 

olar.  İş verənin bir hissəsi işə götürərkən bəzi demoqrafik və etnik qrupların 

nümayəndələrinə qarşı diskriminasiya tətbiq edirlər. Onu qane edən, simpatiya bəslədiyi 

bir qrup işçilərə daha yüksək  əmək haqqı  təklif edir. Nə  qədər ki, cinsi mənsubiyyətə 

görə diskriminasiyaya yol verilir, bir o qədər də qadın və kişinin əmək haqqında böyük 

fərq mövcud olacaq. 

İnstitusionalizm çərçivəsində iqtisadiyatın qender probleminin ənənəvi 

öyrənilməsi bu cərəyanın görkəmli nümayəndəsi T.Veblenin adı ilə bağlıdır. O, 

qadınların iqtisadi rolunun tarixi təkamülünü təhlil edərək, üç ardıcıl dövrü fərqləndirir: 

 

1. qadın kişi tərəfindən hasil edilir; 



2. qadın öz sahibi üçün istehlak nemətlərinn istehsalçısı kimi,  

nəhayət;  

3. qadın kişinin müvəffəqiyyəti və dövlətinin nümayiş obyekti kimi. 

 

T.Veblen qeyd edir ki, müasir cəmiyyətdə kişinin sosial statusunun daha effektiv 



nümayişi arvadının istehsal edici fəaliyyətdən nə  dərəcədə azad olunması ilə bağlıdır. 

Qadının evdə gördüyü işlərin çox növü həyat təminatı prosesində real iqtisadiyyatın bir 




 

 

hissəsi kimi qəbul edilir. Halbuki kişilərin bazar fəaliyəti (məsələn, maliyyə  fırıldağı) 



cəmiyyət üçün tez-tez israfçılığa gətirib çıxarır. 

Bütövlükdə 80-ci illərdən başlayaraq iqtisadiyyatın qender problemlərinin 

təhlilində müxtəlif cərəyanların nümayəndələri, o cümlədən feminist oriyentasiyalı 

tədqiqatçılar arasında ümumi fikir formalaşır. Bu ənənə qender problemlərinin elmdə və 

təcrübədə həll olunmasına köməklik edir. 

 

2. Qadınlar cəmiyyətin sosial trasformasiya şəraitində  

XX  əsrin son onilliyində qadınların iqtisadi və siyasi həyatda fəaliyyəti 

gücləndirilmişdir. Elektoratı daha çox qadınlar təşkil etdiyi üçün, onlar seçkilərə böyük 

təsir göstərir. Toplanmış  təhsil potensialı qadınların mühüm müvəfəqqiyyəti kimi 

qiymətləndirilə bilər.  İnkişaf etmiş dövlətlərdə qadınlar təhsil səviyyəsinə görə çox irəli 

getmişdir və  şübhəsiz ki, bu onlarn informasiya texnologiyasına  əsaslanan 

cəmiyyətlərdə lazımlı olmasına imkan yaradır. 

Eyni zamanda, hətta yüksək dərəcədə inkişaf etmiş dövlətlərdə qadınların orta 

əmək haqqı kişilərin maaşının təxminən 3/4 hissəsini təşkil edir (əsasən, ABŞ-da 1998-

ci ildə – 76%). Qadınların siyasi və iqtisadi həyatda iştirak dərəcəsinin  ən yüksək 

göstəricisi, başqa dövlətlər ilə müqayisədə, İsveçrədədir. Lakin burada da onlar əsasən 

əmək haqqı aşağı olan dövlət sektoruna cəlb olunurlar. 

80-90-cı illərdə bütöv bir regionun əmələ  gəlməsi (iqtisadiyatı keçid dövrünü 

yaşayan 27 dövlət), transformasion proseslər qadınların vəziyyətini daha da ağırlaşdırır. 

BMT 1999-cu il inkişaf proqramında bəşəriyyətin inkişafı məruzə toplusunda qadınların 

yaşayış  səviyyəsinin aşağı düşməsi bazar islahatının neqativ sosial nəticəsi kimi 

qiyətləndirilmişdir. Keçid dövründə siyasi, iqtisadi, sosial sahələrdə qender 

bərabərsizliyinin güclənməsi geriyə addım deməkdir. Demokratik cəmiyyətin 

yaranmasının paradoksu ondan ibarətdir ki qadınlar ictimai həyatdan sıxışdırılıb 

çıxardılmışlar. Baxmayaraq ki demokratik inqilabların başlanğıc mərhələlərində qadınlar 

yüksək fəaliyyət göstərir, lakin tez bir zamanda onlar siyasətdən uzaqlaşdırılmışlar. 

Bazar islahatının ilk illərində qadın probleminə olan ideoloji nöqteyi nəzər və 

qadın obrazına olan kütləvi informasiya vasitələrində münasibət dəyişdirilmişdir. Söhbət 

qadınların cəmiyyətdə roluna olan patriarxat görüşlərinin gücləndirilməsidən gedir. Bu 

özünü aşağıdakı ənənələrdə büruzə verir: 

 

- ailədə  ənənəvi rol bölüşdürülməsi bərpa olunur və möhkələndirilir. Həyatını ailəyə 



sərf edən qadınlara yüksək ictimai qiymət verilir. Əslində bu qadınların istehsal 

sahəsində  həddindən artıq məşğulluğuna  əks cavabdır və ailə meyyarlarının 

əhəmiyyətli olduğunu sübüt edir; 

- qadınların reproduktiv hüquqları və onların cəmiyyətdə yerinə ənənəvi dini görüşlər 

bərpa olunur, dinin nüfuzu artır; 

- qadın-ana rəmzi milli siyasətin alətinə çevrilir, doğum sayının artımı millət üçün 

mühüm əhəmiyyətli hesab olunur; 

 

Lakin sosial siyasətdə, təhsil sahəsində aparılan dəyişikliklər qadınlar üçün 



əlverişli olmuşdur. Uşaq təsisatlarının və  məişət xidmətləri sahələrinin kəskin sürətdə 

azalması qadınların yükünü ağırlaşdırır, və ailə funksiyalarının yerinə yetirilməsi üçün 

daha çox vaxt sərf etməyə vadar edir. Keçid dövründə qadınların vəziyyətinin 

ağırlaşmasının dərəcəsi və xüsusiyyətləri müxtəlif faktlarla bağlıdır. 

İqtisadiyyatın zəifləməsi bütün əhalinin həyat səviyyəsinin aşağı enməsinə səbəb 

olmüşdür. Kütləvi işsizlik, yoxsulluğun artması,  əldə olunan gəlirin differeniyasının 

dərinləşməsi. Sosial təminat sisteminin məhv olunması, keçid dövrünün iqtisadiyyatı 

üçün mövcud hall kimi qəbul edilir, lakin bu problemlərə  hər zaman müxtəlif dərəcəli 




 

 

kəskinlik məxsusdur. Həyat səviyyəsinin aşağı enməsi seçilmiş islahat modeli və 



dövlətin xüsusiyyətləri ilə deyil, sosial inkişafının dərəcəsi ilə bağlıdır. 

Avropanın Şərq dövlətlərində qadın məşğulluğu sahəsində gedən proseslərə bir 

sıra neqativ ənənələr məxsusdur. 

 

- uzun 



müddətli işsizliyin artması (bir ildən artıq), xroniki işsizlər siyahısında qadınların 

sayı çoxalır; 

- qadınların əmək yükü böyüyür; 

- maliyyə  çətinlikləri  şəraitində ailə bütün üzvlərinin gəlirinə ehtiyac duyur, ona görə 

də, bütöv iş rejimi saxlanılması şərti ilə, qadınlar işə düzəlmək üçün səy göstərirlər. 

Eyni zamanda uşaq təsisatlarının azalması, məişət xidmətlərinin bahalaşması, az 

gəliri olan ailələrdə ev işlərinin yerinə yetirilməsində yükü ağırlaşdırır; 

- peşə seqreqasiyası saxlanılır. 

 

Beynəlxalq tədqiqatlarda onun miqyasının qender tarazlığına nail olmaq üçün 



peşəni dəyişməli olan qadın və kişi arasında nisbəti ölçən xüsusi göstərici müəyyən 

edir. Hesablamalar onu göstərir ki, Polşada hər sənətdə qender nümayəndəliyini 

bərabərləşdirmək üçün 45%, Çexiya respublikasında 32% kişi və yaxud qadın öz 

sənətini dəyişdirməlidir. Avropanın başqa mərkəzi  Şərq dövlətlərində  də  təxminən bu 

cür göstəricilər mövcuddur. 

İşə götürülərkən açıq şəkildə qadın diskriminasiyası müşahidə olunur. 

90-cı illərin ikinci yarısında Avropanın bütün mərkəzi Şərq dövlətlərində əhalinin 

sosial müdafiəsi sistemində aparılan islahatlar qadın məşğulluğuna mənfi təsirini 

göstərmişdir. Sosial islahatlar iqtisadi və sosial problemlərin həll edilməsinə 

yönəldilmişdir, lakin onların  ən başlıca məsələsi sosial sistemin effektivliyini 

gücləndirməkdir, bu isə  məşğulluğun rasionalizasiyasına və  işçi qüvvəsinin 

sıxışdırılmasına gətirib çıxarır. 

Qeyd etmək lazımdır ki, bazar islahatları  nəticəsində qadınların işlə  təmin olma 

problemlərinin həll edilmə imkanları genişləndirilmişdir, ilk növbədə bu sürətlə inkişaf 

edən fəaliyyət növləri ilə bağlıdır. Məsələn, mehmanxana və restoran təsərrüfatı, turizm 

və sosial xidmət. Bundan əlavə  məşğulluğ formalarının müxtəlifləşməsi, kiçik 

müəssisələrin yaranması alternativ imkan yaradır. Kiçik sahibkarlığın inkişafı Avropanın 

mərkəzi Şərq dövlətlərində qadınların məşğulluq probleminin həllinə öz müsbət təsirini 

göstərmişdir. 

Son on illikdə iqtisadiyyatı keçid dövrü yaşayan Rusiyada qender bərabərsizliyi 

gücləndirilmişdir. Bunu məşğulluq sahəsində gedən dəyişikliklər subut edir. Məşğulluq 

strukturunda cinsi mənsubiyyətə görə olan say dəyişiklikləri əmək bazarının ən ümumi 

xüsusiyyətidir.  Əhalinin məşğulluğu 90-cı illərin sonunda 11,68 mln. nəfər adama kimi 

azalmışdır. Bu prosesdə qender assimetriyası özünü çox aydın göstərir, çünki 

qadınların ixtisara salınması, kişilərdən fərqli olaraq 2 qat sürətlə gedirdi. İşsizlər 

siyahısında qadınlar 70% təşkil etmişdir. 

Rusiyada qadın və kişi işsizliyinə müəyyən fərq mövcuddur. Kişilərin əksəriyyəti 

tez bir zamanda özünə yeni bir iş tapır, qadınlar isə ictimai istehsaldan ayrıldıqda, çox 

zaman həmişəlik işsiz qalır. Qadınlar iqtisadi cəhətdən passiv əhalini təşkil edir, kişilər 

isə işsizlər inteqrasiyası alır. 

İşsizlik özünü məcburi natamam məşğulluqda da büruzə verir. Rusiya 

Federasiyasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə müdiriyyətinin 

təşəbbüsü ilə iş rejimi normadan az olan işçilərin sayında qadınlar 61% təşkil edir. 

Kişilərdən fərqli olaraq qadınlar ev təsərrüfatı ilə  məşğul ola bilərlər. Lakin 

yaşayış  səviyyəsi aşağı olması ilə  əlaqədar, ailə büdcəsini artırmaq üçün. Qadınlar 

işləmək məcburiyyətindədir. 




 

 

Əmək gəlirinin qender bölüşdürməsi qadınların öz əmək haqqı almasından sübüt 



edir. Məsələn Sankt-Peterburqda ki göstəricilərə görə qadınların orta əmək gəliri kişi 

gəlirinin 63%-ini təşkil edir. Bu isə  əsasən az maaşlı  iş yerlərinin feminizasiyası ilə 

bağlıdır. Yoxsulluq göstəricilərinə görə işləyən qadınların sayı kişilərdən 20-23% çoxdur. 

Əhalinin rifah halının aşağı  səviyyəsinin təhlili onu göstərir ki, qadınların müdafiə 

olunmasına  ənənəvi yoxsulluğun faktorları  təsir ediir, məsələn natamam ailələrdə 

yoxsulluq səviyyəsi tam ailələrlə müqayisədə iki qat artıqdır. Belə ailələrin müdafiə 

olunmaması tənha anaların sosial təminatının zəiflənməsi ilə əlaqədardır. 

Azərbaycan keçid dövrü şəraitində olduğu üçün qadınların vəziyyəti nəzərə 

çarpacaq dərəcədə pisləşmişdir. Müasir dövrdə iqtisadi cəhətdən fəal  əhalinin 22,1% 

qadını işsizdir. Son on ildə işsiz qadınların sayı 10 dəfə artmışdır. Qadınların yüngül və 

yeyinti sənayəsinə cəlb olunması hədsiz dərəcədə azalmışdır. 

İntellektual və bazar fəaliyyəti ilə bağlı olan sahələrdən qadınların sıxışdırılıb 

çıxardılması tendensiyası əmələ gəlmişdir. 

Özəlləşdirmə prosesində kişi və qadınların bərabər hüquqlu iştirakının nəzərə 

alınmasına baxmayaraq, şəxsi mülkiyyətin 90%-i kişi  əhalisinin  əlində  cəmlənmişdir. 

Qeydiyyata alınmış kiçik müəsisələrin yalnız 7%-inə qadınlar rəhbərlik edirlər. Bundan 

başqa, təyin olmuşdur ki, qadınların 86%-i ümumiyətlə  şəxsi mülkiyyət  əldə etməkdən 

imtina edirlər. Bunun əsas səbəbi isə zəruri olan əsas kapitalın alınması, şəxsi biznes 

ilə məşğul olmaq üçün biliklərin kifayət qədər olmaması, müflisləşmək qorxusu və s. ilə 

əlaqədar olmuşdur. 

Məlum olduğu kimi, qadınların gəlirləri üç müxtəlif mənbələr ilə  sıx  şəkildə 

əlaqədardır: kişinin gəlirinin  əlçatan olması;  əmək bazarının və dövlətin sosial təminat 

proqramının  əlverişli olması. Qaçqınların  əksəriyyəti bu gəlir mənbələrini biri birinə 

uyğunlaşdırırlar, yəni gəlirlərin qloballaşdırılası həyata keçirilir. Lakin bu mənzərə daha 

çox  Şimalın sərbəst qadınları üçün xarakterikdir. Azərbaycan kimi cənub ölkələrində 

yaşayan qadınlar isə  hər hansı bir gəlir mənbəyindən istifadə etmək hüququndan 

məhrumdurlar. 

İslahatlardan  əvvəlki dövr və sosial dəyişiklik  şəraitində kişi və qadınların sosial 

cəhətdən hərəkət etməsində fərqlər meydana çıxır. Sosial hərəkət etmə – hər hansı bir 

sosial və ya statuslu dəyişilikləri özündə  əks etdirən geniş anlayışdır. Sosial 

yerləşdirmənin qiymətləndirilməsinin müxtəlif meyarları  fəaliyyət göstərir; nüfuz 

meyarları, yəni iqtisadi şəraitə uyğunlaşmasının səviyyəsi və ya sadəcə olaraq vəzifə 

statusunun yüksək həddə çatdırılması. Sosial-peşəkar hərəkət etmənin istiqamətlərinin 

təhlil olması üçün kişi və qadınların vəzifə üzrə yerləşdirilmələrini, təşkil və ixtisas 

səviyyəsini  əmək həyatı  ərzində  nəzərə almaqla, «əmək karyerasının tipi» adlanan 

göstəricidən isifadə etmək mümkündür. Peşəkar karyera növbəti növlərə ayrılır: azalan, 

üfiqi, az inkişaf edən və yüksələn. Hərakatın müsbət istiqaməti iki əsas meyarlar ilə 

müəyyən edilir – təhsil və ixtisas səviyyəsinin artması  və eləcə  də  qərarların qəbul 

olunmasında hüquqların genişləndirilməsinə  və  məsuliyyətin artmasına  şərait yaradan 

vəzifə üzrə olan yerdəyişmələr. 

«Azalan karyera» növünə  işin itirilməsi (işsizlik), işdən könüllü şəkildə azad 

olmaq və yüksək ixtisaslı mütəxəssisin az ixtisaslı  işə keçməyi daxildir. Bu sosial 

yerdəyişmələr cəmiyyətin daha da ixtisaslı kadrlarının qeyri-ixtisaslaşmasına səbəb ola 

bilər. 


Karyeranın «üfiqi» növü isə təhsilin artırılması ilə əlaqədar olmayan bütün sosial-

peşəkar yerdəyişmələri  əhatə edir. Bura həmçinin işçinin peşəkar xüsusiyyətlərində 

dəyişikliklərin baş verəməsi halları da daxildir. 

Karyeranın üçüncü və dördüncü növü müsbət olan status dinamikasını ifadə edir. 

Bura daha yüksək olan təhsil və ixtisasın əldə edilməsi, yüksək vəzifə statusunun əldə 

olunması daxildir. Karyeranın bu növü həmçinin öz ixtisası üzrə maksimal səviyyəyə 

çatan işçiləri də əhatə edir. 



 

 

Karyeranın ayrılmış növ və meyarları  şərti olsalar da, onlar kişi və qadınların iş 



karyerasının islahatlara qədər qiymətləndirilməsinə  şərait yaradırlar. Bu tədqiqatlar 

Rusiya Elmlər Akademiyasında həyata keçirilmişdir. Burada 1989-1998-ci illərdə 

sosioloji sorğuya cəlb olunan şəhər  əhalisinin rəyi nəzərə alınmışdır. Nəticələrdən 

məlum olduğu kimi hətta islahatlardan əvvəlki dövrdə belə qadınların sosial cəhətdən 

hərəkat etməsi kişilərə nisbətən geri qalmışdır. Müsbət və  mənfi hərakatın arasındakı 

fərq kimi hesablanan hərəkətetmənin ümumi saldosu (qalığı) kişilərin 53,5%, qadınların 

isə  18% təşkil etmişdir. Bu isə qadınların karyerasının üfiqi növünə aid olmasını  və 

onların peşəkar statusunun səviyyəsinin aşağı olmasını sübut edir. Qadınların 

əksəriyyətinin peşəkar bilikləri  əldə etməsi analıq funksiyasının yerinə yetirilməsi 

dövrünə təsadüf edir. 30 yaşına qədər olan kişi və qadınlar arasında nigahın pozulması 

6 dəfə artmışdır. 

Sosial islahatlar kişi və qadınların  əmək karyerasının dinamikasında nə kimi 

dəyişikliklər etmişdirlər? Yeni tendensiyalara qadınların sosial cəhətdən hərəkət 

etməsinin mənfi saldosu aiddir. Bu dəyişikliklər müxtəlif dinamikanın baş verməsinin 

nəticəsidir. Bu zaman qadınların karyerasının payı müsbət olan sosial yerdəyişmənin 

azalmasına hesabına artmışdır. 

Qadınların sosial-iqtisadi vəziyyətinin müdafiə olunmaması 

əmək 


münasibətlərinin hüquq sisteminin təkmilləşdirilməsinə  əsaslanmışdır. Məhz məhkəmə 

və  həmkarlar sistemi zəif olduğuna görə  də qadınlar iş verən  şəxslərin özbaşnalığı 

prosesində acizdirlər. Bu sahədə baş verən dəyişikliklərin vektoru dövlətin tənzimləyici 

rolunun azaldılmasını  və müqavilə münasibətlərinin inkişaf etməsini nəzərdə tutur. 

Əmək qanunvericiliyinin sosial cəhətdən müdafiə olunmuş istiqaməti «maraq balansı» 

ideyası ilə qarşılıqlı şəkildə əlaqədə olur. 

Ümumilikdə iqtisadi enmə və qeyri stabillik yoxsulluğun miqyasını artırmışdır. Bu 

şəraitdə yaşayan 1 milyard insanın əsas hissəsini qadınlar təşkil edir. Bununla əlaqədar 

olaraq qadınların sosial-iqtisadi vəziyyəti beynəlxalq təşkilatların əsas diqqət obyektinə 

çevrilmişdir. BMT tərəfindən qəbul olunmuş  və keçid iqtisadiyyatı olan ölkələrdə 

yaşayan qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən proqrama aşağıdakılar 

daxildir, iqtisadi imkanın genişləndirilməsi və qadınların hüququnun realizə olunması; 

iqtisadi savadın artırılması: bazarda bərabər imkanların təmin olunması; qadın 

təşkilatlarının potensialının artırılması; qadınların hüquq bərabərliyinin əldə olunmasına 

yönəldilən müvafiq qanunvericilik və  təsirat  şərtlərinin formalaşması; hakimiyyət 

orqanlarında nümayəndəliyin artırılması. 

 

3. İnkişaf etmiş ölkələrdə qadın məşğulluğunun xüsusiyyətləri 

Avropanın Qərb dövlətlərində baş verən qender dəyişikliklərinin  ən vacib hisəsi 

qadınların ümumi əmək məşğulluğunun artmasında özünü göstərən  əməyin qender 

bölgüsüdür. Əlbəttə, məşğulluq sahəsində qadınların davranışı üçün institusional şərait 

mühüm  əhəmiyyət kəsb edir. Lakin bu davranışı qadınların yalnız dövlətin apardığı 

siyasətə qarşı olan reaksiyası kimi qiymətləndirmək düzgün deyil; mədəni meyarları da 

mütləq nəzərə almaq lazımdır. Ona görə  də Avropanın qərb dövlətlərində qadınların 

ailəyə, öz işinə münasibətində ümumi bir hərəkət modeli yoxdur. Qadınların sosial 

təcrübəsinə hakım meyarların,  əməyin «düzgün» qender bölgüsü ideallarının ciddi 

təsirini inkar etmək olmaz. 

Qadınların işçi qüvvənin tərkibinə  cəlb olunmasında dini və ideoloji görüşlər 

mühüm faktorlardır. Məsələn, işləyən qadınların sayının artması  və protestantizmin 

yayılması arasında müsbət korrelyasiya müəyyən edilmişdir. Bu protestant dinində ailə 

institutunun roluna və qadının evindən kənar  əmək fəaliyyətinə  dərin kök salmış 

təsəvvürlərindən irəli gəlir, halbuki katoliklərin qadınların ödənişli  əməyinə münasibəti 

neqativdir. Katolisizm yayılmış dövlətlərdə, məsələn  İrlandiyada sentrist partiyaları 




 

 

dövlət siyasətinin formalaşmasında qender məsələləri üzrə konservativ ideyaları həyata 



keçirirlər. Bu dövlətin ailə, vergi, təhsil sahəsində apardığı siyasətə aiddir. 

Katolisizm hökmranlıq etdiyi dövlətlərlə müqayisədə «sol» hökumətli dövlətlərdə 

ailə siyasətinə liberal nöqteyi nəzərindən yanaşırlar, məsələn qadın məşğulluğunun 

artması üçün qüzəştli vergi qoyulur. Vergi qanunvericiliyi qadınların  əmək fəaliyyəti ilə 

məşqul olmasında maneilik törədən faktor kimi çıxış edə bilər. Bu gün yanaşma 

İrlandiyad, İtaliyada qadınların işçi qüvvənin tərkibində az olmasının səbəbini anlamaqla 

köməklik edir. 

Bütövlükdə qadınların bazar münasibətləri şəraitində işçi qüvvə kimi çıxış etməsi 

məsələlərində sosial-demokratların və katoliklərin görüşləri bir birinə ziddir. Qadınların 

siyasətdə  iştirak etməsi onların iqtisadi vəziyyəti ilə bağlı olduğu üçün, bu dövlətlərin 

parlamentində təmsil olunması məhdudlaşdırılmışdır.  

Qərbi Avropada baş verən qender dəyişikliklərinin  əsas hissəsi ölkələrdə 

yaşayan qadınların  əmək məşğulluğunu ifadə edən  əməyin qender üzrə 

bölüşdürülməsindən təşkil olunmuşdur.  Əlbəttə, təsisat üzrə olan şərtlər qadınların 

məşğulluq sahəsində olan davranışı üçün xüsusi əhəmiyyətə malikdir. Lakin bu 

davranışı yalnız dövlətin siyasətinə olan reaksiya kimi nəzərdən keçirmək olmaz, o 

həmçinin mədəni dəyərlər ilə də sıx şəkildə əlaqədardır. Məhz buna görə də qadınların 

ailəyə olan münasibəti üzrə istiqamətlərinin bir cinsli modeli yoxdur. Bu səbəbdən 

qadınların sosial təcrübəsinə hakim dəyərlər ciddi şəkildə təsir göstərir. 

Dini və ideoloji nöqteyi nəzərlər qadınların işçi güvvəsinin tərkibinə daxil 

edilməsini ifadə edən əsas amillərdir. Məhz bu nöqteyi nəzərlər vasitəsilə geniş şəkildə 

yayılmış protestantizm və  işləyən qadınların sayının artması arasında müsbət 

korrelyasiya aşkar edilmişdir. Bunu protestant dinində  dərin  şəkildə kök salmış 

qadınların evdən xaricdə olan əməyi haqqında təsəvvürlər də sübut edir. İrlandiya kimi 

katolik ölkələrdə sentrist partiyalar dövlət siyasətinin formalaşması zamanı katolizmin 

mühafizəkar quruluşunun tərəfdarları kimi çıxış edirlər. Bura dövlətin ailə, vergi 

qoyuluşu və təhsil haqqında olan siyasəti daxildir. 

Katolisizm hakim mövqe tutduğu ölkələrə zidd olaraq «sol» hökumətin mövcud 

olduğu dövlətlər ailə siyasəti üzrə daha liberal nöqteyi nəzərləri dəstəkləyirlər. Onlar 

qadın məşğulluğunun guzəştli şəkildə olan vergi qoyuluşu hesabına artması fikrini irəli 

sürürlər. Vergi qanunvericiliyi həmçinin qadınların ödənişli fəaliyyət növü ilə  məşğul 

olmasına mane olan amil kimi də  iştirak edə bilər. Bu üsul qadınların  İrlandiya və 

İtaliyada işçi qüvvəsi tərkibində olan yerini izah etməyə şərait yaradır. 

Ümumilikdə isə qadınların işçi qüvvəsi bazarında iştirak etməsinə dair olan 

sosial-demokrat və katolik nöqteyi nəzərlər ziddiyyət təşkil edirlər. Qadınların siyasətdə 

işirak etməsi onların iqtisadi vəziyəti ilə  əlaqədar olduğundan qadınların parlamentdə 

olan nümayəndəliyi məhdudlaşdırılmışdır. 

Qadınların sosial təcrübəsinin kross-milli fərqləri qender quruluşuna  əsaslanır. 

Əməyin qender üzrə bölüşdürülməsi və onların təcrübi şəkildə həyata keçirilməsi onların 

konkret olan qender quruluşu ilə birləşdirilməsi zamanı qender quruluşunu  əməyin 

qender üzrə bölüşdürülməsi ilə  əlaqədar olan mədəni dəyərlər və ideallar üzrə  təsvir 

etmək mümkündür. Qender mədəniyyətini növbəti modellərə ayırmaq olar: 

 



Kişi və qadınların  şəxsi ev təsərrüfatında  əməkdaşlığına  əsaslanan ailə 



iqtisadiyyatının qender üzrə olan modeli. Uşaqlar ailənin iqtisadi müəssisəsinin 

üzvləri hesab edilirlər. Ev iqtisadiyyatı  çərçivəsində  əməyin qender üzrə 

bölüşdürülməsi də  həyata keçirilə bilər. Bu model əvvəlllər Avropanın aqrar 

ölkələrində geniş şəkildə yayılmışdı.  

Ailəni dolandıran kişi və qadın modeli. Bu model cəmiyyətin xüsusi və kütləvi sahəyə 



bölüşdürülməsi ideyasına uyğundur. Bəhs edilir ki, kişi və qadın bir birini tamamlayır 

və bu sahələrdən biri üzrə  səlahiyyətli olurlar. Bu model mədəni səviyyəyə görə 




 

 

sənaye cəmiyyətinə keçid şəraitindən sonra Qərbi Avropanın bir sıra ölkələrində 



fəaliyyət göstərir və sonra da İrlandiya kimi ölkələrdə qorunub saxlanılmışdır; 

 Ailəni dolandıran və ailə başçısı olan kişi və müəyyən qədər evdar olan qadın 



modeli. Bu ailə başçısı olan kişinin modernləşdirilmiş variantıdır. Fəal analıq 

mərhələsində tam olmayan iş gününün uşaqlara qulluğun göstərilməsi ilə 

uyğunlaşması  işləyən ana üçün əlverişli hesab edilir. Model mədəni səviyyədə, 

məsələn, Qərbi Almaniya və Böyük Britaniyada üstünlük təşkil edir. 

Dövlətin uşaqlara xidmət göstərməsi zamanı ailəni dolandıran iki şəxs modeli. Bu 



model hər iki cinsin məşğulluq sisteminə keçməsi ideyasına uyğundur. Həm qadın, 

həm də kişi özü və öz uşaqlarının gəlirini təyin edən şəxslərdirlər. Lakin bu zaman 

uşaqlara qulluğun göstərilməsi nəinki ailə, hətta dövlətin vəzifəsi hesab olunur. 

Skandinaviya ölkələrinin qender üzrə olan mədəniyyətinin  əsas modeli bu modelə 

daha yaxındır. 

Ailəni dolandıran iki şəxs / iki evdar şəxsin modeli. Model hər iki qenderin cəmiyyətə 



daxil edilməsini  əks etdirir. Digər modellərdən fərqli olaraq, uşaqların tərbiyə 

olunması ailənin  əsas vəzifəsi hesab edilir. Əsas ideya: ev iqtisadiyyatı, ev işi və 

muzdlu işdən ibarətdir. Bu modeldə ev əməyi ya ailə üzvlərinin əmək haqqı şəklində, 

ya da ki, dövlətin transferlər sistemi vasitəsi ilə ödənilməlidir. Bu model Almaniya 

mədəniyyətində üstünlük təşkil edir. 

Ailəni dolandıran iki şəxs / muzdlu evdar qadının modeli. Model kişi və qadınların 



tam məşğulluğa cəlb olunması ideyasına  əsaslanmışdır. Ailə  uşaqlara qulluğun 

muzdlu şəkildə gətirilməsi və bu prosesin təşkil edilməsinə görə məsuliyyət daşıyır. 

Bu model daha çox Böyük Britaniya və ABŞ-da vüsət almışdır. 

 

50-60-cı illərdə Almaniya və Hollandiyada mövcud olan qender quruluşu evdar 



qadın və dolandıran kişi modelinə uyğun olaraq formalaşmışdı. Bu cəmiyyətin on illər 

ərzində modernləşdirilməsi qender mədəniyyətində  dəyişikliklərin baş verməsinə  şərait 

yaratdı. Bu proseslər bir tərəfdən ideologiyada bərabərlik ideyasında təzadların 

yaranmasına, digər tərəfdən isə ailədə qeyri bərabərliyin yaranmasına təkan verdi. 

Sosial faktorlar feminist hərakatın simasında ictimai diskursun inkişafına öz töhvələrini 

vermişdirlər. Qadınlar ana / işçi kimi həyatın hər iki sahəsini  əhatə edən yeniliyi 

formalaşdırmışdırlar. Qərbi Almaniyada yeni mədəni model hələ də ailə dolandıran kişi 

evdar qadın dualizminə  əsaslanmışdır. Hollandiyada isə ailəni dolandıran iki şəxs və 

evin iki sahibi modeli inkişaf etməkdə davam edir. Hər iki ölkədə tam olmayan iş günü 

anaların məşğulluğunun oxşar növü kimi nəzərdən keçirilir. Tam olmayan iş gününü 

ananın «mənəvi dilemmanı» həll etməsinə – özünü realizə etmək və uşaqlara xidmətin 

göstərilməsi arasında seçimi etməsinə şərait yaradır.  

Qender quruluşu güclü eqalitar ənənəyə  əsaslanan kənd ailəsi modeli üzrə 

formalaşan Finlandiyanın təcrübəsi də  əhəmiyyətli  şəkildə  fərqlənir. Qender quruluşu 

dövlətin uşaqlara xidmət göstərməsi ailəni dolandıran iki şəxs modeli üzrə inkişaf 

etməsidir. Tam olmayan iş günü isə  cəmiyyətdə öz tərəfdarlarını çox cuzi halda tapır. 

Uşaqlara cəmiyyətin təsiratı  tərəfindən qayğı göstərilməsi onların tərbiyəsi üçün daha 

yaxşı üsul hesab edilir. 

Beləliklə, qadınların  əmək bazarında iştirak etməsi qender mədəniyyəti və 

cəmiyyətin təsisat çərçivələrinin qarşılıqlı münasibətinin nəticəsidir. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1.  Бабаева  Л.В.,  Чирикова  А.Е.  Женщины  в  бизнесе //Социологические 

исследования, 1992, № 3 

2.  Дегтярь Л. Процесс трансформации и положение женщин //Вопросы экономики, 

2000, № 3 



 

 

3.  Мезенцева  Е.  Гендерная  экономика:  теоретические  подходы  /Вопросы 



экономики, 2000, № 3 

4.  Обеспечение  равенства  полов:  политика  стран  Западной  Европы  /под  ред. 

Гардинер/. – М., 2000 

5.  Прокофьева Л. и др. Профессиональная карьера мужчин и женщин // Вопросы 

экономики, 2000, № 3 

6.  Пфау-Эффингер  Б.  Опыт  кросс-национального  анализа  гендерного  уклада 

//Социологические исследования, 2001, № 11 

7.  Серегина  И.И.  Профессиональная  карьера //Социологические  исследования, 

1994, №4 

8.  Силласте  Г.Г.  Изменения  социальной  мобильности  и  экономического 

поведения женщин //Социологические исследования, 2000, № 5 

9.  Силласте  Г.Г.  Изменения  социальной  мобильности  и  экономического 

поведения женщин //Социологические исследования, 2000, № 5 

10. Смелзер Н. Социология. – М., 1994 

11. Теория и история феминизма. – Харьков, 1996 

12. Хинг  Р.,  Кесерди  У.  Корпорации  против  женщин // Социологические 

исследования, 1992, № 8 

13. Хоткина З. Новые тенденции занятости женщин. – М., 1992 



 

Document Outline

  • ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI

Yüklə 91,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə