Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
  1   2   3   4   5   6   7   8


MÖVZU. QADIN YARADICILIĞININ ANLAYIŞI 

 

Qadın yaradıcılığının anlayışı. Qadın müəlliflərin yaradıcılığının xronoloji təhlili. Qadın 

yaradıcılığının nəzəri əsası və onun öyrənilməsinin əsas prinsipləri. Qadın müəllifliyinin konsepsiyası 

 

Qadın  ədəbiyyatı elə bir mövzudur ki, bu gün iti diqqət və  kəskin diskussiyalar yaradır. Bu 

diskussiyalarda onu tam imtina etməkdən danışıqsız qəbul etməyə  qədər müxtəlif fikirlər söylənilir. 

Qadın  ədəbi yaradıcılığı haqqında daimi polemika əsasən qadının kişilərlə yanaşı yüksək keyfiyyətli 

bədii əsərlər yaratmaq qabiliyyəti məsələsi ətrafında gedir.  

Mübahisəli suallardan biri ədəbiyyatın cinsi fərqlərə görə bölünməsidir. Bu fikrin tərəfdarları «qadın 

ədəbiyyatı» kimi hadisənin olduğunu inkar edir və  ya  bu  hadisəni daha çox neqativ, hətta məhvedici 

hesab edirlər. Qadın  ədəbiyyatını  qəbul edənlər isə onu ikinci dərəcəli, onların fikrincə  əsil  ədəbiyyat 

olan kişi  ədəbiyyatından törəmə kimi bir şey hesab edirlər. Buna uyğun olaraq ədəbi işdə qadınların 

fəaliyyət dairəsi kiçidilir. Kişi yaradıcılığı norma hesab olunur, maskulin təsislərin üstünlüyü qeyd 

olunur. Bu cür qiymətlənirmə ona gətirib çıxartdı ki, qadın yaradıcılığına müsbət yanaşma qadın 

müəlliflərin bu və başqa  əsərlərində kişi stilinin, «kişi dəst-xəttinin» olmasından asılı olurdu. Məsələn, 

O.Mandelştam yazırdı: «… ancaq Adelina Adalisin poeziyası bəzən kişi qüvvəsi və həqiqəti səviyyəsinə 

çatır».


1

 

O.Q.Lasunski V.Dmitriyevanın povestlər kitabının giriş məqaləsində yazır ki, onun «sərt, kişi qələmi 



var».

2

 S.Vasilenkonun hekayəsinə ön söz yazan A.İ.Pristavkin qeyd edir: «Svetlana Vasilenko sözə  sərt



kişi stili ilə hakim olan ciddi yazıçıdır.

3

  



Bütün bu deyilənlərin əsas fikri odur ki, qadın müəllif kişi stilli yazıçı olsa, gözə dəyə bilər, əks halda 

söhbət ancaq xırda, dar mövzulardan, primitiv fabuladan, sentimentallıqdan gedə bilər ki, guya bunların 

hamısı, «qadın» ədəbiyyatına aiddir.  

Bu ona şahidlik edir ki, kişilərin  əksəriyyəti, yazıçılığa yalnız kişilərin müstəsna hüququ 

olduğundan, insan, eləcə  də qadın psixologiyasını daha yaxşı qavraya bildiklərindən  əmindirlər. 

Ədəbiyyatda qadın yaradıcı  tədqiqatın obyekti kimi iştirak edərək, müflisləşdirmək və manipulyasiya 

obyekti olurdu. Müflisləşdirilmiş yaradıcılıq subyekti kimi meydana çıxan qadına münasibət eynilə onun 

bir yazıçısı kimi qavranılmasına da şamil olunurdu.  

Beləliklə, demək olar ki, qadına münasibət öz kökləri ilə bu münasibətlərin mədəni-ideoloji 

modellşdirilməsinə gedir ki, bu da çox vaxt ədəbi vasitəylə olur. Bu tendensiya qadının cəmiyyətdə rolu 

haqqında ənənəvi baxışlara, bütün insanların beynində möhkəm oturan və insan şüuruna öz damğasını 

vuran qadının ancaq kişiyə yarınmaq və tabe olmaq üçün yarandığı fikri möhkəmləndirən totalitar 

patriarxal baxışa əsaslanır. Kişini xoşbəxt edəcək ideal bir qadın obrazı yaradılmışdı ki, o özündə itaəti, 

xeyirxahlığı, gəncliyi, gözəlliyi və s. cəmləməliydi. Buna misal kimi V.Şekspirin «Şıltaq qızın 

yumşalması»  əsərini göstərə bilərik. Burada ideya belədir ki, Katarina yaxşı, nümunəvi arvad olmaq 

üçün hər şeydə əri ilə razılaşmalıdır: ayın gündüz işıq verməsini təsdiqləməli, qoca kişiyə qız deməli və s. 

və yaxud ərinin dediyi şeyi deməli və  əmrini sözsüz yerinə yetirməlidir. Bu da öz növbəsində o 

deməkdir ki, qadın dünyanı müstəqil dərk etməkdən imtina etməlidir. Feminizmin ekzustensial 

qanadının nəzəriyyəçisi Simona de Bovuar məhz bu barədə deyirdi: «Qadının dramı onun şəxsiyyətinin 

öz qiymətini təsdiqləməyə inadlı  tələbatı ilə onun vəziyyəti arasındakı konfliktdədir, belə ki, onun 

vəziyyətinin əsasında qadının

4

 kiçikliyi haqqında anlayış durur». 



Ancaq elə dünya şöhrətli yazıçılar var ki, onların yaradıcılığı  əyani  şəkildə göstərir ki, qadın 

yaradıcılığı çoxdan mövcuddur və onların əsərləri heç nə ilə kişilərin yazdığından geri qalmır, yazdıqları 

əsərlər öz əhəmiyyətlərini saxlayır və  təkcə qadın yazıçılar üçün deyil, bütün gələcək nəsillər üçün 

ənənəyə çevrilir. XV əsr Azərbaycan poeziyasında belə fiqur şairə  Məhsəti Gəncəvi olub. O özü 

zəmanəsinin azad qadın tiplərindən biri idi. Onun haqqında bioqrafik məlumatlar azdır. Onun öz əsərləri 

əsasında yaradılmış  və  Məhsəti ilə  Gəncə ruhanisi Əmir  Əhmədin oğlu arasında olan sevgi 

macəralarından bəhs edən poema mövcuddur. Söz yox ki, Məshəti yüksək talantlı  şairə idi, onun 

                                                 

1

 Мандельштам О.Э. Сочинения в 2-х томах. Т.2. М., 1990, с.275 



2

 Ласунский О.Г. Вступительная статья. В.Дмитрива Повести серия «Отчий край» Воронеж 1983, с.6 

3

 «Работница» 1989, №10, с.18 



4

 Бовуар С. Второй пол иностранная литература. 1993, с.161 




müasirləri olan kişilər də onun talantını  qəbul edirdilər. Bundan başqa onun poeziyası qadınları 

əsarətdən çıxmağa çağıran, azadlıq, azadfikirlilik poeziyası idi. Onun «sadə  oğlanlara»: qəssaba, 

çörəkçiyə, papaqçıya, yerqazana, hamamçıya həsr olunmuş rübailəri qender araşdırmaları üçün 

maraqlıdır. Bu sikl V.Qafarov tərəfindən çox müvəfəqiyyətlə  tərcümə olunub və rusdilli oxuculara 

təqdim olunub. 

Rus ədəbiyyatı da qadınların ədəbi həyatda fəal iştirakının mümkünlüyünə bir sübutdur. Artıq XVIII 

əsrdə «Vsəkaə vsəçina» jurnalı  çıxmağa başladı ki, orada II Yekaterinanın özü fəallıq edirdi. Lakin bu 

jurnal daim D.Novikovun «Trutenğ» jurnalındakı acı satiraların hədəfinə çevrilirdi. D.Fonvizin və 

D.Dercavinin işinə  cəlb olunduğu,  əslində isə II Yekaterina və knyagina Daşkovanın qeyri-leqal idarə 

etdikləri «Sobesednik löbiteley rossiyskoqo slova» jurnalının nəşrlərini Dobrolyubov lağa qoyurdu.  

Məlumdur ki, ingilis ədəbiyyatı öz qadın – romanistləri: Fanni Berni, Mariya Eccuort, Meri Şelli, 

Bronte bacıları, Elizabet Qaskell, Virciniya Vulf, Elizabet Boyen, Ayvi Kompton-Bennet, Myuriel Spark, 

Ayris Merdok və sair ilə  məşhurdur. Yəqin ki, onların arasında  ən böyüyü Ceyn Ostendir. Məhz o 

hekayə  sənətində inqilab yaratdı  və sübut etdi ki, qadının yaradıcılığa hüququ var. Axı Ceyn Osten 

qələmi  ələ alanda romanlar qadın işi hesab olunmurdu. C.Osten bilirdi ki, atası ilə birlikdə yazan və 

ədəbi hamiləri olan Mariya Ecuortdan fərqli olaraq heç kəsdən kömək və dəstək göstərməyəcək. Amma o 

öz oxucuları üçün yazdı və qalib gəldi. Valter Skottun dediyi kimi «misilsiz Ceyn»in yaradıcılığı indi də 

canlı ənənədir. Onun roman, bədii əsərlər haqqında fikirləri öz əhəmiyyətini itirməyib və bu günkü ədəbi 

mübahisələrdə istifadə olunur. O yazırdı ki, «romanda insan ağlının güclü tərəfləri göstərilib və insan 

təbiətinin dərindən tədqiqi verilib». 

XVIII-XIX  əsrin kəsişdiyi vaxt yaranmış Ceyn Osten romanları öz müasirləri arasında xüsusi diqqət 

göstərmədilər. Bunun səbəbi onda idi ki, o öz dövrünü çox-çox qabaqlamışdı.  

O dövrə məxsus olmayan obyektiv hekayət şəklində əsər yaradan C.Osten açıq əxlaqi nəsihətlərdən 

imtina edir, qəhrəmanın daxili psixoloji durumunu açır, mövcud vəziyyətin  əsil mahiyyətini açmağa 

kömək edən ironik rişxənd yolu ilə fikirləri narahat edir, ictimai qayda-qanunun ən dərin  əsasları 

üzərində düşünməyə məcbur edir.  

Onun ilk əsəri «Nortinqer abbatlığı» (1797-1798) qotik romana parodiya idi. Bu əsər yazıçının 

ölümündən sonra 1818 ildə  nəşr olundu. «Sağlam fikir və hissiyyat» (1810) və «Məğrurluq və  təlqin» 

(1813) kimi sonrakı  əsərlərində  də C.Osten əyalət zadəganlarının məişət və adətlərini göstərməkdə 

davam edir. O təsvir etdiyi mühitlə çox yaxşı tanış idi. Burada onun müasiri olduğu cəmiyyətin qüsurları 

ironiya ilə göstərilib. Bununla o realist romanın  əsaslarını qoyur. Buna görə  də ancaq XX əsrdə, roman 

canrı xeyli dəyişikliyə uğrayandan sonra onun yaradıcılığı öz qiymətini tapdı.  

Ostenin müasirləri yazıçının yaradıcılığının əhəmiyyətini başa düşmədilər. Məsələn, Ostenə neqativ 

münasibət bəsləyən Şarlotta Bronte onun yaradıcılığı haqqında kəskin rəy verərək onu «parlaq obrazların 

olmamasında, surətlərin dəqiq yaradılmasında» gunahlandırırdı. Onun yaradıcılığı haqqında  Şarlotta 

Bronte ilə onun qatı pərəstişkarı olan C.Osten arasınqda polematika baş verdi. Valter Skottun «hər hansı 

romanında «Məğrurluq və  təlqin»in müəllifi olmaq istərdim» kimi açıqlamasına  Ş.Bronte cavab verir: 

«Mən orada nə tapdım? Daqerrotipdə olduğu kimi dəqiq, dayağı şəxsin təsviri, möhkəm hazırlanmış düz 

borduyrları və zərif çiçəkləri olan səliqəli bir bağ; nə bir parlaq, canlı sima, nə də genişlik, nə də gümüşü 

çaylar».  Ş.Bronte Corc Sanda daha yüksək qiymət verərək, onu «dərin və müdrik», C.Osteni isə 

«müşahidəçi və kifayət qədər ağıllı» adlandırırdı. 

Qeyd etmək lazımdır ki, «Məğrurluq və  təlqin» romanının  əsas mövzularından biri ailə  və nigah 

məsələsidir. Bu məsələ  məlum olduğu kimi, antik dövrdən başlayaraq bir çox söz ustadını 

maraqlandırmışdır. C.Osten tərəfindən bu məsələnin qoyuluşu və  həlli faktiki olaraq qender 

mövqeyindən idi. 

C.Osten «gəlin yarmarkalarının» düzələndiyi bir cəmiyyətdə yaşasa da, o, ingilis romançı qadınları 

arasında birinci olaraq sevgisiz ərə getməyin əxlaqdan kənar olduğunu, pulun səadətin yeganə meyyarı 

olmağı haqqında səsini ucaltdı. Həyat rifahı  və komfort naminə soyuqluq, biganəlik, həyata marağın 

sönməsi – bu çox böyük qiymətdir. Ola bilər ki, öz şəxsi təcrübəsinə əsaslanan C.Osten belə hesab edir ki, 

tənhalıq qurma nigahda olan ikilikdə tənhalıqdan bəzən yaxşıdır. 

Qadın  ədəbi yaradıcılığına olan sxematik münasibətə baxmayaraq, o inkişaf edir və yeni adlarla 

zənginləşirdi. Bu planda XIX əsrin əvvəlində Rusiyada qadın ədəbi yaradıcılığı romanını verən «Puşkin 




Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə