Mövzu psixologiyada cins kateqoriyasi



Yüklə 171,02 Kb.
Pdf görüntüsü
tarix18.07.2018
ölçüsü171,02 Kb.
#56471


 

 

MÖVZU 1.



 PSİXOLOGİYADA CİNS KATEQORİYASI 

 

Məşğələnin planı 

 

1. Psixologiyada bioloji və sosial nisbətin tarixindən 

2.  Cinsi eynilik. Cinsdən asılı olaraq davranışın təbəqələşməsi 

3.  Qender rolu və qender sistemi 

4. Cinsi-rol stereotipləri. Normativ və informasiya təzyiqi 

5. Konformizm. İnternalizasiya. Eyniləşmə 

6. Sosializasiya amilləri. Differensial güclənmə və differensial modelləşmə 

 

Bütün dövrlərdə  və bütün mədəniyyətlərdə insan təsnifatının  ən geniş yayılmış 



üsulu onun kişi və qadına bölünməsidir. Cins insanın heç zaman yaddan 

çıxarmadığımız yeganə atributudur. Biz gözün və saçın rəngini, üzün cizgilərini, insanın 

əynindəki paltarı və üstündə hansı bəzək əşyasının olduğunu unuda bilərik. Lakin onun 

kişi yaxud qadın olduğunu heç bir vaxt yaddan çıxarmırıq. Son onilliklər ərzində insanlar 

kişi və qadın təsnifatına daha çox diqqət verməyə  və onun müxtəlif məna aspektləri 

barədə suallar verməyə başlamışlar. Bu suallar təkcə psixologiya və o cümlədən sosial 

psixologiyada deyil, həm də humanitar elmlərin digər sahələrində meydana çıxır. Həmin 

problemlə bağlı sosial psixoloqların fikri olduqca vacibdir, çünki onlar diqqəti 

davranışımızı «maskulin» yaxud «femin» kimi formalaşdıran norma və rollara yönəldir.  

Qadın və kişinin psixoloji xasiyyətnamələrindəki fərq bəlkə  də kişi başlanğıcının 

birinciliyini və üstünlüyünü sübut etmək məqsədi güdən alimləri həmişə 

maraqlandırmışdır, çünki qadının psixoloji xasiyyətnaməsi kişi alimləri tərəfindən 

diqqətəlayiq sayılmırdı. Mahiyyətjə müəyyən mənada qadının psixoloji əlamətlərinə 

toxunan ilk psixoloq-alim Avstriya psixoloqu, psixoanalizin müəllifi Ziqmund Freyd idi və 

o qadını yarımçıqlıq kompleksindən əziyyət çəkən, kişi cinsiyyət üzvləri arzusunda olan 

və ona həsəd aparan «alçaldılmış kişi» kimi təsvir edirdi. Sonralar Karl Qustav Yunq 

Animu kişi şəxsiyyətinin şüursuz qadın tərəfi, Animusu isə qadın şəxsiyyətində şüursuz 

kişi tərəfi  kimi  qeyd  edərək, heterogen şəxsiyyət strukturundan söhbət açır. Karen 

Horninin neofreydizmini qadın psixologiyasının rüşeymi hesab etmək olar. Karen Horni 

öz nəzəriyyəsində psixoanalizin irəli sürdüyü kompleksləri alt-üst edərək və 

psixologiyada sosiomədəni yanaşmanı inkişaf etdirərək, cinsi rolların formalaşmasında 

mədəniyyətin  əhəmiyyətinə diqqəti yönəltməklə qadının «inkişafdan qalmış kişi» kimi 

nəzərdən keçirilməsini ciddi tənqidə tutur. Alfred Adler, Erik Erikson, Bern Şon kimi bəzi 

Qərb psixoloqları da qadının psixoloji inkişafına müəyyən dərəcədə diqqət yetirirdi. 

Azərbaycan psixologiyasında professor Əbdül  Əlizadə ilk dəfə olaraq cinsi dimorfizm 

aspektinə diqqət vermiş, psixi cins dedikdə onu dəlil sahəsinin, dəyərlər istiqamətinin, 

özünüdərkin, mənəvi təfəkkürün və digər psixoloji xüsusiyyətlərin formalaşması kimi 

nəzərdən keçirməyin lazım olduğunu qeyd etmişdir. 

Son onilliklərdə daha geniş anlam məqsədi ilə psixoloqlar «cins» əvəzinə 

«qender» sözündən istifadə edir. Çoxsaylı elmi mübahisələr nəticəsində cins və qender 

anlayışları arasında dəqiq sərhəd qoyuldu. Cins konkret bir insanın kim – qadın yaxud 

kişi olduğunu bildirir və  həmin insanın bioloji statusunu göstərir. Cins (yəni bioloji 

xüsusiyyətlər) kişi və qadın arasındakı psixoloji və sosial fərqlərin özülü və əsası sayılır. 

Elmi araşdırmaların inkişafı ilə aydın oldu ki, bioloji cəhətdən kişi ilə qadın arasında 

fərqdən daha çox oxşarlıq mövcuddur. Bəzi tədqiqatçılar hətta qadın və kişi arasındakı 

yeganə  dəqiq və  əhəmiyyətli bioloji fərqin onların nəsil istehsalındakı rolundan ibarət 

olmasında görür. Bü gün hamıya məlumdur ki, cinslər arasındakı, məsələn, kişinin 

yüksək boy, ağır çəki, muskul həcmi və fiziki qüvvəyə malik olması kimi «tipik» fərqlərin 

cinslə bağlılığı daha azdır. Məsələn,  şimali-qərbi Avropa qadınlarının boyu bütövlükdə 

cənubi-şimali Asiya kişilərindən daha yüksəkdir. Boya və  bədənin ağırlığına, həmçinin 




 

 

fiziki qüvvəyə yemək, həyat tərzi mühüm dərəcədə təsir göstərir ki, bu da öz növbəsində 



kişiyə yaxud qadınamı daha artıq yemək verməyin daha düzgün olması, kalorili yeməyin 

kimə daha gərəkli olması, kim üçün idman məşğələlərinin daha əlverişli olması ilə bağlı 

ictimai baxışın təsiri altındadır.  

Cins və qender anlayışlarının fərqləndirilməsi sosial proseslərin yeni nəzəri 

dərkolunma səviyyəsinə  çıxış demək idi. 80-ci illərin sonunda feminist tədqiqatçılar 

tədricən patriarxatın tənqidindən və spesifik qadın təcrübəsinin öyrənilməsindən qender 

sisteminin təhlilinə keçməyə başladılar. Qadın araşdırmaları getdikcə qender 

araşdırmalarına çevrilirdi ki, burada insanlar arasındakı ünsiyyət, mədəniyyət və 

münasibətlərin bütün aspektlərini qender hesab edən yanaşmalar ön plana çəkilirdi. 

Lakin «cins» və «qender» anlayışları arasındakı fərq öz kəskinliyi ilə seçilmir, çünki 

bu kateqoriyalar kəsişə bilir – axı bəzi cinsi fərqlər sosial və bioloji amillərin birləşməsi 

hesabına yaranır. Ancaq bu fərq bizə sosial və bioloji amilləri mütləq sıx kəsimdə deyil, 

bir-birindən ayrı və asılı olmayaraq nəzərdən keçirməyə imkan verir. 

Sosial rolların, fəaliyyət formalarının bölünməsi, davranışda və cinsə görə 

emosional xasiyyətnamələrin fərqliliyi  şübhəsizdir və bu – Azərbaycan cəmiyyəti də 

ümumi siyahıdan istisna olunmadan Şərq mədəniyyəti üçün daha səciyyəvidir. 

Antropoloq, etnoqraf və tarixçilər çoxdandır ki, «tipik kişi» yaxud «tipik qadın» barədə 

təsəvvürlərin nisbiliyini müəyyən etmişlər: bir cəmiyyətdə kişi işi (davranışı, xarakterinin 

xüsusiyyəti) sayılan digərində qadına aid edilə bilər. Kişi və qadının dünyada qeyd 

olunan sosial xasiyyətnamə  rəngarəngliyi və insanların bioloji xasiyyətnamələrinin 

eyniliyi bioloji cinsin müxtəlif cəmiyyətlərdə mövcud olan sosial rolların müxtəlifliyi ilə 

izah edilə bilmədiyi barədə  nəticə  çıxarmaq imkanı verir. Buna görə  də maskulin və 

femin davranışa aid olan mədəni gözləmə və stereotiplər qender (cinsi yox) rolu adlanır. 

Son nəticədə sosiomədəni normalar kişi və qadının psixoloji xüsusiyyətlərini, davranış 

modelini, fəaliyyət növü və ixtisasını müəyyən edir. Cəmiyyətdə kişi yaxud qadın olmaq 

təkcə bu və ya digər anatomik əlamətlərə malik olmaq demək deyil, bu həm də 

qabaqcadan bizə aid edilmiş qender rolunu yerinə yetirməkdir. Qender qadın və kişinin 

cəmiyyətdə  və onun institutlarındakı (ailədə, siyasi strukturlarda, iqtisadiyyatda, 

mədəniyyət və  təhsildə  və s.) vəziyyətini təyin edən sosial model kimi qurulur. Bir çox 

şey  şəxsiyyətin bacarıq və meyillərinin təlim və xüsusi məşq prosesində inkişaf 

etməsinə  və  dəyişməsinə  dəlalət edir. Belə ki, təhsil sistemindəki dəyişikliklər cinslər 

arasında verbal, riyazi və  məkan bacarığının inkişaf səviyyəsindəki fərqi mühüm 

dərəcədə azaltdı. Psixoloqların əksəriyyəti bu nəticəyə gəldi ki, yalnız cinsi mənsubluq 

əsasında davranış və ya bu yaxud digər vərdişə meyil haqqında fikir söyləmək olmaz. 

Qadın olmaq hələ heç də avtomatik olaraq femin xüsusiyyətlərə malik olmaq demək 

deyildir, necə ki kişi cinsinə mənsubluq maskulinliklə üst-üstə düşmür. 

Qender sistemləri müxtəlif cəmiyyyətlərdə bir-birindən fərqlənir, amma hər hansı 

cəmiyyətdə bu sistemlər o mənada assimmetrikdir ki, kişi və ona aid olan 

«kişi/maskulin» (xarakterin xüsusiyyətləri, davranış modeli, ixtisas v s.) əlamətlər ilkin, 

mühüm və üstün sayılır; qadın və «qadın/femin»  əlamətlər isə ikincidərəcəli, qeyri-

mühüm və sosial nöqteyi-nəzərdən asılı hesab olunur. Qenderin mahiyyəti ziddiyyət və 

fərqləndirmədədir. Qender sistemi insana cinsindən asılı olaraq ünvanlanmış 

assimmetrik mədəni qiymət və gözləmələri  əks etdirir. Müəyyən dövrdən başlayaraq 

sosial müəyyənləşdirilmiş xasiyyətnamənin iki qender növünün olduğu demək olar ki hər 

bir cəmiyyətdə bir bioloji cinsə ikincidərəcəli sayılan sosial rol aid edilir. Bu sosial rolun 

nə olduğunun əhəmiyyəti olmur: ayrı-ayrı cəmiyyətlərdə o müxtəlif ola bilər; lakin qadına 

aid edilən və qabaqcadan onun üçün müəyyən edilənlər ikincidərəcəli kimi 

qiymətləndirilir. Vaxt keçdikcə sosial normalar dəyişir, qender assimmetriyası isə olduğu 

kimi qalır. 

 Qender sisteminin inkişafı və dəstəklənməsində insanın şüuru mühüm rol oynayır. 

Sosial psixoloqlar hesab edir ki, insanların qender gözləməsinə müvafiq gəlmək 



 

 

cəhdinin iki əsas səbəbi – normativ  və informasiya təzyiqidir. «Normativ davranış» 



termini cəmiyyət tərəfindən rədd edilməmək üçün insanın ictimai və ya qrup 

gözləməsinə uyğun gəlməyə  məcburluğu mexanizmini əks etdirir. İnformasiya təzyiqi 

isə onunla bağlıdır ki, özümüz haqda və dünya barəsindəki biliyimizi genişləndirərək və 

bu və ya digər sosial məsələlərdə hansı mövqeyi tutacağımızı anlamağa çalışaraq biz 

əsasən xüsusi təcrübəmizə deyil, ətrafdakıların təqdim etdiyi informasiyaya əsaslanırıq. 

Nəyin məhz düzgün olduğunu müəyyən etmək üçün biz başqalarının nəyi düzgün 

hesab etdiyini öyrənməyə çalışırıq; öz davranışımıza isə onu başqalarında müşahidə 

edərək qiymət veririk. Həmin sözlər qender roluna da aiddir. Ətrafa nəzər salaraq kişi və 

qadının müxtəlif  şeyləri necə etdiyini və  ətrafdakı insanların və kütləvi informasiya 

vasitələrinin kişi ilə qadın arasındakı fərqi necə qabartdığını görəndə biz bunun elə belə 

də olduğu barədə nəticə çıxarır və həmin gözlənilənə müvafiq gəlməyə çalışırıq. Lakin 

bəzən sosial davranışımızı dəyişdiirik ki, bunu özümüzə qəbul görməsək də, onu sosial 

normalara uyğun edək. Tabeçiliyin bu növü güzəşt yaxud konformizm adlanır; 

şəxsiyyətin normalarla tamamilə razı olduğu davranış növü təqdir və ya internalizasiya 

kimi müəyyən olunur; hansısa rol modelinə  bənzəmək üçün onu təkrar etdiyimiz 

davranış növü isə bənzəyiş adlanır. 

Alimlər bu proseslərdən hansının – güzəşt, təqdir yoxsa bənzəyişinmi insanları 

qender roluna tabe olmağa məcbur etdiyini hələ müəyyənləşdirməmişlər. Əfsuslar olsun 

ki, bu mövzu hələ az işlənmişdir; lakin bir neçə xarici tədqiqatlara görə, kişi və qadın 

özünün qender stereotipinə meyilliyini publikada yaxın adamlar arasında olduğundan 

daha çox nümayiş etdirir. Bu isə təqdir və bənzəyişdən daha çox güzəştə dəlalət edir. 

Normativ və informasiya təzyiqi bir-birini istisna etmir. Amerika psixoloqu Plek qeyd 

edir ki, ənənəvi qender roluna rəğbətlə yanaşan və onu qəbul edənlərin onları pozmaq 

üstə sosial tənəyə  məruz qalması ehtimalı daha böyükdür. Və  əksinə, qender roluna 

tabe olmağın yaxşılığı barədə insanın üzərinə  hər tərəfdən axan informasiya hətta 

rəğbətin olmadığı halda belə tabeçiliyə  səbəb ola bilər.  Şəxsiyyətin hər  şeydən  əvvvəl 

istədiyi – cəmiyyətin onu qəbul etməsidir. İnsanlar müxtəlif dərəcədə ənənəvi cinsi rola 

sadiqdir. Bəzi adamlar müvafiq cinsə aid fizioloji normalara son dərəcədə müvafiq gəlir, 

yəni onlar cinsi tipikdir (məsələn, son dərəcə incə qadınlar və ya son dərəcə ər kişilər). 

Onlarda öz davranışını qender-rol standartları ilə  çərçivələndirmək  əsası olduqca 

güclüdür. Onlar ətrafdakılar tərəfindən qenderə xas olmayan əlamət kimi qiymətləndirilə 

biləcək hər hansı  hərəkəti içində boğurlar. Belə insanlar kişi və qadının həmin 

mədəniyyətdə lazımi davranışını diqtə edən qender qaydalarını böyük həvəslə  qəbul 

edir. 


Fərdlərin qender şüuru sosial və  mədəni stereotiplərin, norma və qaydaların 

yayılması  və  dəstəklənməsi vasitəsi ilə qurulur ki, cəmiyyət onları pozan insanları 

cəzalandırır (məsələn, «kişiyəbənzər qadın» yaxud «kişidir, amma özünü arvad kimi 

aparır» kimi sözlər insana pis təsir edir və bu nəinki stressə, hətta müxtəlif psixi 

pozuntulara səbəb ola bilər). Doğulduğu gündən insan qender sisteminin təsir obyektinə 

çevrilir – ənənəvi cəmiyyətlərdə  rəmzi doğum mərasimləri keçirilir ki, onlar dünyaya 

gələn körpənin cinsindən asılı olaraq seçilir; bir çox cəmiyyətlərdə  təzə doğulan uşaq 

üçün alınan paltarın, uşaq arabasının, oyuncaqların rəngi onun cinsi ilə müəyyən 

olunur. Aparılmış xarici tədqiqatların çoxu sübut edir ki, yeni doğulan körpə oğlandırsa, 

onu daha çox yedizdirir, qızdırsa – onu daha çox danışdırırlar. 

Tərbiyə prosesində ailə (valideyin və qohumlar), təhsil sistemi (uşaq 

müəssisələrindəki tərbiyəçi və müəllimlər), bütövlükdə  mədəniyyət (kitab və kütləvi 

informasiya vasitələri) uşaqların beyninə  qender normaları yeridir, müəyyən davranış 

qaydaları formalaşdırır və kimin «əsil kişi» olduğunu və  «əsil qadın»ın necə olması 

haqda təsəvvür təlqin edir. Sonradan həmin qender normaları müxtəlif sosial (məsələn, 

hüquq) və  mədəni mexanizmlərin (məsələn, KİV-dəki stereotiplər) köməkliyi ilə 

möhkəmlənir. Öz hərəkətlərində qender statusu ilə bağlı gözləmələri həyata keçirən fərd 



 

 

mikrosəviyyədə qender fərqini və eyni zamanda bu zəmində yaranmış hökmranlıq və 



sahiblik sistemlərini dəstəkləyir. 

Bununla  əlaqədar olaraq fərqli sosiallaşmanı  həyata keçirən iki əsas mexanizmi 

qeyd etmək lazımdır – fərqli gücləndirmə (differential reinforcement) və fərqli bənzətmə 

(differential modeling). 

Fərqli gücləndirmə – həmin cəmiyyət üçün qəbul görülən davranışın 

həvəsləndirildiyi, qəbul görülməyənin isə sosial qeyrirəğbətlə  cəzalandırıldığı 

sosiallaşma prosesidir. Məsələn, normalara əks olaraq, təkcə özü ilə eyni cinsdən olan 

uşaqlarla oynamayan oğlan həmyaşıdları  tərəfindən gülünc qarşılanır və onların 

arasında cinsi-rol stereotipinə tabe olanlar qədər populyar olmur. Görkəmli Azərbaycan 

psixoloqu, professor Ə.A.Əlizadə aparılan araşdırmalar  əsasında belə bir nəticəyə 

gəlmişdir ki, sinifdə  qızlar qızlarla, oğlanlar isə öz növbəsində  oğlanlarla bir parta 

arxasında oturmağa üstünlük verir. 4-7-ci sinifdə oxuyan məktəbliləri müşahidə edən 

Qərb psixoloqu Perri deyir ki, təcavüzlü davranışa görə  oğlan uşaqları öz 

valideyinlərindən qızlardan daha az məzəmmət gözləyir. Adətən valideyinlər öz 

uşaqlarını qender üçün tipik olan məşğuliyyətə görə həvəsləndirirlər. 

Fərqli bənzətmə – insanın rol modelini ümumi qəbul edilən normalar baxımından 

uyğun qrupa müvafiq seçməsi və onların davranışına bənzəməyə çalışması ilə 

fərqlənən sosiallaşma prosesidir. Modelləşdirmə – bixeviorizm yaxud sosial öyrətmə 

nəzəriyyəsi adlandırılan elmin əsas aspektlərindən biridir. Bizlərdən hər birimiz qızların 

qadın davranışına, oğlanların isə kişi davranışına bənzəməyə çalışmasının  şahidi 

olmuşuq. Sosial öyrətmə  nəzəriyyəsinə  əsasən,  şəxsiyyət insanları  və onların 

hərəkətinin rəğbətləndirilməsini və ya cəzalandırılmasını müşahidə etməklə müxtəlif 

davranış növünü öyrənə bilər. Qender təzadı onların mənsub olduğu cinsə müvafiq 

davranış barədə informasiya əldə etmək üçün uşaqları sosial kontakt tapmağa sövq 

edir. Kiçikyaşlı  uşaqların cinsi-rol davranışına kənardan, sosial təzyiqlə  nəzarət edilir, 

lakin sonra o, özünün davranış standartları sistemini qurur. Bundan sonra o, özünə 

qarşı da tətbiq etdiyi sanksiyalardan istifadə etməklə davranışı nəzarət altına alır. Bu cür 

davranış sistemi sosial-koqnitiv qender özününizamlama nəzəriyyəsi ilə  təsvir edilir. 

Uşaqlar informasiyanı  hər iki cinsin nümayəndələrindən alsa da, tədqiqatların 

əksəriyyəti onların öz davranışında qender mənsubiyyətinə uyğun olan modelləri təkrar 

etməyə meyilli olduğunu göstərir. 

Lakin unutmaq olmaz ki, qender-rol sosiallaşması  şəxsiyyətin bütün həyatı boyu 

davam edən prosesdir və o, dəyişən şəraiti və yeni təcrübəni əks etdirir. Məsələn, son 

əlli ildə qadın və kişinin qender rolu haqda təsəvvür bir çox mədəniyyətlərdə, o 

cümlədən də Azərbaycan mədəniyyətində daha çevik olmuşdur. Ənənəvi olaraq kişilik 

qəddarlıqla, təcavüzlə  və müstəqilliklə  əlaqələndirilirdi. Kişinin rolu qərar qəbul 

etməkdən, ailənin firavanlığını təmin etməkdən, pul qazanmaqdan ibarət idi. Qadından 

isə dərdə qalmaq, anlaqlı olmaq, yumşaqlıq, itaət tələb olunurdu; onun marağı tamamilə 

ailə  və ev işləri ilə  məhdudlaşmalı idi. Lakin cinsi rolların dəyişməsinin  əsas 

səbəblərindən biri də  işləyən qadınların sayının artması oldu. Müasir qadın kişi 

iradəsinin itaətkar icraçısı  və  işdə  fəal qadın rollarını birləşdirməyə çalışır. Tədqiqatlar 

göstərir ki, qızlar öz analarının cinsi-rol qaydalarını  mənimsəyir.  İşlə daha çox məşğul 

olan qadınlar övladlarında cinsi rola daha az ənənəvi, daha çox liberal münasibət 

tərbiyə edir. Cinsi-rol qaydaların liberallaşması kişi və qadının tanışlıq şəraitinə xas olan 

çəkingənliyi və  pərtliyi aradan qaldırır, ünsiyyəti daha rahat edir. Buna baxmayaraq 

işləyən ərli qadınlarda stressin yaranması üçün əlavə səbəblər ortalığa çıxır. Onlar şəxsi 

karyera cəhdi ilə ev işləri və  uşaqlarla bağlı  məsuliyyət arasında «bölünməli» olurlar. 

Müasir psixologiyada bu növ stress «işgüzar qadın sindromu» adlanır. Buradakı mühüm 

amillər qadının işə münasibəti, ailədəki mənəvi-psixoloji iqlim, həmçinin cəmiyyət 

tərəfindən ona göstərilən kömək və dəstəkdir.  




 

 

Psixologiyada qenderin daha dərin anlamına nail olmaqdan ötrü onu müxtəlif nəzər 



nöqtələrindən müxtəlif nəzəriyyələrdə araşdırmaq, uşaq və böyük yaşlarda sosiallaşma 

aspektlərini, həmçinin qender assimmetriyası aspektlərini daha geniş öyrənmək 

lazımdır. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI  

 

1.  Ализаде 



А.А. 

Половой 


диморфизм 

и 

психологические 



проблемы 

формирования 

личных 

взаимоотношений// 



Автореферат 

докторской 

диссертации. Баку, 1974 

2.  Майерс Д. Социальная психология. Санкт-Петербург, 2000 

3.  Шон Берн. Гендерная психология. Санкт-Петербург, 2001 

4.  Кон И.С. Ребенок и общество. Москва, 1998 

5.  Репина  Т.А.  Анализ  теорий  полоролевой  социализации  в  современной 

западной психологии// Вопросы психологии, 1987, №4 



6.  Maccoby E.E. Psychology and gender differenes / Stanford University. 1995 

7.  Zimbardo P. Psychology and your life. University of California. 1999 

 

Document Outline

  • MOVZU 1. PSIXOLOGIYADA CINS KATEQORIYASI
  • M?sg?l?nin plan?
    • ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI

Yüklə 171,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə